Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4480/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlilliyin təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X11 və Ceyhun Bəşir oğlu Məmmədovdan ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı, onun nümayəndəsi X10, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6181/2025 saylı, 28 avqust 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından müəyyən olunur ki, iddiaçı barəsində verilən xx.xx.2024-cü il tarixli, Y00217043SBS nömrəli göndərişdə - Əsas diaqnoz: “G24.2- Ailəvi olmayan idiopatik distoniya, Aləvi olmayan idiapatik distoniya. Respublika Klinik Xəstəxanası xx.xx.2024cü tarixli 120251 №-li çıxarışa əsasən; G24.3 - Spastik əyriboyunluq, spatik əyriboyunluq. Mirqasimov adına Respublika Xəstəxanası xx.xx.2024-cü tarixli 120251 №-li li çıxarışa əsasən.” qeyd olunmuşdur.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 tərəfindən verilmiş T 377/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının iş materiallarına əsasən o, hal-hazırda “Sinir sistemi xəstəlikləri=>Ekstrapiramid və digər hərəki pozğunluqlar=>Spastik əyriboyunluq=>bədənin fizioloji vəziyyətini dəyişdirən, hərəkətlərin ardıcıllığını və məqsədyönlülüyünü pozan mülayim fokal və generalizə olunmuş hiperkinezlər, əhəmiyyətsiz və ya mülayim psixi pozuntuların olması ilə” xəstəliklərindən əziyyət çəkir və ona TSEK tərəfindən Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən orqanizmin funksiyalarının 40% faiz pozulması göstəricisi ilə 1 il müddətinə İİİ qrup əlillik təyin edilmişdir. Qərardadın 2-ci bəndi və yarımbəndlərindəki suallar qiymətləndirmə meyarlarına aid olduqlarından onların həlli məhkəmə-tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X4- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin İddiaçı qızma əlillik dərəcəsinin təyin edilməsi barədə qərarının ləğv edilməsi və cavabdehin üzərinə əlillik dərəcəsinin dəyişdirilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı orqanizmin funksiyalarının 61-80 faizədək pozulması ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, səhhətində yaranmış ciddi problemlər səbəbi ilə müxtəlif tibb müəssisələrində müayinə və müalicə olunmuşdur. Müayinələrin nəticəsi olaraq ona “Distoniya, Esansial Tremor” diaqnozları qoyulub. 20 may 2023-cü il tarixdə Diamed tibb müəssisəsində müayinə olunmuşdur. Radioloji uzman tərəfindən aparılmış müayinənin nəticəsi barədə həmin tarixli tibbi sənəddə bunlar qeyd edilib: Açıqlığı sola baxan İİ-ci dərəcəli torakal skolioz mövcuddur, C3-C4 disk məsafəsində anterior subaraxnoid sahəni daraldan anulyar qabarma izlənilir, C4-C5 disk məsafəsində anterior subaraxnoid sahəni sağ antero-laterladan silən, onurğa beynini sağ antero-laterladan sıxan, 3 mm ölçüdə arxa-mərkəzi sağ paramedian protruziya izlənilir, C5-C6 disk məsafəsində anterior subaraxnoid sahəni sol antero-laterladan silən, onurğa beynini mərkəzən və sol antero-laterladan sıxan, 4 mm ölçüdə arxamərkəzi sol paramedianforaminal yırtıq izlənilir. Sol lateral resess tama yaxın daralıbdır. Sol 6C siniri çıxışı səviyyəsində sıxılıbdır, C6-C7 disk məsafəsində anterior subaraxnoid sahəni sol anterolaterladan silən, onurğa beynini sol antero-laterladan sıxan, 4 mm ölçüdə sol paramedian yırtıq izlənilir. Sol lateral resess inferiordan daralıbdır., C7-Thl disk məsafəsində anulyar qabarma fonunda, anterior subaraxnoid sahəni sol antero-laterladan silən, onurğa beynini sol antero-laterladan sıxan, 2 mm ölçüdə sol protruziya izlənilir. Sol lateral resess tama yaxın daralıbdır. Sol lateral resess inferiordan daralıbdır. 22 may 2024-cü il tarixdə X6 neyrocərrahiyyə şöbəsində müayinə olunmuşdur. Nevroloq tərəfindən ona X15 (X13) məsləhət görülüb. 10 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi X1rğa boyun fəqərələrinin rentgen müayinəsi aparılıb Müayinənin nəticəsi barədə tibbi sənəddə qeyd edilib: Boyun fəqərələrinin deformasiyaedici osteoxondrozu və spondilyozu. Anterolistez C6, C7. 22 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasında müayinə olunmuşam. Aparılmış müayinənin nəticəsi barədə həmin tarixli Holter EKQ Ümumi Hesabatda aşağıdakılar qeyd edilib: 24 saatlıq holter monitorinq sinus ritmi müşahidə olundu. Sinus bradikardiyası yuxu zamanı. Sinus taxikardiyası hərəkət zamanı qeyd olunub. Sutka ərzində ürəyin ritmində keçiriciliyində və qidalanmasında patologiya aşkar olunmadı. Sinus taxikardiyası əsas olaraq ürək ritmində üstünlük təşkil edib. 9 ildən artıqdır müxtəlif tibb müəssisəsində müayinə və müalicə olunsa da, heç bir müsbət nəticəsi yoxdur. Özü sərbəst hərəkət edə bilmir. Ona anası qulluq edir. Əlillik vəziyyəti dövlət ttibb müəssisəsinin Y002İ7043SBS nömrəli göndərişi əsasında 13 sentyabr 2024-cü il tarixdə qiymətləndirilib və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılıb. Daha sonra müraciət əsasında o, 24 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra cavabdeh) əyani müayinə olunmuşdur. Təqdim edilən sənədlər və əyani müayinənin nəticəsi olaraq 13 sentyabr 2024-cü il tarixdə ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə 1 il müddətinə (xx.xx.2025-ci il tarixinədək) üçüncü dərəcə əlillik təyin edilib. Əlillik dərəcəsi ilə razılaşmadığından əlillik dərəcəsinin dəyişdirilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 22 noyabr 2024-cü il tarixli, 3-17-4/2-M30433/2024 saylı cavab məktubunda əlilliyin dəyişdirilməsindən imtina edib.
7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Lökbatan Tibb Mərkəzi xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Ailəvi olmayan idiopatik distoniya Meyar: Sinir sistemi xəstəlikləri=>Ekstrapiramid və digər hərəki pozğunluqlar=>Spastik əyriboyunluq=>bədənin fizioloji vəziyyətini dəyişdirən, hərəkətlərin ardıcıllığını və məqsədyönlülüyünü pozan mülayim fokal və generalizə olunmuş hiperkinezlər, əhəmiyyətsiz və ya mülayim psixi pozuntuların olması ilə=> orqanizm funksiyalarının 40% pozulması müəyyən edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6181/2025 saylı, 28 avqust 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixli, Y00217043SBS nömrəli tibbi göndəriş əsasında orqanizmin funksiyalarının 65-80 faizədək pozulması ilə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 6.6.2.2-ci bəndinə əsasən) əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıda olan xəstəliyin onun tələbinə uyğun faizlə əlilliyin təyininə (65-80 faiz, 2 il) əsas olması üçün, yəni iddianın uğurlu olması üçün Əsasənamənin 6.6.2.2-ci bəndində göstərilən ağırlıq dərəcəsi (tarazlığın (koordinasiyanın), hərəkətlərin ardıcıllığının və məqsədyönlülüyünün təzahür edən pozuntusuna səbəb olan fokal və generalizə olunmuş hiperkinezlər, mülayim və əhəmiyyətli psixi pozuntuların olması ilə) müəyyən edilməlidir. Cavabdehin müəyyən etdiyi bəndlə iddiaçının arzuladığı bənd arasında əsas fərq psixi pozuntunun əhəmiyyətsiz (6.6.2.1) və ya əhəmiyyətli (6.6.2.2) olmasındadır. Ekspert rəyində qeyd edildiyi kimi 2 nömrəli X5 tərəfindən iddiaçıya qoyulmuş üzvi şizofreniyayabənzər pozuntu əhəmiyyətli psixi pozuntu təsnifləşdirməsinə uyğun gəlir. Bununla bağlı beynəlxalq ədəbiyyata nəzər saldıqda qeyd edilmişdir ki, Psixi pozğunluqların diaqnostik və statistik təlimatı (ing. Diagnostic and Statistical Manual of mental disorders -DSM) -ABŞ-ın psixi pozğunluqlar üçün nomenklaturası X2 (APA) tərəfindən hazırlanmış və nəşr edilmişdir. Klassifikatorun 2013-cü ildə buraxılmış son versiyası DSM-5 2022-ci ildə DSM-5-TR adı ilə yenilənmişdir. Şizofreniyayabənzər pozuntu, psixoz ilə xarakterizə olunan və şizofreniya ilə sıx bağlı olan bir növ ruhi xəstəlikdir. Həm şizofreniya, həm də şizofreniyayabənzər pozuntu, DSM-5-TRdə müəyyən olunduğu kimi, eyni simptomlara və əsas xüsusiyyətlərə malikdir. Fərqi yalnız müddət və proqnoz ehtimalındadır. Ədəbiyyata əsasən şizofreniyayabənzər psixi pozuntu əhəmiyyətli və ciddi psixi pozuntu hesab edilir.
10. Məhkəmə bir daha qeyd edir ki, beynəlxalq ədəbiyyata əsasən iddiaçıya qoyulmuş üzvi şizofreniyayabənzər pozuntu diaqnozu əhəmiyyətli psixi pozuntu hesab edildiyi və milli qanunvericilikdə bunun əksini göstərən müddəa olmadığı halda iddiaçının diaqnozunun niyə əhəmiyyətsiz psixi pozuntu hesab edilərək əlilliyinin 6.6.2.1-ci bənd əsasən təyin edilməsi cavabdeh tərəfindən əsaslandırılmamışdır.
11. Məhkəmə onu da vurğulayır ki, iddiaçıya aid tibbi göndərişdə əsas diaqnoz və ağırlaşması üzrə amillər siyahısında xəstəliyin gedişi ağır, funksional pozğunluğun dərəcəsi ağır, fəsadlaşmanın mövcudluğu orta qeyd edilmişdir. Bu da iddiaçıda olan xəstəliklərin cavabdehin müəyyən etdiyindən daha ağır pozuntuya səbəb olduğunu göstərir.
12. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6181/2025 saylı, 28 avqust 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddiaçının adına rəsmiləşdirilmiş göndərişdə ağırlaşma kimi müəyyən olunan “bədənin fizioloji vəziyyətini dəyişdirən, hərəkətlərin ardıcıllığını və məqsədyönlülüyünü pozan mülayim fokal və generalizə olunmuş hiperkinezlər, əhəmiyyətsiz və ya mülayim psixi pozuntuların olması ilə” diaqnozu onu təsdiq edən instrumental müayinə nəticələrinin göstəricilərinə uyğun olaraq iddiaçıya əsasnamənin 6.6.2.1-ci bəndinə uyğun olaraq əlillik təyin etməyə əsas vermişdir. Həmin bəndə uyğun ƏsasnamədəOFP faizi 35-60, müdddət isə 1 il göstərilmişdir. Yanakı xəstəlik əlillik təyinatına əsas verən səviyyədə müəyyən edilmədiyinə görə 60 faizdən yuxarı səviyyədə orqanizm funksiyası pozuntusunu təsdiqləmək mümkün olmamışdır. Göründüyü kimi məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda diskression səlahiyyətlə bağlı müddəalar da öz əksini tapmışdır: “Ali Məhkəmənin bir sıra qərarlarında ifadə etdiyi hüquqi mövqeyə əsasən əlilliyin müəyyən olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin müəyyən olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməməlidir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin müəyyən olunması isə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, həmin orqan ona əlillik dərəcəsini təyin etməyə (sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməyə) borcludur. Yəni, əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, bu barədə qərar qəbul edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion deyil, mütləq (qapalı) səlahiyyəti kimi nəzərdə tutulmuşdur.” Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
16. Lakin iddiaçı tərəfindən ərizə və əlavə tibbi sənədlər təqdim olunaraq müddətsiz əlillik hüququna qiymət verilməsi xahiş olunmuşdur.
d) Prosses iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi ərizə və əlavə tibbi sənədlərin təqdim olunduğunu nəzərə alaraq müddətsiz əlillik təyin edilməsi xahiş olunmuşdur.
Tətbiq edilən hüquq
19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.
21. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
23. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 6.6.2. Distoniya G24 Qiymətləndirmə 6.6.2.1. bədənin fizioloji vəziyyətini dəyişdirən, hərəkətlərin ardıcıllığını və məqsədyönlülüyünü pozan mülayim fokal və generalizə olunmuş hiperkinezlər, əhəmiyyətsiz və ya mülayim psixi pozuntuların olması ilə (35-60 faiz, 1 il); 6.6.2.2. tarazlığın (koordinasiyanın), hərəkətlərin ardıcıllığının və məqsədyönlülüyünün təzahür edən pozuntusuna səbəb olan fokal və generalizə olunmuş hiperkinezlər, mülayim və əhəmiyyətli psixi pozuntuların olması ilə (65-80 faiz, 2 il); 6.6.2.3. dərman müalicəsinə tabe olmayan, fiksə olunmuş patoloji bədən vəziyyəyinin yaranmasına səbəb olan qabarıq generalizə olunmuş hiperkinezlər, qabarıq (ağır) təzahür edən psixi pozuntuların olması ilə (85 -100 faiz, müddətsiz);
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
28. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə - Əsas diaqnoz: “G24.2- Ailəvi olmayan idiopatik distoniya, Aləvi olmayan idiapatik distoniya. Respublika Klinik Xəstəxanası xx.xx.2024-cü tarixli 120251 №-li çıxarışa əsasən; G24.3 - Spastik əyriboyunluq, spatik əyriboyunluq. Mirqasimov adına Respublika Xəstəxanası xx.xx.2024- cü tarixli 120251 №-li li çıxarışa əsasən” qeyd olunmuşdur. İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında baxılmış və orqanizm funksiyalarının 40% pozulması müəyyən edilmişdir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT- 10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır.
30. Cavabdeh iddiaçıya qoyulan diaqnozda göstərilən xəstəliklərin onun orqanizminin fuksiyalarının 40% pozulmasına səbəb olduğu nəticəsinə gəlmişdir. Lakin iddiaçı orqanizminin funksiyalarının 61-80 faizədək pozulduğu qənaətindədir.
31. İddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə əsas diaqnoz və ağırlaşması kimi göstərilmiş xəstəliklər yuxarıda istinad edilən əsasnamənin 6.6.2ci bəndində təsbit edilmişdir. Həmin bəndə əsasən 6.6.2.1-bədənin fizioloji vəziyyətini dəyişdirən, hərəkətlərin ardıcıllığını və məqsədyönlülüyünü pozan mülayim fokal və generalizə olunmuş hiperkinezlər, əhəmiyyətsiz və ya mülayim psixi pozuntuların olması ilə distoniya orqanizmin funksiyalarının 35-60 faiz pozulması ilə, 6.6.2.2tarazlığın (koordinasiyanın), hərəkətlərin ardıcıllığının və məqsədyönlülüyünün təzahür edən pozuntusuna səbəb olan fokal və generalizə olunmuş hiperkinezlər, mülayim və əhəmiyyətli psixi pozuntuların olması ilə distoniya orqanizmin funksiyalarının 65-80 faiz pozulması ilə əlilliyin müəyyən edilməsinə əsas verir. Deməli, cavabdeh iddiaçının orqanizminin fuksiyalarının 40% pozulması ilə əlilliyini müəyyən edərkən qoyulan diaqnozda göstərilən xəstəliklərin 6.6.2.1-ci bəndə uyğun gəldiyi qənaətində olmuşdur. Lakin cavabdeh etirazında iddiaçıya qoyulmuş əsas diaqnoz və onun ağırlaşmasının nəyə görə məhz 6.6.2.1-ci bəndə uyğun gəldiyini əsaslandırmamışdır.
32. Məhkəmə araşdırması zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün və iddiaçı barəsində verilən tibbi göndərişdə göstərilmiş əsas diaqnoz və ağırlaşmanın hazırda təsdiqini tapıb-tapmamasının müəyyən edilməsi (şəxs əyani müayinə olunmaqla) üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 həvalə olunmuşdur.
33. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 tərəfindən verilmiş T 377/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının iş materiallarına əsasən o, hal-hazırda “Sinir sistemi xəstəlikləri=>Ekstrapiramid və digər hərəki pozğunluqlar=>Spastik əyriboyunluq=>bədənin fizioloji vəziyyətini dəyişdirən, hərəkətlərin ardıcıllığını və məqsədyönlülüyünü pozan mülayim fokal və generalizə olunmuş hiperkinezlər, əhəmiyyətsiz və ya mülayim psixi pozuntuların olması ilə” xəstəliklərindən əziyyət çəkir və ona TSEK tərəfindən Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən orqanizmin funksiyalarının 40% faiz pozulması göstəricisi ilə 1 il müddətinə İİİ qrup əlillik təyin edilmişdir. Qərardadın 2-ci bəndi və yarımbəndlərindəki suallar qiymətləndirmə meyarlarına aid olduqlarından onların həlli məhkəmə-tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X4- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.
34. Ekspert rəyində məhkəmə-tibbi müayinə kimi qeyd edilmişdir ki, 2 nömrəli X5 tərəfindən iddiaçının adına tərtib edilmiş 519 nömrəli rəyə əsasən, o, xx.xx.2025-ci il tarixdə komissiya tərəfindən müayinə olunmuş və “F06.2-üzvi şizofreniyayabənzər pozuntu” diaqnozu qoyulmuşdur. Məhkəmə qeyd edir ki, 2 nömrəli X3 müayinə nəticəsini şübhə altına alan heç bir əsas yoxdur.
35. Məhkəmə onu da qeyd edir ki, iddiaçıda olan xəstəliyin onun tələbinə uyğun faizlə əlilliyin təyininə (65-80 faiz, 2 il) əsas olması üçün, yəni iddianın uğurlu olması üçün Əsasənamənin 6.6.2.2-ci bəndində göstərilən ağırlıq dərəcəsi (tarazlığın (koordinasiyanın), hərəkətlərin ardıcıllığının və məqsədyönlülüyünün təzahür edən pozuntusuna səbəb olan fokal və generalizə olunmuş hiperkinezlər, mülayim və əhəmiyyətli psixi pozuntuların olması ilə) müəyyən edilməlidir. Cavabdehin müəyyən etdiyi bəndlə iddiaçının arzuladığı bənd arasında əsas fərq psixi pozuntunun əhəmiyyətsiz (6.6.2.1) və ya əhəmiyyətli (6.6.2.2) olmasındadır. Ekspert rəyində qeyd edildiyi kimi 2 nömrəli X5 tərəfindən iddiaçıya qoyulmuş üzvi şizofreniyayabənzər pozuntu əhəmiyyətli psixi pozuntu təsnifləşdirməsinə uyğun gəlir. Bununla bağlı beynəlxalq ədəbiyyata nəzər saldıqda qeyd edilmişdir ki, Psixi pozğunluqların diaqnostik və statistik təlimatı (ing. Diagnostic and Statistical Manual of mental disorders -DSM) -ABŞ-ın psixi pozğunluqlar üçün nomenklaturası X2 (APA) tərəfindən hazırlanmış və nəşr edilmişdir. Klassifikatorun 2013-cü ildə buraxılmış son versiyası DSM-5 2022-ci ildə DSM-5-TR adı ilə yenilənmişdir. Şizofreniyayabənzər pozuntu, psixoz ilə xarakterizə olunan və şizofreniya ilə sıx bağlı olan bir növ ruhi xəstəlikdir. Həm şizofreniya, həm də şizofreniyayabənzər pozuntu, DSM-5-TRdə müəyyən olunduğu kimi, eyni simptomlara və əsas xüsusiyyətlərə malikdir. Fərqi yalnız müddət və proqnoz ehtimalındadır. Ədəbiyyata əsasən şizofreniyayabənzər psixi pozuntu əhəmiyyətli və ciddi psixi pozuntu hesab edilir.
36. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.
37. Bununla yanaşı məhkəmə Kollegiyası bir daha qeyd edir ki, beynəlxalq ədəbiyyata əsasən iddiaçıya qoyulmuş üzvi şizofreniyayabənzər pozuntu diaqnozu əhəmiyyətli psixi pozuntu hesab edildiyi və milli qanunvericilikdə bunun əksini göstərən müddəa olmadığı halda iddiaçının diaqnozunun niyə əhəmiyyətsiz psixi pozuntu hesab edilərək əlilliyinin 6.6.2.1-ci bənd əsasən təyin edilməsi cavabdeh tərəfindən əsaslandırılmamışdır.
38. Məhkəmə Kollegiyası onu da vurğulayır ki, iddiaçıya aid tibbi göndərişdə əsas diaqnoz və ağırlaşması üzrə amillər siyahısında xəstəliyin gedişi ağır, funksional pozğunluğun dərəcəsi ağır, fəsadlaşmanın mövcudluğu orta qeyd edilmişdir. Bu da iddiaçıda olan xəstəliklərin cavabdehin müəyyən etdiyindən daha ağır pozuntuya səbəb olduğunu göstərir.
39. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
40. Odur ki, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddianın təmin edilərək İddiaçı xx.xx.2024-cü il tarixli, Y00217043SBS nömrəli tibbi göndəriş əsasında orqanizmin funksiyalarının 65-80 faizədək pozulması ilə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 6.6.2.2-ci bəndinə əsasən) əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməlidir.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
42. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6181/2025 saylı, 28 avqust 2025-ci il tarixli qərarı əlillik dərəcəsinin dəyişdirilməsi tarixi bu müraciətin təmin edilməsindən cavabdeh tərəfindən imtina olunduğu xx.xx.2024-cü il tarixdən nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmalıdır.
43. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin ərizə və əlavə tibbi sənədlərin təqdim olunduğunu nəzərə alaraq müddətsiz əlillik təyin edilməsi xahişinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçıda olan xəstəlik onun tələbinə uyğun faizlə əlilliyin təyininə 65-80 faiz və 2 il müddətinə əsas vermişdir. (Yəni Əsasənamənin 6.6.2.2-ci bəndində göstərilən ağırlıq dərəcəsi əlilliyin təyininə 65-80 faiz və 2 il müddətinə əsas verir müddətsiz əlilliyə yox.).
44. Həmçinin, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6181/2025 saylı, 28 avqust 2025-ci il tarixli qərarından iddiaçı deyil, cavabdeh apellyasiya şikayəti verdiyindən, qərarın qanuni və əsaslı olub-olmaması cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılır.Odur ki, iddiaçı hesab edirsə ona müddətsiz əlillik təyin edilməlidir bu halda ayrıca iddia qaldıra bilər.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6181/2025 saylı, 28 avqust 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.