Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4529/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı, Cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) 65 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, 2-1(112)-11195/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 22-1-ci maddəsini tətbiq etməklə, yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddia tələbi “65 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi” kimi dəqiqləşdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə Ağcabədi rayonunda anadan olmuşdur. xx.xx.1976-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək Azərbaycan İnşaat Mühəndislər institutunda əyani qaydada təhsil almış və xx.xx.1981-ci ildə işləmək üçün təyinatını Şəki Meliosutikinti idarəsinin 5 saylı SMD-də əməyin mühafizəsi və təhlükəsizliyi üzrə mühəndis vəzifəsində işləmişdir. Bundan sonra, həqiqi hərbi xidmətə çağrılmış və xx.xx.1981-ci ildə işdən azad olunaraq xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidməti uğurla bitirdikdən sonra xx.xx.1983-cü ildən başlayaraq xx.xx.1986-cı ilədək Ağcabədi Meliosutikinti idarəsində 4-cü dərəcəli fəhlə, xx.xx.1986-cı ildə Ağcabədi rayon İcraiyyə Komitəsinin dövlət memarlıq tikinti nəzarəti üzrə mühəndis-inspektor vəzifəsinə təyin olunmuş, xx.xx.1986-cı ildə rayon İcraiyyə Komitəsinin Təsərrüfat hesablı istehsalat qrupuna mühəndis vəzifəsinə təyin olunmuş və xx.xx.1989-cu ildə öz xahişi ilə işdən çıxaraq Ağcabədi şəhər XDS icraiyyə Komitəsinin tikinti üzrə nəzarət şöbəsinə mühəndis vəzifəsinə təyin olunmuşdur və xx.xx.1995-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. Daha sonra, xx.xx.1995-ci ildə Bərdə RTİB-də Ağcabədi sahəsinə mühəndis vəzifəsinə təyin olunmuş və xx.xx.1997-ci ildə öz ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.1997-ci ildə Abşeron rayon X1 əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinə təyin olunmuş və xx.xx.1998-ci ildə öz ərizəmlə işdən azad olunmuşdur. xx.xx.2003-cü ildən "xxxx" MTK-da tikinti üzrə direktor vəzifəsinə təyin olunmuş və xx.xx.2011 -ci ildə öz xahişi ilə həmin vəzifədən azad olunmuşdur. xx.xx.2011 -ci ildə "xxxx" MMC-də mühəndis vəzifəsinə təyin olunmuş və xx.xx.2014-cü ildə öz ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.2016-cı ildə "xxxx" MMC-də mühəndis vəzifəsinə təyin olunmuş və xx.xx.2016-cı ildə öz ərizəsi ilə işdən azad olunmuşdur. Bundan sonra xx.xx.2018-ci ildə “X4” MMC-də hidrotexnika mühəndisi vəzifəsinə təyin olunmuş və xx.xx.2018-ci ildə öz xahişimlə işdən azad olunmuşdur. xx.xx.2018-ci ildə "xxxx" MMC-də mühəndisicraçı vəzifəsinə təyin olunmuş və xx.xx.2018-ci ildə vəzifəsindən azad olunmuşdur. xx.xx.2018-ci ildə "xxxx" MMC-də iş icraçısı vəzifəsinə təyin olunmuşdur və xx.xx.2019-cu ildə vəzifəmdən öz xahişi ilə azad olunmuşdur. xx.xx.2021-ci ildə "xxxx" MMC-də iş icraçısı vəzifəsinə təyin olunmuş və xx.xx.2021-ci ildə işdən azad olunmuşdur. xx.xx.2024-cü ildə “VELVET Construkt" MMCdə hidrotexnika işləri üzrə mühəndis vəzifəsinə təyin olunmuş və xx.xx.2024-cü ildə tutuduğu vəzifədən azad olunmuşdur. xx.xx.2024-cü ildə "xxxx" MMC-də hidrotexnik işləri üzrə mühəndis vəzifəsinə təyin olunmuş və xx.xx.2024-cii ildə işdən azad olunmuşdur. xx.xx.2024-cü ildə "xxxx" MMC-də hidrotexnik işləri üzrə mühəndis vəzifəsinə təyin olunmuş və xx.xx.2024-cii ildə işdən azad olunmuşdur. xx.xx.2024-cü ildə "xxxx" MMC-də hidrotexnika işləri üzrə mühəndis vəzifəsinə təyin olunmuş xx.xx.2024-cii il tarixində işdən azad olunmuşdur. xx.xx.2024-cü ildə “X3” MMC-də hidrotexnik işləri üzrə mühəndis vəzifəsinə təyin olunmuş və xx.xx.2024-cü ildə işdən azad olunmuş. Qeyd edilmişdir ki, xx.xx.2025-ci ildə 4 saylı Bakı DOST Mərkəzinə rəsmi qaydada müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Müraciətinə xx.xx.2025-ci il tarixli “yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” cavab məktubu yazılmış və həmin məktub ona xx.xx.2025-ci il tairixində təqdim edilmişdir. Cavabdehin adına ünvanladığı məktubda göstərilmişdir ki, ... xx.xx.2003-cü il tarixindən xx.xx.2011-ci il tarixinədək və xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. ... 2006-cı ilin 01 yanvar ayınadək 22 il 03 ay 06 gün, 2025-ci ilədək isə 9 il 06 ay 4 gün ümümilikdə isə, 31 il 09 ay 10 gün əmək fəaliyyəti olub. Digər tərəfdən 2018-ci ilin 01 iyul ayınadək pensiya kapitalının olmaması mümkünsüzdür. Belə ki, xx.xx.2018-ci ildə “X4” MMC-də hidrotexnika mühəndisi vəzifəsinə təyin olunmuş və bununla bağlı Əmək müqaviləsinin bağlanmasına dair əmək bildirişi verilmişdir. Cavabdehin imtina məktbunda əmək kitabçasında xx.xx.2003-cü il tarixindən xx.xx.2011- ci il tarixinədək "xxxx" Mənzil Tikinti Kooperativində və xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyətinin göstərilinəsi və xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabının sığorta hissəsində öz əksinin tapmamasına istinad etməsi də tam əsassızdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən iddiaya yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1981-ci il tarixindən xx.xx.1983cü il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 14 il 7 ay 24 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 13 il 7 ay 24 gün sığorta stajına uyğun olaraq 14056,98 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 786,09 manat olmaqla, ümumilikdə 14843,07 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ 01,02.2025-ci il tarixindən qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006- cı il tarixindən 01,07.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1989-cu il tarixindən xx.xx.1995-ci il tarixinədək (işə daxilolma qeydi möhürlə təsdiqləndiyindən, işdənçıxma qeydində qaralama olduğundan), xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək (işə daxilolma qeydləri möhürlə təsdiqləndiyindən) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Bildirilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" Mənzil Tikinti Kooperativində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın müvafiq araşdırmasına əsasən “Araz- A" Mənzil Tikinti Kooperativi fəaliyyət göstərmədiyindən və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin müəssisədə əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Eyni zamanda İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində xx.xx.2003-cü il tarixindən xx.xx.2011-ci il tarixinədək "xxxx" Mənzil Tikinti Kooperativində və xx.xx.2011 -ci il tarixindən xx.xx.2014-cü il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyətinin olması qeyd edilsə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2014cü il tarixinədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabının sığorta hissəsində öz əksini tapmamışdır. Bununla əlaqədar Dövlət Sosial Müdafiə Fondunun müvafiq sturuktur bölməsinə sorğu göndərilmişdir. Sorğunun nəticəsi olaraq bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığortaedən “Araz-A" Mənzil Tikinti Kooperativi tərəfindən 2006-2011-ci illər üzrə və “Yusifoğlu İnşaat" MMC tərəfindən 2011-2014-cü illər üzrə xeyrinə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi barədə məlumat aşkar edilməmiş, həmçinin fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək hər hansı sığortaedən tərəfindən hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumat əks olunmamışdır. Belə ki, Ali Məhkəmənin inzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-569/2024 saylı qərarının 60-63-cü bəndlərində qeyd edilir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Ali Məhkəmənin mövqeyindən də göründüyü kimi əmək kitabçası o halda mötəbər hesab olunur ki, onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar mövcud olmasın. Beləliklə, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı əmək kitabçasındakı məlumatların əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirmədiyi nəzərə alındıqda, iddiaçının xx.xx.1989-cu il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.2003-cü il tarixindən xx.xx.2011-ci il tarixinədək və xx.xx.2011 -ci il tarixindən xx.xx.2014-cü il tarixinədək iş stajının qəbul edilməsi istisna edilir. Qeyd olunanlardan görünür ki, iddiaçının mübahisəli illərə dair müvafiq dövrlər üzrə doldurulma qaydalarına riayət edilməməsi və həmçinin məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi əmək kitabçasının mötəbər sübut kimi qəbul olunması və əmək pensiyasının təyin olunması zamanı stajın hesablanmasında zəruri şərt kimi çıxış etməsini istisna edir. Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, 2-1(112)-11195/2025 saylı qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilərək, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayəti iddiaya etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1989-cu il tarixindən xx.xx.1995-ci il tarixinədək (işə daxilolma qeydi möhürlə təsdiqləndiyindən, işdənçıxma qeydində qaralama olduğundan), xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək (işə daxilolma qeydləri möhürlə təsdiqləndiyindən) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Bu illəri daxil edilmədiyi təqdirdə şəxsin 25 il ümumi stajı tamamlanmış olmur. Hazırda şəxsə xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, 1983-cü il tarixindən 1986-cı il tarixinədək, 1986-cı il tarixindən 1989-cu il tarixinədək, 1997-ci il tarixindən 1998-ci il tarixinədək və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində (2018-2024-cü illər üzrə) qeydə alınmış 1 il əmək fəaliyyəti dövrləri də nəzərə alınmaqla ümumilikdə 14 il 7 ay 24 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. İddiaçının mübahisəli illərə dair müvafiq dövrlər üzrə doldurulma qaydalarına riayət edilməməsi və həmçinin məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi əmək kitabçasının mötəbər sübut kimi qəbul olunması və əmək pensiyasının təyin olunması zamanı stajın hesablanmasında zəruri şərt kimi çıxış etməsini istisna edir. Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, Ağcabədidə memarlıq şöbəsində işləyib, möhürdə qaralama olması onun günahı deyil. Tikintisi başa çatmış obyektlərin təhvili aktından gördüyünü kimi bir çox vəzifəli şəxslərlə bərabər həmin aktı o da imzalayıb. Qarşı tərəf isə onun "xxxx" MTK-da işləməyini şübhə altına alır. Bu dolayısıyla həmin aktın da qanuniliyini sual altına alır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçı xx.xx.1960-ci il təvəllüdlüdür. - İT-İ ******* saylı əmək kitabçasından görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək 24 il 2 ay (xx.xx.1976-xx.xx.1981, xx.xx.1981-xx.xx.1981, xx.xx.1981xx.xx.1983, xx.xx.1983-xx.xx.1986, xx.xx.1986-xx.xx.1989, xx.xx.1989-xx.xx.1995, xx.xx.1995-xx.xx.1997, xx.xx.1997-xx.xx.1998, xx.xx.2003-xx.xx.2006) stajı mövcuddur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2-7- 50067/2025 saylı sığorta stajının araşdırılması haqqında məktubda qeyd edilmişdir ki, ... əmək kitabçanın surətində qeyd olunmuş "xxxx" Mənzil Tikinti Kooperativində mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Əlavə olaraq bildirilmişdir ki, əmək kitabçanın surətində olan məlumatlarda xx.xx.2003- cü il tarixindən xx.xx.2011 -ci il tarixinədək və xx.xx.2011 -ci il tarixindən xx.xx.2014-cü il tarixinədək əmək fəaliyyətinin olması qeyd edilsə də, 01.01.2.006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış və bu səbəbdən müvafiq quruma sorğu göndərilmişdir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, sözügedən araşdırma və sorğu nəticələndikdən sonra yaşa görə əmək pensiyası hüququna qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2-Ə- 86259/2025 saylı yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında məktubda qeyd edilmişdir ki, ... təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyyatlarında olan məlumatlara əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1981 -ci il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1981 -ci il tarixindən xx.xx.1983-cü il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajınız 14 il 7 ay 24 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 13 il 7 ay 24 gün sığorta stajına uyğun olaraq 14056,98 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 786,09 manat olmaqla, ümumilikdə 14843,07 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ xx.xx.2025- ci il tarixindən qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından ünvan 1 ünvanında yaşayan İddiaçı azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanın surətində qeyd olunmuş xx.xx.1989-cu il tarixindən xx.xx.1995-ci il tarixinədək (işə daxilolma qeydi möhürlə təsdiqləndiyindən, işdənçıxma qeydində qaralama olduğundan), xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək (işə daxilolma qeydləri möhürlə təsdiqləndiyindən), olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçanın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" Mənzil Tikinti Kooperativində əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın müvafiq araşdırmasına əsasən "xxxx" Mənzil Tikinti Kooperativi fəaliyyət göstərmədiyindən və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin müəssisədə əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Eyni zamanda təqdim etdiyi əmək kitabçanın surətində xx.xx.2003-cü il tarixindən xx.xx.2011 -ci il tarixinədək "xxxx" Mənzil Tikinti Kooperativində və xx.xx.2011 ci il tarixindən xx.xx.2014-cü il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyətinin olması qeyd edilsə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabınızın sığorta hissəsində öz əksini tapmamışdır. Bununla əlaqədar Dövlət Sosial Müdafiə Fondunun müvafiq sturuktur bölməsinə sorğu göndərilmişdir. Sorğunun nəticəsi olaraq bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığortaedən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 2006-2011 -ci illər üzrə və "xxxx" MMC tərəfindən 2011-2014cü illər üzrə xeyrinizə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi barədə məlumat aşkar edilməmiş, həmçinin fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək hər hansı sığortaedən tərəfindən hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumat əks olunmamışdır. Bu səbəbdən xx.xx.2003-cü il tarixindən xx.xx.2011-ci il tarixinədək və xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-145367/2025 saylı məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış İddiaçı fərdi şəxsi hesabı ilə bağlı məlumatları (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) təqdim edilmişdir. Bildirilmişdir ki, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və diqər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanası məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-159385/2025 saylı məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış İddiaçı fərdi şəxsi hesabı ilə bağlı məlumatları (məcburi dövlət sosial sığortasına cəlb olunan qəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) təqdim edilmişdir. Bildirilmişdir ki, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və diqər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1 -ci bəndinə əsasən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanması məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır. - Həmçinin, əlavə olunmuş sığortaolunanın hesabından çıxarışa əsasən müəyyən edilmişdir ki, aşağıda göstərilən aylar üzrə sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqları müvafiq qaydada ödənilmişdir. Bu haqların ödənilməsi həmin aylara aid sığorta stajının hesablanmasına əsas verir və həmin dövrlər sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün kimi yaşa görə pensiya təyini üçün iki şərt lazımdır: tələb olunan yaş; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə müvafiq olaraq, arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. xx.xx.2006-cı il tarixindən xx.xx.2011-ci il tarixinədək "xxxx" Mənzil Tikinti Kooperativində və xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyətinin olması qeyd edilsə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabının sığorta hissəsində öz əksini tapmadığına görə sığorta stajı hesablanarkən nəzərə alınmamışdır. Buna baxmayaraq, sorğu nəticəsində əldə olunmuş sığortaolunanın hesabından çıxarışa əsasən müəyyən edilmişdir ki, aşağıda göstərilən aylar üzrə sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqları müvafiq qaydada ödənilmişdir. Bu haqların ödənilməsi həmin aylara aid sığorta stajının hesablanmasına əsas verir və həmin dövrlər sığorta stajına daxil edilir. Nəticə etibarilə iddiaçının ümumi sığorta stajı 65 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixə 25 il 2 ay kimi müəyyən olunmuşdur. Sığortaolunanın hesabı İl Ay Gəlir Hesablanmış Ödənilmiş Ödəniş ili Sığortaedən: "X4" Məhdud Məsuliyyətli Cəmiyyəti 2018 İyul 250 62,5 62,5 2018 2018 avqust 178,57 44,64 44,64 2018 Sığortaedən: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2020 Dekabr 177,19 44,3 44,3 2020 2021 Yanvar 233,21 58,31 58,31 2021 Sığortaedən: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2024 Oktyabr 330,43 82,61 82,61 2024 2024 Noyabr 227,52 56,88 56,88 2024 Sığortaedən: "Velvet Construction" Məhdud Məsuliyyəli Cəmiyyəti 2024 Mart 450 112,5 58,53 2024 2024 Aprel 337,5 84,38 84,38 2024 Sığortedən: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2024 Dekabr 425,01 106,25 106,25 2024 Sığortedən: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2024 İyul 34,78 8,69 8,01 2024 2024 Avqust 400 100 92,16 2024 2024 Sentyabr 323,81 80,95 74,61 2024 Nəticə etibarilə iddiaçının yaşa görə pensiya təyin edilməsi hüququ və bununla bağlı "qanuni gözləntisi” var. Belə ki, X2 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, "mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Mübahisəyə dair işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının əmək kitabçasının istinad edilən qeydlərinin həqiqətə uyğun olmadığına dair hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə tərəfindən də əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilməmişdir. Bu baxımdan mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmiş, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, 2-1(112)-11195/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-4529/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4529/2025
14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver