Məhkəmə qərarları › İş №2-1(103)-454/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-454/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-454/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlundan və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiаçı İddiaçı Tofiq oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18.08.2021-ci il tarixli, 2-1(112)-2674/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Tofiq oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 15 iyul 2020-ci il tarixdə 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi, əmək pensiyası təyin edilərkən hazırki dövrə qədər ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının 15 iyul 2020-ci il tarixdə 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 18.08.2021-ci il tarixli, 2-1(112)-2674/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 18.08.2021-ci il tarixli, 2-1(112)-2674/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 11 ay 5 gün) təşkil edir. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbi baxımından mümkün deyil. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 18.08.2021-ci il tarixli, 2-1(112)-2674/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 18.08.2021-ci il tarixli, 2-1(112)-2674/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edilir ki, İddiaçı Tofiq oğlu xx.xx.1963-cü il tarixdə Astara rayonunun Ərçivan kəndində doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 26 oktyabr 2020-ci il tarixli **********2 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Mərkəzi Filial tərəfindən 8 sentyabr 2020-ci il tarixli **********5 nömrəli məktubla cavablandırılmış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı 3 saylı “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş eyni məzmunlu ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bir daha bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən sənədlərdən göründüyü kimi sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az ( 24 il 11 ay 5 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanuvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. - İddiaçıya məxsus 21 iyul 1981-ci il tarixli 754726 saylı diplomdan görünür ki, O, 01.09.1980 - 20.07.1981-ci illərdə Bakı şəhəri 23 nömrəli Texniki məktəbində qaz qaynaqçısı peşəsi üzrə təhsil almışdır. - İddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletdən görünür ki, O, 31.10.1981-ci il tarixdən 25.11.1983-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Astara rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivinin 189 saylı 28.09.2020-ci il tarixli və 53/1 saylı 14.06.2021-ci il tarixli arxiv arayışlarından görünür ki, xx.xx.1963-cü ildə anadan olmuş İddiaçı Astara rayonu sabiq Ərçivan “Kommunist” sovxozun əmr kitablarına əsasən 1978-ci ilin may ayından əmək haqqı almış, 1980-cı ilin avqust ayının 28-də 690 saylı əmrlə oxumağa getdiyi üçün işdən azad edilmişdir. İddiaçı sabiq Ərçivan “Kommunist” sovxuzunda 1978-1980-cı illərdə aşağıdakı kimi əmək haqqı almışdır: 1978-ci il 1979-cu il 1980-ci il Aylar (rubl) (rubl) (rubl) Yanvar --------------------- 31 30 Fevral --------------------- 52 35 Mart --------------------- 47 50 Aprel --------------------- 77 69 May 74 107 186 İyun 113 47 102 İyul 58 42 112 Avqust 96 110 122 Sentyabr 59 50 --------------------- Oktyabr 123 95 --------------------- Noyabr 157 61 --------------------- Dekabr 73 --------------------- --------------------- - "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun 75 saylı 27.07.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 02.09.1981-ci ildən 08.10.1981-ci ilə kimi, 02.01.1984-cü ildən 02.12.1985-ci ilə kimi, “Xəzərneftqazdonanma” İdarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda, 04.04.1986-cı ildən 01.03.2004-cü ilə kimi, 01.06.2005-ci ildən 31.01.2014-cü ilə kimi X7 Donanması Gəmi təmiri zavodunda, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Donanmasının yenidən təşkili yolu ilə yaradılmış "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi Təmiri Zavodunda 01.02.2014-cü il tarixindən hal-hazıradək işləyir: 02.09.1981-ci il tarixdə - Gövdə-qaynaq sexinə birinci dərəcəli fəhlə qəbul edilmiş, 08.10.1981-ci il tarixdə Azərbaycan Respublikası ƏQM-nin 36-ci maddəsinin 3-cü bəndinə əsasən (hərbi qulluga çağırıldığı ilə əlaqədar olaraq) işdən azad edilmiş, 02.01.1984-cü il - Gövdə-qaynaq sexinə birinci dərəcəli fəhlə qəbul edilmiş, 16.02.1984cü il tarixdə Gövdəqaynaq sexində 1-ci dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz keçirilmiş, 16.01.1985-ci il tarixdə gövdə-qaynaq sexində 2-ci dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz keçirilmiş, 02.12.1985-ci il tarixdə Azərbaycan SSR ƏM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, 04.04.1986-cı il tarixdə gövdəqaynaq sexində 2ci dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz qəbul edilmiş,18.09.1986-cı tarixdə gövdə-qaynaq sexində 3-cü dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz keçirilmiş, 08.07.1991-ci il tarixdə Aleksey Sipyaqin üzən tərsanəsinə qazanxana maşinisti keçirilmişdir. 02.09.1993-cü il tarixdə Y.İbrahimov adına üzən tərsanəyə birinci dərəcəli motorçu keçirilmiş, 04.10.1993-cü il tarixdə Y.İbrahimov adına üzən tərsanədə bosman keçirilmiş, 16.01.1995-ci ildə Y.İbrahimov adına üzən tərsanədə krançı keçirilmiş, 15.09.1995-ci il tarixdə Y.İbrahimov adına üzən tərsanəyə ikinci dərəcəli motorçu keçirilmiş, 21.09.1999-cu il tarixdə 901 saylı üzən tərsanəyə birinci dərəcəli motorçu keçirilmiş, 27.01.2000-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu keçirilmiş, 01.03.2004-cü ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə) işdən azad edilmiş, 01.06.2005-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu qəbul edilmiş, 07.06.2005-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük kran maşinisti keçirilmiş, 25.10.2006-cı il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu keçirilmiş, 11.12.2006-cı il tarixdə 901 saylı üzən tərsanəyə böyük krançı keçirilmiş, 09.04.2007-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu keçirilmiş, 24.06.2009-cu il tarixdə 901 saylı üzən tərsanəyə növbə mexaniki keçirilmiş, 01.02.2014-cü il “Bibiheybət” Gəmi təmiri zavodunun 901 saylı üzən tərsanəyə mexaniki növbə mexaniki keçirilmişdir. - "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun 13 saylı 25.01.2021-ci il tarixli və 29 saylı 15.02.2021-ci il tarixli arayışlarından görünür ki, İddiaçı 02.09.1981-ci ildən 08.10.1981-ci ilə kimi, 02.01.1984-cü ildən 02.12.1985-ci ilə kimi “Xəzərneftqazdonanma” İdarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda, 04.04.1986-cı ildən 01.03.2004-cü ilə kimi, 01.06.2005-ci ildən 31.01.2014-cü ilə kimi X7 Donanması Gəmi təmiri zavodunda, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Donanmasının yenidən təşkili yolu ilə yaradılmış "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi Təmiri Zavodunda 01.02.2014-cü il tarixindən hal-hazıradək işləyir: 02.09.1981-ci il tarixdə Gövdə-qaynaq sexinə birinci dərəcəli fəhlə qəbul edilmiş, 08.10.1981-ci il tarixdə Azərbaycan Respublikası ƏQM-nin 36-ci maddəsinin 3-cü bəndinə əsasən (hərbi qulluğa çağırılması ilə əlaqədar olaraq) işdən azad edilmiş, 02.01.1984-cü il - Gövdə-qaynaq sexinə birinci dərəcəli fəhlə qəbul edilmiş, 16.02.1984-cü il tarixdə Gövdə-qaynaq sexində 1-ci dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz keçirilmiş, 16.01.1985-ci il tarixdə gövdə-qaynaq sexində 2-ci dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz keçirilmiş, 02.12.1985-ci il tarixdə Azərbaycan SSR ƏM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, 04.04.1986-cı il tarixdə gövdə-qaynaq sexində 2ci dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz qəbul edilmiş,18.09.1986-cı tarixdə gövdə-qaynaq sexində 3-cü dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz keçirilmiş, 08.07.1991-ci il tarixdə Aleksey Sipyaqin üzən tərsanəsinə qazanxana maşinisti keçirilmişdir. 02.09.1993-cü il tarixdə Y.İbrahimov adına üzən tərsanəyə birinci dərəcəli motorçu keçirilmiş, 04.10.1993-cü il tarixdə Y.İbrahimov adına üzən tərsanədə bosman keçirilmiş, 16.01.1995-ci ildə Y.İbrahimov adına üzən tərsanəyə krançı keçirilmiş, 15.09.1995-ci il tarixdə Y.İbrahimov adına üzən tərsanəyə ikinci dərəcəli motorçu keçirilmiş, 21.09.1999-cu il tarixdə 901 saylı üzən tərsanəyə birinci dərəcəli motorçu keçirilmiş, 27.01.2000-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu keçirilmiş, 01.03.2004-cü il Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə) işdən azad edilmiş, 01.06.2005-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu qəbul edilmiş, 07.06.2005-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük kran maşinisti keçirilmiş, 25.10.2006-cı il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu keçirilmiş, 11.12.2006-cı il tarixdə 901 saylı üzən tərsanəyə böyük krançı keçirilmiş, 09.04.2007-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu keçirilmiş, 24.06.2009-cu il tarixdə 901 saylı üzən tərsanəyə növbə mexaniki keçirilmiş, 01.02.2014-cü ildə “Bibiheybət” Gəmi təmiri zavodunun 901 saylı üzən tərsanəyə mexaniki növbə mexaniki keçirilmişdir. 04.04.1986-cı il tarixdən 07.07.1991-ci ilə qədər rəngsaz işlədiyi iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci 23 yanvar 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahası”nın 21.2-ci maddəsinin c) yarımbəndinə (doklarda gəmilərin rənglənməsi və sıyrılması ilə məşğul olan rəngsazlar) əsaslanaraq güzəştli hesab olunur. - İddiaçıya məxsus ИТ-İ № ******* saylı 11.01.1984-cü il tarixli əmək kitabçasının notarial qaydada təsdiqlənərək tərcümə edilmiş surətindən görünür ki, iddiaçı 02.09.1981ci il tarixdə gövdə-qaynaq sexinə birinci dərəcəli fəhlə qəbul edilmiş, 08.10.1981-ci il tarixdə Azərbaycan Respublikası ƏQM-nin 36-ci maddəsinin 3-cü bəndinə əsasən (hərbi qulluga çağırıldığı ilə əlqədar olaraq) işdən azad edilmiş, 02.01.1984-cü ildə gövdəqaynaq sexinə birinci dərəcəli fəhlə qəbul edilmiş, 16.02.1984cü il tarixdə gövdə-qaynaq sexində 1-ci dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz keçirilmiş, 16.01.1985-ci il tarixdə gövdə-qaynaq sexində 2-ci dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz keçirilmiş, 02.12.1985-ci il tarixdə Azərbaycan SSR ƏM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, 17.12.1985-ci il tarixdən 25.03.1986-cı il tarixə qədər X3 avtonəqliyyat sexinə 3-cü dərəcəli çilingər, 04.04.1986-cı il tarixdə gövdə-qaynaq sexində 2-ci dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz qəbul edilmiş, 18.09.1986-cı tarixdə gövdə-qaynaq sexində 3-cü dərəcəli gəmi təmizləyən və rəngləyən rəngsaz keçirilmiş, 08.07.1991-ci il tarixdə Aleksey Sipyaqin üzən tərsanəsinə qazanxana maşinisti keçirilmiş, 02.09.1993-cü il tarixdə Y.İbrahimov adına üzən tərsanəyə birinci dərəcəli motorçu keçirilmiş, 04.10.1993-cü il tarixdə Y.İbrahimov adına üzən tərsanəyə bosman keçirilmiş, 16.01.1995-ci il tarixdə Y.İbrahimov adına üzən tərsanəyə krançı keçirilmiş, 15.09.1995-ci il tarixdə Y.İbrahimov adına üzən tərsanəyə ikinci dərəcəli motorçu keçirilmiş, 21.09.1999cu il tarixdə 901 saylı üzən tərsanəyə birinci dərəcəli motorçu keçirilmiş, 27.01.2000-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu keçirilmiş, 01.03.2004cü il Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə) işdən azad edilmiş, 01.03.2004-cü il tarixdən 31.05.2005-ci il tarixdə qədər “X4” LTD şirkətində böyük motorçu vəzifəsində işləmiş, 01.06.2005-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu qəbul edilmiş, 07.06.2005-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük kran maşinisti keçirilmiş, 25.10.2006-cı il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu keçirilmiş, 11.12.2006-cı il tarixdə 901 saylı üzən tərsanəyə böyük krançı keçirilmiş, 09.04.2007-ci il tarixdə 901 saylı üzən tərsanəyə böyük motorçu keçirilmiş, 24.06.2009cu il tarixdə 901 saylı üzən tərsanəyə növbə mexaniki keçirilmiş, 01.02.2014-cü il “Bibiheybət” Gəmi təmiri zavodunun 901 saylı üzən tərsanəyə növbə mexaniki keçirilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8, 21.1, 23.2, 31.1, 32.1-ci maddələrini, 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13, 69cu maddələrini, 67-ci maddəsinin “v” və “ğ” bəndlərini, həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nı, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.2, 23.1, 24.1, 32.3-cü maddələrini, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndini, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsini, «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1, 3-cü bəndlərini, SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı Tofiq oğluna 57 yaşının tamam olduğu 15.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə - güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. Qeyd olunan qanunvericilik normalarına əsasən, baxılan iş üzrə iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 01.01.2006-ci ilə qədər azı 25 il ümumi iş stajının olmalı, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olmalıdır. İş materiallarında olan sənədlərə (hərbi bilet, diplom, əmək kitabçası, güzəştli arayış) əsasən iddiaçının ümumilikdə 25 il 02 gün ümumi iş stajı vardır.( 01.09.1980 - 20.07.1981ci illərdə təhsil müddəti ( 10 ay 20 gün ) 31.10.1981 - 25.11.1983-cü illərdə həqiqi hərbi xidmət müddəti ( 2 il 25 gün ) 02.09.1981-08.10.1981, 02.01.1984-02.12.1985, 04.04.1986-01.03.2004, 01.06.2005-01.01.2006-cı illərdə “Xəzərdənizneftdonanma” İdarəsinin Gəmi təmiri zavodu (20 il 6 ay 7 gün) 17.12.1985-25.03.1986-cı illərdə X5 (3 ay 9 gün) 01.03.2004-31.05.2005-ci illərdə “X4” LTD şirkətində ( 1 il 3 ay 1 gün) Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının Ərçivan "Kommunist" sovxuzunda 1978-1980-cı illərdə (27 ay, yəni 2 il 3 ay) işlədiyi dövr də onun ümumi iş stajına daxil olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Hərbi qulluqçuların pensiya təminatı haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 2014-cü il tarixli qərarında hesab etmişdir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. İddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, ümumi iş stajının sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını işlədiyi dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etmişdir. Bu hüquq onun qazanılmış hüququ olduğundan, cavabdehin istinad etdiyi maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz. 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən alınmış Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Astara rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivinin 189 saylı 28.09.2020-ci il tarixli və 53/1 saylı 14.06.2021-ci il tarixli arxiv arayışlarından görünür ki, İddiaçı Astara rayonu sabiq Orçivan "Kommunist" sovxozun əmr kitablarına əsasən 1978-ci ilin may ayından əmək haqqı almış, 1980-cı ilin avqust ayının 28-də 690 saylı əmrlə oxumağa getdiyi üçün işdən azad edilmişdir. Ərçivan "Kommunist" sovxozunda 1978-1980-cı illərdə 27 ay, yəni 2 il 3 ay işləyərək əmək haqqı almışdır. Buna görə də, onun kolxozda işlədiyi iş stajı da iddiaçının ümumi iş stajına hesablanmalıdır. Həmçinin, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23000000 XXVİİİ. Nəqliyyat bölməsində 23003000 saylı Dəniz və çay donanması yarımbölməsində 23003020—13502 və 23003020—14706 saylı şifrlərlə bütün adlarda maşinistlər və motorçular, 23003030—13450 doklarda (tərsanələrdə) gəmilərin rənglənilməsi və sıyrılması ilə məşğul olan rəngsazlar peşələri təsbit olunmuşdur. İddiaçı 16.02.1984-02.12.1985-ci, 04.04.1986-08.07.1991-ci illərdə gövdə-qaynaq sexində rəngsaz peşəsində ( 7 il 22 gün ), 08.07.1991 - 02.09.1993cü illərdə üzən tərsanədə qazanxana maşinisti ( 2 il 1 ay 25 gün ), 02.09.1993 04.10.1993-cü, 15.09.1995 - 01.06.2005-ci illərdə motorçu ( 9 il 8 ay 17 gün ) peşələrində ümumilikdə 19 il 07 gün işləməklə tələb olunan 12 il 6 aydan artıq güzəştli stajı toplamışdır. Beləliklə, iş materiallarına eyni zamanda, məhkəmə araşdırmasına əsasən iddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısına əsasən güzəştli iş stajı 12 il 06 aydan, ümumi iş stajı isə 25 ildən çox olduğu üçün onun 57 yaşı tamam olduğu 15.07.2020-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18.08.2021-ci il tarixli, 2-1(112)-2674/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar