Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-448/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti və "xxxx" MTK) “kompensasiya olaraq mənzil verilməsi“ tələbinə dair Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(112)-3181/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti və "xxxx" MTK) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qəzalı vəziyyətdə olduğuna görə sökülmüş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllə, "xxxx" zavodunun yataqxanasının yerində inşa edilən yeni binada kompensasiya olaraq ona bir otaqlı mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1985-ci ildən “Bakqazmaş Zavod” İstehsalat Birliyində (hal-hazırda "xxxx" ASC) “qablayıcı” vəzifəsində əmək fəaliyyətinə başlamışdır. İşlədiyi dövrdə həmin zavodun yataqxanasında mənzillə təmin olunmuşdur və həmin yataqxananın 45 saylı otağında ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla 1993-cü il tarixə kimi yaşamışdır. 1993-cü ildə işdə olduğu vaxt faktiki istifadəsində olan 45 saylı otaq əşyaları mənzildə olduğu halda Cəbrayıl rayonundan olan məcburi köçkünlər X6 və onun ailə üzvləri tərəfindən zəbt edilmişdir. Məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılmasının qarşısının alınması məqsədilə bir sıra qanunvericilik aktları qəbul edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 895 saylı Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını alınması məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmış, bir sözlə məcburi köçkünlərin müvəqqəti yaşamaq məqsədi ilə zəbt etdikləri təyinatından asılı olmayaraq yaşayış, inzibati, yardımçı və digər binalardan, bütün tikililərdən çıxarılması qanunsuz elan edilmişdir. Yuxarıda qeyd edilənlərə və qanunvericiliyin müddəalarına əsasən o, “Bakqazmaş Zavod”un yataqxanasının 45 saylı mənzilinin faktiki yaşayan sakini olaraq tanınmalı, həmin binanın digər sakinlərinə verilmiş kompensasiya ona da şamil olunmalıdır. O, Xəzər rayonu, Buzovna qəsəbəsi, 21/43 saylı məhəllə "xxxx" Zavodunun yataqxanasında qeydiyyatdadır. O, 6 nəfər ailə üzvü ilə birlikdə xx.xx.1985-ci ildən Xəzər rayonu, Buzovna qəsəbəsi "xxxx" Zavodunun yataqxanasında qeydiyyatda olmaqla yaşamış, kommunal və kirayə xərcləri ödəmişdir. İşlədiyi müəssisə "xxxx" Zavodu, yaşadığı yer isə həmin zavodun Buzovna qəsəbəsində yerləşən yataqxanası olmuşdur. "xxxx" ASC tərəfindən verilmiş Arayışın surətindən göründüyü kimi, o, 1985-ci ildən 1992-ci ilədək "xxxx" Zavodunda işləmiş və həmin zavodun yataqxanasında hal-hazıradək 5 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə qeydiyyatdadır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyəti qəzalı olduğundan binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir. Ona görə də qəzalı vəziyyətdə olan binada yaşayan ailələrin köçürülməsi Cavabdeh tərəfindən həyata keçirilmişdir. Qeyd edilən qəzalı binada iddiaçı faktiki olaraq yaşamadığından və adına yaşayış sahəsinin olması müəyyən edilmədiyindən yataqxana binasının sökülməsi ilə əlaqədar onun mənzillə təmin olunması ilə bağlı müraciəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(112)-3181/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(112)-3181/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhər İcra Hakimiyyətinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2008-ci il tarixli, 200 nömrəli Qərarının icrası barədə” 584 saylı xx.xx.2008-ci il tarixli sərəncamından görünür ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2008-ci il tarixli, 200 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahı üzrə, özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin və konsernlərinin balansında olan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektlərin (yaşayış binaları və yataqxanalarda yerləşən qeyri-yaşayış sahələri istisna olmaqla), bu sərəncamın 1 saylı əlavəsinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə qəbul edilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyətinin 584 saylı xx.xx.2008-ci il tarixli sərəncamına əlavədən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 2 sentyabr tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı Şəhər İcra Hakimiyyətinin Mənziİ- Kommunal Təsərrüfatı Departamentinin balansına verilməsi nəzərdə tutulmuş, özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin və konsernlərinin balansında olan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektlərin siyahısından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən beşmərtəbəli yataqxana binası 29 sıra nömrəsi ilə balansa verilmişdir. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllədə yerləşən qəzalı yataqxana binasının sökülməsi ilə əlaqədar mənzillə təmin olunmağınıza köməklik göstərilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətindən daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyəti qəzalı olduğundan binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir. Ona görə də, qəzalı vəziyyətdə olan binada yaşayan ailələrin köçürülməsi Cavabdeh tərəfindən həyata keçirilmişdir. Aparılan araşdırma zamanı qeyd edilən qəzalı binada faktiki olaraq yaşamadığınızdan və adınıza yaşayış sahəsinin olması müəyyən edilmədiyindən adıçəkilən qurum tərəfindən qaldırdığınız məsələnin müsbət həlli mümkün olmamışdır. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 11 saylı arayışından görünür ki, xx.xx.1965-ci ildə anadan olan İddiaçı həqiqətən “BAKQAZMAŞZAVOD” İstehsalat Birliyində sonradan "xxxx" ASC-ti cevrilmişdir (16 avqust 2004-ci il tarixli 136k nömrəli əmrin əsasında) xx.xx.1985-ci ildən (əmr № 182k, xx.xx.1985) xx.xx.1989-ci ilə qədər qablayıcısı vəzifəsində işləmişdir (əmr №1k, xx.xx.1989 "xxxx" Kiçik Müəssisəsinə köçürmə yolu ilə işdən azad olunmuşdur). xx.xx.1989-ci ildən (Əmək sazışi ilə №32, xx.xx.1989) "xxxx" zavodunun nəzdində olan "xxxx" Kiçik Müəssisəsində xx.xx.1992 (əmr №2, xx.xx.1992) işləmişdir. Kommunal ödənişlər əmək haqqından tutulmuşdur. 1985-ci ildən hal-hazırki günə qədər "xxxx" zavodun yataqxanasında pasport qeydiyatındadır. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti başçısı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan göünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən yataqxana binası (keçmiş Bakqazmaş zavodunun yataqxanası) Bakı Şəhər Mənzil-Kommunal Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına aid olduğu üçün həmin yataqxananın sökülməsi ilə əlaqədar İddiaçı və digər şəxslərə kompensasiya verilib-verilməməsi barədə Rayon İcra Hakimiyyətində hər hansı məlumat olmadığından məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məktublarda qeyd olunur: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllədə yerləşən yataqxananın sökülməsi ilə əlaqədar İddiaçı kompensasiya verilib-verilməməsi, kompensasiya verilməmişdirsə verilməmənin səbəbləri, həmçinin, yataqxananın sökülməsi ilə əlaqədar digər şəxslərə kompensasiya verilib-verilməməsi barədə məhkəmə sorğusuna baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllədə yerləşən keçmiş "xxxx" zavodunun yataqxana binasının texniki vəziyyəti qəzalı olduğundan binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir. Lakin qəzalı vəziyyətdə olan binada yaşayan ailələrin köçürülməsi və binanın sökülməsi işləri Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən həyata keçirilmədiyindən sorğuda tələb olunan məlumatların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış 50 saylı xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 200 saylı qərarının icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 584 saylı sərəncamına əsasən əvvəllər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Zavoduna məxsus olmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən beşmərtəbəli yataqxana binası 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyəti qəzalı olduğundan binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir. Xəzər rayonu ərazisində əhalinin sosial rifahının inkişafına dair həyata keçirilən layihə çərçivəsində Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən qəzalı vəziyyətdə olan yataqxana binasının yenidən qurulması ilə əlaqədar sakinlərin köçürülməsi Cavabdeh tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sökülmüş yataqxana otağına görə kompensasiya olaraq mənzil tələb etsə də, həmin yataqxana otağının ona məxsus olmasını, yataqxananın otağı üzərində hər hansı hüququnun qeydiyyata alınmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Əksinə, müəyyən edildi ki, iddiaçı və ailə üzvləri həmin otaqda yaşamamışlar. İddiaçı həmin otaq məcburi köçkünlər tərəfindən zəbt edildiyi üçün orada yaşamadığını bildirsə də, iddiaçı ilə məcburi köçkünlər arasında hər hansı məhkəmə mübahisəsinin olduğu da müəyyən olunmur. Həmçinin iddiaçıya vaxtilə yaşadığı yataqxana otağının həmin dövrdə qüvvədə olmuş mənzil qanunvericiliyinin müəyyən etdiyi qaydada müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə və həmin qərara əsasən mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən ona müvafiq order verildiyi müəyyən olunmur. Eyni zamanda, iddiaçı iddia etdiyi otaqdan ibarət ayrıca yaşayış sahəsini təyinatı üzrə istifadə etməklə kirayə müqaviləsindən irəli gələn bütün vəzifələri yerinə yetirməsini, yaşayış sahəsi ilə hər hansı baglılıgını (onu saxlama, vəsait qoyma və s.) və bu anlamda “mənzil” əldə etməsini sübut edə bilməmişdir. Belə olan halda “mənzil”i kimi qiymətləndirilərək iddiaçının yalnız yataqxanada qeydiyyatda olması əsası ilə ona kompensasiya kimi mənzil verilməsi barədə tələbi qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı onun tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(112)-3181/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-448/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-448/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver