Məhkəmə qərarları › İş №2-1(103)-4418/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4418/2025

08.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4418/2025 08.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “vergi orqanının qərarının mübahisələndirilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), Mədətli Fərid İlham oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6833/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş 2022-ci il üçün gəlir vergisi bəyannaməsinin “malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir” qrafasında 78401,39 manat, “malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə xərclər” qrafasında 65334,49 manat, “vergiyə cəlb oluna gəlir” qrafasında 13066,90 manat, “ödənilməli gəlir vergisi” qrafasında 2613,38 manat göstərilmişdir.

2. Cavabdeh Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi (bundan sonra – cavabdeh) tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla iddiaçıya 15575,88 manat vergi və sığorta haqqı hesablanmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hal-hazırda Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi, bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********052600 nömrəli Qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********052600 nömrəli qərara əsasən 2022-ci ilin Gəlir vergisi üzrə 12 962,50 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı xərclərə dair təsdiqedici sənədi olmadığından 2022-ci il üzrə gəlir vergisini məcbur qalaraq Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabelik normasına əsasən hesablamışdır. Lakin vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və iddiaçının 2022-ci il üzrə gəlirlərini 78 401,39 manat, xərclərini 522 manat, vergiyə cəlb olunan gəliri 77 879,39 manat, gəlir vergisini isə 15 575,88 manat müəyyən etmişdir. Başqa sözlə vergi orqanı iddiaçının xidmətlərin göstərilməsinə dair xərci olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa 20 faiz dərəcə ilə gəlir vergisi hesablamışdır. Halbuki, iddiaçının xərclərə dair sənədi olmadığından 2022-ci il üzrə Gəlir vergisi Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı idi. Odur ki, vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmirsə, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirin (ƏDV nəzərə alınmadan) müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarxili 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydalarına istinad etmək hüququndan imtina oluna bilməz. Vergi ödəyicisinin xərclərə dair təsdiqedici sənədi olmadığına görə, onun ödəməli olduğu gəlir vergisi müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək hesablanmalı idi. Belə ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun göstərdiyi xidmətlərə hər hansı xərc çəkmədiyini göstərmir. Lakin vergi orqanı iddiaçının xidmətlərin göstərilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, hər hansı olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Beləliklə, iddiaçının ödəməli olduğu gəlir vergisi 2022-ci il üzrə 2613,38 manat ola bilcəyi halda, vergi orqanı tərəfindən iddiaçıya əsassız olaraq ümumilikdə 12 962,50 manat əlavə vergi məbləği hesablanmışdır.

5. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “sair ixtisaslaşdırılmış tikinti işləri”ndən ibarət olduğu, vergi orqanında uçota alınmış təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı iddiaçı tərəfindən 2022-ci il ərzində 78401,39 manat dəyərində elektron qaimə-fakturaların təqdim edilməsinə baxmayaraq, 2022-ci il üçün gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bununla bağlı vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış izahat və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, 2022-ci il üçün 15 575,88 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********618700 nömrəli Qərar qəbul olunmuşdur. Daha sonra iddiaçı tərəfindən 11,08.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün cari gəlir vergisi bəyannaməsi təqdim edilərək “Hesabat dövrünün sonuna” sütununda 0,0 manat məbləğ qeyd edilərək Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75% güzəşt hüququndan istifadə edilməklə 3 937,20 manat gəlir vergisi hesablanmasına baxmayaraq, mövcud kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 11 638,68 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********121000 nömrəli qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Vergi ödəyicisi tərəfindən həmin qərardan inzibati qaydada şikayət verilmiş və vergi orqanının 1 dekabr 2023- cü il tarixli **********590300 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. İddiaçı vergi orqanına təqdim etdiyi izahatında usta kimi fəaliyyət göstərdiyini, təqdim edilmiş elektron qaimə-fakturalar üzrə əldə edilmiş pulların təmir işlərinə görə əldə edilmiş pullardan ibarət olduğunu, işlərin görülməsində cəlb edilmiş işçilərin 1 və ya 2 gün şlədiklərini, belə olan halda tərəfindən sosial hesablamaların aparıla bilmədiyini, bank hesabına şirkətlərdən 78400,0 manat məbləğində pul köçürüldüyünü, həmin pul vəsaitlərinin alınması üzrə bank tərəfindən 1,5 % xidmət haqqı tutulduğunu, xx.xx.2023-cü il tarixdə təqdim edilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsinin Hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 1226.3-cü (Xammal və materiallar) sətrində göstərilmiş 39 200 manat xərc məbləğinin mağazalardan alınmış malların dəyəri olduğunu, həmin malların pərakəndə satış yerlərindən alındığını, həmin malların alınması üçün elektron qaimə-faktura əldə edilməsinin lazım olduğunu bilmədiyi üçün malların sənədsiz alındığını, qeyd edilən 39200 manat məbləğində malların şveller, list metal, boya, profil, zamok, petlə, elektrod və.s kimi mallardan ibarət olduğunu, qeyd edilən malların alışı ilə bağlı bazar tərəfindən verilmiş qəbzlərin və çeklərin olduğunu, malları Buzovnada yerləşən metal satışı mağazasından aldığını, vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatların riskli əməliyyatlar hesab edilməsi və bu barədə xx.xx.2023-cü il tarixli **********938400 nömrəli məktubun göndərilməsindən xəbərinin olmadığını, Bakı Abadlığın təmir etdiyi həyətlərdə darvazaların tərəfindən yığıldığını, boruların isə faktiki olaraq təqdim edilmədiyini, borular üzrə elektron qaimə-fakturaların təqdim edildiyini, lakin həmin iş görülmədiyini və onunla bağlı pulların alınmadığını, hazırlanmış darvazaların malmaterialının özü tərəfindən alındığını, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.30-cu maddəsi ilə tanış olmadığını bildirmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün təqdim edilən Gəlir vergisi bəyannaməsində 3 937,20 manat gəlir vergisi bəyan edildiyi müəyyən edilmişdir. Daha sonra iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixindən yenidən dəqiqləşdirirmiş Gəlir vergisi bəyannaməsi təqdim edilmiş və bəyannamədə 75 faiz güzəşt çıxarılaraq, xərc məbləği artırılmış və 65334,49 manat xərc məbləği bəyan edilmişdir. 65334,49 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmiş, qeyd olunan kənarlaşmanın aradan qaldırılması barədə iddiaçıya xx.xx.2023-cü il tarixli **********729600 nömrəli məktub göndərilmişdir. Lakin iddiaçı tərəfindən mövcud kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 12 962,50 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********052600 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. İddiaçının Nazirlər Kabinetinin 55 saylı Qərarının tətbiqinə münasibətdə bildirilir ki, vergi ödəyicisi tərəfindən gəlir və xərclərin uçotu aparılmayaraq şərti rentabellik tətbiq etməklə özünə xərc hesablaması qanunvericilikdə nəzərdə tutulmamışdır. İnzibati orqan tərəfindən isə bu cür hesablama tətbiq edilərkən vergi ödəyicisinin fəaliyyəti hərtərəfli təhlil edilməklə qərar qəbul edilir. Əgər vergi orqanı tərəfindən həmin normanın tətbiq edilməsi məcburi xarakter daşısa idi, vergi ödəyiciləri tərəfindən malların alış-satışına dair düzgün vergi uçotu aparmağa gərək olmazdı. Vergi ödəyiciləri hər bir halda həmin normanın tətbiq ediləcəyini bildikləri üçün artmaqda davam edən vergidənyayınma halları baş verərdi, bu isə birbaşa dövlət büdcəsinə daxilolmaların əhəmiyyətli dərəcədə azalması şəklində özünü göstərmiş olardı. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il № 1033- VİQD Qanuna əsasən Vergi Məcəlləsinin 67.14-cü, 83.9-cu maddələri 2024-cü ilin yanvarın 1dən Vergi Məcəlləsindən çıxarılmışdır.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: E.Abdullayev) 2024-cü il 04 iyul tarixli, e-2- 1(112)-6833/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi (halhazırda Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi) tərəfindən qəbul edilmiş **********052600 saylı, 24 yanvar 2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 2024-cü ilin yanvarın birindən qüvvədən düşmüş 67.14- cü maddəsində göstərilirdi ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Yenə Məcəllənin həmin dövrə qədər qüvvədə olmuş 83.9cu maddəsində göstərilirdi ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6-cı bəndində göstərilmişdir ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : (100 + R) x R burada: M1 vergi ödəyicinin mənfəəti; G1 vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R şərti rentabellik normasıdır. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında: M1 = X1 : 100 x R burada: M1 vergi ödəyicisinin mənfəəti; X1 vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər; Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.

9. Göründüyü kimi cavabdeh tərəfndən iddiaçıya gəlir vergisi hesablanarkən onun xərcləri müəyyən edilmirsə, vergi şərti rentabellik norması tətbiq edilməklə, yuxarıda qeyd edilən üsulların biri ilə hesablanmalı idi. Lakin, cavabdeh bunu nəzərə almayaraq iddiaçının bütün gəlirinə vergi hesablamışdır ki, bu qanuni hesab edilə bilməz. Cavabdehin etirazında Vergi Məcəlləsinin 67.14-cü, 83.9-cu maddələrinin 2024-cü ilin yanvarın 1-dən Məcəllədən çıxarıldığı qeyd edilmişdir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının Vergi borcu 2022-ci il üçün hesablandığından və həmin vaxt Məcəllənin qeyd edilən normaları qüvvədə olduğundan iddiaçıya münasibətdə tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia təmin olunmalıdır.

10. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 6833/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.Yusifov /sədrlik edən və məruzəçi/, A.Oruczadə və G.Abbasova) 2024-cü il 04 dekabr tarixli, 2-1(103)- 3242/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2024-cü il 04 iyul tarixli, e-2-1(112)-6833/2024 nömrəli qərarı ləğv edilərək, iddia rədd edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən 2022-ci il ərzində elektron qaimə-fakturalar əsasında 78 401,38 manat məbləğində daş kubik, dəmir boru, dəmir darvaza, dəmir darvaza hazırlanması və qoyulması, dəmir məhəccər, kəsim sexinin kanalizasiyasının üst qapağı, söhbətgah (besetka) dəmirdən, yeni temprli şüşə qapının sifarişi və.s adlı mallar (iş və xidmətlər) təqdim edilsə də, elektron qaimə-fakturalar əsasında malların (iş və xidmətlərin), mal alışı ilə bağlı malların elektron alış aktlar əldə edildiyi və həmin ildə idxal əməliyyatları aparılmadığı nəzərə alınmaqla vergi orqanı tərəfindən iddiaçı - Vergi Məcəlləsinin qeyd olunan normalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq iddiaçının riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2023-cü il **********184700 nömrəli Qərar qəbul olunmuşdur, həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmiş, hal-hazırda da qüvəsinddədir və iddiaçı tərəfindən riskli vergi ödəyicsi siyahısından çıxarılması üçün məsələ qaldırılmamışdır.

13. Başqa sözlə iddiaçının 2022-ci ildə əmtəəsiz əməliyyatlar aparmaqla gəlir əldə etdiyi öz təsdiqini tapmış olur. Belə olan halda, onun tərəfindən verilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsinin göstəriciləri vergi qanunvericiliyinin tələblərinə uyğun hesab edilə bilməz. Oxşar mübahisəyə dair Azərbaycan Respublikası Ali Məhkəməsində baxılan iş üzrə qəbul olunmuş 2-1(102)-1462/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında qeyd etmişdir ki, “...alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin, qəsmən alış sənədi olan vergi ödəyiciləri ilə müqayisədə bazarda üstünlük əldə etməsinə, o cümlədən malların ümumiyytlə, alış sənədi olmadan alınmasına əsassız stimul yaradır.” Beləliklə də cavabdehin mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********052600 nömrəli Qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Belə olan halda, həmin qərarla iddiaçının hüquqları pozulmuş hesab edilməsi istisna olunur. İPM-in 70.1-ci maddəsinin mənası da məhz onu ehtiva edir ki, məhkəmə o halda inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, həmin akt qanuna zidd olsun və bunun nəticəsində onun hüquqları pozulsun. Birinci instansiya məhkəməsi tərəfindən iş materalları hərtərəfli araşdırılmamış, işdə olan əhəmiyyət kəsb edən sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul edilmişdir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilmədiyini və ədalətsiz qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-6833/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və İddiaçı iddiasının rədd olunması barədə yeni qərar çıxarılmalıdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Kassasiya instansiyası məhkəməsində icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1149/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3242/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

d) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi vergi orqanına təqdim etdiyi izahatında usta kimi fəaliyyət göstərdiyini, təqdim edilmiş elektron qaimə-fakturalar üzrə əldə edilmiş pulların təmir işlərinə görə əldə edilmiş pullardan ibarət olduğunu, işlərin görülməsində cəlb edilmiş işçilərin 1 və ya 2 gün işlədiklərini, belə olan halda tərəfindən sosial hesablamaların aparıla bilmədiyini, bank hesabına şirkətlərdən 78400,0 manat məbləğində pul köçürüldüyünü, həmin pul vəsaitlərinin alınması üzrə bank tərəfindən 1,5 % xidmət haqqı tutulduğunu, xx.xx.2023-cü il tarixdə təqdim edilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsinin Hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 1226.3-cü (Xammal və materiallar) sətrində göstərilmiş 39 200,0 manat xərc məbləğinin mağazalardan alınmış malların dəyəri olduğunu, həmin malların pərakəndə satış yerlərindən alındığını, həmin malların alınması üçün elektron qaimə-faktura əldə edilməsinin lazım olduğunu bilmədiyi üçün malların sənədsiz alındığını, qeyd edilən 39200,0 manat məbləğində malların şveller, list metal, boya, profil, zamok, petlə, elektrod və.s kimi mallardan ibarət olduğunu, qeyd edilən malların alışı ilə bağlı bazar tərəfindən verilmiş qəbzlərin və çeklərin olduğunu, malları Buzovnada yerləşən metal satışı mağazasından aldığını, vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatların riskli əməliyyatlar hesab edilməsi və bu barədə xx.xx.2023-cü il tarixli **********938400 nömrəli məktubun göndərilməsindən xəbərinin olmadığını, Bakı Abadlığın təmir etdiyi həyətlərdə darvazaların tərəfindən yığıldığını, boruların isə faktiki olaraq təqdim edilmədiyini, borular üzrə elektron qaimə- fakturaların təqdim edildiyini, lakin həmin iş görülmədiyini və onunla bağlı pulların alınmadığını, hazırlanmış darvazaların malmaterialının özü tərəfindən alındığını, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.30-cu maddəsi ilə tanış olmadığını bildirmişdir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkar tərəfindən 2022-ci il ərzində elektron qaimə-fakturalar əsasında 78 401,38 manat məbləğində daş kubik, dəmir boru, dəmir darvaza, dəmir darvaza hazırlanması və qoyulması, dəmir məhəccər, kəsim sexinin kanalizasiyasının üst qapağı, söhbətgah (besetka) dəmirdən, yeni temprli şüşə qapının sifarişi və.s adlı malların (iş və xidmətlərin) təqdim edildiyi, elektron qaiməfakturalar əsasında malların (iş və xidmətlərin) əldə edilmədiyi, mal alışı ilə bağlı malların elektron alış aktlarının əldə edilmədiyi, 2022-ci il ərzində idxal əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün təqdim edilən Gəlir vergisi bəyannaməsinin “Hesabat dövrünün gəlirləri” hissəsində 78 401,0 manat gəlir, ““Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 1226.1-ci (Əmək haqqı və ona bərabər tutulan ödəmələr) sətrində 2 070,0 manat, 1226.2-ci (Sosial sığorta haqları) sətrində 455,40 manat, 1226.3-cü (Xammal və materiallar) sətrində 39 200,0 manat, 1226.13-cü (Bank xidməti üzrə xərclər) sətrində 889,62 manat olmaqla ümumilikdə 42 615,02 manat məbləğində gəlirdən çıxılan xərc məbləği qeyd edilərək Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla 3 937,20 manat gəlir vergisi bəyan edildiyi müəyyən edilmişdir. Araşdırma zamanı fərdi sahibkar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının” 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə uyğun olaraq riskli vergi ödəyicisi hesab olunmuş və bununla bağlı xx.xx.2023-cü il **********184700 nömrəli Qərar qəbul olunaraq fərdi sahibkara göndərilmişdir. Qeyd olunan qərarda “Vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə cəmi 16.0 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "2 ədəd dəmir darvaza və 290 metr dəmir boru" satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci, 3.1.1 -ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur.” qeyd edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1 -ci və 2.1.3-cü yarımbəndlərinə əsasən fərdi sahibkar tərəfindən riskli əməliyyatların aparılmasına, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021 -ci il tarixli 406- VİQD №- li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərtinin təsbit edildiyi üçün əldə edilmiş 78 401,39 manat gəlir, 522,0 manat xərc nəzərə alınaraq 2022- ci il üçün 20 faiz dərəcə ilə 11 638,68 manat gəlir vergisi məbləği hesablanmışdır. Daha sonra, vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixindən yenidən dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsi təqdim edilmiş və bəyannamədə 75 faiz güzəşt çıxarılaraq, xərc məbləği artırılmış və 65334,49 manat xərc məbləği bəyan edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən mövcud kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 12 962,50 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********052600 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Məhkəmənin Nazirlər Kabinetinin 55 saylı Qərarının tətbiqinə münasibətdə bildiririk ki, vergi ödəyicisi tərəfindən gəlir və xərclərin uçotu aparılmayaraq şərti rentabellik tətbiq etməklə özünə xərc hesablaması qanunvericilikdə nəzərdə tutulmamışdır. İnzibati orqan tərəfindən isə bu cür hesablama tətbiq edilərkən vergi ödəyicisinin fəaliyyəti hərtərəfli təhlil edilməklə qərar qəbul edilir. Əgər vergi orqanı tərəfindən həmin normanın tətbiq edilməsi məcburi xarakter daşısa idi, vergi ödəyiciləri tərəfindən malların alışsatışına dair düzgün vergi uçotu aparmağa gərək olmazdı. Vergi ödəyiciləri hər bir halda həmin normanın tətbiq ediləcəyini bildikləri üçün artmaqda davam edən vergidənyayınma halları baş verərdi, bu isə birbaşa dövlət büdcəsinə daxilolmaların əhəmiyyətli dərəcədə azalması şəklində özünü göstərmiş olardı.Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il № 1033-VİQD Qanuna əsasən Vergi Məcəlləsinin 67.14-cü, 83.9-cu maddələri 2024-cü ilin yanvarın 1- dən Vergi Məcəlləsindən çıxarılmışdır. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən analoji halların gələcəkdə daha böyük problemlərə səbəb olacağı ehtimalını dəyərləndirməmiş və ədalətsiz qərar qəbul etmişdir.

e) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı tərəfindən təqdim olunmuş apellyasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri iddia ərizəsi ilə oxşarlıq təşkil edir.

f) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi:

Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları. 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.

Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar. 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.

Maddə 14. Bazar qiyməti 14.6.5. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır. 14.8. Vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır.

Maddə 23. Vergi orqanlarının hüquqları 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X4ni keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur.

Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir.

Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.9-cu maddəsinə əsəsən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

Maddə 102. Gəlir vergisindən azadolmalar və güzəştlər 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi.

Maddə 109. Gəlirdən çıxılmayan xərclər 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarına əsasən təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”

6.1-ci bəndinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında. 6.1.2. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın:

Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: Bənd 2.1.1. Bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; Bənd 2.1.3. İdxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: Bənd 3.1.1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2.İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öztəşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarınınvə ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

34. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

36. İş materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş 2022-ci il üçün gəlir vergisi bəyannaməsinin “malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir” qrafasında 78401,39 manat, “malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə xərclər” qrafasında 65334,49 manat, “vergiyə cəlb oluna gəlir” qrafasında 13066,90 manat, “ödənilməli gəlir vergisi” qrafasında 2613,38 manat göstərilmişdir.

37. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla iddiaçıya 15575,88 manat vergi və sığorta haqqı hesablanmışdır.

38. İddiaçı vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixindən dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş və bəyannamədə 75 faiz güzəşt çıxarılaraq, xərc məbləği artırılmış və 65334,49 manat xərc məbləği bəyan edilmişdir. Lakin cavabdeh tərəfindən “elektron qaimə-fakturalar əsasında malların (iş və xidmətlərin) əldə edilmədiyi, mal alışı ilə bağlı malların elektron vergi ödəyicisi tərəfindən mövcud kənarlaşma aradan qaldırılmadığı” əsası ilə kameral vergi yoxlaması ilə 12 962,50 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********052600 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 2024-cü ilin yanvarın birindən qüvvədən düşmüş 67.14- cü maddəsində göstərilirdi ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Yenə Məcəllənin həmin dövrə qədər qüvvədə olmuş 83.9- cu maddəsində göstərilirdi ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6-cı bəndində göstərilmişdir ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : (100 + R) x R burada: M1 vergi ödəyicinin mənfəəti; G1 vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R şərti rentabellik normasıdır. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında: M1 = X1 : 100 x R burada: M1 vergi ödəyicisinin mənfəəti; X1 vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər; Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1149/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında bildirilmişdir ki, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azaddır. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı tərəfindən xərclərin uçotu düzgün aparılmamış, ümumiyyətlə xərc sənədlərinin olması müəyyən edilməmişdir. Bu səbəbdən də iddiaçı Vergi Məcəlləsinin 106.1.20-ci maddəsi ilə müəyyən olunan 75 faiz güzəşt hüququndan istifadə edilə bilməz.

41. Kollegiya qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdeh tərəfindən etirazda qeyd olunan Vergi Məcəlləsinin 67-ci maddəsinin konkret olaraq hansı bəndində qeyd olunan məlumatlardan istifadə istifadə edilərək vergi hesablandığı müəyyənləşdirilməmişdir. Kollegiya həmçinin cavabdeh tərəfindən sözügedən maddəyə formal olaraq da istinad olunması halını istisna etmir. Bununla belə işin hallarının araşdırılması prinsipinə görə bu hal aydınlaşdırılmalıdır.

42. Apellyasiya instansiya məhkəməsi qərarında iddiaçının riskli vergi ödəyicisi olmasını əsas götürərək iddiaçının “əmtəəsiz əməliyyatlar aparmaqla gəlir əldə etdiyini” qeyd etsə də, məhkəmə nəzərə almamışdır ki, şəxsin riskli vergi ödəyicisi hesab olunması bütün hallarda onun əmtəəsiz əməliyyatlar aparması anlamına gəlmir.

43. Kollegiya xüsusilə qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda qeyd olunan göstərişinə uyğun olaraq kollegiya bildirir ki, iddiaçının ödəməli olduğu gəlir vergisinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş şərti rentabellik norması tətbiq edilmədən, ümumi gəlirə birbaşa 20 faiz dərəcə tətbiq edilməklə hesablanması olmuşdur.

45. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun satdığı malların alışına hər hansı xərcinin olmadığını göstərmir. Vergi orqanı iddiaçınını malların təqdim edilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclərini qəbul etmir və iddiaçıya əsassız olaraq ümumilikdə 15575,88 manat əlavə vergi məbləği hesablanmışdır.

46. Halbuki, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur və hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 16.1 və 16.2-ci maddələri)

47. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (2-1(102)1903/2022 nömrəli; 2-1(102)2643/2024 nömrəli; 2-1(102)-136/2025 nömrəli), həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardad(lar)da (2-1(102)-2914/2024 nömrəli, 2-1(102)-36/2025 nömrəli, 2-1(102)- 250/2025 nömrəli, 2-1(102)-489/2025 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan istifadə etmək vergi orqanının hüququdur. Vergi ödəyicisi həmin maddənin müddəalarına uyğun özünə vergi hesablaya bilməz. Belə ki, vergi ödəyicisinin vəzifəsi gəlir və xərclərin düzgün uçotunun aparılmasıdır. Bununla belə qeyd edilməlidir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Odur ki, hazırkı halda qiymət verilməli olan hal, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsidir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə (xx.xx.2024-cü il tarixədək olan vergi dövrləri üzrə) hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir. Başqa sözlə, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Yəni, vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

48. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir. 12. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

49. Kollegiya, həmçinin, qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

50. Beləliklə, cavabdehin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********052600 nömrəli qərarının qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur ki, həmin inzibati akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi qoyur. Halbuki, belə hal Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə ziddir.

51. (Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-402/2024 xx.xx.2024-cü il tarixli Qərarında vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etməyin hüquqi nəticələri dəqiq və aydın izah edilmişdir)

52. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh obyektiv qərarın qəbulu üçün lazimi həcmdə və həddə inzibati icraat aparmadan vergi hesablamışdır. Bunun da nəticəsində iddiaçıya münasibətdə əsassız vergi hesablanmışdır.

53. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddiaçı tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə 2022-ci ilin noyabr-dekabr ayları üzrə onlayn nəzarət-kassa aparatı və bank məlumatları əsas götürülməklə 11.909,73 manat ((64402,66-4854,00)*20%)) əlavə vergi məbləği hesablanmışdır.

54. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh nə bazar qiyməti, nə də Nazirlər Kabinetinin 55 saylı qərarı, nə analoji, nə də ekspert rəyi əsasında vergiləri hesablamamışdır. Bununla bağlı kameral vergi yoxlaması qərarında da belə bir qanuni əsas müəyyən edilmir. Halbuki Vergi Məcəlləsinə əsasən kameral vergi yoxlaması qərarı əsaslandırılmalı və Vergi Məcəlləsinin müddəalarına istinad edilməklə aparılmalı idi.

55. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya vergi hesablayarkən həm maddi, həm də prosessual hüquq normalarını pozmuş, bununla da qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir.

56. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).

57. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

58. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda istinad edilən normalar dispozitiv deyil, imperativ normalardır. Yəni normalarda “hesablana bilər” ifadəsindən deyil, “hesablanır” ifadəsindən istifadə edilmişdir. Ona görə də, həmin normaların tətbiqinin vergi orqanının hüququ olması barədə cavabdehin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.

59. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.

60. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6833/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 61.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6833/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar