Məhkəmə qərarları › İş №2-1(103)-442/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-442/2025

04.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-442/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2319/2024 saylı, 14 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra– iddiaçı) vergi orqanlarında fərdi sahibkar kimi ********** “VÖEN”lə qeydiyyatdan keçərək fəaliyyət ünvanı Bakı şəhəri, Yasamal rayonu, ev 10-cu keçid, ev 10 olan vergi ödəyicisidir.

2. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2023-cü il tarixli, **********281700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 2022-ci ilin 4-cü rübü üçün 2.410,56 manat ödəmə mənbəyuindən tutulan vergi hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 04 avqust 2023-cü ul tarixli **********281700 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci il ərzində beynəlxalq yükdaşıma xidməti göstərən “GEORGİAN CARGO GROUP” LTD şirkəti vasitəsilə Koreya Respublikasından ikinci və üçüncü əl işlənmiş avtomobillərin idxalı ilə məşğul olmuşdur. Beynəlxalq yükdaşıma xidməti üzrə qeyri-rezident şəxslərə ödənilməli olan 51255.85 (əlli bir min iki yüz əlli beş manat səksən beş qəpik) AZN pul məbləğindən bank ödənişi əsasında 11079,87 (on bir min yetmiş doqquz manat səksən yeddi qəpik) AZN (6508 USD) ödəniş edilmişdir. Təqdim edilən ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə əlavə olunmuş bank ödəniş sənədləri vasitəsilə bu fakt öz təsdiqini tapmışdır. 40175.98 AZN məbləğində ödəniş isə hələ ki onun tərəfindən qeyri-rezident şirkətə ödənilməmişdir və borc məbləği olaraq yaxın zamanda ödənilməsi barədə şirkətlə razılığa gəlinmişdir. Belə olan halda ödənilmiş məbləğə uyğun olaraq təqdim olunmuş ödəmə mənbəyindən tutulan vergi bəyannaməsində vergi ödəyicisi tərəfindən 664,79 AZN məbləğində vergi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən əlavə olaraq 241,56 AZN məbləğində verginin müəyyən edilməsi tamamilə əsassız olmaqla, sadəcə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinə süni şəkildə maneə yaradılmasından ibarətdir.

5. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin azaldılması ilə bağlı inzibati araşdırma çərçivəsində vergi ödəyicisi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixi **********702200 nömrəli müraciətə əlavə edilmiş təsdiqedici sənədlərə əsasən 2022ci il ərzində beynəlxalq daşımalara görə qeyri-rezident şəxslərin 51255,85 manat dəyərində işləri icra etdikləri, bu məbləğdən 11063,6 manat hissəsinin 2022-ci il ərzində bankda olan hesablaşma hesabı vasitəsilə nağdsız qaydada ödənildiyi müəyyən edilmiş, 40192,25 manat məbləğin ödənilməsi ilə bağlı təsdiqedici sənədlər araşdırmaya təqdim olunmamış, ödənildiyi iddia edilən 51255,85 manat məbləğə görə həmin hesabat dövrləri üçün ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim edilməmişdir. İnzibati araşdırma nəticəsində qəbul edilmiş 17 may 2023-cü il tarixli, **********172100 nömrəli qərarda qeyd edilmişdir ki, 2022-ci il ərzində beynəlxalq daşımalara görə qeyri rezident şəxslərə ödənildiyi iddia edilən 51255.85 manat məbləğə (11063.6 manat hissəsinin bankda olan hesablaşma hesabı vasitəsilə nağdsız, 40192,25 manat məbləğ nağd qaydada) görə mövcud təsdiqedici sənədlər üzrə araşdırma aparılmaqla nəticəsi üzrə qanunamüvafiq tədbirlər görülməlidir. Bununla əlaqədar vergi orqanı tərəfindən iddiaçının fəaliyyəti təhlil edilmiş, 2022-ci il ərzində beynəlxalq yükdaşıma xidməti üzrə vergi ödəyicisi tərəfindən qeyri-rezident şəxslərə 51255,85 manat xərclərin çəkildiyi qeyd olunmasına baxmayaraq, müvafiq dövr üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin göstəricilərinin azaldılmaqla təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********314500 nömrəli məktub göndərilmiş, vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83 cü maddələrinə və İnzibati şikayətin qismən təmin edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********172100 nömrəli Qərarın 3.2-ci bəndinə əsasən kameral vergi yoxlaması ilə 51255.85*6%=3075.35 manat vergi məbləği hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********017700 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə vergi borcu qanunamüvafiq qaydada hesablanmışdır.

7. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2319/2024 saylı, 14 avqust 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının qeyri-rezidentə faktiki olaraq çəkdiyi xərc 11079,87 AZN olmuçdur. Belə olan halda həmin məbləğin 6 faiz məbləğində verginin 664.79 AZN müəyyən edilməsi ilə qanunun tələbinə müvafiq düzgün hesablama həyata keçirilmişdir.

9. İddiaçı kiçik sahibkar kimi gəlirlərin və xərclərin uçotunu kassa metodundan istifadə edərək aparmışdır. AR Vergi Məcəlləsinin 133-cü maddəsinə görə “vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır”.

10. Qanunun tələbindən bəlli olur ki, vergi ödəyicisinin faktiki olaraq çəkdiyi xərc 11079,87 AZN (6508 USD) olduğu üçün bəyannamə və hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış 664,79 AZN məbləğində verginin müəyyən olunması ə əsaslıdır.

11. Vergi Məcəlləsinin 150.5-ci maddəsinə əsasən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi istisna olmaqla, digər gəlirlərdən ödəmə mənbəyində verginin tutulması öhdəliyinin yaranma vaxtı aşağıdakı qaydada müəyyən edilir: vergi ödəyicisi pul vəsaitini nağd qaydada ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmə zamanı pul vəsaitinin köçürülməsinə dair ödəmə tapşırığının bank tərəfindən icraya qəbul edildiyi vaxt.

12. Bu maddənin tələbindən də göründüyü kimi ödəmə mənbəyindən verginin tutulması öhdəliyi iddiaçı tərəfindən nağdsız ödəmə zamanı 11079,87 AZN (6508 USD) pul vəsaiti köçürüldüyü zaman yaranmışdır və buna əsasən hələ ödənilməmiş qalan məbləğə münasibətdə hər hansı ödəmə mənbəyində verginin tutulması öhdəliyindən söhbət gedə bilməz.

13. Cavabdeh iddiaçı tərəfindən qeyri-rezidentə 51255,85 manat xərclərin çəkilmləsini qeyd etməsində baxmayaraq iş materillarına əsasən bu hal təsdiq olunmamaqla cavabdeh bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2319/2024 saylı, 14 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisinin hazırda mübahisə predmeti olmayan digər müraciətinin inzibati qaydada araşdırılması zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə göndərilmiş xx.xx.2023-cü il tarixdə sorğuya cavab olaraq daxil olmuş məktubun və uçot bazasının məlumatlarına əsasən fərdi sahibkar tərəfindən 2022- ci il ərzində idxal edilmiş 14 sayda avtomobil nəqliyyatı vasitələrindən 8-nin 2022-ci ildə və 3-nün 2023-cü ildə təqdim edildiyi (satıldığı), 3nün isə fərdi sahibkarın adına qeydiyyatda olduğu,təqdim edilmədiyi (satılmadığı) müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən 2022-ci ildə idxal olunan 14 sayda avtomobil nəqliyyatı vasitələrindən 8 (səkkiz) ədədi (o cümlədən X6 markalı (dizel mühərrik) şassi/ban nömrəsi: KMHSH81VP9U454736 olan, X6 markalı (dizel mühərrik) şassi/ban nömrəsi KMHSH81VP8U394296 olan, Kia Pride (dizel mühərrik) şassi/ban nömrəsi KNADE22436S116133 olan, Kia Pride (dizel mühərrik) şassi/ban nömrəsi KNADE22437S308726 olan, X6 (dizel mühərrik) şassi/ban nömrəsi KMHSJ81UBAU612217 olan, X6 (dizel mühərrik) şassi/ban nömrəsi KMHSH81VP9U501081 olan, X6 (dizel mühərrik) şassi/ban nömrəsi KMHSH81VP9U475030 olan, X6 markalı, dizel mühərrikli şassi/ban nömrəsi KMHSJ81UBAU559959 olan) 2022-ci ildə, 3 (üç) ədədi (o cümlədən X6 (dizel) şassi/ban nömrəsi KMHSH81UBBU616072 olan, X6 (dizel mühərrikli) şassi/ban nömrəsi KMHSH81VP9U499810 olan, Hyundai Sonata (benzin) şassi/ban nömrəsi KMHEU41ABAA753909 olan) 2023-cü ildə təqdim edilmiş (satılmış), 3 (üç) ədədi isə ( o cümlədən X6 (dizel) şassi/ban nömrəsi KMHSH81VP9U413561 olan, Hyundai Avante (dizel mühərrikli) şassi/ban nömrəsi KMHDU41TP7U319757 olan, X6 (dizel mühərrik) şassi/ban nömrəsi KMHSH81VP9U464675 olan,) təqdim edilməmiş (satılmamış), adına qeydiyyatda olduğu müəyyən edilmişdir. 2022-ci ildə təqdim edilən (satılan) avtomobil nəqliyyat vasitələrinin gömrük dəyərinin 136219.51 manat, invoys dəyərinin 96857.71 manat, daşıma xərcinin 31182.25 manat, 2023-cü ildə təqdim edilən (və ya adında qeydiyyatda olan),yəni 2022-ci ilin sonunda mal qalığı kimi qalmış avtomobil nəqliyyat vasitələrinin gömrük dəyərinin 102733.56 manat, invoys dəyərinin 71958.46 manat, daşıma xərcinin 20073.6 manat, faktiki dəyərinin 92032.06 manat (71958.46+20073,6) olması müəyyən edilmişdir. Aparılan araşdırma zamanı 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin azaldılması ilə bağlı inzibati araşdırma çərçivəsində vergi ödəyicisi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********702200 nömrəli müraciətə əlavə edilmiş təsdiqedici sənədlərə əsasən 2022-ci il ərzində beynəlxalq daşımalara görə qeyrirezident şəxslərin 51255,85 manat dəyərində işləri icra etdikləri, bu məbləğdən 11063,6 manat hissəsinin 2022-ci il ərzində bankda olan hesablaşma hesabı vasitəsilə nağdsız qaydada ödənildiyi müəyyən edilmiş, 40192,25 manat məbləğin ödənilməsi ilə bağlı təsdiqedici sənədlər araşdırmaya təqdim olunmamış, ödənildiyi iddia edilən 51255,85 manat məbləğə görə həmin hesabat dövrləri üçün ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim edilməmişdir. inzibati araşdırma nəticəsində qəbul edilmiş 17 may 2023-cü il tarixli, **********172100 nömrəli qərarda qeyd edilmişdir ki, 2022-ci il ərzində beynəlxalq daşımalara görə qeyri rezident şəxslərə ödənildiyi iddia edilən 51255.85 manat məbləğə (11063.6 manat hissəsinin bankda olan hesablaşma hesabı vasitəsilə nağdsız, 40192,25 manat məbləğ nağd qaydada) görə mövcud təsdiqedici sənədlər üzrə araşdırma aparılmaqla nəticəsi üzrə qanunamüvafiq tədbirlər görülməlidir. Bununla əlaqədar vergi orqanı tərəfindən iddiaçının fəaliyyəti təhlil edilmiş, 2022-ci il ərzində beynəlxalq yükdaşıma xidməti üzrə vergi ödəyicisi tərəfindən qeyri-rezident şəxslərə 51255,85 manat xərclərin çəkildiyi qeyd olunmasına baxmayaraq, müvafiq dövr üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin göstəricilərinin azaldılmaqla təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Hansı ki, həmin daşıma xərcləri vergi ödəyicisinin 2022-ci il üzrə gəlir vergisi bəyannaməsində də xərc kimi nəzərə alınmışdır. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********314500 nömrəli məktub göndərilmiş, vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə və İnzibati şikayətin qismən təmin edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********172100 nömrəli Qərarın 3.2-ci bəndinə əsasən kameral vergi yoxlaması ilə 51255.85*6%=3075.35 manat vergi məbləği hesablanmışdır. Aparılmış hesablamalarla ödəyicisinə xx.xx.2023-cü **********017700 nömrəli bağlı il vergi tarixli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Göründüyü hesablanması kimi, tamamilə vergi orqanının qanunvericiliyin tələblərinə uyğun olsa da məhkəmə yuxarıda qeyd olunan hallar ilə əlaqədar ümumiyyətlə araşdırma aparmayaraq, vergi ödəyicisindən sübut qismində üzləşmə aktı tələb etməyərək, ədalətsiz qərar qəbul etmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi(vəkili) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Həmçinin, iddiaçı sonuncu məhkəmə iclasında tərcümə olunmuş və notarial təsdiq olunmuş “SOLİD TRANS LTD” şirkətinə 13.500 USD borcu qalması barədə məktubu təqdim etmişdir.Eyni zamanda, bildirmişdir ki, “GEORGİAN CARGO GROUP” LTD şirkətinin fəaliyyəti ilə bağlı hazırda məlumatı olmadığından əlaqə yarada bilməmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X4ni keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Maddə 24.0.1-ci və 24.0.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 82.1. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi vergi bazasını, vergi dərəcəsini və vergi güzəştlərini əsas götürərək, hesabat dövrü üçün ödənilməli olan verginin məbləğini sərbəst surətdə özü hesablayır. Maddə 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Maddə 83.5. Bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsi müəyyən edildiyi halda, verginin ödənilməsinə dair öhdəliyin əks etdirildiyi bəyannamənin tərtib edilməsi bu cür verginin hesablanması və onun ödənilməsinə dair bildirişdir. Maddə 125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: .... 125.1.4. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri- 6 faiz. Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutuma obyekti deyildir... Maddə 133.1. Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. Maddə 133.2. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank, digər kredit və ya elektron pul təşkilatı tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. Maddə 133.3. Vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır. Maddə 133.4. Borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

24. Hazırkı iş üzrə iddiaçının tələbi "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədədir.

25. İşin hallarına görə, cavabdeh mübahisələndirilən qərarla iddiaçıya kameral vergi yoxlaması tətbiq etmiş və 2410,56 manat ÖMV hesablamışdır.

26. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur.

27. Cavabdeh hesab edir ki, 2022-ci il ərzində beynəlxalq yükdaşıma xidməti üzrə iddiaçı tərəfindən qeyri-rezident şəxslərə 51255,85 manat xərclərin çəkildiyi qeyd olunmasına baxmayaraq, müvafiq dövr üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin göstəricilərinin azaldılmaqla təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

28. Cavabdeh 51255,85 manat məbləğə görə, 6% ilə iddiaçıya 2410,56 manat ÖMV hesablamışdır.

29. İddiaçı cavabdehin bu mövqeyini əsassız hesab edərək bildirir ki, beynəlxalq yükdaşıma xidməti göstərən “GEORGİAN CARGO GROUP” LTD şirkətinə ödənilməli olan 51255.85 AZN pul məbləğindən bank ödənişi əsasında 6508 USD (11079,87 AZN) ödəniş edilmişdir.

30. İddiaçı təqdim etdiyi bəyannamədə, qeyri-rezidentə ödənilən 11079,87 AZN məbləğə 6%ilə 664,79 manat ÖMV hesablamışdır.

31. İş materiallarından müəyyən edilir ki, iddiaçının qeyri-rezidentə faktiki olaraq çəkdiyi xərc 11079,87 AZN olmuçdur.

32. Belə olan halda həmin məbləğin 6 faiz məbləğində verginin 664.79 AZN müəyyən edilməsi ilə qanunun tələbinə müvafiq düzgün hesablama həyata keçirilmişdir.

33. İddiaçı kiçik sahibkar kimi gəlirlərin və xərclərin uçotunu kassa metodundan istifadə edərək aparmışdır. AR Vergi Məcəlləsinin 133-cü maddəsinə görə “vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır”.

34. Qanunun tələbindən bəlli olur ki, vergi ödəyicisinin faktiki olaraq çəkdiyi xərc 11079,87 AZN (6508 USD) olduğu üçün bəyannamə və hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış 664,79 AZN məbləğində verginin müəyyən olunması əsaslıdır.

35. Vergi Məcəlləsinin 150.5-ci maddəsinə əsasən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi istisna olmaqla, digər gəlirlərdən ödəmə mənbəyində verginin tutulması öhdəliyinin yaranma vaxtı aşağıdakı qaydada müəyyən edilir: vergi ödəyicisi pul vəsaitini nağd qaydada ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmə zamanı pul vəsaitinin köçürülməsinə dair ödəmə tapşırığının bank tərəfindən icraya qəbul edildiyi vaxt.

36. Bu maddənin tələbindən də göründüyü kimi ödəmə mənbəyindən verginin tutulması öhdəliyi iddiaçı tərəfindən nağdsız ödəmə zamanı 11079,87 AZN (6508 USD) pul vəsaiti köçürüldüyü zaman yaranmışdır və buna əsasən hələ ödənilməmiş qalan məbləğə münasibətdə hər hansı ödəmə mənbəyində verginin tutulması öhdəliyindən söhbət gedə bilməz.

37. Cavabdeh iddiaçı tərəfindən qeyri-rezidentə 51255,85 manat xərclərin çəkilmləsini qeyd etməsinə baxmayaraq iş materillarına əsasən bu hal təsdiq olunmamaqla cavabdeh bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

38. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisinin hazırda mübahisə predmeti olmayan digər müraciətinin inzibati qaydada araşdırılması zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə göndərilmiş xx.xx.2023-cü il tarixdə sorğuya cavab olaraq daxil olmuş məktubun və uçot bazasının məlumatlarına əsasən fərdi sahibkar tərəfindən 2022- ci il ərzində idxal edilmiş 14 sayda avtomobil nəqliyyatı vasitələrindən 8-nin 2022-ci ildə və 3-nün 2023-cü ildə təqdim edildiyi (satıldığı), 3nün isə fərdi sahibkarın adına qeydiyyatda olduğu,təqdim edilmədiyi (satılmadığı) müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən 2022-ci ildə idxal olunan 14 sayda avtomobil nəqliyyatı vasitələrindən 8 (səkkiz) ədədi (o cümlədən X6 markalı (dizel mühərrik) şassi/ban nömrəsi: KMHSH81VP9U454736 olan, X6 markalı (dizel mühərrik) şassi/ban nömrəsi KMHSH81VP8U394296 olan, Kia Pride (dizel mühərrik) şassi/ban nömrəsi KNADE22436S116133 olan, Kia Pride (dizel mühərrik) şassi/ban nömrəsi KNADE22437S308726 olan, X6 (dizel mühərrik) şassi/ban nömrəsi KMHSJ81UBAU612217 olan, X6 (dizel mühərrik) şassi/ban nömrəsi KMHSH81VP9U501081 olan, X6 (dizel mühərrik) şassi/ban nömrəsi KMHSH81VP9U475030 olan, X6 markalı, dizel mühərrikli şassi/ban nömrəsi KMHSJ81UBAU559959 olan) 2022-ci ildə, 3 (üç) ədədi (o cümlədən X6 (dizel) şassi/ban nömrəsi KMHSH81UBBU616072 olan, X6 (dizel mühərrikli) şassi/ban nömrəsi KMHSH81VP9U499810 olan, Hyundai Sonata (benzin) şassi/ban nömrəsi KMHEU41ABAA753909 olan) 2023-cü ildə təqdim edilmiş (satılmış), 3 (üç) ədədi isə ( o cümlədən X6 (dizel) şassi/ban nömrəsi KMHSH81VP9U413561 olan, Hyundai Avante (dizel mühərrikli) şassi/ban nömrəsi KMHDU41TP7U319757 olan, X6 (dizel mühərrik) şassi/ban nömrəsi KMHSH81VP9U464675 olan,) təqdim edilməmiş (satılmamış), adına qeydiyyatda olduğu müəyyən edilmişdir. 2022-ci ildə təqdim edilən (satılan) avtomobil nəqliyyat vasitələrinin gömrük dəyərinin 136219.51 manat, invoys dəyərinin 96857.71 manat, daşıma xərcinin 31182.25 manat, 2023-cü ildə təqdim edilən (və ya adında qeydiyyatda olan),yəni 2022-ci ilin sonunda mal qalığı kimi qalmış avtomobil nəqliyyat vasitələrinin gömrük dəyərinin 102733.56 manat, invoys dəyərinin 71958.46 manat, daşıma xərcinin 20073.6 manat, faktiki dəyərinin 92032.06 manat (71958.46+20073,6) olması müəyyən edilmişdir. Aparılan araşdırma zamanı 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin azaldılması ilə bağlı inzibati araşdırma çərçivəsində vergi ödəyicisi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********702200 nömrəli müraciətə əlavə edilmiş təsdiqedici sənədlərə əsasən 2022-ci il ərzində beynəlxalq daşımalara görə qeyrirezident şəxslərin 51255,85 manat dəyərində işləri icra etdikləri, bu məbləğdən 11063,6 manat hissəsinin 2022-ci il ərzində bankda olan hesablaşma hesabı vasitəsilə nağdsız qaydada ödənildiyi müəyyən edilmiş, 40192,25 manat məbləğin ödənilməsi ilə bağlı təsdiqedici sənədlər araşdırmaya təqdim olunmamış, ödənildiyi iddia edilən 51255,85 manat məbləğə görə həmin hesabat dövrləri üçün ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim edilməmişdir.

39. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə araşdırması zamanı iddiaçının xahişi əsasında məhkəmə iclası təxirə salınmışdır.Belə ki, iddiaçı bildirmişdir ki, beynəlxalq yükdaşıma xidməti göstərən “GEORGİAN CARGO GROUP” LTD şirkətinə ödənilməli olan 51255.85 AZN pul məbləğindən bank ödənişi əsasında 6508 USD (11079,87 AZN) ödəniş edilmişdir.İddiaçıya beynəlxalq yükdaşıma xidməti göstərən “GEORGİAN CARGO GROUP” LTD şirkətinə və Gürcüstan Respublikasının “SOLİD TRANS LTD” şirkətinə ödənilməli 40192,25 manat məbləğin ödənilmədiyi ilə bağlı təsdiqedici sənədlər təqdim edə bilər.

40. İddiaçı sonuncu məhkəmə iclasında tərcümə olunmuş və notarial təsdiq olunmuş “SOLİD TRANS LTD” şirkətinə 13.500 USD borcu qalması barədə məktubu təqdim etmişdir.Həmçinin, bildirmişdir ki, “GEORGİAN CARGO GROUP” LTD şirkətinin fəaliyyəti ilə bağlı hazırda məlumatı olmadığından əlaqə yarada bilməmişdir.

41. Məhkəmə Kollegiyası nəzərə alır ki, cavabdeh 40192,25 manat məbləğin ödənildiyi ilə bağlı dəlil gətirsə də yuxarıda qeyd olunanlarla bu fakt təsdiqini tapmır.

42. Məhkəmə Kollegiyası xüsusilə qeyd edir ki, göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən qeyri-rezidentə 51255,85 manat xərclərin çəkilmləsini qeyd etməsinə baxmayaraq iş materillarına əsasən bu hal təsdiq olunmamaqla cavabdeh bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

43. Məhkəmə Kollegiyası nəzərə alır ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz.

45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

46. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2319/2024 saylı, 14 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2319/2024 saylı, 14 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar