Məhkəmə qərarları › İş №2-1(103)-4447/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4447/2025

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4447/2025 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X6 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinə qarşı (üçüncü şəxslər üçüncü şəxs2 və üçüncü şəxs1) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs2 (##.##.1975-ci il təvəllüdlü) və üçüncü şəxs1 (##.##.1993-cü il təvəllüdlü) ünvan 2 (yeni qayda ilə: ünvan 3) ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə üçüncü şəxs2 və üçüncü şəxs1 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Engels küçəsində yerləşən *A nömrəli (yeni qayda ilə: ünvan 3) fərdi yaşayış evi ## ###### 2018-ci il tarixli AN | № ******* saylı daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən X1 tərəfindən Bakı şəhəri * saylı DNK-da iddiaçı İddiaçı bağışlanmışdır. Iddiaçı İddiaçı anası X1 yaşadığına görə evin 3 qızına bağışlanması və onların arasında bölünməsi üçün öz qohumu və aralarında yaxın qohumluq münasibətləri olan X2 etibarnamə (№******) vermişdir. X2 isə vəziyyətdən sui-istifadə edərək öz qohumları üçüncü şəxs2 və üçüncü şəxs1 bu ünvana qeydiyyata salmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2018-cü il tarixli, seriya RX № ******* saylı Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X11 küçəsi ev "8" saylı mənzil iddiaçının tam mülkiyyətindədir. Iddiaçının mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan cavabdehlər üçüncü şəxs2, üçüncü şəxs1 mənzili iddiaçıya satdıqdan sonra 90 (doxsan) gün müddətində qeydiyyatdan çıxacaqlarını bildirsələr də, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdırlar ki, bu da iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Göründüyü kimi, bu şəxslərin müvafiq ünvanda qeydiyyatı formal xarakter daşıyır və onların mülkiyyətdən istifadə hüququ yoxdur. Iddiaçı İddiaçı üçüncü şəxs2 və üçüncü şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Engels küçəsində yerləşən *A nömrəli (yeni qayda ilə: ünvan 3) fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılmaları üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı məxsus olan ünvan 1 (yeni qayda ilə: ünvan 3) ünvanından üçüncü şəxs2 (##.##.1975 təvəllüdlü) və üçüncü şəxs1 (##.##.1993 təvəllüdlü) qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan üçüncü şəxslər apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin bu qərarı qanunsuz və ədalətsiz olması səbəbindən ləvğ edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. Qərardan göründüyü kimi, onların qeyd edilən evə qeydiyyata düşmələri əvvəlki ev sahibinin razılığı əsasında həyata keçmişdir. Yəni evin əvvəlki mülkiyyətçisi evini qızlarına bağışlamazdan qabaq onların həmin evə qeydiyyata salınmalarına razılıq vermişdir. Bu səbəbdən onların həmin evə qeydiyyata alınmalarında heç bir qanun pozuntusu aşkar edilməmişdir. Əslində, iddiaçı ilə aralarındakı münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən tənzimlənməli idi. Məhkəmə nədənsə bu maddəni unudub ayrı maddi hüquq normalarına istinad edib. Göründüyü kimi, qeydiyyata düşdükləri ev indiki iddiaçı - mülkiyətçinin mülkiyətinə keçməmişdən əvvəl onlar həmin evə qeydiyyata düşmüşlər. Məhkəmə bu halı nəzərə almamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxslər və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, üçüncü şəxslər gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, cavabdeh tərəfindən isə məhkəməyə ərizə ünvanlanaraq işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, üçüncü şəxs2 və üçüncü şəxs1 ünvan 3 ünvanından pasport qeydiyyatından çıxarılması Sabunçu RPI-nin QMB-nin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktla əlaqədar olaraq Bakı Inzibati Məhkəməsinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilir. Iş materiallarında olan Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ##.##.2023-cü il tarixli ******* nömrəli arayışından görünür ki, X1, X3 və Nuriyeva Sevinc Firuz qızı ünvan 2 ünvanında qeydiyyatdadırlar. Iş materiallarında olan Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ##.##.2024-cü il tarixli ******* nömrəli arayışından görünür ki, X1, X3, Nuriyeva Sevinc Firuz qızı, üçüncü şəxs2 Müzəffər oğlu və üçüncü şəxs1 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Iş materiallarında olan məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadatrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən məhkəməyə ünvanlanmış # ###### 2024- cü il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında üçüncü şəxs2 və üçüncü şəxs1 istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın arxiv surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.03369 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam) iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və II bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın * nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarda həmçinin qeyd edilir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Işin faktiki hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı İddiaçı xüsusi mülkiyyətindədir. Iddiaçı üçüncü şəxsin həmin ünvandan qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus ünvanda formal qeydiyyatdadırlar. Üçüncü şəxslərin mübahisəli mənzilə hər hansı hüququnun, o cümlədən istifadə hüququnun olması müəyyən edilmir. Üçüncü şəxslər həmin ünvanda qeydiyyatda olsalar da həmin ünvanda yaşamırlar. Üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Üçüncü şəxslər üçüncü şəxs2 və üçüncü şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar