Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4516/2025 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X14 və X33 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı X5, Cavabdehin nümayəndələri X3 və X1 iştirakları ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun Naxçıvan şəhərindən Bakı şəhərinə daşıdığı 2278 kiloqram əmlakının “xxxx” şirkətinin müəyyən etdiyi tarifə uyğun, yəni bir kiloqramı üçün 1 manat olmaqla, ümumilikdə 2278 manat pulun kompensasiyasının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun Naxçıvan şəhərindən Bakı şəhərinə daşıdığı 2278 kq əmlakının “xxxx” şirkətinin müəyyən etdiyi tarifə uyğun, yəni bir kiloqramı üçün 1 manat, ümumilikdə 2278 manat pulun qalan hissəsinin, yəni 1366 manat 80 qəpik pul kompensasiyasının ona ödənilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 04.11,2024-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “j” bəndində əsasən öz arzusu ilə Azərbaycan Ordusundan ehtiyata buraxılmışdır. O, 2008-ci ildən Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrdə xidmət etdiyindən, ailə üzvləri də onunla birlikdə Naxçıvan MR ərazisində yaşamışdır. İddiaçı ehtiyata buraxılarkən əmlakını Naxçıvan şəhərindən Bakı şəhərinə daşımış, 2278 kq əmlakını 2278 manat müqabilində “xxxx” MMC vasitəsilə göndərmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin ## #### 2014-cü il tarixli, *** nömrəli əmrinin 21-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı “xxxx” MMC-nin ******* nömrəli qaimə-fakturasını, ****** nömrəli mədaxil qəbzini, yükdaşıma müəssisəsinin verdiyi göndəriş cədvəlini və qəbzi ehtiyata buraxıldığı hərbi hissəyə təqdim etmişdir. Bir müddət sonra hərbi hissədən ona daşıdığı yükün 1 kiloqramı üçün 40 qəpik ödəniləcəyi bildirilmişdir. Həmin məbləğ onun əmlakının daşınması üçün çəkdiyi xərcədən dəfələrlə az olduğundan iddiaçı ## ###### 2024-cü il tarixdə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsinə müraciət etmişdir. ## ###### 2024-cü il tarixdə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsindən ona məktub göndərilərək özlərinin mütəxəssislərinin müvafiq yükdaşıma müəssisələrinin göstərdikləri daşıma xidmətinin tariflərinin müqayisəli təhlili və bazar araşdırması nəticəsində orta yükdaşıma tariflərinin müəyyən edildiyi və maliyyələşmələr zamanı həmin tariflərin əsas götürüldüyü göstərilmişdir. Müvafiq yükdaşıma müəssisəsi onun əmlakını daşıyan “xxxx” MMC-dir. Yükün daşınmasının qiymətini, yəni yükdaşıma tarifini həmin müəssisə müəyyən etməlidir. “xxxx” MMC Naxçıvan şəhərindən Bakı şəhərinə ən aşağı tariflərlə yükdaşıyan müəssisədir. Həmin müəssisə 2008-ci ildən fəaliyyət göstərir və Bakı-Naxçıvan yükdaşıma tarifləri 1 kiloqram üçün 1 manat nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə iddiaçıya 911,20 manat məbləğində ödəniş edilmişdir. İddiaçı hazırda şirkətə ödədiyi, lakin ona cavabdeh tərəfindən ödənilməyən qalıq 1366,80 manat məbləğində kompensasiya pulunu tələb edir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində həqiqi hərbi xidmətdən ehtiyata buraxılan, həmçinin xidməti yerdəyişmələr zamanı hərbi qulluqçuların əşyalarının daşınması xərclərinin ödənilməsi öz əksini tapmamışdır. Daşınma xərclərin qarşılanması üzrə güzəştlər qismən bir sıra normativ hüquqi aktlarda öz əksini tapmışdır. Həmin normativ hüquqi aktlarda qeyd olunan “işdənçıxma müavinəti” hərbi qulluqçunun ehtiyata buraxılması ilə əlaqədar digər məsələləri və məsrəfləri qarşılamaq məqsədi ilə həyata keçirilir. Yükdaşıma və karqo şirkətlərinin göstərdikləri xidmətlərin qiymətləri ## ### 2003-cü il tarixli 462-IIQ №li “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənmədiyi üçün, hərbi qulluqçulara yükdaşıma xərclərinin müəyyən edilməsi və ödənilməsi ehtimal olunan bazar qiymətlərinə əsasən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən həyata keçirilir. İddiaçının müqavilə bağladığı karqo şirkətinin qiyməti, cavabdeh tərəfindən digər hərbi qulluqçular üçün yüklərin daşınması ilə bağlı ödənilən kompensasiyaların qiymətlərindən ciddi fərqlənir. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılarkən ev əşyalarının karqo və ya digər daşınma şirkəti ilə daşınması zamanı statistik göstəricilər və ağlabatan məbləğ nəzərə alınmaqla təminedici maliyyə orqanı tərəfindən hər çəkiyə görə 40 qəpik nəzərdə tutulmuşdur. İddiaçı tərəf isə hər çəkiyə görə 1 manat 20 qəpik ödəniş edilməsini tələb edir. Bazar qiymətlərini araşdırarkən yükdaşıma və karqo müəssisələrinin müəyyən etdiyi tariflər fərqli məbləğləri əks etdirir. Eyni istiqamət üzrə daşımaları həyata keçirmiş digər hərbi qulluqçular tərəfindən təqdim olunmuş sənədlərdə əks olunmuş tariflərlə iddiaçının təqdim etdiyi sənədlərdə əks olunan məbləğlər arasında ciddi fərqlər var. Müdafiə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri dövlət büdcəsinin qorunmasıdır. Bu məqsədlə artıq kompensasiyaların ödənilməsi, yersiz xərclərin artması yolverilməzdir. Cavabdeh iddiaçının tələbini nəzərə alaraq yaxın keçmişdə ödənilən yükdaşıma xərclərinə əsasən hesablanmış hər çəkiyə görə 40 qəpik məbləğində kompensasiya ödəməyi düzgün hesab edir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası qanunvericiliyində həqiqi hərbi xidmətdən ehtiyata buraxılan, həmçinin xidməti yerdəyişmələr zamanı hərbi qulluqçuların əşyalarının daşınması xərclərinin ödənilməsi öz əksini tapmamışdır. Daşınma xərclərin qarşılanması üzrə güzəştlər qismən aşağıda qeyd olunan normativ hüquqi aktlarda öz əksini tapmışdır:
1. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edilmişdir: “Hərbi qulluqçular və onların ailə üzvləri dəmiryolu, hava, dəniz və avtomobil nəqliyyatında daşınmalar sahəsində güzəşt hüququna malikdirlər.”
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli 631 № li Qərarının “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 3-cü maddəsində qeyd edilmişdir: “hərbi xidmətdən tərxis olunmuş zabitlərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə işdən çıxarma pulu ödənilir. ” Yuxarıda qeyd olunan normativ hüquqi aktlara əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılan, həmçinin xidməti yerdəyişmələr zamanı hərbi qulluqçuların əşyalarının daşınması xərclərinin ödənilməsi - Azərbaycan Respublikası müdafiə nazirinin ## #### 2014-cü il tarixli, *** nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi daşınmalar və onlara görə hesablaşmalar haqqında” Təlimatla və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** nömrəli Qərarının 2-ci bəndinin icrası ilə bağlı tərtib edilmiş müdafiə nazirinin ##.##.2017-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə" (35-ci maddə “Zabitlərin, Rlərin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdənçıxma müavinəti verilir”) ilə tənzimlənir. Qeyd olunan “işdənçıxma müavinəti” hərbi qulluqçunun ehtiyata buraxılması ilə əlaqədar digər məsələləri və məsrəfləri qarşılamaq məqsədi ilə həyata keçirilir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi daşınmalar və onlara görə hesablaşmalar haqqında” təlimatın 21-ci maddəsinə əsasən hərbi qulluqçulara 3000 kiloqramadək əmlakın daşınması üçün çəkilmiş xərcin ödənişi yükün daşınması barədə qaimə-faktura və kassa mədaxil orderi təqdim edilməklə, müvafiq yükdaşıma müəssisələrinin müəyyən etdiyi tariflər müqabilində ödənilir. İddiaçı Naxçıvandan Bakıya yükünün “xxxx” şirkətinin müəyyən etdiyi tarifə uyğun, yəni 1 kiloqram üçün 1 manat pulun kompensasiya edilib ödənilməsini tələb edir. Yükdaşıma və karqo şirkətlərinin göstərdikləri xidmətlərin qiymətləri ## ### 2003-cü il tarixli 462-IIQ №li “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənmədiyi üçün, hərbi qulluqçulara yükdaşıma xərclərinin müəyyən edilməsi və ödənilməsi ehtimal olunan bazar qiymətlərinə əsasən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən həyata keçirilir. İddiaçının müqavilə bağladığı xxxx şirkətinin qiyməti, Müdafiə Nazirliyi tərəfindən digər hərbi qulluqçular üçün yüklərin daşınması ilə bağlı ödənilən kompensasiyaların qiymətlərindən ciddi fərqlənir. Bazar qiymətlərini araşdırarkən yükdaşıma və karqo müəssisələrinin müəyyən etdiyi tariflər fərqli məbləğləri əks etdirir. Bu tariflər əvvəlcədən araşdırılmalı, ağlabatan və daha münasib tarif dərəcəsi müəyyənləşdirilmiş yükdaşıma müəssisəsi tərəfindən daşınılmalı idi. Eyni istiqamət üzrə daşımaları həyata keçirmiş digər hərbi qulluqçular tərəfindən təqdim olunmuş sənədlərdə əks olunmuş tariflərlə iddiaçının təqdim etdiyi sənədlərdə əks olunan məbləğlər arasında ciddi fərqlər var. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin mütəxəssisləri tərəfindən yükdaşıma müəssisələrinin göstərdikləri daşıma xidmətlərinin tariflərinin müqayisəli təhlili və bazar araşdırması nəticəsində orta yükdaşıma tarifləri müəyyən edilmişdir və maliyyələşdirmə zamanı həmin tariflər əsas götürülmüşdür. Bu tariflərin müqayisəli təhlili zamanı daşınmaya görə hər çəkiyə 40 qəpik pul ödənilməsi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları dövlət büdcəsindən maliyyələşən orqanlardır. Müdafiə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri dövlət büdcəsinin qorunmasıdır. Bu məqsədlə artıq kompensasiyaların ödənilməsi, yersiz xərclərin artması yolverilməzdir. Müdafiə Nazirliyi iddiaçının tələbini nəzərə alaraq yaxın keçmişdə ödənilən yükdaşıma xərclərinə əsasən, hesablanmış hər çəkiyə görə 40 qəpik məbləğində kompensasiya ödəməyi düzgün hesab edir. Məhkəmə prosesi zamanı Müdafiə Nazirliyinin nümayəndəsi tərəfindən orta bazar qiymətlərinin müəyyən edilməsi üçün digər daşınma şirkətlərinə sorğu göndərilməsi barədə vəsatət ilə müraciət edilmişdir. Vəsatət təmin edilmiş və sorğular göndərilmişdir. Vəsatətdə qeyd olunan şirkətlərdən cavab daxil olmadığından qeyd olunan yükdaşıma şirkətlərinə daşınma xidmətlərinə görə edilmiş ödənişlər barədə məlumatların və ödənişlərə əsas olan sənədlərin hərbi hissə tərəfindən məhkəməyə təqdim edilməsi məqsədilə sorğu verilməsinə hakim qarşısında vəsatət qaldırılmış, lakin hakim bu vəsatəti təmin etməmiş və sorğulara cavab gəlmədən və qiymətlər müəyyən edilmədən Qərar qəbul edilərək iddia təmin edilmişdir. Lakin sorğuya cavab olaraq qeyd olunan məsələnin araşdırılması məqsədilə, hərbi qulluqçuların xidmət etdiyi hərbi hissələrə cari ildə daşınma xərclərinə görə təqdim edilən sənədlərin surətinin təqdim edilməsi üçün sorğu göndərilmiş və “xxxx” və “xxxx” MMC tərəfindən 2025-ci ildə daşınma xidmətlərinə görə təqdim edilmiş sənədlərinin kserosurəti Maliyyə və Büdcə İdarəsinə təqdim edilmişdir (8 ədəd daşınma sənədlərin kserosurəti apellyasiya şikayətinə əlavə olunmuşdur). Əlavə olaraq bildirilmişdir ki, iddianın təmin edilməsi hərbi xidmətdən tərxis olunmuş, eləcə də hal- hazırda xidmətdə olan hərbi qulluqçuların çoxsaylı müraciətlərinə, məhkəmə mübahisələrinə və nəticədə külli miqdarda dövlət vəsaitinin qanunsuz və əsassız xərclənməsinə səbəb olacaqdır.
Tərəflərin iştirakı:
Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdilər. Əlavə olaraq izahatlarında orta bazar qiymətinin müəyyənləşdirilərək ağlabatan qiymətin çıxarıldığını, hazırkı vəziyyətdə hər kq yükə görə əlavə 20 qəpikdən ödəniş həyata keçirilməsinə razı olduqlarını, ümumilikdə hər 1 kq yükə görə 60 qəpikdən ödənişlərin həyata keçirilməsinin ağlabatan olduğunu bildirdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Əsaslandırıcı hissə:
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir:
İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir:
Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin II hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, II hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, III hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, IV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: - 10-cu maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. - 10-cu maddəsinin 6-cı bəndinə əsasən hərbi qulluqçular və onların ailə üzvləri dəmiryolu, hava, dəniz və avtomobil nəqliyyatında daşınmalar sahəsində güzəşt hüququna malikdirlər. Həm də müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edirlər. Azərbaycan Respublikası Müdafiə Nazirinin ## #### 2014-cü il tarixli, *** nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi daşınmalar və onlara görə hesablaşmalar haqqında” Təlimat: 1.1. Azərbaycan Respublikasının Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələr və qoşun növləri komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə, hərbi hissə komandirləri və xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin hərbi daşınmalar zamanı hüquq və vəzifələrini; 1.2. Müdafiə Nazirliyinin hərbi qulluqçularının, onların ailə üzvlərinin, mülki işçilərinin və onlara məxsus şəxsi əmlakın (ev əşyalarının), hərbi yüklərin daşınması qaydalarını; 1.3. hərbi daşınmalar zamanı nəqliyyat üçün ayrılmış pul vəsaitlərindən istifadəyə maliyyə nəzarətinin təşkili və həyata keçirilməsi qaydalarını müəyyən edir .
2. Hərbi daşınmalar müvafiq sənədlər əsasında rəsmiləşdirilir və onlara görə hesablaşmalar köçürmə və ya nəğd yolla aparılır.
3. Müdafiə Nazirliyinin vəsaiti hesabına gediş-gəliş və ev əşyalarının daşınması üçün hərbi qulluqçulara, (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) onların ailə üzvlərinə, Silahlı Qüvvələrin mülki işçilərinə nəqliyyat xərcləri faktiki çəkilən xərclərə görə, lakin bu Təlimatda nəzərdə tutulan normalardan çox olmayaraq ödənilir.
21. Xidməti yerdəyişmə, hərbi hissənin siyahısından çıxarılmaqla təhsilə göndərilmə, hərbi hissənin dislokasiya (yerləşmə) yerinin dəyişilmə və həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmaqla əlaqədar olaraq hərbi qulluqçular və onların ailə üzvləri başqa yerə köçərkən onların ev əşyaları Müdafiə Nazirliyinin vəsaiti hesabına, daşmırlar. Hərbi qulluqçulara 3000 kq-dək əmlakın daşınması üçün çəkdiyi faktiki xərc yükün daşınması barədə qaimə-faktura və kassa mədaxil orderi təqdim edilməklə, müvafiq yükdaşıma müəssisəsinin müəyyən etdiyi tariflər müqabilində ödənilir. Ev əşyalarının daşınması hərbi qulluqçunun əvvəlki xidmət yerindən (ailəsinin yaşadığı yerdən) yeni xidmət (yeni yasavış) yerinədək həyata keçirilir.
Apellyasiya şikayətinin dəlillərinə münasibət:
Hazırkı inzibati işin hallarından müəyyən edilir ki, ehtiyata buraxılan hərbi qulluqçu olan iddiaçı xidmət etdiyi Naxçıvan şəhərindən Bakı şəhərinə köçərkən əmlakını “xxxx” MMC adlı karqo şirkəti vasitəsi ilə daşımış, həmin yüklərin 1 kiloqramı 1 manatdan olmaqla, ümumilikdə 2278 kiloqram yük üçün 2278 manat məbləğində pulu xidmət haqqı olaraq həmin karqo şirkətinə ödəmişdir. İddiaçı çəkdiyi xərclərin, yəni 2278 manat məbləğində pulun 911,2 manatının cavabdeh tərəfindən ona ödənildiyinin nəzərə alınaraq, qalıq 1366,8 manat məbləğində pulun kompensasiya olaraq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın imtina dəlilinin və eyni zamanda apellyasiya şikayətinin əsası isə ondan ibarətdir ki, iddiaçının tələb etdiyi məbləğ yüksək olmaqla yersiz xərclərin artmasına gətirib çıxarır. Belə ki, statistik göstəricilər və ağlabatan məbləğ nəzərə alınmaqla təminedici maliyyə orqanı tərəfindən yükün hər çəkisinə görə 0,40 qəpik ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək diqqətə çatdırır ki, hazırki mübahisəni tənzimləyən yuxarıda adı çəkilən Təlimatda Hərbi qulluqçulara yüklərin daşınması və bu daşınmaya görə çəkilən xərcin ödənilməsi ilə bağlı tələb olunan şərtlər açıq-aydın göstərilmişdir: - xərcləri ödəniləcək daşınan yüklərin maksimum çəkisi 3000 kq-dək olmalı; - yükün daşınması barədə qaimə-faktura və kassa mədaxil orderi təqdim edilməli; - müvafiq yükdaşıma müəssisəsinin müəyyən etdiyi tariflər müqabilində ödənişlər aparılmalıdır. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı qeyd edilən şərtlərin ödənilib-ödənilməməsi, həmçinin cavabdehin gətirdiyi apellyasiya şikayətinin dəlilləri ətraflı araşdırılmışdır. Bununla bağlı kollegiya iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirir: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin *** nömrəli, ## ######## 2024-cü il tarixli əmrində qeyd edilmişdir ki: “N nömrəli hərbi hissənin qərargah rəisinin müavini X4 Rüstəm oğlu, Azərbaycan Respublikası Müdafiə nazirinin ## ######## 2024-cü il tarixli **** nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, hərbi xidmətdən ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün 45 (qırx beş) gün növbəti məzuniyyət verilməklə, ## ###### 2024-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə göndərilsin. X4, 2024-cü il yanvar-noyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin ## ####### 2017-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul mükafatı tam həcmdə ödənilsin. X4 X19 Komandanının ##.##.2024-ci il tarixli *** nömrəli əmri ilə "1-ci məharət dərəcəsi" verilmişdir. X4 ehtiyata buraxılması ilə əlaqədar ikiaylıq maaş həcmində birdəfəlik pul müavinəti verilsin. 2024-cü ilin növbəti məzuniyyətindən 45 (qırx beş) gün istifadə edib və növbəti məzuniyyətə görə biraylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilib. Əsas: Azərbaycan Respublikası müdafiə nazirinin ##.##.2024-cü il tarixli **** nömrəli əmrindən çıxarış (daxilolma № ***), R S.R.Əliyevin raportu (daxilolma № ****) və üzülüşmə vərəqəsi № **.” - İddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən *-**-**/*-Ə-****-**/**** nömrəli, ## ###### 2024-cü il tarixli məktubla bildirilmişdir ki, ## #### 2016-cı il tarixli “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən karqo şirkətləri sürətli poçt xidməti fəaliyyəti ilə məşğul olan müəssisələrdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin ## #### 2014-cü il tarixli *** nömrəli əmrinin 21-ci maddəsinə əsasən hərbi qulluqçulara 3000 kiloqramadək əmlakın daşınması üçün çəkilmiş xərcin ödənişi yükün daşınması barədə qaimə-faktura və kassa mədaxil orderi təqdim edilməklə, müvafiq yükdaşıma müəssisələrinin müəyyən etdiyi tariflər müqabilində ödənilir. Əlavə olaraq bildirilmişdir ki, eyni istiqamət üzrə daşımaları həyata keçirmiş digər hərbi qulluqçular tərəfindən təqdim olunmuş sənədlərdə əks olunmuş tariflərlə sizin təqdim etdiyiniz sənədlərdə əks olunan məbləğlər arasında ciddi fərqlər vardır. Eyni zamanda təqdim edilən sənədlərə əsasən yüklərin birbaşa daşıyıcı tərəfindən deyil, həmin istiqamət üzrə daşıma işlərini təşkil edən karqo müəssisəsi tərəfindən həyata keçirildiyi müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla müdafiə nazirinin müvafiq əmrində yükdaşıma müəssisələrinin tarifləri əsas götürüldüyündən, Maliyyə və Büdcə İdarəsinin mütəxəssisləri tərəfindən müvafiq yükdaşıma müəssisələrinin göstərdikləri daşıma xidmətlərinin tariflərinin müqayisəli təhlili və bazar araşdırması nəticəsində orta yükdaşıma tarifləri müəyyən edilmiş və maliyyələşmələr zamanı həmin tariflər əsas götürülmüşdür. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilən Nurlu xxxx MMC tərəfindən tərtib və təsdiq olunmuş ******* nömrəli ## ######## 2024-cü il tarixli qaimə-faktura və AAU seriyalı ****** nömrəli ## ######## 2024-cü il tarixli mədaxil qəbzinin surətlərindən görünür ki, yüklərin hər kiloqramına görə xidmət haqqı 1 manatdan hesablanaraq onların daşınmasına görə 2278 manat iddiaçı tərəfindən ödənilmişdir. - Nurlu xxxx MMC tərəfindən verilmiş göndəriş cədvəlinin surətindən müəyyən edilir ki, iddiaçı X5 2278 manat manat ödəməklə yüklər onun tərəfindən şirkət vasitəsilə göndərilmiş, onun tərəfindən də təhvil alınmışdır. İşin faktiki hallarından göründüyü kimi iddiaçı nəzərdə tutulan faktiki xərclərlə bağlı həm inzibati orqana, həm də məhkəməyə müvafiq qaimə faktura, mədaxil qəbzi və göndəriş cədvəli təqdim etmişdir. Həmin sənədlərdən də göründüyü kimi 1 kiloqram yük üçün “xxxx” MMC tərəfindən 1 manat xidmət haqqı müəyyən edilmiş, iddiaçı tərəfindən ümumilikdə şirkətə 2278 manat məbləğində pul ödənilmişdir. Cavabdeh isə həmin məbləğin real olmadığını qeyd edərək yükün hər kiloqramı üçün 40 qəpik ödənilməsini daha düzgün hesab edir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin ## #### 2014-cü il tarixli, *** nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi daşınmalar və onlara görə hesablaşmalar haqqında” Təlimatın 21-ci bəndində hərbi qulluqçulara məxsus ev əşyalarının daşınması zamanı daşınma xərclərinin onların müvafiq daşıma şirkəti tərəfindən təqdim edilmiş qaimə fakturalar və digər sənədlər əsasında həyata keçirilməsi nəzərdə tutulmuş və həmin daşımalar üçün konkret tariflər nəzərdə tutulmamışdır. Bu səbəbdən həmin yüklərin daşınması zamanı ödənilməli olan daşınma xərclərini müəyyən edərkən təqdim edilmiş sənədlərdə göstərilən məbləğlərin ağlabatan olub-olmaması müəyyən edilməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, qanunvericiliyin bir sıra müddəaları “ağlabatanlıq” prinsipinə əsaslanır. “Ağlabatanlıq” prinsipi qanunvericilikdə müəyyən hüquq münasibətlərində verilməli müddətin, ödənilməli olan məbləğin, icra edilməli olan öhdəliyin həcminin imperativ olaraq təsbit edilmədiyi hallarda dövriyyəyə girir və hüquq münasibətləri iştirakçılarından, o cümlədən məhkəmə mübahisəsi zamanı işə baxan məhkəmədən işin halların uyğun olaraq müddətin, məbləğin, icra edilməli olan öhdəliyin həcminin müəyyən edilməsi üçün normal olan, yəni şişirdilməyən normativlərin müəyyən edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh yükün hər kiloqramı üçün 40 qəpik ödənilməsinin daha məqsədə müvafiq, daha ağlabatan olması ilə bağlı mövqeyini sübuta yetirə bilməmişdir. Belə ki, cavabdeh tərəfindən digər bir yükdaşıma şirkətlərinə aid yaxın keçmişdə həyata keçirilən yükdaşımalara dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə baxış keçirilərək müəyyən olunmuşdur ki, daşınan yükün hər kiloqramı üçün 25, 50, 60 qəpik xidmət haqqı hesablanmışdır. Belə ki, “xxxx” MMC tərəfindən ## #### 2025-ci il tarixdə X11 aid yüklərin daşınması zamanı yükün hər kiloqramı üçün 60 qəpik, ## ###### 2025-ci il tarixdə həmin yükdaşıma şirkəti tərəfindən X12 aid yüklərin daşınması zamanı yükün hər kiloqramı üçün 50 qəpik, “xxxx” MMC tərəfindən ## ###### 2025-ci il tarixdə X7 aid yüklərin daşınması zamanı yükün hər kiloqramı üçün 25 qəpik, həmin şirkət tərəfindən ## ###### 2025-ci il tarixdə X8 aid yüklərin daşınması zamanı yükün hər kiloqramı üçün 50 qəpik xidmət haqqı hesablanmışdır. Apellyasiya baxışı zamanı qeyd olunan dəlilə münasibətdə hazırkı işin obyektiv araşdırılması məqsədilə cavabdeh inzibati orqana iddiaçı ilə eyni dövrdə ehtiyata buraxılan şəxslər, yəni X24, X6, X13, X15, X20, X16, X9, X25, X34, X2, X17 və X10 ehtiyata buraxıldıqdan sonra onlara Naxçıvandan Bakıya əşya daşınması ilə əlaqədar daşıma xərclərinin ödənilib-ödənilməməsi ilə bağlı ətraflı məlumatın, əgər ödənilmişdirsə bununla bağlı bütün inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş *-**-**/*-***/**** nömrəli, ## #### 2026-cı il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, məktubda qeyd olunan şəxslərə ehtiyata buraxıldıqdan sonra Naxçıvandan Bakıya əşya daşınması ilə əlaqədar daşıma xərcləri xidmət etdikləri hərbi hissələrdə 1 kiloqramı 1 manatdan hesablanmaqla X24 2024-cü ilin fevral ayında 756,00 AZN (yeddi yüz əlli altı manat), 1 kiloqramı 1 manat 20 qəpikdən hesablanmaqla X6 2024-cü ilin aprel ayında 1974,00 AZN (min doqquz yüz yetmiş dörd manat), 1 kiloqramı 1 manat 20 qəpikdən hesablanmaqla X13 2024-cü ilin fevral ayında 1968,00 AZN (min doqquz yüz altmış səkkiz manat), 1 kiloqramı 1 manat 20 qəpikdən hesablanmaqla X15 2024-cü ilin aprel ayında 2073,61 AZN (iki min yetmiş üç manat altmış bir qəpik), 1 kiloqramı 1 manat 20 qəpikdən hesablanmaqla X20 2024-cü ilin aprel ayında 2020,80 AZN (iki min iyirmi manat səksən qəpik), 1 kiloqramı 1 manat 20 qəpikdən hesablanmaqla X16 2024-cü ilin may ayında 1482,00 AZN (min dörd yüz səksən iki manat), 1 kiloqramı 1 manat 20 qəpikdən hesablanmaqla X17 2024-cü ilin iyul ayında 2316,00 AZN (iki min üç yüz on altı manat) və 1 kiloqramı 1 manat 20 qəpikdən hesablanmaqla X10 1856,40 AZN 2024-cü ilin may ayında (min səkkiz yüz əlli altı manat qırx qəpik) ödənildiyi, X9, X25, X34 və X2 isə daşıma xərclərinin ödənilmədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçı ilə təxminən eyni ildə ehtiyata buraxılan şəxslərə Naxçıvandan Bakıya əşya daşınması ilə əlaqədar daşıma xərcləri xidmət etdikləri hərbi hissələrdə 1 kiloqramı 1 manat və ya 1 manat 20 qəpikdən hesablanaraq cavabdeh tərəfindən ödənilmişdir. İş üzrə araşdırmanın yekunu olaraq kollegiya qeyd edir ki, iddiaçının daşıdığı yüklərin ümumi çəkisi (2278 kq) 3000 kq-dan artıq olmamış, yükün daşınması barədə qaimə-faktura, göndəriş cədvəli, mədaxil qəbzi - kassa mədaxil orderi təqdim edilmişdir. Müvafiq yükdaşıma müəssisəsinin yəni hazırki halda “xxxx” MMC-nin müəyyən etdiyi tarif 1kq mala görə 1 manat kimi müəyyən edilmişdir. İnzibati orqan yüklərin daşınmasını mübahisələndirməmiş, lakin daşınmış yüklərin 1 kq-na görə 40 qəpikdən hesablama apararaq iddiaçıya ödəniş etmişdir. Apellyasiya araşdırması zamanı həmin məbləğin müəyyənləşdirilməsi əsasının nədən ibarət olması ilə bağlı gətirilən arqument ondan ibarət olmuşdur ki, MN dövlət büdcəsindən maliyyələşən orqandır. Müdafiə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri dövlət büdcəsinin qorunmasıdır. Bu məqsədlə artıq kompensasiyaların ödənilməsi, yersiz xərclərin artması yolverilməzdir. Çoxlu sayda bu tip müraciətlər mövcuddur. Orta bazar qiyməti müəyyənləşdirilərək ağlabatan qiymət çıxarılmışdır. Hazırkı vəziyyətdə hər kq-a görə əlavə 20 qəpikdən ödəniş də həyata keçirilə bilər. Məhkəmə kollegiyası bir daha diqqətə çatdırır ki, bir inzibati orqanın bu cür öz mövqeyini əsaslandırması qəbul edilə bilməz. Hələ ki, sözügedən mübahisəni tənzimləyən qanunvericilik normasında inzibati orqan tərəfindən məbləğin müəyyənləşdirilərək verilməsi şərti mövcud deyildir. Təlimatda tələb olunan yuxarıda sadalanan şərtlər isə iddiaçı tərəfindən ödənilir. Bundan sonra çoxlu sayda müraciətlərin olması isə hazırkı iş üzrə tələbində haqlı olan iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz. Beləliklə, iddiaçı hazırkı tələbində daşıma xərci kimi 1 kiloqram yük üçün 1 manat hesablanmaqla etdiyi ödənişin cavabdehdən tələb edilməsində haqlı olmuşdur. O da diqqətə çatdırılır ki, nə qədər ki, hazırkı mübahisəni tənzimləyən Təlimatda konkret olaraq qanunvericilik daşıma xərclərinin qiyməti barədə məsələləri imperativ qaydada tənzimləmir (tarif dəqiq müəyyən edilmir), bu zaman cavabdeh orqanın hazırkı işdə şirkətin müəyyən etdiyi daşıma xərcinin şişirdildiyi, real və ağlabatan olmadığı qənaətinə gəlməklə iddiaçının müraciətinin təmin edilməsindən imtinası düzgün və haqlı olmamışdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli