Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4538/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X17 Səmədovun sədrliyi və məruzəsi ilə, X5 və X6 ibarət tərkibdə. Məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üzrə əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7044/2025 saylı, 21 avqust 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 3- 33/005Ş saylı, xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və işdən çıxarılma ilə bağlı məcburi işburaxma müddəti üzrə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbinin həcmi azaldılmışdır). İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1987-ci il təvəllüdlü olmaqla Azərbaycan Kooperasiya Universiteti Gömrük işinin təşkili fakültəsini 2009-cu il tarixdə bitirmişdir. Azərbaycan Dövlət İqtisad Univeristetinin “Gömrük ekspertizası” magistr pilləsini 2011-ci il tarixində bitirmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2013-ci il tarixədək AR FHN Mülki-Müdafiə Qoşunları, kiçik-çavuş rütbəsi, surücü-manqa komandiri vəzifəsində hərbi xidmət etmişdir. 2015-ci ilin may ayından - oktyabr ayınadək AR FHN-də “Sənayədə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti” Dövlət Agentliyinin "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” elmi-tədqiqat institutunda - kiçik elmi işçi vəzifəsində çalışmışdır. Həmin ilin sentyabr ayında imtahan verib, müsabiqədən keçib. xx.xx.2015-ci il tarixdə Gömrük orqanlarında xidmətə qəbul olmuşdur. Həmin tarixdə “Hava Nəqliyyatında Baş Gömrük İdarəsində” skanlaşdırma şöbəsində inspektor vəzifəsində, iyul 2018-ci il tarixində skanlaşdırma və TNV-in tətbiqi şöbəsində inspektor, iyul 2023-cü il tarixində “Logistika Mərkəzi” gömrük postunun inspektoru vəzifəsində çalışmışdır. Oktyabr 2023-cü il tarixində xidməti zərurətlə əlaqədar daxili əmrlə skanlaşdırma şöbəsinə təhkim olunduqdan sonra “töhmət” almışdır. Sonra ərizəsində göstərdiyi məsələ ilə əlaqədar işlərə son qoymuşdur və 2024-ci il aprel ayında sonuncu xəbərdarlıqla “şiddətli töhmət” almışdır. Ondan sonra ümumiyyətlə heç bir pozuntusu olmayıb. Şiddətli töhmət verilənə qədər olan eyni hadisəyə görə barəsində edilmiş şikayətlə bağlı 8.01.2025-ci ildə DGK-ya çağırılıb ona təsir göstərilib və könüllü işdən çıxmağına dair ərizə yazmışdır. Bundan sonra “qulluqla bir araya sığmayan” hərəkətə yol vermədiyindən, vəzifə öhdəliyinin icrası ilə bağı hər hansı bir nöqsanı olmadığından qərara gəlmişdir ki, verdiyi ərizəni geri götürsün. Ona görə də, işdən çıxma barəsində könüllü ərizə verdikdən 3 gün sonra DGK-nə teleqram vuraraq, verdiyi ərizəni geri götürdüyünü, verdiyi ərizənin etibarsız sayılmasını və işinə bərpa edilməyini xahiş etmişdir. Nəticədə əmlakını və işini itirməklə zərər çəkmişdir. İşin mahiyyəti ondan ibarət olmuşdur ki, mülkiyyətində 2 ədəd “Toyota prius” markalı avtomobil olub. Həmin avtomobillərdən birini baş etibarnamə ilə faktiki “nisyə alqı-satqı” qaydasında Hafis və Məhəmməd adlı şəxslərə satmışdır. Hissə-hissə ödəniş edilməklə ayda 800 manat ödənilməsinə razılaşmışlar. Lakin qalıq 6.000 manat ödənilmədi o pulunu tələb edəndə Hafiz onun barəsində DGK-nə şikayət etdi. Şikayət araşdırılması üçün Komitə tərəfindən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərildi. KQMBİ-də araşdırma zamanı Hafizin qazi olduğu məlum oldu və o avtomobilindən qazinin xeyrinə imtina etmiş və ödənilməmiş qalan 6000 manat borcu da silmişdir. Beləliklə, avtomobili əlindən çıxmış və əlavə olaraq, həmin avtomobil məsələsinə görə 2024-cü ilin aprel ayında iş yerindən “şiddətli töhmət” cəzası da almışdır. O birinci avtomobilə dair Hafizə baş etibarnamə verəndə, eyni məqsədlə ikinci avtomobilə dair də baş etibarnamə vermişdir. İlkin ödəniş kimi ona cəmi 1000 manat pul verilmişdi. KQMBİ-də araşdırma zamanı avtomobilin birini Hafizə demək olar ki, “bağışlayanda” razılıq oldu ki, ikinci avtomobilə dair verdiyi etibarnamə ləğv ediləcək və avtomobil ona qaytarılacaq. Hafiz və Məhəmməd bu razılığa əməl etmədiklərinə görə o avtomobilə dair verdiyi etibarnaməni ləğv etdirib, polis vasitəsilə avtomobilini duracağa yerləşdirirdi. Sonradan bildi ki, Hafiz və Məhəmməd ikinci avtomobili Emil adlı şəxsin vasitəsilə Nicat adlı şəxsə etibarnamə vermək yolu ilə faktiki satıb pulunu da ələ keçiriblərmiş. O, Hafizə inanıb onun sözü ilə guya öz adamları olan, tanımadığı Emil adlı şəxsə baş etibarnamə vermişdir. Onun əli ilə avtomobil Nicat adlı şəxsə satılıb və pulu alınsa da ona ödəniş edilməmişdir. O, avtomobilini polis vasitəsilə geri aldıqdan sonra, Hafiz özünün şikayət etdiyi qaydada Emilin də adından onun barəsində böhtan xarakterli şikayət əizəsi ilə DGK-nə müraciət etmiş və şikayət yenə araşdırılması üçün Komitə tərəfindən KQMBİ-nə göndərilmiş və araşdırma nəticəsinə onun təqsirsiz olduğu müəyyən edilsə də, istintaq orqanı DGK-nə bu məsələnin İdarədə müzakirə edilməsi üçün təqdimat göndərmişdir. Bununla bağlı qeyd etdiyi kimi işə dəvət edilmişdir, KQMBİ-dən təqdimat daxil olduğu, ya könüllü ərizə vermək, ya da “qulluğa uyğunsuz fəaliyyət göstərilmə” əsası ilə işdən çıxarılacağı bildirildi. Onun düşünmək üçün vaxtı olmadığından və əvvəlki "şiddətli töhmət" tənbehi aldığından indi də işdən çıxarılacağının real olacağı həyəcanından “könüllü olaraq işdən çıxması barədə” 8.01.2025-ci il tarixdə ərizə vermişdir. Onu da qeyd edir ki, bütün olanlar-yəni onun avtomobil satmağı ilə əlaqədar məsələ və araşdırma 2023-cü ildə olmuşdur. 2024-cü ilin aprel ayında ona bu məsələyə görə “şiddətli töhmət” verilmişdir. 2025-ci ilin yanvar ayında isə 2 il əvvəl olmuş və tənbeh aldığı “hadisə” ilə əlaqədar “işdən çıxarılmışdır” (könüllü işdən çıxma haqqında öz ərizəsindən imtina etmişdir). Cavabdeh tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı xx.xx.2025-ci il tarixində Komitəyə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixindən gömrük orqanlarında xidmətinə xitam verilməsini xahiş etmişdir. İddiaçının qeyd edilən müraciəti nəzərə alınaraq Komitənin xx.xx.2025-ci il tarixli 3-33/005Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən gömrük orqanlarında xidmətinə xx.xx.2025-ci il tarixdən öz təşəbbüsü ilə xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7044/2025 saylı, 21 avqust 2025-ci il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7044/2025 saylı, 21 avqust 2025-ci il tarixli məhkəmə qərarının ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli 3-33/005Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən gömrük orqanlarında xidmətinə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli 3-33/005Ş nömrəli əmri iddiaçının xx.xx.2025-ci il tarixində cavabdehə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixindən gömrük orqanlarında xidmətinə xitam verilməsini xahiş etməsi ilə əsaslandırmışdir. İddiaçı həm iddia ərizəsində, həm Bakı İnzibati Məhkəməsində bildirmişdir ki, xidmətinə xitam verilməsi barədə xx.xx.2025-ci tarixli onun ərizəni təsir və təzyiq nəticəsində yazmış, həmin ərizə onun iradə ifadəsini əks etdirmir. Belə ki, iş materiallarında olan Whatsapp yazışmasından müəyyən olunur ki, xx.xx.2025-ci ildə iddiaçı əmək məzuniyyətində olduğu vaxt cavabdehin əməkdaşı Səbinə Hacıbalayeva iddiaçı ilə əlaqə saxlayaraq, xx.xx.2025-ci il tarixində saat 10:00-da cavabdeh Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik Baş İdarəsində 301-ci otağa getmək lazım olduğunu bildirmişdir. Həmin vaxt iddiaçı məzuniyyətdə olduğu üçün belə təcili çağırışın vacib təhlükəsizlik tədbiri ilə bağlı olduğunu düşünərək cavabdeh Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik Baş İdarəsində 301-ci otaqda xidmət keçən Tamerlan adlı əməkdaşla əlaqə saxlayaraq, hansı məsələ ilə bağlı çağırıldığını soruşmuş və zəruri olduğu təqdirdə elə həmin gün, yəni xx.xx.2025-ci ildə İdarəyə gələ biləcəyini demişdir. Amma həmin əməkdaş buna zərurət olmadığını, xx.xx.2025-ci ildə İdarəyə gəlmək lazım olduğunu bildirmiş, hansı məsələ ilə bağlı çağırıldığı barədə məlumat verməmişdir. İddiaçı məzuniyyətdən sonra ilk iş günü olan xx.xx.2025-ci ildə səhər özü də yüksək hərarətlə xəstə olmasına baxmayaraq, həyat yoldaşı və qızının da yüksək hərarətdə xəstə olduqları üçün X14 Təcili Yardım şöbəsinə yerləşdirdiyinə görə onlara baş çəkib cavabdeh Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik Baş İdarəsinə getmişdir. İddiaçı xx.xx.2025-ci il saat 09.45-də əvvəlcə eyni binada yerləşən cavabdeh Dövlət Gömrük Komitəsinin vəsiqələrin verilməsi, dəyişdirilməsi ilə məşğul olan şöbəyə getmiş və xidməti vəsiqənin 5 il qüvvədə olma müddəti bitdiyi üçün köhnəsini təhvil vermiş, əvəzində ona növbəti 5 il üçün – xx.xx.2030-cu ilə qədər qüvvədə olan xidməti vəsiqə verilmişdir. Bundan sonra isə iddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik Baş İdarəsinin 301-ci otağına getməmişdən əvvəl onun mobil telefonu və smart saatı növbətçi hissədə alınmış, bununla iddiaçı 301-ci otaqda onu yanına çağırmış əməkdaşa zəng edərək ailəsindən nigaran olduğu və onlarla təcili əlaqə qurmaq zəruriyyəti yarana biləcəyi üçün telefonun onda qalmasını xahiş etsə də, telefonun ona verilməsinə icazə verilməmişdir. Sonra növbətçi hissə əməkdaşı iddiaçının Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik Baş İdarəsinin 301-ci otağına və hansı əməkdaşın yanına getmə tarixinin və saatının qeydiyyatını xüsusi jurnalda yazmış, bu barədə həmin məlumat qeyd edilmiş kartoçkanı iddiaçıya vermiş, iddiaçı həmin kartoçka ilə 301-ci otağa getmişdir. Nəhayət, iddiaçı Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik Baş İdarəsinin 301-ci otağına daxil olduqda cavabdehin əməkdaşları ona hədə-qorxu gəlməyə başlamış, işdən guya könüllü çıxmaq barədə ərizə yazmağı tələb etmiş, bunu etməyəcəyi təqdirdə bunun iddiaçı üçün pis nəticələr yaradacağı ilə qorxudaraq psixoloji təsir etmişlər. İddiaçı bu təklifi rədd etmiş, ailəsi ilə əlaqə yaratmaq istəmişdir, lakin cavabdehin əməkdaşları buna icazə verməmişlər, ona davamlı hədə-qorxu gələrək təzyiq etmiş, onun qarşısına işdən çıxma barədə mətn olan nümunə kazığını qoyaraq, ona uyğun işdən çıxma ərizəsi yazmağı tələb etmişlər. İddiaçı cavabdehin təzyiqlərini, hədələrini qəbul etməmişdir, lakin qızdırmalı xəstə olduğu üçün və həm də hospitalda olan ailəsindən narahat olduğu üçün cavabdehin əməkdaşlarının tələb etdiyi ərizəni məcburən yazmışdır. Lakin iddiaçı ilkin ərizədə işdən çıxma tarixini qoymadığı üçün cavabdehin əməkdaşları ərizəni yenidən yazmağı, işdən çıxma tarixinin həmin tarix, yəni xx.xx.2025-ci il yazılmasını tələb etmişlər, əks təqdirdə yenə də hədə-qorxu gəlməyə başlamış, bunun iddiaçı üçün pis nəticələnəcəyini demişlər. Buna görə də, iddiaçı işdən guya xx.xx.2025-ci il tarixdə çıxması barədə yenidən ərizə yazmağa cavabdeh tərəfindən faktiki olaraq məcbur edilmişdir. xx.xx.2025-ci ildə isə, yəni cəmi 3 gün sonra, iddiaçının və ailəsinin sağlamlıq durumu, o cümlədən psixoloji vəziyyəti normallaşdıqdan sonra, iddiaçı cavabdehə teleqram göndərərək işdən çıxmaq barədə yazdığı xx.xx.2025-ci il tarixli ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.1987-ci il təvəllüdlüdür, 2009-cu ildə Azərbaycan Kooperasiya Universiteti Gömrük işinin təşkili fakültəsini, 2011-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Gömrük ekspertizası” magistr pilləsini bitirmişdir. İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2013-ci il tarixədək Azərbaycan Respublikası FHN Mülki-Müdafiə Qoşunları, kiçikçavuş rütbəsi, surücü-manqa komandiri vəzifəsində hərbi xidmət etmişdir. 2015-ci ilin may ayından-oktyabr ayınadək Azərbaycan Respublikası FHN-də “Sənayədə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti” Dövlət Agentliyinin “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” elmi-tədqiqat institutunda-kiçik elmi işçi vəzifəsində çalışmışdır. Həmin ilin sentyabr ayında imtahan verib, müsabiqədən keçmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdə Gömrük orqanlarında xidmətə qəbul olunmuşdur. Həmin tarixdə “Hava Nəqliyyatında Baş Gömrük İdarəsində” skanlaşdırma şöbəsində inspektor vəzifəsində, iyul 2018-ci il tarixində skanlaşdırma və TNV-in tətbiqi şöbəsində inspektor, iyul 2023-cü il tarixində “Logistika Mərkəzi” gömrük postunun inspektoru vəzifəsində çalışmışdır, dəfələrlə attestasiyalardan müvəffəqiyyətlə keçmişdir. Aydındır ki, 39 yaşlı, öz sahəsi olan gömrük işi üzrə magistr ali təhsilinə malik və 10 il gömrük orqanlarında işləyən iddiaçı öz iradəsi ilə işdən çıxmazdı. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2015-ci il tarixdə gömrük orqanlarında xidmətə qəbul olunmuş və həmin tarixdən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində skanlaşdırma şöbəsində, 2018-ci ilin iyul ayından skanlaşdırma və TNV-in tətbiqi şöbəsində, 2023-cü ilin iyul ayından “Logistika Mərkəzi” gömrük postunun inspektoru vəzifəsində xidmət etmişdir. Dövlət Gömrük Komitəsinin 24 noyabr 2023-cü il tarixli 1000/1412Ş nömrəli əmri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 3 noyabr 2023-cü il tarixli 3-33/3-2-000001/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X23”nin 25.1.2-ci yarımbəndinin tələbini pozduğuna görə iddiaçıya töhmət elan edilmişdir. Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-33/4265 nömrəli əmri ilə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi haqqında vətəndaş X11 Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə 17 yanvar 2024-cü il tarixli 3-33/1-C000505/1-10/2024 qeydiyyat nömrəsi ilə daxil olmuş müraciətinə baxılmasının nəticəsi barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə 27 mart 2024-cü il tarixli 3-33/1-012171/2024 qeydiyyat nömrəsi ilə daxil olmuş 15 mart 2024-cü il tarixli 0-2- 2/2/2-1447/2024 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, iddiaçı xidmətdənkənar vaxtda sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla da “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.3-cü maddəsinin və "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 16-cı maddəsinin 1-ci bəndinin tələblərinə əməl etməyərək xidməti intizam qaydalarının tələblərini təkrarən və kobud şəkildə pozmuşdur. Əmr ilə Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanununun və "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin tələblərinə əməl etməyərək xidməti intizam qaydalarının tələbini təkrarən və kobud şəkildə pozduğuna görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Azərbaycan Gömrük İşçiləri X15 tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının xx.xx.1999-cu il 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsi barəsində intizam tənbehlərindən biri tətbiq oluna bilər. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 2-2-022/2-142552/2024 nömrəli məktubunun icrasının təmin olunması məqsədilə İddiaçı sözügedən Əsasnamənin 69-cu maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən biri verilməlidir. Azərbaycan Respublikasının Baş Prokurorunun müavini – Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Rəisinin cavabdeh Komitənin sədr müavini gömrük xidməti general-mayoru cənab Natiq Şirvanova göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika Mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı qanunsuz hərəkətləri haqqında X8 müraciəti əsasında Komitədə toplanmış material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə daxil olaraq araşdırma aparılmışdır. Araşdırma zamanı cinayət tərkibli əməlin törədilməsi faktı müəyyən edilməmiş, eyni zamanda İddiaçı dövlət orqanlarının nüfuzuna xələl gətirən və vəzifəli şəxs kimi qanunla qadağan edilən fəaliyyətlə məşğul olması təsdiq olunmuşdur. Belə ki, İddiaçı öz adına olan avtomobili X2 taksi fəaliyyəti ilə məşğul olması üçün icarəyə vermiş, daha sonra isə avtomobili möhlətlə ödənilməsi şərtilə ona satmış və aralarında borc müqaviləsi bağlanmışdır. Bir müddət sonra M.Yusibov tərəfindən avtomobil İddiaçıla razılaşdırılmaqla X10 nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə əsasında satılmışdır. Lakin, M.Yusibov tərəfindən borc müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi, bu səbəbdən İddiaçı tərəfindən Emil Hüseynova verilmiş etibarnamənin ləğv olunaraq avtomobilin geri alınması göstərilən şikayətin verilməsinə səbəb olmuşdur. Nəzərə çatdırılır ki, əvvəllər də İddiaçı eyni xarakterli qanunsuz hərəkətləri ilə bağlı Baş İdarədə araşdırma aparılmaqla Dövlət Gömrük Komitəsinə təqdimat göndərilmişdir. Gömrük orqanlarının əməkdaşları tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.3-cü maddəsinin tələbləri pozularaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla korrupsiyaya şərait yaradan hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə müvafiq tədbirlərin icra olunması və bu sahədə nəzarətin artırılması, pozuntuya yol vermiş şəxslərin fərdi qaydada cəzalandırılması təcrübəsinin daha geniş tətbiq olunması zəruri hesab edilir. Odur ki, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini rəhbər tutaraq, göstərilən məsələlərin aidiyyəti şəxslərin iştirakı ilə geniş müzakirə edilərək, oxşar qanun pozuntularının törədilməsinin qarşısının alınması məqsədilə müvafiq tədbirlərin görülməsi və bu barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilməsinə dair göstəriş verməyiniz xahiş olunur.” Daxili Təhlükəsizlik İdarəsi rəisinin müavini Fuad Qasımov tərəfindən Hüquqi Təminat İdarəsinin rəisinin müavini Turan Həsənliyə göndərilmiş xx.xx.2024-cü il tarixli Xidməti qeydə əsasən, Dövlət Gömrük Komitəsinə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş 11 noyabr 2024-cü il tarixli 2-2-022/2-142552/2024 nömrəli məktuba X4 İdarəsi tərəfindən baxılmışdır. Sözügedən məktubda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı dövlət orqanlarının nüfuzuna xələl gətirən və vəzifəli şəxs kimi qanunla qadağan edilən fəaliyyətlə məşğul olmasının təsdiq edildiyi bildirilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sözügedən məktubunda qeyd edilmiş gömrük orqanı əməkdaşı İddiaçı yol verdiyi pozuntuların sonuncunun “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə müvafiq olaraq gömrük orqanlarından xaric edilməsinə əsas olub-olmadığına dair müvafiq rəyin 3 iş günü ərzində Daxili Təhlükəsizlik İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. Hüquqi Təminat İdarəsinin rəisinin müavini Turan Həsənli tərəfindən Daxili Təhlükəsizlik İdarəsi rəisinin müavini Fuad Qasımova göndərilmiş xx.xx.2024-cü il tarixli Xidməti qeydə əsasən, Xidməti qeyddə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş 11 noyabr 2024-cü il tarixli 2-2-022/2-142552/2024 nömrəli məktubda gömrük orqanı əməkdaşı İddiaçı yol verdiyi pozuntuların sonuncunun “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə müvafiq olaraq gömrük orqanlarından xaric edilməsinə əsas olub-olmadığına dair müvafiq rəyin Daxili Təhlükəsizlik İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 16-cı maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə ixtiyarı yoxdur. Həmçinin, Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) gömrük orqanlarından xaric oluna bilər. Bundan başqa, Əsasnamənin 69- 1-ci maddəsinə əsasən bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. “Korrupsiya qarşı mübarizə haqqında” Azərbaycan Respubublikasının Qanunun 9.3.3-cü maddəsinə görə bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, əvəzçilik üzrə işləmək (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 11 noyabr 2024-cü il tarixli 2-2-022/2-142552/2024 nömrəli məktubunda qeyd olunan xüsusatlara dair xx.xx.2025-ci il tarixli arayışa əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı sahibi olduğu “Toyota Prius” markalı 77BG194 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vətəndaş X3 taksi fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verdiyi, daha sonra isə həmin nəqliyyat vasitəsini möhlətlə ödənilməsi şərti ilə sonuncuya satdığı, bununla bağlı aralarında borc müqaviləsinin bağlanıldığı, bir müddət sonra Məhəmməd Yusibovun sözügedən nəqliyyat vasitəsini İddiaçı razılığı ilə vətəndaş X12 “nəqliyyata sərəncam” etibarnaməsi əsasında satdığı, X19 Hüseynovla bağladığı borc müqaviləsinə əsasən üzərinə düşdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən sonuncunun “nəqliyyata sərəncam” etibarnaməsini ləğv edərək “Toyota Prius” markalı 77BG194 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Emil Hüseynovdan geri aldığı bildirilmişdir. Verilmiş “nəqliyyata sərəncam” etibarnaməsini ləğv etdikdə Nicat Əliyevin onunla telefon vasitəsilə əlaqə saxlayaraq etibarnamənin hansı səbəbdən ləğv edilməsi barədə məlumat almaq istəyərkən, onun bu haldan məlumatsız olduğunu bildirdiyini, bir müddət sonra “nəqliyyata sərəncam” etibarnaməsinin İddiaçı tərəfindən ləğv edildiyinin və sözügedən nəqliyyat vasitəsinin sonuncu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi vasitəsilə axtarışa verildiyinin məlum olduğunu, İddiaçıla, Məhəmməd Yusibovla və Nicat Əliyevlə görüş təyin edərək məsələyə aydınlıq gətirməyə cəhd etməyinə baxmayaraq, İddiaçı görüşdən yayınaraq “mən heç kimlə görüşmək istəmirəm, gedirəm cərimə meydançasından maşını götürməyə” ifadəsini işlətdiyini bildirmişdir. Emil Hüseynov həmçinin müraciətlərində İddiaçı qeyd etdiyi “avtomobil rəsmiləşməyibsə, mənim adımadırsa nə istəyirəm edə bilərəm” ifadəsini işlətdiyini və özünü dövlət məmuru kimi təqdim edərək qanunların onun istəyi ilə işləyəcəyini əks etdirən iddiaları sübut edə biləcək məlumatları xidməti araşdırmaya təqdim edə bilməyəcəyini İddiaçıla birbaşa əlaqəsinin olmaması ilə əsaslandırmış və sonuncunun həmin ifadələri Nicat Əliyevlə görüş zamanı söylədiyini bildirmişdir. Emil Hüseynov izahatın sonunda İddiaçı şəxsən tanımadığını və onunla şəxsi əlaqəsinin olmadığını vurğulamışdır. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı xidməti araşdırmaya verdiyi izahatda vətəndaş X13 tanımadığını, ona heç bir nəqliyyat vasitəsini satmadığını, öz adına rəsmiləşdirilmiş “Toyota Prius” markalı 77BG194 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini şifahi razılaşmaya əsasən 2023-cü ilin iyun ayında 1000 Azərbaycan manatı ilkin ödəniş və hər ay 750 Azərbaycan manatı ödəmək müqabilində vətəndaş X3 verdiyini, sonuncunun onu aldadaraq qeyd olunan nəqliyyat vasitəsini pula ehtiyacı olması səbəbindən “nəqliyyata sərəncam” etibarnaməsinə əsasən Emil Hüseynova verməyini xahiş etdiyini, Məhəmməd Yusibovun sözügedən nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş aylıq 750 Azərbaycan manatı ödənişi öz öhdəliyinə götürəcəyini bildirdiyini, Emil Hüseynovu əvvəlcədən tanımadığını, “Toyota Prius” markalı 77BG194 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “nəqliyyata sərəncam” etibarnaməsinə əsasən “Mobil notariat” tətbiqi üzərindən Emil Hüseynova verdikdən sonra Məhəmməd Yusibovun borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyini və telefon zənglərinə cavab verməkdən yayındığını, bu halları nəzərə alaraq Məhəmməd Yusibovun yaşadığı ünvanı şəxsi əlaqələri ilə müəyyənləşdirərək sonuncunun atası Fəxrəddin Yusibovla görüşərək qeyd olunanları müzakirə etdiyini, nəticədə Məhəmməd Yusibovla borc müqaviləsi bağlayaraq ödənişi etməyəcəyi təqdirdə nəqliyyat vasitəsini sonuncudan geri alacağını ona bildirdiyini, Məhəmməd Yusibovun irəli sürülmüş şərtlərlə razılaşmasına baxmayaraq, təkrarən aylıq ödənişi etməkdən yayınması səbəbindən 2024-cü ilin mart ayında sonuncu ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ödənişləri etməməsini səbəb gətirərək “nəqliyyata sərəncam” etibarnaməsini ləğv edəcəyi barədə ona məlumat verdiyini, razılıq əldə etdikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət etməklə “Toyota Prius” markalı 77BG194 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini axtarışa verdiyini bildirmişdir. Emil Hüseynov həmçinin Daxili İşlər Nazirliyinin “102” xidməti- zəng mərkəzinə müraciət etdiyi gündən təxminən 1 ay sonra sözügedən Nazirliyin əməkdaşının onunla telefon vasitəsilə əlaqə saxlayaraq qeyd olunan nəqliyyat vasitəsinin tapılaraq cərimə meydançasına aparılması barədə məlumat verdiyini, Komitəyə ünvanlanmış müraciətlərdə X20 Yusibovun arasında aparılan danışıqlarla bağlı qeyd olunan xüsusatlardan məlumatsız olması səbəbindən bu barədə verilən suallara cavab verə bilməyəcəyini, Emil Hüseynovu əvvəlcədən tanımamasını səbəb gətirərək sonuncuya Məhəmməd Yusibovun borcu barədə məlumat verməyinin mümkünsüz olduğunu, məktublarda qeyd edilən “avtomobil rəsmiləşməyibsə, mənim adımadırsa nə istəyirəm edə bilərəm” ifadəsi ilə, eləcə də özünü dövlət məmuru kimi təqdim edərək qanunların onun istəyi ilə işləyəcəyini əks etdirən iddialarla bağlı xüsusatların həqiqəti əks etdirmədiyini və böhtan xarakterli olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə vətəndaş X9 26 avqust 2024-cü il tarixli 3-33/1-H-006489/1- 10/2024 və 28 avqust 2024-cü il tarixli 3-33/1-H-006569/2-10/2024 qeydiyyat nömrələri ilə daxil olmuş eyni məzmunlu müraciətləri əsasında X4 İdarəsində toplanmış material aidiyyəti üzrə baxılması və təqsirkar şəxs və ya şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün 6 sentyabr 2024-cü il tarixli 3-33/2-013052/2024 nömrəli məktubla Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş, nəticəsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinə məlumat verilməsi xahiş edilmiş, sözügedən Baş İdarədən Komitəyə 14 noyabr 2024-cü il tarixli 3-33/1-048903/2024 qeydiyyat nömrəsi ilə daxil olmuş 11 noyabr 2024-cü il tarixli 2-2-022/2-142552/2024 nömrəli məktubda aparılmış araşdırma zamanı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı tərəfindən cinayət tərkibli əməlin törədilməsi faktının müəyyən edilmədiyi, eyni zamanda sonuncunun dövlət orqanlarının nüfuzuna xələl gətirən və vəzifəli şəxs kimi qanunla qadağan edilən fəaliyyətlə məşğul olmasının təsdiq edildiyi, İddiaçı öz adına olan nəqliyyat vasitəsini X3 taksi fəaliyyəti ilə məşğul olması üçün icarəyə verdiyi, daha sonra isə nəqliyyat vasitəsini möhlətlə ödənilməsi şərtilə ona satdığı, aralarında müvafiq borc müqaviləsinin bağlanıldığı, bir müddət sonra Məhəmməd Yusibov tərəfindən nəqliyyat vasitəsinin İddiaçıla razılaşdırmaqla X12 “nəqliyyata sərəncam” etibarnaməsinə əsasən satıldığı, Məhəmməd Yusibovun borc müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməməsinin İddiaçı tərəfindən Emil Hüseynova verilmiş etibarnamənin ləğv olunaraq nəqliyyat vasitəsinin geri alınmasına səbəb olduğu, gömrük orqanı əməkdaşları tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.3-cü maddəsinin tələbləri pozularaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla korrupsiyaya şərait yaradan hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə müvafiq tədbirlərin icra olunması və bu sahədə nəzarətin artırılması, pozuntuya yol vermiş şəxslərin fərdi qaydada cəzalandırılması təcrübəsinin daha geniş tətbiq olunmasının zəruri hesab edildiyi qeyd edilmiş, habelə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsi rəhbər tutularaq, göstərilən məsələlərin aidiyyəti şəxslərin iştirakı ilə geniş müzakirə edilərək, oxşar qanun pozuntularının törədilməsinin qarşısının alınması məqsədilə müvafiq tədbirlərin görülməsi və bu barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilməsi bildirilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun 11 noyabr 2024-cü il tarixli 2-2-022/2-142552/2024 nömrəli məktubu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, habelə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələblərini rəhbər tutaraq korrupsiyaya şərait yaradan hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə sözügedən məktubda göstərilən məsələlərin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aidiyyəti şəxslərin iştirakı ilə geniş müzakirə edilərək zəruri tədbirlərin görülməsi və nəticəsi barədə X4 İdarəsinə məlumat verilməsi üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə 20 noyabr 2024-cü il tarixli 3-33/2-017510/2024 nömrəli məktubla müraciət olunmuş, Komitəyə 27 noyabr 2024-cü il tarixli 3-33/1-051548/2024 qeydiyyat nömrəsi ilə daxil olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 27 noyabr 2024-cü il tarixli 3-33- 3100/2- 004814/2024 nömrəli məktubunda həmin Baş İdarənin vətəndaş X18 xidməti araşdırmaya verdiyi izahatda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı İddiaçı şəxsən tanımadığını, heç bir halda onunla görüşmədiyini, müraciətlərdə qeyd edilən “Toyota Prius” markalı 77BG194 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vətəndaş X1 vasitəçiliyi ilə 20 iyun 2023-cü il tarixində İddiaçı aldığını, 20 iyun 2023-cü il tarixində Məhəmməd Yusibovun mobil telefon vasitəsilə İddiaçıla əlaqə saxlayaraq “Toyota Prius” markalı 77BG194 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satmaq fikrinə gəldiyini bildirdikdə İddiaçı sözügedən nəqliyyat vasitəsini 12000 Azərbaycan manatı məbləğinə satacağını söylədiyini, razılıq əldə etdikdən sonra sonuncunun “Mobil notariat” tətbiqi üzərindən ona “nəqliyyata sərəncam” etibarnaməsini verdiyini, sözügedən nəqliyyat vasitəsini bir müddət idarə etdikdən sonra 2023-cü ilin dekabr ayında 14500 Azərbaycan manatı məbləğinə “nəqliyyata sərəncam” etibarnaməsinə əsasən Nicat Əliyevə satdığını, 2024-cü ilin mart ayında İddiaçı səbəbsiz olaraq “Toyota Prius” markalı 77BG194 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə şöbələrinin şəxsi heyəti ilə 21 noyabr 2024-cü il tarixində iclas keçirilərək Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sözügedən məktubunda qeyd olunanların müzakirə olunduğu, əməkdaşlara müvafiq tapşırıqlar verildiyi qeyd edilmiş və bu barədə iclas protokolu araşdırmaya təqdim olunmuşdur. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 11 noyabr 2024-cü il tarixli 2-2-022/2- 142552/2024 nömrəli məktubunda göstərilən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı yol verdiyi pozuntuların sonuncunun “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə müvafiq olaraq gömrük orqanlarından xaric edilməsinə əsas olub-olmadığına dair müvafiq rəyin verilməsi məqsədilə Hüquqi Təminat İdarəsinə 24 dekabr 2024-cü il tarixli 3-33/210/055824 nömrəli xidməti qeyd göndərilmiş, sözügedən İdarədən daxil olmuş 25 dekabr 2024-cü il tarixli 3-33/220/055970 nömrəli xidməti qeyddə Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 16-cı maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə ixtiyarının olmadığı, həmçinin həmin Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) gömrük orqanlarından xaric oluna bildiyi, bundan əlavə Əsasnamənin 69-1ci maddəsinə əsasən bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilməsi və “Korrupsiya qarşı mübarizə haqqında” Azərbaycan Respubublikasının Qanunun 9.3.3-cü maddəsinə görə bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, əvəzçilik üzrə işləmək (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılması qeyd edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sözügedən məktubunda göstərilən xüsusatların Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə müvafiq olaraq gömrük orqanlarından xaric edilməsinə əsas olub-olmadığına dair müvafiq rəyin verilməsi məqsədilə Azərbaycan Gömrük İşçiləri X7 27 dekabr 2024-cü il tarixli 3-33/2-019822/2024 nömrəli məktub göndərilmiş, sözügedən Birlikdən daxil olmuş 29 dekabr 2024-cü il tarixli 3-33/1-057116/2024 nömrəli məktubda Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsi barəsində intizam tənbehlərindən birinin tətbiq oluna bilməsi və İddiaçı sözügedən Əsasnamənin 69-cu maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birinin verilməli olduğu qeyd edilmişdir. "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 16-cı maddəsinin 1-ci bəndinə əsasən gömrük orqanı əməkdaşının sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa ixtiyarı yoxdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 8 dekabr 2023-cü il tarixli 3-33/3-2-000325/2023 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarının nümunəvi daxili intizam Qaydaları”nın 6.2.1-ci yarımbəndinə əsasən "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 16-cı maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlərə əməl edilməməsi və həmin Əsasnamənin 44-cü maddəsi ilə müəyyən olunmuş vəzifələrin yerinə yetirilməməsi xidməti intizamın kobud surətdə pozulmasına aiddir. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanununun 9.3.3-cü maddəsinin və "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 16-cı maddəsinin 1-ci bəndinin tələblərinə əməl etməyərək xidməti intizamı təkrarən və kobud şəkildə pozduğuna görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı Dövlət Gömrük Komitəsinin 19 aprel 2024-cü il tarixli 3-33/426Ş nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Müəyyən edilmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı xidmətdənkənar vaxtda sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla da Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanununun 9.3.3-cü maddəsinin və "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 16-cı maddəsinin 1-ci bəndinin tələblərinə əməl etməyərək xidməti intizamı pozmuşdur. Araşdırma zamanı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı xidmətinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 8 yanvar 2025-ci il tarixli 3-33/005Ş nömrəli əmri ilə həmin tarixdən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə xitam verildiyindən onun barəsində müvafiq tədbir görülməsi mümkün olmamışdır. Hesab edir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 11 noyabr 2024-cü il tarixli 2-2-022/2- 142552/2024 məktubu əsasında aparılan xidməti araşdırmaya xitam verilməli, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı xidmətinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 8 yanvar 2025-ci il tarixli 3-33/005Ş nömrəli əmri ilə həmin tarixdən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə xitam verildiyi nəzərə alınmalı, X4 İdarəsi tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 11 noyabr 2024-cü il tarixli 2-2-022/2-142552/2024 nömrəli məktubunun cavablandırılması təmin edilməlidir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİ dərəcəli dövlət ədliyyə müşaviri cənab Nazim Rəcəbova göndərilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 11 noyabr 2024-cü il tarixli 2-2-022/2- 142552/2024 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı tərəfindən yol verilmiş qanun pozuntularının nəticəsindən yaranan şəraitin aradan qaldırılması, habelə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələblərini rəhbər tutaraq korrupsiyaya şərait yaradan hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə sözügedən məktubda göstərilən məsələlərin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aidiyyəti şəxslərin iştirakı ilə geniş müzakirə edilərək zəruri tədbirlərin görülməsi və nəticəsi barədə X4 İdarəsinə məlumat verilməsi üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə 20 noyabr 2024-cü il tarixli 3-33/2- 017510/2024 nömrəli məktubla müraciət olunmuş, Komitəyə 27 noyabr 2024-cü il tarixli 3- 33/1- 051548/2024 qeydiyyat nömrəsi ilə daxil olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 27 noyabr 2024-cü il tarixli 3-33-3100/2-004814/2024 nömrəli məktubunda həmin Baş İdarənin Skanlaşdırma və Sərnişin şöbələrinin şəxsi heyəti ilə 21 noyabr 2024cü il tarixində iclas keçirilərək Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sözügedən məktubunda qeyd olunan xüsusatların müzakirə olunduğu və əməkdaşlara müvafiq tapşırıqlar verildiyi qeyd edilmişdir. Həmçinin, araşdırma zamanı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı xidmətinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq əmri ilə 8 yanvar 2025-ci il tarixdən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə xitam verildiyindən onun barəsində müvafiq tədbir görülməsi mümkün olmamışdır. İşin halları ilə müəyyən edilir ki, iddiaçının barəsində cavabdeh orqana fiziki şəxslərin şikayət ərizəsi daxil olmuş, həmin şikayət ərizələri əsasında xidməri araşdırma başlanılmış və xidməti araşdırma nəticəsində materiallar araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokorurluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Həmin İdarə tərəfindən iddiaçının əməlində cinayət təkibinin olmaması müəyyən edilmiş, lakin “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.3-cü maddəsinin tələbləri pozulduğundan, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla korrupsiyaya şərait yaradan hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə müvafiq tədbirlərin icra olunması və bu sahədə nəzarətin artırılması, pozuntuya yol vermiş şəxslərin fərdi qaydada cəzalandırılması təcrübəsinin daha geniş tətbiq olunması zəruri hesab edilmiş və iddiaçının barəsində araşdırma aparılması üçün cavabdehə təqdimat göndərilmişdir. Araşdırma nəticəsində cavabdehin 24 noyabr 2023-cü il tarixli 1000/1412Ş nömrəli əmri iddiaçıya töhmət, xx.xx.2024-cü il tarixli, 3-33/4265 nömrəli əmri ilə isə şiddətli töhmət intizam tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində cavabdehə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixindən gömrük orqanlarında xidmətinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli, 3- 33/005Ş nömrəli “Xidmətə xitam verilməsi haqqında” əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən iddiaçının gömrük orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli, 3-33/005Ş nömrəli “Xidmətə xitam verilməsi haqqında” əmrini mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iddiaçı ərizə yazaraq öz arzusuna əsasən xidmətkeçməsinə xitam verilməsini xahiş etmiş, xahişi nəzərə alınaraq cavabdehin əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən xidmətkeçməsinə xitam verilmiş, həmin əmrdən sonra isə barəsində aparılmış xidməti araşdırmaya da xitam verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 69-cu maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1) irad; 2) töhmət; 3) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 4) aşağı vəzifəyə keçirilmə; 5) xüsusi rütbənin bir pillə aşağı salınması; 6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); 7) gömrük orqanlarından xaric etmə; 8) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. 69-1-ci maddəsinə əsasən Bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. 120-ci maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 2) bu Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə; 3) pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə; 4) təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə; 5) vəzifəli şəxsin gömrük orqanlarında xidmətə yararsız olması barədə müvafiq tibb komissiyasının rəyinə əsasən xəstəliyə görə; 6) müvafiq tibb komissiyasının qərarı əsasında səhhətinin vəziyyətinə görə gömrük orqanlarında xidmət etmək üçün məhdud yararlı olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında səhhətinin vəziyyətinə dair tələblərə uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina edərsə; 7) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında onun ixtisasına uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda; 8) gömrük orqanlarından xaric edildikdə; 9) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda; 10) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə. 11) digər hüquq mühafizə orqanlarına işə keçdikdə, qanunvericilik və ya yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə; 12) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə; 13) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı olduğu halda. Bu maddənin birinci hissəsinin 2-ci, 4-13-cü bəndlərində göstərilən əsalara görə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun 9.3.3.cü maddəsinə əsasən bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, əvəzçilik üzrə işləmək (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), habelə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin və maliyyə-kredit müəssisələrinin icra orqanlarının tərkibinə daxil olmaq vəzifəli şəxsin aşağıdakı hərəkətləri korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır Hazırkı işin hallarından görünür ki, iddiaçı barəsində xidməti araşdırma aparılmış, həmin araşdırma ilə bağlı iki dəfə intizam tənbehi verilmişdir. Həmçinin, iddiaçı barəsində araşdırma aparıldığı dövrdə öz ərizəsi əsasında işdən azad edilməsi real görünür. Belə ki, əks təqdirdə aparılmış araşdırmanın nəticəsi olaraq iddiaçı barəsində növbəti tənbeh tədbirinin tətbiq edilmə ehtimalı işin hallarından müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7044/2025 saylı, 21 avqust 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-4538/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4538/2025
13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver