Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-449/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndələri X2 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “kompensasiya tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2703/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi (İPM m.34), sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: -2015-ci ilin növbəti məzuniyyətindən 40 gün və 2018-ci ilin növbəti məzuniyyətindən 18 gün istifadə etmədiyindən həmin günlərin kompensasiya əvəzinin; -1.2019-cu ilin fevral ayının 25-dən 2019-cu ilin iyun ayının 5-nə kimi, xidmət dövründə X7 Divizyasının 2-ci Sərhəd Komendatlığının 37-ci sərhəd döyüş məntəqəsində döyüş mövqelərinə baxış keçirərkən yıxılaraq sol bazu oynağından aldığı xəsarətlə əlaqədar keçirmiş olduğu əməliyyat və əməliyyatdan sonrakı müalicə və müayinə səbəbindən məzuniyyətdə olduğu dövr üzrə ödənilməli olan əlavə (yəni, əmək haqqının ikiqat ödənilməsi) pul təminatının; -xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailələrinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə verilməli olan kompensasiyanın; -Dövlət Sərhəd Xidməti rəisinin (Zəfər günü münasibəti ilə) 04 dekabr 2020-ci il tarixli əmrinə əsasən ona verilməli olan 13-cü əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində ölkənin müxtəlif bölgələrində 27 il xidmət keçərək polkovnik-leytenant rütbəsinə yiyələnmiş, 2020-ci ilin yanvar ayının 16-da səhhətində yaranmış problemlə əlaqədar yazılı müraciəti əsasında 19 may 2021-ci il tarixli əmrlə təqaüdə buraxılmışdır. O, 2015-ci ilin növbəti məzuniyyətdən 40 gün və 2018-ci ilin növbəti məzuniyyətdən isə 18 gün istifadə etmədiyindən həmin günlərin kompensasiya əvəzi ona ödənilməli olduğu halda ödənilməmişdir. 2019-cu ilin fevral ayının 25-dən 2019-cu ilin iyun ayının 5-nə kimi, xidmət dövründə X7 Divizyasının 2-ci Sərhəd Komendatlığının 37-ci sərhəd döyüş məntəqəsində döyüş mövqelərinə baxış keçirərkən yıxılaraq sol bazu oynağından aldığı xəsarətlə əlaqədar keçirmiş olduğu əməliyyat və əməliyyatdan sonrakı müalicə və müayinə səbəbindən məzuniyyətdə olması ilə əlaqədar əlavə (yəni, əmək haqqının ikiqat ödənilməsi) pul təminatı ödənilməmişdir. «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 20.12-ci madddəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailələrinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. İddiaçı 11 oktyabr 2017-ci il tarixindən 12 oktyabr 2018-ci il tarixinədək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissənin 1-ci sərhəd Komendatlığının (Lerik rayonu) Komendantı vəzifəsində xidmət keçmiş, 12 oktyabr 2018ci il tarixindən - 05 aprel 2019-cu il tarixinədək N saylı hərbi hissənin 2-ci Sərhəd Komendatlığının (Qazax rayonu) Komendantı vəzifəsində xidmət keçmiş, 05 apel 2019-cu il tarixindən-19 may 2021-ci il tarixinədək isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissənin 1-ci sərhəd Komendatlığının (Lerik rayonu) Komendantı vəzifəsində xidmət keçmişdir. Dövlət Sərhəd Xidməti rəisinin (Zəfər günü münasibəti ilə) 04 dekabr 2020-ci il tarixli əmrinə əsasən dövlət sərhəd xidmətinin bütün hərbi qulluqçularına vəzifə və rütbə maaşlarının 2 (iki) mislinin ödənilməsinin təmin edilməsi qeyd olunmuşdur. Lakin 13-cü əmək haqqı iddiaçıya ödənilməmişdir. xx.xx.2021ci il tarixdə poçt vasitəsilə ərizə ilə cavabdehə müraciət edərək, xidmət etdiyi dövrlərdə ona ödənilməmiş təminatların ödənilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməmiş, mümkünsüz sayılmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş müvafiq əmrlərin surətindən görünür ki, iddiaçı 2018-ci il üçün nəzərdə tutulmuş növbəti məzuniyyətdən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixdək 1 gün, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 4 gün, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixdək 3 gün istifadə etmiş və 2018-ci ildə istifadə etmədiyi məzuniyyət günlərini xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdək 37 gün olmaqla istifadə etmişdir. Azərbayacan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında əsasnaməsinin 4.62-ci bəndinə əsasən pul təminatının ödənilməsinə əmsallar tətbiq olunan hərbi hissədən gedən hərbi qulluqçulara bu Əsasnamənin 4.63-cü bəndində göstərilən hallar və əmsallar tətbiq olunan hərbi hissələr istisna olmaqla bütün hallarda (məzuniyyət, ezamiyyət, müalicə, təhsil, həbs və s.) pul təminatının əmsallarla ödənilməsi getdiyi gündən dayandırılır. Həmin Əsasnamənin 4.63-cü bəndinə əsasən döyüş əməliyyatları zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən yaralanmış və ya xəsarət almış hərbi qulluqçulara pul təminatı müalicədə və müalicə ilə bağlı məzuniyyətdə olduqları bütün dövr üçün, lakin bir ildən çox olmamaqla, hərbi hissəsi üçün müəyyən edilmiş əmsallar saxlanılmaq şərti ilə ödənilir. İddiaçı xəstəliklə bağlı məzuniyyətə göndərilmiş və nəzərdə tutulmuş pul təminatından tam olaraq istifadə etmiş və məhkəmə iclasında bunu təsdiqləmişdir. İddiaçı heç bir döyüş əməliyyatları zamanı, habelə döyüş tapşırıqlarını yerinə yetirərkən yaralanmamış və ya xəsarət almamışdır. Sabiq hərbi qulluqçu xidmət zamanı xəsarət aldığını qeyd etsə də, hərbi hissənin tibb məntəqəsinə qeyd olunan xəsarət alması ilə bağlı müraciət etməmiş və qeyd olunan xəsarət tibb məntəqəsində qeydə alınmamışdır. Belə ki, hərbi qulluqçu 2019-cu ilin hesabına növbəti məzuniyyətdə olduğu vaxt DSX-nin hərbi hospitalına müraciət etmişdir. 2020-ci ilin yekunlarına görə hərbi qulluqçulara birdəfəlik pul mükafatı verilərkən İddiaçı xidməti vəzifə borclarının icrasına səhlənkar yanaşdığı, hərbi və ximət intizamını kobud şəkildə pozduğu üçün hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, N nömrəli əmri ilə qeyd olunan pul mükafatına layiq görülməmişdir. Ümumiyyətlə iddiaçının iddia etdiyi Dövlət Sərhəd Xidməti rəisinin (zəfər günü münasibəti ilə) 04 dekabr 2020-ci il tarixli əmri mövcud deyil və iddia tələbinin bu hissəsi də mümkünsüz sayılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2703/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 2015-ci il üzrə 40 gün və 2018-ci il üzrə 18 gün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın və 2019-cu ilin fevral ayının 25-dən 2019-cu ilin iyun ayının 5-nə kimi müalicə və xəsətlik məzuniyyətində olduğu dövrdə ödənilməyən pul təminatının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarını xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi və 13-cü əmək haqqının ödənilməsi hissəsində ləğv edib, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: İddia ərizəsində 3-cü tələbilə bağlı yəni, “xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarətialmış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydalarına istinad edən məhkəmə kompensasyanın verilməsi üçün 3 şərtin mövcud olması vacibliyini qeyd edərək ona münasibətdə 3-cü şərtin ödənilməməsi səbəbindən bu hissədə iddia tələbini əsaslı hesab etməmişdir. Bu səbəbdən məhkəmə belə bir nəticəyə gəlmişdir ki, iddiaçı xəsarəti 2018-ci ilin noyabr ayında xidməti vəzifələrinin icrası zamanı almış olsa da, bu xəsarətdən sonra xidmətini davam etdirmiş, yalnız 2021-ci tarixdə xidmətində buraxdığı ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunan maddi hüquq normasının düzgün təfsir edilməməsi səbəbindən məhkəmə yanlış nəticəyə gəlmişdir. Çünki, iş materiallarinda olan və məhkəmənin də istinad etmiş olduğu Xidmətin Mərkəzi Hərbi Həkim Komisyasının xx.xx.2020-ci iltarixli 668 nömrəli arayışından və işə əlavə edilmiş digər arayışlardan da görundüyü kimi o, dövlət sərhədinin bilavasitə mühafizəsini təşkil edən əsas bölmərdə, xüsusi təyinatlı hissələr, dəniz piyadası, havadesant, desant-hücümhərbi hissələrində cuüctü gəmilərdə, tankların, özügedən artilerya qurğularının, tank və dartıcılar üzərində qurulmuş mühəndis maşınlarının sürücüləri vəekipaj üzvüləri vəzifələrində, PDM-lərin, zirehli maşınların və raket hissələrinin buraxıcı qurğularının sürücüləri və ekipaj üzvüləri vəzifələrində xüsusi qurğularda hərbi xidmətə yararsız kimi qiymətləndirilmişdir. Həmin arayışlarda onun sıradan kənar hərbi xidmətə yararlılığı qeyd edilmişdir. Göründüyü kimi, dövlət sərhədinin bilavasitə mühafizəsini təşkil edən əsas bölmərdə, xüsusi təyinatlı hissələr, dəniz piyadası, hava-desant, desant-hücüm hərbi hissələrindəcuüctü gəmilərdə, tankların, özügedən artilerya qurğularının, tank və dartıcılar üzərində qurulmuş mühəndis maşınlarının sürücüləri və ekipaj üzvüləri vəzifələrində, PDM-lərin, zirehli maşınların və raket hissələrinin buraxıcı qurğularının sürücüləri və ekipaj üzvüləri vəzifələrində xüsusi qurğularda hərbi xidmətə yararsız olduğu halda Dövlət Sərhəd Xidməti rəisinin 05 aprel 2019-cu ilo tarixli 302 nömrəli əmri ilə tamamilə qanunsuz olaraq Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissasinin 1-ci Sərhəd Komendatlığının (Lerik rayonu) Komendatı vəzifəsinə təyin edilmiş, yəni, Mərkəzi Hərbi Həkim Komisyasının xx.xx.2020-ci il tarixli 668 nömrəli arayışında onun dövlət sərhədinin bilavasitə mühafizəsini təşkil edən əsas bölmərdə, xüsusi təyinatlı hissələr, dəniz piyadası, hava-desant, desant-hücüm hərbi hissələrində cuüctü gəmilərdə, tankların, özügedən artilerya qurğularının, tank və dartıcılar üzərində qurulmuş mühəndis maşınlarının sürücüləri və ekipaj üzvüləri vəzifələrində, PDM-lərin, zirehli maşınların və raket hissələrinin buraxıcı qurğularının sürücüləri və ekipaj üzvüləri vəzifələrində xüsusi qurğularda hərbi xidmətə yararsız olduğu göstərilsə də tamamilə qanunsuz və əsassız olaraq yenidən onu Xidmətin Sərhəd Qoşunlarının N saylı hərbi hissasinin 1-ci Sərhəd Komendatlığının (Lerik rayonu) Komendatı vəzifəsinə göndərmişlər. Mülki vəzifəli deyil, hərbi vəzifəli şəxs olduğundan və təyin edildiyi xidmət yerinə gedərək vəzifəsini icra etmişdir. Səhətində problemlər səbəbindən dəfələrlə ehtiyata buraxılması ilə bağlı müraciət etsə də buna məhəl qoyulmamışdır. Belə olan halda 16 yanvar 2020-ci iltarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissasinin komandirinə raport yazaraq ehtiyata buraxılmasını xahiş etmişdir. Məhz bu raportdan sonra rəhbərlik ona başqa-başqa vəzifələr təklif etsə də, səhətinin ağır olduğunu bildirməyi səbəbindən bu təkliflərdən imtina etmişdir. Sonradan isə fərqli istiqamət götürülərək güya xidmətdə yol verdiyi nöqsana görə sərəncama götürülməklə bir müddət sonra ehtiyata buraxılıb. “Xidməti vəzifələrinin icrasızamanı həlak olmuş, bədən xəsarətialmış, sağlamlığına digərzərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydalarına istinad edən məhkəmə kompensasyanın verilməsi üçün 3 şərtin mövcud olması vacibliyini qeyd edərək ona münasibətdə 3-cü şərtin ödənilmədiyini bildirsə də əslində, Qaydaların 3-cü şərtinin mahiyyəti ondan ibarətdir ki, “xəsarət əməkdaşın xidmətinin davam etdirilməsini istisna etməlidir”. Xəsarətin əməkdaşın xidmətinin davam etdirilməsini istisna etməsi isə, Hərbi Həkim Komisyasının rəyi əsasında müəyyən edilir ki, Xidmətin Mərkəzi Hərbi Həkim Komisyasının xx.xx.2020-ci il tarixli 668 nömrəli arayışında onun dövlət sərhədinin bilavasitə mühafizəsini təşkil edən əsas bölmərdə, xüsusi təyinatlı hissələr, dəniz piyadası, hava-desant, desant-hücüm hərbi hissələrində gəmilərdə, tankların, özügedən artilerya qurğularının, tank və dartıcılar üzərində qurulmuş mühəndis maşınlarının sürücüləri və ekipaj üzvüləri vəzifələrində, PDM-lərin, zirehli maşınların və raket hissələrinin buraxıcı qurğularının sürücüləri və ekipaj üzvüləri vəzifələrində xüsusi qurğularda hərbi xidmətə yararsız olduğu göstərilmişdir. Xidmət rəhbərliyi tərəfindən Mərkəzi Hərbi Həkim Komisyasının rəyinə zidd olaraq onu yenidən xidməti vəzifənin icrasına göndərməsi isə məhkəmənin “iddiaçı xəsarəti 2018-ciilin noyabr ayında xidməti vəzifələrinin icrası zamanı almış olsa da, bu xəsarətdən sonra xidmətini davam etdirmdir” kimi qiymənləndirərək Qaydaların 3-cü şərtinin iddiaçıya münasibətdə ödənilmədiyi qənaitinə gəlməsi tamamilə qanunsuz və əsassızdır. İddia ərizəsində qeyd edilən 4-cü tələblə bağlı məhkəmə Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli telefonoqramasına istinad edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ciiltarixli 562 nömrəli qərarına müvafiq olaraq 2020-ci ilin yekunlarına görə hərbi qulluqçulara birdəfəlik pul mükafatının verilməsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissasinin komandirinin 0205 nşmrəli xx.xx.2020-ci il tarixli mükafatlandırma haqqında əmri lə iddiaçının birdəfəlik pul mükafatından məhrum edilməsinə əsaslanaraq bu hissədə də iddianı təmin etməmişdir. Halbuki, iddia ərizəsində də qeyd etdiyi kimi, 08 noyabr zəfər günü münasibəti ilə X1 xx.xx.2020-ci il tarixli 3779 telefonoqramasında qeyd olunan DSX rəisinin xx.xx.2020-ci il tarixl imüvafiq əmri ilə 13-cü əmək haqqı bütün hərbi qulluqçular aid edilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişlər (Hazırkı məhkəmə iclası barədə xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmiş,İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.) Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndələri K.Ağalarov və N.Əlizadə eyni hallara dair iş üzrə Ali Məhkəmənin qərarı ilə iddianın rədd olunduğunu qeyd edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədə xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçının apellyasiya şikayətindən göründüyü kimi, birinci instansiya məhkəməsinin qərarı onun tərəfindən xidmət dövründə aldığı xəsarətlə əlaqədar kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyekti kimi kompensasiya verilməsi, habelə, 13-cü əmək haqqının ödənilməsi haqqında iddia tələblərinin rədd olunması hissəsində mübahisələndirilmişdir. İPM-in qeyd olunan 82-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə iddiaçının şikayəti həddində, yəni kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti kimi onun sağlamlığına dəymiş zərərə görə kompensasiya verilməsi və 13-cü əmək haqqının ödənilməsi hissəsində yoxlanılıb hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə iddianın rədd olunması əsaslıdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.2018-ci il tarixdə xidmət dövründə xidməti vəzifəsini yerinə yetirərkən xəsarət almış və son nəticədə onun aldığı həmin xəsarət Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində onun aldığı həmin xəsarət “sol bazu oynağının supraspinatus əzələsinin qopması (noyabr, 2018) görə xx.xx.2019-cu il tarixə “Əzələ bərpası” əməliyyatından sonrakı bazu oynağının kəskin keçici kontrakturası, funksiyaların müvəqqəti pozulması ilə” diaqnozu ilə “Travmadır, hərbi xidmət dövründə alınmışdır.” "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında 3 avqust 2004-cü il tarixli 104 nömrəli Fərmanın 2.3cü bəndinə əsasən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli Qərarı ilə təsdiq edilmiş (dərc edilmir) “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 1.1-ci bəndinə görə bu qaydalar xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına (bundan sonra - əməkdaş) və ya onların ailəsinə birdəfəlik kompensasiyanın verilməsi şərtlərini, həcmini və ödənilməsi qaydasını müəyyən edir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Həmin Qaydaların 2.3-cü bəndinə görə xidməti vəzifələrinin icrası ilə bağlı olmayan xəsarət və ya xəstəlik nəticəsində həlak olmuş (vəfat etmiş) və ya xidmətinin davam etdirilməsi istisna edilmiş əməkdaşa, yaxud onun ailə üzvlərinə kompensasiya ödənilmir. Həmin Qaydaların 3.6-cı bəndinə görə xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edildikdə aşağıdakı sənədlər kompensasiyanın təyin edilməsi üçün əsas götürülür: -kompensasiya ödənilməsi üçün əməkdaşın ərizəsi; -xidmətinin davam etdirilməsini istisna edən xəsarətin xidməti vəzifələrinin icrası ilə səbəb əlaqəsi barədə hərbi-həkim komisssiyasının qərarı (4 nömrəli əlavə); -əməkdaşın pul təminatı barədə maliyyə struktur bölməsinin arayışı. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarına: 1.Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı xidmət etdiyi dövrdə; 2) xidməti vəzifələrinin icrası ilə əlaqədar travma (xəsarət) aldıqda ; 3) həmin xəsarət onun xidmətinin davam etdirilməsini istisna etdikdə - sözügedən bu üç şərtin vəhdət təşkil etdiyi hallarda, üç illik pul təminatı həcmində kompensasiya ödənilə bilər. Konkret halda isə iş materiallarına əsasən iddiaçıya münasibətdə birinci iki şərt (iddiaçının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı olması və xidmət etdiyi dövrdə xəsarəti 2019-cu ilin noyabr ayında xidməti vəzifələrinin icrası zamanı xəsarət alması) yerinə yetirilsə də, üçüncü şərt, yəni, aldığı həmin xəsarətin onun xidmətinin davam etdirilməsini istisna etməsi sübuta yetirilmir. Belə ki, iş materillarına əsasən iddiaçının 2018-cu ilin noyabr ayında xidməti vəzifələrinin icrası zamanı xəsarət aldığı müəyyən olunsa da, aldığı həmin xəsarətdən sonra da o, xidmətini davam etdirmiş və yalnız Azərbaycan Respublikası DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin Nizami hissə üzrə 036 nömrəli xx.xx.2021-ci il tarixli əmri ilə hərbi hissədə keçirilmiş attestasiya komissiyası iclasının xx.xx.2021-ci il tarixli 01 nömrəli protokolu əsasında, xidmətində buraxdığı ciddi nöqsanlara görə 1-ci sərhəd komendantlığının komendantı polkovnik-leytenant vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına götürülmüşdür. Qeyd olunmalıdır ki, hazırkı apellyasiya mərhələsində də məhkəmənin xx.xx.20023cü il tarixli aralıq qərardadı ilə müddət təytn edilməklə mübahisələndirilən hissələrdə iddiaçının müraciətinə yenidən baxılması cavabdeh orqana həvalə edilmiş və sonuncu həmin qərardadın icrası ilə bağlı məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, iddiaçı 2018-ci ilin noypabr ayında xidməti vəzifələrinin icrası zamanı xəsarət almış, bu xəsarətdən sonra da o, xidmətini davam etdirmiş, yalnız Dövlət Sərhəd Xidməti rəisinin 19 may 2021-ci il tarixli 862 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə əsasən ehtiyata buraxılmışdır. Həmin məktubda, iddiaçının mübahisələndirilən Dövlət Sərhəd Xidməti rəisinin (Zəfər günü münasibəti ilə) 04 dekabr 2020-ci il tarixli əmrinə əsasən ona verilməsini tələb etdiyi 13-cü əmək haqqı ilə əlaqədar isə cavabdeh bildirmişdir ki, Zəfər günü münasibəti ilə əlaqədar olaraq hərbi qulluqçulara mükafatın verilməsi barədə hər hansı bir əmr mövcud deyildir. Eləcə də qüvvədə olan qanunvericilikdə də 13-cü əmək haqqı adında təminat nəzərdə tutulmamışdır. 2020-ci ilin yekunlarına görə hərbi qulluqçulara birdəfəlik pul mükafatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli Qərarına müvafiq olaraq sabiq hərbi qulluqçu İddiaçı xidməti vəzifə borclarının icrasına səhlənkar yanaşdığı, hərbi və xidmət intizamını kobud şəkildə pozduğu üçün hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmri ilə qeyd olunan pul mükafatına layiq görülməmişdir. Qeyd olunanlar, cavabdehin işə əlavə olnmuş xx.xx.2020-ci il tarixli telefonoqramı və DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.2020-ci il tarixli mükafatlandırma haqqında ləğv edilməmiş qüvvədə olan əmri ilə də öz təsdiqini tapır . Göründüyü kimi, iddiaçının üç illik pul təminatı həcmində kompensasiya tələbinin, habelə, onun 13-cü əmək haqının ödənilməsi barədə iddia tələblərinin təmin edilməsini zəruri edən faktiki şərtlərinin möcudluğu nəinki sübuta yetirilir, əksinə, cavabdeh tərəfindən təkzib olunur. Belə olan halda, cavabdeh tərəfindən həmin hissələrdə onun tələblərinin təmin olunmasından imtina edilməsi qanuni olmaqla, hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin də məhz, məzmunundan irəli gələn mənası ondan ibarətdir ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o zaman öhdəlik qoya bilər ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə qərar qəbul edərkən, işin faktiki hallarına düzgün hüquqi qiymət vermiş, maddi hüquq normalarına uyğun olan iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir (Oxşar iş üzrə Ali Məhkəmənin Qərarı işə əlavə olunur). Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2703/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsinsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2703/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-449/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-449/2023
16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver