Məhkəmə qərarları › İş №2-1(103)-4474/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4474/2025

21.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4474/2025 21.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X54 Oruczadənin sədrliyi və məruzəsi ilə, X50 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İlkin iddia üzrə İddiaçı1 nümayəndəsi X38, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İbrahimxəlil oğlunun, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı3 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı Bakı şəhər İddiaçı1 cavabdehlər İddiaçı3, Cavabdeh1 İbrahimxəlil oğluna, X7, Cavabdeh2, X8 qarşı “kompensasiya ödənilməklə daşınmaz əmlakın boşaldılması” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı3, Cavabdeh1 İbrahimxəlil oğlu, X14, Cavabdeh2, X5 cavabdeh İddiaçı1nə qarşı “torpağa, yaşayış və qeyri-yaşayış sahəsinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9/2025 nömrəli 14 avqust 2025-ci il tarixli qərarından ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı şəhəri İddiaçı1 cavabdehlər Cavabdeh1 İbrahimxəlil oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Bakı şəhəri İddiaçı1 tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərə 229185 manat məbləğində kompensasiya ödənilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin şəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədi ilə İddiaçı1 “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədi üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Cavabdehlər ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakda yaşayırlar. Həmin mənzil qeyd olunan Nazirlər Kabineti 51 saylı, xx.xx.2018-ci il tarixli qərarın təsirinə düşür. Cаvаbdеhlər iddiaya dair etirazını təqdim edərək bildirmişlər ki, ilkin iddia üzrə iddiaçı tələbini hüquqi cəhətdən əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 29.4-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu, 246.1-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 70-ci, "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 №-li Fərmanının 2.3.bəndinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun 4.1,-ci, 5-ci. 6.1-ci, 52.1ci maddələrinə istinad etmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, ilkin iddia ərizəsində irəli sürülən kompensasiyanın hesablanması və məbləği ilə bağlı tələbləri qəbul edilmir. Bildirilir ki, onlara qarşı bu epizod üzrə irəli sürülmüş tələblər əsassız və qanunsuzdur. Etirazın əsasları, dəlilləri və bu dəlillərə dair sübutlar aşağıdakılardan ibarətdir. Birinci etiraz hüquqi aktın özünədir. Belə ki, onların və "Sovetski" sakinlərinin daşınmaz əmlaklarının dövlət tərəfindən alınması üçün əsas olan hüquqi akt - Azərbaycan Respublikası Nazirlər Kabineti 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı torpaqların alınması ilə bağlı qüvvədə olan qanunvericiliyə ziddir. Həmin Qərar qəbul edilərkən Mülki Məcəllənin və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun tələbləri pozulub, alınmanın əsas predmeti olan “torpaq" qərara daxil edilməyib, yalnız “yaşayış və qeyri-yaşayış obyektləri”nin alınması qərara daxil edilib. Məlumdur ki, həm Mülki Məcəllə həm də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunu, ilk növbədə, torpağın dövlət ehtiyacı üçün alınmasını (əvəzi ödənilmələ satın alınma və ya kompensasiya ödənilməklə geri alınma) müəyyən etmiş, torpağa bağlı olan daşınmaz əmlakın alınmasını torpağın alınması anlayışına daxil etmişdir. Göründüyü kimi, NK-nin Qərarı Mülki Məcəlləyə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanununa zidd olaraq qəbul edilmişdir. Dəlil: Qüvvədə olan Mülki Məcəllənin 246-cı maddəsinin 246.5.-cı bəndinə əsasən, “Bu Məcəllənin 246-cı və 249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda verləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka da şamil edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1-ci maddəsinin 1.1.1-ci yarımbəndində alınmaya aşağıdakı kimi anlayış verilmişdir. Burada deyilir: "1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər və məhdudiyyətlərdə daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması". Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti alınma ilə bağlı qərar çıxararkən vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin alınmasını müəyyən etsə də, həmin obyektlərin yerləşdiyi ərazidəki xüsusi mülkiyyətdə olan torpaqların satın alınmalı olduğunu, istifadədə olan dövlət torpaqlarının isə müvafiq kompensasiya ödənilməklə istifadəçidən geri alınmalı olduğunu nəzərə almamışdır. Nəticədə, faktiki olaraq vətəndaşların qanuni mülkiyyətində olan torpaqlar qanunsuz yolla milliləşdirilmiş, yəni dövlətin mülkiyyətinə keçirilmiş, torpaq islahatı ilə bağlı mərhum X52 başlatdığı torpaq islahatı həyata keçirilməmişdir. Bir çox hallarda torpağın statusu aydınlaşdırılmamış sakinlərə torpağa görə kompensasiya ödənilməmiş nəticədə vətəndaşların hüquqları pozulmuşdur. Etiraz malik olduğu mülkün torpağının hüquqi statusunun düzgün müəyyən edilməməsi və buna müvafiq kompensasiyanın ödənilməməsi ilə bağlıdır. Məhkəmənin nəzərinə çatdırılır ki, malik olduğu mülk fərdi yaşayış evindən və torpaq sahəsindən ibarətdir. Fərdi yaşayış evinin və evin həyatyanı sahəsinin yerləşdiyi torpaq sahəsi uzun illərdir qanuni istifadə və sahibliyində olmuş, buna qədər isə onlardan əvvəlki mülkiyyətçilərin qanuni istifadə və sahibliyində olmuşdur. Gətirdiyi dəlillər bir daha sübut edir ki, malik olduğu mülkün torpaq sahəsi üzərində qanuni mülkiyyət hüququ olmuşdur. Bunu nəzərə alaraq, o, qanuni mülkiyyətçi kimi torpaq sahəsinə görə kompensasiya ödənilməsini xahiş etmişdir. Lakin köçürmə komissiyası onlardan torpağa görə kompensasiya ödənilməsi üçün yalnız çıxarış təqdim edilməsini bildiriblər. Bu isə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 21-ci maddəsinin (Maddə 21. Torpağın alınması haqqında qərar qəbul olunduqdan sonrakı tədbirlər) tələblərinə zidd idi. Həmin maddəyə əsasən, “21.1. Torpağın alınması haqqında qərar qəbul olunduqdan sonra alan orqan müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə 30 gün müddətində aşağıdakıları hazırlayır: 21.1.1. alınan hər bir torpağın və ya onun müəyyən hissəsinin, habelə hu hissənin daxil olduğu torpaq sahəsinin sərhədləri və ölçüləri göstərilməklə alman torpaqların yerləşdiyi ərazinin yerquruluşu xəritəsini 21.1.2. aşağıdakı məlumatlar əks etdirilməklə həmin sahələrin siyahısını: torpağın mülkiyyətçisi, habelə bu Qununun 7.3.2-ci maddəsində nəzərdə tutulmuş hallarıla yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin hüquqları dövlət qeydiyyatına alınmış şəxs bu Qanunun 7.3.4-cü maddəsində nəzərdə tutulmuş torpağa hüququnun yaranmasına səbəb olan, qanun tərəfindən tanınan uzun müddətli istifadə əsasında torpaqda yaşayan şəxs. 21.1.2.1.əgər məlumdursa, alınan hər bir torpaqda və ya onun müəyyən hissəsində yaşayan və ya ondan istifadə edən hər hansı digər şəxslərin mövcud hüquqlarının növü 21.1.2.2. alınan hər bir torpağın və ya onun müəyyən hissəsinin, habelə həmin hissənin daxil olduğu torpaq sahəsinin sərhədləri və ölçüləri göstərilməklə bu Qanunun 21.1.1-ci maddəsində nəzərdə tutulmuş yerquruluşu xəritəsindən çıxarışı: 21.1.3. Bu Qanunun İV və V fəsillərində nəzərdə tutulmuş müvafiq tədbirlərin təşkili. Beləliklə, iddia ərizəsindən də göründüyü kimi, torpaqla bağlı qanuni, lakin hüquqları dövlət qeydiyyatına alınmamış şəxs olsalar da, iddiaçı torpağa görə onlara kompensasiya ödəmək istəmir. Məhz bu səbəbdən torpağa görə kompensasiya məbləğini ödəniş məbləğinə daxil etməmişdir. Bu isə o deməkdir ki, İddiaçı1 mərhum X52 qəbul etdiyi Qanunları qəbul etmir. Heydər Əliyevin torpaq islahatına qarşı çıxır. Bundan əlavə. İddiaçı1 Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin imzaladığı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanununun tələblərinə məhəl qoymur, bu normativ aktların göstərişlərini saymır. Üçüncü etiraz malik olduğu mülkün tikilisinin kompensasiya ilə bağlı hüquqi statusunun düzgün müəyyən edilməməsi və buna müvafiq kompensasiyanın verilməməsidir. İddia ərizəsində malik olduğu mülk mənzil kimi qeyd edilmişdir. Yuxarıda da qeyd etdiyi kimi, malik olduğu mülk fərdi yaşayış evindən və torpaq sahəsindən ibarətdir. Məhkəməyə təqdim etdiyi RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mülkün daşınmaz əmlak növü fərdi yaşayış evidir. İş materiallarında olan, **********24-10301 reyestr nömrəli Fərdi yaşayış evinin - ünvan 4 ünvanında yerləşən mülkün xx.xx.2019-cu il tarixdə tərtib edilmiş texniki pasportundan görünür ki, həmin mülkün tikintialtı sahəsi 0.01635 ha, yəni 163,5 kv.m, torpağın faktiki sahəsi isə 0,02304 ha, yəni 230,4 kvadratmetrdir. İş materiallarında olan, ilkin iddia üzrə iddiaçının - Yasamal RİH-nin məhkəməyə təqdim etdiyi 13 fevral 2019-cu il tarixli “Qiymətləndirmə aktı"ndan görünür ki, onlara - 5 nəfərdən ibarət mülkiyyətçi və istifadəçiyə ödəniləcək kompensasiyanın daşınmaz əmlakın faktiki sahəsi- cəmi 199,21 kv.m.-ə görə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan, ilkin iddia üzrə iddiaçının - Yasamal RİH-nin məhkəməyə təqdim etdiyi “Əmlakın cizgisi”ndən görünür ki, yaşayış sahəsinin ölçüsü hesablanarkən ölçülər daxildən, yəni yaşayış sahəsinin içəri divar boyunca aparılmış və ümumi sahə 199,21 kv.m. olaraq hesablanmışdır. Məhkəmənin nəzərinə çatdırılılr ki, texnikitikinti göstəriciləri ilə bağlı olaraq hüquqi və texniki sənədlərdə fərdi yaşayış evinin sahəsi 3 şəkildə göstərilir: 1)yaşayış sahəsi 2)köməkçi sahə 3)tikintialtı sahə. Yaşayış sahəsi və köməkçi sahə ümumi sahə adı ilə hüquqi sənəd olan çıxarışa daxil edilir. Tikintialtı sahə isə təkcə ümumi sahəni (yaşayış və köməkçi) deyil, divarları da əhatə edir və binanın yaşayış binası, fərdi ev və s.) ümumi ölçüləri texniki sənədlərə daxil edilir. Hesab edilir ki, kompensasiya tikintialtı sahəyə görə hesablanmalı və ödənilməlidir. Çünki etirazın 4-cü bəndində sadalayacağı qanunvericilik normaları evin divarını da alınmanın təsirinə məruz qalan obyektlərin sırasına daxil etmişdir. Həm Mülkü Məcəlləyə, həm də "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna əsasən, dövlət ehtiyacına görə alınmanın torpaqdan sonrakı obyekti torpaq sahəsi ilə bağlı daşınmaz əmlaklardır, yəni tikililər, qurğular və sairdir. Qüvvədə olan Mülki Məcəllənin 246-cı maddəsinin 246.5,-ci bəndinə əsasən, “Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir.". Qanunun qeyd edilən normasından görünür ki, kompensasiya nəinki torpağa, həmçinin torpaqda yerləşən və ya yerləşməyən, torpağa bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlərə) digərlərinə şamil edilməlidir. Yaşayış və qeyri-yaşayış sahələri ilə bərabər, divar da tikilinin tərkibinə daxil edilmiş və tikilidən hesab edilmişdir. Bu isə o deməkdir ki, fərdi yaşayış evinə görə kompensasiya verilməsi üçün mövcud sənədlər və faktiki ölçülər əsasında inventarizasiya aparılarkən hesablama evin yalnız yaşayış sahəsi və köməkçi sahələri üzərindən deyil, ümumi sahəsi üzərindən tikintialtı sahə üzərindən (divarlar+yaşayış+qeyri-yaşayış=ümumi sahə) aparılmalı idi. Çünki malik olduğu daşınmaz əmlak mənzil, yaxud otaq deyil, fərdi yaşayış sahəsi hesab olunurdu. Fərdi yaşayış evinin mənzildən fərqi odur ki, qanunvericilik fərdi yaşayış evinin sahibi üçün evin genişləndirilməsi, sökülüb yenidən tikilməsi, mərtəbələrinin artırılması, bir sözlə yenidən planlaşdırılması və yenidən qurulması imkanlarını nəzərdə tutmuşdur. Mənzil sahibləri isə bu imkanlardan məhrumdurlar, onlar yalnız mənzilin daxilində yenidənqurma işləri apara bilərlər. Bu səbəblərdən də hesab edilir ki, evin divarı da obyektin tərkibindən hesab edilməli, alınmanın təsirinə məruz qalan daşınmaz əmlak bütöv obyekt kimi götürülənədək hesablanmalı, onun bazar qiyməti hesablanarkən digər şərtlərlə birlikdə obyektin ümumi tikintialtı sahəsi əsas tutulmalı idi. Fərdi yaşayış evi obyekti üçün kompensasiya hesablanarkən obyektin daxili ölçülərinə istinad olunmasının hüquqi və normativ əsası yoxdur. İddiaçının kompensasiyanın məbləği ilə bağlı tələbini əsaslandırmaq üçün məhkəməyə təqdini etdiyi sübutlardan biri qiymətləndirmə aktıdır. Qiymətləndirmə aktından görünür ki, daşınmaz əmlakım "xxxx" MMC tərəfindən qiymətləndirilmişdir və 229.185 manat məbləğində müəyyən edilmiş qiymətə bütün kompensasiya növləri daxil edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, həmin qiymətləndirmə aktı tamamilə qanunsuzdur. Tərtib olunarkən qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Aktdan görünür ki, tikilinin əsas və köməkçi sahələrinə görə bütün kompensasiya növləri nəzərə alınmaqla daşınmaz əmlaka 1250 manat məbləğində qiymət qoyulmuşdur (20% əlavə kompensasiya istisna olmaqla). Həmçinin qeyd edilir ki, 1250 manat məbləğinin içində olan bazar qiyməti və bu məbləğə hansı növ kompensasiyaların daxil edilməsi də aydın deyildir. Hesab edilir ki, iddiaçının tələbinin əsası kimi təqdim etdiyi bu akt qanunsuz olduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul edilməməli və sübutlar sırasından çıxarılmalıdır. İddia ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı kompensasiya məbləği müəyyən edilərkən bütün kompensasiya növlərinin buraya daxil edildiyini bildirir. Məhkəmənin nəzərinə çatdrılır ki, iddiaçının qeyd edilən fikri yanlışdır və həqiqəti əks etdirmir. Bu fikir məhkəməni aldatmaq cəhdindən başqa bir şey deyildir. Bildirilir ki, daşınmaz əmlaka görə ümumi kompensasiya məbləği müəyyən edilərkən nəinki qanunvericilikdə müəyyən edilmiş əlavə kompensasiya növləri nəzərə alınmamış, əsas kompensasiyanın məbləği ilə bağlı dəqiq rəqəm belə göstərilməmiş və təyin edilməmişdir. Ümumiyyətlə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə uyğun olaraq kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsinin birinci üsulu kimi torpağın bazar qiyməti müəyyən edilməli olsa da, nə torpağın, nə də tikilinin həqiqi bazar qiyməti müəyyən edilməmiş, alan orqanın göstərişi əsasında öncədən təyin edilmiş rəqəmlər əsas tutulmaqla qiymət çıxarılmışdır. Nəzərə çatdırılır ki, ailə üzvləri ilə birlikdə uzun müddətdə həmin ünvanda yaşayır, halhazırda da qeyd edilən ünvandadırlar. İddiaçı Yasamal RİH ona ödənilməli kompensasiyanın məbləğini müəyyən edərkən yaşayış sahəsində 10 ildən artıq müddətdə yaşamağını nəzərə almamış, ona çətinliyə görə kompensasiya hesablamamışdır. Beləliklə. yuxarıda göstərilənlərdən aydın olur ki, mülkiyyətində olan daşınmaz əmlakın həm qanuni mülkiyyətdə olan torpağın həm də mülkiyyətdə olan tikilinin yalnız tikilisinin bu tikilinin tərkibinə daxil olan yaşayış və qeyri-yaşayış sahələrinin daxili divarlar boyunca hesablanan ölçüləri nəzərə alınmaqla onlara, ailə üzvləri ilə və evin digər istifadəçilərinə birlikdə 229.185 manat məbləğində ümumi pul kompensasiyası və bir də 1000 manat 2 aylıq kirayə haqqı təklif olunur. Təklif olunan bu kompensasiyanın məbləği ədalətsiz hesab edilir, həmçinin qiymətləndirmə aparılarkən və kompensasiya hesablanarkən qanunvericiliyin tələbləri və göstərişləri pozulduğu üçün kompensasiyanın hesablanmasını qanunsuz hesab edilir. Bu səbəblərdən də iddiaçının iddia tələblərini haqsız və əsassız hesab edir və bunlar qəbul edilmir. Hesab edilir ki, kompensasiya hazırkı iş üzrə verəcəyi qarşılıqlı iddiada göstərəcəyi qaydada, qanunvericilik aktlarının normalarına müvafiq olaraq hesablanmalı və ödənilməlidir. Eyni zamanda İddiaçı3, Cavabdeh1 İbrahimxəlil oğlu, X14, Cavabdeh2, X15 cavabdeh Bakı şəhər İddiaçı1nə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mövcüd bazar qiymətləri əsas götürülməklə qanuni mülkiyyətdə olan mülkününvan 4 ünvanında yerləşən fərdi evinin 230.4 kv.m-dan ibarət torpaq sahəsinin hər kv.m-i üçün 5000 azn-dən hesablanmaqla onlara çatan sahənin 1/5-nə görə- 230.400 AZN, mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın evin (binanın) faktiki mövcüd olan 199.21 sahəsinə görə hər kv.m üçün 1500 AZN olmaqla- 298.815 AZN, beləliklə, əsas kompensasiya olaraq cəmi - 52.92.15 AZN əlavə kompensasiyanın, mövcud inflyasiyaya görə əsas kompensasiyanın 10% həcmində - 52.92.15 AZN əlavə kompensasiyanın və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3 bəndinə əsasən (dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir). Əsas kompensasiyanın 20 faizi həcmində-105.843 AZN əlavə kompensasiyanın, 2 aylıq kirayə haqqı olaraq, 1000AZN-nin cəmi 741.901 AZN pul məbləğinin ödənilməsinin alan orqana bu iddia üzrə cavabdeh İddiaçı1nə həvalə edilməsinə dair qərar çıxarılması barədə qarşılıqlı iddia vermişlər. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə AR Nazirlər Kabineti 51 saylı, 16 fevral 2018-ci il tarixli qərar verib. Qərara əsasən ünvan 4 ünvanında yerləşən mənzilin ərazisini dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhəri İddiaçı1 müəyyən edilib. Qərarın icrası məqsədi ilə Yasamal RİH “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici təşkil etmişdir. Cavabdehlər Cavabdeh1 İbrahimxəlil oğlu və Cavabdeh2 ünvan 4 ünvanında yaşayırlar (qeydiyyatdadırlar). Həmin mənzil (əmlak) qeyd olunan Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehlərə qeydiyyatda olduqları daşınmaz əmlakın danışıq (könüllü alqı-satqı) yolu ilə satın alınmasına razılıq verilməsi barədə bildiriş göndərilib. Yasamal RİH “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehlərə yaşadıqları ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacı üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanı ilə nəzərdə tutulan bütün əlavələr ilə birlikdə cavabdehlərə 229185 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirib. Lakin cavabdehlər (yəni mülkiyyətçilər) təklif olunan kompensasiyanı almaqdan imtina ediblər. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, iş üzrə İddiaçı3, X14 və X5 cavabdehlər qismində cəlb edilməsini və ünvan 4 ünvanında yerləşən mənzilin sahibliyin alan orqan İddiaçı1 tərəfindən “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacı üçün alınması ilə bağlı İddiaçı3, X16, X14, Cavabdeh2 və X22ma 229185 manat məbləğində kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfin tələblərinin əsassızlığını bildirməklə yanaşı ona qarşı qarşılıqlı iddia tələblərinin olduğunu bəyan edir və bunu məhkəməyə təqdim etmişdir. Hesab edilir ki, təqdim olunan qarşılıqlı iddia mübahisənin düzgün araşdırılmasına və daha tez həllinə kömək edəcəkdir. Həmçinin qeyd edilir ki, qarşılıqlı tələbləri ilə ilkin iddia arasında qarşılıqlı əlaqə vardır və bunların hər ikisinin birlikdə məhkəmədə araşdırılması həqiqətin üzə çıxmasına, pozulmuş hüququnun bərpasına və məsələnin ədaləti həllinə, mübahisənin aradan qaldırılmasına səbəb olacaqdır. Məlumat üçün bildirilir ki, Yasamal rayonunda satışa çıxarılan, onlara məxsus ən yaxın ərazidə yerləşmiş, 1 (bir) sot torpağın satış qiyməti 500.000 AZN-dir, 1(bir) kvadratmetrinin qiyməti isə 5000 AZN-dir. Beləliklə, bunu nəzərə alaraq 1(bir) kvadratmetr torpağın minumum qiymətini 5000 AZN, bir sot torpağın qiymətini isə 500.000 AZN-dən götürsək, bu hesabla onların paylarına uyğun torpağın ölçüsü müəyyən edilməli, kompensasiya məbləği hesablanmalı və ödənilməlidir. Bu kompensasiyanın məbləği məhkəmə tərəfindən müəyyən edilməli və ödənilməlidir. Beləliklə, hazırda ümumi torpağa görə ödənilməli əsas kompensasiyanın ümumi məbləği 1.152.000AZN (230.4x5000=1.152.000) edir. Məhkəmənin nəzərinə çatdırılır ki, alınma nəticəsində torpaqla bərabər üzərindəki yaşayış sahəsindən də məhrum olduğu üçün, torpaqdan əlavə, məskunlaşdığı yaşayış sahəsinə və həmçinin mülkiyyətdə olan evin qeyri-yaşayış sahələrinə görə də onlara kompensasiya ödənilməlidir. Tikintiyə görə onlar qanuni mülkiyyətçisi olduğu evin (binanın) yaşadığı mənzilinin 199.21 faktiki sahəsinə görə, hər kv.m. üçün 1500 manat kompensasiya iddiasındadırlar ki, bu da 298.815 AZN edir. Beləliklə, torpağa görə paylarına uyğun kompensasiya məbləğinin müəyyən edilməsi və hesablanaraq ödənilməsi, evin (binanın) yardımçı sahələrlə birlikdə faktiki sahəsinə görə 298.815 AZN əsas kompensasiya iddiasındadırlar. Bundan əlavə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66-cı maddəsinin 66.4-cü bəndinə əsasən, çətinliyə görə əsas kompensasiyanın 10 faizi həcmində, həmin Qanunun 56-cı maddəsinin 56.1.2.-ci bəndinə əsasən, mövcud inflyasiyaya görə əsas kompensasiyanın 10 faizi həcmində əlavə kompensasiya və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 №-li Fərmanının 2.3 .bəndinə əsasən (dövlət ehtiyacları üçün ahnan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.) əsas kompensasiyanın 20 faizi həcmində-əlavə kompensasiya hesablanaraq əsas kompensasiyanın üzərinə əlavə olunmalıdır. Qanunvericiliyin nəzərdə tutduğu 2 aylıq kirayəyə görə 1000AZN-də kompensasiyaya daxil edilməlidir. O da qeyd edilir ki, hal-hazırda həmin ünvanda 5 ayrı ailə olaraq yaşamaqdadırlar, 3 ailə çoxuşaqlıdır. Bu mülk onlara atababalarından qalan əziz və dəyərli bir mülkdür. Mülkün yerləşdiyi torpaq sahəsi şəhərin ən sayılıb-seçilən və ən elit səmtlərindən biridir. Ev özü 1995-ci il tarixdən 2016-cı il tarixə kimi tarixi və mədəniyyət abidəsi kimi dövlət qeydiyyatında olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1592/2019-cu il tarixli xx.xx.2019cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1592/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı3, X14 və X10 cavabdeh qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(112)-4859/2020 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-4859/2020 saylı (İddiaçı2 cavabdeh İddiaçı1nə qarşı ünvan 14 saylı evin 2-ci mərtəbəsində, sahəsi 62.9 kv.m-dən ibarət olan yaşayış sahəsinə istifadə hüququ tanımış iddiaçı və iki övlasının həmin yaşayış sahəsinin sökülməsinə və yaşayış sahəsinə istifadə hüququndan məhrum olduğuna görə cavabdeh tərəfindən həmin yaşayış sahəsinə görə iddiaçının keçmiş yoldaşı Cavabdeh2 hesablanmış kompensasiya iddiaçı və iki övladına kompensasiyanın ayrıca hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh İddiaçı1nə həvalə edilməsi tələbinə dair) və 2-1(112)- 100/2020 saylı (İddiaçı1 Cavabdeh2 qarşı “kompensasiya” tələbinə dair) inzibati işlər birləşdirilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(112)-121/2021 nömrəli qərardadı ilə iş üzrə ilkin iddia üzrə iddiaçı Bakı şəhər İddiaçı1 cavabdehlər Cavabdeh1 (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı3, X9, X14, Cavabdeh2, İddiaçı2, X5 cavabdeh Bakı şəhəri Yasamal Rayon Hakimiyyətinə qarşı “torpağa, yaşayış və qeyriyaşayış sahələrinə görə kompensasiyanın tələb edilməsi” iddia tələbinə dair iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 2906/2021 saylı inzibati işə baxılıb qurtaranadək dayandırılmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(112)-2906/2021 saylı qərardadı ilə iddiaçı Bakı şəhəri İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı3, X16, X14, Cavabdeh2, X15, X48, X55, X27, X43 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “qeydiyyatın ləğv edilməsi” barədə iddiası mümkün sayılmamışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(112)-121/2021 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(112)-121/2021 nömrəli qərardadı ilə iş üzrə ilkin iddia üzrə iddiaçı Bakı şəhər İddiaçı1 cavabdehlər Cavabdeh1 (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı3, X9, X14, Cavabdeh2, İddiaçı2, X5 cavabdeh Bakı şəhəri Yasamal Rayon Hakimiyyətinə qarşı “torpağa, yaşayış və qeyriyaşayış sahələrinə görə kompensasiyanın tələb edilməsi” iddia tələbinə dair iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-121/2021 saylı inzibati işə baxılıb qurtaranadək dayandırılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-25/2023 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(112)-12/2024 nömrəli qərardadı ilə iş üzrə lkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Bakı şəhəri İddiaçı1 iddianın dəyişdirilməsi barədə ərizəsi təmin edilmiş, ilkin iddia üzrə iddiaçı dəqiqləşdirilmiş şəkildə, “ünvan 1 ünvanında yerləşən daşınmaz mlaka sahibliyi alan orqan İddiaçı1 tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 8 ünvanında yerləşən daşınmaz əmlakın və torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 711.340 (yeddi yüz on bir min üç yüz qırx) manat məbləğində kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması və həmin ünvanda yaşayan şəxslərin çıxarılması” kimi icraata qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(112)-9/2025 nömrəli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı3, Cavabdeh1 İbrahimxəlil oğlu, X14, Cavabdeh2 və X5 qarşılıqlı iddianın dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı3, Cavabdeh1 İbrahimxəlil oğlu, X14, Cavabdeh2 və X5 qarşılıqlı iddia üzrə iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “ünvan 4 ünvanında yerləşən fərdi evin 230,4 kv.metrdən ibarət torpaq sahəsinin hər kv.metri üçün 7000 AZN-dən hesablanmaqla– 1.612.800 AZN, mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud olan 206,20 kv.m sahəsinə görə hər kv.m üçün 5000 AZN olmaqla- 1.031.000 AZN, beləliklə əsas kompensasiya olaraq cəmi-2.643.800 AZN-in, çətinliyə görə əsas kompensasiyanın 10%-i həcmində-264.380 AZN əlavə kompensasiyanın, mövcud inflyasiyaya görə əsas kompensiyanın 10%-i həcmində264.380 AZN əlavə kompensasiyanın və əsas kompensasiyanın 20% həcmində-528.760 AZN əlavə kompensasiyanın, cəmi 3.701.320 AZN məbləğin ödənilməsinin cavabdeh İddiaçı1nə həvalə edilməsi” kimi icraata qəbul olunmuşdur. Məhkəmənin 14 avqust 2025-ci il tarixli 2-1(112)-9/2025 nömrəli qərardadı ilə ilkin iddia üzrə iddiaçı Bakı şəhər İddiaçı1 iddia tələbi “ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı1 tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın və torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 1100000,0 (bir milyon bir yüz min) manat məbləğində kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması və həmin ünvanda yaşayan şəxslərin çıxarılması barədə qərar qəbul edilməsi” kimi iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin 14 avqust 2025-ci il tarixli 2-1(112)-9/2025 nömrəli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı3, Cavabdeh1 İbrahimxəlil oğlu, X14, Cavabdeh2, X5 iddia tələbi “mövcud bazar qiymətləri əsas götürülməklə qanuni mülkiyyətdə olan mülkün ünvan 4 ünvanında yerləşən 0.023040 ha torpaq sahəsinin hər sot üçün 370.000 AZN-dən hesablanmaqla - 851.400 (səkkiz yüz əlli bir min dörd yüz manat) AZN, mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın evin (binanın) faktiki mövcud olan 20620 sahəsinə görə hər kv.m üçün 4200 AZN olmaqla -866.040 (səkkiz yüz altmış altı min qırx manat) AZN, beləliklə, əsas kompensasiya olaraq cəmi -1.717.040 ( bir milyon yeddi yüz on yeddi min qırx manat) AZN-nin, çətinliyə görə əsas kompensasiyanın 10 faizi həcmində - 171.707 (yüz yetmiş bir min yeddi yüz yeddi manat) AZN əlavə kompensasiyanın, mövcud inflyasiyaya görə əsas kompensasiyanın 10 faizi həcmində - 171.707 (yüz yetmiş bir min yeddi yüz yeddi manat) AZN əlavə kompensasiyanın və "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 №-li Fərmanının 2.3. bəndinə əsasən (dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.) əsas kompensasiyanın 20 faizi həcmində - 343,408 (üç yüz qırx üç min dörd yüz səkkiz manat) AZN əlavə kompensasiyanın, cəmi 2.403.862 (iki milyon dörd yüz üç min səkkiz yüz altmış iki manat) AZN pul məbləğinin onlara ödənilməsinin alan orqana - bu iddia üzrə cavabdeh İddiaçı1nə həvalə edilməsinə dair qərar qəbul edilməsi” kimi iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin 14 avqust 2025-ci il tarixli 2-1(112)-9/2025 nömrəli qərardadı ilə iş üzrə İddiaçı2 Bakı şəhəri İddiaçı1nə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmənin 14 avqust 2025-ci il tarixli 2-1(112)-9/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırkı inzibati iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 14 avqust 2025-ci il tarixli 2-1(112)-9/2025 nömrəli qərarı ilə (hakim A.Babayev) ilkin iddia təmin edilərək ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakların- 206.2 kv/m fərdi yaşayış evi və 0.02304 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlər İddiaçı3, Cavabdeh1 İbrahimxəlil oğluna, X7, Cavabdeh2, X8 206.20 kv.m. fərdi yaşayış evinə və fərdi yaşayış evinin altındakı 0,02304 ha torpaq sahəsinə görə (bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq və çətinliyə görə 10% əlavə nəzərə alınmaqla) cəmi 1100000,0 (bir milyon yüz min) manat məbləğində kompensasiya ödənilməklə fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması, qarşılıqlı iddia qismən təmin edilərək ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı İddiaçı3, Cavabdeh1 İbrahimxəlil oğluna, X7, Cavabdeh2, X8 206.20 kv.m. fərdi yaşayış evinə və fərdi yaşayış evinin altındakı 0,02304 ha torpaq sahəsinə görə (bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq və çətinliyə görə 10% əlavə nəzərə alınmaqla) cəmi 1100000,0 (bir milyon yüz min) manat ödənilməsinin İddiaçı1nə həvalə edilməsi, qarşılıqlı iddianın digər hissədə rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar apellyasiya şikayəti verərək, qərarın ilkin iddia üzrə kompensasiya təyini hissəsində ləğv edilməsi, qarşılıqlı iddia üzrə iddiaçıların iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Apellyasiya şikayəti və ona əlavənin dəlilləri: Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin sözügedən qərarının kompensasiya təyini hissəsində onun qanuni-ədalətli olmaması, işin halları üzrə Konstitusiyanın və qanunların tələblərinə, o cümlədən, “Torpaqların Dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə bütövlükdə əsaslanmaması, həmçinin məhkəmənin gəldiyi nəticə ilə işin halları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının uyğun məhkəmə təcrübəsinə istinad edilməməsi, məhkəmədə konstitusion hüquqların pozulması ilə nəticələnən və yalnız ilkin iddia üzrə iddiaçının iddia tələbinin bütövlükdə təmin edilməsi ilə birbaşa maddi və prossesual hüquq normaları pozuntularına yol verilmişdir. İş materialları arasında hər iki tərəfin təqdim etdiyi rəylər, bu rəylər arasında ziddiyyətli məqamların olması, həmçinin həmin ərazi üzrə əmlakların alqı-satqı müqavilələri və s. sübutlar olduğu halda məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin edərək obyektiv həqiqəti müəyyən etməmişdir. Məhkəmə yalnız Yasamal RİH-nin təqdim etdiyi "xxxx" MMC-nin rəyini əsaslı hesab etmişdir. Fərdi yaşayış evinə görə kompensasiya verilməsi üçün mövcud sənədlər və faktiki ölçülər əsasında inventarizasiya aparılarkən hesablama evin yalnız yaşayış sahəsi və köməkçi sahələri üzərindən deyil, ümumi sahəsi üzərindən tikintialtı sahə üzərindən (divarlar+yaşayış+qeyri-yaşayış=ümumi sahə) aparılmalı idi. Çünki malik olduğu daşınmaz əmlak mənzil, yaxud otaq deyil, fərdi yaşayış sahəsi hesab olunurdu. Fərdi yaşayış evinin mənzildən fərqi odur ki, qanunvericilik fərdi yaşayış evinin sahibi üçün evin genişləndirilməsi, sökülüb yenidən tikilməsi, mərtəbələrinin artırılması, bir sözlə yenidən planlaşdırılması və yenidən qurulması imkanlarım nəzərdə tutmuşdur. Mənzil sahibləri isə bu imkanlardan məhrumdurlar, onlar yalnız mənzilin daxilində yenidənqurma işləri apara bilərlər. Bu səbəblərdən də hesab edilir ki, evin divarı da obyektin tərkibindən hesab edilməli, alınmanın təsirinə məruz qalan daşınmaz əmlak bütöv obyekt kimi götürülənədək hesablanmalı, onun bazar qiyməti hesablanarkən digər şərtlərlə birlikdə obyektin ümumi tikintialtı sahəsi əsas tutulmalı idi. Fərdi yaşayış evi obyekti üçün kompensasiya hesablanarkən obyektin daxili ölçülərinə istinad olunmasının hüquqi və normativ əsası yoxdur. Məhkəmə bu hallara da hüquqi qiymət verməmişdir. Bununla da, aydın olur ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisənin ədalətli həllinə nail ola bilməmişdir. Məhkəməyə təqdim olunan "xxxx" MMC-nin Daşınmaz Əmlakın Texniki Ekspert xx.xx.2020-ci il tarixli və "xxxx" MMCnin 001-13/AT-08/2025 saylı qiymətləndirmə rəylərini işin halları üzrə müqayisəli təhlil aparılmamışdır. İşə əlavə olunan və qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-358/2025 saylı xx.xx.2025-ci il tarixli işdə (“kompensasiya ödənilməklə mənzilə hüququn itirilməsinə dair”) "xxxx" MMC-nin 17 iyun 2025-ci il tarixli, 06-036/25 saylı “Daşınmaz əmlakın qiymətləndirməsi barədə” rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinin yerləşdiyi ərazidə yeni tikilən mənzillərin hər 1 kv.m. dəyəri 4000 manat təşkil edir. Lakin məhkəmə bununla bağlı heç bir araşdırma aparmamaqla ədalətli olmamasını bir daha təsdiqləyir. Eyni zamanda işə daxil edilmiş notarial qaydada təsdiqlənmiş alqı-satqı müqavilələri ilə birbaşa təsdiqlənir ki, alınmaya səlahiyyətli edilmiş həmin inzibati orqan Yasamal RİH tərəfindən (Konstitusiyanın və “İnzibati icraat haqqında” Qanunun “Bərabərlik” və “Ədalətlilik” prinsiplərinin tələblərinin pozulması ilə) eyni ərazi üzrə müxtəlif mülkiyyətçilərin mülkiyyətlərinin alınması ilə bağlı müxtəlif məbləğlərdə kompensasiya məbləğləri təyin etməklə kobud qanun pozuntularına yol verilmişdir. İşə əlavə olunan Bakı Şəhəri Yasamal RİH ilə ünvan 9 ünvanı üzrə mülkiyyətçi X44 arasında 53 saylı Notariat Kontorunda təsdiqlənmiş Daşınmaz Əmlakın AN - İ Ns ******* saylı, 18 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə təsdiqlənir ki, həmin ünvan üzrə sahəsi 34.5 kv.m olan 2 otaqlı mülkiyyətin alınması əvəzində mülkiyyətçi X29 254456 AZN məbləğində kompensasiya ödənilməsi təmin edilmiş, bu əsasda da təsdiqlənir ki, mülkiyyətin alınması zamanı Yasamal RİH tərəfindən mülkiyyətin hər kv.m sahəsi üzrə təxminən 7000 manat dəyərində kompensasiya məbləği ödənilməsi təmin edilmişdir. Bununla da Konstitusiyanın bərabərlik prinsipi olan tələbləri pozulmuşdur. Bundan başqa xüsusi mülkiyyətin yerləşdiyi əraziyə yaxın hissəsi üzrə X66 ilə mülkiyyətçi X30 arasında notarial qaydada bağlanmış Daşınmaz Əmlakın AN - İ Ns ******* saylı 05 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 10 ünvanında mülkiyyətçiyə məxsus 28 kv.m olan 2 otaqlı mənzilin alqısatqısı əvəzində satıcıya 210000 manat məbləğində kompensasiya ödənilmiş bu da mənzilin 1 kv.m sahəsi üzrə 7500 manat məbləğinə bərabər olması təsdiqlənməklə həmin dövr üçün fərdi yaşayış evlərinin mövcud bazar qiymətinin müəyyənləşdirilməsi hissəsində hüquqi əsas təşkil edib. Məhkəmə bu fakta da hüquqi qiymət verməməklə yalnız iddiaçı inzibati orqan Yasamal RİH-nin "xxxx" MMC-nin AZ/08-25 saylı xx.xx.2025-ci il tarixli rəyi əsasında qərar çıxarılmasında maraqlı olmuşdur. Hesab edirlər ki, mövcud bazar qiymətləri əsas götürülməklə qanuni mülkiyyətlərində olan mülkün - ünvan 4 ünvanında yerləşən 0.023040 ha torpaq sahəsinin hər sot üçün 370.000 AZN-dən hesablanmaqla - 851.400 (səkkiz yüz əlli bir min dörd yüz manat) AZN, mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın evin (binanın) faktiki mövcud olan 20620 sahəsinə görə hər kv.m üçün 4200 AZN olmaqla -866.040 (səkkiz yüz altmış altı min qırx manat) AZN, beləliklə, əsas kompensasiya olaraq cəmi -1.717.040 ( bir milyon yeddi yüz on yeddi min qırx manat) AZN-nin, çətinliyə görə əsas kompensasiyanın 10 faizi həcmində - 171.707 (yüz yetmiş bir min yeddi yüz yeddi manat) AZN əlavə kompensasiyanın, mövcud inflyasiyaya görə əsas kompensasiyanın 10 faizi həcmində - 171.707 (yüz yetmiş bir min yeddi yüz yeddi manat) AZN əlavə kompensasiyanın və "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 №-li Fərmanının 2.3. bəndinə əsasən (dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.) əsas kompensasiyanın 20 faizi həcmində - 343.408 (üç yüz qırx üç min dörd yüz səkkiz manat) AZN əlavə kompensasiyanın, cəmi 2.403.862 (iki milyon dörd yüz üç min səkkiz yüz altmış iki manat) AZN pul məbləğinin mülkiyyətçilərə ödənilməsinin alan orqana, yəni Yasamal RİH-nə həvalə edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ilkin iddia üzrə kompensasiya təyini hissəsində ləğv edilməsi və qarşılqılı iddia üzrə iddiaçıların tələbinin, yəni 2.403.862 (iki milyon dörd yüz üç min səkkiz yüz altmış iki manat) AZN məbləğinin təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar, nümayəndə və vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının qarşılıqlı iddianın qismən təmin olunmuş hissəsində ləğv edilərək qarşılıqlı iddia tələbinin tam təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, ilkin iddia üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə ilkin iddia üzrə cavabdehlər, qarşılıq iddia üzrə iddiaçılar X14 və X5 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 53.1-ci maddəsinə görə ilkin iddia üzrə icraat zamanı qarşılıqlı iddia qaldırıla bilər, lakin bu halda qarşılıqlı tələb ilkin iddiada irəli sürülən tələblə və ya cavabdehin ilkin iddiaya qarşı istifadə etdiyi müdafiə vasitələri ilə əlaqəli olmalıdır. Aidiyyət qaydalarına görə iddianın başqa məhkəməyə aid olduğu hallarda qarşılıqlı iddiaya yol verilmir.İş materiallarından görünür ki, cavabdeh inzibati orqan etiraz ərizəsində iddiaçılar tərəfindən müraciətin daxil olmadığını qeyd etmiş, lakin iddia ərizəsinin mahiyyəti üzrə əsassız olmasına dair etirazmülahizələr irəli sürmüşdür. Məhkəmə kollegiyası da qeyd edir ki, bu növ iddialar üzrə inzibati orqana müraciət zəruri olsa da, artıq inzibati orqan tərəfindən iddiaya mahiyyəti üzrə münasibət bildirildiyindən, müraciətin olub-olmamasının prosessual qənaət prinsipinə əsaslanaraq araşdırılmasına lüzum yoxdur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İlkin və qarşılıqlı iddia mümkün iddia olsa da, mahiyyəti üzrə ilkin iddianın tam və qarşılıqlı iddianın qismən əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. - 246.1-ci maddəsinə əsasən Mülki Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. - 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun: 1.1.2-ci maddəsinə əsasən torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlakdır (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər). 1.1.3. tikili — torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar (yaşayış və qeyriyaşayış sahələri), qurğular, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər; 1.1.6. kompensasiya — bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz. 20.3-cü maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 65-ci maddəsinə əsasən kompensasiya torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi formasında ödənilə bilər. 66.1.Bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. 66.2.Çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir. 66.3. Alınmanın təsirinə məruz qalmış şəxs alan orqana çətinliklə bağlı ödəniş üçün tələbi bu Qanunun 66.2-ci maddəsində nəzərdə tutulmuş halın baş verdiyi tarixdən bir təqvim ili müddətində təqdim edə bilər. 66.4.Çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir: 66.4.1. 5 ildən 6 ilədək müddət üçün — 5 faiz; 66.4.2. 6 ildən 7 ilədək müddət üçün — 6 faiz; 66.4.3. 7 ildən 8 ilədək müddət üçün — 7 faiz; 66.4.4. 8 ildən 9 ilədək müddət üçün — 8 faiz; 66.4.5. 9 ildən 10 ilədək müddət üçün — 9 faiz; 66.4.6. 10 ildən artıq müddət üçün — 10 faiz. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işin faktiki hallarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədi ilə İddiaçı1 “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədi üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Cavabdehlər ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakda yaşayırlar. Qarşılıqlı iddia üzrə daşınmaz əmlakların mövcud bazar qiymətləri, əlavə kompensasiya, mövcud inflyasiyaya görə əsas kompensasiyanın 10 faizi həcmində kompensasiyanın və əsas kompensasiyanın 20 faizi həcmində məbləğinin ödənilməsi tələb olunur. Hazırki işin hallarından müəyyən olunur ki, tərəflər arasında mübahisə yalnız alınmanın təsirinə məruz qalan şəxslərə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin ilkin iddianın tam, qarşılıqlı iddia tələbinin isə qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası əvvəla iş materiallarına əlavə edilmiş sənədlərə diqqət çəkir: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********76 nömrəli məktubundan müəyyən edilir ki, ünvan 14 saylı evin 2 otağı X31, 2 otağı X39, 2 otağı X20, 4 otağı X25, 2 otaqdan 1/5 hissəsi X5, 2 otaqdan 1/5 hissəsi X11, 2 otaqdan 1/5 hissəsi X3, 2 otaqdan 1/5 hissəsi Cavabdeh2, 2 otaqdan 1/5 hissəsi İddiaçı3 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Yuxarıda qeyd olunan şəxslərin razılıq ərizələri və 1973-cü ildə tərtib edilmiş texniki pasport əsasında sözügedən evin yerləşdiyi torpaq sahəsi paylı şəkildə qeydə alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla, İddiaçı3, Cavabdeh1 İbrahimxəlil oğluna, X7, Cavabdeh2, X8 1/5 hissə ayrılmışdır. -Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 04/630 nömrəli xx.xx.2019-cu il tarixli texniki pasportdan görünür ki, ünvan 4ünvanında yerləşən torpaq sahəsinin faktiki sahəsi 0.02304 ha, tikinti altı sahəsi 0.01635 ha, digər sahələr isə 0.00669 ha-dır. 2 mərtəbəli 1928-ci il tarixli A literli 10 otaqlı yaşayış evinin ümumi sahəsi 167.8 kv.m, yaşayış sahəsi 112.7 kv.m, köməkçi sahə 55.1 kv.m, tikinti altı sahəsi 87.7 kv m-dır, 1 mərtəbəli 1951-ci il tarixli B literli 2 otaqlı yaşayış evinin ümumi sahəsi 38.4 kv.m, yaşayış sahəsi 32.4 kv.m, köməkşi sahəsi isə 6 kv.m, tikinti altı sahəsi 43.1 kv.m-dir. -Bakı şəhəri 29 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli 8İ-6126 nömrəli ərizəsindən görünür ki, Cavabdeh1 ünvan 4 ünvanında yerləşən 0.01308 ha torpaq sahəsinin paylı şəkildə özəlləşdirilib sənədləşdirilməsinə etiraz etməmişdir. Bakı şəhəri 29 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli 8İ-6105 nömrəli ərizəsindən görünür ki, Cavabdeh2 ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin paylı şəkildə özəlləşdirilib sənədləşdirilməsinə etiraz etməmişdir. Bakı şəhəri 29 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli 8İ-6101 nömrəli ərizəsindən görünür ki, X14 ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin paylı şəkildə özəlləşdirilib sənədləşdirilməsinə etiraz etməmişdir. Bakı şəhəri 29 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli 8İ-6073 nömrəli ərizəsindən görünür ki, X15 ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin paylı şəkildə özəlləşdirilib sənədləşdirilməsinə etiraz etməmişdir. xx.xx.2019-cu il tarixli 2V-40/2018 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X1 vərəsələri: Cavabdeh1, X12, Cavabdeh2, X15-dır. Hər biri mirasdan bərabər irs almalıdırlar. Miras verilən əmlak ünvan 11 ünvanında yerləşən 2 otaqdan ibarətdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3697/2017 nömrəli qətnaməsinə əsasən üçüncü şəxs X1 nümayəndəsi və Cavabdeh2 tərəfindən iddianın etiraf olunması təsdiq edilmiş, İddiaçı2 iddiası təmin edilmiş, İddiaçı2, ünvan 14 nömrəli evin X1 mülkiyyətində olan ½ hissəsinə köçürülmüş, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 manat məbləğində pul vəsaiti Cavabdeh2 İddiaçı2 xeyrinə tutulmuşdur. -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5253/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh2 ilə İddiaçı2 arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1652 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X45 və xx.xx.2013-cü il təvəllüdlü X46 anaları - iddiaçı Əzimzadə(Axundova) Nəsrin Nazim qızının yanında saxlanılmışdır. -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6080/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı2 Cavabdeh2 İbraimxəlil oğluna qarşı birgə nikah dövründə birgə qazanc hesabına tikilmiş əmlaka görə ödəniləcək kompensasiyanın bölgüsü tələbinə dair iddiası təmin edilməmişdir. -Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin xx.xx.2020-ci il tarixli OX-03/03-03-770 saylı məktubundan görünür ki, qeyd olunan ərazidə yaşayış sahələrinin sökülməsi ilə əlaqədar mülkiyyətçilərə həmin sahələrin 1 kv. metr üçün tikintinin keyfiyyətindən, istifadədə olma müddətindən, konstruksiyasından, istifadə olunan tikinti materiallarından və digər amillərdən asılı olaraq, bütün əlavələr nəzərə alınmaqla ***-**** manat arasında kompensasiya hesablanmış və ödənilmişdir. -Azərbaycan Respublikası Bakı şəhəri İddiaçı1 Başçısının xx.xx.2019-cu il tarixli Ə- 95/6-1-32/4-1/1 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetiski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirilmiş ekspertlərin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadratı üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500.00 manat və digər sahələr üzrə onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 8xx.xx-1200.00 manat arasında qiymətləndirilir. Qeyd edilən layihə çərçivəsində Yasamal rayonu, Qədirli küçəsi 81 ünvanında olması ilə əlaqədar X16 və İddiaçı3 birlikdə 105801 manat ümumilikdə qeyd edilən ünvana 240685 manat kompensasiya təklif edilmiş lakin həmin kompensasiyanı qəbul etməkdən imtina etmişdir. Dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlər nəzərə alındığından xahişinin yerinə yetirilməsi mümkün deyildir. -Azərbaycan Respublikası Bakı şəhəri İddiaçı1 Başçısının 1-ci müavini 285/d nömrəli xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetiski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində Yasamal rayonu, Qədirli küçəsi, ev 81 ünvanında yerləşən yaşayış sahəsinin satın alınması ilə əlaqədar Cavabdeh2 ilə alğı-satqı müqaviləsi İddiaçı2 razılığı əsasında bağlanacaqdır. -Azərbaycan Respublikası Bakı şəhəri İddiaçı1 başçısının xx.xx.2020-ci il tarixli 1835/d saylı məktubundan görünür ki, ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 51 nömrəli və xx.xx.2018-ci il tarixli, 572 nömrəli qərarları ilə Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alınmanın təsiri dairəsinə düşmüşdür. Qeyd olunan qərarlara əsasən İddiaçı1 alan orqan kimi müəyyən edilmiş, torpağın alınmasını zəruri edən dövlət ehtiyacı ilə bağlı layihəni icra edən orqan kimi İddiaçı1nə müəyyən tapşırıqlar verilmişdir. İddiaçı1 tərəfindən dövlət ehtiyacları üçün alınan ərazilərdə gələcəkdə görüləcək işlər Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmir. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli xx/xx-2255 saylı məktubunda qeyd edilmişdir ki, ünvan 14 ünvanında yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi məqsədilə dövlət ehtiyacları üçün alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçiyə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarlarına əsasən qiymətləndirmə komissiyasının yaradılması və bundan irəli gələn işlərin təmin edilməsi Bakı şəhəri İddiaçı1nə tapşırıldığından, qaldırılan məsələ ilə bağlı həmin Rayon İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyə olunur. -Azərbayacan Respublikası Bakı şəhəri İddiaçı1 Mənzil Kommunal Təsərrüfatı Birliyi 64 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Əzimzadə X21 81 saylı evdə qeydiyyatdadır. X13 oğlu, qızı-X17, oğlu-Cavabdeh2, gəlini-X18, gəlini- X49, nəvəsi- X26, nəvəsi- X24, nəvəsi- X19, nəvəsi- X47, nəvəsi- X46, nəvəsi- X58, nəvəsi- X59, nəvəsi- X62, nəvəsi- X63. Arayış İddiaçı1nə təqdim etmək üçün verilmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, yuxarıda sadalanan qanunvericilik normalarında dövlət ehtiyacları mülkiyyətə müdaxilə üçün əsas qismində nəzərdə tutulmuşdur. Buna rəğmən, torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı hallarda da mülkiyyətə müdaxilə ilə bağlı istinad olunan normalarda nəzərdə tutulmuş tələblərə əməl olunması zərurəti nəzərə alınmalıdır. Mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə əmlakın mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalar, tələblər və şərtlərə əməl olunması zəruridir. Qanunvericiliyə əsasən, əmlakın yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında alınacaq əmlaka uyğun torpağın bazar qiymətini müəyyən edən bazar olmadıqda, əmlakın bazar qiyməti digər mötəbər sübutlara istinadla müəyyən edilməlidir. Belə mötəbər sübutlara isə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə riayət edilməklə birinci instansiya məhkəməsinə təqdim edilmiş mütəxəssis rəyləri və Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış rəylər aid edilə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsində araşdırma zamanı məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(112)-9/2025 nömrəli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-9/580/2025 saylı məktubu ilə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 9/580 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, mübahisə predmeti olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,02304 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 206,2 kv.m fərdi yaşayış sahəsinə yaxın ərazidə yerləşən, yuxarıda qeyd edilən analoji xüsusiyyətlərə malik yaşayış sahəsinin və torpaq sahəsinin satışına dair məlumat əldə etmək mümkün olmadı. Bu səbəbdən ekspertiza qarşısında qoyulmuş suallara cavab vermək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə araşdırma zamanı həm tərəflər tərəfindən mütəxəssis rəyləri təqdim edilmiş, həmçinin məhkəmə qərardadı ilə mütəxəssis rəyi alınmışdır. Belə ki, iş üzrə xüsus bilik tələb edən məqam olduğundan və qiymətləndirmə ilə bağlı ekspert rəyinin alınması mümkün olmadığından birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-9/2025 nömrəli qərardadı ilə mütəxəssis rəyinin alınması qərara alınmış və mütəxəssis rəyinin verilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssislərinə tapşırılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2025-ci il tarixli CC/006/05- 2025 saylı məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı əsasında, ünvan 15 ünvanında yerləşən mənzilin və torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə işi həyata keçirilmişdir. Aparılan araşdırmalar, hesablamalar və təhlillər nəticəsində müəyyən olunmuşdur ki, qiymətləndirmə predmeti ünvan 15 ünvanında yerləşən mənzilin hazır ki bazar dəyəri 515912 AZN və torpaq sahəsinin bazar qiyməti 290000 AZN təşkil edir. Qiymətləndirmə obyekti, qiymətləndirmənin aparılması qaydası və qiymətləndirməni yerinə yetirmək üçün istifadə edilən yanaşma və metodlar barədə məlumat bu rəyin ayrılmaz hissəsi olan hesabatda göstərilmişdir. Qiymətləndirilən əmlakın dəyəri barədə mövcud qiymətləndirmə hesabatı Azərbaycan Respublikasının «Qiymətləndirmə fəaliyyəti haqqında» 8 dekabr 2023-cü il tarixli 1052-VİQ saylı Qanununa, X2 (İVS), Azərbaycan Respublikasının Milli Qiymətləndirmə Standartlarına, eləcə də əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Həmin məktuba əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli CC/QH-007-2025 nömrəli (QT-0067 reyestr nömrəli) qiymətləndirmə hesabatından görünür ki, obyektin bazar dəyərini tapmaq üçün analoqlar müəyyən edilmişdir. Düzəlişlər edildikdən sonra düzəlişlərin sayı və cəmi nəzərə alınmaqla (beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun olaraq) qiymətləndirilən obyektin 1 kv.m üzrə bazar dəyəri müəyyən olunmuşdur və 2502 manat/1 kv.m təşkil edir. Bazar dəyəri 206.2 kv.m (ümumi sahə) x 2502 manat/1 kv.m =515912 manat və 0.02304 ha ölçülü torpaq sahəsinin hazırki tarixə mövcud olan bazar qiyməti 290000 manat təşkil edir. Məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş digər mütəxəssis rəylərini nəzərdən keçirir. -X6, Cavabdeh2, X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Qədirli 81 ünvanda yerləşən yaşayış evi üçün "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 51 saylı qərarına əsasən Bakı şəhəri İddiaçı1 tərəfindən dövlət ehtiyacları üçün alınan, Yasamal rayonu Qədirli 81 ünvanında yerləşən mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən, həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla, ümumilikdə cəmi- 229185 manat qimətləndirilmişdir. (2 aylıq kirayə haqqı və köçmək xərci:1000 manat). -İş materiallarında olan "xxxx" MMC-nin Daşınmaz Əmlakın Texniki Ekspert xx.xx.2020-ci il tarixli Qiymətləndirmə rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən obyekt coğrafi mövqeyinə görə başqa ərazilərdən fərqlənir. Mühəndis təminatı sistemi: torpaq sahəsi-230.04 kv.m, tikinti sahəsi isə 236.35 kv.m-dır. İşıq, su, qaz təminatı var, bünövrəsi beton, döşəməsi taxtadır. Kanalzasiya vardır. Həcmi-709 kub.m, H-8 m-dır. Belə ki, aparılan təhlil və hesablamalar göstərir ki, qiymətləndirilən əmlakın uyğun satışları müqayisəsi metodu ilə bazar dəyəri ******* manat-dır. "xxxx" MMC-nin fiziki şəxslər tərəfindən tikilmiş yaşayış evlərinin 2020-ci il tarixli qiymətləndirilməsinə dair hesabata əsasən ünvan 4 ünvanında yerləşən yaşayış evinin ümumi torpaq sahəsi 230.4 kv.m, faktiki 230.4 kv.m, tikinti sahəsi 236.3 kv.m-dır. Hündürlüyü-8 m, tikintinin həcmi- 709 kub.m, tikinti altında-236.3 kv.m, 3 mərtəbəlidir. 1-ci mərtəbə 98.4 kv.m, 2-ci mərtəbə 124.1 kv.m, 3-cü mərtəbə 33.85 kv.m-dır. "xxxx" MMC-nin Əlavə tikintilərin xidməti, tikintilərin və qurğuların texniki təsviri, əsas tikintinin və əlavə tikinti qurğularının qiymətləndirilməsi cədvəlindən görünür ki, 2020-ci il tarixli fərdi yaşayış evi tikilinin sahəsi 236.3 kv.m, tikilinin həcmi 709 kub.m, həqiqi dəyəri 944000 manatdır. Torpaq sahəsinin həqiqi dəyəri 766000 manat olmaqla ümumilikdə ******* manatdır. Tərəflərin birmənalı şəkildə bu hesabat ayrı hissələrin hər iki tərəfin imzası olmadan dəyişdirilməsi və dəyərə əlavə edilmə düşünülür. Hesabat tam şəkildə hesabatda nəzərdə tutulmuş məqsədlər üçün istifadə edilir. Qiymətləndirmə üçün sifarişçi tərəfindən təqdim edilmiş informasiyanın məxfiliyi icraçı tərəfindən təminat verilir. Öz fəaliyyətində "xxxx" MMC qiymətləndirilən obyektin ilk gözlə görünməyən xüsusiyyətlərinə və deffektlərinə görə məsuliyyət daşımır. -"xxxx" MMC-nin 001-13/AT-08/2025 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, qiymətləndirmə predmetinin xarakteristikası və məhdudlaşdıncı şərtlər nəzərə alınaraq daşınmaz əmlakların bazar dəyərinin müəyyən edilməsi üçün işlər aparılmış və İddiaçı3 məxsus ünvan 1 ünvanında yerləşən 0.023040 ha torpaq sahəsi və onun üzərində yerləşən 206.20 kv.m sahədən ibarət fərdi yaşayış evinin xx.xx.2025-ci il tarixinə torpaq sahəsinin bazar dəyəri hər 1 sot üçün 370000 manat=851400 (səkkiz yüz altı min dörd yüz manat). xx.xx.2025-ci il tarixinə tikili fərdi yaşayış evinin bazar dəyəri hər 1 kv.m üçün 4200 manatdan ümumilikdə = 866 040 (səkkiz yüz altmış altı min qırx manat) olmaqla ümumilikdə 1 717 040 (bir milyon yeddi on yeddi min qırx manat) təşkil edir. - "xxxx" MMC-nin AZ/08-25 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, qiymətləndirmə prosesi "Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununa, Azərbaycan milli qiymətləndirmə standartlarına, X2 və digər qanunvericilik aktlarına uyğun olaraq aparılıb. Aparılmış hesablamalara və təhlillərə əsasən, Yasamal rayonu, Qədirli küçəsi, ev 81 ünvanda yerləşən, Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən **********53-10301 reyestr nömrəli, qeydiyyat nömrəsi ********** saylı xx.xx.2019-cu il tarixli çıxanşa əsasən İddiaçı3 xüsusi mülkiyyətində olan ümumi sahəsi 0,023040 ha olan torpaq sahəsi və üzərində mövcud olan 206,2 kv.m yaşayış təyinatlı daşınmaz əmlakın - fərdi yaşayış evinin hazırki dövr üçün faktiki vəziyyətini nəzərə alaraq real bazar qiymətləri ilə tikilinin 1 kv.m-nin qiyməti 2700,0 AZN olmaqla 206,2 kv.m yaşayış təyinatlı daşınmaz əmlakın (mənzilin) ümumi dəyəri 556740,0 manat, 0,023040 ha olan torpaq sahəsinin 0,01 ha-nın orta bazar qiyməti 181377 AZN, əlavə olaraq “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci ii 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikaıs Prezidentinin 689 nömrəli, 26 dekabr 2007-ci il tarixli fərmanın 2.3 bəndinin tələbinə uyğun olaraq - “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.” tətbiqi və çətinliyə görə 10% əlavə (torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının qanunun 66.4.6-maddəsinə əsasən 10 ildən artıq müddət üçün - 10 faiz.) nəzərə alınmaqla 181377 AZN + (20%+10%) olmaqla 0,02304 ha torpaq sahəsinin ümumi dəyəri 543260,0 (beş yüz qırx üç min iki yüz altmış) manat Fərdi yaşayış evinin torpaq və yaşayış təyinatlı tikili ilə birlikdə yuxarıda göstərilən Fərman tətbiq edilməklə dəyəri cəmi 1100000,0 (bir milyon bir yüz min manat) təşkil edir. Göründüyü kimi, iş üzrə mübahisəli məqamın ətraflı araşdırılması məqsədilə müxtəlif qiymətləndirmə şirkətləri tərəfindən mütəxəssis rəyləri verilmiş və həmin mütəxəssis rəylərində qiymətlər fərqli göstərilmişdir. Bu hal məhkəmələr tərəfindən mütəxəssis rəylərinin müqayisə şəkildə təhlilini tələb edir. Apellyasiya baxışı zamanı iş materiallarında olan rəylər müqayisəli şəkildə bir daha təhlil edilərək aydın olmuşdur ki, beş rəydə olan qiymətləndirmələrin (229.185 manat; 1.700.000 manat ; 865.912 manat; 1.100.000 manat və 1.717.040 manat) ortaq məxrəci əsas götürüləndə həmin məbləğə yaxın olan kompensasiya məbləği - icra hakimiyyəti tərəfindən təklif edilən kompensasiya məbləği ağlabatan məbləğdə olmaqla ədalətli hesab olunur. Belə ki, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçıların təqdim etdikləri "xxxx" MMC-nin rəyindən görünür ki, qiymətləndirmə zamanı yalnız əmlakın yerləşdiyi inzibati ərazi vahidinə uyğun olan rayon deyil, digər rayonlar üzrə də əmlakların bazar qiyməti nəzərə alınmışdır. Halbuki "xxxx" MMC-nin rəyindən göründüyü kimi, alıncaq əmlaka uyğun torpağın bazar qiymətini müəyyən edən müvafiq bazar mövcuddur. Apellyasiya şikayətində qeyd edilən dəlillərdən biri olan kompensasiya məbləğində inflyasiyanın, çətinliyə görə 10% və 20 % satınalma qiymətinə əlavənin nəzərə alınmaması dəlili ilə bağlı məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsinin əsaslı hesab etdiyi "xxxx" MMC-nin AZ/08-25 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiyməti və çətinliyə görə 10% əlavə (torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının qanunun 66.4.6-maddəsinə əsasən 10 ildən artıq müddət üçün - 10 faiz) nəzərə alınmaqla fərdi yaşayış evinin torpaq və yaşayış təyinatlı tikili ilə birlikdə dəyəri cəmi 1100000,0 (bir milyon yüz min manat) təşkil etdiyi qeyd edilmişdir. Həmçinin, apellyasiya araşdırması zamanı ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçıların səsləndirdiyi digər bir dəlili inflyasiyaya görə əsas kompensasiyanın 10 faizi həcminin nəzərə alınmaması ilə bağlı da diqqətə çatdırılır ki, "xxxx" MMC tərəfindən verilmiş 8 avqust 2025-ci il tarixli ekspert rəyində inflyasiya halları nəzərə alınmışdır, belə ki, həmin ekspert rəyi 2025-ci il tarixə mövcud bazar iqtisadiyyatında olan dəyişikliklər diqqətdə saxlanılmaqla verilmişdır. “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir. Avropa Məhkəməsinin oxşar iş (Ə.Qasımovun və Ş.Süleymanovun Azərbaycana qarşı) üzrə 21 yanvar 2025-ci il tarixli qərarında Avropa Məhkəməsi milli məhkəmələrin öz qərarlarında müəyyən etdiyi kompensasiya məbləğinin torpağın həqiqi dəyəri ilə uyğun olduğunu və bu baxımdan da ərizələrin rədd edildiyini qeyd etmişdir. Məhkəmələrin kompensasiya məbləğinin hesablamasını ədalətli və düzgün hesab etmişdir. Belə ki, həmin iş üzrə milli məhkəmələr alınmanın təsirinə məruz qalan torpağa görə kompensasiya kimi orta göstəricini əsas götürmüşdülər. Göründüyü kimi, dövlət ehtiyacları üçün alınması ilə bağlı kompensasiyanın məbləği hesablanarkən qanunvericiliklə müəyyən edilmiş bütün hallar nəzərə alınmış və kompensasiya məbləği layihənin həyata keçirildiyi dövrdə digər mülkiyyətçilərə ödənilən məbləğlərə uyğundur. Habelə məhkəmənin qənaətinə görə kompensasiya məbləği dövlət büdcəsi qarşısında kəskin və ağırlaşdırıcı maliyyə öhdəliyi yaratmamalıdır. Yekun olaraq məhkəmə kollegiyası yuxarıda qeyd olunanlarla bağlı ümumi nəticəyə gələrək belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən kompensasiya məbləği demokratik cəmiyyətdə ədalətli və ağlabatan hesab olunur. Birinci instansiya məhkəməsinin ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9/2025 nömrəli 14 avqust 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar