Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-444/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı1 nümayəndəsi X9, cavabdehin nümayəndələri X13, X10, vəkili X4 və 3-cü şəxs X15 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5rşı (3-cü şəxslər X22 və Cavabdeh1) “qərar və əmrlərin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2- 1(112)-1306/2020 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1nə (üçüncü şəxslər X16 və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X12nə) qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Başçısının xx xxxxx 1999-cu il tarixli 096 saylı sərəncamını X15 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsi ayrılmasına dair hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1102/2018 saylı, xx xxxxxxx 2018ci il tarixli qərarına əsasən iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 40/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş və Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-1(85)-1102/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. İşə yenidən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılarkən mübahisənin vəziyyəti və Sumqayıt Apelyasiya Məhkəməsinin mövqeyi müzakirə olunduqdan sonra iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, X16 Buzovna qəsəbəsi Südçülük-Tərəvəzçilik Sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin ayrılmasına dair Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X7 xx.xx.2003-cü il tarixli 28 saylı əmrinin, Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin xx.xx.1999-cu il tarixli qərarı və sovxoz direktorunun xx.xx.1999-cu il tarixli 27/k saylı əmrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-648/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərardadına əsasən inzibati iş aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılarkən iddiaçılar daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin xxxx X1 Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsi ayrılmasına dair xx.xx.2003-cü il tarixli 28 saylı əmrinin, Buzovan Südçülük-Tərəvəzçilik sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin xx.xx.1999-cu il tarixli qərarı və sovxoz direktorunun xx.xx.1999-cu il tarixli 27/k saylı əmrinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1306/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadına əsasən iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1186/2020 saylı, xx xxxx 2020ci il tarixli qərardadına əsasən təmin olunaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1306/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1186/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadında göstərilən mövqeyinə əsasən iddiaçılar tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsinə hüquqi qiymət verərək, xx xxxxxxxx 2020-ci il tarixli qərardadla ərizəni icraata qəbul etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Başçısının xx xxxxx 1999-cu il tarixli 096 saylı sərəncamı üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən torpaq sahəsində hər birinə 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmış və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X7 xx xxxxxx 2003-cü il tarixli əmri ilə baş planına uyğun olaraq onlara fərdi mənzil tikintisi üçün torpaq sahəsi verilmişdir. Cavabdeh1 Başçısının xx xxxxx 1999-cu il tarixli 096 saylı sərəncamı üzrə eyni torpaq sahəsinə dair X15 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsi ayrılmasına dair sərəncam X16 aid hissədə ləğv edilməlidir. Cavabdeh1 üzrə sərəncamından çıxarışdan görünür ki, həyətyanı torpaq sahəsi ayrılması haqqında xx xxxxxx 1999-cu il tarixli 096 saylı sərəncamı üzrə Buzovna Tərəvəzçilik-Südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması nəzərə alınaraq X16 0,10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində Tərəvəzçilik-Südçülük Sovxozunun əmək kollektivi Şurasının və Həmkarlar İttifaqı Komitəsinin xx xxxx 1999-cu il tarixli qərarı və sovxozun xx xxxxxx 1999-cu il tarixli 27/K saylı əmri nəzərə alınmalıdır. X6 adına verilmiş Cavabdeh1 Başçısının xx xxxxx 1999-cu il tarixli 096 saylı sərəncamdan xx xxxxxx 1999-cu il tarixli vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında çıxarışda cavabdeh “X22”nun adı yazılmış hissədə və 30 iyul sözlərində düzəlişlər edilməsi açıq aydın görünür. X15 adına torpaq vergisi xx.xx.2017-ci ildə ödənilmişdir. Halbuki əgər həmin torpaq sahəsi cavabdehə sərəncamda göstərilən vaxtda ayrılmışsa həmin vaxtdan vergi ödəməli idi. Sərəncamdan görünür ki, torpaq sahəsi həmin sovxozda işləyən və ehtiyacı olan şəxslərə verilmişdir. X25 qəsəbəsində Tərəvəzçilik Südçülük sovxozunda heç vaxt işləməmişdir. Həmçinin ayrılmış həyətyanı torpaq sahəsinin sxemi 2017-ci ildə tərtib etdirmişdir. Bunlar onu göstərir ki, torpağa dair Osedovun adına verilmiş sənədlər qanunsuzdur. Cavabdeh1 arxiv çıxarışından görmək olur ki, Osedovun adına verilmiş sənədlərlə Cavabdeh1 üzrə sərəncamda göstərilən qərar və məktubların tarixlərində uyğunsuzluqlar vardır. Onların hər ikisi Laçın rayonundan məcburi köçkünlərdir. Onlar ev tikmək üçün verilən torpaqdan başqa qeyri nə torpaqları, nə də hər hansı bir başqa evləri yoxdur. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X12 iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Tərəvəzçilik-südçülük” sovxozu Azərabycan Respublikası Prezidentinin x xxxxxx 1992-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeçiliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 2000-ci il 1 noyabr tarixli, 45 saylı Sərəncamı ilə “Tərəvəzçiliksüdçülük” sovxozu ləğv edilmiş və onun bazasında təsisçisi işlər İdarəsi olmaqla onun tabeliyində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “X12” yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin xx xxxxxx 1999-cu il tarixli 22 saylı məktubuna əsasən Cavabdeh1 Başçısının xx xxxxx 1999-cu il tarixli 096 saylı sərəncamı ilə Buzovna qəsəbəsində yerləşən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Tərəvəzçilik-südçülük” sovxozunun torpaq sahələrindən sovxozun bir sıra fəhlə və mütəxəssislərə, Azərbaycan Respublikası Prezidentinin Admnistrasiyasının, İşlər İdarəsinin bəzi əməkdaşlarının hər birinə 0,10 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. “xxxx” Müəssisəsinin keçmiş rəhbərliyi bu haldan istifadə edərək və səlahiyyətlərini aşaraq özbaşına müəssisənin istifadəsində olan torpaqların qanunsuz olaraq fiziki şəxslərə fərdi ev tikmək üçün hüquqi şəxslərə fermer təsərrüfatı yaradılması pərdəsi altında satmışdır. Keçmiş rəhbərlik qanunsuz əməllərinə görə xx.xx.2010-cu il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilmişdir. “X12” 2006-cı ildən faktiki olaraq fəaliyyət göstərmədiyindən İşlər müdirinin 11/3-18 nömrəli xx xxxxxx 2008-ci il tarixli Sərəncamı ilə onun fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2015-ci il tarixli Fərmanına uyğun olaraq X16 hüquqların dövlət qeydiyyatına alınması məqsədi ilə X21 Komitəsinə təqdim etmək üçün torpaq sahəsinin vətəndaş X16 məxsus olması barədə xx.xx.2017-ci ildə 850 saylı arayış və plan cizgi təqdim edilmişdir. İddiaçı1 və İddiaçı2 “xxxx” Müəssisəsinə dəfələrlə müraciət etmiş, torpaq sahəsinin ayrılmasına dair əmrlər yoxlanılmış, torpaq sahəsinin ayrılması barədə əmrin məharətlə saxtalaşdırılaraq tərtib edildiyi və arxiv kitablarında torpaq sahəsinin həmin şəxslərə ayrılmasına dair məlumatların olmadığı izah olunmuş və bu səbəbdən onların sənədləri qəbul olunmamışdır. İddiaçılar Ağcabədi rayonu ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədi ilə salınmış “Taxta-Körpü” qəsəbəsində qeydiyyatda olsa da, məcburi köçkün statusuna arxalanaraq “xxxx” Müəssisəsinin balansındakı torpaq sahəsinə aid X16 məxsus 3-355 kodlu torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Azərbaycan Respublikası Prezidentini İşlər İdarəsinin “X12”nin istifadəsində olan torpaqların mövcud istifadə vəziyyətinin araşdırılması məqsədilə “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin” “xxxx” Müəssisəsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3120 nömrəli, xx xxxx 2017-ci il tarixli sərəncamı ilə dövlət orqanlarının nümayəndələrindən ibarət tərkibdə Komissiya yaradılmışdır. Sözügedən torpaq sahəsinə dair İddiaçı1 və İddiaçı2 iddia qaldırmağa əsası və hüquqi sənədi olmadığından iddianın rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-1306/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Başçısının xx.xx.1999cu il tarixli 096 saylı sərəncamı üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən torpaq sahəsində hər birinə 0,09 ha həyətyanı torpaq sahəsi ayrılmış və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X7 xx.xx.2003-cü il tarixli 828 saylı protokolu əsasında İddiaçı1, xx.xx.2003-cü il tarixli 569 saylı protokolu əsasında İddiaçı2 0,09 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İkincisi, guya “Cavabdeh1 Başçısının xx xxxxx 1999cu il tarixli 096 saylı sərəncamı üzrə eyni torpaq sahəsinə dair X15 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsi ayrılmasına dair sərəncam X16 aid hissədə ləğv edilməlidir” kimi qeyd etmiş, hakim faktı dəqiq araşdırmamış, çünki Cavabdeh1 Başçısının xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamı, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X7 xx.xx.2003-cü il tarixli 28 saylı protokoluna əsasən hər ailəyə X15 adına 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır, üçüncü hakim Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X2 qəsəbəsində yerləşən Südçülük-Tərəvəzçilik sovxozunun əmək kollektivi Şurasının və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1999-cu il tarixli qərarı və Sovxozun xx.xx.1999-cu il tarixli 27/k saylı əmrini nəzərə almış, X6 adına verilmiş Cavabdeh1 Başçısının xx xxxxx 1999-cu il tarixli 096 saylı sərəncamından xx xxxxxx 1999-cu il tarixli vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında çıxarışda cavabdeh “X22”nun adı yazılmış hissədə və 30 iyul sözlərində düzəlişlər edilməsi açıq aydın görünür. X15 adına torpaq vergisi xx.xx.2017-ci ildə ödənilmişdir. Halbuki əgər həmin torpaq sahəsi cavabdehə sərəncamda göstərilən vaxtda ayrılmışsa həmin vaxtdan vergi ödəməli idi. Sərəncamdan görünür ki, torpaq sahəsi həmin sovxozda işləyən və ehtiyacı olan şəxslərə verilmişdir. X25 qəsəbəsində Tərəvəzçilik-Südçülük sovxozunda heç vaxt işləməmişdir. Həmçinin ayrılmış həyətyanı torpaq sahəsinin sxemi 2017-ci ildə tərtib etdirmişdir. Bunlar onu göstərir ki, torpağa dair Osedovun adına verilmiş sənədlər qanunsuzdur. Cavabdeh1 arxiv çıxarışından görmək olur ki, Osedovun adına verilmiş sənədlərlə Cavabdeh1 tərəfindən verilmiş sərəncamda göstərilən qərar və məktubların tarixlərində uyğunsuzluqlar vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi X17 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X20, X18, vəkili X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X22 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Digər iddiaçı və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Hazırki iddia tələbi üzrə iddiaçılar cavabdeh Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin xxxx X1 Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsi ayrılmasına dair xx.xx.2003-cü il tarixli 28 saylı əmrinin, Buzovna Südçülük-Tərəvəzçilik sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin xx.xx.1999-cu il tarixli qərarı və sovxoz direktorunun xx.xx.1999-cu il tarixli 27/k saylı əmrinin ləğv edilməsini tələb edirlər. İddiaçılar göstərilən qərar və əmrlərin ləğv edilməsinə əsas kimi Cavabdeh1 Başçısının xx xxxxx 1999-cu il tarixli 096 saylı sərəncamı üzrə onlara Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən torpaq sahəsindən hər birinə 0,08 ha həyətyanı torpaq sahəsi ayrılması və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X7 xx xxxxxx 2003-cü il tarixli əmri ilə baş planına uyğun olaraq onlara fərdi mənzil tikintisi üçün torpaq sahəsi verilməsinə baxmayaraq, Cavabdeh1 Başçısının xx xxxxx 1999-cu il tarixli 096 saylı sərəncamı üzrə eyni torpaq sahəsinə dair X15 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsi ayrılmasına dair sərəncamın verilməsini, həmin sərəncam əsasında xx.xx.2003-cü il tarixli 28 saylı əmrinin, Buzovan Südçülük-Tərəvəzçilik sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin xx.xx.1999-cu il tarixli qərarı və sovxoz direktorunun xx.xx.1999-cu il tarixli 27/k saylı əmrinin verilməsini göstərmişlər. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıların subyektiv hüququnun olubolmaması araşdırılmış və bununla bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X12nə sorğu göndərilərək, Azərbaycan Respublikası Prezidenti İşlər idarəsinin X7 baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən İddiaçı1 0,09 ha hesabı ilə 828 №li həyətyanı torpaq sahəsinin ayrılması haqqında 828 №li xx xxxxxx 2003-cü il tarixli Əmrdən Çıxarışın, X14 0,09 ha hesabı ilə 569 №li həyətyanı torpaq sahəsinin ayrılması haqqında 569 №li xx xxxxxx 2003-cü il tarixli Əmrdən Çıxarışın və İddiaçı1 0,09 ha hesabı ilə verilmiş həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında 096 №li xx xxxxx 1999cu il tarixli, X14 0,09 ha hesabı hesabı ilə verilmiş həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında 096 №li xx xxxxx 1999-cu il tarixli Cavabdeh1 üzrə sərəncamından çıxarışların surətinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X12 tərəfindən verilmiş 039 saylı, xx xxxx 2020-ci il tarixli məktub ilə bildirmişdir ki, İddiaçı1 və X11 adına Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X12 tərəfindən 828 saylı xx xxxxxx 2003-cü il tarixli əmri ilə torpaq sahəsi ayrılmamışdır. Torpaq sahəsi xx.xx.2003-cü il tarixli 28 saylı əmri ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X7 arxiv qovluğunda həmin vətəndaşların adları eynilik təşkil etdiyi halda ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə təqdim etmək üçün arxiv arayışı və yerləşmə sxemi təqdim edilir. Belə ki, vətəndaş İddiaçı1 və İddiaçı2 adlarına tərtib olunan sənədlər məharətlə saxtalaşdırılaraq tərtib edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma nəticəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin əsası kimi istintad etdikləri sənədlərin əsassız olması, yəni onların adına Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X12 tərəfindən 828 saylı xx xxxxxx 2003-cü il tarixli əmri ilə torpaq sahəsi ayrılması müəyyən edilməmiş, iddiaçılar tərəfindən istinad olunan sənədlərin saxta olmasına dair əsaslı şübhələr mövcud olduğu, əksinə X15 adına verilmiş sənədlərin hüququ əsasının olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçıların torpaq sahələrinə dair hər hansı hüquqları mövcud olmadığı halda, hüquqlarını pozduğuna istinad edərək göstərilən əsaslarla Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin xxxx X1 Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsi ayrılmasına dair xx.xx.2003-cü il tarixli 28 saylı əmrinin, Buzovna Südçülük- Tərəvəzçilik sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin xx.xx.1999-cu il tarixli qərarı və sovxoz direktorunun xx.xx.1999-cu il tarixli 27/k saylı əmrinin onların hüquqlarına toxunması əsası ilə ləğv edilməsini tələb etməyə subyektiv hüquqlarının mövcud olması müəyyən edilmir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçıların hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçıların qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. Belə ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-1306/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-444/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-444/2021
11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver