Məhkəmə qərarları › İş №2-1(103)-4434/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4434/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4434/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı, ərizəçinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iş üzrə X1 tərəfindən verilmiş qərarın ləğv edilməsi, iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə işin mahiyyəti üzrə təzələnməsi barədə ərizəsinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(112)-481/2025 saylı qərardadından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(112)-481/2025 saylı qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilərək Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 12 ünvanında yerləşən 300 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə (X5) məxsus olmasına dair arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Sözügedən qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmiş qərar qanuni qüvvəsini almışdır. X1 məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(112)- 481/2025 saylı qərarının ləğv edilməsi, iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin sözügedən qərarının predmetini təşkil edən torpaq sahəsi və həmin torpaq sahəsi üzərinə yerləşən daşınmaz əmlak faktiki olaraq X6 mülkiyyətində olmasına və sözügedən torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən hüquqmüəyyənedici sənədlərin olmasına baxmayaraq, məhkəmə işin baxılması zamanı onu proses iştirakçısı qismində cəlb etməmiş və işə dair hər hansı məlumatı təqdim etməmişdir. Belə ki, Səbail rayonu ərazisində yerləşən 400 kv.m torpaq sahəsinin X6 adına sənədləşdirilməsi barədə vətəndaş X12 ərizə ilə Səbail Bələdiyyəsinə müraciət edərək uzun müddətdir abadlaşdırdığı, daş hasara aldığı və bağ sahəsi kimi istifadə etdiyi Bakı şəhəri, Salyan şossesi, 12 ünvanında yerləşən 400 kv.m torpaq sahəsinin onun adına sənədləşdirilməsini xahiş etmişir. Həmin müraaciətə baxılaraq 29 dekabr 2006-cı il tarixində Səbail Bələdiyyəsi Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Bələddiyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa, eləcə də, Səbail Bələdiyyəsinin 29 mart 2002-ci il tarixli 38 sayı və 16 noyabr 2006-cı il tarixli 08 saylı iclas protokollarına əsasən qərara alınmışdır ki, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 400 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi planına əsasən alqı-satqı qaydasında X6 adına sənədləşdirilsin, həmin torpaq sahəsi üzrə alqı-satqı aktı Bakı şəhərində 5-ci zona üzrə müəyyən olunmuş qiymət qaiməsi əsasında Səbail Bələdiyyəsi ilə S.T.Çitli arasında tərtib edilsin və alqı-satqı aktında göstərilən məbləğin Səbail Bələdiyyəsinin hesabına ödənilməsi S.T.Çitli tərəfindən təmin olunsun. Bakı şəhəri Səbail Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 312 saylı qərarından irəli gələrək xx.xx.2008-ci il tarixində X6 adına sənədləşdirilməsi nəzərdə tutulan 400 kv.m torpaq sahəsinin planı tərtib olunmuşdur. Həmin torpaq sahəsinin alınması məqsədi ilə müəyyən edilmiş məbləğ ödənilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarsinin xx.xx.2008-ci il tarixli rəsmi məktubunda X6 xx.xx.2008-ci il tarixli, SB/ƏH-4/154 saylı müraciətinə cavab olaraq bildirilmişdir ki, X11 (400 kv.m), X7 (400 kv.m) və X8 (400 kv.m) Salyan şossesi 12 ünvanında torpaq sahəsinin ayrılması ilə bağlı qaldırdıqları məsələlərin qanunvericiliyə uyğun şəkildə həll olunmasına etiraz edilmir. Daha sonra, xx.xx.2009-cu il tarixdə “5079” nömrəsi ilə qeydiyyata alnmış torpaq alqı-satqı aktı əsasında qeyd olunan torpaq sahəsi X6 mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A № 249491 saylı sənəd əsasında X6 adına həmin torpaq sahəsinə dair plan və ölçü materialları tərtib edilişdir. Sözügedən torpaq sahəsi xx.xx.2009-cu il tarixdə “18837” nömrəsi ilə X13 Kitabında uçota alınmışdır. Yuxarıda sadalanan bütün sənədlər əsasında X6 qeyd olunan torpaq shaəsinə mülkiyyət hüququ tam şəkildə təsdiqini tapır. Bununla yanaşı olaraq da, cavabdeh tərəfindən təqdim edilən etiraz ərizəsində də, sözügedən torpaq sahəsinin fiziki şəxs X6 adına verilmiş “Torpaq sahəsinin plan və ölçü” (kadastr planı) ilə üst-üstə düşdüyü məhkəmənin diqqətinə çatdırılmışdır. Lakin, buna baxmayaraq məhkəmə bu halları nəzərə almayaraq MMC-nin təqdim etdiyi rəyə əsaslanaraq torpaq sahəsi üzərində mülkiyyət hüququ ilə bağlı məsələyə dair qərar qəbul etmişdir. Qeyd edilməlidir ki, iş üzrə qəbul edilmmiş məhkəmə qərarında hər hansı kommersiya hüququ şəxsi olan MMC-nin təqdim etdiyi rəyə əsaslanaraq mülkiyyət hüququ ilə bağlı məsələ həll edilmişdir. Halbuki, bu cür kommersiya subyektinin rəyinin hüquqi qüvvəsi və obyektivliyi şübhə doğurur və əsas kimi qəbul edilə bilməz. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırması zamanı məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən bildirilmişdir ki, Səbail Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 426 saylı qərarı və həmin qərarın qəbul edilməsinə əsas olan sənədlər Bələdiyyənin hazırki arxiv məlumat bazasında aşkar edilməmişdir. Yenə məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən torpaq sahəsinə dair fiziki şəxsin adına verilmiş plan-ölçü sənədinin və həmin sənədin verilməsinə əsas olmuş sənədlərin, həmçinin, sözügedən ünvanın qonşuluğunda qeydiyyatdan keçmiş daşınmaz əmlaklara dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən 12 sentyabr 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri idmətinin Əmlak Xidmətləri Məkanına ərizə ilə müraciət edilərək sözügedən torpraq sahəsində mərhum X3 adına çıxarış (arayış) verilməsi xahiş edilmişdir. Lakin, həmin müraciətə cavab olaraq 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 02 oktyabr 2023-cüi l tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayou, Salyan şossesi, 12 ünvanında yerləşən 300 kv.m torpaq sahəsinin mərhum X3 adına dövlət reyestrində qeydiyyata alınmasına dair heç bir məlumat aşkarlanmamışdır. Bütün bu yuxarıda sadalanan hallar açıq şəkildə göstərir ki, həmin torpaq sahəsində X6 hüquqları tanınmış və qeydiyyatı aparımışdır. Məhkəmədə baxılarkən çıxarılacaq qərarın X6 mülkiyyət hüquqlarına toxunacağı aydın idi. Xüsusilə vurğulanmalıdır ki, iddiaçının həmin torpaq sahəsinə dair bu müraciəti və aldığı imtina nə ilk, nə də, yeganə olmuşdur. Buna baxmayaraq məhkəmə işə baxarkən yalnız kommersiya hüquqi şəxsi olan MMC-nin təqdim etdiyi rəyə istinad etmiş, digər rəsmi dövlət orqanlaırnın cavab məktublarını, eləcə də, torpaq sahəsinin faktiki mülkiyyətçisi olan X6 adını qeyd etməsinə baxmayaraq, onun hüquqi mövqeyini nəzərə almamış, işi hərtərəfli, tam və obyektiv araşdırmadan nəticədə onun mülkiyyət hüququnu pozan qərar qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(112)-481/2025 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Ərizəçi apellyasiya şikayəti təqdim edərək həmin qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ərizəyə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, "xxxx" MMC-nin vermiş olduğu rəy hüquqi mənada "xxxx" sayılmalıdır. Çünki, həmin MMC qiymətləndirmə şirkətidir və rəyə əlavə edilmiş şəhadətnamədən də göründüyü kimi sadəcə daşınmaz əmlakın və torpağın qiymətləndirilməsi səlahiyyəti vardır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna əsasən, qiymətləndiricilər yalnız əmlakın bazar dəyərinə dair rəy verə bilər. Torpaq sərhədləri, koordinatlar və hüquqi status barədə rəy vermək səlahiyyət hüdudlarını aşır və belə rəy hüquqi qüvvə kəsb etmir. Dövlətin torpaq və kadastr sahəsində səlahiyyətli orqanın verdiyi etiraz və cavablara baxmayaraq məhkəmə səlahiyyətsiz bir müəssisənin rəyinə etibar etmişdir. Həmçinin məhkəmə araşdırması zamanı məhkəmə sorğularına verilmiş cavablardan da müəyyən edilir ki, iddiaçının heç bir hüquqmüəyyən edici sənədlərində ona hansı ərazidən, hansı koordinatlarda torpaq ayrıldığı öz əksini tapmamaqdadır. Göründüyü kimi, işə baxmış məhkəmə X9 proses iştirakçısı qismində işə cəlb etmədən, onun hüquq və vəzifələrinə dair məsələni həll etmişdir ki, bu da nəticə etibarilə onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunan hal məhkəmə icraatının əsas prinsiplərindən olan tərəflərin bərabərliyi və müdafiə hüququnun təmin olunmaması ilə müşayiət olunduğundan, ciddi prosessual pozuntu kimi qiymətləndirilməlidir. Məhkəmədə ərizəçinin vəkili və nümayəndəsi ərizənin təmin edilməsini, iddiaçı isə ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərkən qeyd etmişdir ki, ərizəçi öz ərizəsində məhkəmənin qeyd edilən qərarının ləğv edilərək işə onun iştirakı ilə yenidən baxılmalı olmasını qeyd etsə də, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə onun hüququnun və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmiş, ərizədə yalnız mübahisəli məhkəmə qərarı qəbul edilərkən cavabdehin imtinasının və etirazının əsasını təşkil edən və həmin qərarla artıq hüquqi qiymət verilmiş məsələlərə yenidən toxunulmuşdur. Halbuki, qeyd edilən məhkəmə qərarı ilə sözügedən məsələrə qiymət verilmiş və hazırki ərizədə də, istinad edilən "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi məhkəmə tərəfindən mötəbər hesab edilmişdir. Bununla bağlı məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən edilmiş, iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları ilə X1nın adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin koordinatları fərqli olmaqla onların üst-üstə düşmə halı mövcud deyildir. İddiaçının iddia etdiyi torpaq sahəsi X8 məxsus torpaq sahəsinin qonşuluğunda yerləşir. Məhkəmə araşdırması zamanı və hazırki ərizəyə əlavə edilmiş sənədlərdə sözügedən mütəxəssis rəyinin mötəbər qiymətləndirilməməsi üçün hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə aşağıdakılara görə razılaşmır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə **********9 reyestr nömrəsi ilə X2 və İddiaçı paylı mülkiyyətindədir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X8 Bakı şəhəri Səbail Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 312 saylı qərarı əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədindəki koordinatların iddiaçı X5 Bakı şəhəri, Səbail rayonu, 1-ci Səbail küçəsi, 132 saylı sahəyə verilmiş 0.03 ha torpaq sahəsinin koordinatları ilə eynilik təşkil edib-etməməsini araşdımalı, zəruri olduğu halda iş üzrə müvafiq ekspertiza təyin etməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(112)-481/2025 saylı qərardadı ləğv edilməli, iş qeyd olunan halların ətraflı araşdırılması məqsədi ilə həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(112)-481/2025 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar