Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-447/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « əlilliyə görə əmək pensiyasının ödənişinin bərpa edilməsi») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9690/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı ümumi xəstəlik=› gözdən əlil səbəbi ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir.
2. İddiaçıya xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş və pensiya ödənişi xx.xx.2019-cu il tarixədək davam etdirilmişdir. xx.xx.2019-cu il tarixdən təyin edilmiş əmək pensiyasının ödənişi dayandırılmışdır.
3. İddiaçı pensiya ödənişinin bərpa edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, müraciətinə cavab verilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya xx.xx.2019-cu il tarixdən etibarən əlilliyə görə əmək pensiyasının ödənişinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir).
5. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, ona təyin edilmiş pensiya dayandırılmışdır. Şifahi olaraq dəfələrlə 142 çağrı mərkəzi ilə əlaqə saxladıqda ərizəçiyə bildirilmişdir ki, onun əlilliyi Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən dayandırılmışdır. Halbuki sonuncu dəfə Agentliyə müraciət etdikdə, eləcə də e-sosial portalına daxil olan zaman ərizəçiyə təyin olunmuş əlillik qiymətləndirilməsinin qüvvədə olduğu müəyyən edilmişdir. Bu zaman müəyyən olunur ki, tərəfindən əsassız olaraq ərizəçiyə əlilliyə görə əmək pensiyası ödənilməməkdədir. Nə qədər ki, iddiaçının əlillik qiymətləndirilməsi qüvvədədir, ona əlilliyə görə əmək pensiyasının bərpa edilərək ödənilməsi eyni zamanda ödənilməmiş əlilliyə görə əmək pensiyasının birdəfəlik olaraq ödənilməsini zərurət təşkil edir. Yuxarıda qeyd edilənlərlə bağlı cavabdeh orqana müraciət edilməsinə baxmayaraq, edilmiş müraciət cavabsız qalmışdır. Hesab edir ki, cavabdehin iddiaçının pensiyasının dayandırılmasında ifadə edilən hərəkətləri qanunsuzdur.
6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş və pensiya ödənişi xx.xx.2019-cu il tarixədək davam etdirilmişdir. Fondun keçmiş Nəsimi rayon şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktubla iddiaçıya əlillik dərəcəsinin əsaslığının araşdırılması məqsədilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılan Komissiyaya müraciət etməsi bildirilmiş və müraciət etmədiyi təqdirdə pensiyasının ödənişinin dayandırılacağı barədə məlumat verilmişdir. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən barəsində inzibati icraat başlanmışdır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9690/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əlilliyi hazırda qüvvədə olduğundan və hüquqi cəhətdən etibarlı sayıldığından məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödənilən pensiya ödənişinin dayandırılmasından ibarət hərəkəti qanunsuzdur. Buna görə də həmin ödəniş dayandırıldığı xx.xx.2019-cu il tarixdən bərpa edilməlidir.
b) Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
10. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9690/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə oxşar olmaqla əsaslandırılmışdır.Həmçinin, xx.xx.2025-ci ildə cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək göstərmişdir ki, iddiaçının əlillik statusu işə apellyasiya qaydasında baxıldığı zaman xx.xx.2019-cu il tarixdən etibarsız hesab olunmuşdur.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə əlavəyə yazılı etiraz daxil olmuşdur və onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik statusu Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən xx.xx.2019-cu il tarixdə etibarsız hesab edilmişdir. Cavabdeh hesab edir ki, hazırda iddiaçının etibarl əlillik dərəcəsi olmadığından onun əlilliyə görə əmək pensiyasının bərpası mümkün deyildir. Bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edirlər. Reablitasiya Agentliyi tərəfindən hazırda iddiaçının əlillik statusu etibarsız yox, ləğv edilmiş və həmin ləğvetmə barədə qərardan tərəflərindən iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Hazırda həmin iddiaya 2-1(112)- 5576/2025 nömrə altında hakim Aygün Abdullayeva tərəfindən baxılmaqdadır və işin hazırkıq icraatı üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə saat 12:20-yə təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş iddiaçıya aid əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçının əlilliyinin ləğv edilmə tarixi xx.xx.2024-cü ildir. Bu da ona dəlalət edir ki, hazırkı iş üzrə cavabdeh orqan ən azından xx.xx.2019-cu ildən xx.xx.2024-cü il tarixədək iddiaçıya ödənilməli olan lakin ödənilməmiş qalan əlilliyə görə əmək pensiyasının ödənişini həyata keçirməlidir.
e) Proses iştirakçılarının izahatları
13. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraza uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. …
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. ... 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. ... 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. ... 32.2. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. ... 33.3. Əlilliyə görə əvvəllər təyin edilmiş əmək pensiyasının başqa səbəblər nəticəsində bərpası müddətlə məhdudlaşdırılmır.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. ... 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. ... 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi : Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mümkün iddiadır.
22. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
23. Belə ki, işin mübahisələndirilməyən hallarına görə, iddiaçıya xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş və pensiya ödənişi xx.xx.2019-cu il tarixədək davam etdirilmişdir. xx.xx.2019-cu il tarixdən təyin edilmiş əmək pensiyasının ödənişi dayandırılmışdır.
24. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı əmək pensiyasının ödənişinin bərpa edilməsinə yönəlmişdir.
25. Cavabdehin etiraz ərizəsindən müəyyən edilir ki, Fondun keçmiş Nəsimi rayon şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktubla iddiaçıya əlillik dərəcəsinin əsaslığının araşdırılması məqsədilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılan Komissiyaya müraciət etməsi bildirilmiş və müraciət etmədiyi təqdirdə pensiyasının ödənişinin dayandırılacağı barədə məlumat verilmişdir.
26. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən barəsində inzibati icraat başlanmışdır.
27. Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır.
28. İlk növbədə ona görə ki, cavabdeh iddiaçıya ödənilən pensiya ödənişlərini dayandırarkən inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə iddiaçıya məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmişdir.
29. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
30. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
31. Məhkəmə Kollegiyası bir daha vurğulayır ki, iddiaçıya pensiya təyin edilməsi barədə inzibati akt iddiaçı üçün əlverişli inzibati aktdır və iddiaçını belə bir əlverişli inzibati aktın nəticələrindən məhrum edən və ya məhdudlaşdıran, onun hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbiri də məhz öz hüquqi formasına görə inzibati aktın qəbulu ilə həyata keçirilməlidir. Başqa sözlə, əlverişli inzibati aktın icrası hər hansı faktiki xarakterli hərəkətlə deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmış inzibati icraatın nəticəsi kimi qəbul edilən inzibati aktla dayandırıla bilər. Bu baxımdan cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli inzibati akt olan pensiya təyin edilməsi qərarının icrasının dayandırılması ilə bağlı qərar qəbul etməli olduğu halda belə bir aktı qəbul etməməsi, yalnız ödənişi dayandırılacağı barədə məlumat verməklə kifayətlənməsi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır.
32. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası yuxarıda göstərilənlərdən əlavə qeyd edir ki, İddiaçı əlillik vəziyyəti barədə Bakı apellyasiya məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2-1(103)-3771/2024 nömrəli sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 07 fevral 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, “...şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb m¸əssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə edilən məlumatlara görə İddiaçı əlillik vəziyyəti Xocasən Sağlamlıq Mərkəzinin 2740003AABYV nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixində ilkin olaraq qiymətləndirilmiş və ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində vətəndaş xx.xx.2024-c¸ il tarixli, 3-17-4/2-A-23869/2024 nömrəli bildiriş məktubu əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilərək diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti Sizə təqdim olunur. Nəzərə almağınızı xahiş edirik.
33. Beləliklə, məhkəmə Kollegiyası vurğulayır ki, iddiaçının əlilliyi pensiya ödənişi dayandırıldığı zaman və birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə qərar qəbul edən zaman qüvvədə olduğundan və hüquqi cəhətdən etibarlı sayıldığından (başqa sözlə iddiaçıya aid əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçının əlilliyinin ləğv edilmə tarixi xx.xx.2024-cü ildir.) birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin iddiaçıya ödənilən pensiya ödənişinin dayandırılmasından ibarət hərəkəti qanunsuzdur. Buna görə də həmin ödəniş dayandırıldığı xx.xx.2019-cu il tarixdən bərpa edilməlidir.
34. Nəzərə almaq lazımdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin tələbinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
35. İddiaçı əlillik vəziyyəti Xocasən Sağlamlıq Mərkəzinin 2740003AABYV nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixində ilkin olaraq qiymətləndirilmiş, ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır və iddiaçıya aid əlillik altsistemindən çıxarışdan isə görünür ki, iddiaçının əlilliyinin ləğv edilmə tarixi xx.xx.2024-cü ildir.
36. Əlavə olaraq qeyd olunur ki, iddiaçı onun əlilliyinin ləğvinə dair qərarı mübahisələndirmiş və hazırda həmin mübahisə üzrə inzibati işə Bakı İnzibati Məhkəməsində baxılmaqdadır.
37. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9690/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9690/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.