Məhkəmə qərarları › İş №2-1(103)-4523/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4523/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4523/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə qarşı (3-cü şəxs: Maraqlı şəxs) “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6279/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə qarşı xx.xx.2014-cü il təvəllüdlü X1 7E-001 nömrəli, xx.xx.2015-ci il tarixli doğumu haqqında akt qeydində dəyişiklik edilməsinin, Akt qeydində xx.xx.2014-cü il təvəllüdlü X1 soyadı Axundova, Ata adı Natiq kimi göstərilməsinin cavabdeh Bakı Şəhər Səbail rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 2-1(112)-6279/2024 saylı 19 fevral 2024-cü il tarixli qərardadı ilə iş üzrə Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6279/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6279/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli qərarından narazı qalan iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. İş üzrə apelyasiya şikayəti vermə müddəti ötürüldüyündən iddiaçıya hüquqi yardım göstərilərək, bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6279/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinetinə yerləşdirilmişdir. Lakin iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayəti məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası iddiaçı tərəfə Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək 2-1(112)-6279/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qərardan apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim etməyi təklif edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə 10 dekabr 2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək qərardan şikayət vermənin son gününün xx.xx.2024-cü il tarixə düşdüyü, həmin tarixin həftənin bazar ertəsi olduğu, yaxın qohumunun yas mərasiminə görə Quba rayonuna getdiyindən həftə sonu və bazar ertəsi rayonda olduğu, xx.xx.2024-cü il tarixdə tərəfindən şikayət tərtib edildiyi, lakin sistemdə yaranmış xəta və internetin zəif olması nəticəsində apellyasiya şikayətinin verilməsinin mümkün olmaması, bu səbəbdən apelyasiya şikayətini xx.xx.2024cü il tarixdə verdiyini bildirərək apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürməyinin üzrlü hesab edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. İş üzrə üçüncü şəxsin nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə vəsatətlə məhkəmə kollegiyasına müraciət edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6279/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qərarından verilmiş apelyasiya şikayətinin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan müddətin bərpa edilməsinə dair ərizəyə etiraz edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətin üzrsüz səbəbdən ötürüldüyünü bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh inzibati orqan isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6279/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinetinə yerləşdirilmişdir. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti iddiaçıya və onun vəkilinə münasibətdə təqdim edildiyi tarixdən hesablanmaqla, xx.xx.2024-cü il tarixdə (bazar gününə təsadüf etdiyindən, növbəti iş günü xx.xx.2024-cü il tarixdə şikayət vermə müddəti bitir) başa çatmış, apelyasiya şikayəti isə 05 noyabr 2024-cü il tarixdə elektron qaydada imzalanmaqla elektron məhkəmə sistemi vasitəsi ilə verilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkili Nümayəndə “apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, ərizədə göstərilən dəlillərlə bağlı (yəni yaxın qohumunun yas mərasiminə görə Quba rayonuna getməsi) qeyd olunmalıdır ki, həmin səbəb üzrlü sayıla bilməz, çünki iddiaçı özü də apellyasiya şikayəti verə bilərdi. Elektron məhkəmə sistemində yaranmış problemlə bağlı isə hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən də ərizədə qeyd edilənlər öz-özlüyündə müddətin bərpa olunması üçün əsas hesab oluna bilməz. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 6279/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-6279/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar