Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-454/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial qarşı “xx.xx.1974-cü il tarixindən xx.xx.1975- ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək Kəlbəcər rayon musiqi məktəbində və xx.xx.1978-ci tarixindən xx.xx.1993-cü il tarixinədək Kəlbəcər rayon incəsənət məktəbində həmçinin xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək Kəlbəcər rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 7 illik uşaq incəsənət məktəbində işləməyini sığorta stajına daxil edilməklə pensiyanı yenidən hesablanması cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5091/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, Kəlbəcər rayon musiqi məktəbində və xx.xx.1978-ci tarixindən xx.xx.1993-cü il tarixinədək Kəlbəcər rayon incəsənət məktəbində, həmçinin xx.xx.1993- cü il tarixindən xx.xx.2003-cü il tarixinədək Kəlbəcər rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 7 illik uşaq incəsənət məktəbində işləməyini sığorta stajına daxil edilməklə pensiyanı yenidən hesablanması cavabdehin üzərinə qoyulması barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdən ona 393,90 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir.Cavabdeh xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək Kəlbəcər rayon musiqi məktəbində və xx.xx.1978-ci tarixindən xx.xx.1993-cü il tarixinədək Kəlbəcər rayon incəsənət məktəbində həmçinin xx.xx.1993- cü il tarixindən xx.xx.2003-cü il tarixinədək Kəlbəcər rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 7 illik uşaq incəsənət məktəbində işlədiyi dövrü iddiaçının sığorta stajına daxil etməmişdir. Bununda səbəbi arxiv sənədləri işğal zonasında qaldığından, həmin dövrlərdə əmək haqqı alıbalmamağı müəyyən etmək mümkün olmadığı göstərilmişdir. İddiaçı hesab edir ki, onun sosial təminat hüququ cavabdeh tərəfindən pozulmuşdur. İddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5091/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı, xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək Kəlbəcər rayon musiqi məktəbində və xx.xx.1978-ci tarixindən xx.xx.1993-cü il tarixinədək Kəlbəcər rayon incəsənət məktəbində, həmçinin xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək Kəlbəcər rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 7 illik uşaq incəsənət məktəbində işlədiyi dövrləri sosial sığorta stajına daxil edilməklə, əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin təyinati üzrə mərkəzi filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Milli arxiv idarəsinin Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçının işlədiyini iddia etdiyi xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Kəlbəcər rayon musiqi məktəbinin və xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayon incəsənət məktəbinin arxiv sənədləri işğal zonasında qaldığından həmin illərdə əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmadığı üçün sığorta stajına daxil edilməmişdir. İddiaçının əmək haqqı alması sübuta yetirilmədiyindən, həmin illər iş stajına daxil edilərək iddiaçıya DSMF tərəfindən əmək pensiyasının yenidən hesablanmasının heç bir hüquqi əsası yoxdur. Eyni zamanda, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi Kəlbəcər rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 7 illik uşaq incəsənət məktəbinin əmək haqqı cədvəllərində soyadı “Şirinov” kimi qeyd olunduğundan həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən 393,90 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək kitabçasına əsasən iddiaçının xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək Kəlbəcər rayon musiqi məktəbində və xx.xx.1978-ci tarixindən xx.xx.1993-cü il tarixinədək Kəlbəcər rayon incəsənət məktəbində, həmçinin xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək Kəlbəcər rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 7 illik uşaq incəsənət məktəbində işləməsi qeyd olunsada cavabdeh tərəfindən həmin dövlər nəzərə alınmamışdır. Daha sonra iddiaçı hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. İş apellyasiya instansiya məhkəməsində olarkən Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-454/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;...... Yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olur ki, iş stajının təsdiqi üçün əsas götürülən sənəd ilk növbədə əmək kitabçasıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “....cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında olan məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir.” Cavabdeh apellyasiya şikayətində imtina əsaslarını təkrarlayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Milli arxiv idarəsinin Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2022ci il tarixli məktubuna əsasən iddiaçının işlədiyini iddia etdiyi xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Kəlbəcər rayon musiqi məktəbinin və xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayon incəsənət məktəbinin arxiv sənədləri işğal zonasında qaldığından həmin illərdə əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmadığı üçün sığorta stajına daxil edilməmişdir. Göründüyü kimi, elə cavabdehin istinad etdiyi arxiv arayışında qeyd edilmişdir ki, müvafiq sənədlər Kəlbəcər rayon incəsənət məktəbinin arxiv sənədlərinin işğal zonasında qalması səbəbindən təqdim edilə bilinməmişdir. Kollegiya bildirir ki, arxiv sənədlərinin saxlanılması iddiaçının vəzifəsi deyil, eyni zamanda həmin sənədlərin əldə edilməsinin mümkünsüzlüyü iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Cavabdeh həmçinin bildirmişdir ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi Kəlbəcər rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 7 illik uşaq incəsənət məktəbinin əmək haqqı cədvəllərində soyadı Şirinov kimi qeyd olunduğundan həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin qeyd edilən dəlilinə münasibətdə Kollegiya bildirir ki, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər rayon nümayəndəliynin arayışına əsasən bildirilmişdir ki, İddiaçı soyadı əvəllər Şirinov olmuş, sonradan dəyişdirmişdir. Eyni zamanda X2 Mədəniyyət İdarəsi Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmək üçün verilmiş arayışdan görünür ki, İddiaçı tarifləşləşmə cədvəlində xx.xx.2003-cü il tarixədək (Əmr % 21) X1, xx.xx.2004-cü il tarixdən (Əmr % 29) İddiaçı kimi göstərilmişdir. X2 Mədəniyyət İdarəsi Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş digər arayışda qeyd edilmişdir ki, İddiaçı 1974-cü ildən xx.xx.2022-ci il tarixədək Kəlbəcər rayon Uşaq İncəsənət məktəbində tar ixtisası üzrə müəllim işləmişdir. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Kollegiya qeyd edir ki, cavabdehin mübahisələndirdiyi dövrlər əmək kitabçası və iş materiallarında olan digər mötəbər sübutlar ilə təsdiq olunduğundan, həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməlidir. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5091/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.