Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-454/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin bərpa edilməsi» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2853/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (Agentliyinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müddətsiz təyin edilmiş İİİ dərəcəli əlilliyin ləğv edilməsi barədə cavabdehin qərarının ləğv edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Saatlı rayonunda doğulmuşdur. O, orta məktəbi bitirdikdən sonra X3 "tikiş texnoloqu” fakültəsinə daxil olmuş, həmin təhsil müəssisəsində təhsilini başa vurduqdan sonra 1985-ci ildən hazırki vaxtadək Göyçay rayonu Çayarxı kənd ümumi orta məktəbində işləyir. 2012-ci ilin yanvar ayında ev şəraitində ani olaraq onun gözlərində zəifləmə müşahidə olunmuş və görmə qabiliyyəti məhdudlaşmışdır. Bundan dərhal sonra, ilkin olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına, sonra isə göndəriş əsasında X5 adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmişdir. Onu müayinə edən həkimlər təcili əməliyyat olunmasını məsləhət görmüşlər. Bundan sonra o, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında əməliyyat olunmuşdur. Əməliyyatdan sonra 12 aprel 2014-cü il tarixdə 3698 nömrəli epikriz tərtib edilmiş, epikriz əsasında X5 adına Milli Oftalmologiya Mərkəzi tərəfindən ona “OD Cərrahi Əməliyyat olunmuş qlaukoma OS qarışıq astiqmatizmi” diaqnozu qoyulmuş və bu barədə 16 iyul 2014-cü il tarixli tibbi rəy verilmişdir. Həmin rəy əsasında iddiaçı tərəfindən TSEK-ə (inzibati orqana) müraciət edilmiş və müvafiq qərarla ona İİİ qrup əlillik təyin edilmiş və pensiyanın verilməsi üçün zəruri sənədlər Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinə göndərilmişdir. Növbəti il, yəni 24 iyul 2015-ci il tarixdən cavabdeh inzibati orqan tərəfindən müayinədən keçirilərək, müddətsiz İİİ qrup əlillik təyin edilmişdir. 2021-ci ilin fevral ayında cavabdeh inzibati orqan onun yaşadığı ünvana məktub ünvanlayaraq, ona müddətsiz təyin edilmiş İİİ qrup əlilliyin ləğv edildiyini, təkrar həkim müayinəsindən keçirilməyinin zəruriliyi bildirilmişdir. Həmin məktub əsasında iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilmiş, onların göndərişi əsasında X5 adına Milli Oftalmologiya Mərkəzində yenidən həkim müayinəsindən keçirilmişdir. Müayinənin nəticəsinə dair Mərkəz tərəfindən 6 sentyabr 2021-ci il tarixdə tibbi rəy verilmiş və ona “H40.1-birincili açıqbucaqlı qlaukoma, H54.4- monokulyar korluq, H26.2-ağırlaşma katarakta” diaqnozu qoyulmuşdur. Verilmiş tibbi rəyi iddiaçı cavabdeh inzibati orqana təqdim etsə də, ona təyin edilmiş müddətsiz İİİ qrup əlillik bərpa edilməmişdir. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət (cavabdeh) müəyyən edir. Göründüyü kimi, şəxsin, hazırkı halda reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını ya TSEK müəyyən etməli, ya da Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən cavabdeh müəyyən etməlidir. Lakin cavabdeh inzibati orqan ona (iddiaçıya) əsassız və qanunsuz olaraq müddətsiz təyin edilmiş İİİ qrup əlilliyi ləğv etmiş və bu barədə heç bir məlumat verməmiş, mübahisələndirilən qərarı təqdim etməmiş, nəticəsini izah etməmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya 24 iyul 2014-cü il tarixdən üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi (bərpa olunması) öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2-1(112)-2853/2022 nömrəli qərarı ilə (hakim: R.Kərimli) iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik => GÖZDƏN ƏLİL; X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H40-H42 - Qlaukoma => H40 - Qlaukoma => H40.1 - Birincili açıqbucaqlı qlaukoma; Diaqnozun mətni: OD-c.ə. olunmuş qlaukoma.OS qarışıq atiqmatizm; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: OD qlaukoma” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bildirilir ki, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi məqsədi ilə edilmiş müraciətlər, keçirilmiş müayinələr, qəbul edilmiş qərarlar barədə məlumatlar elektron formada real vaxt rejimində “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli Fərmanına əsasən yaradılmış Tibbi-Sosial Ekspertiza və X2 (TSERAS) ötürülür. Vətəndaş İddiaçı da sonuncu əlillik təyinatı xx.xx.2014-cü ildə aparılmış və TSERAS-da olan sonuncu məlumata görə vətəndaşın əlillik müddəti xx.xx.2015-ci ildə bitmişdir. Həmçinin, qeyd olunan əlillik təyinatı aparılarkən tərtib olunmuş protokola əsasən də vətəndaşa bir il müddətinə əlillik təyinatı aparılmışdır. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən yalnız vətəndaşın təqdim etdiyi müayinə aktına əsaslanmışdır. Göründüyü kimi İddiaçı əlillik müddəti ilə bağlı TSERAS-da olan məlumatların düzgünlüyünün şübhə altına alınmasına heç bir əsas olmamasına, Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2-1(112)-2853/2022 saylı qərarı ləğv edilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı xx.xx.2022-ci il tarixdə X4-Sosial Ekspert Komissiyasında əyani müayinə olunmuş, müayinə zamanı əlilliyin təyininə əsas verən pataloji pozuntu və ağırlaşmalar aşkar edilmişdir. Qeyd olunanları nəzərə alıb apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının növbəti iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı əlillik vəziyyətinə Göyçay Rayon Mərkəzi Xəstəxanasının 24 iyul 2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik => GÖZDƏN ƏLİL; X1 : Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H40-H42 - Qlaukoma => H40 - Qlaukoma => H40.1 - Birincili açıqbucaqlı qlaukoma; Diaqnozun mətni: OD-c.ə. olunmuş qlaukoma.OS qarışıq atiqmatizm; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: OD qlaukoma” səbəbi ilə ona bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-031 076824 nömrəli “İlk dəfə əlillik müəyyən olunmuş şəxs üçün arayış”da 1961-ci il təvəllüdlü İddiaçı üçüncü dərəcə əlilliyin verildiyi vaxtdan sonra müddətsiz təyin edilməsi barədə düzəliş edilmiş və bu hal möhürlə təsdiqlənmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3195/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı əlillik dərəcəsinin bərpa edilməsi barədə ərizəsinə (müraciətinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün 1 (bir) aylıq müddət təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan 12 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə X4-Sosial Ekspert Komissiyasında əyani müayinə olunmuş, müayinə zamanı əlilliyin təyininə əsas verən pataloji pozuntu və ağırlaşmalar aşkar edilmişdir. Bundan irəli gələrək İddiaçı xx.xx.2014-cü ildən “ümumi xəstəlik – gözdən əlil” səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin təsdiqini tapdığı bildirilmiş və nəzərə alınması xahiş edilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının üçüncü dərəcə əlilliyinin təsdiqini tapdığı müəyyən edilmiş, buna görə də artıq tərəflər arasında mübahisənin mövcud olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin bərpa edilməsi» ilə bağlı tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87-ci 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-454/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-454/2023
28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver