Məhkəmə qərarları › İş №2-1(103)-4438/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4438/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4438/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4081/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4081/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia qismən təmin edilməsi, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilə qədər olan müddətdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etdiyi dövrün 1 ayının 2 ay kimi, 3 il təhsil müddətinin isə 1 il 6 ay kimi hesablanması və yeni məlumat vərəqinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması, İddia tələbi qalan hissədə rədd edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4081/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrılıqda apellyasiya şikayəti verilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının vəkili (nümayəndəsi) Vəkil yazılı ərizə təqdim edərək mübahisə məhkəmədənkənar həllini tapdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası ərizəni, tərəflərin mövqelərini və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Göründüyü kimi, inzibati prosessual qanunvericilik inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin olunsun. Hazırkı iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar