Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4424/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), X1 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10809/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. xx.xx.2013-cü il tarixli 938 saylı qərardan görünür ki, iddiaçıya xx.xx.2013-cü ildən yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Cavabdehin ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ərizəçinin pensiya uçot vərəqi dublikat olduğundan pensiya işinə Fərdi hesabındakı mövcud kapitallarına uyğun olaraq baxılmış və avtomatlaşdırılmış qaydada ƏMAS-da qeyd olunmuş məlumatlar əsasında xx.xx.2022ci il tarixindən pensiyası yenidən hesablanmış, məbləğ 728,78 manatdan azaldılaraq 458.33 manat müəyyən edilmişdir. Nəticədə, Qanunun 39.1-ci maddəsi tətbiq edilməklə 01.10 2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 9192.72 manat artıq vermə aşkar edilmişdir.
3. Cavabdehin xx.xx.2025-ci il tarixli ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçının pensiya uçot vərəqi dublikat olduğundan pensiya işinə Fərdi hesabındakı mövcud kapitallarına uyğun olaraq təkrar baxılmış və avtomatlaşdırılmış qaydada ƏMAS-da qeyd olunmuş məlumatlar əsasında xx.xx.2022-cı il tarixindən pensiyası yenidən hesablanmış, məbləğ 787.81 manatdan 495.45 manat müəyyən edilmişdir. Nəticədə Qanunun 39.1 maddəsi tətbiq edilməklə xx.xx.2021 -ci il tarixindən 31.03 2025-ci il tarixinədek 10881.15 manat artıq vermə aşkar edilmişdir. Vətəndaş inzibati icraata dəvət edilmiş, lakin iştirak etməmişdir.
4. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-Q-101217/2025 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7-ci maddəsinin xx.xx.2013-cü il tarixində qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Xidməti yoxlama zamanı yaşa görə əmək pensiyasının qanunauyğunluğunun araşdırılması zərurəti yaranmışdır. Pensiya işi qovluğuna daxil olan sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1970-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 28 il 3 ay 15 gün sığorta stajı və xx.xx.2007ci il tarixindən xx.xx.2013-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 780,10 manat (2013-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (artıqödəmənin müəyyən edildiyi tarixdən 3 il əvvələ) 267,24 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək 01.01,2022-ci il tarixindən 276,33 manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2016-cı il tarixindən işdən çıxdığı tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 4777,74 manat (2022-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 342,69 manat müəyyən edilmişdir. Qanunun 29.1ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 412,17 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri də nəzərə alınmaqla), xx.xx.2024-cü il tarixindən 458,33 manata, xx.xx.2025-ci il tarixindən 495,45 manata çatdırılmışdır. Əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixindən (artıqödəmənin müəyyən edildiyi tarixdən 3 il əvvələ) xx.xx.2025-ci il tarixinədək artıqödəmə müəyyən edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona münasibətdə artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və bu qərarın icrası nəticəsində ona dəymiş ziyanın (tutulmuş pensiya ödənişi) ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1950-ci il 26 aprel təvəllüdlü pensiyaçı İddiaçı oğlu 19 yaşından, yəni 1969-cu ildən əmək fəaliyyətinə başlamış və bu günə qədər də Dövlət Sosial Müdafiə Fonduna ödənişlər edir. 2025-ci ilin aprel ayında ona ödənilən pensiyanın məbləği əvvəlki aylarla müqayisədə xeyli (292,36 AZN) aşağı olmuşdur. Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxlayaraq bunun səbəbi ilə maraqlandıqda, pensiyadan tutmanın həyata keçirildiyi bildirilmişdir. Səbəb kimi 2019-cu ilin avqustundan başlayaraq ona ödənilən pensiya məbləğinin səhv hesablandığı və artıq ödənişlərin edildiyi bildirilmişdir. Cavabdehin 2025-ci il 1 may tarixli 3-17-1/2-Q-101217/3/2025 nömrəli cavab məktubunda (məktub mənə 10 may 2025-ci ildə poçt vasitəsilə çatdırılmışdır) şikayətinin hüquqi tərəfi ilə bağlı ümumiyyətlə mövqe ifadə olunmamış, pensiyadan tutma barədə qərar yenə də ona göndərilməmişdir. Məktubda 2021-ci il 1 oktyabr tarixindən 2025-ci il 31 mart tarixinədək artıq ödəmənin müəyyən edildiyi bildirilmiş, bu səbəbdən də aldığı pensiya məbləğinin 495,45 AZN-ə qədər azaldıldığı (əvvəllər 787,81 manat məbləğində pensiya almışdır) bildirilmişdir. Hazırda pensiyadan 292,36 manat pul tutulmaqdadır. Cavabdehin iddiaçının pensiyasından tutma haqqında qərarı qanunsuzdur, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsi və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə təmin edilən mülkiyyət hüququna qanunsuz müdaxilədir və buna görə də ləğv olunmalıdır.
8. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, Mərkəzi Filial tərəfindən qəbul olunmuş xx.xx.2025 tarixli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında" qərarla iddiaçının xx.xx.1970-ci il tarixindən xx.xx.1972- ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 28 il 3 ay 15 gün sığorta stajı və xx.xx.2007-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək fərdi şəxsi hesabınının sığorta hissəsində qeydə alınmış 780,10 manat (2013- cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (artıqödəmənin müəyyən edildiyi tarixdən 3 il əvvələ) 267,24 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - Qanun) 29.1-ci maddəsinin tələblərinə əsasən onun əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 276,33 manata çatdırılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün Qanunun 37.3.1 -ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2016-cı il tarixindən işdən çıxdığı tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 4777,74 manat (2022- ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 342,69 manat müəyyən edilmişdir, iddiaçının əmək pensiyasının məbləği Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 412,17 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri də nəzərə alınmaqla), xx.xx.2024-cü il tarixindən 458,33 manata, xx.xx.2025-ci il tarixindən 495,45 manata çatdırılmışdır. Həmçinin, iddiaçının əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixindən (artıqödəmənin müəyyən edildiyi tarixdən 3 il əvvələ) xx.xx.2025-ci il tarixinədək artıqödəmə müəyyən edilmişdir. Artıq ödəmənin ümumi məbləği 10881 manat təşkil edir. Hazırkı iş üzrə iddiaçıya münasibətdə artıq ödəmə müəyyən edilsə də, heç bir tutulma aparılmamışdır. Lakin bu hal Mərkəzi Filialı “Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən məhkəmə qaydasında tutulmanın həyata keçirilməsi üçün tədbirlər görmək hüququndan məhrum etmir.
09. Bakı İnzibati Məhkəməsinin 22-1(112)-10809/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınaın “Ümumi əsaslara görə əmək pensiyanın yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilmişdir.
10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatları
13. Məhkəmədə cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini, iddiaçı isə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 22.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən)
19. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-15-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
20. Belə ki, iddiaçı hazırda cavabdehin xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli əmək pensiyasının yenidən hesablanması barədə qərarlarının ləğv olunması və pensiyasının əvvəlki qaydada ödənilməsini tələb edir.
21. Cavabdeh orqan isə bildirir ki, iddiaçıya 2013-cü ildə pensiya təyin edilərkən fərdi hesabdakı kapitalı və sığorta stajı düzgün hesablanmamış və artıqödəmə müəyyən edilmişdir.
22. İşin materiallarından görünür ki, iddiaçıya xx.xx.2013-cü il tarixli 938 saylı qərara əsasən xx.xx.2013-cü ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ərizəçinin pensiya uçot vərəqi dublikat olduğundan pensiya işinə Fərdi hesabındakı mövcud kapitallarına uyğun olaraq baxılmış və avtomatlaşdırılmış qaydada ƏMAS-da qeyd olunmuş məlumatlar əsasında xx.xx.2022-ci il tarixindən pensiyası yenidən hesablanmış, məbləğ 728,78 manatdan azaldılaraq 458.33 manat müəyyən edilmişdir. Nəticədə, Qanunun 39.1-ci maddəsi tətbiq edilməklə 01.10 2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 9192.72 manat artıq ödəmə aşkar edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçının pensiya uçot vərəqi dublikat olduğundan pensiya işinə Fərdi hesabındakı mövcud kapitallarına uyğun olaraq təkrar baxılmış və avtomatlaşdırılmış qaydada ƏMAS-da qeyd olunmuş məlumatlar əsasında xx.xx.2022-cı il tarixindən pensiyası yenidən hesablanmış, məbləğ 787.81 manatdan 495.45 manat müəyyən edilmişdir. Nəticədə Qanunun 39.1 maddəsi tətbiq edilməklə xx.xx.2021 -ci il tarixindən 31.03 2025-ci il tarixinədek 10881.15 manat artıq ödəmə aşkar edilmişdir. Vətəndaş inzibati icraata dəvət edilmiş, lakin iştirak etməmişdir
23. Eyni zamanda işin apellyasiya baxışı zamanı Dövlət Sosial Müdafiə X3 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 30 oktyabr 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı pensiya uçot vərəqinin dublikat olması səbəbindən fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.1970ci il tarixindən xx.xx.1972-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 28 il 3 ay 15 gün sığorta stajı və xx.xx.2007-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 780,10 manat (2013-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmışdır. Nəticədə iddiaçının əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixindən (artıqödəmənin müəyyən edildiyi tarixdən 3 il əvvələ) xx.xx.2024-cü il tarixinədək artıqödəmə müəyyən edilmişdir. Lakin sözügedən qərara əsasən MEİS-in “Pensiya” altsistemində İddiaçı əmək pensiyasının məbləğində dəyişiklik aparılmamışdır. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli aktına əsasən İddiaçı xx.xx.2024-cü il tarixində inzibati icraatla əlaqədar Fondun inzibati binasına dəvət edilmiş, lakin adıçəkilən şəxs inzibati icraatda iştirak etməmişdir. Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli qərarına əsasən əmək pensiyasının məbləği yenidən hesablanmış (xx.xx.2024-cü il tarixli qərarında qeyd olunduğu qaydada) və nəticədə iddiaçının əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək artıqödəmə müəyyən edilmişdir. Qeyd olunan qərarın icrası ilə əlaqədar iddiaçının əmək pensiyasının məbləği 495,45 manat müəyyən edilmişdir. Bundan başqa oda bildirilmişdir ki, Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qərarları qüvvədədir.
24. Belə ki, cavabdehin əvəzləşdimə ilə bağlı gətirdiyi arqumentlərini məhkəmə kollegiyası qanunvericilikdə nəzərdə tutulan imperativ normalar baxımından əsassız hesab edir.
25. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
26. Qanunun qeyd olunan tələbindən birmənalı olaraq göründüyü kimi, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, lakin razılığı olmadığı halda məhkəmə qaydasında tutulur.
27. Lakin, hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda inzibati orqanın əmək pensiyasının yenidən hesablanması haqqında cavabdehin müvafiq qərarının ləğv edilməsi və əvəzləşdirilmiş məbləğin ona qaytarılması ilə bağlı məhkəməyə müraciət etmişdir.
28. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.
29. İşdən göründüyü kimi cavabdehin mübahisələndirdiyi hallar ona 2013-cü ildən, ən geci isə 2022-ci ildən məlum olmuş, lakin, lazımı diqqət göstərərək müvafiq qərar qəbul etməli olduğu halda bunu etməmiş, 2024-cü ildə isə həmin aktı dəyişdirmək üçün 1 illik müddəti ötürmüşdür.
30. Odur ki, cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etdiyi müəyyən edilmir, hansı hallara görə iddiaçı barəsində qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. Cavabdeh ehtimal etdiyi yanlışı (fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının yanlış müəyyən etməsi) nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut hazırda təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır.
31. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 67.5-ci maddəsinin tələbinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
32. Göründüyü kimi, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmadan, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakının təmin etməklə aparmadan, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 34.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10809/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 36.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10809/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.