Məhkəmə qərarları › İş №2-1(103)-4517/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4517/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4517/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8814/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsi, Rusiya Federasiyasının Ali Təhsil Müəssisəsi “X3 Universiteti” tərəfindən ona verilmiş 05 mart 2024-cü il tarixli, 107724 ******* (registrasiya nömrəsi 11- 16/133 24) nömrəli diplom üzrə aldığım “Dövlət və Bələdiyyə İdarəetməsi” ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən ünvan kimi – “Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsi, ev 88a” ünvanı, ***-***-**-** mobil əlaqə nömrəsi qeyd edilmişdir. İnzibati iş icraata daxil olduqdan sonra birinci instansiya məhkəməsində hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana məhkəmə bildirişi, həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiyi mobil nömrəyə “SMS” xəbərdarlıqlar göndərilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq təhsili ilə əlaqədar xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinədək ölkə ərazisində olmadığı üçün xx.xx.2025-ci il tarixindı saat 14:10-da 2-1(112)- 8814/2025 saylı məhkəmədə iddiaçı kimi iştirak edə bilməyəcəyini bildirmiş və məhkəməni xx.xx.2025-ci il tarixində sonraya təyin edilməsini xahiş etmişdir. Məhkəmənin həmin iclasında iddiaçı iştirak etmədiyindən, iddiaçı tərəfindən ünvanlanmış ərizə nəzərə alınaraq, məhkəmə iclası xx.xx.2025-ci il tarixə təxirə salınmış və iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana məhkəmə bildirişi göndərilmiş, həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiyi mobil nömrəyə “SMS” xəbərdarlıqlar göndərilmişdir. Lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə bildirişi iddia ərizəsində göstərilən ünvandan üzərində “ünvan tapılmır” qeydi ilə məhkəməyə geri qayıtmışdır. Məhkəmənin həmin iclasında iddiaçı iştirak etmədiyindən məhkəmə iclası xx.xx.2025-ci il tarixə təxirə salınmış və iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana məhkəmə bildirişi göndərilmiş, həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiyi mobil nömrəyə “SMS” xəbərdarlıqlar göndərilmiş. Bunlara baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmənin həmin iclasında iddiaçı iştirak etmədiyindən məhkəmə iclası xx.xx.2025-ci il tarixə təxirə salınmış və məhkəmə tərəfindən iddiaçının iddia ərizəsində göstərilən ünvana xx.xx.2025-ci il tarixdə məhkəmə icraatından yayınmanın nəticələri barədə hüquqi yardım məktubu ünvanlanmış, 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınacağı təqdirdə, iddianın geri götürülmüş sayılacağı barədə xəbərdarlıq edilmiş və iddiaçının iddia ərizəsində qeyd etdiyi nömrəyə SMS xəbərdarlıq göndərilmişdir. Hüquqi yardım məktubu iddiaçının iddia ərizəsində göstərilən ünvandan üzərində “ünvan səhvdir” qeydi ilə məhkəməyə geri qayıtmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8814/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası geri götürülmüş və iş üzrə icraata xitam verilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iş üzrə icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsində məhkəmənin son iclası xx.xx.2025-ci il tarixinə təyin edilsə də, iddiaçı üzrlü səbəbdən – səhhətində yaranan ciddi sağlamlıq probleminə görə iştirak edə bilməmişdir. Bununla bağlı iddiaçı mobil telefon vasitəsi ilə Məhkəməni məlumatlandırmış, müvafiq xəstəxana arayışının hazırlandığı və Məhkəməyə təqdim edəcəyini bildirmiş, iclasın təxirə salınmasını xahiş etmişdir. Lakin Məhkəmə onun xəstəxanadan aldığı arayışı qəbul etmədən, tamamilə əsassız şəkildə iddia tələbini geri götürmüş sayılmağı barədə qərardad çıxarmışdır. Məlum olmuşdur ki, iddiaçı bir neçə dəfə yay ayları ərzində məhkəməyə çağırılmış və bununla bağlı poçt vasitəsi ilə məktublar göndərilmişdir. Belə ki, iddiaçının Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində göstərdiyi ünvan tamamilə doğrudur, heç bir dəyişiklik olmamışdır, müxtəlif hüquqi və fiziki şəxslərdən bu ünvana göndərilən məktublar ona çox asanlıqla poçt əməkdaşları vasitəsi ilə çatdırılır. Lakin Bakı İnzibati Məhkəməsindən hər hansı məktub barəsində ona nə Məhkəmədən, nə də poçt əməkdaşlarınan heç bir məlumat daxil olmamışdır, heç bir xəbər verilməmişdir. Təhsili ilə bağlı Rusiya Federasiyasında olduğu müddətdə belə, iddiaçının ailə üzvləri göstərilən ünvanda yaşamışlar, lakin poçtdan həmin ünvana heç bir məktub gətirilməmişdir. Bunun məsuliyyətini isə o yox, müvafiq poçt xidməti əməkdaşları daşıyır. İşin apellyasiya baxışı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Bakı İnzibati Məhkəməsinə xx.xx.2025-ci il tarixli, “3-38-33/2-1972/25” nömrəli məktub göndərmişdir. Həmin məktubda cədvəl şəklində iddiaçının Azərbaycan Respublikasından Rusiya Federasiyasına giriş-çıxışı ilə bağlı məlumatlar göstərilmişdir. Həmin cədvəldə görünür ki, o, 2023-cü ildə xx.xx.2023-xx.xx.2023 tarixləri arasında Rusiya Federasiyasında olmuş, daha sonra bir də 2024-cü ildə xx.xx.2024-xx.xx.2024 tarixləri arasında Rusiya Federasiyasında olmuşdur. İddiaçı Rusiya Federasiyasında bakalavr təhsilimə 2019-2020-ci tədris ilində başlamışdır. 2020-2021-ci tədris ilində bakalavrın İİ kursunda oxumuş, 2021- 2022-ci tədris ilində bakalavrın İİİ kursunda oxumuş və 2022- 2023-cü tədris ilində bakalvrın İV kursunda oxumuş, 2023-cü ilin aprel ayında bakalvr diplom işini (buraxılış işi və ya bakalavr dissertasiyası da adlanır) elmi müdafiə etməli idi, buna görə də 2023-cü ildə xx.xx.2023-xx.xx.2023 tarixləri arasında Rusiya Federasiyasında olmuşdur. Lakin təhsil aldığı müəssisədə deyilmişdir ki, müxtəlif təhsil ixtisaslarının diplom işlərinin elmi müdafiəsi müxtəlif vaxtlarda növbə ilə olur və 2023-cü ilin aprel ayında iddiaçının təhsil ixtisası üzrə elmi müdafiə olmayacaq, elmi müdafiənin tarixini ona bildirəcəklər. Buna görə də o, 03 aprel 2023-cü il tarixindən 18 aprel 2023-cü il tarixinə də Rusiyada qalmış, belə cavab aldıqdan sonra isə Rusiyada əlavə mənzil kirayəsi və yaşayış xərci çıxmasın deyə, Azərbaycana qayıtmışdır. Azərbaycan bir neçə ay gözlədikdən sonra ona təhsil müəssisəsi yenidən məlumat vermişdir ki, 2024-cü ilin yanvar və fevral aylarında mənim təhsil ixtisası üzrə tələbə qruplarının növbə ilə elmi müdafiəsi olacaqdır. Buna görə iddiaçı 2024-cü ildə xx.xx.2024-xx.xx.2024 tarixləri arasında Rusiya Federasiyasında olmuşdur. Bu məlumatları Dövlət Sərhəd Xidmətinin məktubu da təsdiqləyir. Yəni ki, o, əslində bakalavr təhsilini 2023-cü ildə bitirmişdir, lakin 2023-cü ildə diplom işinin müdafiəsi gecikib deyə, məcbur qalaraq Azərbaycana gəlmiş və 2024-cü ilin yanvarında bir də yenidən əlavə olaraq Rusiyaya getmişdir.Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşları isə bildirir ki, iddiaçı gərək bir tədris ili ərzində ən azı 30 gün təhsil müəssisəsi olan ölkədə olmalıdır. İddiaçı isə bildirir ki, o, əlavə xərcləri çıxmasın deyə 2023- cü ilin aprel ayında cəmi 15 gün Rusiyada olmuş, 2024-cü ilin yanvarında isə yenidən gecikmiş elmi müdafiəsi üçün Rusiyaya getmişdir. Yəni ki, əslinə qalsa, 2024-cü ildə onun Rusiyada qalma müddəti sonuncu tədris ilinə - 2022-2023-cü tədris ilinə hesablanmalıdır. Odur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8814/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını, iddia tələbinin təmin olunmasını və Rusiya Federasiyasının Ali Təhsil Müəssisəsi "X3 Universiteti" tərəfindən ona verilmiş 05 mart 2024-cü il tarixli, 107724 ******* (qeydiyyat nömrəsi 11-16/133 24) nömrəli diplom üzrə aldığı "Dövlət və Bələdiyyə İdarəetməsi" ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında nümayəndələrinin iştrakını təmin etməmişdirlər, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddətləri çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin, iddiaçının iş materiallarında olan “Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsi, ev 88a” ünvanına və ***-***-**-** mobil əlaqə nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclaslarında iştirak etməmişdir. Belə ki, İPM-in 62.1-ci maddəsinə əsasən məhkəmə prosses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. İPM-in 20.1-ci maddəsinə görə müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur MPM-in 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. MPM-in 135.7-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi elektron kabineti olmayan şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-in göndərilməsi, həmin şəxsin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilməsi üçün əsasdır. Lakin buna baxmayaraq iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, xx.xx.2025-ci il tarixdən (6 aya yaxın müddətdə) məhkəmənin icraatında olan inzibati işə marağını itirmişdir. Eyni zamanda işin apellyasiya baxışı zamanı Xətai rayon Mənzil-Kommunal Təsərrüfat birliyi tərəfindın verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən bildirilmişdir ki, xidməti ərazi üzrə 2 nömrəli MKİS-nin qeyd olunan ünvanla bağlı arayışına əsasən İddiaçı ünvan 4 MKİS-in ərazisində yerləşən M.Davud küçəsində 88A nömrəli evdə yaşayış və qeydiyyatdadır. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından, onun iddiasının geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8814/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8814/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar