Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-450/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Sərəncamların onlara məxsus bağ sahələrinə düşən hissədə ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı1, İddiaçı2 nümayəndəsi (oğlu) X2, İddiaçı3, İddiaçı4, iddiaçı olan və digər İddiaçı13 nümayəndəsi (qardaşı) İddiaçı5, İddiaçı14, İddiaçı15, X3, İddiaçı8 nümayəndəsi (qardaşı) X4 və İddiaçı17 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “330 saylı xx.xx.2005-ci il və 142 saylı 2.06.2006-cı il tarixli Sərəncamların onlara məxsus bağ sahələrinə düşən hissədə ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11682/2023 saylı 07 avqust 2023-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 Məmmədxan oğlu, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17 və İddiaçı18 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2005-ci il 330 saylı və 2.06.2006-cı il tarixli 142 saylı Sərəncamlarının onlara məxsus bağ sahələrinə düşən hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 5 mart 1990-ci ildə, 26 Bakı komissarı (indiki Əli Əmirov) adına Neft Qazçıxarma İdarəsində (bundan sonra NQÇİ) yaradılan "Şabandağ" bağçılıq-yoldaşlıq təsərrüfatı kollektivinin üzvləri və onların varisləridir. Bakı şəhər X8 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına NQÇİ-nin xahişi nəzərə alınaraq Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılıb. İddiaçılar ayrı-ayrılıqda onlara məxsus bağ sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKRPHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi) müraciət edib. İdarə iddiaçıların müraciətlərinin təmin edilməsindən imtina edib. Bütün imtina bildirişlərinin əsasları kimi idarədə mövcud arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında iddiaçıların adının aşkar olunmaması, elektron kadastr baza məlumatlarına əsasən bağçılıq-yoldaşlığa dair bölgü sxeminin olmadığı üçün göstərilən torpaq sahəsinin yerləşməsini müəyyən etməyin mümkün olmaması, qeyd edilən ərazilərə digər fiziki şəxslərin müraciətinin qeydə alınması, həmçinin ümumi əraziyə (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsə məxsus "Torpaq sahəsinin plan və ölçüsü" (kadastr planı) verilməsi göstərilib. Bakı Şəhər İcra Hakimiyyəti (bundan sonra cavabdeh adlandırılacaq) başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamına əsasən, X13 5 avqust 2005-ci il tarixli 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Xocasən rayonlarının ərazilərində, Xocasən kəndinin şərqində yerləşən Xocasən gölü ətrafından universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün X13 daimi istifadəsinə torpaq sahəsi verilib. Cavabdeh qurumun 2 iyun 2006-cı il tarixli 142 saylı sərəncamına əsasən isə, Binəqədi rayonu Xocasən gölünün şimalında "xxxx" X1 və "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamlar ləğv edilərək, həmin torpaq sahələri cavabdeh qurumun 330 saylı sərəncamına əsasən, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün X13 daimi istifadəsinə verilmiş torpaq sahələrinə əlavə edilib. İddiaçılar onlara verilmiş bağ sahələri üzərində, mülkiyyət hüquqlarının qeydiyyata alınması və bununla bağlı onlara çıxarış verilməsi üçün DƏDKRPHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciətlərinə aldıqları imtinalar əsasında məhkəməyə müraciət ediblər. Qurumun məhkəməyə ünvanladığı etiraz məktublarından məlum olub ki, həmin torpaq sahələri ilə bağlı kadastr planı cavabdeh qurumun 16 dekabr 2005-ci il tarixli 330 saylı və 2 iyun 2006cı il tarixli 142 saylı sərəncamına əsasən X15 verilib. İddiaçılar 2023-cü ilin aprel ayında cavabdeh orqana kollektiv müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 300 saylı sərəncamının "Şabandağ" bağçılıq-bostançılığa ayrılan torpaq sahəsinə düşən hissədə ləğv edilməsini xahiş ediblər. Cavabdeh bu səhvi düzəltmək yerinə, 26 may 2023- cü il tarixli məktubunda iddiaçılara məhkəməyə müraciət etməyi tövsiyə edib. Aşağıdakılara əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının sözügedən sərəncamları qanunsuz və əsassızdır və bu səbəbdən də iddiaçılara münasibətdə məhkəmə qaydasında ləğv edilməlidir. Bakı şəhər X8 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarı qüvvədə olduğu halda həmin torpaqlar üzərində istifadə hüququnu başqa bir hüquqi şəxsə - X15 verib ki, bu da qanunsuz və əsassızdır. "İnzibati icraat haqqında" Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. BŞİH qanunun qeyd edilən müddəasını pozmaqla iddiaçılara məxsus torpaq sahələrini X13 istifadəsinə verib. Bundan başqa, DƏDKRPHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktublarından aydın olur ki, cavabdeh qurumun torpaq sahəsinin X15 verməsi ilə bağlı sərəncamlarının İdarə tərəfindən qanunvericiliyə uyğun qəbul edilməsinin əsas səbəbi İdarənin əlində torpaq sahəsinin iddiaçılara məxsus olduğunu təsdiq edən arxiv məlumatlarının olmamasıdır. 2007-ci ildə 1 saylı Bakı Ərazi İdarəsini qeyd edilən arxivlə təmin etmək, beləcə cavabdeh qurumun sərəncamını ləğv etməklə İdarənin həmin torpaq sahələrini 12 yanvar 2011-ci ildə X13 adına uçota almasının qarşısını almaq və iddiaçıların qeyd edilən torpaqlar üzərində mülkiyyət hüququnu təsdiq etmək üçün yeni hüquqi əsas yaranıb. Belə ki, "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli № 2186 Sərəncamının 2.1ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etməli və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etməlidir. Göründüyü kimi, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi vəzifəsi sözügedən sərəncamla Nazirlər Kabinetinə həvalə edilib. Ancaq işin hallarından görünür ki, Nazirlər Kabineti qeyd edilən arxiv məlumatlarını Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə təqdim etməyib, nəticədə İdarə arxiv məlumatlarından xəbərsiz olduğu üçün cavabdeh qurumun qanunvericiliyə zidd sərəncamını rəsmiləşdirmək məcburiyyətində qalıb. Bu səbəbdən də 1990-cı ilin əvvəlindən iddiaçıların istifadəsinə verilmiş bağ sahələrinin arxiv sənədlərinin Reyestr Xidmətinin arxivində olmamasının məsuliyyəti və nəticələri iddiaçıların deyil, birbaşa Nazirlər Kabinetinin və cavabdeh qurumun üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən, yazılı inzibati aktda inzibati aktı qəbul etmiş orqanın adı; inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır. Cavabdeh qurumun 330 və 142 saylı sərəncamlarında isə həmin sərəncamlara qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət verə biləcəyi instansiya haqqında məlumat verilmir. Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunması haqqında inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Ancaq cavabdeh qurum sözügedən sərəncamı ilə bağlı iddiaçılara heç bir məlumat verilməyib, onlar yalnız Reyestr Xidmətinin cavab məktubundan belə bir sərəncamın mövcudluğundan xəbər tutublar. Cavabdehin 26 may 2023-cü il tarixli cavab məktubunda isə bağçılara məhkəməyə müraciət etmələri tövsiyə olunub. Ancaq "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İddiaçılar cavabdeh qurumun 16 dekabr 2005-ci il tarixli 330 nömrəli və 02 iyun 2006-cı il tarixli, 142 saylı sərəncamlarının mövcudluğundan yalnız Reyestr Xidmətinin məhkəməyə təqdim etdiyi etiraz məktubları ilə xəbər tutublar. Bundan sonra bağçılar kollektiv məktubla cavabdeh quruma müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 300 saylı sərəncamının "Şabandağ" bağçılıq-bostançılığa ayrılan torpaq sahəsinə düşən hissədə ləğv edilməsini xahiş ediblər. Bakı Şəhər İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri şöbəsinin müdiri Ramil Qədimquliyevin 26 may 2023-cü il tarixli cavab məktubu ilə bundan imtina edilib və məhkəməyə müraciət edilməsi bildirilib. Buna görə də cavabdeh qurumun 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamının mübahisələndirilməsi ilə bağlı müddətin axımı 26 may 2023-cü il tarixli cavab məktubunun iddiaçılara təqdim edilmə tarixindən başlayır. Həmin sərəncamlar "İnzibati icraat haqında" Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən 6 (altı) ay ərzində mübahisələndirilməli inzibati aktlar siyahısına aiddir və bu səbəbdən də həmin sərəncamların məhkəmə qaydasında mübahisləndirilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürülməyib. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11682/2023 saylı 07 avqust 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmaması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Əmlak Məsələləri Dövlət Xidmətinin 24 iyun 2022-ci il tarixli məktubunu araşdırmayaraq ona qiymət verməmiş, bununla da onların subyektiv hüququnun olmamasına dair səhv qənaətə gəlmişdir. Onlar 2023-cü ilin aprel ayında cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə yuxarıda qeyd edilən sərəncamların bağçılıq-yoldaşlığa düşən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi tələbi ilə kollektiv ərizə ünvanlamışlar. 12 iyun 2023-cü il tarixdə cavab məktubunun (26 may 2023-cü il tarixli) surətini cavabdehdən almışlar, onların tələbindən imtina edilərək məhkəməyə müraciət edilməsi bildirilmişdir. Belə olan halda onlar öz konstitusion hüquqlarından istifadə edərək hüquq və mənafeyinə toxunduğunu aşkarladıqları sərəncamların onlara aid hissədə ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. 12 iyun 2023-cü ildə alınan cavab məktubu əsasında məhkəməyə iddia ərizəsi 04 iyul 2023-cü ildə daxil olmuşdur. Məhkəmənin çıxardığı qərardadla onların təkcə ədalətli mühakimə hüququ deyil, həm də Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi və Avropa Konvensiyasına 1- ci Əlavə Protokolun 1-ci maddəsi ilə təminat verilən mülkiyyət hüquqları da pozulmuşdur. Belə ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 2005 və 2006-cı il tarixli sərəncamları onlara aid hissədə ləğv olunması üçün hüquqi mübahisələndirmə imkanı yaradılmadığından onlar faktiki istifadələrində olan torpaq sahələri üzərində hüquqlarını təsbit edəcək müvafiq çıxarışı əldə edə bilmirlər. Nəticə etibarilə onların mülkiyyətləri üzərində effektiv sərəncam vermə hüququndan məhrum edilməklə mülkiyyət hüquqları pozulmuş olur. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı iddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi (oğlu) X6, İddiaçı3, İddiaçı4, iddiaçı və digər İddiaçı13 nümayəndəsi (qardaşı) İddiaçı5, İddiaçı14, İddiaçı15, X7, İddiaçı8 nümayəndəsi (qardaşı) X9, İddiaçı17, həmçinin əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçılar İddiaçı12, İddiaçı10, İddiaçı11 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişlər. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, digər iddiaçılar İddiaçı16, İddiaçı6, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı18, cavabdeh və 3-cü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə digər iddiaçıların, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin və 3-cü şəxs X13 nümayəndələrinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşdə olan “Torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyətinin 330 saylı xx.xx.2005-ci il tarixli sərəncamı ilə “X17”nun 01/0026 saylı xx.xx.2005-ci il tarixli məktubu nəzərə alınaraq, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsi universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin fondun daimi istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 142 saylı 2 iyun 2006-cı il tarixli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin 546 saylı xx.xx.1996-cı il tarixli sərəncamı ilə Binəqədi rayonu Xocasən gölünün şimalında "xxxx" X1 istehsalat sahəsinin bir hissəsi və 247 saylı xx.xx.2005-ci il tarixli sərəncamı "xxxx" MMC-yə istehsalat sahəsinin tikintisi üçün ayrılmış torpaq sahəsinin ləğv edilərək, Bakı şəhər İcra Hakimiyyətinin 330 saylı xx.xx.2005-ci il tarixli sərəncamı ilə “X17”na ayrılmış torpaq sahəsinə üniversitet tikintisinin layihələşdirilməsi üçün əlavə edilmişdir. Hazırda iddiaçıların cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı tələbləri “X17”na torpaq sahəsinin ayrılması ilə bağlı 330 saylı xx.xx.2005-ci il tarixli və 142 saylı 2.06.2006cı il tarixli Sərəncamların onlara aid hissədə ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıların hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmələrinə, eyni zamanda Bakı şəhər İcra Hakimiyyətinin 142 saylı 2 iyun 2006-cı il tarixli sərəncamına münasibətdə subyektiv hüquqlarının olmamasına istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İşin araşdırılan hallarından görünür ki, iddiaçılar inzibati orqanın bundan təxminən 18 il əvvəl həyata keçirdiyi hərəkətlərin qanunsuz sayılmasını tələb edirlər. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən hərəkəti (mübahisələndirilən sərəncamları) 2005 və 2006-cı illərdə baş vermişdir (qəbul edilmişdir). Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçılar irəli sürdükləri iddia üzrə iddia müddətini buraxmışlar. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçılar qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İş üzrə müəyyən olunur ki, Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçılara imtina məktubları müvafiq olaraq aşağıdakı tarixlərdə verilmişdir: İddiaçı1 – xx.xx.2022-ci il, İddiaçı3 xx.xx.2022-ci il, İddiaçı2 – xx.xx.2022-ci il, İddiaçı4 – xx.xx.2021-ci il, İddiaçı5 - xx.xx.2022, İddiaçı8 – xx.xx.2022-ci il, İddiaçı6 – xx.xx.2022-ci il, İddiaçı7 – xx.xx.2022-ci il, İddiaçı9 – xx.xx.2022-ci il, İddiaçı10 – xx.xx.2022-ci il, İddiaçı11 – xx.xx.2022-ci il, İddiaçı12 – xx.xx.2022-ci il, İddiaçı13 – xx.xx.2022-ci il, İddiaçı14 xx.xx.2022-ci il, İddiaçı15 – xx.xx.2021-ci il, İddiaçı16 – xx.xx.2020-ci il, İddiaçı17 xx.xx.2021-ci il və İddiaçı18 – xx.xx.2021-ci il tarixli məktublarla məlumat verilmişdir. Göründüyü kimi, iddiaçılara mübahisəli torpaq sahəsinin üçüncü şəxsin adına plan və ölçü sənədinin işlənməsi barədə həmin məktublarda məlumat verilmişdir. Lakin iddiaçıların birgə iddia ərizəsi 4 iyun 2023-cü il tarixdə məhkəməyə daxil olmuş, bununla da onlar tərəfindən 1 ildən çox müddət də ötürülmüşdür, hansı ki, iddiaçılar məhkəməyə hazırkı tələblə faktın onlara məlum olduğu vaxtdan 30 gün müddətində müraciət edə bilərdilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası hazırki işdə yuxarıda göstərilənlərlə bağlı iddiaçılar tərəfindən iddia müddətinin ötürülməsi qənaətinə gəlir və hesab edir ki, həmin müddət qanunun tələbinə görə 1 il müddət də keçdiyi üçün onun bərpasına yol verilmir, bu səbəbdən də birinci instansiya məhkəməsi məhz bu əsasla iddianın qeyri-mümkün sayılması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11682/2023 saylı 07 avqust 2023cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və qeyriləri tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11682/2023 saylı 07 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-450/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-450/2024
28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver