Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-449/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı İsmayılov Şükür Alış oğlunun və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı İsmayılov Şükür Alış oğlunun (xx.xx.1965-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2- 1(112)-2003/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçıya 85 % miqdarında pensiya təyin olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə (52 yaşdan) əmək pensiyası təyin edilmişdir. Sonrakı illərdə pensiyanın sığorta hissəsi indeksləşdirilərək 339,29 manata çatdırılmışdır. Lakin onun 2006-cı ilə qədər dəniz sahəsində işləməyi və 2006-cı ildən sonra onun sığorta ödəyicisi olmağı nəzərə alınmamış, ona maaşının 85 % miqdarında pensiya təyin edilməmişdir. xx.xx.2020-ci il tarixində iddiaçı tərəfindən məhkəməyə ərizə daxil olmuş, ərizədə məhkəmə iclaslarının ayın 15-dən 25-ə kimi olan tarixlərə təyin edilməsi xahiş olunmuşdur. xx.xx.2020-ci il tarixində iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə daxil olmuş, ərizədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin əsl olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilməsi xahiş olunmuşdur. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi”nin əsl cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi” ilə əvəz edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixində iddiaçı tərəfindən məhkəməyə ərizə daxil olmuş, ərizədə məhkəmə iclaslarının 15-30 oktyabr tarixləri arasında təyin edilməsi xahiş olunmuşdur. xx.xx.2020-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iddiaçı iştirak etməmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-2003/2020 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı dəniz sahəsində işləyir və məhkəməyə xx.xx.2020-ci ilə təyin olunmuş gündə işdə olacağı barədə ərizə ilə müraciət etmişdir, lakin məhkəmə İPM-in 58.7 və 68.1-ci maddəsinin tələblərini pozaraq işə onun iştirakı olmadan baxmış və əleyhinə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-2003/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən 311.65 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Sonraki illərdə pensiyasının sığorta hissəsi indeksləşdirilərək 339.29 manata çatdırılmışdır. Hal-hazırda aylıq pensiyanın məbləği 339.29 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DNŞ X2 Trestinin xx.xx.2017-ci il tarixli arayışının surətinə əsasən, iddiaçının xx.xx.1986-cı tarixdən xx.xx.1987-ci il tarixədək “Xəzərqazmaneftqazsənaye” İB-nin “İliç Buxtası” DKQİ-də 4-cü dərəcəli qazmaçı köməkçisi işlədiyi, xx.xx.1992-ci tarixdən xx.xx.2004-cü tarixədək “Bayıl Limanı” DKQİ-də 4-cü dərəcəli qazmaçı köməkçisi işlədiyi, “Azneft” İB “28 MAY” NQÇİ-nin xx.xx.2017-ci il tarixli arayışının surətinə əsasən, xx.xx.2004-cü tarixdən xx.xx.2005-ci il tarixədək “28 MAY” NQÇİ-də qazmaçı köməkçisi işlədiyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********6 nömrəli iddiaçıya ünvanlamış olduğu məktubuna əsasən qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə təqdim etdiyi əmək stajı (sığorta stajı) barədə sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək olan 20 il 11 ay sığorta stajına (hərbi xidmət dövrü nəzərə alınmaqla) və pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsinə yığılan 21328.60 manat pensiya sığorta kapitalına əsasən xx.xx.2017-ci il tarixdən 311.65 manat məbləğində güzəştli şərtlərlə yaşa görə (52 yaşdan) əmək pensiyası təyin olunmuşdur, sonraki illərdə pensiyanın sığorta hissəsi indeksləşdirilərək 339.29 manata çatdırılmışdır, hal-hazırda aylıq pensiyanın məbləği 339.29 manat təşkil edir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının pensiya hüququ yaranarkən “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunu deyil, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. İPM-in 1.2-ci bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, 2010-cu il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən 27-ci maddə aşağıdakı redaksiyada verilsin: “Maddə 27. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. ” Məhkəmə Kollegiyası hesab edir ki , iddiaçıya xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edildiyindən və əmək haqqına görə pensiya hesablanması xx.xx.2010-cu ildən ləğv olunduğundan, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi məhkəməyə xx.xx.2020-ci ilə təyin olunmuş gündə işdə olacağı barədə ərizə ilə müraciət etməsi, lakin məhkəmənin İPM-in 58.7 və 68.1-ci maddəsinin tələblərini pozaraq işə onun iştirakı olmadan baxması və əleyhinə qərar qəbul etməsi dəlilinə əsasən qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2020-ci il tarixində iddiaçı tərəfindən məhkəməyə ərizə daxil olmuş, ərizədə məhkəmə iclaslarının 15-30 oktyabr tarixləri arasında təyin edilməsi xahiş olunmuşdur, məhkəmə tərəfindən məhkəmə iclası xx.xx.2020-ci il tarixinə təyin olunmuş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmişdir, iş materiallarından da göründüyü kimi iddiaçı xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak etmişdir. Bu səbəbdən də dəlil məhkəmə tərəfindən əsassız sayılır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-2003/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı İsmayılov Şükür Alış oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-2003/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-449/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-449/2021
06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver