Məhkəmə qərarları › İş №2-1(103)-4466/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4466/2025

07.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4466/2025 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X9 və X10 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Polis Idarəsinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cəlb edilməklə) “məlumat vərəqəsinin tərtib edilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Polis Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək əmək pensiyasının təyin olunması məsələsinə baxılması məqsədilə xidmət illərinə dair məlumatların elektron informasiya sisteminə daxil edilməklə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbinin əsaslandırılması: Iddia tələbi onunla əsaslandırılmışdır ki, uzun illər daxili işlər orqanlarında xidməti ilə bağlı iddiaçı güzəştli şərtlərlə ona əmək pensiyasının təyin edilməsi məqsədilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ## #### 2024-cü il tarixli müraciət ünvanlamışdır. Müraciətini ##.##.2024-cü il tarixli, *-**-*/*-******/**** saylı məktubla cavablandıran direktor müavini cənab Elnur Qurbanov qeyd etmişdir ki, Qanunun tələblərinə uyğun olaraq sonuncu xidmət keçdiyi orqan tərəfindən ona dair məlumat vərəqi müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra hərbi qulluqçu kimi (xüsusi rütbəli şəxs) ona əmək pensiyasının təyin olunması məsələsinə baxılması mümkündür. Inzibati orqanının bu tövsiyyəsinə uyğun olaraq, xidmət illərinə dair məlumatların elektron informasiya sisteminə daxil edilərək aidiyyəti üzrə DSMF-yə təqdim edilməsi məqsədilə Daxili Işlər Nazirliyinə müraciət ünvanlanmış, müraciətə sonuncu iş yeri olan Bakı şəhər Baş Polis Idaəsində baxılmış, xidmət illərinin təqvimi hesablanması 17 il 10 ay 11 gün təşkil etmiş və pensiya hüququna malik olmadığına görə müraciətinin təminindən imtina olunmuşdur. Məlumat üçün bildirilir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli cavab məktubunda “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının ##.##.2023-cü il tarixli, ****-VIQD nömrəli Qanunun keçid müddəasının 5.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, bu Qanun qüvvəyə mindiyi tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024cü il ######ın #-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. Inzibati orqanın bu rəsmi mövqeyidən aydın olur ki, iddiaçının keçdiyi 17 il 10 ay 11 gün xidmət illəri üzrə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin mümkünlüyü qanunda nəzərdə tutulmuş haldır. Bunun üçün yalnız müvafiq elektron informasiya sisteminə zəruri məlumatların yerləşdirilməsi tələb olunur ki, bu məlumatlar da sonuncu xidmət keçdiyi orqan olaraq Bakı şəhər Baş Polis Idarəsi tərəfindən aidiyyəti elektron informasiya sisteminə daxil edilməlidir. Lakin Bakı şəhər Baş Polis Idarəsinin ##.##.2024-cü il tarixli, 3- **-**-*/*-İ-****/* saylı və ##.##.2024-cü il tarixli, **-*/*-İ-*****/** saylı cavab məktubları ilə tələb olunan məlumatların aidiyyəti elektron informasiya sisteminə yerləşdirilməsi mümkünsüz hesab edilməmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə (hakim T.Məlikov) iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarının ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılmalı, işin faktiki halları qanunun tələbləri ilə müqayisəli şəkildə təhlil edilməli, iş üzrə xüsusi əhəmiyyət kəsb edən sübutların məhkəməyə təqdim edilməsi cavabdeh inzibati orqandan tələb edilməli və zəruri hesab edilən məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi təmin olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Işin materiallarından göründüyü kimi iddiaçı X3 hazırda Bakı şəhəri * saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Polis Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı DIN-in ##.##.2019-cu il tarixli müvafiq əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Xaric olunduğu tarixə xidmət müddəti təqvimi hesablama ilə 17 il, 10 ay, 11 gün təşkil etmişdir. - Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Polis Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü maddəsinə əsasən pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdir. Pensiya hüququna malik olmaq üçün tələb olunan iş stajı olmadığını nəzərə alınaraq, iddiaçının xahişinin müsbət həlli mümkün deyildir. -DIN Maliyyə-Plan Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçının xidmətdən xaric olunduğu tarixə xidmət illəri təqvimi hesablama ilə 17 il, 10 ay, 11 gün təşkil etmişdir. Xidmətdən xaric olunduğu vaxtda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5-ci maddəsinə əsasən xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların, eyni zamanda hərbi qulluqçu kimi əmək pensiyası hüququ yarandığından, ona DIN-in xətti ilə yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyildir. - DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ##.##.2024cü il tarixli məktubundan görünür ki, iddiaçı hərbi qulluqçu kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmiş və sonuncu xidmət keçdiyi orqan tərəfindən məlumat vərəqinin müvafiq elektron informasiya sisteminə daxil edildikdən sonra onun müraciəti üzrə məsələyə baxılacağı bildirilmişdir. - Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Polis Idarəsi tərəfindən ##.##.2025-ci il tarixli sorğuya cavab məktubu ilə X3 daxili işlər orqanlarında xidməti fəaliyyətinə dair arayışı təqdim olunmuşdur. Həmin arayışdan görünür ki, iddiaçı X3 ##.##.2001- ##.##.2002-ci il tarixlərdə hərbi xidmətdə olmuş, ##.##.2003-##.##.2004-cü il tarixlərdə Bakı şəhər BPI-nin X4 polis nəfəri, ##.##.2004-##.##.2009-cu il tarixlərdə DINin Polis Akademiyasının müdavimi, ##.##.2009-##.##.2009-cu il tarixlərdə DIN-in sərəncamında, ##.##.2009-##.##.2012-ci il tarixlərdə Bakı şəhəri Səbail Rayon Polis Idarəsinin 39-cu Polis Bölməsinin məsul növbətçisi, ##.##.2012-##.##.2015-ci il tarixlərdə Bakı şəhəri Səbail Rayon Polis Idarəsinin 8-ci Polis Bölməsinin təhqiqatçısı, ##.##.2015- ##.##.2015-ci il tarixlərdə Bakı şəhər BPI-nin sərəncamında, ##.##.2015- ##.##.2016-cı il tarixlərdə Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru, ##.##.2016-##.##.2017-ci il tarixlərdə Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 18-ci polis bölməsinin polis sahə inspektoru, ##.##.2017-##.##.2019-cu il tarixlərdə Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi olaraq xidmət etmiş, ##.##.2019-cu il tarixdə “Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-9 və 135-10 bəndləri ilə (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduğuna görə) xidmətdən xaric olmuşdur. Işdən müəyyən olunur ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə uyğun olaraq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə müvafiq məlumat vərəqəsinin tərtib edilərək pensiya təyin edən orqana göndərilməsini xahiş etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən o əsasla imtina etmişdir ki, xidmət illərinin təqvimi hesablanması 17 il 10 ay 11 gün təşkil etmiş və bu səbəbdən iddiaçının pensiya hüququ yoxdur. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1-ci bəndində əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – s ı ğ o r t a o l u n a n ) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud s ı ğ o r t a o l u n a n ların ölümü ilə ə l a q ə d a r o n l a r ı n a i l ə ü z v l ə r i n i n itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3-cü bəndində əsasən hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4-cü bəndində əsasən xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5-ci bəndində əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 9.1-ci bəndində əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.5-ci bəndində əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; (## ###### 2024-cü il tarixdən qüvvədə olan redaksiya) 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: .. 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının ## ###### 2023-cü il tarixli, № ****-VIQD nömrəli Qanunun 3.1.1-ci yarımbəndinə əsasən 9.5.1-ci maddədə “20” rəqəmləri “25” rəqəmləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları”nın: 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X13 Xidmətində, Azərbaycan Respublikasının Strateji X11 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. 2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. 3-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (* nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. 5-ci bəndinə əsasən məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. Iddiaçının mövqeyinə görə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının ## ###### 2023cü il tarixli, № ****-VIQD nömrəli Qanunun 5.1-ci maddəsi ona münasibətdə də tətbiq edilməli və 17 ildən artıq xidmət illərinə görə ona pensiya təyin edilməlidir. Qanunun 5.1-ci maddəsinə əsasən (Keçid müddəalar) bu Qanun qüvvəyə mindiyi tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il ######ın #-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. 5.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il ######ın #-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17ci maddəsi istisna olmaqla) tətbiq edilir. 5.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi tarixədək təyin edilmiş əmək pensiyaları bu Qanuna əsasən yenidən hesablanmır. 6-cı maddəsinə əsasən bu Qanun 2024-cü il ######ın #-dən qüvvəyə minir. Keçid müddəalarının tələblərindən göründüyü kimi, 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinin 2024-cü il ######ın #-dək qüvvədə olan normaları (20 il) tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici ****-VIQD nömrəli Qanunla keçid müddəaları müəyyən etməklə, yalnız konkret və normativ şəkildə göstərilmiş hallarda əvvəlki hüquqi rejimin saxlanılmasına imkan vermişdir. Bu keçid müddəaları istisna xarakterli olub, yalnız həmin normalarda nəzərdə tutulmuş kriteriyalara cavab verən şəxslərə tətbiq edilməlidir. Yəni hüquqi nəticə yalnız xidməti müddətinin 17 ildən artıq olması ilə deyil, bu müddətin konkret olaraq 20 ilə çatmasına maksimum 3 təqvim ili qalması ilə yaranır ki, nəticədə hər bir halda şəxs nəzərdə tutulan 20 təqvim ili ilə bağlı şərti tamamladıqda, o, ƏPQ-nin 9.5.1-ci maddəsinin əvvəlki redaksiyasının (##.##.2024cü il tarixli) təsiri altına düşür. Yəni, qanunvericiliyin tələbindən göründüyü kimi, ##.##.2024-cü il tarixə kimi (dəyişiklik qüvvəyə minənə kimi) 17 ildən artıq xidmət ili olmuş, xidmətə davam edən, ümumilikdə 20 il xidmət ili olan şəxslərə Keçid müddəaları tətbiq edilir. Hazırkı işin materiallarında isə iddiaçının ümumilikdə 20 il xidmət ili olması ilə bağlı hər hansı mötəbər sübut yoxdur. Iddiaçı 17 il 10 ay 11 gün təşkil edən xidmət illərinə əsasən ona pensiya təyin edilməsini xahiş etsə də, qanunvericiliyin tələbinə əsasən belə bir hüququ yoxdur. Dövlət Sosial Müdafiə Fondu əmək pensiyaları və digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs olduğu üçün işə daxili işlər orqanlarında xidmət edən şəxslərin pensiya təyinatı ilə məşğul olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya instansiya məhkəməsində baxılması zamanı hazırki inzibati iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi izahatında bildirir ki, iddiaçının nümayəndəsi olduğu quruma ünvanladığı 2024-cü il tarixli pensiya təyin olunması ilə bağlı müraciətinə cavab məktubunda onun sonuncu dəfə xidmət etdiyi orqan tərəfindən tərtib olunmuş məlumat vərəqəsinin göndərilməsinin zəruri olduğu bildirilmişdir. Sonradan, iddiaçı Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Polis Idarəsinə müraciət etsə də, onun xidməti illərinin 17 il 11 ay 10 gün təşkil etməsi səbəbindən, məlumat vərəqəsinin tərtib olunması mümkün olmamışdır. Bundan əlavə, iddiaçı 2019-cu ildə xidmətdən azad olunduğundan, ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.5.1-ci maddəsinin köhnə redaksiyasının tətbiq olunması mümkünsüzdür. Belə ki, qanunun əvvəlki redaksiyasının tətbiq olunması üçün iddiaçı azı 2021-ci ildə xidmətdən azad olunmalı və həmin müddətdə xidməti illəri 17 il təşkil etməli idi. Iddiaçının xidməti illəri hər bir halda 20 il təşkil etməlidir. Lakin, ##.##.2024-cü il tarixdə 20 illik müddətin tamam olmasına 3 il müddət qalmışdırsa, qanunvericiliyin köhnə redaksiyası əsasında şəxsə 20 il xidməti dövrü nəzərə alınmaqla, pensiya təyin oluna bilər. Iş materiallarına əlavə edilən iddiaçı tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış ərizədən görünür ki, iddiaçı DIO-da xidmət illəri, habelə güzəştli xidmət dövrü, təhsil vaxtı, həqiqi hərbi xidmət ili təqvim ilə DIN-də xidmət illərinə əlavə edilməklə sabiq R statusu ilə ona xidmət illərinə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.. Iş materiallarına əlavə edilmiş BB-İ ****** nömrəli diplomdan görünür ki, iddiaçı 2004-cü ildən 2009-cu ilə kimi Polis Akademiyasında hüquqşünaslıq ixtisası üzrə təhsil almışdır. Iş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasından da görünür ki, iddiaçı ## ##### 2003-cü il tarixdən ##.##.2019-cu il tarixə kimi daxili işlər orqanlarında xidmət etmişdir. Göründüyü kimi, iddiaçı ##.##.2019-cu il tarixdə daxil işlər orqanlarından tərxis edilmişdir. Bütün qeyd olunanların məcmusunda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar