Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4435/2025 12.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı 3-cü şəxs X7 işə cəlb edilməklə “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X10 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3, mütəxəssis X5 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-298/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 536 nömrəli məktubla bildirilmişdir ki, xx.xx.2011-ci il tarixdə ölən X8 vərəsələri – nəvələri X11, X13 və X9 müraciətləri əsasında xx.xx.2017-ci il tarixində tərəflərindən vərəsəlik işi açılmışdır. Vərəsələrin sözlərinə əsasən miras qoyan X8 istifadəsində olan torpaq sahəsi olmuşdur. X8 adına olan torpaq sahəsinə dair arxivdə olan sənədlərin dublikatının verilməsi xahiş edilmişdir.
2. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2017-ci il tarixli, 3634 nömrəli məktubla keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli 6/317 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. Həmin Qərara əsasən Ləhiş sahəsində 209 nömrəli kooperativdə X12 bağ sahəsi ayrılmışdır.
3. Bakı şəhəri Nizami rayon VVADQ Şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş AZ nömrəli, 101716 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X15 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2001-ci ilin 10-cu ayının 17-si günündə, 701 nömrə ilə qeyd edilmişdir.
4. Cavabdeh tərəfindən təqdim edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən torpaq sahəsinin faktiki ölçüsü 1224.0 kv.m-dir. Vətəndaş tərəfindən göstərilən ümumi 1244.0 kv.m sahə hasarla 3 hissəyə ayrılmış vəziyyətdədir. Sahənin 1 hissəsi (615.0 kv.m) digər vətəndaş tərəfindən hasarlanmışdır və faktiki istifadəsindədir. Həmin sahəyə daxil olmaq mümkün olmamış, ölçülər hasara çölündün götürülmüşdür. Həmin hissədə tikililər var. 90 kv.m hissə qonşu sahənin hasarı daxilində göstərilir, qalan 520 kv.m-nin isə 2 tərəfi hasar, 2 tərəfi isə şərtidir. Bağ sahəsinin nömrəsi və sahəsi məlum deyil. Bağların bölgüsünə dair sxematik bölgüyə əsasən göstərilə sahə 3293 saylı bağın ərazisinə uyğun gəlir.
5. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-44269/2023 **********69 nömrəli məktubla bildirilmişdir ki, İdarənin arxivində 209 BTK-ya aid yerləşmə sxemi əlavə olundu. Həmin BTK nəzdində 3293 saylı bağ sahəsinin ayrılmasına dair sənəd(order) aşkar olunmamışdır. Vahid elektron kadastr bazasında iddia olunan ərazinin dövlət reyestrində qeydiyyatı və digər fiziki şəxsin müraciəti barədə məlumat yoxdur.
6. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubla bildirilmişdir ki, sorğu ilə əlaqədar olaraq 209 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş siyahıda kooperativin üzvləri siyahısında X8 adı 15-ci sırada qeyd edilmişdir.
7. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********79 nömrəli məktubla bildirilmişdir ki, hazırda istinad edilən mövcud məlumat bazasında (baza məhduddur) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 3293 saylı bağ sahəsinə dair sənəd, həmçinin "3293" bağ nömrə ilə dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinə dair məlumat aşkar olunmamışdır.
8. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 7 dekabr 2022-ci il tarixli, Ba-07949-2022 nömrəli məktubla Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 6/333 saylı qərarının təsdiq edilmiş ksero-surəti məhkəməyə təqdim edilmişdir.
9. Mütəxəssis rəyinə əsasən göstərilən ümumi 1224,0 kv.m sahə hasarla 3(üç) hissəyə ayrılmış vəziyyətdədir. Sahənin bir hissəsi (615,0 kv.m) digər fiziki şəxs tərəfindən hasarlanmış və faktiki istifadəsindədir (üzərində tikili var). Həmin sahəyə daxil olmaq mümkün olmadığından ölçülər hasarın çölündən götürüldü. Ümumi sahənin 89,0 kv.m hissəsi qonşu sahənin hasarı daxilindən göstərilir, qalan 520,0 :v.m sahə isə iki tərəfi hasarla, iki tərəfi isə şərti olmaqla sərhədlənmişdir. Sözügedən bağ sahəsinin nömrəsi və ölçüsü məlum deyil. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən göstərilən sahə 3293 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir Göstərilən əraziyə digər fiziki şəxs olan X8 müraciəti mövcuddur.
10. İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, iddiaçının nümayəndəsi tərəfindən göstərilən 1224.0 kv.m sahə hasarla üç hissəyə ayrılmışdır. Sözügedən sahənin 615.0 kv.m sahəsi digər şəxs tərəfindən hasarlanmışdır. Eyni zamanda həmin ərazi faktiki istifadəsindədir. Bağ nömrəsi və sahəsi məlum deyil. Həmçinin bağların bölgüsünə dair sxematik bölgüyə əsasən göstərilən sahə 3293 saylı bağın ərazisinə uyğun gəlir. Qeyd olunanlarla yanaşı, BTKların ayrıcı olmur. Bu səbəbdən qeyd olunan sualın cavablandırılması tərəfimizdən mümkün olmamışdır.
a) Birinci instansiya məhkəməsində icraat.
11. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə “209 nömrəli Ləhiş bağ-tikinti kooperativi tərəfindən X12 Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində ayrılmış 3293 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun X12 məxsusluğuna dair arayışın verilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
12. İddiaçı bildirir ki, 209 nömrəli Ləhiş bağ-tikinti kooperativi tərəfindən X12 Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivində 3729 (və ya 3529) saylı bağ sahəsi ayrılmışdır. Qeyd olunan hal Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2017-ci il tarixli 3634 saylı arxiv arayışı ilə təsdiq edilir. xx.xx.2011-ci il tarixində ölən X8 vərəsələri (nəvələri) X11, İddiaçı və X2 müraciətləri əsasında xx.xx.2017-ci il tarixində Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən vərəsəlik işi açılmışdır. Bundan sonra, qanun üzrə vərəsə kimi İddiaçı vərəsəlik işi ilə əlaqədar 209 nömrəli Ləhiş bağ-tikinti kooperativi tərəfindən X12 Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivində ayrılmış 3729 (və ya 3529) saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün müraciət etmişdir. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin "31" yanvar 2022-ci il tarixli, **********17 nömrəli məktubu ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtina məktubunu onunla əsaslandırmışdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7- ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Lakin nəzərə alınmalıdır, adına bağ sahəsi verilmiş X16 vəfat etdiyi üçün, iddiaçı qeyd olunan sənədləri cavabdehə təqdim edə bilməmişdir. Əvəzinə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2017-ci il tarixli 3634 saylı arxiv arayışı cavabdehə təqdim edilmişdir. Həmin arxiv arayışına əsasən X12 torpaq sahəsi Bakı şəhəri, Xalq deputaları sovetinin İcra Komitəsinin 9 oktyabr 1990-cı il tarixli 6/137 nömrəli qərarı ilə verildiyi göstərilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri və 1.3-cü bənde əsasən şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərdir. Bundan başqa cavabdeh özü məktubda göstərir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə Bakı şəhəri, İcra hakimiyyətinin nəzdində olan bağ təsərrüfat idarələri ləğv edilərək, onların arxivləri Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilmişdir. Odur ki, cavabdeh tələb etdiyi "bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışı” öz sərəncamında olan arxiv məlumatları əsasında müəyyən edə biləcəyi halda, qanunsuz olaraq həmin sənədləri vəfat etmiş şəxsin vərəsəsindən tələb edir. Bundan başqa nəzərə alınmalıdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtina əsasları göstərilmişdir. Lakin cavabdehin məktubunda imtina əsaslarının heç biri qanunun 15-ci maddəsi ilə uyğunluq təşkil etmir. Bu isə cavabdeh tərəfindən iddiaçının atasına məxsus əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının əsassız və qanunsuz olaraq imtina edilməsinin göstəricisidir.
13. Məhkəmənin 2-1(112)-1548/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X7 iş üzrə zəruri cəlbetmə qaydasında üçün şəxs qismində cəlb edilmişdir.
14. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Belə ki, təqdim edilmiş sərəncamın arxiv arayışı natamamdır və arayışda ayrılmış bağın nömrəsi və sahəsi qeyd olunmamışdır. Qeyd olunanlarla yanaşı, idarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin bir hissəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə edildiyi məlum olmuşdur.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-298/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, 209 nömrəli Ləhiş bağ-tikinti kooperativi tərəfindən X12 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində ayrılmış 3293 saylı bağ sahəsinə dair hüququn ölmüş şəxsə (X12) məxsus olmasına dair arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul etmişdir.
16. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
19. Məhkəmənin ötən iclaslarında iştirak edən zəruri qaydada cəlb edilmiş X7 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinin bir hissəsi onun tərəfindən pul müqabilində alınaraq orada fərdi yaşayış evi inşa edilmişdir. Hasarından kənar qalan 0,05 ha torpaq sahəsi ilə bağlı hər hansı bir iddiası və tələbi yoxdur. Belə ki, iddiaçı ilə müəyyən razılaşma əldə olunub.
20. Məhkəmədə mütəxəssis qismində dəvət edilmiş DƏDKR PHŞ əməkdaşı X14 izahat verərək, bildirmişdir ki, iddiaçının iddia etdiyi ərazi Ləhiş bağlarının ümumi sxemində 3293 saylı bağ sahəsinin yerinə təsadüf edir. Lakin 209 saylı BTK sxemində 15-ci sırada 3236 saylı bağ sahəsinin yeri yerləşir. Qeyd olunanların texniki səhv olması istisna deyil.
21. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
23. Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimat: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 7.3. Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada elektron çıxarış verildikdə, notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)
29. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 22-25-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
30. Belə ki, iddiaçı “209 nömrəli Ləhiş bağ-tikinti kooperativi tərəfindən X12 Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində ayrılmış 3293 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun X12 məxsusluğuna dair arayışın verilməsini tələb edir.
31. Cavabdeh orqan isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən hüquqmüyyənedici sənədlərin təqdim edilməməsi, təqdim edilmiş sərəncamın arxiv arayışının natamam olması və arayışda ayrılmış bağın nömrəsi və sahəsinin qeyd olunmamasına, həmçinin, idarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin bir hissəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə edilməsini bildirərək, imtina cavabı vermişdir.
32. İş materiallarından görünür ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 6/317 nömrəli qərarına əsasən iddiaçının mərhum babası X12 Ləhiş bağ massivində 209 nömrəli kooperativ nəzdində bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsinin aid olduğu kooperativdə yerləşən bağ sahələrinin ölçüləri 1200 kv.m təşkil etməklə həmin vaxtdan mübahisəsiz olaraq iddiaçının babasının və onun ailəsinin istifadəsindədir və bağların sxematik xəritəsinə əsasən “3293” saylı bağın ərazisinə uyğun gəlir.
33. İşin apellyasiya baxışı zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 dekabr 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən göstərilən torpaq sahəsi (bağ sahəsi) faktiki olaraq 1224.0 kv.m təşkil edir. Torpaq sahəsi üç hissəyə ayrılıb. Sahənin bir hissəsi (615.0 kv.m) digər şəxs tərəfindən hasarlanaraq faktiki istifadəsindədir. Bir hissəsi isə (90.0 kv.m) qonşu sahənin hasarı daxilindədir. Qalan hissə (520.0 kv.m) iki tərəfdən mişar daşı ilə, iki tərəfdən isə şərti sərhədlidir. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb. Sahə qonşu özəl bağ sahələrinin nömrə ardıcılığına əsasən 3292 və 3293 saylı bağ sahələri və bölünənlərinin ərazisinə düşür. Qeyd olunan 3236 saylı bağ sahəsi BTK sxemində (BTK 209) qeyd olunub. Bundan əlavə sahəyə X6 müraciəti mövcuddur. İdarənin arxiv məlumatına əsasən Ləhiş bağ massivində 3236 saylı bağ sahəsinin qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir.
34. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri və 1.3-cü bənde əsasən şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərdir.
35. Göründüyü kimi, iddiaçının mərhum babasına mübahisəli torpaq sahəsinin ayrılması barədə qərar (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, beləliklə, hüquqi qüvvəsini saxladığından hüquqi cəhətdən etibarlı sayılır.
36. Göstərilənlərə əsaəsn kollegiya hesab edir ki, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının mərhum babası X1 torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
38. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
39. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-298/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati 2-1(112)-298/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.