Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-453/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X7 İdarəsinə (hazırki X7 üzrə Mərkəzi Filialı) qarşı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiyanın yenidən hesablanmasında yaranmış fərq məbləğinin ödənilməsi tələbi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4244/2020 saylı qərarından cavabdehin nümayəndəsi Ü.Musayeva tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4244/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya 52 yaşdan x xxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və əmək pensiyasının yenidən hesablanmasında (əlilliyə görə pensiya kimi ödənilmiş məbləğ çıxılmaqla) yaranmış fərq məbləğinin xx xxxxxx 2016-cı il tarixdən sonrakı hissəsinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim R.Kərimli). Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4244/2020 saylı iş üzrə x xxxxxxxx 2020-ci il tarixli qərarında buraxılmış yanlışlıq düzəldilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4244/2020 saylı iş üzrə x xxxxxxxx 2020-ci il tarixli qərarının əsaslandırma və nəticəvi hissəsində “52 yaşdan x xxx 2018-ci il tarixdən” sözləri “52 yaşdan, yəni x xxx 2012-ci il tarixdən” sözləri ilə əvəz edilmişdir. Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi Ü.Musayeva tərəfindən apelyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun X7 İdarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı «iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiyanın onun xx xxxxxx 2009-cu il tarixədək çalışdığı vəzifənin bu günkü orta aylıq əmək haqqının 85 faizi məbləğində təyin edilməsi, 50 faiz məbləğində əlavənin hesablanması, həmin tarixdən pensiyanın yenidən hesablanmasında yaranmış fərq məbləğinin (əlilliyə görə pensiya kimi ödənilmiş məbləğ çıxılmaqla) ödənilməsi, pensiyanın növünün dəyişdirilməsi» barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin x xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi DSMF X7 İdarəsi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxx 1960-cı il tarixdə doğulmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin “coğrafiya” fakultəsini bitirmişdir. xx xxxxxx 1976-cı il tarixdən xx xxxxxx 1978-ci il tarixədək Azərbaycan SSR Bədii fondunda müxtəlif vəsifələrdə çalışmış, xx xxxxxx 1978-ci il tarixdən x xxxxxx 1981-ci il tarixədək ordu sıralarında hərbi xidmətdə olmuş, xx xxxxxx 1981-ci il tarixdən xx xxxxxx 1984-cü il tarixədək Bakı Avtomobil və Taksi Parkında sürücü vəzifəsində, x xxxxxx 1984cü il tarixdən xx xxxxxx 2006-cı il tarixədək “Xəzərdənizneftqaz” Tikinti Trestində sürücü və kran maşinisti vəzifələrində işləmişdir. xx xxxxxx 2006-cı il tarixdən hal-hazıradək isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (4 saylı X1) sürücü işləyir. O, 1987-ci ilin may-iyul aylarında Ukrayna Respublikasında Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında köçürmə zonasında iştirak etmiş və xx xxxxxx 2007-ci il tarixdən İİ qrup əlildir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası xx xxxxxxxx 1992-ci il tarixli (x xxxx 2006-cı il tarixədə qüvvədə olan) Qanununun 13-cü maddəsinin “c” bəndində göstərilir ki, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında köçürmə zonasında kömək etmiş kişilər – 50 yaşına çatdıqda və ümumi iş stajı 20 il olduqda, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. “«Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddəsinin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq, 2000-ci ilin avqust ayının 1-dək hər il altı ay artırılır. Yəni sadalanan maddələrlə yanaşı həmin Qanunun 13-cü maddəsinin “c” bəndində nəzərdə tutulmuş 50 yaş 52 yaş çatdırılmışdır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17, 21-ci maddələrinin, “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixli 904- İİİQD nömrəli Qanununun müddəalarından və onun 2007-ci ilin 25 yanvar tarixindən Çernobıl iştirakçısı kimi ikinci qrup əlil kimi əlilliyə görə pensiya almasından belə nəticə əldə olunur ki, onun həm də yaşa görə pensiya almaq hüququ vardır. Belə ki, xx xxxxxx 1976-cı il tarixdən x xxxxxx 2020-cu il tarixədək (həmin vaxtdan sonra artıq yaşa görə pensiya təyin edilərkən orta aylıq əmək haqqına istinad edilmir) 34 il əmək stajı var. x xxxxxx 2006-cı il tarixədək isə 30 il stajı olmuşdur. Yəni onun Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında köçürmə zonasında iştirak etmiş şəxs kimi tələb olunan iş stajında (20 il iş stajı) 14 il artıq, xx xxxx 2012-ci il tarixədək yəni 52 yaşı tamam olan vaxta kimi isə 16 il 6 ay artıq iş stajı vardır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə bu orta aylıq əmək haqqının 85 faizindən çox ola bilmədiyi üçün ona təyin ediləcək yaşa görə pensiyanın miqdarı xx xxxxxx 2009-cu il tarixdə çalışdığı sürücü vəzifəsinin bu günkü orta aylıq əmək haqqının 85 faizi məbləğində olmalı, bundan başqa həmin məbləğə həm də yaşa görə minimum pensiyanın 50 faizi məbləğində əlavə hesablanmalı və ona ya.a görə əmək pensiyası 52 yaşı tamam olduğu vaxtdan hesablanmaqla ödənilməlidir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, izahatında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, 9.1-ci, 9.8-ci maddələrinə istinad etmişdir. həmçinin nümayəndə bildirmişdir ki, əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 50 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən Qanuna xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il nömrə 6, maddə 453) ilə edilmiş dəyişikliyə əsasən Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanununun 9-cu maddəsində Çernobıl AEŞ-nin qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və onlara bərabər tutanlara dair qüzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır.Bu səbəbdən də iddiaçıya gezəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin maddənin 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinə əsasənm axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitnə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılıar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; v) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında köçürmə zonasında iştirak etmiş şəxslər və onlara bərabər tutulanlar: kişilər – 50 yaşına çatdıqda və ümumi iş stajı azı 10 il olduqda, qadınlar – 45 yaşına çatdıqda və ümumi iş stajı azı 10 il olduqda. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı xx xxxx 1960-cı il tarixdə doğulmuşdur, əlildir və ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. O, 1978 – 1981-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 1987-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmiş və müxtəlif müəssisə, təşkilatlarda işləmişdir. O, Çernonıl məlum Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxs kimi x xxxxxx 2006cı il tarixədək 10 ildən artıq ümumi iş stajı topladığını nəzərə alaraq, xx xxxxxx 2019-cu il tarixdə DSMF orqanına ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. DSMF orqanı məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslər və onlara bərabər tutulanlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması nəzərdə tutulmadığında, onun (iddiaçının) müraciətində qaldırılan məsələnin müsbət həlli mümkün deyil. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişir ki, İddiaçı Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və 2006-cı ilin 1 yanvar tarixədək 10 ildən artıq ümumi iş stajına malıik olan şəxs kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “v” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Odur ki, DSMF orqanının imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin dəlili ilə bağlı qeyd etmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “v” bəndində Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslərin 10 il ümumi iş stajına malik olmaq şərtilə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olması təsbit olunmuşdur. Eləcə də «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində isə göstərilmişdir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslər” «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində konkret olaraq qeyd olunmasa da, eləcə də sözügedən maddədə istinad olunan siyahıda nəzərdə tutulmasa da, qanunun məqsədi baxımından, eləcə də digər (2006-cı ilədək müvafiq yaşı tamam olmuş) şəxslərə münasibətdə “bərabərlik prinsipi”nə əsaslanaraq həmin şəxslər «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş şəxs kimi qiymətləndirilməlidir. Əks halda, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13 və 17-ci maddələrinin tələbləri pozulmuş olar. Birinci instansiya məhkəməsi bir xüsusatı da qeyd etmişdir ki, iddianın ikinci hissəsində “hazırkı dövrədək yaranmış fərq məbləğinin ödənilməsi” tələb olunur. Bu tələbə münasibətdə məhkəmənin qənaəti belədir ki, iddiaçı ona 52 yaşdan güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı inzibati orqana xx xxxxxx 2019-cu il tarixdə müraciət etdiyindən, ona pensiyası yenidən təyin olunarkən əlilliyə görə əmək pensiyası kimi ödənilmiş məbləğ çıxılmaqla 3 il əvvəlki, yəni xx xxxxxx 2016-cı ildən sonrakı ödənilməmiş məbləğ «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən “məbləğin ötən dövrdəki ayların sayına bölünərək pensiya məbləğinə əlavə edilməsi” şərti ilə ona verilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi Çernobıl AEŞ-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən İddiaçı 2006-cı ilin 1 yanvar tarixədək 10 ildən artıq ümumi iş stajına malik olan şəxs kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “v” bəndinə əsaslanaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olması nəticəsinə gələrək, haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi Ü.Musayeva tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4244/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-453/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-453/2021
12.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver