Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4476/2023 15.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı «bağ sahəsinə dair plan-ölçü sənədlərinin hazırlanması və həmin bağ sahəsi üzərində mülkiyyət hüququnu qeydiyyata alaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2555/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə tərəvəzçilik-südçülük sovxozu ərazisində Dübəndi bağlarında yerləşən 14 saylı bağ sahəsinə dair plan-ölçü sənədlərinin hazırlanması və həmin bağ sahəsi üzərində mülkiyyət hüququnu qeydiyyata alaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2555/2021 nömrəli, 08 aprel 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(103)-3670/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2555/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin qəbulundan imtina edilmişdir. Hazırda iddiaçı yenidən həmin qərardan apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin mümkün hesab edilərək baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(103)-3670/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2555/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin qəbulundan imtina edilmişdir. Həmin qərardaddan görünür ki, apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmiş və iddiaçıya və onun nümayəndəsi və vəkilinin elektron kabinetinə göndərilmiş bildirişlə məhkəmə kollegiyası apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardaddan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddiaçının yaşlı olduğunu, imza edərək əldə etdiyi məhkəmə tərəfindən göndərilmiş zərfin mahiyyətini dərk etməmə ehtimalının olduğunu bildirmiş, elektron kabinetinə yerləşdirilmiş məhkəmə qərarı ilə bağlı məlumatlandırmadığını qeyd etmiş, həmçinin, məhkəmənin hüquqi yardımına baxmayaraq buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət təqdim edilməmişdir. İddiaçının həmin qərardaddan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti vermək hüququ vardır. Lakin iddiaçı həmin qərardaddan kassasiya şikayəti verməmiş, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardad mövcud olduğu halda yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2555/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4476/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4476/2023
15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver