Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-443/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçının vəkili X4, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı “xxxx” MTK-nın cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı borcun silinməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2055/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2055/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim N.Abıyev). Həmin qərardan iddiaçı apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” MTK cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın şəxsi hesab vərəqəsi üzrə cari fəaliyyəti nəticəsində 277.486,99 manat məbləğində yaranmış artıq ödəmələrin məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borcla əvəzləşdirilməsinin (silinməsinin) qanunsuz hesab edilərək, silinmiş məbləğlərin bərpa edilməsi və məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borcun (vergi orqanının 5 illik müddətinin keçməsi ilə bağlı sildiyi borcdan başqa) qalan hissəsinin ümidiz borc kimi silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cəmiyyətin x xxxxxx 2008-ci il tarixinə qədər dövlət büdcəsinə 364.411,44 manat məbləğində vergi borcu yaranmışdır ki, vergi orqanı da məhz həmin vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədi ilə cəmiyyətə qarşı 398.160,0 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması və əldə olunan məbləğin həmin borc məbləğində dövlət büdcəsinə ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan məhkəmənin xx xxxxxx 2010-cu il tarixli, 2- (81)-35/2010 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı MMC-dən 364.411,44 manat pulun əmlaka yönəldilməklə alınaraq dövlət büdcəsinə ödənilməsi, MMC-dən əlavə olaraq 5 manat dövlət rüsumunun dövlət gəlirlərinə tutulması qət edilmiş və xx.xx.2010-cu il tarixdə 364.411,44 manat vergi borcu cəmiyyətin şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə”sindən azaldılaraq “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”də əks olunmuşdur. Qeyd olunan 364.411,44 manat vergi borcunun məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borc olduğundan (yəni məhkəmə qətnaməsinin qanuni qüvvədə olduğu müddət ərzində) və cəmiyyətin şəxsi hesab vərəqəsində “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”də göstərilməsinə baxmayaraq, vergi orqanı tərəfindən qanunsuz və əsassız olaraq heç bir xəbərdarlıq edilmədən cəmiyyətin cari vergi öhdəliklərin yerinə yetirilməsi zamanı yaranmış 277.486,99 manat artıq ödəmələrin müxtəlif vaxtlarda hissə-hissə məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borca aid edilməklə əvəzləşdirmə adı ilə silinmişdir. Qeyd olunan artıq ödəmələrin əvəzləşdirmə adı ilə məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borca silinməsi cəmiyyətin şəxsi hesab vərəqsində öz əksini tapmışdır. MTK-nın şəxsi hesab vərəqəsinin çıxarışına görə cari fəaliyyəti nəticəsində xx.xx.2012-ci il tarixə mövcud olmuş 110.380,48 manat artıq ödəmə xx.xx.2012-ci il tarixdə, xx.xx.2012-ci il tarixə mövcud olmuş 62.362,29 manat artıq ödəmə xx.xx.2012-ci il tarixdə və xx.xx.2016-cı il tarixə mövcud olmuş 104.744,27 manat artıq ödəmə xx.xx.2016cı il tarixdə cəmiyyətin “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”dən azaldılaraq “vergilər üzrə vərəqə”də hesablama əməliyyatı kimi əks olunmuş və qanunsuz olaraq cəmiyyətin yaranmış artıq ödəmə məbləğləri həmin məbləğlər ilə əvəzləşdirilərək silinmişdir. Cəmiyyətin cari fəaliyyəti zamanı vergi öhdəliklərinin yerinə yetirilməsi nəticəsində yaranmış artıq ödəmələrin məhkəmə qətnamələri əsasında əmlaka yönəldilmiş borclara silinməsi üçün heç bir qanuni əsas yoxdur. Belə ki, sözügedən borclar məhkəmə qətnamələri ilə artıq əmlaka yönəldilmişdir və belə olan halda əmlakın satılması yolu ilə ödənilməlidir. Başqa sözlə, vergi orqanı tərəfindən cəmiyyətin cari fəaliyyəti nəticəsində yaranmış artıq ödəmələrdən əmlaka yönəldilmiş borclara çıxılması cəmiyyətin cari borclarının və faizlərin artması ilə nəticələnir ki, bu da onun vəziyyətini ağırlaşdırır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1, 90.1, 90.3 və 90.4-cü maddələrinin məzmunundan görünür ki, vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borcun dövlət büdcəsinə ödənilməsi yalnız icra məmuru tərəfindən qətnamənin icrası ilə bağlı vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması nəticəsində əldə olunmuş vəsait hesabına həyata keçirilə bilər. Məhz bu səbəbdən də, məhkəmə qətnaməsi ilə vergi ödəyicisinin borcu əmlaka yönəldikdə həmin borc vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə"yə keçirilir və vergi orqanı tərə findən həmin borca nəinki faizlərin hesablanması, həmçinin həmin borcun dövlət büdcəsinə alınması ilə bağlı hər hansı qanunamüvafıq tədbirlərin (bank hesablarına sərəncamların qoyulması, borc bildirişlərin göndərilməsi və s.) görülməsi dayandırılır. Digər tərəfdən, qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən cəmiyyətin xx.xx.2016-cı il tarixə mövcud olmuş 104.744,27 manat artıq ödəməsinin xx.xx.2016-cı il tarixdə məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yənəldilən borca aid edilməsi (silinməsi) nəinki yuxarıda qeyd olunan qanunvericiliyinin normaların, eyni zamanda Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələblərinin kobud surrətdə pozulmasına səbəb olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Göründüyü kimi, qanunvericlikdə vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış məbləğini vergiyə cəlb edilən hesabat dövrü qutardıqdan sonra 5 il ərzində tutmaq üsullarından biridir. Başqa sözlə, vergi orqanı vergilər, faizlərin və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qərar qəbul olunması üçün məhkəməyə müraciət etmək onun hüququdur, lakin o bu hüququndan Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulan müddətlər çərçivəsində verginin tutulması üçün istifadə etməlidir. Əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qərarın mövcudluğu Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddətin əsassız olaraq mülki qanunvericilikdə nəzərdə tutulmuş 30 illik müddətlə əvəz edilməsi ilə nəticələnməməlidir. Bununla yanaşı, vergi qanunvericiliyinin tələblərinə görə vergilər ya vergi ödəyicisi tərəfindən bəyan edilərək, ya da ki vergi orqanı tərəfindən kameral və ya səyyar vergi yoxlaması nəticəsində hesablanır. Hazırkı məsələdə isə qeyd olunan halların heç biri mövcud olmamış, vergi orqanı 277.486,99 manat artıq ödəmələrin məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borcla “əvəzləşdirmə” adı altında silinməsi ilə kifayətlənmiş, həmin “əvəzləşdirmənin nədən ibarət olduğunu açıqlamamış və bu barədə cəmiyyətə ümumiyyətlə hər hansı məlumat verməmişdir. Ümumiyyətlə vergi qanunvericiliyində vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə “vergilər üzrə vərəqə”də yaranmış artıq ödəmələrin və cari vergi öhdəliklərinin yerinə yetirilməsi üçün ödənilmiş məbləğlərin “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”də mövcud olan borclara aid edilməsi və yaxud əvəzləşdirilməsi üçün hər hansı müddəa və hüquqi əsas nəzərdə tutulmamışdır. Bundan əlavə, qeyd etmək istərdik ki, məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən ümumilikdə 364 411,44 manat məbləğində borc 2008-ci ilin 1 dekabr ayınadək yaranmış borclardan ibarətdir ki, bu da Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddətinin başa çatdığı gün x xxxxxx 2013-cü il tarixə təsadüf edir və qeyd olunan müddət başa çatdıqdan sonra hətta vergi borcunun əmlaka yönəldilməsi ilə bağlı məhkəmə qətnaməsi qüvvədə olsa da belə tələb etmə müddəti bitmiş vergi borcu ümidsiz borc kimi silinməlidir. Bundan əlavə, xx.xx.2018-ci il tarixdə cəmiyyətin apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 2-(81)-35/2010 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli, 2-(81 )- 35/2010 saylı qərardadı ilə ərizənin təmin edilməsi, sözügedən qətnamədən cəmiyyət tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(103)389/2018 saylı qərardadı ilə iddiaçı vergi orqanının iddiadan imtinası qəbul edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərardaddan vergi orqanı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin x xxxxxx 2018-ci il tarixli 2-2(102)-468/2018 saylı qərardadı ilə mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qərardadı öz qanuni qüvvəsini almışdır ki, bu isə o deməkdir ki, sözügedən məhkəmə işi üzrə icraata xitam verildiyi üçün vergi borcunun dövlət büdcəsinə alınması ilə bağlı hazırda qüvvədə olan hər hansı məhkəmə aktı mövcud deyil. Belə ki, əvvəl məhkəmə qətnaməsi ilə təmin edilmiş ümumilikdə 364 411,44 manat məbləğində vergi borcundan cəmiyyətin şəxsi hesab vərəqəsi üzrə “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”sində vergi borcu qalmışdır ki, qeyd olunan vergi borcu ilə bağlı qüvvədə olan hər hansı məhkəmə aktı olmadığı üçün və həmin borcun 5 illik tələbetmə müddəti artıq çoxdandan keçdiyi üçün həmin vergi borcu vergi orqanı tərəfindən “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”sindən azaldılaraq “vergilər üzrə vərəqə”yə keçirilmiş və ümidsiz vergi borcu kimi silinmişdir. Qeyd olunan silinmə cəmiyyətin şəxsi hesab vərəqəsi üzrə öz əksini tapmışdır. Vergi orqanı möhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən ümumilikdə 364 411,44 manat məbləğində borcun şəxsi hesab vərəqəsi üzrə qalmış (cəddvəldə göstərilən) hissəsini 5 illik tələb etmə müddəti başa çatdığından silmişdir ki, bununla da dolayısı ilə vergi orqanı tərəfindən cəmiyyətin artıq ödəmələri hesabına qanunsuz silinmiş vergi borc məbləğlərinin də tələb etmə müddətinin keçdiyini bir daha təsdiq etmişdir. Başqa sözlə desək, əgər məhkəmə qətnaməsi ilə təmin edilmiş ümumilikdə 364.411,44 manat borc cəmiyyətin artıq ödəmələri hesabına vergi orqanı tərəfindən qanunsuz olaraq silinməsəydi, məhkəmə qətnaməsi ilə iş üzrə icraata xitam verildiyi andan 5 illik tələbetmə müddət keçdiyindən sözügedən borc tamamilə silinərdi. Beləliklə, hesab edilir ki, cəmiyyətdə cari fəaliyyəti nəticəsində yaranmış artıq ödəmələrin məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borcla əvəzləşdirilməsi qanunsuz və əsassızdı, bu səbəbdən də həmin əvəzləşdirilmiş məbləğlər artıq ödəmə kimi bərpa edilməli və məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən ümumi borc ümidsiz borc kimi silinməlidir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, mübahisənin ədalətli həlli üçün zəruri olan bütün xüsusatları nəzərdən qaçırmış, hüququn ətbiq edilməsində səhv buraxaraq, tətbiq edilməli olan qanunu düzgün tətbiq etməmiş və sonda səhv nəticəyə gəlmişdir. Cavabdeh inzibati orqana xx.xx.2019-cu il tarixli məktubla müraciət etsə də, cavabdeh orqan formal olaraq həmin məktubu cavablandırmış, müraciətdə qeyd olunanlara ümumiyyətlə münasibət bildirməmiş, cavab məktubunda yalnız "müraciətinizdə qeyd olunanla bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş qaydada tərəfimizdən qanunamüvafıq tədbirlər görülmüşdür" ifadəsini qeyd etməklə kifayətlənmişdir ki, bu halın özü də cavabdeh orqanın müraciətdə göstərilənlərin təkzib edilməsi üçün heç bir qanuni əsasların mövcud olmadığını bir daha təsdiq etmişdir. Lakin məhkəmə baxış zamanı iddiaçının qeyd olunan dəlil və sübutlarını qəbul etsə də, məhkəmə baxışının yekunu üzrə qəbul etdiyi məhkəmə qərarında mabihəsələndirlən məsələnin birbaşa mahiyyətinə təsir edən sözügedən dəlil və sübutlara ümumiyyətlə diqqət yetirilməməsi və mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatların qivmətləndirilıııəməsi heç bir məntiqə uyğun gəlmir və anlaşılan deyil. Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, ona dair yazılı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materialları ilə müəyyən edilir ki; “İddiaçı MTK” MMC hüquqi şəxs kimi xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə müvafiq Şəhadətnamə verilmişdir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddiaçı Bakı şəhər Vergilər Departamenti 1 saylı filialının cavabdeh İddiaçı MMC-yə qarşı borcun əmlaka yönəldilməsi tələbinə dair iddiası təmin edilmiş, İddiaçı MMC-dən 364.411,44 manat pulun əmlakına yönəldilməklə alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli, 2- (81)- 35/2010 saylı qərardadı ilə İddiaçı MMC-nin ərizəsi təmin edilmiş, 01 saylı Bakı yerli İqtisad Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsindən cəmiyyət tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(103)389/2018 saylı qərardadı ilə iddiaçı vergi orqanının iddiadan imtinası qəbul edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(103)389/2018 saylı qərardadından vergi orqanı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxxxx 2018-ci il tarixli 2-2(102)-468/2018 saylı qərardadı ilə mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddiaçı Bakı şəhər Vergilər Departamenti vergi borclarının məcburi alınması idarəsinin cavabdeh İddiaçı MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracdan satılmasına dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı MMC-nin xx.xx.2010-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 50.633,74 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə 458.574 manat məbləğində siyahıya alınmış əmlakının açıq hərracdan satılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhəri üzrə icra şöbəsinin xx.xx.2013-cü il tarixli 1157/1 saylı arayışından görünür ki, 01 saylı Bakı yerli İqtisad Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2-(81)-1076/2010 saylı və xx.xx.2010-cu il tarixli 2- (81)-35/2010 saylı icra vərəqələrinin icrası ilə bağlı borclu İddiaçı MMC-nin siyahıya alınmış əmlakları qiymətləndirici tərəfindən qiymətləndirilmiş və həmin əmlaklar ixtisaslaşdırılmış açıq hərrac vasitəsilə satılması üçün hərrac mərkəzinə göndərilmiş, lakin siyahıya alınmış əmlaklar satılmadığı üçün geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini qanuni və əsaslı hesab etmir və öz mövqeyini aşağıdakı kimi əsaslandırılır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən vergi borcunun məbləği və ya ümumiyyətlə mövcud olduğu mübahisələndirilməyərək yalnız 5 illik müddətin keçməsi ilə əlaqədar silinmiş borcdan başqa digər borcların ümidsiz borc kimi silinməsi və əmlakına yönəldilən borcla əvəzləşdirilməsinin qanunsuz hesab edilərək silinmiş məbləğin bərpa edilməsi tələb olunmuşdur. İşin araşdırılan hallarından görünür ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin 2-(81)- 35/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən şikayət verilməmiş, qətnamə qanuni qüvvəsin aldıqdan sonra iddiaçının şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə”sində olan 364.414.44 manat məbləğində borc həmin vərəqədən azaldılaraq, şəxsi hesab vərəqəsinin “əmlaka yönəldilən məbləğ üzrə vərəqə”sinə işlənilmişdir. Eyni zamanda iddiaçının xx.xx.2010-cu il tarixə dövlət büdcəsinə 50.633,74 manat borcu yaranmış, həmin borcun dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi məqsədilə cəmiyyətin 458.574 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia tələbi ilə 1 saylı Yerli iqtisadi Məhkəməsinə müraciət edilmişdir. 1 saylı Yerli İqtisadi Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2-(81)-1076/2010 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən də şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçının şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə”sində olan 50.633,74 manat məbləğində borc həmin vərəqədən azaldılaraq, şəxsi hesab vərəqəsinin “əmlaka yönəldilən məbləğ üzrə vərəqə”sinə işlənilmişdir. Eyni zamanda məhkəmə qətnamələri aidiyyəti üzrə icraya yönəldilmişdir 1 saylı Yerli İqtisadi Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2-(81)-1076/2010 saylı qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamədən şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçının şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə”sində olan 50.633,74 manat məbləğində borc həmin vərəqədən azaldılaraq, şəxsi hesab vərəqəsinin “əmlaka yönəldilən məbləğ üzrə vərəqə”sinə işlənilmişdir. Eyni zamanda məhkəmə qətnamələri aidiyyəti üzrə icraya yönəldilmişdir. Eyni zamanda iddiaçı tərəfindən qətnamələr üzrə borcun ödənilməsi həyata keçirilməmişdir. Bu müdət ərzində iddiaçının qətnamələrin icrası ilə bağlı “əmlaka yönəldilən məbləğ üzrə vərəqə” üzrə hər hansı ödəniş həyata keçirməməsinə baxmayaraq, “vergilər üzrə vərəqə”yə artıq ödədiyi 277.486.99 manat məbləğində ödəniş Vergi Məcəlləsinin tələbləri qaydasında 1 saylı Yerli İqtisad Məhkəməsinin 2-(81)-35/2010 saylı 28.01,2010-cu il tarixli qətnaməsi üzrə olan borca aid edilmişdir. 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2-(81)- 1076/2010 saylı qətnaməsi üzrə olan 50.633,74 manat borcun 50.420,74 manatı “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Qanununa əsasən silinmiş, qalan 213 manatı isə iddiaçı tərəfindən ödəmə tapşırığı əsasında ödənilmişdir. İddiaçı öz tələbini Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə cavabdeh orqanın vergi borcunun olmaması ilə əlaqədar iddiadan imtina etməsi nəticəsində icraata xitam verilməsi ilə əsaslandırsa da, işdən görünür ki, qeyd olunan qərardadın qüvvəyə minməsindən sonra vergi orqanı tərəfindən “əmlaka yönəldilən məbləğ üzrə vərəqə”yə işlənilmiş 364.411,44 manat borc şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə”sinə qaytarılmışdır. İddiaçı tərəfindən vergilər üzrə artıq ödənilmiş və qətnamə üzrə borca aid edilmiş 277.486.99 manat məbləğində ödəniş nəzərə alınaraq, iddiaçının dövlət büdcəsinə olan borcları azaldılmış, iddiaçının tələbetmə müddəti keçmiş borcları isə xx.xx.2019-cu il tarixdə Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən silinmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbi işin faktiki hallarına uyğun gəlmir. Müsəssisənin şəxsi hesab vərəqisindən aydın görünür ki, iddiaçının şəxsi hesab vərəqəsinə bərpa olunmasını tələb etdiyi məbləğ silinməmiş və iddiaçının dövlət büdcəsinə olan borclarına aid edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87.1-ci maddəsinə əsasən vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, vergilər üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; hesablanmış faizlərin məbləği; tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Göründüyü kimi, qüvvədə olan qanunvericilik dövlət büdcəsinə yaranmış borcların ödənilməsi zamanı daha əvvəl yaranmış borc məbləğlərinin ödənilmə ardıcıllığında üstünlüyünü birbaşa olaraq müəyyən etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunun qeyd olunan normalarından görünür ki, hətta məhkəmə qətnamələri olmasaydı belə iddiaçı tərəfindən mütəmadi olaraq ödənilmiş məbləğlər müəssisənin dövlət büdcəsinə olan borclarının ödənilməsinə aid olmalı idi. Bundan əlavə iddiaçı iddia ərizəsində cari fəaliyyəti nəticəsində xx.xx.2012-ci il tarixə mövcud olmuş 110.380,48 manat artıq ödəmənin vergi orqanı tərəfindən xx.xx.2012-ci il tarixdə, xx.xx.2012-ci il tarixə mövcud olmuş 62.362,29 manat artıq ödəmənin isə xx.xx.2012-ci il tarixdə qanunsuz olaraq vergi borclarına aid edilməklə silindiyini göstərsə də, bunu məhkəmə qaydasında yalnız yeddi ildən artıq bir müddət keçdikdən sonra mübahisələndirmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir, hesab edir ki, qərarın ləgv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2055/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-443/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-443/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver