Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4519/2025 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı (əvvəlki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə) qarşı (3-cü şəxs: Üçüncü şəxs Mənzil- Tikinti Kooperativi) işi üzrə QƏRARİ (Açar sözlər: “hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə , Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Üçüncü şəxs MTK ilə Nuriyev Yusif Məhəmməd oğlu arasında bağlanmış ## ######## 2019-cu il tarixli **** saylı müqaviləyə əsasən Üçüncü şəxs MTK Bakı şəhəri, Moskva prospekti 8 ünvanda inşa olunan çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin ** saylı binasının 4-cü mərtəbəsində yerləşən, sahəsi 147 kv.metr olan 4 otaqlı, ** saylı mənzili təqdim etməyi, Nuriyev Yusif Məhəmməd oğlu isə həmin mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
2. İşdə olan Üçüncü şəxs MTK tərəfindən verilmiş **** saylı, ## ######## 2019-cu il tarixli arayışdan görünür ki, Nuriyev Yusif Məhəmməd oğlu Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə ünvanında inşa olunan çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin ** saylı binasının 4-cü mərtəbəsində yerləşən, sahəsi 147 kv.metr olan 4 otaqlı, ** saylı mənzilin tam dəyərini ödəmişdir. Üçüncü şəxs MTK-ya borcu yoxdur.
3. Cavabdehin məhkəmə sorğusu əsasında ## ### 2025-ci il tarixli cavab məktubu ilə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 8 ünvanında inşa edilmiş ** saylı yaşayış binasının ** saylı mənzilinin texniki vəziyyətini əks etdirən müayinə aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
4. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən Moskva prospekti 8 ünvanında inşa edilmiş ** saylı yaşayış binasının ** saylı mənzilinin hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi 147 kv.metr, faktiki sahəsi 138,3 kv.metr təşkil edir. Mənzil 19 mərtəbəli binanın 4 mərtəbəsində yerləşir. Binanın qəbul aktı və təsdiq edilmiş eskiz layihəsi təqdim edilməmişdir.
5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin *** nömrəli, ## ###### 2019-cu il tarixli istismara icazə sənədində Üçüncü şəxs MTK tərəfindən təqdim edilmiş Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə (2,3,4,11 və ** nömrəli binalar); 2 ədəd 1 girişli, 19 (+ texniki) mərtəbəli və 3 ədəd 1 girişli 22 (+texniki) mərtəbəli, 2 səviyyə zirzəmili yaşayış binalarına ##.##.2019cu il tarixdən istismarına icazə verilmişdir.
6. Üçüncü şəxs Mənzil-Tikinti Kooperativinin *** saylı, ## ###### 2025-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli binalardan ibarət Üçüncü şəxs MTK-nın ** saylı binasının 4-cü mərtəbəsində ümumi sahəsi 147 kv.metr olan 4 otaqlı ** saylı mənzili İddiaçı məxsusdur və payçısıdır.
7. Cavabdeh tərəfindən iddiaçıya verilmiş ##.##.2025-ci il tarixli imtina məktubunda iddiaya yazılı etirazda göstərilən əsaslar qeyd edilmişdir.
8. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə məhkəmə Kollegiyası *-*(***)- ****/**** saylı, ## #### 2026-cı il tarixli sorğu göndərərək Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin ** saylı (əvvəlki nömrəsi 8) binasında sakinlərə verilmiş mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə çıxarış sənədlərinin təsdiq edilmiş surətinin məhkəməyə təqdim olunmasını xahiş etmişdir.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin *-**-*-**/*-*****/**** saylı, ## ##### 2026 -cı il tarixli məhkəmənin sorğusuna cavab məktubunda bildirilmişdir ki, Üçüncü şəxs MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllədə inşa edilmiş ** saylı (əvvəlki 8) binanın qeydiyyatı ilə bağlı məlumat aşkar edilməmişdir.
10. Həmçinin, Apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə məhkəmə Kollegiyası *-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli sorğu göndərərək yuxarıda qeyd edilən mübahisə ilə bağlı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin ** saylı binasının istismara icazə sənədinin təsdiq edilmiş surətinin məhkəməyə təqdim olunmasını xahiş etmişdir. Sorğuda eyni zamanda qeyd edilmişdir ki, məhkəmə sorğusuna İdarənin ## #### 2025-ci il, *-**-*/*-****/**** saylı cavab məktubunda Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə ünvanında yerləşən Üçüncü şəxs MTK-ya məxsus yaşayış binasına dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2019-ci il tarixli *** nömrəli istismara icazə sənədinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunsa da həmin icazə sənədindən ** nömrəli (əvvəlki nömrəsi 8) binaya aid olması müəyyən olunmamışdır.
11. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi məhkəmənin sorğusuna ##.##.2026-cı il tarixli cavab məktubunda sözügedən binanın istismara icazə sənədinin aşkar olunmadığını bildirmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
12. İddiaçı İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun tərəfindən ## ######## 2019-cu il tarixli, **** saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin ** saylı binasının 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 147 kv.m olan, dörd otaqlı, ** saylı mənzilə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə Üçüncü şəxs MənzilTikinti Kooperativi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
14. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Üçüncü şəxs Mənzil-Tikinti Kooperativi ilə bağlanmış ## ######## 2019-cu il tarixli **** saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllədə inşa edilmiş çox mərtəbəli binalardan ibarət yaşayış kompleksinin ** saylı binasının 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 147 kv.m olan, dörd otaqlı, ** saylı mənzil iddiaçıya satılmışdır. Üçüncü şəxs Mənzil Tikinti Kooperativinin ## ######## 2019-cu il tarixli **** saylı maliyyə arayışına əsasən alınan mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. Bununla əlaqədar olaraq o, aldığı yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün zəruri olan bütün sənədləri cavabdeh quruma təqdim edərək mənzilin dövlət reyestrində qeydə alınması və çıxarış verilməsini xahiş etmişdir. Cavabdehin ## #### 2025-ci il tarixli məktubu ilə mənzilin dövlət reyestrində qeydə alınması və həmin mənzilə çıxarış verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, göstərilən ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədi cavabdehə təqdim edilməmişdir.
15. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı sözügedən məsələ ilə əlaqədar cavabdehə müraciət etmiş və ************ saylı, ##.##.2025-ci il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin və protokoldan çıxarışın * saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvanda yerli baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilin faktiki ümumi sahəsi 138,3 kv.m təşkil edir.
16. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməsi, iddiaçı İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin ** saylı binasının 4-cü mərtəbəsində yerləşən, dörd otaqlı, ** saylı mənzilinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, həmin bina razılaşdırılmış layihəyə əsasən inşa edilmiş, qanunvericiliyin və qeyd olunan dövlət qurumlarının göstərişlərinə uyğun olaraq tikinti işləri yekunlaşdırılmış, bina istismara qəbul edilmişdir. Yaşayış binasının istismara icazə sənədi müvafiq məhkəmə sorğusu əsasında əldə edilmişdir.
18. Eyni zamanda qanunvericilikdə mənzil-tikinti kooperativi tərəfindən inşa edilmiş yaşayış binasında mənzil üzərində mülkiyyət hüququnun əldə edilməsi üçün mənzil mülkiyyətçilərinin ümumi yığıncağının qərarının olması zəruri olaraq göstərilmişdir. İddiaçı tərəfindən konkret olaraq belə bir qərar təqdim edilməsə belə işdən görünür ki, həmin mənzillə bağlı müqavilə iddiaçının atası Nuriyev Yusif Məhəmməd oğlu ilə bağlanmışdır. Eyni zamanda mənziin dəyəri Nuriyev Yusif Məhəmməd oğlu tərəfindən tam ödənilmişdir. Həmçinin MTK sədrinin məktubunda iddiaçının həmin mənzilin payçısı olması qeyd edilmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
19. Qərardan cavabdeh apellyasiya şikayətləri verərək Bakı İnzibati Məhkəməsinin *- *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin və protokoldan çıxarışın * saylı BakıƏrazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvanda yerli baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilin faktiki ümumi sahəsi 138.3 kv.m təşkil edir. Əlavə olaraq bildiririk ki, Azərbaycan RespublikasıAli Məhkəməsinin ##.##.2023-cü il tarixli, *- *(***)-****/**** saylı qərarında iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən halların araşdırılması əsas kimi qəbul edilmişdir. Faktiki vəziyyətdə isə müvafiq ünvanda yerləşən Üçüncü şəxs MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasında hər hansı mənzil və ya qeyriyaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərarında qeyd edilən bərabərlik və etimadın qorunması prinsipinin tətbiqi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamışdır,.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
22. Apellyasiya baxışı zamanı iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim olunaraq göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı məcburetmə haqqında iddia ərizəsilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və atası Yusif Məhəmməd oğlu Nuriyevin almış olduğu ## ######## 2019-ci il tarixli **** saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllədə inşa edilmiş çox mərtəbəli binalardan ibarət yaşayış kompleksinin ** saylı binasının 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 147,0 kv.m olan dörd otaqlı ** saylı mənzilin onun adına dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair çıxarışın verilməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri piblik hüququ şəxsi * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı ilə İddiaçı iddia tələbi təmin edilmişdir. Təqdim edilmiş ölüm şəhadətnaməsindən görünür ki, iddiaçının atası Yusif Məhəmməd oğlu Nuriyev ## ###### 2022-ci il tarixdə ölmüşdür. Bu səbəbdən İddiaçı iddia ərizəsində dəqiqləşmə aparılaraq onun mərhum atası tərəfindən alınmış yuxarıda göstərilən mənzilin Yusif Məhəmməd oğlu Nuriyevə məxsus olması arayışının verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri piblik hüququ şəxsi * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi barədə dəqiqləşmənin nəzərə alınmasını xahiş edir.
23. İddia ərizəsinin dəqiqləşdirilməsi protokol qaydasında icraata qəbul edilmişdir.
d) Prosses iştirakçılarının izahatları
24. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri piblik hüququ şəxsi * saylı Bakı Ərazi İdarəsinin *-**-*-**/*-*****/**** saylı, ## ##### 2026 -cı il tarixli məhkəmənin sorğusuna cavab məktubunda qeyd olunanlara münasibətdə bildirmişdir ki, məhkəmənin sorğusunda mübahisəli binada sakinlərə verilmiş mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə çıxarış sənədlərinin məhkəməyə təqdim olunması qeyd edilmişdir, lakin sorğuya vahid forma olaraq ona görə binanın qeydiyyata alınmaması ilə bağlı məlumat aşkar edilməmişdir məzmunda cavab verilmişdir ki, reyestrdə mənzillər və qeyri-yaşayış sahələri hər hansı binanın tərkibində qeydiyyata alınır.Əgər binanın reyestrdə qeydiyyatı yoxdursa deməli onun tərkibində hər hansı mənzilə və ya qeyri-yaşayış sahəsinə çıxarış verilməyib.Yəni hazırda mübahisəli bina reyestrdə qeydiyyatda olmaması o deməkdir ki, həmin binada hər hansı mənzilə və ya qeyri-yaşayış sahəsinə çıxarış verilməmişdir.
25. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını, iddia ərizəsinə dəqiqləşmə ərizəsinin təmin olunmasını xahiş etmişdir.
26. Eyni zamanda məhkəmə Kollegiyası cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz etmişdir.
27. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
28. Mülki Prosessual Məcəllənin 58.1.-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.
Tətbiq edilən hüquq
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun
8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.-11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edənsənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncamvermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2-ci maddəsi “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayətində qərarı tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
33. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(İPM-in 82-ci maddəsi)
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
35. Daha sonra məhkəmə Kollegiyası işin faktiki halları ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, iş materialları ilə müəyyən edildiyi kimi, iddiaçı İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun tərəfindən ## ######## 2019-cu il tarixli, **** saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin ** saylı binasının 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 147 kv.m olan, dörd otaqlı, ** saylı mənzilə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
37. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, həmin bina razılaşdırılmış layihəyə əsasən inşa edilmiş, qanunvericiliyin və qeyd olunan dövlət qurumlarının göstərişlərinə uyğun olaraq tikinti işləri yekunlaşdırılmış, bina istismara qəbul edilmişdir. Yaşayış binasının istismara icazə sənədi müvafiq məhkəmə sorğusu əsasında əldə edilmişdir.
38. Eyni zamanda qanunvericilikdə mənzil-tikinti kooperativi tərəfindən inşa edilmiş yaşayış binasında mənzil üzərində mülkiyyət hüququnun əldə edilməsi üçün mənzil mülkiyyətçilərinin ümumi yığıncağının qərarının olması zəruri olaraq göstərilmişdir. İddiaçı tərəfindən konkret olaraq belə bir qərar təqdim edilməsə belə işdən görünür ki, həmin mənzillə bağlı müqavilə iddiaçının atası Nuriyev Yusif Məhəmməd oğlu ilə bağlanmışdır. Eyni zamanda mənziin dəyəri Nuriyev Yusif Məhəmməd oğlu tərəfindən tam ödənilmişdir. Həmçinin MTK sədrinin məktubunda iddiaçının həmin mənzilin payçısı olması qeyd edilmişdir.
39. Apellyasiya baxışı zamanı isə iş üzrə aşağıdakı hallar müəyyən olunmuşdur:
40. İşdə olan Üçüncü şəxs MTK tərəfindən verilmiş **** saylı, ## ######## 2019-cu il tarixli arayışdan görünür ki, Nuriyev Yusif Məhəmməd oğlu Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə ünvanında inşa olunan çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin ** saylı binasının 4-cü mərtəbəsində yerləşən, sahəsi 147 kv.metr olan 4 otaqlı, ** saylı mənzilin tam dəyərini ödəmişdir. Üçüncü şəxs MTK-ya borcu yoxdur. Lakin Təqdim edilmiş ölüm şəhadətnaməsindən görünür ki, iddiaçının atası Yusif Məhəmməd oğlu Nuriyev ## ###### 2022-ci il tarixdə ölmüşdür.(Yəni birinci instansiya məhkəməsində işə baxılmasından 3 il əvvəl )
41. İmişli Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, vəfat etmiş Nuriyev Yusif Məhəmməd oğlunun adına vərəsəlik işi açılmışdır və Nuriyev Məhəmməd Yusif oğlu və İddiaçı vərəsə kimi tanınmışdır.
42. Bu səbəbdən məhkəmə Kollegiyası İPM-in 13-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsini təklif etmiş və İddiaçı iddia ərizəsində dəqiqləşmə aparılaraq onun mərhum atası tərəfindən alınmış yuxarıda göstərilən mənzilin Yusif Məhəmməd oğlu Nuriyevə məxsus olması barədə arayışının verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri piblik hüququ şəxsi * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.İddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir.
43. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.
44. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə məhkəmə Kollegiyası *- *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli sorğu göndərərək Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin ** saylı (əvvəlki nömrəsi 8) binasında sakinlərə verilmiş mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə çıxarış sənədlərinin təsdiq edilmiş surətinin məhkəməyə təqdim olunmasını xahiş etmişdir.
45. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin *-**-*-**/*-*****/**** saylı, ## ##### 2026 -cı il tarixli məhkəmənin sorğusuna cavab məktubunda bildirilmişdir ki, Üçüncü şəxs MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllədə inşa edilmiş ** saylı (əvvəlki 8) binanın qeydiyyatı ilə bağlı məlumat aşkar edilməmişdir.
46. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri piblik hüququ şəxsi * saylı Bakı Ərazi İdarəsinin *-**-*-**/*-*****/**** saylı, ## ##### 2026 -cı il tarixli məhkəmənin sorğusuna cavab məktubunda qeyd olunanlara münasibətdə bildirmişdir ki, məhkəmənin sorğusunda mübahisəli binada sakinlərə verilmiş mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə çıxarış sənədlərinin məhkəməyə təqdim olunması qeyd edilmişdir, lakin sorğuya vahid forma olaraq ona görə binanın qeydiyyata alınmaması ilə bağlı məlumat aşkar edilməmişdir məzmunda cavab verilmişdir ki, reyestrdə mənzillər və qeyri-yaşayış sahələri hər hansı binanın tərkibində qeydiyyata alınır.Əgər binanın reyestrdə qeydiyyatı yoxdursa deməli onun tərkibində hər hansı mənzilə və ya qeyri-yaşayış sahəsinə çıxarış verilməyib.Yəni hazırda mübahisəli bina reyestrdə qeydiyyatda olmaması o deməkdir ki, həmin binada hər hansı mənzilə və ya qeyri-yaşayış sahəsinə çıxarış verilməmişdir.
47. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə məhkəmə Kollegiyası *-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli sorğu göndərərək yuxarıda qeyd edilən mübahisə ilə bağlı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin ** saylı binasının istismara icazə sənədinin təsdiq edilmiş surətinin məhkəməyə təqdim olunmasını xahiş etmişdir. Sorğuda eyni zamanda qeyd edilmişdir ki, məhkəmə sorğusuna İdarənin ## #### 2025-ci il, *-**-*/*-****/**** saylı cavab məktubunda Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə ünvanında yerləşən Üçüncü şəxs MTK-ya məxsus yaşayış binasına dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2019-ci il tarixli *** nömrəli istismara icazə sənədinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunsa da həmin icazə sənədindən ** nömrəli (əvvəlki nömrəsi 8) binaya aid olması müəyyən olunmamışdır.
48. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi məhkəmənin sorğusuna ##.##.2026-cı il tarixli cavab məktubunda sözügedən binanın istismara icazə sənədinin aşkar olunmadığını bildirmişdir.
49. Beləliklə, müəyyən olunmuşdur ki, mübahisəli mənzil yerləşdiyi binanın istismarına icazə verilməmişdir.(Birinci instansiya məhkəməsi mübahisəli binanın deyil, həmin ərazidə başqa binanın istismara qəbul edildiyinə əsaslanmışdır və bu hal apellyasiya baxışı zamanı yuxarıda qeyd olunan məhkəmə sorğusu əsasında dəqiqləşdirilmişdir.).
50. Həmçinin, hazırda mübahisəli binada hər hansı mənzilə və ya qeyri-yaşayış sahəsinə çıxarış verilməmişdir.
51. Odur ki, iddianın təmin edilməsi üçün tətbiq edilən hüquq normalarında nəzərdə tutulan əsaslar da mövcud deyildir.( “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsi).
52. Əlavə olaraq məhkəmə Kollegiyası nəzərə alır ki, faktiki vəziyyətdə müvafiq ünvanda yerləşən Üçüncü şəxs MTK tərəfindən inşa edilmiş mübahisəli çoxmənzilli yaşayış binasında hər hansı mənzil və ya qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün bərabərlik prinsipinin tətbiqi mümkün olmamışdır.
53. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
54. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
56. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilərək iddia rədd olunmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.