Məhkəmə qərarları › İş №2-1(103)-444/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-444/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-444/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9731/2024 saylı, 12 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşından, yəni xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən pensiya ödənişlərin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir . İddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh orqanın imtinası əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə etdiyi iş yerindən arayışlardan görünür ki, 2008-ci ilə qədər onun aviatexnik və aviasiya mexaniki kimi 13 il 5 ay 7 gün güzəştli iş stajı vardır, ümumi iş stajı isə 30 ildən çoxdur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, cavabdeh orqana təqdim edilmiş "xxxx" QSC-nin iddiaçıya dair 15 mart 2024-cü il tarixli 13-2/2-M-422/2024 nömrəli arayışında onun xx.xx.1994-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə yerüstü avadanlıq üzrə texnik, xx.xx.1995xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində aviatexnik stajçı, 9 sentyabr 1985-ci il tarixli AT-İV ******* nömrəli əmək kitabçasında isə xx.xx.2008-ci il tarixdən bu günədək supervayzer vəzifələrində işlədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) mülki aviasiya bəndində (21.3) bütün adlarda aviasiya texnikləri (mexaniklər, motorçular) vəzifələri nəzərdə tutulmuşdur. Cavabdeh orqan iddiaçının təqdim etdiyi arayışda qeyd edilmiş vəzifənin müvafiq Qərarda göstərilən vəzifəyə uyğun olmaması; 1 yanvar 2006-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabının sığorta hissəsində 2006-cı il üzrə 11 ay, 2007-ci il üzrə 7 ay (ümumilikdə 18 ay) öz əksini tapmadığı müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (Qanunun 21.2ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən ayları iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Nəticə etibarilə, iddiaçının 12 il 06 aydan az, yəni 8 il 10 ay 3 gün (xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.2006-cı il, xx.xx.2006- xx.xx.2006-cı il, xx.xx.2007xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2007- xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər) güzəştli iş stajı vardır. İddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 37 il 10 ay 8 gün (xx.xx.2006-cı il tarixinədək 24 il 8 gün (xx.xx.1980-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1993-ci il, xx.xx.1994-xx.xx.1998-ci il, xx.xx.1999xx.xx.2005-ci il), həmin tarixdən sonra 13 il 10 ay) təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9731/2024 saylı, 12 avqust 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı vaxtdan, yəni 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiya ödənişinin hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9731/2024 saylı, 12 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - iddiaçıya məxsus AТ-İV ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır (4 il, 10 ay, 6 gün); xx.xx.1985-ci ildən xx.xx.1993-cü ilədək Zaqorski elektromexanika zavodunda mühəndiskontruktor, mühəndis və fəhlə işləmişdir (7 il 9 ay 21 gün); xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək “AZALAVİA” Bakı nəqliyyat avia şirkəti OQM ATBna ETS Prozr. üzrə 1-ci dərəcəli yerüstü avadanlıq texniki vəzifəsində işləmişdir (4 ay 1 gün); xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək TS-350 özüyeriyən arabacığın sürməsi üçün buraxılmışdır (11 ay 26 gün); xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək ATB 1 saylı sexdə ETS üzrə İV dərəcə ilə 4- cü dərəcəli aviatexnik-təcrübəçi vəzifəsində işləmişdir (3 ay 21 gün); xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək bütün növ reqlament işləri üzrə ЯK-40 təyyarənin sərbəst texniki xidmətinə buraxılmışdır (6 ay 17 gün); xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilədək bütün növ reqlament işləri və mühərriklərin dəyişməsi üzrə TU-134 təyyarənin sərbəs texniki xidmətinə buraxılmışdır (8 ay 15 gün); xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək “AZALAVİA” BNAŞ-nin yenidən təşkili ilə əlaqədar "xxxx" NAK aviatexnik vəzifəsində işləmişdir (1 il 5 ay 15 gün); xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilədək “X3” BM HG texniki xidmət xidmətinə 4-cü dərəcəli 3-cü səviyyəli aviatexnik vəzifəsində işləmişdir (1 il 5 ay 10 gün); xx.xx.2000-ci ildə xx.xx.2000 il tarixli 102 saylı əmrə əsasən Perronda HG-nin yerüstü xidməti sahəsi adlandırılmışdır. Perronda HG aviamexaniki vəzifəsinə keçirilmişdir. xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək razılaşma protokoluna əsasən Trump Ford800 avtomaşını ilə işlərə buraxılmışdır (6 ay 26 gün); xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilədək Perronda HG-nin yerüstü xidməti üzrə işlərin yerinə yetirilməsi üçün buraxılmışdır (3 il 4 ay 2 gün); xx.xx.2004-cü ildən xx.xx.2004-cü ilədək X4 Qulluq Xidmətində aviasiya mexaniki vəzifəsində işləmişdir (1 ay 4 gün); xx.xx.2004-cü ildən xx.xx.2008-ci ilədək həmin xidmətin növbə mühəndisi vəzifəsində işləmişdir (1 il 4 ay 15 gün) xx.xx.2008-ci ildən xx.xx.2019-cu ilədək perronda xidmət üzrə supervayzer vəzifəsində işləmişdir. xx.xx.2019-cu ildən “X7 Aviation MMC-nin GHC filialı Perron xidməti üzrə departamentin Sərnişin hava gəmiləri üzrə xidmətinin perronda xidmət üzrə supervayzeri vəzifəsinə işə qəbul edilmişdir. - iddiaçının tələbini təmin etməkdən imtina barədə Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" QSC-nin sizə dair 15 mart 2024-cü il tarixli 13-2/2-M-422/2024 nömrəli arayışında xx.xx.1994-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə yerüstü avadanlıq üzrə texnik, xx.xx.1995xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “aviatexnik stajçı, 9 sentyabr 1985-ci il tarixli AT-İV ******* nömrəli əmək kitabçanızda isə xx.xx.2008-ci il tarixindən bu günədək supervayzer vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz vəzifələr sözügedən arayışda istinad edilən, təsdiq edilmiş Siyahıda nəzərdə tutulan bütün adlarda aviasiya texnikləri (mexaniklər, motorçular) vəzifəsinə aid deyil. Həmçinin 1 yanvar 2006-cı il tarixindən bu günədək sizə münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlar ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən ayları iş stajınıza daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (8 il 10 ay 3 gün (xx.xx.1997xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2006-cı il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı trəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərrtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç şərt birlikdə mövcud olmalıdır: a) İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması; c) iddiaçının pensiya təyinatına imkan verən yaş həddinə çatması Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının pensiya yaşına çatması və ümumi iş stajı mübahisələndirilmir. Cavabdeh tərəfindən mübahisələndirilən güzəştli iş stajı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh təşkilata ərizə ilə ilk dəfə müraciət edərkən iş yerindən güzəştli arayışlar təqdim etsə də, cavabdeh iddiaçının işlədiyi vəzifələrin sözügedən arayışlarda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan bütün adlarda aviasiya texnikləri (mexaniklər, motorçular) vəzifəsinə aid olmadığını əsas gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və hazırda da eyni əsasa istinad edərək iddia tələbinə etiraz edir. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Vətəndaş İddiaçı müəssisəmizdə güzəştli iş stajı barədə tələb olunan məlumatı Sizə təqdim edirik: xx.xx.1999-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək “X5” MMCdə aviasiya mexaniki vəzifəsində işləmişdir, daha sonra xx.xx.2011-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək "Silk Way Aviaşirkəti” MMC-nin “GHC” filialında perronda xidmət üzrə supervayzer vəzifəsində işləmiş, hal hazırda xx.xx.2019-cu il tarixindən "xxxx" MMCnin “GHC” filialında perronda xidmət üzrə supervayzer vəzifəsində işləyir. Qeyd etmək istəyirik ki, perronda xidmət üzrə supervayzer vəzifələrinin əmək funksiyaları aviasiya mexaniki vəzifəsini əmək funksiyaları ilə eynidir. Əmək funsiyaları barədə məlumat: - Korporativ informasiya sisteminə (KİS) reyslər üzrə daxil edilmiş məlumatlarla tanış olmaq, gündəlik fəaliyyətini bu məlumatlar əsasında qurmaq; - Bilavasitə HG-nin yan nda bütün xidmətlər tərəfindən texnoloji qrafikə uyğun olaraq HGnin reysə hazırlanmasının təşkili və nəzarət; - HG-nin yanacaqla doldurulmasının (boşaldılmasının) təşkili, doldurulan (boşaldılan) yanacağın çəkisinin qeydiyyata alınması və nəzarət; - Perronda xidmət üzrə supervayzeri, texnoloji qrafikdən bütün yayınmalar, HG-nin uçuşunun gecikmə səbəbləri, HG-nin sərnişinlərin mindirilməsinə hazırlığı haqqında və digər kənar hallar haqqında məlumatlandırmaq; - Qarşılıqlı əlaqələr üzrə dispetçeri HG-nin hazırlıq mərhələləri üzrə vəziyyəti haqqında məlumatlandırmaq; - Yükləmə zamanı yük-baqaj bölmələrinin çəki və konstruktiv məhdudiyyətlərinin gözlənilməsinə nəzarəti təmin etmək; - Yükləmə işləri başa çatan zaman, LOADSHEET-də baqaj, yük və poçt haqqında məlumatları baqaj cədvəli və yük manifestinin göstəriciləri ilə tutuşdurmaq və zərurət olduqda LOADSHEET-in son dəqiqədə dəyişiklər drafasında qeydlər aparmaq; - HG-nin baqaj lyuklarını açıb-bağlamağını bacarmaq; - HG-nə xidmətin texnoloji qrafikinin pozulmasının qarşısını almaq üçün vaxtında tədbirlər görmək; Uçuşdan sonra mərkəzləşdirmə qrafikinin və LOADSHEET-in nüsxəsinin mərkəzləşdirmə qrupunun otağına çatdırılmaq; - Gəlib-gedən reysi qarşılayaraq LOADSHEET-in bir nüsxəsini və HG-nin uçub getməsinin rəsmilişdirilməsi üçün lazım olan informasiyanı heyətdən qəbul etmək və mərkəzləşdirmə qrupuna çatdırmaq; - Liter və nəzarət altında olan reyslərə xidmət göstərilərkən xüsusi nəzarəti həyata keçirmək; - Gələn HG-nin yüklənməsinin pozulması haqqında perronda xidmət üzrə böyük supervayzerə məruzə eımək və bu pozulmaları dair aktların tərtib edilməsində iştirak etmək; - HG-nə bütün əsas və əlavə işləri əks etdirməklə, “Yerüstü xidmətlər aktı’’ blanklarının doldurulmar və KİS-ə daxil etmək; - Briqadaya təhkim olurmuş teleskopik trapların quruluşunu, istismar-xidmət qaydalarını və xüsusiyyətlərini bilmək və teleskopik trapı idarə etməyi bacarmaq; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının “Hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələri Siyahısı” bölməsində bütün adlarda aviasiya texnikləri (mexaniklər, motorçular) bəndinə uyğun olaraq 25 il 0 ay 25 gün güzəştli iş stajı olub”. Həmçinin Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arxiv arayışında qeyd edilmişdir ki, “Arayış verilir İddiaçı ondan ötrü ki, o, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən yerüstü avadanlıq üzrə texnik, aviatexnik vəzifələrində (xx.xx.1994-cü il tarixdən “Azalavia” Bakı Nəqliyyat Aviaşirkətinin Aviasiya-texniki bazasına 4-cü dərəcəli yerüstü avadanlıq üzrə texnik vəzifəsinə qəbul olunmuşdur (xx.xx.1994-cü il tarixli 28/n nömrəli əmr), xx.xx.1995-ci il tarixdən Aviasiya-texniki bazasının 1 nömrəli sexinə 4-cü dərəcəli aviatexnik-stajçı vəzifəsinə keçirilmişdir (xx.xx.1995-ci il tarixli 44/л nömrəli əmr), xx.xx.1997-ci il tarixdən "xxxx" Milli Aviasiya Şirkətinə aviatexnik vəzifəsinə keçirilmişdir (xx.xx.1997-ci il tarixli 33 nömrəli əmr) və xx.xx.1998-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 38-ci maddəsinin “b” bəndinə əsasən ştatın ixtisar olunması ilə əlaqədar əmək müqaviləsi ləğv edilmişdir (xx.xx.1998-ci il tarixli 55/л nömrəli əmr) xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifələr üzrə sosial sığorta (əmək) stajı 4 il 6 ay 14 gün təşkil edir. İşlədiyi vəzifələrin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri YAK-40, TU-134 tipli təyyarələrə bütün növ reqlament işləri, nasazlığın aradan qaldırılması, sazlaması və tənzimlənməsi və YAK-40, TU-134 tipli təyyarələrə bütün növ reqlament işləri və mühərrikin dəyişdirilməsi üzrə texniki xidmət göstərilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.3-cü bəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin vəgöstəricilərin 2 №-li Siyahısı”nın “Hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin Siyahısı” hissəsinə) uyğundur”. Beləliklə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları təqdim edilmiş və həmin arayışlara əsasən iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmiş, iddiaçının yerinə yetirdiyi funksiyalar sadalanmış və perronda xidmət üzrə supervayzer vəzifələrinin əmək funksiyalarının aviasiya mexaniki vəzifəsinn əmək funksiyaları ilə eyni olması bildirilmişdir. Göründüyü kimi cavabdeh formal mülahizələrə əsasən və heç bir əsaslandırma etmədən öz mülahizəsinə əsasən supervayzer vəzifəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) mülki aviasiya bəndində (21.3) bütün adlarda aviasiya texnikləri (mexaniklər, motorçular) vəzifələrinə adi olmadığını bildirir. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi analoji işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)-2156/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli; 2-1(102)- 162/2023 nömrəli, 2-1(102)-139/2023 nömrəli, 2-1(102)-1019/2023 nömrəli, 2- 1(102)-7/2023 nömrəli, 2-1(102)-88/2023 nömrəli, 2-1(102)-154/2023 nömrəli, 2-1(102)-2283/2023 nömrəli 2- 1(102)-2532/2023 nömrəli qərarlarında öz əksini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9731/2024 saylı, 12 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9731/2024 saylı, 12 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar