Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4536/2025 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X5 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 64 yaşı tamam olan tarixdən yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1961-ci il təvəllüdlüdür. 1978-ci ildən əmək fəaliyyətinə başlamışdır. Əmək fəaliyyətinin başlanğıcı 1978-1984-cü illər ərzində Şirvan, Muradxan və Kürdəmirdə kolxozçu olaraq işlədiyi zamanlar olmuşdur. 1988- 2000-ci illər ərzində Kürdəmir rayon “xxxx” X8 müəssisəsində mühasib vəzifəsinə təyin edilərək ##.##.2000-##.##.2006-cı illər ərzində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Sonuncu dəfə isə ##.##.2021-##.##.2025-ci illər ərzində “xxxx” MMC-də aşpaz vəzifəsində işləməyə başlamışdır. Cəmi 26 il stajı var. Kifayət qədər əmək stajının olmasına baxmayaraq, cavabdeh orqan tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı hüquqları pozulmuşdur. Ona məxsus əmək kitabçasında işə daxil olma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələri barədə müvafiq qeydiyyat aparılmış və qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir. Əmək kitabçasının doldurulma qaydasının pozulması onun təqsiri ucbatından baş verməyib və o, əmək kitabçasını qoruyub saxlamış və cavabdeh orqana təqdim etmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar həm hüquqi, həm faktiki, həm də konstitusion əsaslardan məhrum olmaqla yanaşı, onun hüquqlarını pozmuşdur. Iddiaçı ##.##.1961-ci il təvəllüdlüdür. 1978-ci ildən əmək fəaliyyətinə başlamışdır. 1978-1984-cü illər ərzində Şirvan, Muradxan və Kürdəmirdə kolxozçu olaraq işlədiyi zamanlar olub. 1988- 2000-ci illər ərzində Kürdəmir rayon “xxxx” X8 müəssisəsində mühasib vəzifəsinə təyin edilərək ##.##.2000-##.##.2006-cı illər ərzində əmək fəaliyyəti ilə məşğul olub. ##.##.2021- ##.##.2025-ci illər ərzində “xxxx” MMC-də aşpaz vəzifəsində işləməyə başlamışdır. Iddiaçının cəmi 26 il stajı var. Əmək kitabçasında da iş yerləri və işə daxil olub, çıxma müddətləri göstərilib. Məhkəmə tərəfindən cavabdehin mübahisələndirdiyi müəssisələrdə işləyib-işləmədiyi haqqında müvafiq sorğular göndərilmişdir. Lakin orqanların arxivində məlumat aşkar edilməmişdir. Məhkəmə məlumatların doğrulunu müəyyən etmək mümkün olmadığı üçün cavabdehin mövqeyi ilə razılaşmış və iddiasını təmin etməmişdir. Lakin iddiaçının əmək kitabçasında iş yerlərinin və müddətlərin göstəriliməsi nəzərə alınmamışdır. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun # ###### 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn şəxsin işlədiyi müəssisədə əmək haqqı cədvəllərinin aşkar edilməməsinə görə baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırki işdə iddiaçıda əmək kitabçası mövcuddur, mötəbər sənəddir. Cavabdeh orqan formal tələblərlə etiraz etmişdir. Məhkəmə də həmin formallıq əsasında qərar qəbul etmişdir. Hazırda iddiaçının əmək kitabçasının mötəbər olmadığı sübuta yetirilməmişdir. Kitabçada olan imza və möhürlərin saxta olduğunu təsdiq edən fakt mövcud deyildir. Digər tərəfdən, sənədlərin arxivə təhvil verilməməsi iddiaçının səhvi ucbatından olmamışdır. Arxivdə sənədin olmaması həmin məlumatların mötəbər olmaması demək deyil. Məhkəmə qərar qəbul etməmişdən əvvəl yardımetmə vəzifəsini yerinə yetirməmişdir. Iddiaçıdan asılı ola biləcək sübutların təqdim edilməsini təklif etməmişdir. Cavabdeh tərəfindən daxil olmuş apellyasiya şikayətinə etirazda qeyd olunur: Iddiaçı İddiaçı ##.##.1961-ci il tarixində anadan olmuş, ##.##.2025-ci ildə tarixdə 64 yaşı tamam olmuşdur. Iddiaçının təqdim etdiyi sənədlərin surətinə və əmək kitabçasına əsasən onun mübahisələndirilməyən əmək fəaliyyəti dövrü 05 il 01 ay 18 gün təşkil edir və bu, qanunvericiliklə tələb olunan müddətdən - 25 ildən azdır. Iddiaçının mübahisələndirilən əmək fəaliyyyəti 1978-1984-cü il tarixləri üzrə dövrlərin (qeydlərdə qaralama olduğundan), ##.##.1984-cü il tarixindən ##.##.1988-ci il tarixinədək (işdən azadolma qeydində qaralama olduğundan), ##.##.1988-ci il tarixindən ##.##.2000-ci il tarixinədək (işə daxilolma, işdən azadolma əmrlərinin nömrələri və tarixləri mövcud deyil) və ##.##.2000-ci il tarixindən ##.##.2006-cı il tarixinədək (işə daxilolma əmri möhürlə təsdiq edilmiş və eyni zamanda işə daxilolma tarixi qeyri-iş gününə təsadüf edir) doldurulma qaydası pozulduğu üçün, yəni müraciət etdiyi vaxt qüvvədə olan “Işçilərin əmək kitabçasının forması və onun doldurulması” Qaydalarına uyğun tərtib edilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin 2006-cı ilin # ###### tarixinədək bitmiş əyani təhsil müddəti həmin tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə uyğun olaraq sığorta stajına daxil edilir. Təqdim edilmiş sənədlərin surətinə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara iddiaçının ##.##.1981-ci il tarixindən ##.##.1983-cü il tarixinədək təhsil aldığı illər sığorta stajına daxil edilmişdir. Eyni zamanda iddiaçının ##.##.2006-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1 il 10 ay sığorta stajına uyğun olaraq 1888,00 manat, ##.##.2021-ci il tarixindən ##.##.2025-ci il tarixinədək 2841,01 manat olmaqla, ümumilikdə 3203,38 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. X1 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, iddiaçı İddiaçı əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi öz təsdiqini tapmadığı və sığorta stajı tələb olunan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinin rədd edilməsi qanunauyğun olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verdiyindən iddianın rədd olunması ilə bağlı gəldiyi nəticə qanunauyğun və əsaslıdır. Iddiaçı İddiaçı apellyasiya şikayəti formal mülahizələrə əsaslandığından və məzmunu iddia ərizəsi ilə eynilik təşkil etdiyindən birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas ola bilməz. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Iş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı İddiaçı ##.##.1961-cı ildə doğulmuşdur. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd olunur: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 64 yaş müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #- dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ##.##.1981-ci il tarixindən ##.##.1983-cü il tarixinədək təhsil aldığınız illər də nəzərə alınmaqla cəmi sığorta stajınız 5 il 1 ay 18 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixinədək 1 il 10 ay sığorta stajınıza uyğun olaraq 1888,00 manat, ##.##.2021-ci il tarixindən ##.##.2025-ci il tarixinədək 2841,01 manat olmaqla, ümumilikdə 3203,38 manat təşkil edir ki, bu məbləğ hüququnuzun yarandığı tarixdə qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş 1978-1984-cü il üzrə olan dövrlərin (qeydlərdə qaralama var), ##.##.1984-cü il tarixindən ##.##.1988-ci il tarixinədək (işdən azadolma qeydində qaralama var), ##.##.1988-ci il tarixindən ##.##.2000-ci il tarixinədək (işə daxilolma, işdən azadolma əmrlərinin nömrələri və tarixləri yoxdur) və ##.##.2000-ci il tarixindən ##.##.2006-cı il tarixinədək (işə daxilolma əmri möhürlə təsdiq edilmiş və eyni zamanda işə daxilolma tarixi qeyri-iş gününə təsadüf edir) doldurulma qaydası pozulduğu üçün sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Sözügedən dövr üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, “xxxx” MMC ilə qüvvədə olan əmək müqaviləniz olduğundan Sizə yaşa pörə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmayıb. Əlavə olaraq bilirirrik ki, əmək müqavilənizə xitam verildikdən sonra təkrar müraciətiniz əsasında yaşa görə sosial müavinət hüququnuza qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır. Iş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış ## ##### 2025-ci il tarixli məktubundan qeyd edilmişdir ki, X6 barədə Kürdəmir rayon Şirvan kolxozunun, “Muratxan” birgə təsərrüfatının (1978-1988-ci illər üçün əmək haqqı cədvəlləri və s.) “xxxx” X8 müəssisəsinin və “xxxx” MMC-nin arxiv sənədləri Kürdəmir rayon Dövlət Arxiv fondunda saxlanılmır. Iş materiallarında olan Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyyatı Idarəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd olunur: Dövlət reyestr məlumatlarına əsasən bildiririk ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN 1304055571) ##.##.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, hüquqi varisliyi və ad dəyişikliyi barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda bildiririk ki, “xxxx” MMC barədə bütün reyestr məlumatlarını əks etdirən dövlət reyestrindən çıxarışın surəti qoşmada Sizə təqdim edilir. Əlavə olaraq bildiririk ki, reyestrdə “Muradxan” Birgə Təsərrüfatı və “xxxx” X8 Müəssisəsi adlı kommersiya qurumları aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxslərə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verməyinizi xahiş edirik. Məlumat üçün bildiririk ki, reyestrdə aşkar edilmiş ##.##.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış və hüquqi ünvanı Şəki rayonu olan "xxxx" Kommersiya Firması adlı hüquqi şəxs ** saylı Ərazi Vergilər Baş Idarəsində qeydiyyatdadır. Iş materiallarında olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd olunur: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "yaşa görə pensiya təyin edilməsi” tələbinə dair inzibati işlə əlaqədar "Muradxan” birgə təsərrüfatının, "xxxx” X8 müəssisəsinin, "xxxx” MMCnin fəaliyyəti (qeydiyyat tarixi, hüquqi ünvanı, ad dəyişmələri, hüquqi varisi, fəaliyyət növü, işçilərin sayı, əmr kitabları və s.), həmçinin Kürdəmir, Muradxan və Şirvan kolxozunun arxiv sənədləri (1978-1988-ci illər üçün əmək haqqı cədvəlləri və s.) barədə məlumatların təqdim edilməsi ilə bağlı müraciətinizə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, müraciətinizdə qeyd olunan "Muradxan” birgə təsərrüfatı, "xxxx” X8 müəssisəsi, "xxxx” MMC, həmçinin Kürdəmir, Muradxan və Şirvan kolxozu barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd olunur: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı inzibati iş üzrə “Muradxan” Birgə Təsərrüfatı, “xxxx” X8 Müəssisəsi, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, Kürdəmir, Muradxan və Şirvan kolxozu barədə məlumatın verilməsi ilə bağlı daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, sözügedən təşkilatlar barədə qeyrikommersiya qurumlarının dövlət reyestrində məlumat aşkar edilməmişdir. Iş materiallarında olan X4 Filialı tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd olunur: "Muradxan" Birgə Təsərrüfatının, "xxxx" X8 Müəssisəsinin və "xxxx" MMC-nin heç bir sənədi X3 Filialına təhvil verilmədiyi üçün məktubunuzu cavablandıra bilmirik. Iş materiallarında olan Sığortaolunanın hesabından çıxarışdan görünür ki, Sığortaedən «xxxx» MMC tərəfindən (Sığortaolunan İddiaçı) 2021-ci ilin sentyabr ayından 2025-ci ilin fevral ayınadək (fevral ayı daxil olmaqla) məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ( 2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Iş materiallarından görünür ki, iddiaçı İddiaçı ##.##.1961-ci ildə doğulmuşdur. Iddiaçının yaşa görə pensiya hüququ 64 yaşının tamam olduğu ##.##.2025-ci ildə yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ##.##.1961-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun ##.##.2025-ci il tarixdən (64 yaş), “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. ##.##.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Iş materiallarında olan iddiaçıya məxsus *** nömrəli Kolxozçunun əmək kitabçasından və IT-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı 1978-1984, ##.##.1984 -##.##.1988, ##.##.1988-##.##.2000, ##.##.2000-##.##.2006, ##.##.2021-##.##.2025-ci illərdə işləmişdir. Cavabdeh iddiaçının ##.##.1981-ci ildən ##.##.1983-cü ilədək təhsil aldığı dövr daxil olmaqla cəmi 05 il 01 ay 18 gün iş stajını qəbul edir, lakin 1978-1984-cü, ##.##.1984-##.##.1988-ci, ##.##.1988-##.##.2000-ci, ##.##.2000-##.##.2006-cı illərdə işlədiyi dövrləri mübahisələndirmişdir. Cavabdehin mövqeyinə görə əmək kitabçasında qeyd edilmiş 1978-1984-cü il üzrə olan dövrlərin (qeydlərdə qaralama var), ##.##.1984-cü il tarixindən ##.##.1988-ci il tarixinədək (işdən azadolma qeydində qaralama var), ##.##.1988-ci il tarixindən ##.##.2000-ci il tarixinədək (işə daxilolma, işdən azadolma əmrlərinin nömrələri və tarixləri yoxdur) və ##.##.2000-ci il tarixindən ##.##.2006-cı il tarixinədək (işə daxilolma əmri möhürlə təsdiq edilmiş və eyni zamanda işə daxilolma tarixi qeyri-iş gününə təsadüf edir) doldurulma qaydası pozulduğu üçün sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd olunan işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapır və işəgötürənin imza və möhürü ilə təsdiq edilmişdir. Həmin imza və möhür ilə əlaqədar hər hansı mübahisəli və şübhəli hal mövcud deyildir. Bununla əlaqədar qeyd edilməlidir ki, əmək kitabçasının doldurulması, o cümlədən işçilərin işə götürülməsi barədə və ya əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərin müvafiq olaraq qeyd edilməsi və qeydiyyatının aparılması, qeydlərin təsdiq edilməsi, sənədlərin müvafiq qaydada arxivə verilməsi və saxlanılması kimi məsələlər işçinin deyil, işəgötürənin səlahiyyətlərinə aiddir. Qeyd olunan hallara görə iddiaçı məsuliyyət daşımır və bu, iddiaçının əmək kitabçasında olan qeydlərin mötərbərliyini şübhə altına almaq üçün əsas kimi istifadə oluna bilməz. Yuxarıda da qeyd olunduğu kimi, mübahisələndirilən həmin dövrlər əmək kitabçasında öz əksini tapır və işəgötürənin imza və möhürü ilə təsdiq edilmişdir, həmin imza və möhür ilə əlaqədar hər hansı mübahisəli və şübhəli hal mövcud deyildir, cavabdeh də belə bir halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bundan başqa, müəssisənin arxiv sənədlərinin saxlanılmamasına, aidiyyəti üzrə təhvil verilməməsi halına görə iddiaçı cavabdehlik daşımır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi əxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Eyni zamanda qeyd edilməlidir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il # #### tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin # ##### tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsa idi belə, həmin borc 2018ci ilin # ##### tarixdə tam məbləğdə silinmiş olur. Beləliklə, sadalanan qanunvericilik normalarından göründüyü kimi, 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Iddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, ##.##.1984-##.##.1988-ci, ##.##.1988-##.##.2000-ci, ##.##.2000-##.##.2006-cı illər iddiaçının ümumi stajına daxil edildikdə cavabdehin mübahisələndirmədiyi illər də (##.##.1981-##.##.1983, ##.##.2021- ##.##.2025) nəzərə alınmaqla, iddiaçı 25 ildən çox ümumi staja malikdir (cəmi 27 il). Göründüyü kimi, iddiaçının ##.##.2025-ci il tarixdən (64 yaş) əmək pensiyası hüququ yaranmışdır və iddiaçı 25 ildən artıq sığorta stajına malikdir, yəni iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilsin. Iddiaçı İddiaçı 64 yaşının tamam olduğu ##.##.2025-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4536/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4536/2025
29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver