Məhkəmə qərarları › İş №2-1(103)-443/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-443/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-443/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə (Açar sözlər: maliyyə yardımının göstərilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçının qanuni nümayəndəsi X2, iddiaçının vəkili-nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “maliyyə yardımının göstərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, e-2-1(112)-1265/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə xüsusi karantin rejimi dövründə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq maliyyə dəstəyi proqramı çərçivəsində muzdlu işçilərə əmək haqqının ödənilməsi ilə bağlı maliyyə yardımının göstərilməsi öhdəliyinin icrası tələbinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq maliyyə dəstəyi proqramı çərçivəsində muzdlu işçilərimizə əmək haqqının ödənilməsi ilə bağlı maliyyə yardımının göstərilməsi məqsədilə vergi orqanına müraciət etsək də, vergi orqanı tərəfindən cəmiyyətə maliyyə yardımı edilməmişdir. Bununla bağlı yenidən, ödənilməmiş maliyyə yardımının ödənilməsi məqsədilə vergi orqanına müraciət olunsa da, vergi orqanı tərəfindən maliyyə yardımının ödənilməsindən imtina edilmişdir.

4. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçı tərəfindən inzibati orqana maliyyə dəstəyinin ayrılması ilə bağlı xx.xx.2021-ci il tarixli **********167400 nömrəli, xx.xx.2021-ci il tarixli **********885400 və **********887800 nömrəli, xx.xx.2023-cü il tarixli **********239700 nömrəli müraciətlər daxil olmuş, inzibati orqan tərəfindən iddiaçının müraciətləri xx.xx.2021-ci il tarixli **********500700 nömrəli, xx.xx.2023-cü il tarixli **********952300 nömrəli məktublarla cavablandırılmışdır. Cavabdeh inzibati orqan tərəfindən maliyyə dəstəyindən imtinanın əsası kimi qeyd edilmişdir ki, "Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş” təsdiq olunmuşdur. Vergi ödəyicisinin fəaliyyət növü (71120-Mühəndis axtarışları və bu sahədə texniki məsləhətlərin verilməsi) pandemiyadan zərər çəkmiş sahələrdə çalışan işçilərin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramında nəzərdə tutulmuş fəaliyyət sahələrinə aid olmadığı üçün qeyd olunan vergi ödəyicisinin internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetindən "Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı" üzrə müraciətinə məhdudiyyət qoyulmuşdur. Eyni zamanda həmin dövrdə qüvvədə olan Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında" 08 dekabr 2020-ci il tarixli Qərarının 1 nömrəli əlavəsinin 4.13-cü bəndinə əsasən vergi ödəyicisinin fəaliyyət sahəsi (mühəndislik və layihələndirmə xidmətləri) Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə icazə verilən fəaliyyət sahələri qrupuna daxil edilmişdir. Göründüyü kimi hüquqi şəxsin fəaliyyəti xüsusi karantin rejimi dövründə icazə verilən fəaliyyət sahəsinə aid edilmişdir. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq maliyyə yardımının verilməsinin əsası kimi xüsusi karantin rejimi dövründə fəaliyyəti məhdudlaşdırlan sahibkarlara maddi dəstəyinin verilməsi və sahibkarın fəaliyyəti olmadığı üçün işçilərin əmək müqaviləsinə xitam verilməsinin qarşısının alınması olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin F-41 nömrəli xx.xx.2020-ci il tarixli Əmri ilə təsdiq edilmiş "Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş". Pandemiya ilə mübarizə çərçivəsində dövlət büdcəsindən vergi ödəyicilərinə maliyyə dəstəyinin göstərilməsi tədbirlərinə "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 1950 nömrəli Sərəncamı əsasında başlanmışdır. Daha sonra Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən xx.xx.2020-ci il tarixli 135s nömrəli Sərəncamla müvafiq Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planının “İş yerlərinin və sosial sabitliyin qorunması" istiqaməti üzrə 2020-ci il ərzində 2-ci bəndlə “Pandemiyadan zərər, çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması məqsədilə)” və 3-cü bəndlə “Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə - əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə)" Azərbaycan Respublikasının iqtisadiyyat və maliyyə nazirliklərinə tapşırılmışdır (müvafiq maliyyə vəsaitləri nəzərdə tutulmaqla). Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 1950 nömrəli Sərəncamına uyğun olaraq, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında icrası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuş tapşırıqlar üzrə İqtisadiyyat Nazirliyinin xx.xx.2020-ci il tarixli F-38 nömrəli Əmri ilə Tədbirlər Planı (məsul icraçılar göstərilməklə) təsdiq edilmiş və həmin tədbirlər planının operativ, vaxtında, keyfiyyətlə və koordinasiyalı şəkildə icrasının təmin edilməsi məqsədilə Koordinasiya Şurası yaradılmışdır. İşçi Qrupu tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı 5 fəaliyyət sahəsi üzrə (sənaye, ticarət, xidmət, nəqliyyat, digər) 14 fəaliyyət növü istehsal (ərzaq, dərman, tütün, alkoqollu və alkoqolsuz içki, neft məhsulları istisna), topdan və pərakəndə ticarət (ərzaq, dərman və neft məhsullarının satışı istisna), avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri, sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq malların daşınması və (və ya) çatdırılması xidmətləri, ölkədaxili yük və sərnişin daşıma (o cümlədən taksi ilə) fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti, İctimai iaşə fəaliyyəti, turoperator və turagent fəaliyyəti, sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti, özəl təhsil müəssisələri (o cümlədən, uşaq bağçaları), hazırlıq (tədris) və ixtisasartıma kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərinin fəaliyyəti, idman-sağlamlıq obyektlərinin fəaliyyəti, bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti, digər xidmət fəaliyyəti) müəyyən edilmişdir. Eyni zamanda, İqtisadiyyat Nazirliyinin xx.xx.2020-ci il tarixli F-41 nömrəli Əmri ilə “Koronavirus (COVİD19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş" (bundan sonra - Metodiki Göstəriş) təsdiq edilmişdir. Metodiki göstərişdən irəli gələn məsələlərin icrası Dövlət Vergi Xidmətinə tapşırılmışdır. Dövlət Vergi Xidməti tərəfindən yekun olaraq, 387 sayda iqtisadi fəaliyyət növünün kodları və adlarından ibarət "Əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin Təsnifatı” müəyyənləşdirilmişdir. Belə ki, Metodiki Göstərişdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi proseduru müəyyən edilmiş, müraciətin elektron qaydada doldurması şərti göstərilmişdir. Metodiki Göstərişin 2.3.6-cı (pandemiyadan zərər çəkmiş fəaliyyət sahəsi) və 2.3.7-ci (pandemiyadan zərər çəkmiş fəaliyyət sahəsi üzrə 01 aprel 2020-ci il tarixinə aktiv əmək müqaviləsi bildirişlərinə əsasən işçilərin siyahısı) yarımbəndlərində maliyyə yardımının göstərilməsi əsası kimi işəgötürənin pandemiyadan zərər çəkmiş fəaliyyət sahəsinə aid olması şərti göstərilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, e-2-1(112)-1265/2024 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.

6. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə xüsusi karantin rejimi dövründə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq maliyyə dəstəyi proqramı çərçivəsində muzdlu işçilərinə əmək haqqının ödənilməsi ilə bağlı 670752,15 manat məbləğində maliyyə yardımının göstərilməsi öhdəliyinin icrası tələbinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə pandemiya dövründə işçilərinin növbə ilə iş çıxdığını, eyni zamanda 2020-2021-ci illər üzrə cəmiyyətin gəlirlərinin xeyli miqdarda azalması, həmçinin işimiz olmadığı təqdirdə işçilərin əmək müqavilələrinə xitam verilməsinə Dövlət Vergi Xidməti tərəfindən məhdudiyyətlərin qoyulduğunu və işləmədikləri təqdirdə işçilərin əmək haqlarının cəmiyyətin hesabına ödənildiyini bildirsək də, məhkəmə qeyd olunan halların heç birini nəzərə almayaraq, məhkəmə tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq, tamamilə əsassız qərar qəbul edilmişdir. Halbuki, cəmiyyətə pandemiya dövründə xeyli miqdarda zərər dəymişdir.

9. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, İddiaçı MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

10. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi İ.Əfəndiyev və iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Cabbarova apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

12. İşdə olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi uçotuna alınmışdır.

13. İş materiallarından müəyyən olunur ki, iddiaçı avqust 2021-ci ildə müxtəlif tarixlərdə Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi almaq üçün Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş, İdarə onun faktiki fəaliyyət sahəsinə Nazirlər Kabinetinın 08 dekabr 2020-ci il tarixli Qərarının 1 nömrəli əlavəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə icazə verildiyindən muzdlu işçilərə əmək haqqının ödənilməsi ilə bağlı maliyyə yardımının göstərilməsindən imtina etmişdir.

14. İşdən görünür ki, iddiaçı məsələ ilə bağlı xx.xx.2023-cü il tarixdə yenidən cavabdehə müraciət etmiş, cavabdeh isə eyni əsasla iddiaçının tələbini təmin etməkdən imtina edərək, bildirmişdir ki, onun faktiki fəaliyyət sahəsinə Nazirlər Kabinetinin 08 dekabr 2020-cı il tarixli Qərarının 1 nömrəli əlavəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə icazə verildiyindən muzdlu işçilərinizə əmək haqqının ödənilməsi ilə bağlı maliyyə yardımının göstərilməsi mümkün olmamışdır. Hal-hazırda isə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq maliyyə dəstəyi proqramı çərçivəsində ödənişlərin edilməsi dayandırılmışdır.

15. Cavabdeh həmçinin iddiaçının xx.xx.2023-cü il tarixli müraciəti ilə bağlı ona ünvanladığı məktubda göstərmişdir ki, Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş" təsdiq olunmuşdur. Vergi ödəyicisinin fəaliyyət növü (71120-Mühəndis axtarışları və bu sahədə texniki məsləhətlərin verilməsi) pandemiyadan zərər çəkmiş sahələrdə çalışan işçilərin əmək haqqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramında nəzərdə tutulmuş fəaliyyət sahələrinə aid olmadığı üçün qeyd olunan vergi ödəyicisinin internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetindən “Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı” üzrə müraciətinə məhdudiyyət qoyulmuşdur. Eyni zamanda Nazirlər Kabinetinin 08 dekabr 2020-ci il tarixli Qərarının 1 nömrəli əlavəsinə əsasən vergi ödəyicisinin fəaliyyət sahəsi Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə icazə verilən fəaliyyət sahələri qrupuna daxil edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş 13 fevral 2025-ci il tarixli, 3-21-2-3/2-188339/2025 nömrəli məktubla İddiaçındə keçirilmiş səyyar vergi yoxlaması zamanı tərtib edilmiş xx.xx.2017-ci il tarixli **********093773 nömrəli və xx.xx.2019-cu il tarixli **********165580 nömrəli aktların təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, vergi orqanalrında olan uçot-baza məlumatlarına əsasən İddiaçı MMC-nin fəaliyyəti üzrə 2019-2021-ci illərdə və 2021-ci ildən hazırkı dövrədək səyyar vergi yoxlaması keçirilməmişdir.

17. Apellyasiya baxışı zamanı İddiaçı MMC-nin işçilərinə ödənilmiş əmək haqları üzrə çıxarışlar təqdim edilmişdir.

18. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Nümayəndə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə xüsusi karantin rejimi dövründə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq maliyyə dəstəyi proqramı çərçivəsində muzdlu işçilərinə əmək haqqının ödənilməsi ilə bağlı 670752,15 manat məbləğində maliyyə yardımının göstərilməsi öhdəliyinin icrası tələbinin qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

19. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən “İşçi qüvvəsinin təmin edilməsi barədə” müqavilələr, həmin müqavilələrdən irəli gələn öhdəliklər (əmək haqqı ödənişləri və s.) barədə ətraflı məlumatlar, vergi ödəyicisinin ƏDVDH üzrə çıxarışları və xx.xx.2020xx.xx.2021-ci il tarixləri üzrə İddiaçı MMC tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumatlar təqdim edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MƏHKƏMƏNİN MÖVQEYİ

20. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

22. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 31 may 2020-ci il saat 00:00dək dayandırılmış, həmin tarixdən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqinə başlanmışdır. Qərarın 3-cü hissəsinə əsasən insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldıması məqsədilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə qadağan edilir: 3.1. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisindəki ticarət mərkəzlərində (həmin ticarət mərkəzlərində yerləşən müştəri ilə təmasda olmayan obyektlər istisna olmaqla) xidmətlər; 3.2. istirahət və əyləncə məkanları üzrə xidmətlər; 3.3. mədəniyyət obyektlərinin, eləcə də muzey və sərgi zallarının, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti; 3.4. masaj və hamam xidmətləri; 3.5. dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri; 3.6. dərzi xidmətləri (o cümlədən, bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); 3.7. fotoatelye/fotostudiyalar (o cümlədən, bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); 3.8. tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən, bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili); 3.9. idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla); 3.10. fərdi mənzillərdə təmizlik xidmətləri; Həmin qərarın 4-cü hissəsində isə həmin Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilmişdir: 4.5.12. mühəndislik və layihələndirmə xidmətləri.

23. “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamı ilə pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılmış, həmin İşçi Qrupa tapşırılmışdır: 3.1. on beş gün müddətində: 3.1.1. pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin (bundan sonra – fiziki şəxslər) siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etmək; 3.1.2. pandemiyanın yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək.

24. Bundan sonra İşçi Qrup tərəfindən əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatı müəyyən edilmiş, həmçinin Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 2020-ci il 10 aprel tarixli, **********055600 nömrəli əmri ilə “Koronavirus DİVOC)- 19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş” təsdiq edilmişdir. X4: -1.2. X9 koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsinin qaydalarını və şərtlərini müəyyən edir. - 1.3. X7 məqsədi pandemiyadan zərər çəkmiş muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsini və fərdi (mikro) sahibkarların dövlət maliyyə dəstəyindən yararlana bilmələrini, bu işlərin asan operativ, ünvanlı və şəffaf şəkildə həyata keçirilməsini təmin etməkdir. - 2.1. Vergi orqanları tərəfindən qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bilridişlər və mobil telefonlarına SMS-lərin göndərilməsi təmin edilir. - 2.2. Maliyyə dəstəyi proqramından istifadə etmək üçün vergi ödəyicisi internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetində “Koronavirus DİVOC)-19) pandemiyası ilə bağlımaliyyə dəstəyi proqramı” bölməsindən “Əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olur və müraciət formasını elektron qaydada doldurur. - 2.3. Müraciət formasında aşağıdakı məlumatlar elektron informasiya sistemi tərəfindən avtomatik qaydada əks etdirilir: 2.3.1. Vergi ödəyicisinin uçotda olduğu vergi orqanının adı; 2.3.2. VÖEN; 2.3.3. Aktiv bank hesabları; 2.3.4. 1 mart 2020-ci il tarixinə və müraciət tarixinə aktiv əmək müqavilələri bildirişi üzrə işçi sayları. 2.3.5. Müraciət formasında aşağıdakı məlumatlar vergi ödəyicisi tərəfindən onlayn qaydada doldurulur: 2.3.6. Pandemiyadan zərər çəkmiş fəaliyyət sahəsi; 2.3.7. Pandemiyadan zərər çəkmiş fəaliyyət sahəsi üzrə 01 aprel 2020-ci il tarixinə aktiv əmək müqaviləsi bildirişlərinə əsasən işçilərin siyahısı. 2.3.8. Vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabı. - 2.4. Pandemiyaya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulmuş məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. - 2.5. Məlumatların yoxlanılması zamanı aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər: 2.5.1. Vergi ödəyicisinin fəaliyyət sahəsi pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlmir; 2.5.2. Müraciət tarixinə işçi sayı 01 mart tarixinə olan işçi sayı ilə müqayisədə azalmışdır; 2.5.3. Aktiv bank hesabları yoxdur; 2.5.4. Riskli vergi ödəyiciləri ilə əməliyyat aparılmışdır. - 2.6. Uçot məlumatları üzrə uyğunsuzluqların aşkarlanması ilə əlaqədar müraciət formasının doldurulmasının davam etdirilməsi mümkün olmadıqda vergi ödəyicisi tərəfindən müvafiq səbəblər aradan qaldırıldıqdan sonra şəxsi kabinet vasitəsilə onlayn qaydada yenidən müraciət olunur. - 2.7. Məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar edilmədikdə məlumatlar Maliyyə Nazirliyinə göndərilir. - 2.8. Maliyyə Nazirliyi tərəfindən vəsaitlərin banklara köçürülməsi üçün müvafiq tranzit xəzinə hesabı açılır. Tranzit xəzinə hesabı vasitəsilə vergi ödəyicilərinin bank hesablarına gün ərzində köçürülən vəsaitlər barədə hesabat həmin günün sonunda İqtisadiyyat Nazirliyinə ötürülür. Bank hesablarına köçürülmüş vəsaitlər barədə vergi ödəyicisinə İqtisadiyyat Nazirliyi tərəfindən Bildiriş (Əlavə 2) göndərilir.

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

26. İşin hallarından müəyyən edilir ki, Metodik Göstərişə əsasən muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi barədə məlumat o halda Maliyyə Nazirliyinə göndərilirdi ki, vergi ödəyicisinin fəaliyyət sahəsi pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlsin. Cavabdehin “iddiaçının fəaliyyət göstərdiyi sahə fəaliyyətinə icazə verilmiş sahə olmuş, əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatına daxil edilməmiş, buna görə də onun müraciəti üzrə məlumatlar yoxlanılarkən “Vergi ödəyicisinin fəaliyyət sahəsi pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlmir” məzmununda uyğunsuzluq aşkar edilərək, tələbin təmin edilməsindən imtina edilməlidir” mövqeyi ilə razılaşan birinci instansiya məhkəməsi hesab etmişdir ki, “hazırkı halda iddianın təmin edilməsi üçün əsas mövcud deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli qərarı ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmaması müəyyən edilmişdir. Aydındır ki, iddiaçı fəaliyyətinə icazə verilən digər sahələrdə fəaliyyət göstərən şəxslər kimi, öz işçilərini tam tərkibdə işə cəlb edə bilməmişdir. Lakin koronavirus (COVİD-19) infeksiyasının nəinki iddiaçının fəaliyyətinə, o cümlədən qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına mənfi təsir göstərməsi hamıya bəlli olan haldır. Qanunverici pandemiyadan zərər çəkmiş şəxsləri müəyyən edərkən mənfi təsirin dərəcəsindən asılı olaraq maliyyə dəstəyinin göstərilməsi ilə bağlı sahələri differensiasiyalaşdırmışdır və iddiaçının fəaliyyət sahəsi ağır zərərə məruz qalan sahələrə aid edilmədiyindən həmin sahədə fəaliyyət göstərən şəxslərə maddi yardım göstərilməsi nəzərdə tutmamışdır. Məhkəmə hesab edir ki, belə yanaşma mütənasib olmaqla, ümumi marağa uyğun olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə yekunda belə qənaətə gəlir ki, iddiaçının fəaliyət göstərdiyi sahə pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatına daxil edilmədiyindən, həmin fəaliyyət sahəsinə icazə verildiyindən iddia tələbi əsassızdır və təmin edilməməlidir.”

27. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktiki hallar birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Belə ki, xüsusilə vurğulanmalıdır ki, dolayısı ilə iddiaçının iddia tələbini əsaslı hesab edən birinci instansiya məhkəməsi (birinci instansiya məhkəməsinin mövqeyi yuxarıda qeyd olunmuşdur) nəticə etibarilə iddia tələbini qanunsuz və əsassız olaraq təmin etməmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının fəaliyyəti cavabdehin qeyd etdiyi kimi “mühəndislik və layihələndirmə xidmətləri” ndən ibarət deyil. Belə ki, apellyasiya instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçının fəaliyyət istiqaməti “işçi qüvvəsinin təmin edilməsindən” (outsourcing services) ibarətdir, hansı ki, Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə icazə verilən fəaliyyət sahələri qrupuna daxil edilməmişdir. Halbuki, işin bu halı nə inzibati oqan tərəfindən, nə də birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Odur ki, iddiaçının fəaliyyət göstərdiyi sahə fəaliyyətinə icazə verilmiş sahə olmamış, əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatına daxil edilmiş, buna görə də onun müraciəti üzrə məlumatlar yoxlanılarkən “Vergi ödəyicisinin fəaliyyət sahəsi pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlmir” məzmununda uyğunsuzluq aşkar edilərək, tələbin təmin edilməsindən imtina edilməsi qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli qərarı ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmaması müəyyən edilmişdir və iddiaçı fəaliyyətinə icazə verilən digər sahələrdə fəaliyyət göstərən şəxslər kimi, öz işçilərini tam tərkibdə işə cəlb edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının fəaliyyət sahəsi pandemiya dövründə ağır maddi zərərə məruz qalmışdır (işçilərə ödənilən əmək haqları cədvəlləri iş materiallarına əlavə edilmişdir).

29. Məhkəmə kollegiyası iddia tələbinin 670752,15 manat məbləğində maliyyə yardımının göstərilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Koronavirus (COVİD-19) pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Nazirlər Kabinetinin qəbul etdiyi Tədbirlər Planına uyğun olaraq, İqtisadiyyat Nazirliyinin “Maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydaları və vəsaitlərinin köçürülməsi mexanizmlərinin şərhinə” əsasən ödəniləcək vəsaitlərin məbləği ilə bağlı məsələlərə aydınlıq gətirilərək müəyyən edilmişdir ki, muzdlu işçilərə vəsaitlərin ödənilməsi prosesində Dövlət Statistika Komitəsi tərəfindən yanvar ayının sonuna ölkə üzrə orta aylıq əmək haqqının məbləği-712 manat əsas meyar olaraq götürülüb. Əgər muzdlu işçilərin aylıq əmək haqqı 712 manatdan azdırsa, onlara əvvəl aldıqları əmək haqqı, əgər çoxdursa o zaman 712 manat məbləğində vəsaitin hər bir muzdlu işçiyə ödənilməsi təmin ediləcək. Məhkəmə kollegiyası iddiaçı tərəfindən işçilərinə ödənilən əmək haqqlarının yüksək, yəni 712 (yeddi yüz) manat məbləğindən yuxarı olduğunu nəzərə alaraq, maliyyə yardımının məbləğini aşağıdakı qaydada müəyyən edilməsini məqsədəuyğun hesab edir: 712 (hesablama üçün nəzərdə tutulmuş standart əmək haqqı məbləği) x 90 (iş materiallarına əlavə edilmiş siyahıya əsasən müəyyən edilmiş iddiaçının işçilərinin sayı) x 6 ay (28 fevral-10 sentyabr- işçilərlə bağlı xüsusi karantin rejimi)=384480 (üç yüz səksən dörd min dörd yüz səksən) manat.

30. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının və cavabdehin davranışı inzibati icraat hüququnun müddəaları və etimad hüququ baxımından da qiymətləndirilməlidir. Belə ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada - “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İddiaçının, o cümlədən cavabdehin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, hər birinin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsiplərinə aiddir. Hər kəs öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən ədalətlə hərəkət etməlidir, hər kəsə haqqını verməlidir və dürüstlük və vicdanlılıq nümayiş etdirməlidir. Beləliklə, yuxarıda qeyd olunan və işin mübahisələndirilməyən hallarını təşkil edən xüsusatlarla bağlı Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı üzərinə düşən vəzifəsinə vicdanla davranaraq (dürüstlük nümayiş etdirərək) cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tələbin təmin etməsindən imtina etmişdir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

32. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, şikayət qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, e-2-1(112)-1265/2024 saylı qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının icrasını təmin etmək məqsədi ilə İddiaçı MMC-yə 384480 (üç yüz səksən dörd min dörd yüz səksən) manat məbləğində maliyyə yardımının göstərilməsi (maddi yardımın ödənilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulmalıdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, e-2-1(112)-1265/2024 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının icrasını təmin etmək məqsədi ilə İddiaçı MMC-yə 384480 (üç yüz səksən dörd min dörd yüz səksən) manat məbləğində maliyyə yardımının göstərilməsi (maddi yardımın ödənilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Kamran Əkbərov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar