Məhkəmə qərarları › İş №2-1(103)-4532/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4532/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4532/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1 Cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı xx.xx.2025-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasının müddətsiz olaraq 31-60 faiz müəyyən edilməsi öhdəliyi cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 2-1(112)- 8020/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona əlilliyin təyin edilməsindən imtina edilməsi barədə xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021 ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərarlarının etibarsız hesab edilməsi və qiymətləndirilməsində xx.xx.2021-ci il tarixdən orqanizmin funksiyasının 31-60 faiz pozuntusuna görə əlilliyin təyin edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 2-1(112)-8020/2025 saylı qərardadına əsasən iddia tələbi “qiymətləndirildiyi xx.xx.2025-cü il tarixdən iddiaçıya sağlamlıq imkanlarının pozulmasıanın 31-60 faiz pozuntusuna görə müddətsiz əlilliyin təyin edilməsi” kimi dəyişdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən xx.xx.2006-cı ildə üçüncü dərəcəli əlillik təyin edilmişdir. 2006-cı ilin aprelindən - 2021-ci ilin aprelinə kimi üçüncü dərəcəli əlilliyə görə əmək pensiyası almışdır. Cavabdeh tərəfindən əlilliyinin növbəti təyini zamanı xx.xx.2021-ci il tarixində ona əlillik təyin edilməsindən imtina edilmiş, səbəb kimi dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması göstərilmişdir. Əlilliyim sonuncu dəfə cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində qiymətləndirilmiş, əlillik təyin edilməsindən imtina edilmiş, səbəb kimi diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilib. İmtinada sonra qeyd edilir ki, diaqnozla bağlı bir öncəki göndəriş zamanı vətəndaşın əyani müayinəsi keçirilmiş, qüvvədə olan mövcud qanunvericiliyə əsasən vətəndaşda əlillik əlaməti aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli sonuncu müayinə nəticəsində diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilib. Eyni qərar qüvvədə saxlanıldı. Xəstəliyinin diaqnozu: Oynağın ankilozu, sağ bazudirsək oynağının funksonal əlverişsiz vəziyyətinin ankilozu.(Postravmatik mənşəli) (150 dərəcə bükülmə vəziyyətində hərəkətsizliyi) saidin tam supinasiya vəziyyətində qalması. Sağ bazu mil oynağının İV dərəcəli artrozu. M24.6. Cavabdehin bu imtinasını qanunsuz və ədalətsiz hesab edir. Belə ki, xəstəliyimin diaqnozu mənə təkrar əlilliyin təyin edilməsinə imkan verir. xx.xx.2024-cü ildə “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortepediya institutu” Publik hüquqi şəxsdə müayinədən keçmişəm. Müayinənin nəticəsində yenə də ona Oynağın ankilozu, sağ bazu-dirsək oynağının funksonal əlverişsiz vəziyyətinin ankilozu diaqnozu qoyulub.S42.4; S52.1; S52T0-;- S84-.0; M84.0; М2ТД— M24.5; M24.6; M25.6; M19.2; M62.5; R52.2; Z73.6. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin E00145560XCX nömrəli göndərişinə əsasən xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması" səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. Ətraflı səbəb: “Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətləri qeyd edilməmişdir." Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin E00145560XCX nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması” səbəbindən əsaslı olaraq tibb müəssisəsinə geri göndərilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Oynağın ankilozu, sağ dirsək oynağının kəskin kontrakturası(postravmatik mənşəli). Oynağın açıcı-bükücü kəskin kontrakturası (açma 110 dərəcə, bükmə 100 dərəcə,) saidin tam supinasiya vəziyyətində qalması. Oynağın başqa rubrikalarda təsnif olunmayan çətin hərəkətliyi, sağ dirsək oynağının aşıcı bükücü kəskin kontrakturası. Açma 110 dər, bükmə 100 dər, saidin tam supinasiya vəziyyətində qalması.) diaqnozun uyğunluq təşkil etməməsi və əlillik təyinatına əsas verməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən “Diaqnoz əlillik əlaməti təyin etmir qərarı verilmişdir”. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 16 yanvar 2020-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 2-1(112)-8020/2025 saylı qərarı ilə (hakim G.A.Sevdimaliyeva) iddia təmin edilərək, İddiaçı qiymətləndirildiyi xx.xx.2025-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasının müddətsiz olaraq 40 faiz müəyyən edilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər, Sabunçu rayon, Zabrat qəsəbəsi ünvanında qeydiyyatda olan İddiaçı (FİN-xxxxxxx) əlillik vəziyyəti səhiyyə müəssisəsinin E00145560XCX nömrəli göndərişinə əsasən xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması" səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. Ətraflı səbəb: “Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətləri qeyd edilməmişdir." Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin E00145560XCX nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması” səbəbindən əsaslı olaraq tibb müəssisəsinə geri göndərilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Oynağın ankilozu, sağ dirsək oynağının kəskin kontrakturası(postravmatik mənşəli). Oynağın açıcı-bükücü kəskin kontrakturası (açma 110 dərəcə, bükmə 100 dərəcə,) saidin tam supinasiya vəziyyətində qalması. Oynağın başqa rubrikalarda təsnif olunmayan çətin hərəkətliyi, sağ dirsək oynağının aşıcı bükücü kəskin kontrakturası. Açma 110 dər, bükmə 100 dər, saidin tam supinasiya vəziyyətində qalması.) diaqnozun uyğunluq təşkil etməməsi və əlillik təyinatına əsas verməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’yə əsasən “Diaqnoz əlillik əlaməti təyin etmir (DƏƏTE) qərarı verilmişdir”. İş üzrə məhkəmə tibbi ekspertiza təyin edilmiş və ekspertlər aşağıdakı nəticəyə gəlmişlər: Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Forma 088 göndərişində qeyd edilmiş "Əsas diaqnoz: M24.6 Oynağın ankilozu. Sağ bazu-dirsək oynağının funksional əlverişsiz vəziyyətinin ankilozu. (Postravmatik mənşəli)(150 dərəcə bükülmə vəziyyətində hərəkətsizliyi) saidin tam supinasiya vəziyyətində qalması. Sağ bazu-mil oynağının İV dərəcəli artrozu. Ağırlaşmalar: M19.2 Digər ikincili artroz, Sağ dirsək oynağının valqus deformasiyası, deformasiyaedici artrozu. M62.5 Əzələnin başqa rublikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ said əzələlərinin atrofiyası. R52.2 Digər daimi ağrı, Daimi ağrı sindromu. G56 Yuxarı ətrafin mononevropatiyaları, Sağ yuxarı ətrafin mononeyropatiyası. Bel-oma fəqərələrinin diskogen radikulopatiyası. Z73.6 Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması. Sağ yuxarı ətrafın funksiyasının pozulması. Yanaşı xəstəliklər: İ10. Essensial (birincili) hipertenziya. Arterial hipertoniya İİ mər. $42.4 Bazu sümüyünün aşağı ucunun sınığı, Sağ bazu sümüyünün kondiluslaradn keçən mil sümüyü başının və dirsək sümüyünün yuxarı ucunun qeyri-düzgün bitişmiş sınığı" diaqnoz onun stasionarda müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmişdir. Əyani müayinə zamanı sağ dirsək nahiyəsinin iç və bayır səthində böyük ölçülü, kobud çapıq aşkar olundu. Çiyin və mil bilək oynağında hərəkət tamdır, əlin tutma funksiyası saxlanıb. Dirsək oynağında hərəkət məhduddur(150 dərəcə bükülmə vəziyyətində hərəkətsizliyi), said supinasiya vəziyyətindədir. Yuxarı ətraf əzələlərində atrofiya izlənilmədi kimi qeyd edilməsinə baxmayaraq məhkəmə əsassız olarq iddianı təmin etmişdir. Qeyd olunanlara əsasən, cavabdeh Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 2-1(112)-8020/2025 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, müddətsiz əlilliyin təyin edilməsi üçün qanunvericiliyin tələbləri mövcuddur. Belə ki vətəndaşa əvvəllər İİİ qrup əlilik təyin edilmişdir. Qanunvericiliyə görə İİİ qrup əliliyin müddətsiz olması üçün vətəndaşın ən azı 15 il əlil kimi qeydiyyatda olmalıdır ki, növbəti dəfə qiymətləndirmə zamanı Agentlik tərəfindən müddətsiz olaraq əlillik təyin edilə bilsin. Vətəndaşın 2021-ci ilədək əlilliyi olmuşdur. 2021-ci ildən sonra bir neçə dəfə göndəriş olmasına baxmayaraq hec bir göndəriş əsasında vətəndaş əlillik ala bilməmişdir. Eyni zamanda 2021-ci ilədək isə vətəndaşın 15 il fasiləsiz olaraq əlil olmasına dair sistemdə müvafiq məlumatlar aşkar edilməmişdir. Bu səbəbdən həm arada fasilələr yarandığına görə, həm 15 il dasiləsiz əlilik müddətinə dair şərti ödəmədiyinə görə hesab edirəm ki, hazırkı halda şəxsə müddətsiz əliliyin təyini barədə birinici instansiya məhkəməsinin qərarı əsasızdır və həmin ləğv edilməklə, apellyasıya şikayəti təmin edilməli, iddia tələbi rədd edilməlidir. Eyni zamanda nümayəndə ona verilmiş suallara cavab olaraq bildirdi ki, əlillik sistemində vətəndaşın ilkin əlilliyi barədə məlumatlar yoxdur, cavabdehdə olan məlumatlar 2015-ci ildən başlayır. 2015-ci ildə bir il müddətinə, 2016-cı ildə isə 5 il müddətinə, yəni 2021-ci ilədək olan məlumatlar mövcuddur. Hazırda şəxsin cəmi 6 il əlillik müddəti olduğu görsənir. Digər məlumatlar olubsa da sistemə işlənməyib. Eyni zamanda digər bir tələb də ondan ibarətdir ki, şəxsdə əlillik müddətləri fasiləsiz olaraq müəyyən edilməlidir ki, ona növbəti qiymətləndirmədə müddətsiz əlillik təyin edilməsi mümkün olsun. 2021-də isə vətəndaşın bir neçə göndərişi olmasına baxmayaraq əlilik təyini təsdiqlənməmişdir. Əgər şəxs həmin vaxt mübahisələndirsəydi və o zaman onun 15 il ardıcıl əlillik müddətinə malik olmuş olsaydı iddiasında haqlı ola bilərdi. Lakin indiki vəziyyətdə bu mümkün deyildir. ... Agentlik 2020-də formalaşıb, sistemdə isə şəxsin əliliyi barədə məlumatlar 2015-dən sonrakə dövrü əks etdirir. Arxivdə olan məlumatların bəzilərində isə əksikliklər mövcuddur, lap ora sorğu verilsə də, lazımı məlumatın əldə edilməməsi ehtimalı da var. Belə vəziyyətdə vətəndaş özündə olan Dövlət Sosial Müdafiə Fondunun arayışları təqdim etməklə, məhkəmə tərəfindən müyyən olunur. İnzibati orqanda faktiki həmin məlumatlar olsaydı sistemə də işlənmiş olardı. İnzibati orqan tərəfindən iddia edilmir ki, şəxs ilk dəfə əlilliyi 2015-də alıb. ... Ankiloz - sümük xəstəliyidir, onun ilə bağlı reabilitasiyanın tam mümkün olub-olmamasını aydınlaşdırmaq çətindir. Çünki bəzən cərrahi əməliyyatlar ilə mil qoymaqla və yaxud digər üsullarla reabilitasiyasi mümkündür. Hazırkı halda vətəndaşın vəziyyəti ilə bağlı kokret olaraq heçnə deyə bilməz, amma hüquqi aspektdən vətəndaşa müddətsiz əlillik təyini əsassızdır. ... İddiaçı 2006-cı ildən İİİ qriup əlilldir. Əgər elədisə, hansı ki, şəxsin 2006-cı ildən əlil olması halını mübahisələndirmirik, amma onun əliliyinin fasiləsiz 15 ili 2021-ci ildə bitmişdir. Qanunvericilik isə deyir ki, şəxsin əlilik müddətinin fasiləsiz 15 ilindən sonrakı ilk qiymətləndirmədə əgər əlillik yenidən müəyyən olunarsa bu dəfə əlillik artıq müddətsiz təyin oluna bilər. Şəxsə isə 2021-ci ildən sonra 2022-ci ildə imtina verilmiş, o həmin vaxt imtinanaı mübahisələndirmək əvəzinə bir neçə dəfə təkrarən göndərişlər ünvanlamışdır. Nəticədə şəxsin özü əliliyin təyinində fasilələrin yaranmasına səbəb olmuşduir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 izahatında məhkəməyə bildirdi ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçıya xx.xx.2006-cı il tarixdə üçüncü dərəcəli əlillik təyin edilmişdir. 2006-cı ilin aprelindən - 2021-ci ilin aprelinə kimi üçüncü dərəcəli əlilliyə görə əmək pensiyası almışdır. Bu halı isə şəxsin pensiya işi təsdiqləyir, hansı ki, birinci instansiya məhkəməsimdə sorğu əsasında əldə edilmiş və işə də əlavə edilmişdir. Qarşı tərəf həmin pensiya işi ilə tanış olsaydı görərədi ki, şəxsə üç dəfə ardıcıl cəmi isə 15 il olmaqla əlilik təyin edilmiş və şəxs müvafiq pensiya almışdır. Eyni zamanda məhkəmə tibb ekspertizasının rəyi də mövcuddur. Həmin rəydə Forma 88-də öz əksini tapan xəstəlik də təsdiq edilmişdir. Ali Məhkəmənin bir neçə qərarları mövcuddur ki, şəxsin Forma-88-də öz əksini tapan xəstəlik ekspertiza rəyində öz təsdiqini tapdığı halda həmin iddiaların təmin edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Şəxsin xəstəliyinin sağalıb-sağalmamasına gəldikdə isə iddiaçının əli çiyin hizasından yuxarı qalxmır. 15 ildir ki bu vəziyyətdədir. 2021-ci ildən 2025-ci ilədək cavabdeh orqan iddiaçıya əlilik təyinindən imtina etməmişdir. Sadəcə hər dəfə cavabdeh orqanın həkimləri iddiaçını arxayınlaşdıraraq demişdir ki, müalicəsi var bu xəstəliyin, narahat olmasın və yaxud növbəti qiymətləndirmədə iştirak etsin. Hazırda qeyd olunan xəstəliyin ağırlaşmaları barədə də ekspertiza rəyində qeydlər öz əksini tapmışdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan Cavabdeh Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müyainəyə dair məlumatdan görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə Forma 88 U00251006JMK nömrəsi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Qeyd edilmiş diaqnozla bağlı bir öncəki göndəriş zamanı vətəndaşın əyani müayinəsi keçirilmiş, qüvvədə olan mövcud qanunvericiliyə əsasən vətəndaşda əlillik əlaməti aşkar edilməmişdir. xx.xx.2024 tarixli sonuncu müayinə nəticəsində Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilib. İş materiallarında olan “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X1 xx.xx.2024-cü il tarixli, ********** saylı arayışından görünür ki, müayinənin nəticə olaraq müəyyən edilmişdir: Bazu sümüyü distal ucunun kondiluslardan keçən və mil sümüyü başının köhnə qeyri düzgün bitişmiş sınığı aşkar edilir. Oynaq səviyyəsində valqus deformasiyası qeyd edilir. Humeroulnar oynaq yarığı kəskin daralıb, oynaq səthlərində osteoskleroz və oynaq kənarlarında osteofıtik sivriləşnıələr qeyd edilir: İV dərəcə posttravmatik osteoartroz. Radiohumeral oynağın ankilozu inkar edilmir. Periartikulyar osteoparoz mövcuddur. Müayinə sahəsinə daxil olan yumşaq toxuma kölgəlikləri normal izlənilir. Tibbi Sosial Ekspert Komissiyasının müayinələrinə əsasən: - xx.xx.2015-ci il tarixində “Sağ bazu sümüyünün distal hissəsinin qeyri-düzgün bitişən sınığı” diaqnozun mətni ilə 1 il müddətinə təkrar 2.3. üçüncü dərəcə əlillik təyin edilmişdir. - xx.xx.2016-cü il tarixində “Sağ bazu sümüyünün distal hissəsinin qeyri-düzgün bitişən sınığı” diaqnozun mətni ilə 5 il müddətinə təkrar 2.3. üçüncü dərəcə əlillik təyin edilmişdir. - xx.xx.2021-ci il tarixində “bazu sümüyünün aşağı ucunun sınığı, sağ bazu sümüyünün kondiluslardan keçən mil sümüyünün bazunun qeyri düzgün bitişmiş sınığı, sağ dirsək oynağının deformasiyaedici artrozu, açıcı-bükücü kontrakturası (açıcı 110%, bükücü 100%), saidin tam suinasiya vəziyyətində qalması, əzəl atrofiyası, daimi ağrı sindromu ilə, hipertensiya xəstəliyi ” diaqnozun mətni ilə göndərişin natamam doldurulması səbəbi ilə (Stasionar müalicəsi yoxdur.) imtina edilmişdir. - xx.xx.2021-ci il tarixində “42.4 Bazu sümüyünün aşağı ucunun sınığı. Sağ bazu sümüyünün kondiluslardan keçən mil sümüyünün başının qeyri düzgün bitişmiş sınığı .Sağ dirsək oynağının valqus deformasiyası.deformasiya edici artrozu, açıcıcı bükücü kontrakturası (açıcı 110 %, bükmə 100%) saidin tam supinasiya vəziyyətində qalması, əzələ atrofiyası, daimi ağrı sindromu və funkisyanın pozulması Ağırlaşma S82.1 Qamış sümüyünün proksimal şöbəsinin sınığı.” diaqnozun mətni ilə imtina edilmişdir. - xx.xx.2021-ci il tarixində “Sağ bazu sümüyünün kondiluslardan keçən mil sümüyünün başının q/düzgün bitişmiş sınığı, sağ dirsək oynağının valqus deformasiyası, deformasiyaedici artrozu, açıcı-bükücü kəskin kontarkturası (açma 100 d, bükmə 100 d) saidin tam supinasiya vəziyyətində qalması, əzələ atrofyası, daimi ağrı” diaqnozun mətni ilə imtina edilmişdir. - xx.xx.2022-ci il tarixində “bazu sümüyünün aşağı ucunun sınığı, sağ bazu sümüyünün kondiluslardan keçən mil sümüyünün başının qeyri-düzgün bitişmiş sınığı” diaqnozun mətni ilə imtina edilmişdir. - xx.xx.2023-cü il tarixində “oynağın ankilzu, sağ dirsək oynağının kəskin kontrakturası (posttravmatik mənşəli). Oynağı açıcı-bükcü kəskin kontrakturası (açma 110 dərəcə, bükmə 100 dərəcə, saidin tam supinasiya vəziyyətində qalması” diaqnoz əlillik təyin etməməsi səbəbi ilə imtina edilmişdir. - xx.xx.2024-cü il tarixində “M24.6 Oynağın ankilozu, oynaqların funksional əlverişsiz vəziyyətdə ankilozu (postravmatik mənşəli) (150 dərəcə bükülmə vəziyyətində hərəkətsizliyi) saidin tam supinasiya vəziyyətində qalması. Sağ bazu-mil oynağının İV dərəcəli artrozu” diaqnoz mətni ilə göndərişin natamam doldurulması səbəbi ilə (DTSERAda əyani müayinə olması məsləhət görüldü) imtina edilmişdir. - xx.xx.2025-ci il tarixində “Əsas diaqnoz M24.6 Oynağın ankilozu. Sağ bazu-dirsək oynağının funksiyana əlverişsiz vəziyyətinin ankilozu. (Postravmatik mənşəli) (150 dərəcə bükülmə vəziyyətində hərəkətsizliyi) saidin tam supinasiya vəziyyətində qalması. Sağ bazu mil oynağının İV dərəcəli artrozu.” diaqnoz mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. (Səbəb: Qeyd edilmiş diaqnozla bağlı bir öncəki göndəriş zamanı vətəndaşın əyani müayinəsi keçirilmiş, qüvvədə olan mövcud qanunvericiliyə əsasən vətəndaşda əlillik əlaməti aşkar edilməmişdir. xx.xx.2024 tarixli sonuncu müayinə nəticəsicəsində Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilib. Eyni qərar qüvvədə saxlanıldı) İş materiallarında olan əlilliyin təyininə dair sonuncu Forma 88 arayışına əsasən: - (status localis) Sağ dirsək oynağını formalaşdıran sümüklərin köhnə, deformasiyalı, qeyridüzgün bitişmiş sınığı, sağ dirsək oynağının valqus deformasiyası, sağ bazu-dirsək oynağının əlverişsiz vəziyyətdə ankilozu. (150 dərəcə bükülmə vəziyyətində hərəkətsizliyi) Sağ bazu-mil oynağının İV dərəcəli artrozu, sağ saidin tam supinasiya vəziyyətində qalması, əzələ atrofiyası, daimi ağrı sindromu və sağ yuxarı ətrafın funksional pozulması. Saidin tam supinasiya vəziyyətində qalması. TSEK-ə göndəriş zamanı diaqnoz: Diaqnoz XBT 10 Xəstəliyin adı kodu Oynağın ankilozu, Sağ bazu-dirsək oynağının funksiyanal əlverişsiz vəziyyətinin ankilozu. (Postravmatik mənşəli) (150 dərəcə bükülmə Əsas diaqnoz M24.6 vəziyyətində hərəkətsizliyi) saidin tam supinasiya vəziyyətində qalması. Sağ bazu mil oynağının İV dərəcəli artrozu. Digər ikincili artroz, Sağ dirsək oynağının valqus deformasiyası, Ağırlaşma M19.2 deformasiyaedici artrozu Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ Ağırlaşma M62.5 said əzələlərinin atrofiyası. Ağırlaşma R52.2 Digər daimi ağrı, daimi ağrı sindromu Yuxarı ətrafın mononevropatiyaları, Sağ yuxarı ətrafın mononeyropatiyası. Ağırlaşma G56 Bel oma fəqərələrinin diskogen radikulopatiyası Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin Ağırlaşma Z73.6 məhdudlaşması, Əmək qabiliyyətinin azaldılması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması. Sağ yuxarı ətrafın funksiyasının pozulması. Yanaşı xəstəliklər İ10 Essensial [birincili] hipertenziya, Arterial hipertoniya İİ mər. Bazu sümüyünün aşağı ucunun sınığı, Sağ bazu sümüyünün kondiluslardan Yanaşı xəstəliklər S42.4 keçən mil sümüyü başının və dirsək sümüyünün yuxarı ucunun qeyri- düzgün bitişmiş sınığı Xəstəliyə görə ambulator müraciətlər: M24.6 Oynağın ankilozu xx.xx.2024 M24.6 Oynağın ankilozu xx.xx.2024 M24.6 Oynağın ankilozu xx.xx.2025 Stasionar müalicə aldığı müəsisələr: ETTOİ S42.4 Bazu sümüyünün aşağı xx.xx.2021 xx.xx.2021 0 ucunun sınığı STM xx.xx.2021 xx.xx.2021 13 S42.4 Bazu sümüyünün aşağı ucunun sınığı ETTOİ xx.xx.2021 xx.xx.2021 S42.4 Bazu sümüyünün aşağı 0 ucunun sınığı ETTOİ xx.xx.2021 xx.xx.2021 S42.4 Bazu sümüyünün aşağı 0 ucunun sınığı ETTOİ xx.xx.2022 xx.xx.2022 S42.4 Bazu sümüyünün aşağı 0 ucunun sınığı ETTOİ xx.xx.2021 xx.xx.2021 S42.4 Bazu sümüyünün aşağı 0 ucunun sınığı STM xx.xx.2024 xx.xx.2024 7 M24.6 Oynağın ankilozu ETTOİ xx.xx.2024 xx.xx.2024 0 M24.6 Oynağın ankilozu ETTOİ xx.xx.2024 xx.xx.2024 0 M24.6 Oynağın ankilozu İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X1 xx.xx.2025-ci il tarixli, T 548/2025 saylı ekspert rəyinə əsasən: “1.2. Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Forma 088 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: M24.6 Oynağın ankilozu. Sağ bazu-dirsək oynağının funksional əlverişsiz vəziyyətinin ankilozu. (Postravmatik mənşəli)(150 dərəcə bükülmə vəziyyətində hərəkətsizliyi) saidin tam supinasiya vəziyyətində qalması. Sağ bazu-mil oynağının İV dərəcəli artrozu. Ağırlaşmalar: M 19.2 Digər ikincili artroz, Sağ dirsək oynağının valqus deformasiyası, deformasiyaedici artrozu. M62.5 Əzələnin başqa rublikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, Sağ said əzələlərinin atrofıyası. R52.2 Digər daimi ağrı, Daimi ağrı sindromu. G56 Yuxarı ətrafın mononevropatiyaları, Sağ yuxarı ətrafın mononeyropatiyası. Bel-oma fəqərələrinin diskogen radikulopatiyası. Z73.6 Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması. Sağ yuxarı ətrafın funksiyasının pozulması. Yanaşı xəstəliklər: İ10. Essensial [birincili] hipertenziya. Arterial hipertoniya İİ mər. S42.4 Bazu sümüyünün aşağı ucunun sınığı, Sağ bazu sümüyünün kondiluslaradn keçən mil sümüyü başının və dirsək sümüyünün yuxarı ucunun qeyri-düzgün bitişmiş sınığı” diaqnoz onun stasionarda müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmişdir. Əyani müayinə zamanı sağ dirsək nahiyəsinin iç və bayır səthində böyük ölçülü, kobud çapıq aşkar olundu. Çiyin və mil bilək oynağında hərəkət tamdır, əlin tutma funksiyası saxlanıb. Dirsək oynağında hərəkət məhduddur (150 dərəcə bükülmə vəziyyətində hərəkətsizliyi), said supinasiya vəziyyətindədir. Yuxarı ətraf əzələlərində atrofiya izlənilmədi.” .Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasına görə, Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 saylı Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 13.3 - Oynağın ankilozu - M24.6 Qiymətləndirmə: 13.3.10. - funksional əlverişsiz vəziyyətdə dirsək oynağının ankilozu (60 dərəcədən az, 150 dərəcədən çox) – 40 – müddətsiz İddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən (M24.6) əziyyət çəkməsi tibbi göndərişlə (forma 88) təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. İddiaçı qeyd edilən xəstəliklə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisəsində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi təsdiqlənmişdir. Qeyd edilən xəstəlik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X1 xx.xx.2025-ci il tarixli, T 548/2025 saylı ekspert rəyi ilə təkrarən təsdiq edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər və bu inzibati orqanın səlahiyyətlərinin hər hansı formada məhdudlaşdırılması anlamına gəlmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 2-1(112)-8020/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar