Məhkəmə qərarları › İş №2-1(103)-449/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-449/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-449/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “silinmiş məbləğin artıq ödəmə kimi şəxsi hesab vərəqəsində bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “silinmiş məbləğin artıq ödəmə kimi şəxsi hesab vərəqəsində bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-329/2023 saylı 31 may 2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, "xxxx" QSC-də (VÖEN; **********) cari bəyannamələr ilə 2016-cı il üzrə 9888,93 manat və 2017-ci il üzrə 7416,70 manat əmlak vergisi, eləcə də, kameral yoxlama ilə hesablanmış, 2016-cı ilin iyul-noyabr ayları üzrə 282,71 manat əlavə dəyər vergisi və 2015-ci il üzrə 4217,35 manat əmlak vergisi olmaqla, ümumilikdə, xeyli miqdar təşkil edən, 21805,6 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. Həmin fakt üzrə 03 dekabr 2018-ci il tarixdə Baş İdarənin istintaq və təhqiqat idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, kiçik ədliyyə müşaviri X6 tərəfindən Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsilə cinayət işi başlanmış, icraata qəbul edilərək ibtidai araşdırma aparılmışdır. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019cu il tarixli, 2019-cu il tarixli, ********** saylı məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə "xxxx" QSC-nin yenidən təşkil olunaraq İddiaçı MMC-yə qoşulması barədə cəmiyyətin səhmdarlarının ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarla əlaqədar olaraq qiymətli kağızların dövlət reyestrində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müvafiq qeydlər aparılmışdır. Kommersiya qurumunun Dövlət Reyestrindən xx.xx.2019-cu il **********841000 nömrəli çıxarışından görünür ki, "xxxx" QSC "xxxx" MMC-nə (VÖEN: **********) qoşulmuş və yenidən təşkil edilmiş "xxxx" MMC “AER Company" QSC-nin hüquqi varisidir. İstintaq zamanı müəyyən edilmişdir ki, "xxxx" QSC "AER Company Qrup” MMC-nə qoşulmuş və yenidən təşkil edilmiş "xxxx" MMC "xxxx" QSC-nin hüquqi varisidir, "xxxx" QSC-nin hüquqi sənədləri və möhürü ləğv edilməsi üçün xx.xx.2019-cu il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə təhvil verilmiş, “AER Company" QSC-nin bütün öhdəlikləri və borcları yenidən təşkil edilən "xxxx" MMC-yə ötürülmüş və vergilər nazirinin xx.xx.2014-cü il tarixli, **********162000 nömrəli əmri iiə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”nn tələblərinə əsasən müəssisələrin şəxsi hesab vərəqələrinin birləşdirilməsi ilə "xxxx" QSC-nin İddiaçı MMC-nə birləşdirilməsi prosesi başa çatacaq. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********882700 saylı xx.xx.2020-ci il tarixili məktubundan görünür ki, şəxsi hesab vərəqələrinin birləşdirilməsi üçün "xxxx" QSC-nin şəxsi hesab vərəqəsi Bakı şəhəri Lokal Gəlrlər Baş İdarəsinə göndərilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan AER Company Qrup” MMC-nın xx.xx.2020-ci il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, cəmiyyətin həmin tarixə 20721,77 manat artıq ödəməsi olmuş, hər iki müəssisənin şəxsi hesab vərəqələrinin birləşdirilməsi nəticəsində "xxxx" QSC-nin 21805,69 manat məbləğində vergi borcunun 20721,77 manat olan hissəsi "xxxx" MMC-nin artıq ödəmə hesabına ödənilmişdir. Cavabdehin **********150300 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, cəmiyyətdə aparılmış səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli **********26992 nömrəli qərara əsasən 25505,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 88.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2020-ci il tarixə qeyd edilən maliyyə sanksiyası məbləğindən 7325,35 manat borc qalmış və həmin məbləğ "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə keçirilmişdir. Şəxsi hesab vərəqələri birləşdirilərkən ləğv edilən “AER Company " QSC-nin (VÖEN **********) 8657,48 manat faiz borcu "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə faiz borcu kimi deyil, maliyyə sanksiyası kimi keçirilmişdir. Hazırda İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən “cəmiyyət tərəfindən həyata keçirilmiş və tələbetmə müddəti ötmüş maliyyə sanksiyası kimi borca silinmiş 22192.95 manat məbləğində ödənişin şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsini” tələb edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “AER Company" QSC-nin şəxsi hesab vərəqəsində xx.xx.2014-cü il tarixdə kameral vergi yoxlaması nəticəsində hesablanmış 25505 manat vergi borcu mövcud olmuşdur. Həmin borc üzrə 5 illik tələbetmə müddəti bitdikdən sonra silinməsi ilə bağlı vergi orqanına dəfələrlə müraciət edilsə də, hər hansı müsbət nəticə əldə edilməmişdir. Daha sonra "xxxx" QSC-nin (VÖEN **********) "xxxx" MMC-yə (**********) birləşdirilməsi nəticəsində qeyd olunan 25505 manat borc məbləği xx.xx.2020-ci il tarixdə "xxxx" QSC-nin şəxsi hesab vərəqəsindən "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə transfer edilmişdir. Bundan sonra, cavabdeh vergi orqanı cəmiyyətin bank hesabına alınma sərəncamı qoyaraq 25505 manat məbləğində pul vəsaitinin bank hesabından dövlət büdcəsinə silinməsini həyata keçirmişdir. Halbuki, həmin vergi borcu üzrə tələbetmə müddəti ötmüşdü və cavabdeh vergi orqanı həmin vergi borcunu ümidsiz borc qismində silməli idi. "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən silinmiş 25505 manat ödənişin artıq ödəmə qismində bərpa edilməsi barədə xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh vergi orqanına müraciət edilsə də, müraciət təmin edilməmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmiş və ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" QSC-nin faiz hesablanması məqsədləri üçün şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2015-ci il tarixə 14394.54 manat artıq ödəmə, xx.xx.2014-cü il tarixdə edilmiş 146.09 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 811.62 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 811.52 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 146.09 manat, xx.xx.2014- cü il tarixdə edilmiş 466 manat, xx.xx.2015-ci il tarixdə edilmiş 1320.6 manat, qoşulma prosesindən sonra xx.xx.2020-ci il tarixdə edilmiş 12680.98 manat ödənişlər, eləcə də xx.xx.2015-ci il tarixdə 2015-ci ilin may ayı üzrə 3633 manat, xx.xx.2015-ci il tarixdə 2015-ci ilin iyun ayı üzrə 610.75 manat, qoşulma prosesindən sonra isə xx.xx.2020-ci il tarixdə 2020-ci ilin may ayı üzrə 6333.26 manat azalma yuxarıda qeyd olunan 25505 manat maliyyə sanksiyasından silinmiş, nəticədə 25505 manat maliyyə sanksiyası üzrə hər hansı borc məbləği qalmamışdır. Qeyd olunan ödənişlərin bir qisminin 25505 manat maliyyə sanksiyasına silinməsi ilə razılaşılsa da, digər ödənişlərin və azalmaların həmin maliyyə sanksiyasına aid edilməsi qanunsuz olmuşdur. İlk öncə xx.xx.2015-ci il tarixdə mövcud olmuş 14394.54 manat artıq ödəmənin 25505 manat maliyyə sanksiyası üzrə borc ilə əvəzləşməsinə münasibətdə bildirilir ki, faiz hesablanması məqsədləri üçün şəxsi hesab vərəqəsində 25505 manat maliyyə sanksiyasından öncə 14394.54 manat artıq ödəmənin görsənməsinə baxmayaraq, yazılma tarixi üzrə şəxsi hesab vərəqəsində maliyyə sanksiyasının hesablandığı xx.xx.2014-cü il tarixdə cəmiyyətin 48.03 manat borcunun olduğu görsənir ki, bu da xx.xx.2015-ci il tarixdə (hesablamadan 7 ay əvvəlki tarixə olan) artıq ödəmənin xx.xx.2014-cü il tarixdə tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcla əvəzləşməsinin qanunsuz olduğunu göstərir. Daha sonra, xx.xx.2015-ci il tarixdə 2015-ci ilin may ayı üzrə təqdim edilmiş bəyannamə nəticəsində şəxsi hesab vərəqəsində yaranmış 3633 manat azalma məbləği maliyyə sanksiyası üzrə qalıq borcdan silindiyi halda, xx.xx.2015-ci il tarixdə kameral vergi yoxlaması nəticəsində həmin dövr üzrə azaldılmış vergi məbləğinin 291.47 manat hissəsi bərpa edilsə də, bərpa edilmiş məbləğ maliyyə sanksiyası üzrə borca deyil, vergilər üzrə borc qrafasına bərpa edilmişdir. Halbuki, silinmə maliyyə sanksiyası üzrə borcdan həyata keçirildiyinə görə, bərpa da maliyyə sanksiyası üzrə borca olmalı idi. Yuxarıdakı paraqrafda qeyd olunan səhv xx.xx.2015-ci il tarixdə 2015-ci ilin iyun ayı üzrə 610.75 manat azalma əməliyyatı zamanı da təkrarlanmışdır. Belə ki, azaldılmış vergi məbləğinin 321.59 manat hissəsi xx.xx.2015-ci il tarixdə kameral vergi yoxlaması nəticəsində əsassız hesab edilərək bərpa edilsə də, qeyd olunan məbləğ düzgün olmayaraq vergi borcu hissəsinə əlavə edilmişdir. Qoşulma prosesindən sonra xx.xx.2020-ci il tarixdə 2020-ci ilin may ayı üzrə verilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsi nəticəsində şəxsi hesab vərəqəsində yaranmış 6333.26 manat azalma 25505 manat maliyyə sanksiyası üzrə qalıq borca silinmişdir. Halbuki, yazılma tarixi üzrə şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə cəmiyyətin vergilər üzrə 1.098.921,70 manat borcu mövcud olmuşdur ki, bu da azaldılmış 6333.26 manat vergi məbləğinin maliyyə sanksiyası üzrə borcdan silinməsini istisna edir. Qoşulma prosesindən sonra xx.xx.2020-ci il tarixdə edilmiş və maliyyə sanksiyası üzrə qalıq borca aid edilmiş 12680.98 manat ödənişə münasibətdə, həmin ödəniş edildiyi zaman 25505 manat maliyyə sanksiyası üzrə qalıq borcun 5 illik tələbetmə müddəti ötdüyündən, həmin ödəniş xx.xx.2020-ci il tarixdə şəxsi hesab vərəqəsində tələbetmə müddəti ötməmiş digər borclara aid edilməli idi. Belə ki, xx.xx.2014-cü il tarixdə tətbiq edilmiş 25505.0 manat maliyyə sanksiyası üzrə tələbetmə müddəti xx.xx.2019-cu il tarixdə bitdiyi halda, şəxsi hesab vərəqəsindən ümidsiz borc kimi silinməmiş və xx.xx.2020-ci il tarixdə edilmiş ödəniş düzgün olmayaraq həmin borca aid edilmişdir. Göründüyü kimi, xx.xx.2014-cü il tarixdə edilmiş 146.09 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 811.62 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 211.49 manat, xx.xx.2014- cü il tarixdə edilmiş 146.09 manat, xx.xx.2015-ci il tarixdə edilmiş 173.66 manat, xx.xx.2015-ci il tarixdə edilmiş 1320.60 manat ödənişlərin, xx.xx.2015-ci il tarixdə 504.81 manat, xx.xx.2015-ci il tarixdə 610.75 manat azalmaların maliyyə sanksiyası üzrə borca silinməsi qanuni olsa da, xx.xx.2015-ci il tarixdə mövcud olmuş 14394.54 manat artıq ödəmənin, xx.xx.2020-ci il tarixli 6333.26 manat azalmanın və xx.xx.2020-ci il tarixli 12680.98 manat ödənişin maliyyə sanksiyası üzrə borcun qalıq hissəsinə silinməsi və ƏDV bəyannamələri üzrə azaldılmış vergi məbləğlərinin kameral vergi yoxlamaları nəticəsində bərpa edilmiş 613.06 manat hissəsinin vergi borcları üzrə sətrə əlavə edilməsi qanunsuz olmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, "xxxx" QSC-yə 25 505,00 manat maliyyə sanksiyası tətbiq edildikdən sonra şəxsi hesab vərəqəsində 11110,46 manat borcu yaranmışdır. Maliyyə sanksiyası tətbiq edilməmişdən qabaq Cəmiyyətin şəxsi hesab vərəqəsində 14 394,54 manat artıq ödəməsi mövcud olmuşdur. "xxxx" QSC ləğv olunmamışdan əvvəl şəxsi hesab vərəqəsinə əsasən 3 925,11 manat ləğv edilmiş (ödəniş və ya azalma ilə) və 7 185,00 manat maliyyə sanksiyası İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə işlənmişdir. Göründüyü kimi, heç də iddia ərizəsində qeyd olunduğu kimi 25 505 manat məbləğin tələbetmə müddəti ötürülməmişdir. İddiaçı heç bir əsas olmadan qeyd olunan məbləğin tələbetmə müddətinin keçdiyini iddia edərək dövlət büdcəsinə ödənilmiş olan maliyyə sanksiyasını geri almaq istəmiş və beləliklə, qanunvericiliklə müəyyən edilmiş öhdəliklərinin icrasından boyun qaçırmağa çalışmışdır. Etiraza əlavə onunla əsaslandırılmışdır ki, cəmiyyətdə aparılmış səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2014-cü il tarixli **********26992 nomrəli qərara əsasən 25505,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 88.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2020-ci il tarixə maliyyə sanksiyası üzrə məbləğdən 7325,35 manat borc qalmış və həmin məbləğ "xxxx" MMC-nin (VOEN: **********) şəxsi hesab vərəqəsinə keçirilmişdir. Belə ki, "xxxx" QSC-nin faiz hesablanması üçün şəxsi hesab vərəqəsindən göründüyü kimi faiz hesablanmayan qrafaya əsasən birləşmə tarixinə, yəni xx.xx.2020-ci il tarixə 7325,35 manat maliyyə sanksiyasından borcu qalmışdır. Həmin borc isə yeni yaranmış İddiaçı MMC-nin şəxsi vərəqəsinə keçirilmişdir. Belə olan halda vergi ödəyicisi tərəfindən qeyd olunan ödənişlərin 22192,95 manat hissəsinin maliyyə sanksiyası üzrə vaxtı keçmiş borc məbləğinə silinməsinə dair iddiası əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-329/2023 saylı 31 may 2023-cü il tarix qərarı ilə iddia tələbi qismən təmin edilərək, "xxxx" QSC-nin şəxsi hesab vərəqəsindən "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə keçirilən tələbetmə müddəti ötmüş maliyyə sanksiyası borcuna silinmiş 7185,35 manat məbləğində ödənişin iddiaçı "xxxx" MMC-nin şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilərək, qərarın qismən - iddianın təmin edilmədiyi hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, qərarın qismən - iddianın təmin edildiyi hissədə ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli 6333.26 manat azalmanın və xx.xx.2020-ci il tarixli 12680.98 manat ödənişin 2014-cü ildə hesablanmış 25505,0 manat maliyyə sanksiyası üzrə borcun qalıq hissəsinə silinməsinə gəldikdə, həm iş materialları, həm də ekspert rəyi ilə müəyyən edilir ki, həmin maliyyə sanksiyasında cəmi 7185,35 manat hissəsi xx.xx.2020-ci il tarixə mövcud olmuş və "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə keçirilmişdir. Buna görə də həmin məbləğlər "xxxx" QSC-nin xx.xx.2014-cü il tarixli vergi borcu üzrə deyil, digər vergi borcları ilə bağlı silindiyindən və həmin borclara dair tələbemə müddətinin keçməsi iş üzrə müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmənin yuxarıda qeyd olunan dəlillərinə münasibətdə bildirilir ki, məhkəmə qeyd edilən nəticəyə gələrkən işin hallarını tam araşdırmamışdır. Belə ki, "xxxx" QSC səhmdararın ümumi yığıncağının qərarına əsasən "xxxx" MMC-yə qoşulmuşdur. "xxxx" QSC-nin şəxsi hesab vərəqəsindən görünür ki, cəmiyyətin şəxsi hesab vərəqəsinə xx.xx.2014- cu il tarixdə 2013-cü hesabat ili üzrə 25505.0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. "xxxx" QSC-nin faiz hesablanması məqsədləri üçün şəxsi hesab vərəqəsindən görürük ki, xx.xx.2015-ci il tarixə 14394.54 manat artıq ödəmə, xx.xx.2014-cü il tarixdə edilmiş 146.09 manat, xx.xx.2014- cü il tarixdə edilmiş 811.62 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 811.52 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 146.09 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 466 manat, xx.xx.2015-ci il tarixdə edilmiş 1320.6 manat, qoşulma prosesindən sonra xx.xx.2020-ci il tarixdə edilmiş 12680.98 manat ödənişlər, eləcə də xx.xx.2015-ci il tarixdə 2015-ci ilin may ayı üzrə 3633 manat, xx.xx.2015-ci il tarixdə 2015ci ilin iyun ayı üzrə 610.75 manat, qoşulma prosesindən sonra isə xx.xx.2020-ci il tarixdə 2020-ci ilin may ayı üzrə 6333.26 manat azalma yuxarıda qeyd olunan 25505 manat maliyyə sanksiyasından silinmiş, nəticədə 25505 manat maliyyə sanksiyası üzrə hər hansı borc məbləği qalmamışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, qeyd olunan ödənişlərin bir qisminin 25505 manat maliyyə sanksiyasına silinməsi ilə razılaşsaq da, digər ödənişlərin və azalmaların həmin maliyyə sanksiyasına aid edilməsi qanunsuz olmuşdur. İlk öncə xx.xx.2015-ci il tarixdə mövcud olmuş 14394.54 manat artıq ödəmənin 25505 manat maliyyə sanksiyası üzrə borc ilə əvəzləşməsinə münasibətdə bildirilir ki, faiz hesablanması məqsədləri üçün şəxsi hesab vərəqəsində 25505 manat maliyyə sanksiyasından öncə 14394.54 manat artıq ödəmənin görsənməsinə baxmayaraq, yazılma tarixi üzrə şəxsi hesab vərəqəsində maliyyə sanksiyasının hesablandığı xx.xx.2014-cü il tarixdə cəmiyyətin 48.03 manat borcunun olduğu görsənir ki, bu da xx.xx.2015-ci il tarixdə (hesablamadan 7 ay əvvəlki tarixə olan) artıq ödəmənin xx.xx.2014-cü il tarixdə tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcla əvəzləşməsinin qanunsuz olduğunu göstərir. Daha sonra, xx.xx.2015-ci il tarixdə 2015-ci ilin may ayı üzrə təqdim edilmiş bəyannamə nəticəsində şəxsi hesab vərəqəsində yaranmış 3633 manat azalma məbləği maliyyə sanksiyası üzrə qalıq borcdan silindiyi halda, xx.xx.2015-ci il tarixdə kameral vergi yoxlaması nəticəsində həmin dövr üzrə azaldılmış vergi məbləğinin 291.47 manat hissəsi bərpa edilsə də, bərpa edilmiş məbləğ maliyyə sanksiyası üzrə borca deyil, vergilər üzrə borc qrafasına bərpa edilmişdir. Halbuki, silinmə maliyyə sanksiyası üzrə borcdan həyata keçirildiyinə görə, bərpa da maliyyə sanksiyası üzrə borca olmalı idi. Yuxarıdakı paraqrafda qeyd olunan səhv xx.xx.2015-ci il tarixdə 2015-ci ilin iyun ayı üzrə 610.75 manat azalma əməliyyatı zamanı da təkrarlanmışdır. Belə ki, azaldılmış vergi məbləğinin 321.59 manat hissəsi xx.xx.2015-ci il tarixdə kameral vergi yoxlaması nəticəsində əsassız hesab edilərək bərpa edilsə də, qeyd olunan məbləğ düzgün olmayaraq vergi borcu hissəsinə əlavə edilmişdir. Qoşulma prosesindən sonra xx.xx.2020-ci il tarixdə 2020-ci ilin may ayı üzrə verilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsi nəticəsində şəxsi hesab vərəqəsində yaranmış 6333.26 manat azalma 25505 manat maliyyə sanksiyası üzrə qalıq borca silinmişdir. Halbuki, yazılma tarixi üzrə şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2020- ci il tarixdə cəmiyyətin vergilər üzrə 1.098.921,70 manat borcu mövcud olmuşdur ki, bu da azaldılmış 6333.26 manat vergi məbləğinin maliyyə sanksiyası üzrə borcdan silinməsini istisna edir. Qoşulma prosesindən sonra xx.xx.2020-ci il tarixdə edilmiş və maliyyə sanksiyası üzrə qalıq borca aid edilmiş 12680.98 manat ödənişə münasibətdə isə bildirilir ki, həmin ödəniş edildiyi zaman 25505 manat maliyyə sanksiyası üzrə qalıq borcun 5 illik tələbetmə müddəti ötdüyündən, həmin ödəniş xx.xx.2020-ci il tarixdə şəxsi hesab vərəqəsində tələbetmə müddəti ötməmiş digər borclara aid edilməli idi. Belə ki, xx.xx.2014-cü il tarixdə tətbiq edilmiş 25505.0 manat maliyyə sanksiyası üzrə tələbetmə müddəti xx.xx.2019-cu il tarixdə bitdiyi halda, şəxsi hesab vərəqəsindən ümidsiz borc kimi silinməmiş və xx.xx.2020-ci il tarixdə edilmiş ödəniş düzgün olmayaraq həmin borca aid edilmişdir. Göründüyü kimi, xx.xx.2014-cü il tarixdə edilmiş 146.09 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 811.62 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 211.49 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 146.09 manat, xx.xx.2015- ci il tarixdə edilmiş 173.66 manat, xx.xx.2015-ci il tarixdə edilmiş 1320.60 manat ödənişlərin, xx.xx.2015-ci il tarixdə 504.81 manat, xx.xx.2015-ci il tarixdə 610.75 manat azalmaların maliyyə sanksiyası üzrə borca silinməsi qanuni olsa da, xx.xx.2015-ci il tarixdə mövcud olmuş 14394.54 manat artıq ödəmənin, xx.xx.2020-ci il tarixli 6333.26 manat azalmanın və xx.xx.2020-ci il tarixli 12680.98 manat ödənişin maliyyə sanksiyası üzrə borcun qalıq hissəsinə silinməsi və ƏDV bəyannamələri üzrə azaldılmış vergi məbləğlərinin kameral vergi yoxlamaları nəticəsində bərpa edilmiş 613.06 manat hissəsinin vergi borcları üzrə sətrə əlavə edilməsi qanunsuz olmuşdur. Məhkəmə işin bütün hüquqi və faktiki hallarını, yəni maliyyə sanksiyasının hansı ödənişlərə və azalmalara silindiyini dəqiq müəyyən etməmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında cavabdehin xx.xx.2014-cü il tarixli **********26992 nömrəli qərara əsasən "xxxx" QSC-yə tətbiq etdiyi 25505,0 manat maliyyə sanksiyasının 7185,35 manat hissəsini 5 il keçdikdən sonra, yəni xx.xx.2019-cu ildə silmədiyi, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə keçirdiyi, daha sonra isə artıq ödəmə və ödənişlər hesabına sildiyi qeyd olunur. Buna görə də məhkəmə hesab etmişdir ki, həmin məbləğin, yəni xx.xx.2014-cü il tarixli **********26992 nömrəli qərara əsasən "xxxx" QSC-yə tətbiq edilən 25505,0 manat maliyyə sanksiyasının tələbetmə müddəti bitməsinə baxmayaraq, ödənişlər hesabına silinmiş 7185,35 manat hissəsinin onun hüquqi varisi "xxxx" MMC-nin şəxsi hesab vərəqəsində artıq ödəmə kimi bərpa edilməsi hissəsində iddia tələbi əsaslıdır. Bildirilir ki, faiz hesablanmayan qrafaya əsasən birləşmə tarixinə, yəni xx.xx.2020-ci il tarixə 7325,35 manat maliyyə sanksiyasından borcu qalmışdır. Həmin borc isə yeni yaranmış Aer Compani MMC-nin şəxsi hesab vərəqəsinə keçirilmişdir. Məhkəmənin qərarda istinad etdiyi xx.xx.2023-cü il tarixli 9/9223 nömrəli ekspert rəyinə gəldikdə isə həmin rəy kifayət qədər əsaslandırılmamış, maliyyə sanksiyalarının hansı səbəbdən düzgün silinməməsi barədə heç bir əsas göstərilməmişdir. Məhkəmə tərəfindən qanunun tələb etdiyi şəkildə araşdırmanın aparılmaması nəticədə ədalətli olmayan məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnmişdir. Ədalətlilik prinsipinin pozulması məhkəmə araşdırmasının lazımi şəkildə aparılmasını birmənalı şəkildə şübhə altına qoyur və istisna edir. Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə verilmiş yazılı etirazın dəlilləri: Cavabdeh tərəfindən idiaçının apellyasiya şikayətinə verilmiş yazılı etiraz iddiaya dair yazılı etirazın və apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: İddiaçının vəkili və nümayəndəsi Nümayəndə öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının qismən - iddianın təmin edilmədiyi hissədə ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə qərar qəbul edilməsini, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının qismən, iddianın təmin edildiyi hissədə ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir, bundan əlavə hazırki iddia ilə bağlı cavabdeh quruma müraciəti olmuş, lakin tələbi təmin olunmadığı üçün iddia vermiş, onun iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********26992 saylı xx.xx.2014-cü il tarixli qərara əsasən "xxxx" QSC-yə 25505,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İşdə olan "xxxx" QSC-yə məxsus faiz hesablanması üçün şəxsi hesab vərəqəsindən məlum olur ki, həmin maliyyə sanksiyasından ödənişlər edilmiş və xx.xx.2016-cı il tarixə 7185,35 manat maliyyə sanksiyası borc qalmışdır. xx.xx.2016-cı il tarixdə hüquqi şəxsin əmlak vergisi ilə bağlı hesabatı təqdim etməməsinə görə "xxxx" QSC-yə 40 manat maliyyə sanksiyası tətbiq edilmiş, nəticədə "xxxx" QSC-nin xx.xx.2016cı il tarixə cəmi 7225,35 manat maliyyə sanksiyası üzrə borcu olmuşdur. xx.xx.2019-cu il tarixdə "xxxx" QSC-yə aktivlər barədə məlumatın təqdim edilməməsinə görə 100 manat maliyyə sanksiyası tətbiq edilmiş, nəticədə QSC-nin xx.xx.2019-cu il tarixə cəmi 7325,35 manat ödənilməmiş maliyyə sanksiyası üzrə borcu qalmışdır. xx.xx.2017-ci il tarixdə "xxxx" QSC-nin yenidən təşkil olunaraq İddiaçı MMC-yə qoşulması barədə cəmiyyətin səhmdarlarının ümumi yığıncağı tərəfindən qərar qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə hər iki müəssisənin şəxsi hesab vərəqələri birləşdirilmişdir. İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2020-ci il tarixə 20721,77 manat artıq ödəməsi olmuş, şəxsi hesab vərəqələrinin birləşdirilməsi nəticəsində "xxxx" QSC-nin 21818,21 manat mənfəət vergisi, 7325,35 manat maliyyə sanksiyası və 8657,48 manat faiz üzrə borcu İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə keçirilməsi nəticəsində həmin borc artıq ödəmə hesabına silinmiş və nəticədə onun xx.xx.2020-ci il tarixə 27079,27 manat vergi borcu yaranmışdır. Hazırda iddiaçı "xxxx" QSC-yə hesablanmış 25505,0 manat maliyyə sanksiyasından 22192.95 manat hissəsinin tələbetmə müddətinin ötməsi və əsassız əvəzləşdirmə aparılması ilə bağlı şəxsin hesab vərəqəsinə artıq ödəmə kimi bərpa edilməsini xahiş edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.1-ci maddəsinə əsasən hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən vergilərin (o cümlədən cari vergi ödəmələrinin) ödənilmə müddətlərinin pozulmasına görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. Həmin Məcəllənin 85.3-cü maddəsinə əsasən vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 93.1-ci maddəsinə müvafiq olaraq vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: - 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; -93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. - 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. İstinad olunan maddələrin tələblərindən görünür ki, Vergi Məcəlləsində müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir. «Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 30 dekabr 2016cı il tarixli 474-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən, vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən vergi ödəyicilərinin vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən həmin Qanunun 2.1-ci maddəsi nəzərə alınmaqla, vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti tədbirləri və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir: Həmin Qanunun 2.2.1-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir; Həmin Qanunun 2.2.2-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar – fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 50 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir; Həmin Qanunun 2.2.3-cü maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 30 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfndən xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/9223 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, "xxxx" QSC-nin ümumilikdə 47801,04 manat məbləğində vergi borcu (əsas vergi borcu 31818,21 manat, faiz borcu 8657,48 manat və maliyyə sanksiyası 7325,35 manat olmaqla) "AER Company Qrup” MMC-nin şəxsi hesab vərəqəsinə köçürülmüşdür. Həmin köçürülmüş məbləğin təqdim edilmiş iş materiallarında olan "xxxx" QSC-nin şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixə yaranmış borcu olmuşdur. Eyni zamanda “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli **********26992 nömrəli qərarla "xxxx" QSC-yə hesablanmış 25505 manat maliyyə sanksiyasından 7325,35 manat məbləğ maliyyə sanksiyası kimi "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə köçürülmüşdür. Həmçinin "xxxx" QSC və "xxxx" MMC tərəfindən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli **********26992 nömrəli qərarla ayrı-ayrı tarixlərdə edilmiş ödənişlərin ümumilikdə məbləği 25505,00 manat məbləğində olmuşdur. Yəni, həmin qərarla hesablanılmış maliyyə sanksiyasının bütün məbləği ödənilmişdir. Həmçinin qeyd edilir ki, Vergi Məcəlləsinin 85.4. və 88.1. maddələrinin tələblərinə, iş materiallarında olan şəxsi hesab vərəqəsi və digər vərəqələrə əsasən həmin ödənişlərin 7325,35 manat məbləğində olan maliyyə sanksiyası üzrə hissəsi düzgün silinməmişdir. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» 12 yanvar 2011-ci il tarixli qərarına əsasən, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir… Vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi Vergi Məcəlləsində vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (Vergi Məcəlləsinin 23.1.6 – 23.1.8-ci maddələri). Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Vergi orqanları Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Başqa sözlə, qanunverici yalnız bir halda – vergi orqanı 5 illik müddət ərzində ona verilmiş hüquqlardan istifadə edərək borcun ödənilməsi istiqamətində tədbir görmədikdə, həmin borcun ümidsiz borc kimi silinməsini nəzərdə tutur. İstinad olunan normalardan görünür ki, vergi orqanı verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan 5 il ərzində tutmaq hüququna malikdir. Bu müddət qurtardıqdan sonra həmin məbləğ vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən ümidsiz borc kimi silinməlidir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdu ki, cavabdeh xx.xx.2014-cü il tarixli **********26992 nömrəli qərara əsasən "xxxx" QSC-yə tətbiq olunan 25505 manat maliyyə sanksiyasının 7185,35 manat hissəsini 5 il keçdikdən sonra, yəni xx.xx.2019-cu il tarixdə silməmiş, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə keçirmiş, daha sonra isə artıq ödəmə və ödənişlər hesabına silmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, həmin məbləğin, yəni xx.xx.2014-cü il tarixli **********26992 nömrəli qərara əsasən "xxxx" QSC-yə tətbiq olunan 25505 manat maliyyə anksiyasının tələbetmə müddətinin bitməsinə baxmayaraq ödənişlər hesabına silinmiş 7185,35 manat hissəsinin onun hüquqi varisi İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində artıq ödəmə kimi bərpa edilməsi hissəsində iddia təlbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, "xxxx" QSC-nin şəxsi hesab vərəqəsindlən İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə keçirilən 7325,35 manat maliyyə sanksiyasının 140 manatının 40 manat hissəsi "xxxx" QSC-nin şəxsi hesab vərəqəsindən göründüyü kimi, xx.xx.2016-cı il tarixdə hüquqi şəxsin əmlak vergisi ilə bağlı hesabatı təqdim etməməsinə görə, 100 manat hissəsi isə xx.xx.2019-cu il tarixdə aktivlər barədə məlumatın təqdim edilməməsinə görə tətbiq edilmiş maliyyə sanksiyası olmuş və silinmə aparılarkən həmin məbləğ üzrə tələbetmə müddəti keçməmişdir. İddiaçının tələbində göstərdiyi xx.xx.2015-ci il tarixdə mövcud olmuş 14394.54 manat artıq ödəmənin 25505 manat maliyyə sanksiyası üzrə borc ilə əvəzləşdirilməsinin qanunsuz olmasına gəldikdə isə məhkəmə qeyd etmişdir ki, yuxarıda göstərildiyi kimi, Vergi Məcəlləsinin 85-ci maddəsi vergi orqanı ilə bağlı hesablanmış vergi borcunun 5 il ərzində tutulması hüququnu müəyyən etməklə yanaşı, vergi ödəyicilərinə də vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılması və ya əvəzləşdirilməsini isə vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququ vermişdir. Yəni, xx.xx.2015-ci ildə vergi orqanının əvəzləşdirmə aparması və bu əvəzləşdirilmənin düzgün olmadığı güman edilsə belə, tələbetmə müddəti keçdiyindən iddiaçı hazırda (5 il keçdikdən sonra) həmin məbləğin şəxsi hesab vərəqəsinə bərpa edilməsini tələb edə bilməz. xx.xx.2020-ci il tarixli 6333.26 manat azalmanın və xx.xx.2020-ci il tarixli 12680.98 manat ödənişin 2014-cü ildə hesablanmış 25505,0 manat maliyyə sanksiyası üzrə borcun qalıq hissəsinə silinməsinə gəldikdə isə, həm iş materialları, həm də ekspert rəyi ilə müəyyən edilmişdi ki, həmin maliyyə sanksiyasının cəmi 7185,35 manat hissəsi xx.xx.2020-ci il tarixə mövcud olmuş və "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə keçirilmişdir. Buna görə də həmin məbləğlər "xxxx" QSC-nin xx.xx.2014-cü il tarixli vergi borcu üzrə deyil, digər vergi borcları ilə bağlı silindiyindən və həmin borclara dair tələbemə müddətinin keçməsi iş üzrə müəyyən edilmədiyindən iddia qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianın qeyd olunan hissələrdə təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. O ki qaldı iddiaçının və cavabdehin apellyasiya şikayətlərinin dəlillərinə, bu barədə məhkəmə kollegiyası bildirir ki, həmin dəlillər məhkəmə qərarının əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı mübahisələndirilən hissələrdə ləğv edilib, iddianın bütövlükdə təmin və ya rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçə və cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-329/2023 saylı 31 may 2023-cü il tarix qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-329/2023 saylı 31 may 2023-cü il tarix qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar