Məhkəmə qərarları › İş №2-1(103)-4472/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4472/2025

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4472/2025 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək ona 60 yaşından, yəni ## ######## 2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə çalışmışdır. Belə ki, ##.##.1986-cı ildə “Xəzərneftqazgeofizikəşfiyyat” trestində * saylı Dəniz seysmik partiyasına 3-cü dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilmişdir. ##.##.1988-ci il tarixli ***-k nömrəli əmrə əsasən * saylı Dəniz seysmik partiyasına texnik, ##.##.1991-ci il tarixli ***-k nömrəli əmrə əsasən * saylı Dəniz seysmik partiyasına geofizik vəzifəsinə keçirilmişdir. ##.##.1993-cü il tarixli * nömrəli əmrə əsasən ##.##.1992-ci il tarixdən Iran Islam Respublikasına müqavilə işləri müddətinə göndərilmişdir. ##.##.1993-cü il tarixli **-a nömrəli əmrə əsasən * saylı Dəniz seysmik partiyasına geofizik, ##.##.1994-cü il tarixli *-k nömrəli əmrə əsasən isə * saylı Radiogeodeziya Partiyasına mühəndis vəzifəsinə keçirilmişdir. ##.##.1994-cü il tarixli 158- k nömrəli əmrə əsasən “Kaspian Goefızik”-ə keçməsilə əlaqədar işdən azad edilmişdir. “Xəzərneftqazgeofizikəşfıyyat” trestində güzəştli şərtlərlə iş stajı ##.##.1986cı ildən ##.##.1994-cü il tarixədək olan müddəti əhatə edir ki, bu da ümumilikdə 8 il 3 ay 13 gün təşkil edir. Daha sonra xxxx MMC-də ##.##.1994-cü il tarixindən ##.##.2001-ci il tarixinədək mexanik vəzifəsində, ##.##.2005-ci il tarixindən ##.##.2007-ci il tarixinədək xxxx vəzifəsində çalışmışdır. xxxx MMC-də 1994-cü ildən 2007-ci ilədək çalışdığı müddət güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlər siyahısına daxildir və bu müəssisədə güzəştli şərtlərə daxil olan iş stajı təxminən 13 il təşkil edir. Beləliklə, ümumilikdə güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 21 ildən çoxdur. “Xəzərneftqazgeofizikəşfiyyat” trestində işlədiyi müddətdə çalışdığı vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il *** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz qaz kondensatı, kömür və şistin emalı yarımbəndinin 1100000b bəndinin 17541 koduna aiddir. “xxxx” MMC-də işlədiyi müddət yuxarıda adı çəkilən qərarın 23003020-23484 və 23003020-14706-cı bəndlərində nəzərdə tutulmuşdur. Bütün bunları nəzərə alıb ona 60 yaşından, yəni ##.##.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından xahiş etmişdir. Cavabdeh tərəf ## ###### 2025-ci il tarixli cavab məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etdi və bildirmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 12 il 6 aydan azdır. Iddiaçı hesab edir ki, cavabdeh tərəf onun güzəştli şərtlərlə pensiya hüququ verən iş stajını düzgün hesablamamış və bununla da pensiya hüququnu pozmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) rəhbərlər və mütəxəssislər yarımbəndi (b) və nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndinin (21.2) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) yarımbəndi nəzərdə tutulmuşdur. “xxxx” MMC-nin E.Quliyevə dair ##.##.2024cü il tarixli KŞ-**/** nömrəli arayışında iddiaçının ##.##.1994-##.##.2001-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə mexanik, ##.##.2005-##.##.2007-ci il tarixləri arasındakı dövr ərzində isə xxxx vəzifələrində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün cavabdeh tərəfindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq, adıçəkilən müəssisənin fəaliyyətinin Azərbaycan Respublikasının ərazisində və onun xaricində Azərbaycan, xarici, fiziki və hüquqi şəxslərə seysmik məlumatların toplanması, işlənməsi, şərh edilməsi və satışı sahəsində geofiziki xidmətlərin göstərilməsi, seysmikkəşfiyyat məlumatlarının işlənməsi üzrə Mərkəzin yaradılması, onun üçün dünya standartlarına uyğun olaraq aparat və proqram təminatının alınması və istifadə edilməsi, həmçinin bu cür məlumatların işlənməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində, onun xaricində olan fiziki və hüquqi şəxslərlə müvafiq hökümət orqanları tərəfindən xüsusi icazə (lisenziya) alındıqdan sonra müqavilələrin bağlanması, seysmik kəşfiyyatın təşkili və strateji planlaşdırmasından ibarət olduğu qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının çalışdığı müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan dəniz və çay donanması sahəsinə aid deyil. Eyni zamanda, SOCAR “Geofizika və Geologiya Idarəsi”-nin ##.##.2024-cü il tarixli **-*-*/*-Q-****/**** nömrəli arayışında E.Quliyevin ##.##.1986-##.##.1988-ci il tarixləri arasındakı dövr ərzində * saylı Dəniz seysmik partiyasında fəhlə vəzifəsində işlədiyi qeyd olunmuşdur. Iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən Qərarla təsdiq edilmiş Siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (6 il 5 ay 10 gün (##.##.1988-##.##.1994-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçı E.Quliyevə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. Iş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Buna görə də hesab edilir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə X5 iddiası təmin olunmamalıdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. IPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 9.1-ci maddəsinin ## ### 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.1-ci maddəsinin ## ### 2022-ci il tarixdən sonrakı ## #### 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Hazırda qüvvədə olan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya bu şərt təmin olunmadığı halda azı 25 il ümumi sığorta stajına malik olması; - sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması. Iddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının mövcud olması işin mübahisələndirilməyən halıdır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı X5 ##.##.1964-cü il təvəllüdlü olmaqla, iddiaçının ##.##.2024-cü il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Iddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X5 ##.##.1981-ci il tarixdən ##.##.1982-ci il tarixədək Azərbaycan SSR Elmlər Akademiyasının katibliyində kuryer kimi çalışmış, ##.##.1982-##.##.1983-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir. ##.##.1983-##.##.1986-cı illərdə zavodda çilingər peşəsində işləmiş, ##.##.1986-cı il tarixdən ##.##.1991-ci il tarixədək * saylı Dəniz seysmik partiyasında “3-cü dərəcəli fəhlə”, “texnik”, ##.##.1991-ci il tarixdən ##.##.1992-ci il tarixədək * saylı Dəniz seysmik partiyasında “geofizik” vəzifələrində işləmiş, ##.##.1992-ci il tarixdən Iran Islam Respublikasına müqavilə işləri müddətinə göndərilmiş, ##.##.1993-cü il tarixdən ##.##.1994-cü il tarixədək * saylı Dəniz seysmik partiyasında “geofizik”, ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək * saylı Radiogeodeziya Partiyasında “mühəndis”, ##.##.1994-cü il tarixdən ##.##.2001-ci il tarixədək “xxxx” MMC-də “mexanik”, ##.##.2004-cü il tarixdən ##.##.2005-ci il tarixədək “xxxx” Firmasında (Holland) “termik avadanlıq üzrə operator köməkçisi”, ##.##.2005-ci il tarixdən ##.##.2007-ci il tarixədək “xxxx” MMC-də “xxxx” vəzifələrində, ##.##.2010-cu il tarixdən Azəri M-İ Drilling Fluids MMC-də operator, mütəxəssis, gecə növbə supervayzeri vəzifələrində çalışmışdır. Iddiaçının əmək kitabçasındakı məlumatlardan, təqdim etdiyi sənədlərdən onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Işin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin güzəştli stajla bağlı dəlillərini əsassız hesab edir. Iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na * nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan * nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli, *-***/** nömrəli “əmək pensiyalarının təyin edilməsi və ya yenidən hesablanması ilə bağlı işlər üzrə” icmal məktubunda göstərilmişdir ki, müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər-hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. Iş materiallarında olan: - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış *-**-*/*-Q-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) rəhbərlər və mütəxəssislər yarımbəndi (b) və nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndinin (21.2) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) yarımbəndi nəzərdə tutulmuşdur. “xxxx” MMC-nin E.Quliyevə dair ##.##.2024-cü il tarixli KŞ-**/** nömrəli arayışında iddiaçının ##.##.1994- ##.##.2001-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə mexanik, ##.##.2005- ##.##.2007-ci il tarixləri arasındakı dövr ərzində isə xxxx vəzifələrində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün cavabdeh tərəfindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq, adıçəkilən müəssisənin fəaliyyətinin Azərbaycan Respublikasının ərazisində və onun xaricində Azərbaycan, xarici, fiziki və hüquqi şəxslərə seysmik məlumatların toplanması, işlənməsi, şərh edilməsi və satışı sahəsində geofiziki xidmətlərin göstərilməsi, seysmik-kəşfiyyat məlumatlarının işlənməsi üzrə Mərkəzin yaradılması, onun üçün dünya standartlarına uyğun olaraq aparat və proqram təminatının alınması və istifadə edilməsi, həmçinin bu cür məlumatların işlənməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində, onun xaricində olan fiziki və hüquqi şəxslərlə müvafiq hökümət orqanları tərəfindən xüsusi icazə (lisenziya) alındıqdan sonra müqavilələrin bağlanması, seysmik kəşfiyyatın təşkili və strateji planlaşdırmasından ibarət olduğu qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının çalışdığı müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan dəniz və çay donanması sahəsinə aid deyil. Eyni zamanda, SOCAR “Geofizika və Geologiya Idarəsi”-nin ##.##.2024-cü il tarixli **-*-*/*-Q-****/**** nömrəli arayışında E.Quliyevin ##.##.1986-##.##.1988-ci il tarixləri arasındakı dövr ərzində * saylı Dəniz seysmik partiyasında fəhlə vəzifəsində işlədiyi qeyd olunmuşdur. Iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən Qərarla təsdiq edilmiş Siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (6 il 5 ay 10 gün (##.##.1988- ##.##.1994-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçı E.Quliyevə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir - Birinci instansiya məhkəməsinin sorğusuna əsasən SOCAR Geofizika və geologiya Idarəsi tərəfindən verilmiş **-*-*/*-***/**** nömrəli ## ##### 2025-ci il tarixli məktuba əlavə edilmiş 14-2-4/2-Q-72- **/**** nömrəli ## ###### 2024-cü il tarixli arxiv arayışında göstərilmişdir ki, həqiqətən “Xəzərneftqazgeofizkəşfiyyat" trestinin (indiki X12) arxiv sənədlərində X5 1, 2, 4, 5, ** saylı Dəniz seysmik və radiogeodeziya partiyalarında fəhlə, texnik, geofizik, mühəndis vəzifələrində çalışması haqqında məlumat vardır. Işə qəbul olma: ##.##.1986-cı il tarixli ***-k nömrəli əmrə əsasən * saylı Dəniz seysmik partiyasına 3-cü dərəcəli fəhlə vəzifəsinə işə qəbul olunub. ##.##.1988-ci il tarixli ***-k nömrəli əmrə əsasən * saylı Dəniz seysmik partiyasına texnik, ##.##.1991-ci il tarixli ***k nömrəli əmrə əsasən * saylı Dəniz seysmik partiyasına geofizik vəzifəsinə keçirilib. ##.##.1993-cü il tarixli * nömrəli əmrə əsasən ##.##.1992-ci il tarixdən Iran Islam Respublikasına müqavilə işləri müddətinə göndərilib. ##.##.1993-cü il tarixli **-a nömrəli əmrə əsasən * saylı Dəniz seysmik partiyasına geofizik, ##.##.1994-cü il tarixli *-k nömrəli əmrə əsasən * saylı Radiogeodeziya Partiyasına mühəndis vəzifəsinə keçirilib. Işdən azad olma: ##.##.1994-cü il tarixli ***-k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən “Kaspian Geofizikl”-ə keçirilməsi ilə əlaqədar olaraq işdən azad edilib. Cəmi dəniz iş stajı: ##.##.1986-cı il tarixdən - ##.##.1994-cü il tarixədək - 8 il 3 ay 13 gün. X5 çalışdığı fəhlə, texnik, geofizik, mühəndis peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il *** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı yarımbəndinin 1100000b bəndinin 17541 kodunda çalışan işçilər ilə eyni əmək funksiyasını yerinə yetirmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ##.##.2006-cı il tarixli ** nömrəli əmrinin 2.2 bəndinə əsasən “Xəzərdənizneftgeofizkəşfiyyat” və “Azərneftgeofizika” trestləri birləşdirilərək onların maddi-texniki bazasında “xxxx” Idarəsi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ##.##.2013-cü il tarixli ARDNŞ/13-1000- **-SM-**-****** nömrəli əmrinə əsasən Geofizika və geologiya Idarəsinin tabeliyində olan “xxxx” Idarəsi “xxxx” Istehsalat Bölümü adlandırılmışdır. - “xxxx” MMC (LLC) tərəfindən iddiaçıya verilmiş KŞ-**/** nömrəli ## ####### 2024-cü il tarixli arayışda bildirilmişdir ki, iddiaçı həqiqətən xxxx MMC-nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində ##.##.1994-cü il tarixindən ##.##.2001-ci il tarixinədək mexanik vəzifəsində, ##.##.2005-ci il tarixindən ##.##.2007-ci il tarixinə kimi xxxx vəzifəsində çalışmışdır. Onun işlədiyi vəzifə və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidmətçi-yardımçı, gəzintisəyahət, şəhərəatrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. X5 üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 9 il 17 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın, 21.2 b) bəndinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “XXYIII hissəsinin 23003020- 23484 (mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər) və 23003020-14706 (bütün adlarda xxxxlar) uyğun göstərilmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, «Güzəştli şərtlərlə yaşa görəpensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında» 1993-cü il ## #### tarixli, *** nömrəli qərara əsasən çalışdığı vəzifənin şifrə nömrəsi: 23003020- 23484; 23003020-14706. Cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin əsas dəlili aşağıdakı dövlərin güzəştli iş stajına daxil edilməməsi ilə əlaqədardır: 1) ##.##.1986-cı il tarixdən ##.##.1988-ci il tarixədək * saylı Dəniz seysmik partiyasında “fəhlə” vəzifəsində işlədiyi dövr; 2) ##.##.1994-cü il tarixdən ##.##.2001-ci il tarixədək “xxxx” MMCdə “mexanik”, ##.##.2005-ci il tarixdən ##.##.2007-ci il tarixədək isə “xxxx” vəzifələrində işlədiyi dövr. Belə ki, cavabdeh inzibati orqanın gətirdiyi arqumentlər bundan ibarətdir ki, iddiaçının ##.##.1986-cı il tarixdən ##.##.1988-ci il tarixədək * saylı Dəniz seysmik partiyasında işlədiyi “fəhlə” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) nəzərdə tutulmamışdır, eyni zamanda “xxxx” MMC-də ##.##.1994-cü il tarixdən ##.##.2001-ci il tarixədək “mexanik”, ##.##.2005-ci il tarixdən ##.##.2007-ci il tarixədək isə “xxxx” vəzifələrində işlədiyi dövrü qəbul etməməklə iddiaçının çalışdığı müəssisənin fəaliyyət sahəsinin müəssisə tərəfindən verilmiş arayışda istinad olunan dəniz və çay donanması sahəsinə aid deyildir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası cavabdehin qeyd etdiyi dəlillərə əsasən araşdırma apararaq iddiaçının işlədiyi müəssisələrə müvafiq sorğular ünvanlamışdır. Belə ki, Dövlət Neft Şirkətinin Geofizika və Geologiya Idarəsinə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə, ##.##.1964-cü il təvəllüdlü X5 işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** saylı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarı ilə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** saylı Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə qərarı ilə nəzərdə tutulubtutulmaması, nəzərdə tutulduğu təqdirdə, peşələrin kodları göstərilməklə güzəştli arayışın, peşənin adı siyahıda fərqlidirsə bu zaman siyahı üzrə göstərilən peşəyə uyğunlaşdırılmasına dair ətraflı (izahedici) məlumatın, o cümlədən “xxxx” MMC-yə sorğu ünvanlanaraq MMC-nin fəaliyyət istiqaməti barədə məlumatın (nizamnamənin), iddiaçının işlədiyi vəzifələrlə bağlı vəzifə təlimatının və işlədiyi vəzifələrə əsasən əlavə güzəştlərin (süd, qatıq və s.) verilib-verilməməsi barədə, işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** saylı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarı ilə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** saylı Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə qərarı ilə nəzərdə tutulub-tutulmaması, nəzərdə tutulduğu təqdirdə, peşələrin kodları göstərilməklə güzəştli arayışın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. SOCAR Geofizika və Geologiya Idarəsi tərəfindən verilmiş **-*-*/*-**/**** nömrəli ## ###### 2026-cı il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, X5 işlədiyi "Xəzərneftqazgeofizkəşfiyyat" trestində (indiki “xxxx” istehsalat bölümü) geofiziki işlər üzrə fəhlə peşəsində, texnik, geofizik və mühəndis vəzifələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin SIYAHISI’”na əsasən 1. Dağ-mədən işləri 1.3. Geologiya kəşfiyyat işləri (yerüstü) ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilərə aiddir. SOCAR Geofizika və Geologiya Idarəsi tərəfindən **-*-*/*-***/**** nömrəli ## #### 2026-cı il tarixli məktubla "Xəzərneftqazgeofizkəşfiyyat" trestində (indiki “xxxx” istehsalat bölümü) işləmiş X5 iş stajı barədə ## #### 2026-cı il tarixli arxiv arayışı və işlədiyi peşə üzrə vəzifə təlimatı məhkəməyə təqdim edilmişdir. **-*-*/*-***/**** nömrəli ## #### 2026-cı il tarixli arxiv arayışından görünür ki, X5 cavabdehin mübahisələndirdiyi ##.##.1986-cı il tarixdən ##.##.1988-ci il tarixədək * saylı Dəniz seysmik partiyasında işlədiyi fəhlə, texnik vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən 1. Dağ-mədən işləri 1.3. Geologiya kəşfiyyat işləri (yerüstü) ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilərə aiddir. Geofizika və Geologiya Idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 3-cü dərəcəli geofiziki işlər üzrə fəhlənin peşə təlimatında işin xüsusiyyəti göstərilmişdir: Seysmik kəşfiyyat işləri zamanı seysmik hörüklərin, avadanlıqların dəniz və quru sahələrində sərilib-yığılmasında, torpaqlamanın qaydaya salınmasında iştirak edir. Seysmik cihaz və avadanlıqlara texniki qulluq edir. Seysmik avadanlıqların xüsusi texnika vasitələrinə yüklənməsini, boşaldılmasını və daşınmasını həyata keçirir. Seysmik avadanlıqların (seysmik hörüklər, seysmik qəbuledicilər, xətt ötürücüləri, seysmik xətləri qidalandıran və çevirici qurğular) xüsusi texnika vasitəsində müvafiq arakəsmələrdə səliqə ilə yığılması və ardıcıllıqla yer səthinə boşaldılmasını həyata keçirir. Mühəndisin rəhbərliyi ilə yerə boşaldılmış seysmik hörük və seysmik qəbuledicilərin bir-biri ilə ardıcıl birləşdirilməsi, seysmik xətlərin enerji ilə təchizatını təmin etmək məqsədilə qida mənbələrinin (akkumlyyatorların) xətlərə qoşulmasını həyata keçirir. Qazma-partlayış işləri zamanı partladıcının rəhbərliyi ilə bu işlərdə və partlayış işlərinin nəticələrinin aradan qaldırılmasında iştirak edir. Elektrik kəşfiyyat işləri zamanı müvafiq birləşmələrin təmin edilməsi, müəyyən olan nasazlıqların aradan qaldırılması işlərini yerinə yetirir. Elektrik dövrəsinin torpağa birləşdirilməsinin sahmana salınması və onun keyfiyyətinin yoxlanması işlərini görür. Cihaz və avadanlıqların müşahidə məntəqəsində müəyyən qayda ilə quraşdırılması işlərini həyata keçirir. Qravimetrlərin daşınması, nöqtəyə qoyulması və onlara qulluq göstərir. Dənizdə üzən vasitələrlə anoloji geofiziki tədqiqatların aparılması işlərini həyata keçirir. “xxxx MMC tərəfindən verilmiş CGS-***/** nömrəli ## ###### 2026-cı il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, X5 işlədiyi xxxx və mexanik vəzifələri “Gəminin səfərə çıxması üçün zəruri olan gəmi heyəti tərkibinin say həddi haqqında” əsasnaməyə (3.1.2. Sıravi heyət üzvləri) daxil olub və işlədiyi müddət ərzində “Dəniz nəqliyyatında ezamiyyət xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin müəyyən edilməsi haqqında" ** saylı qərara əsasən müvafiq sutkalıq ödənişlər (2024-cü il ## ###dan etibarən bu qanunun 1-ci hissəsi ləğv edilmişdir) almışdır. Nəzərə çatdırılmışdır ki, X5 işlədiyi “BAKI” gəmisi isə elmi-tədqiqat olub 4-cü gəmi qrupuna aid edilir. Azərbaycan Dövlət Dəniz Administrasiyasının verdiyi gəminin klass sertifikatına əsasən gəmi dəniz donanması gəmisinə aiddir. xxxx MMC-nin fəaliyyəti Azərbaycan Respublikasının ərazisində və onun xaricində azərbaycan, xarici, fiziki və hüquqi şəxlərə seysmik məlumatların (Geofiziki Işlər) toplanması, işlənməsi, şərh edilməsi və satışı sahəsində geofiziki xidmətlərin göstərilməsi; seysmik-kəşfiyyat məlumatlarının işlənməsi üzrə Mərkəzin yaradılması onun üçün dünya standartlarına uyğun olaraq aparat və proqram təminatının alınması və istifadə edilməsi və bu cür məlumatların işlənməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində və onun xaricində olan fiziki və hüquqi şəxslərlə müvafiq hökümət orqanların tərəfindən xüsusi icazə (lisenziya) alındıqdan sonra müqavilələrin bağlanması; seysmik kəşfiyyatın təşkili və strateji planlaşdırmasından ibarətdir. Həmçinin, X3 işlədiyi vəzifələrin təlimatına əsasən əlavə güzəştlər (süd, qatıq və s.) verilməyib. Məktuba MMC-nin nizamnaməsinin nüsxəsi əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd edilən dəlillərə cavab olaraq diqqətə çatdırır ki, hər iki arayış iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlardır və hər ikisində də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın müvafiq kodlarına uyğun məlumat verilmişdir. Belə ki, SOCAR Geofizika və Geologiya Idarəsi iddiaçının işlədiyi geofiziki işlər üzrə fəhlə peşəsi, texnik, geofizik və mühəndis vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən 1. Dağ-mədən işləri 1.3. Geologiya kəşfiyyat işləri (yerüstü) ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilərə aid olduğunu, xxxx MMC isə iddiaçının işlədiyi gəminin dəniz donanması gəmisinə aid olduğunu bildirmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın iddiaçının ##.##.1994-cü il tarixdən ##.##.2001-ci il tarixədək “xxxx” MMC-də “mexanik”, ##.##.2005-ci il tarixdən ##.##.2007-ci il tarixədək isə “xxxx” vəzifələrində işlədiyi dövrün qəbul etməməsi dəlili ilə bağlı qeyd edir ki, hər hansı vəzifənin qeyd olunan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının “üzən heyət” bölməsinə daxil edilməsi üçün gəmi heyətinin aid olduğu donanmanın statusu və gəminin istismar rejimi, yəni onun daimi olaraq dənizdə, yoxsa yalnız liman akvatoriyasında fəaliyyət göstərməsi həlledici əhəmiyyət daşıyır. Belə ki, Siyahıya əsasən aşağıdakı heyət üzvləri “üzən heyət” hesab olunur: - dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla); -xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla); -duru yanacaqla işləyən gəmi ocaqçıları; -bütün adlarda maşinistlər; -bütün adlarda xxxxlar; -mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər; -elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri. Iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışla iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi gəmilərin “üzən heyət” anlayışına uyğun olaraq dənizdə istismar edilən və müvafiq Siyahının 21.2.b bəndinə uyğun olan gəmi kateqoriyasına aid edildiyini, iddiaçının həmin dövrlərdə bu vəzifələrdə çalışması isə ona güzəştli şərtlərlə əmək pensiyasına hüquq verən peşə fəaliyyətini həyata keçirdiyini təsdiqləyir. Belə olan halda iddiaçının “xxxx” MMC-nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində ##.##.1994-cü il tarixindən ##.##.2001-ci il tarixinədək mexanik vəzifəsində, ##.##.2005ci il tarixindən ##.##.2007-ci il tarixinə kimi xxxx vəzifələrində işlədiyi mübahisəli dövrləri onun güzəştli iş stajına daxil etməklə birinci instansiya məhkəməsi düzgün mövqe sərgiləmişdir. Beləliklə, müəssisələr tərəfindən verilmiş arayışlarda iddiaçının işlədiyi peşələr barədə ətraflı izah verilmişdir. Bu, onu deməyə əsas verir ki, iddiaçının işlədiyi müəssisələrdən verilmiş arayışlara əsasən ##.##.1986-cı il tarixdən ##.##.1988-ci il tarixədək * saylı Dəniz seysmik partiyasında “fəhlə” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1. Dağ-mədən işləri 1.3. Geologiya kəşfiyyat işləri (yerüstü) ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər, ##.##.1994-cü il tarixdən ##.##.2001-ci il tarixədək “xxxx” MMC-də işlədiyi “mexanik”, ##.##.2005-ci il tarixdən ##.##.2007-ci il tarixədək isə “xxxx” peşələri sözügedən Siyahının 21.2. Dəniz və çay donanması: b) üzən heyət: bütün adlarda xxxxlar; mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər peşələrinə uyğundur. Odur ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçası, işlədiyi müəssisələr tərəfindən verilmiş təfərrüatlı arayışlar ilə təsdiqlənir. Beləliklə, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun ##.##.2024-cü ilədək ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. Iddiaçının 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajının mövcudluğu iş materialları və məhkəmə araşdırmasıyla sübuta yetirilir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (IPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (IPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («Inzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar