Məhkəmə qərarları › İş №2-1(103)-4491/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4491/2024

20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4491/2024 20.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti X2nin Həmkarlar İttifaqı Komitəsinə qarşı "protokoldan çıxarışın verilməsi" iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-12705/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı Şəhəri İcra Hakimiyyəti X2nin Həmkarlar İttifaqı Komitəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bİİ HİK MMK (Bakı şəhəri Baş İstehsalat İdarəsi Həmkarlar İttifaqı Komitəsinin) (Yaşıl müəssisələr Baş İstehsalat İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin) xx.xx.1989-cu il tarixli 38 nömrəli iclas protokolundan çıxarışın surətinin əsasında dublikatının verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti X2 Həmkarlar İttifaqı Komitəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, mərhum X8 və onun ailə üzvlərinə (həyat yoldaşı İddiaçı) Bİİ HİK MMK (Yaşıl müəssisələr Baş İstehsalat İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin) xx.xx.1989-cu il tarixli 38 nömrəli Protokoldan çıxarışı ilə ünvan 1 ünvan ünvan 2lə yataqxanasında mənzil ayrılaraq verilmişdir. Mənzil ayrılan vaxtdan İddiaçı və mərhum əri X9 həmin ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Hazırda İddiaçı həmin mənzildə yaşayır. Yuxarıda qeyd edilən protokoldan çıxarışın surəti İddiaçı olmasına baxmayaraq əsli itirilmişdir. O mənzilin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət etmək istəmişdir. Asan Xidmət Mərkəzinə yaxınlaşmış, orda sənədə baxaraq şifahi olaraq bildirilmişdir ki, mənzilə mülkiyyət hüququnun qeydə alınması üçün sənədin əsli tələb olunur. Bundan sonra o və vəkili Protokoldan çıxarışın dublikatının verilməsi üçün müxtəlif ünvanlara və BŞİH-nin X1 sorğu ilə müraciət etmişdir. Yerli Sənaye və Kommunal Məişət Müəssisələri X4 cavab olaraq bildirmişdir ki, Baş İstehsalat İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sabiq sədri (2004-cü ilə gədər işləyən) Tahir İsmayılov ilə görüşüb eyni zamanda Bakı şəhəri X2 Həmkarıar İttifaqı Komitəsinin sədri Zenfira Hüseynovadan cavab məktubu almışdır. Məlum olmuşdur ki, vətəndaş X8 və onun həyat yoldaşı İddiaçı həqiqətən də Bakı şəhəri Baş İstehsalat İdarəsi Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1989-cu il tarixli 38 nömrəli Protokoldan çıxarışla Bakı şəhəri, Oktyabr rayonu, S.Vasilyev küçəsi 63, mənzil 32 ünvanda yerləşən X11 Bitkilərinin Sovxozunun ailə yataqxanasında fərdi yaşayış üçün mənzil ayrılmışdır. Lakin onlarda arxiv sənədləri qalmadığından Protokoldan çıxarışın dublikatının verilməsi mümükün deyil. Tövsiyə edilmişdir ki, bu barədə məhkəməyə müraciət edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12705/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunlu tərtib edilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarında olan: Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin HİK-nin xx.xx.1989-cu il tarixli, 38 nömrəli Protokolundan çıxarışın surətindən görünür ki, S.Vasilyev küçəsi 63, mənzil 32 ünvanında yerləşən yaşayış sahəsi İ.P.Yusifov və onun arvadına ayrılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli, 02 nömrəli məktubundan görünür ki, vətəndaş X8 və onun həyat yoldaşı İddiaçı Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin HİK-nin xx.xx.1989-cu il tarixli, 38 nömrəli Protokolundan çıxarışa əsasən ünvan 3 ünvanında, indiki Nərimanov r-nu Xan Şuşinski 63 küçəsində Birliyin AğacBəzək Bitkilərinin Sovxozunun ailə yataqxanasında fərdi yaşayışı üçün mənzil ayrılmışdır. Həmin müddətdən sonra Yaşıllaşdırma sistemində böyük struktur dəyişikliklər getmişdir. Təşkilatın hüquqi ünvanı olan Xan Şuşiki 63 sadəcə kağız üzərində qalmışdır. Həmin ünvanda fəhlə yataqxanasında yaşayan əksər işçilər Aşıq M.Cüməzadə ünvanında öz adlarına evlə təmin olunaraq məskunlaşmışlar. Bakı şəhər İcra Hakimiyyətinin X2nin HİK-nin sədri vəzifəsində fəaliyyətinə 2005-ci ilin 19 oktyabr tarixindən başlamışdır. İşə başladığı müddətdə əvvəlki HİK-nin sədri T.İsmayılov tərəfindən köhnə illərin heç bir sənədi ona təhvil verilməmişdir. X5 bu təşkilatda vəfat edənə kimi çalışdığını və ailəsiylə birlikdə yaşadığı ünvanın ona ailəsi ilə birgə yaşaması üçün ayrıldığını təsdiq edən çox insan və Yaşıllaşdırma sistemində həmin dövrdən bu günkü kimi çalışan qonşuları vardır. İşin hallarından müəyyən edilir ki, vətəndaş X8 və onun həyat yoldaşı İddiaçı Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin HİK-nin xx.xx.1989-cu il tarixli, 38 nömrəli Protokolundan çıxarışa əsasən ünvan 3 ünvanında, indiki Nərimanov r-nu Xan Şuşinski 63 küçəsində X11 Bitkilərinin Sovxozunun ailə yataqxanasında fərdi yaşayışı üçün mənzil ayrılmışdır. İddiaçı isə xx.xx.1989-cu il tarixli 38 nömrəli iclas protokolundan çıxarışın surətinin əsasında dublikatının verilməsini cavabdehdən xahiş etsə də, cavabdeh tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, 1989-cu ildən bu günkü günədək Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsi böyük struktur dəyişikliklərinə uğradığından dəfələrlə adını dəyişmiş bu günkü X2 adını almışdır. 2005-ci ilin 19 oktyabr tarixindən Birliyin HİK-nin sədri vəzifəsində çalışmağa başlamışdır. İşə başladığı müddətdə əvvəlki HİK-nin sədri T.İsmaylov tərəfindən ona köhnə illərin heç bir sənədi təhvil verilməmişdir. Odur ki, X8 və onun həyat yoldaşı İddiaçı Bİİ HİK MMK (Yaşıl.Müəssisələri Baş İstehsalat İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin) xx.xx.1989-cu il tarixli 38 nömrəli Protokolundan çıxarışına əsasən ünvan 7 ünvan: ünvan 8lmasını təsdiqləyən protokolundan çıxarılışının əsli onlarda olmadığından dublikatını təqdim etmək iqtidarında deyillər. Birinci instansiya məhkəməsi ilə razılaşan Kollegiya ilk növbədə hesab edir ki, cavabdeh qurum inzibati orqan olmadığından onunla iddiaçı arasında yaranmış mübahisə inzibati mübahisə hesab edilə bilməz. Həmin müəssisə işəgötürən olmaqla, işçisi qismində çıxış edən İ.P.Yusifov və onun arvadına, yəni hazırkı iddiaçıya 32 saylı mənzilin ayrılması barədə qərar qəbul etmişdir, hansı ki, bu qərar inzibati akt olmamışdır. Eyni zamanda iddiaçının iddia ərizəsindən, apelyasiya şikayətindən məlum olur ki, iddiaçının hazırkı iddianı qaldırmaqla çatmaq istədiyi nəticə həmin protokol əsasında ona ayrılmış 32 saylı mənzilin özəlləşdirilməsi ilə bağlıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları) balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Qeyd olunan normanın tələbindən çıxış edən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “...mübahisəli mənzil yataqxananın tərkib hissəsi olduğundan iddiaçı hüquqi marağına uyğun olaraq arzu etdiyi nəticəyə nail olmaq üçün yataqxananın yeni balansaxlayıcısı ilə kirayə müqaviləsi bağlaya, daha sonra isə onun özəlləşdirilməsi üçün buna səlahiyyətli dövlət orqanına müraciət edə bilər.” Beləliklə, qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun olduğundan, apelyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmədiyindən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12705/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar