Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-45/2025 06.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə qarşı “avtomobilin qeydiyyatının ləğv edilməsi və maddi ziyanın (kompensasiyanın) ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 2-1(112)-916/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən 16 aprel 2019-cu il tarixdə iddiaçının adına qeydiyyata alınan "BMW-X5" markalı, 2003-cü il buraxılış, qızılı metalik rəngli, ban nömrəsi WBAFA71030LW20383 olan avtomobilin qeydiyyatının ləğv edilməsi və cavabdeh tərəfindən iddiaçıya dəymiş ümumilikdə 22.000 (iyirmi iki min) manat məbləğində maddi ziyanın (kompensasiya) ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı 16 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Səbuhi Hüseynov adlı şəxsdən "BMW-X5" markalı 2003-cü il buraxılışlı, qızılı metalik rəngli ban nömrəsi WBAFA71030LW2083 olan avtomobil almışdır. Avtomobilə Baş X15 İdarəsində (BİYPİ) AD 473380 nömrəli qeydiyyat şəhadətnaməsi və ** LL *** nömrəli dövlət qeydiyyat nişanı verilmişdir. 12 may 2019-cu il tarixli etibarnaməyə əsasən iddiaçı həmin avtomobili müvəqqəti istifadə üçün Laçın rayon sakini X3 etibar etmişdir. Vermiş olduğu etibarnaməyə əsasən Elçin Cəbrayılov 19 may 2019-cu il tarixdə onun mülkiyyətində olan avtomobil ilə Gürcüstan Respublikasının sərhədini keçən zaman Gürcüstan Respublikasının aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən Gürcüstan Respublikasının ərazisində saxlanılaraq həmin nəqliyyat vasitəsinin Albaniyadan oğurlandığı və İnterpol xətti ilə axtarışda olduğu bildirilmiş və avtomobil Gürcüstan Respublikasının Rustavi şəhərindəki cərimə meydançasına yerləşdirilmişdir. Gürcüstan Respublikasının aidiyyəti məhkəmə orqanlarına müraciət etməkdən ötrü zəruri məlumatların əldə edilməsi üçün Baş X15 idarəsinə etdiyi müraciətə verilmiş 16 sentyabr 2019-cu il tarixli -16-80327A-3719 saylı cavab məktubda göstərilmişdir ki, 103812 saylı gömrük vəsiqəsinə əsasən Azərbaycan Respublikasına gətirilmiş və hazırda mübahisə mövzusuna çevrilmiş həmin avtomobil ilk dəfə 13 may 2005-ci il tarixdə ** OD *** dövlət qeydiyyat nişanı ilə Bakı şəhər sakini X6 adına BDYPİ-də qeydiyyata alınmış və avtomobilə AA 703005 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. 06 aprel 2012-ci il tarixdə avtomobil Vüqar Əliyevin adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanları təhvil verilmiş, alqı-satqı müqaviləsi əsasında Bakı şəhər sakini X5 adına təkrar dövlət qeydiyyatına alınaraq, avtomobilə ** MM *** dövlət qeydiyyat nişanları təhkim edilərək AB 645759 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. 28 iyun 2016-cı il tarixdə avtomobil müvafiq qaydada Ramil Rəşidovun adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanları dəyişdirilmədən alqı-satqı müqaviləsi əsasında Bakı şəhər sakini X1 adına qeydiyyata alınaraq nəqliyyat vasitəsinə AC 644422 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. 13 iyun 2017-ci il tarixdə avtomobil müvafiq qaydada Tural Abbasovun adından qeydiyyatdan çıxarılmış və dövlət qeydiyyat nişanları təhvil verilərək həmin gün də alqı- satqı müqaviləsi əsasında Bakı şəhər sakini X4 adına təkrar dövlət qeydiyyatına alınaraq nəqliyyat vasitəsinə **-LL-*** nömrəli dövlət qeydiyyat nişanı və AC 971349 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Qeyd etdiyi "BMW-X5" markalı, 2003-cü il buraxılış, qızılı metalik rəngli, ban nömrəsi WBAFA71030LW20383 olan avtomobilin 13 may 2005-ci il tarixdə Vüqar Əliyevin adına ilkin qeydiyyata alınan zamandan 16 aprel 2019-cu il tarixdə sonuncu dəfə iddiaçının adına qeydiyyata alınanadək axtarışda olması barədə DİN-nin Baş X15 İdarəsinin kompüter axtarış bazasında heç bir məlumat olmamış, BDYPİ tərəfindən 25 may 2005-ci il tarixli 13482 nömrəli məktubla həmin nəqliyyat vasitəsinin axtarışda olub-olmaması barədə Azərbaycan Respublikasında DİN-nin "İNTERPOL"un Milli Mərkəzi Bürosuna sorğu ilə müraciət olunmuş və 22 iyun 2005-ci il tarixli 20/2784 nömrəli cavab məktubunda "avtomobilin İnterpolun Baş Katibliyinin "ASF" avtomatlaşdırılmış axtarış sistemi bazasında məlumat yoxdur" kimi məlumatlar göstərilmişdir. Hal-hazırda isə "İNTERPOL"un məlumat bazasına əsasən "BMW-X5" markalı, 2003-cü il buraxılış, ban nömrəsi WBAFA71030LW20383 olan avtomobilin axtarışda olması barədə məlumat əks olunmuşdur. BDYPİ-dən verilmiş cavab məktubunun sonunda qəti olaraq iddiaçıya bildirilmişdir ki, "qeyd olunan avtomobilin 25 noyabr 2018-ci il tarixdə (hadisənin baş vermə tarixi) Albaniyadan oğurlanması və hazırda da axtarışda olması səbəbindən Gürcüstan Respublikasnın ərazisində saxlanılması, "qaçırılmış avtomaşınlar"ın statusdan çıxması, göstərilən avtomobilə dair Gürcüstan Respublikasının aidiyyəti orqanlarının məlumatlandırılması və s. məsələlər DİN "İNTERPOL" MMB- nin səlahiyyətinə aiddir". Verdiyi səmimi və ətraflı məlumatlardan tam aydın görünür ki, iddiaçı "vicdanlı alıcı" olmuş və həmin avtomobil hələ ona qədər də "təmiz" avtomobil kimi dəfələrlə qeydiyyatdan çıxarılıb - qeydiyyata salınmışdır. Lakin həmin avtomobilin axtarışda olması barədə BDYPİ-də heç bir məlumat olmamışdır. Əks təqdirdə təbii ki, iddiaçı oğurluq avtomobil almazdı. Hazırda fakt ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan avtomobil onun iradəsindən asılı olmayan səbəblərlə bağlı artıq 3 ilə yaxındır ki, Gürcüstan Respublikasının ərazisində saxlanılır. Xeyli vaxtdır ki, çoxsaylı müraciətlərinə baxmayaraq indiyədək həmin avtomobili Gürcüstan Respublikasından alıb özünə qaytarılması təmin olunmamışdır. Bununla yanaşı avtomobili qaytarmaq üçün 3 dəfə Gürcüstan Respublikasında olmuş, həmin vaxt vəkil xidmətlərindən istifadə edərək Gürcüstan DİN, Prokurorluğuna və Məhkəmə orqanlarına müraciətlər etmişdir. Lakin sonda həmin avtomobilin geri qaytarılması mümkün olmamışdır ki, bununla da ona ümumilikdə 19.000 min manat avtomobilin dəyəri, 3.000 min manat yol və vəkil xərcləri ümumilikdə 22.000 manat ziyan dəymişdir. İddiaçı vicdanlı alıcı olduğu üçün ona dəymiş ziyanın dəyəri olaraq 22.000 manat cavabdeh tərəfindən qaytarılmalıdır. Qeyd etdiyi hallarla bağlı ilkin olaraq pretenziya qaydasında Azərbaycan Respublikası DİN-nin Baş X15 İdərəsinə müraciət olunmuş və 10 (on) gün müddətində dəymiş ziyanın dəyəri olaraq 22.000 manatın qaytarılmasını təmin edilməsi xahiş edilmişdir. Lakin bu günə qədər hər hansı bir cavab alınmamışdır. Qeyd olunanlara əsasən mülkiyyət hüququ ilə iddiçıya məxsus olan "BMW-X5" markalı, 2003-cü il buraxılış, ban nömrəsi WBAFA71030LW20383 olan avtomobilin axtarışda olması ilə əlaqədar Gürcüstan Respublikasında Rustavi şəhərindəki cərimə meydançasına yerləşdirildiyindən mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsi mümkün deyildir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 2-1(112)-916/2023 nömrəli qərarı (M.Hacıbəyova) ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən nəqliyyat vasitəsinin axtarışda olması barədə məlumat mövcud olmasına baxmayaraq, nəqliyyat vasitəsi saxlanılmamış, müvafiq yoxlamalar aparılmamış, avtomobilin dövlət qeydiyyatına alınması üçün müayinə arayışı verilmişdir. Lakin məhkəmə hesab edir ki, cavabdehin bu hərəkətləri qanuna zidd olmasına baxmayaraq, iddiaçıya birbaşa zərər vurulmasına gətirib çıxaran təqsirli əməl deyildir. Çünki, cavabdehin hərəkətləri ilə vurulmuş zərər arasında birbaşa səbəbli əlaqə yoxdur. Belə ki, sözügedən nəqliyyat vasitəsi gömrük sənədləri əsasında 2005-ci ildən vətəndaşların adlarına dövlət qeydiyyatına alınmış və maneəsiz istifadə olunmuşdur. Bundan başqa halhazırda iddiaçının həmin əmlakdan məhrum edilməsinə dair hər hansı bir səlahiyyətli orqanının aktı mövcud deyildir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o "vicdanlı alıcı" olmuşdur və həmin avtomobil hələ ona qədər də "təmiz" avtomobil kimi dəfələrlə qeydiyyatdan çıxarılıb qeydiyyata salınmışdır. Lakin həmin avtomobilin axtarışda olması barədə BDYPİ-də heç bir məlumat olmamışdır. Əks təqdirdə təbii ki, o, oğurluq avtomobili almazdı. Hazırda fakt ondan ibarətdir ki, onun mülkiyyətində olan avtomobil onun iradəsindən asılı olmayan səbəblərlə bağlı artıq bir neçə ildir ki, Gürcüstan Respublikasının ərazisində saxlanılır. Xeyli vaxtdır ki, çoxsaylı müraciətlərinə baxmayaraq indiyədək həmin avtomobili Gürcüstan Respublikasından alıb özünə qaytarılması təmin olunmamışdır. Bununla yanaşı avtomobili qaytarmaq üçün 3 dəfə Gürcüstan Respublikasıda olmuşdur. Həmin vaxt vəkil xidmətlərindən istifadə edərək Gürcüstan DİN, Prokurorluğuna və Məhkəməyə orqanlarına müraciətlər etmişdir. Lakin sonda həmin avtomobilin geri qaytarılması mümkün olmamışdır ki, bununla da ona ümumilikdə 19.000 min manat avtomobilin dəyəri, 3.000 min manat yol və vəkil xərcləri ümumilikdə 22.000 manat ziyan dəymişdir. Ona vicdanlı alıcı olduğu üçün dəymiş ziyanın dəyəri olaraq 22.000 manat cavabdeh tərəfindən qaytarılmalıdır Məhkəmə icraatı iştirakçılarının izahatları: Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1138/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosu adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə proseslərində iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh və 3cü şəxs məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişdir. Cavabdehin vəkili elektron kabinet vasitəsilə məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə iclasında iştirak edə bilməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün olmaqla yanaşı həm də əsaslıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıdakı normalarına diqqət yetirir: İlkin olaraq Azərbaycan Respublikasının ərazisində mexaniki nəqliyyat vasitələrinin qeydiyyatının həyata keçirilməsi və qeydiyyatı həyata keçirən inzibati orqanın vəzifə və funksiyaları barədə aşağıdakı normalara nəzər yetirir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən: - İ. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - İİ. mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində aşağıdakılar aparırlar: 1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; - V. Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (bu Qanunun 27-ci maddəsinin Vİ-İİ hissəsinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. -Vİ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. -XV. nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəliərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”yə əsasən: -1.2. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. -1.3. nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5. nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texnikiuçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6. nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6. nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “ Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydası”na əsasən - 1.1. Bu qaydalar "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının (bundan sonra "nəqliyyat vasitələri") özgəninkiləşdirilməsi və girov qoyulması qaydalarını müəyyən edir. -1.2. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması əqdləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanır. - 1.3. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması yalnız nəqliyyat vasitəsinin Azərbaycan Respublikası DİN X15 idarəsinin qeydiyyat-imtahan hissələrində (bundan sonra "qeydiyyat məntəqələri") müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq aparılır. - 1.4. Nəqliyyat vasitələrinin müayinədən keçirilməsi onların axtarışda olub-olmaması faktının, məhkəmə orqanları, yaxud digər səlahiyyətli dövlət orqanları, vəzifəli şəxslər tərəfindən mövcud qanunvericilik aktlarına müvafiq olaraq cinayət, yaxud başqa qanun pozuntusu törədilməsinə görə nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə və girov saxlanmasına müvəqqəti məhdudiyyətlərin qoyulmasının mövcudluğunun yoxlanılması, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması və insan hüquqlarının təmin edilməsi məqsədilə həyata keçirilir. - 2.1. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs (bundan sonra "ərizəçi") müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün onu ərizə ilə birlikdə qeydiyyat məntəqəsinə təqdim etməlidir. Qeydiyyat məntəqəsi ərizəni xüsusi kitabda qeydə almaqla nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış (bundan sonra "arayış") verir. 2.8. Təqdim edilən sənədlərdə və ya nəqliyyat vasitəsinin aqreqat nömrələrində saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitəsinin aqreqat nömrələrinin qeydiyyat məlumatları ilə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. -2.9. Arayışın verilməsindən aşağıdakı hallarda imtina edilir. 1) bu qaydaların 2.8. bəndində göstərilən hallar aşkar olunduqda; 2) nəqliyyat vasitəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatı üzrə müvəqqəti uçotda və ya qeydiyyatda olduqda; 3) qanunvericilikdə nəzərdə tutulan digər hallarda. Arayışın verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir. -2.10. Ərizəçi, arayış verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra müvafiq arayışı almaq üçün bu qaydalara uyğun olaraq qeydiyyat məntəqəsinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, dəymiş ziyanın əvəzinin cavabdeh tərəfindən ödənilməsi üçün ilk növbədə onun tərəfindən təqsirli olaraq hüquq pozuntusunun törədilməsi müəyyən olunmalıdır. Bununla bağlı olaraq da məhkəmə kollegiyası aşağıdakı qanunvericilik normnalarına nəzər yetirir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırkı işdə iddiaçının dəlillərinə əsasən zərərin əvəzinin ödənilməsi cavabdeh tərəfindən hüquq pozuntusundan irəli gəlmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati iş materiallarına əlavə edilmiş DİN Baş X15 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə mübahisə predmeti olan “BMW X-5” markalı ban nömrəli: WBAFA71030LW20383 olan nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, sözügedən avtomobil ilk dəfə 13 may 2005-ci il tarixdə ** OD *** dövlət qeydiyyat nişanı ilə Bakı şəhər sakini X6 adına BDYPİdə qeydiyyata alınmış və avtomobilə AA 703005 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. 06 aprel 2012-ci il tarixdə avtomobil Vüqar Əliyevin adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanları təhvil verilmiş, alqı-satqı müqaviləsi əsasında Bakı şəhər sakini X5 adına təkrar dövlət qeydiyyatına alınaraq, avtomobilə ** MM *** dövlət qeydiyyat nişanları təhkim edilərək AB 645759 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. 28 iyun 2016-cı il tarixdə avtomobil müvafiq qaydada Ramil Rəşidovun adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanları dəyişdirilmədən alqı-satqı müqaviləsi əsasında Bakı şəhər sakini X1 adına qeydiyyata alınaraq nəqliyyat vasitəsinə AC 644422 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. 13 iyun 2017-ci il tarixdə avtomobil müvafiq qaydada Tural Abbasovun adından qeydiyyatdan çıxarılmış və dövlət qeydiyyat nişanları təhvil verilərək həmin gün də alqı- satqı müqaviləsi əsasında Bakı şəhər sakini X4 adına təkrar dövlət qeydiyyatına alınaraq nəqliyyat vasitəsinə **-LL-*** nömrəli dövlət qeydiyyat nişanı və AC 971349 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. 16 aprel 2019-cu il tarixdə avtomobil müvafiq qaydada Səbuhi Hüseynovun adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanları dəyişdirilmədən alqı- satqı müqaviləsi əsasında hazırki İddiaçı adına təkrar dövlət qeydiyyatına alınaraq nəqliyyat vasitəsinə AD473380 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. İddiaçının 12 may 2019-cu il tarixli etibarnaməyə əsasən nəqliyyat vasitəsini müvəqqəti istifadəyə verdiyi şəxs 16 may 2019-cu il tarixdə həmin nəqliyyat vasitəsi ilə Gürcüstan Respublikası sərhəddinə daxil olan zaman aidiyyəti qurumlar tərəfindən nəqliyyat vasitəsi İnterpol xətti ilə axtarışda olduğundan saxlanılaraq cərimə meydançasına yerləşdirilmişdir. Məhkəmə sorğusu əsasında Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2023-cü il tarixli, 3-13-25/2-146/2023 saylı cavab məktubuna əsasən bildirilmişdir ki, İNTERPOL-un Baş Katibliyindən alınan məlumatlara görə, VİN: WBAFA71030LW20383 olan “BMW” markalı avtomobil Albaniyada oğurlanmış nəqliyyat vasitəsi kimi xx.xx.2018-ci il tarixdə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. Hazırkı tələbində iddiaçı cavabdehin təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində yəni axtarışda olan nəqliyyat vasitəsinin onun adına qeydiyyatını aparması nəticəsində nəqliyyat vasitəsindən məhrum olunduğundan, həmin avtomobilin onun adına olan qeydiyyatının ləğv edilməsini və 22.000 (iyirmi iki min) manat kompensasiyanın ödənilməsini tələb edir. Göründüyü kimi, iddiaçı məhz axtarışda olan nəqliyyat vasitəsinin onun adına qeydiyyata alınmasının qanunsuz olmasına istinadən qeydiyyatın ləğvi və dəymiş zərərin ödənilməsini tələb edir. Bununla bağlı olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: - törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Yəni vurulmuş zərərin əvəzinin ödənilməsi məzmununda iddianın təmini üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən nəqliyyat vasitəsinin Albaniyada oğurlanmış nəqliyyat vasitəsi kimi xx.xx.2018-ci il tarixdə İNTERPOL-un “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınması, həmçinin həmin nəqliyyat vasitəsinin iddiaçının adına xx.xx.2019-cu il tarixdə alqı-satqı əsasında qeydiyyata alınması və həmin nəqliyyat vasitəsinin xx.xx.2019-cu il tarixdə Gürcüstan Respublikası sərhəddinə daxil olan zaman aidiyyəti qurumlar tərəfindən saxlanılması işin mübahisəsiz halıdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı "BMW-X5" markalı 2003-cü il buraxılışlı, qızılı metallik rəngli ban nömrəsi WBAFA71030LW2083 olan avtomobilin Gürcüstan Respublikası sərhəddinə daxil olan zaman aidiyyəti qurumlar tərəfindən saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi ilə bağlı iddiaçının nümayəndəsi və vəkili tərəfindən müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş Gürcüstan daxili işlər nazirliyinin Patrul polis departamentinin Kvemo Kartli baş idarəsinin xx.xx.2024-cü il tarixli, MİA 7 24 01206476 nömrəli arayışında qeyd edilmişdir ki, 2019-cu il 16 may tarixində, Gürcüstanın daxili işlər nazirliyinin Patrul polis departamentinin Kvemo Kartli baş idarəsində N:**********01 cinayət işi üzrə istintaqa başlandı. Öncədən tanımaqla, İspaniya interpolu tərəfindən axtarışda olan, cinayət yolu ilə əldə olunan avtomobilin əldə edilməsi, istifadəsi və yiyələnməsi faktı üzrə Gürcüstan cinayət məcəlləsinin 186-cı maddəsinin birinci hissəsində nəzərdə tutulan cinayətin törədilməsi əlamətləri ilə 2019-cu ilin 16 may tarixində, təxminən 13:15-də “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən keçməklə, Azərbaycan tərəfindən Gürcüstana BMW X5 99LL211 markalı avtomobil, Azərbaycan dövlət nişanları 99LL211, VİN nömrə- WBAFA71030LW2083-daxil oldu. Qeyd edilən nəqliyyat vasitəsini AR vətəndaşı Elçin Cəbrayılov idarə edirdi. Qeyd edilən VİN nömrəli avtomobil xx.xx.2018-ci il tarixindən Albaniya interpolu tərəfindən axtarışda idi. Sahibin razılığı ilə nəqliyyat vasitəsi istintaq tərəfindən tapıldı, ekspertiza vasitəsi ilə avtomobilin həqiqi VİN nömrəsi- WBAFA710301, W40307-müəyyən olundu və təsdiq olundu ki, həmin nəqliyyat vasitəsi xx.xx.2004-cü ildən İspaniya tərəfindən axtarılır. Hazırda qeyd edilən cinayət işi üzrə son qərar qəbul edilməyib, avtomobil Rustavi ş. “500” Cərimə meydançasının ərazisindədir. İddia tələbinin və eyni əsasla əsaslandırılmış apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdeh inzibati orqanın sözügedən nəqliyyat vasitəsinin onun adına qeydiyyata alınması ilə əlaqədar hərəkəti ilə iddiaçıya dəyən zərər arasında səbəbli əlaqə vardır. Məhkəmə kollegiyası ilkin olaraq hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün tələb olunan 1-ci şərti- törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olub-olmamasını müəyyənləşdirir. Yuxarıda sadalanan qanunvericlik normalarından göründüyü kimi, Respublika üzrə avtonəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının dövlət qeydiyyatından keçirilməsi, dövlət qeydiyyatı üzrə uçota alınması və uçotdan çıxarılması işinin təşkili, habelə bu sahəyə nəzarəti həyata keçirən inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsidir. Həmçinin, Baş X16 İdarəsinin vəzifələrinə- -Nəqliyyat vasitələrinin axtarışı işinin təşkili və bu işdə digər xidmətlərlə qarşılıqlı əlaqələrin təmin edilməsi; -Qaçırılmış, oğurlanmış və hadisə yerindən yayınmış avtonəqliyyat vasitələrinin DYP hissələri tərəfindən axtarışı (o cümlədən «isti izlərlə») işinin təşkili; -Nəqliyyat vasitələrinin qeyri-qanuni yollarla əldə edilməsi, qaçırılması, sökülməsi, gizlədilməsi və leqallaşdırılması ilə bağlı törədilən hüquqpozmalarla əlaqədar vəziyyətin təhlili və ümumiləşdirilməsi, müvafiq tövsiyələr və icmallar hazırlanması; -Qeydiyyata alınan, axtarılan və sahibsiz nəqliyyat vasitələrinin, eləcə də oğurlanmış, itirilmiş qeydiyyat və nəqliyyat vasitələrindən istifadə etmə hüququ verən digər sənədlərin avtomatlaşdırılmış uçotunun və DYP hissələrinin bu məlumatlardan istifadəsinin təşkil edilməsi; -«Sipər» əməliyyat-axtarış sisteminə daxil olan nəzarət postlarının fəaliyyətinin təşkili. əməliyyat statistik informasiya idarəsi və İnterpolun Milli Mərkəzi Bürosu ilə qarşılıqlı əlaqədə avtomoto nəqliyyatın axtarışı üzrə avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (AMAS) texniki və proqram vasitələrinin təhcizatının təmin edilməsi; -Nəqliyyatdan istifadə etməklə törədilən cinayətkarlığa qarşı mübarizə sahəsində DİN-in və Baş X15 İdarəsinin əmr və göstərişlərinin DYP aparatları və nizami hissələri tərəfindən yerinə yetirilməsinə nəzarət edilməsi; -Axtarış sahəsində DYP hissələrinə metodiki və praktiki köməklik göstərilməsi də aiddir (https://www.dyp.gov.az/?/az/content/127/). Məhkəmə kollegiyası hazırki mübahisə üzrə Baş X15 İdarəsinin öz vəzifə və funksiyalarını qanunvericiliyə uyğun olaraq həyata keçirilməsini müəyyənləşdirmək məqsədilə apellyasiya baxışı zamanı aidiyyəti qurumlara müvafiq sorğular ünvanlamışdır. Məhkəmənin 14 avqust 2024-cü il tarixli 2-1(103)-1138/2024 saylı sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən bildirilmişdir ki, vətəndaş İddiaçı məxsus olan “BMW X-5” markalı **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sonuncu dəfə xx.xx.2018-ci il tarixdə (MF2507962 Nə-li elektron talon) texniki baxışdan keçirilmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosuna sorğu ünvanlanaraq, 3-13-25/2-146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda bildirilmiş İNTERPOL-un Baş Katibliyindən alınan məlumata görə, VİN: WBAFA71030LW20383 olan “BMW” markalı avtomobilin Albaniyada oğurlanmış nəqliyyat vasitəsi kimi xx.xx.2018-ci il tarixdə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alındığı barədə məlumatın DİN Baş X15 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin komputer uçot bazasına inteqrasiya olunub-olunmaması barədə, həmçinin nəqliyyat vasitəsi qeydiyyata alınarkən sözügedən məlumatın DİN Baş X15 İdarəsinin məlumat sistemində görünübgörünməməsi, bundan əlavə hər hansı bir nəqliyyat vasitəsi qeydiyyata alınarkən sözügedən məzmunlu məlumatın DİN Baş X15 İdarəsinin məlumat sistemində görünübgörünməməsi barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab məktubunda qeyd olunan sualların Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi bürosunun səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir. Daha sonra 20 fevral 2025-ci il tarixli 2-1(103)-45/2025 nömrəli DİN-ə ünvanlanmış eyni məzmunlu sorğuya cavab olaraq bildirilmişdir ki, "BMW X5" markalı, ban nömrəsi: WBAFA71030LW20383 olan avtomobilin xx.xx.2018-ci il tarixdən Albaniya Respublikasından axtarışda olmasına baxmayaraq, xx.xx.2019-cu il tarixdə qeydiyyat hərəkətləri aparılarkən müvafiq sistemdə axtarış barədə məlumat aşkar edilməmiş və nəqliyyat vasitəsi İddiaçı adına rəsmiləşdirilmişdir. Eyni zamanda diqqətinizə çatdırırıq ki, nəqliyyat vasitələrinin qeydiyyat hərəkətlərinin aparılması zamanı müvafiq sistemdə nəqliyyat vasitəsinin axtarışda olması barədə məlumat aşkar edildikdə materiallar araşdırılması üçün DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə göndərilərək akt tərtib olunur və avtomobil DİN BDYPİ-nin "Siqnal" İLİİ-nin mühafizə olunan duracağında saxlanılması üçün təhvil verilir. Halbuki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması yalnız nəqliyyat vasitəsinin Azərbaycan Respublikası DİN X15 idarəsinin qeydiyyat-imtahan hissələrində müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra aparılır. Nəqliyyat vasitələrinin müayinədən keçirilməsi isə onların axtarışda olub-olmaması faktının, məhkəmə orqanları, yaxud digər səlahiyyətli dövlət orqanları, vəzifəli şəxslər tərəfindən mövcud qanunvericilik aktlarına müvafiq olaraq cinayət, yaxud başqa qanun pozuntusu törədilməsinə görə nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə və girov saxlanmasına müvəqqəti məhdudiyyətlərin qoyulmasının mövcudluğunun yoxlanılması, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması və insan hüquqlarının təmin edilməsi məqsədilə həyata keçirilir. Göründüyü kimi, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi yalnız nəqliyyat vasitəsinin Azərbaycan Respublikası DİN X15 idarəsinin qeydiyyat-imtahan hissələrində müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra aparılmalı idi ki, bu da nəqliyyat vasitəsinin axtarışda olub-olmaması və digər sadalanan faktların müəyyən edilməsinə xidmət edir. Qeyd edilənlərə əsasən apellyasiya baxışı zamanı obyektiv və hərtəfərli araşdırma aparmaq məqsədilə aidiyyəti quruma 0 7 aprel 2025-ci il tarixli 2-1(103)-45/2025 nömrəli məhkəmə sorğusu ünvanlanaraq “BMW-X5" markalı, ban nömrəsi WBAFA71030LW20383 olan avtomobilin xx.xx.2019-cu il tarixdə qeydiyyat hərəkətləri aparılarkən müvafiq sistemdə axtarış barədə məlumatın aşkar edilməməsi ilə bağlı sübutun (sənədin,arayışın, sistemdən çıxarışın) 10 gün ərzində məhkəməyə təqdim edilməsi xahiş olunmuş, lakin inzibati orqan tərəfindən sorğuya cavab verilməmişdir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2015-ci il 2 iyul tarixli Q18-001-15 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayışın verilməsi üzrə inzibati reqlamentdə qeyd edilmişdir ki: 1.2. Elektron xidmətin məzmunu: Bu xidmət avtomobilin axtarışda, yaxud yüklü olubolmaması barədə arayışın verilməsi üçün elektron müraciətin qəbul edilməsini, baxılmasını və baxılmanın nəticəsindən asılı olaraq müvafiq arayışın verilməsini nəzərdə tutur. 1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsi ..... 3.3. Sorğunun icrası: 3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün DİN BDYPİ-nin Müayinə Mərkəzinə və ya ərazi aidiyyəti üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə elektron formada (internet vasitəsilə) ünvanlanır. Sorğuya DİN BDYPİ-nin Müayinə Mərkəzində və ya ərazi aidiyyəti üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində baxılaraq ərizədə göstərilən məlumatlar informasiya-axtarış bazasının məlumatları əsasında yoxlanılır. Sorğunun icrasına görə DİN BDYPİ-nin Müayinə Mərkəzinin və ya ərazi aidiyyəti üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəhbəri məsuliyyət daşıyır. Yuxarıda göstərilən reqlamentin məzmunundan da göründüyü kimi Nəqliyyat vasitələrinin axtarışda olmasıyla bağlı sorğu DİN BDYPİ-nin Müayinə Mərkəzində və ya ərazi aidiyyəti üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində baxılaraq ərizədə göstərilən məlumatlar informasiya-axtarış bazasının məlumatları əsasında yoxlanılır. Bununla da aydın şəkildə görünür ki, DİN BDYPİ istər nəqliyyat vasitələrinin qeydiyyatı zamanı, istərsə də mülkiyətçilərin sorğusu əsasında nəqliyyat vasitələrinin axtarışda olub-olmaması barədə elektron məlumata malik olan inzibati orqandır. Qeyd edilənlərə baxmayaraq, cavabdeh inzibati orqan öz vəzifəsinin icrası zamanı qanunvericilik normalarının pozuntusuna yol vermiş, 2018-ci ildən axtarışda olan nəqliyyat vasitəsinin iddiaçının adına 2019-cu ildə təkrar qeydiyyatını aparmış və hüquqa zidd hərəkətə yol vermişdir. Hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün tələb olunan digər şərt törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində iddiaçıya ziyan və ya zərər vurulması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edilən şərtlə bağlı da bildirir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı alqı-satqı yolu ilə mülkiyyətçisi olduğu avtomobildən 2019-cu ilin may ayından bəri 6 ildən çoxdur məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi apellyasiya araşdırması zamanı təqdim edilmiş sənədlərdən də aydın olur ki, sözügedən nəqliyyat vasitəsi müvafiq cinayət işi üzrə Rustavi şəhəri “500” Cərimə meydançasının ərazisindədir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, sözügedən avtomobil iddiaçının sahibliyindən çıxarkən istifadəyə yararlı vəziyyətdə olmuş, Gürcüstan sərhədlərini keçərkən aidiyyəti qurum tərəfindən məlum məsələyə görə saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin 2-1(112)-916/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı adına 16 aprel 2019-cu il tarixdə qeydiyyata alınan “BMW-X5” markalı, 2003-cü il buraxılış, qızılı metallik rəngli, ban nömrəsi WBAFA71030LW20383 olan avtomobilin qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2023-cü il tarixli, 9/1489 nömrəli ekspert rəyinə əsasən, “BMW X5” markalı, 2003-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin orta bazar dəyəri təxminən 18000,0 manat müəyyən olunmuşdur. Apellyasiya araşdırması zamanı məhkəmənin 2-1(103)-1138/2024 xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı adına 16 aprel 2019-cu il tarixdə qeydiyyata alınan "BMW-X5" markalı, 2003-cü il buraxılış, qızılı metallik rəngli, ban nömrəsi WBAFA71030LW20383 olan avtomobilin qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 27 noyabr 2024-cü il tarixli 9/7498 nömrəli ekspert rəyinə əsasən “BMW X5” markalı, 2003-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin orta bazar dəyəri təxminən 18000,0 manat müəyyən olunmuşdur. Məhkəmə kollegiyası rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. İddiaçı tələbində nəqliyyat vasitəsini 19000 manata satın almasına istinad etsə də iş üzrə məhkəmə araşdırmaları zamanı verilmiş ekspert rəyləri ilə sözügedən nəqliyyat vasitəsinin orta bazar qiyməti 18000 manat müəyyən edilmişdir. Məhkəmə kollelgiyası onu da nəzərə alır ki, nəqliyyat vasitəsi il keçdikcə aşınmaya məruz qalan daşınar əmlakdır. “BMW-X5” markalı, 2003-cü il buraxılışlı nəqliyyat vasitəsinin hazırki bazar qiymətinin həmçinin internet axtarış sistemlərindəki məlumatlara (turbo.az və s.) əsasən 18000 manat müəyyən edilməsi ağlabatandır. Beləliklə, məhkəmə kollegiyası o nəticəyə gəlir ki, iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinin onun sahibliyindən çıxması nəticəsində ona dəymiş zərər iş materiallarındakı sübutlarla 18000 manat müəyyən olunur. Hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün tələb olunan sonuncu- ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu şərtinə münasibətdə məhkəmə kollegiyası bir daha bildirir ki, iddiaçının alqı-satqı yolu ilə əldə etdiyi və ekpert rəyləri ilə hazırki vaxtadək orta bazar qiyməti 18000 manat müəyyənləşdirilən nəqliyyat vasitəsinin 6 ildən çoxdur Gürcüstan Respublikasında aidiyyəti dövlət orqanı tərəfindən müvafiq cinayət işinə görə saxlanılması nəticəsində iddiaçıya dəyən zərər məhz axtarışda ola-ola həmin nəqliyyat vasitəsinin iddiaçının adina qeydiyyata alınması ilə bağlıdır. Əgər inzibati orqan hüquqa ziddə əmələ yol verməsə idi, öz vəzifəsini qanunvericiliyə uyğun icra edərək müvafiq araşdırma aparsa idi, sözügedən nəqliyyat vasitəsi “axtarışda olması” əsası ilə iddiaçının adına qeydiyyata alınmayacaqdı və nəticə etibarilə alqı-satqı əməliyyatı baş tutmayacaq və iddiaçı müvafiq məbləğdə pul verərək ziyana düşməyəcəkdi. Göründüyü kimi, iddiaçıya dəymiş zərərlə inzibati orqanın hüquqa zidd əməli arasında səbəbli əlaqə mövcuddur. Məhkəmə araşdırmaları zamanı cavabdehin səlahiyyətli nümayəndəsi və vəkili Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd nəzarətinin İAMAS bazasında olan məlumatlara istinad edərək bildirmişdir ki, nəqliyyat vasitəsi 16 may 2019-cu il tarixdə Gürcüstan Respublikasının aidiyyəti qurumu tərəfindən saxlanıldığı qeyd edilsə də həmin tarixdən sonra da xx.xx.1961-ci il təvəllüdlü Rəkidə X2 giriş-çıxış etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin gətirdiyi dəlilə münasibətdə qeyd edir ki, işin araşdırılması zamanı da iddiaçı bildirmişdir ki, nəqliyyat vasitəsi etibarnamə əsasında digər bir şəxsin istifadəsinə verilmiş və o sərhəddi keçən zamanı nəqliyyat vasitəsi saxlanılmışdır. Yəni İAMAS bazasındaki məlumat yalnız iddiaçının özü barəsindədir ki, iddiaçı da nəqliyyat vasitəsi saxlanıldıqdan sonra bir neçə dəfə müvafiq məsələ ilə bağlı Gürcüstana səfər etdiyini bildirmişdir. Həmçinin, Gürcüstan daxili işlər nazirliyinin Patrul polis departamentinin Kvemo Kartli baş idarəsinin xx.xx.2024-cü il tarixli, MİA 7 24 01206476 nömrəli arayışından da qeyd edilmişdir ki, İspaniya interpolu tərəfindən axtarışda olan, cinayət yolu ilə əldə olunan avtomobilin əldə edilməsi, istifadəsi və yiyələnməsi faktı üzrə Gürcüstan cinayət məcəlləsinin 186-cı maddəsinin birinci hissəsində nəzərdə tutulan cinayətin törədilməsi əlamətləri ilə 2019-cu ilin 16 may tarixində, təxminən 13:15-də “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən keçməklə, Azərbaycan tərəfindən Gürcüstana daxil olan BMW X5 99LL211 markalı avtomobil, Azərbaycan dövlət nişanları 99LL211, VİN nömrə- WBAFA71030LW2083- nəqliyyat vasitəsini AR vətəndaşı Elçin Cəbrayılov idarə edirdi. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, iddiaçı tələbində ona dəymiş zərərin 19000 manatdan əlavə hüquqi yardımlara görə vəkil və yol xərci kimi 3000 manat olmasına istinad etsə də buna dair sübutlar məhkəmə araşdırmaları zamanı təqdim edilmədi. Məhkəmə kollegiyası həmçinin iddiaçının tələbinin “həmin avtomobilin onun adına olan qeydiyyatının ləğv edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Nəqliyyat vasitələrinin qeydiyyatına dair normativ sənədə əsasən
5. Nəqliyyat vasitələrinin uçotdan çıxarılması 5.1. Bu Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan aşağıdakı hallarda çıxarılır: 1) nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda: 2) nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasınqa verildikdə; 3) nəqliyyat vasitələri çıxdaş edildikdə. 5.2. Dövlət qeydiyyat nişanlarının təhvil verilməsi, uçotdan çıxmanın səbəbi və "tranzit" nişanlarının verilməsi (5.1-ci bəndin 3-cü hissəsi istisna olmaqla) barədə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydlər edilir. 5.3. Nəqliyyat vasitələri məhkəmələrin, yaxud mövcud qanunvericilik aktlarına müvafiq olaraq digər səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxslərinin cinayət, yaxud başqa qanun pozuntusu törədilməsinə görə qəbul etdiyi qərar əsasında uçotdan çıxarıla bilər. Nəqliyyat vasitələrinin uçotdan çıxarılmasına, nəqliyyat vasitəsinə mülkiyyət hüququnun dəyişdirilməsinə müvəqqəti məhdudiyyətlər göstərilən orqanların, vəzifəli şəxslərinin qərarı ilə qoyula bilər. 5.4. Nəqliyyat vasitələrinin avtotexxidmət müəssisəsinin qəbul məntəqəsinə verilməsi üçün uçotdan çıxarılması mövcud qaydada yerinə yetirilir. Bu halda dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi nəqliyyat vasitəsinin dövlət qeydiyyatını aparan orqana təhvil verilir, mülkiyyətçiyə isə həmin orqan tərəfindən müvafiq formada arayış verilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbinin sözügedən hissəsində də əsaslıdır. Belə ki, iddiaçı axtarışda ola-ola onun adına qeydiyyata alınmış nəqliyyat vasitəsinə görə dəymiş zərəri tələb etdiyindən həmin nəqliyyat vasitəsi müvafiq cinayət işi üzrə istintaqla bağlı olaraq digər bir dövlətin inzibati orqanı tərəfindən saxlanıldığından, artıq həmin nəqliyyat vasitəsinə sahibliyi və istifadə hüququ mövcud olmadığından həmin nəqliyyat vasitəsinin onun adında saxlanılmasının heç bir əhəmiyyəti yoxdur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, artıq iddiaçı nəqliyyat vasitəsinə görə dəymiş zərəri tələb etməklə bərabər barəsində cinayət işi istintaq olunan həmin nəqliyyat vasitəsindən imtinası daha əsaslı və məntiqidir. Əks halda iddiaçı həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi kimi qalmaqda davam edərsə bu hal əsassız varlanmaya səbəb ola bilər. Odur ki, yuxarıda göstərilənlərə məcmu halında hüquqi qiymət verən Məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 2- 1(112)-916/2023 nömrəli qərarı ləğv edilməli, idddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, 16 aprel 2019-cu il tarixdə iddiaçının adına qeydiyyata alınan "BMW-X5" markalı, 2003-cü il buraxılış, qızılı metalik rəngli, ban nömrəsi WBAFA71030LW20383 olan avtomobilin qeydiyyatının ləğv edilməsi və cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi ziyan kimi 18000 (on səkkiz min) manat məbləğin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər inzibati məhkəmə icraatının iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərə əsasən aparılmış tədqiqatların dəyəri 100 (50+50) manat təşkil etmişdir. İddia tələbi qismən təmin edildiyindən Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza xərcinin 20 manatı iddiaçının üzərinə, 80 manatı isə cavabdeh orqanın üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 2-1(112)-916/2023 nömrəli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. 16 aprel 2019-cu il tarixdə iddiaçının adına qeydiyyata alınan "BMW-X5" markalı, 2003-cü il buraxılış, qızılı metalik rəngli, ban nömrəsi WBAFA71030LW20383 olan avtomobilin qeydiyyatının ləğv edilməsi və cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi ziyan kimi 18000 (on səkkiz min) manat məbləğin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin üzərinə qoyulsun. Qalan hissədə iddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 100 ( yüz) manat məbləğin 20 (iyirmi) manatı İddiaçı, 80 (səksən) manat isə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev