Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-452/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və fərq məbləğinin ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8171/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hərbi qulluqçu kimi tərxis olunduğu xx.xx.2001-ci il tarixdən başlayaraq 2001-2007-ci il tarixlər üçün almalı olduğu pensiyanın hesablanması və ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1976-cı ildə əmək fəliyyətinə başlamış, 1988-2011-ci illərdə Daxili İşlər Nazirliyində Yanğından Mühafizə İdarəsində inspektor vəzifəsində çalışmış, 2013-cü ildə ona pensiya təyin olunmuş, sonradan onun iddia tələbinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-254/201 saylı, 15 fevral 2017-ci il tarixli qərarı ilə pensiyası xx.xx.2007-ci il tarixdən təyin olunması vəzifəsi cavabdehə həvalə olunmudur. Lakin onun hərbi qulluqçu kimi ona xx.xx.2001-ci il tarixdə tərxis olunduğu nəzərə alınmaqla ona 2001-2007-ci il tarixlər üçün almalı olduğu öz həllini tapmamışdır. Bununla bağlı o cavabdehə müraciət etsə də cavabdeh onun xx.xx.2021-ci il tarixxdə daxil olmuş ərizəsinə xx.xx.2022 tarixli imtina məktubu ünvanlayaraq ”Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə istinadən onun müraciət etdiyi xx.xx.2021-ci il tarixdən qanunvericiliklə müəyən edilən üç il müddətindən daha çox dövrü əhatə etdindən və DSMF hərbi qulluquçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını 1 yanvar 2007-ci il tarixdən etibarən həyata keçirdiyindən müraciətdə qeyd olunan dövr üzrə əmək pensiyasının yenidən hesablanmasını qanunuvericiliyin tələbləri baxımından mümkün hesab etməmiş, bununla da hüşquqlarını pozmuşdur. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında imtina məktubunda qeyd olunan əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8171/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunun 2-ci maddəsində pensiya təminatı hüququ olan hərbi qulluqçulara pensiyanın onlar hərbi xidmətdən buraxıldıqdan sonra bu Qanuna müvafiq surətdə təyin edilməsi ve ödənilməsi nəzərdə tutulmuşdu. Xidmət illərinə görə əmək pensiyasının təyin edilməsi üçün fərdin müəyyən yaş həddinə çatması faktı hüquqi əhəmiyyət kəsb etmir. Hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququnun yaranması üçün başlıca hüquqi fakt kimi xüsusi əmək stajı çıxış edir. Məhkəmə iş üzrə sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qərarı işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün əsaslandırmamış, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Əzizli apellyasiya şikayətinin imtina məktubunda və iddia ərizəsinə etirzında göstərilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia qaldıraraq hərbi qulluqçu kimi tərxis olunduğu xx.xx.2001-ci il tarixdən başlayaraq, 2001-2007-ci il tarixlər üçün almalı olduğu pensiyanın hesablanması və ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, onun həmin iddia tələbi birinci instansiya məhkəməsinin qərarı ilə təmin olunmamışdır. Bu nəticəyə gələrkən, məhkəmə qeyd etmişdir ki: “...Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1-1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir. Hazırki iş hallarından isə görünür ki, iddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2019-cu il tarixədək cavabdeh inzibati orqana müraciət etməmişdir. Belə ki, işin faktiki hallarından məlum olmuşdur ki, iddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı yalnız 12 noyabr 2021-ci il tarixdə (imtina məktubunda qeyd olunmuşdur) cavabdeh inzibati orqana müraciət etmişdir. Göründüyü kimi, iddiaçının müraciəti xx.xx.2019-cu il tarixdən sonraya aid olduğundan, o, pensiya hüququ yarandığı tarixdən asılı olmayaraq mübahisəli dövrlər üçün (2001-2007) fərq məbləğinin almaq hüququna malik deyildir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya xx.xx.2007-ci il tarixdən pensiya təyin olunduğundan və fərq məbləği həmin tarixdən ödənildiyindən, ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi də (müraciət etdiyi vaxtdan geriyə üç il) mümkün deyildir...” Məhkəmə kollegiyası mahiyyət etibarı ilə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, iddia ərizəsinə cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubuna, iddia ərizəsinə etirazına və işə əlavə olunmuş pensiya işinə dair sənədlərdən çıxarışlara əsasən müəyyən olunur ki, idddiaçıya ilk dəfə onun xx.xx.2014-cü il tarixində, onun müracifəti (ərizəsi) və Fövqaladə Hallar nazirliyinin 23 yanvar 2014-cü il tarixli məlumat vərəqi əsasında, cavabdehin hüquq sələfi - Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş Departamentinin xx.xx.2014-cü il tarixli qərarı ilə yaşa görə xx.xx.2013-cü il tarixdən əmək pensiyası təyin edilmişdir. İşə əlavə olunmuş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-254/201 saylı, 15 fevral 2017-ci il tarixli qərarından isə görünür ki, daha sonra iddiaçı həmin Departamentə qarşı məhkəmədə iddia qaldıraraq, daxili işlər orqalarından xx.xx.2001-ci il tarixdə tərxis oluduğunu bilirərək, ilk öncə, onun əmək pensiyasına yenidən baxılması və hesablanması vəzifəsinin cavabdehə həvalə olunmuasına dair iddia ərizəsi ilə, məhkəmə icraatı gedişində isə iddia tələbini dəqiqləşdirərək, ona xx.xx.2007-ci il tarixdən təyin olunması vəzifəsinin cavabdehə həvalə olunmasını məhkəmədən xahiş etmiş və məhkəmənin həmin qərarı ilə həmin tələbi təmin edilərək xx.xx.2007-ci il tarixdən ona əmək təyin olunmuş, məhkəmənin həmin qərarı qərarı ilə ona 2013-cü ildən ona təyin edilmiş əmək pensiyasının xx.xx.2007-ci il tarixdən hesablanması Departamentə həvalə olunmuş və sonuncu tərəfindən məhkəmənin həmin qərarı icra olunaraq xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2007-ci il tarixdən 273,20 manat məbləğində əmək pensiyasının yenidən hesablanması aparılmışdır. Konkret halda isə iddiaçı tərxis olunduğu 2001-ci ildən 2007-ci ilə qədər də pensiyasının hesablanıb verilməsini tələb edir. Onun tərxis olunduğu vaxt (2007-ci ilə kimi) qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqınada Qanunun 12-ci maddəsi nəzərdə tuturdu ki, xidmət illərinə görə pensiya hüququna malikdirlər: a) xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular; https://e-qanun.az/framework/7081 b) xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər...” Həmin Qanunun 43-cü maddəsi isə nəzərdə tuturdu ki, pensiya təyin edilməsi haqqında ərizələri hərbi qulluqçular və onların ailə üzvləri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edirlər. Həmin Qanunun 45-ci maddəsinin 4-cü hissəsinə əsasən isə vaxtında müraciət edilmədikdə keçmiş müddət üçün pensiya həmin pensiyanı almaq hüququnun yarandığı kündən, lakin pensiya üçün müraciət edildiyi kündən ən çoxu 12 ay əvvəl təyin edilir. Göründüyü kimi, 2007-ci ilədək qüvvədə olmuş qanunvericiliklə hərbi qulluqçulara, pensiya təyin edilməsi üçün onlar tərəfindən ərizə ilə pensiya təyin edən müvafiq icra hakimyyəti orqanına müraciət etmələri tələb olunurdu. Əgər onlar tərəfindən vaxtında müraciət edilməmişdirsə, keçmiş müddət üçün pensiya həmin pensiyanı almaq hüququnun yarandığı kündən, lakin pensiya üçün müraciət edildiyi gündən ən çoxu 12 ay əvvəl təyin edilir. İşin yuxarıda qeyd olunan hallarından isə aydın olur ki, iddiaçı pensiya təyinatı ilə bağlı nəinki 12 ay sonra, 14 il sonra 2014-cü ildə, daha sonra isə 2017-ci ildə yenidən hesablanması barədə ərizə ilə müraciət etmiş və həmin vaxt (2006-cı ildən) qüvvədə olan “Əmək peniyaları haqqında “Qanunun 32.1-ci maddəsinə və iddia tələbinə müvafiq olaraq xx.xx.2007-ci il tarixdən onun pensiya təyinatı aparılmışdır (Həmin vaxt Qanun sözügedən 32.1-ci maddəsi nəzərdə tuturdu ki, Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir.) Konkret halda isə iddiaçı müraciət edərək tərxis olunduğu xx.xx.2001-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək olan dövr üçün pensiyaının yenidən hesablanması barədə ərizə ilə xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Belə olan halda, nəinki, qüvvədən düşmüş “Hərbi qulluqçuların pensiya təminatı haqqınada” Qanunun 45-ci maddəsinin qeyd olunan 4-cü hissəsinin tələbi baxımından istərsə də hazırkı “Əmək pensiyaları haqqında” Qanunun sözügeədən keçmiş redaksiyada 32.1-ci maddəsinin tələbləri baxımından da mübahisələndirilən xx.xx.2001- xx.xx.2007-ci illər üzrə onun əmək pensiyasının yenidən hsablanması mümkün deyildir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun hazırkı, o cümlədən, iddiaçının xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan 32-ci maddəsinin redaksiyasına əsasən də mübahisələndirilən dövr (xx.xx.2001- xx.xx.2007) nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablana bilməz. Çünki, həmin Qanunun qüvvədə olan 32.1 - 32.1-1-ci maddələrinə əsasən: 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir https://www.e-qanun.az/framework/11566 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 03/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli Qərardadı ilə müəyyən edilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1- ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi, hazırda qüvvədə olan istər keçmiş, istərsə də hazırda qüvvədə olan maddi hüquq normalarının tələbləri baxımından iddiaçıya tərxis olunduğu xx.xx.2001-ci il tarixdən 2007-ci ilə qədər əmək pensiyasının yenidən hesablanması üçün qanuni əsasların mövcudluğu müəyyən olunmur. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının iddia tələbinin təmin edilməməsini maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8171/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8171/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-452/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-452/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver