Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-454/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi və s.”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İiddiaçının və onun vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2993/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, Belçikanın Antverpen şəhərindən İddiaçı adına “MAZDA3” markalı, buraxılış ili 2008-ci il, şassi nömrəsi JMZBK**********05 olan avtmobil göndərilmiş, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" 94 saylı, 29 mart 2023-cü il tarixli Qərarına istinad edərək avtomobilin istismar müddətinin 10 ildən çox olmasına əsasən avtomobilin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsindən imtina edilmişdir.
2. İddiaçı avtomobilin xx.xx.2023-cü il tarixdə göndərilməsi və gəminin qəzaya uğramasını əsas gətirərək adıçəkilən qərarın ona şamil edilməməli olduğunu qeyd edir.
3. İddiaçı “MAZDA-3” markalı, buraxılış ili 2008-ci il, şassi nömrəsi JMZBK**********05 olan avtmobilin Azərbaycan Respublikasının ərazisinə buraxılması barədə müraciətindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 94 saylı qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin xx.xx.2023-cü il tarixindən etibarən məhdudlaşdırılması əsası ilə imtina olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Belçikanın Antverpen şəhərindən İddiaçı adına göndərilmiş “MAZDA-3” markalı, buraxılış ili 2008-ci il, şassi nömrəsi JMZBK**********05 olan avtomobilin Azərbaycan Respublikasının ərazisinə buraxılması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı xx.xx.2023-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Belçikanın Antverpen şəhərindən İddiaçı adına göndərilmiş “MAZDA-3” markalı, buraxılış ili 2008-ci il, şassi nömrəsi JMZBK**********05 olan avtomobilin Azərbaycan Respublikasının ərazisinə buraxılması və həmin avtomobilin dayanacaqda saxlanılması üçün hesablanmış və hesablanan cərimənin silinməsi (ləğv olunması) vəzifəsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.
7. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə ərizələrlə məhkəməyə müraciət edərək, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini əsl cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi ilə əvəz edərək, xx.xx.2023-cü il tarixdə Belçikanın Antverpen şəhərindən İddiaçı adına göndərilmiş “MAZDA-3” markalı, buraxılış ili 2008-ci il, şassi nömrəsi JMZBK**********05 olan avtomobilə dair gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi və həmin avtomobilin dayanacaqda saxlanılması üçün hesablanmış və hesablanan cərimənin silinməsi (ləğv olunması) vəzifəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmiş və əsl olmayan cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əsl cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi ilə əvəz edilmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının adına xx.xx.2023-cü ildə Belçikanın Antverpen şəhərindən MS "NORDİÇ ANA" yük gəmisi vasitəsilə "MAZDA- 3" markalı, buraxılış ili 2008-ci il, şassi nömərəsi JMZBK**********05 olan avtmobil göndərilmişdir. Gəminin qəzaya uğraması səbəbindən yükün gətirilməsi bir neçə ay ləngimişdir. Nəhayət avtomobil iyul ayının 14-də Batumi limanına çatdırılmışdır. Lakin həmin avtomobilin Azərbaycana gətilməsinə icazə verilmir. Həmin vaxtdan avtombilin saxlanılması üçün cərimə hesablanır. İddiaçı həmin avtomobilin ölkə ərazisinə buraxılması üçün ərizə ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət etmişdir. Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-33/2-H- 001013/1-10/2023 saylı cavab məkubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" 94 saylı, 29 mart 2023cü il tarixli Qərarına istinad edərək xahişindən imtina edilməsi göstərilir. Bu tamamilə əsassızdır. Belə ki, həmin avtomobil onun adına bu qərar qəbul edilməmişdən əvvəl yola salınmışdır. Qəza nəticəsində avtomobilin Azərbaycana çatdırılması ləngimişdir. "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 94 saylı, 29 mart 2023-cü il tarixli Qərar qəbul edilmişdir.
10. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2993/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 94 saylı, 29 mart 2023-cü il tarixli Qərarında göründüyü kimi, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılmış, həmin qərar xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir.
13. İddiaçı tərəfindən idxal edilən mübahisə predmeti minik avtomobil isə həmin qərar qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasına gətirilmişdir. İddia sözügedən minik avtomobilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin istinad edilən qərarının qəbul edilməsindən əvvəl alıdığını bildirsə də, buna dair hər hansı rəsmi sənəd (invoys və s.) məhkəməyə təqdim edə bilməmişdir.
14. İddiaçının təqdim etdiyi və üzərində hər hansı imza və möhürü olmayan “FACTUUR” adlanan sənəd isə avtomobilin alışını təsdiq edən sənəd qismində qəbul edilə bilməz.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
15. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2993/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatlar
18. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdirlər.
19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
20. "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 94 saylı, 29 mart 2023-cü il tarixli Qərarı:
1. Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılsın.
2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
25. Mübahisənin mahiyyətinə və apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tətbiq qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 94 saylı, 29 mart 2023-cü il tarixli Qərarından göründüyü kimi, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılmış, həmin qərar xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir.
26. İddiaçı tərəfindən idxal edilən mübahisə predmeti minik avtomobil isə həmin qərar qüvvəyə mindikdən sonra Azərbaycan gətirilmişdir.
27. İddia sözügedən minik avtomobilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin istinad edilən qərarının qəbul edilməsindən əvvəl alıdığını bildirsə də, buna dair hər hansı rəsmi sənəd (invoys və s.) məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının təqdim etdiyi və üzərində hər hansı imza və möhürü olmayan “FACTUUR” adlanan sənəd isə avtomobilin alışını təsdiq edən sənəd qismində qəbul edilə bilməz.
28. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının digər “avtomobilin dayanacaqda saxlanılması üçün hesablanmış və hesablanan cərimənin silinməsi” ilə bağlı tələblərinin hüquqi müqəddəratı yuxarıda qeyd edilən tələbdən asılı olduğundan, “avtomobilə dair gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi” barədə tələbin təmin edilməməsi bu tələbin də təmin edilməməsini şərtləndirir.
29. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.
30. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, şikayət iddia ərizəsinin dəlilləri ilə oxşar olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.
31. Bundan əlavə apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iddiaçı bildirmişdir ki, “MAZDA-3” markalı, buraxılış ili 2008-ci il olan avtomobil artıq Azərbaycanın sərhədlərindən keçərək gömrük rejimi altında (“Meyvəli”də) yerləşdirildiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 94 saylı, 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndinə istinad edilməklə rəsmiləşdirilməsindən imtina qanuni deyildir.
32. Odur ki, məhkəmə Kollegiyası tərəfindən Azərbaycan Respublikası Cavabdehnə 2- 1(103)-454/2025 saylı, 25 fevral 2025-ci il tarixli sorğu göndərilərək sözügedən nəqliyyat vasitəsinin gömrük rejimi altında (“Meyvəli”də) yerləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 94 saylı, 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndinin tələbləri baxımından nəqliyyat vasitəsinin artıq Azərbaycan Respublikası ərazisinə gətirilməsi hesab olunurmu?Hesab olunursa nəqliyyat vasitəsinin gömrük rejimi altında (“Meyvəli”də) yerləşdirilməsinə əsas olan hallar barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur.
33. Azərbaycan Respublikası Cavabdeh sorğuya cavab olaraq xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir:” Qeyd olunan sorğuda göstərilən məsələyə münasibət olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 94 nömrəli, 29 mart 2023-cü il tarixli Qərarına əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılmışdır.
34. Bu Qərarın tətbiqi məqsədi ilə sözügedən nəqliyyat vasitələri, fiziki şəxslər tərəfindən idarə edilərək gətirilməklə deyil, yük avtomobilləri üzərində konteynerlərdə və ya “avtovoz” üzərində ölkəyə gətirildikdə, həmin nəqliyyat vasitələri gömrük ərazisinə daxil olduqdan sonra mal müşayiət sənədlərinə baxış keçirilərək istehsal ili müəyyən olunur.
35. Həmçinin iddiaçı qeyd etmişdir ki, “MAZDA-3” markalı, buraxılış ili 2008-ci il olan minik avtomobili gömrük sərhədindən keçdiyi üçün artıq gömrük rejimi altında yerləşdirilmiş hesab olunduğundan onun rəsmiləşdirilməsindən imtina qanuni deyildir.
36. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, gömrük qanunvericiliyində gömrük rejimi anlayışı deyil, gömrük proseduru anlayışı mövcuddur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.18-ci maddəsinə görə gömrük proseduru dedikdə, bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri başa düşülür.
37. Həmin Məcəllənin və Azərbaycan 1.0.19-cu maddəsində gömrük rəsmiləşdirilməsi dedikə, bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər nəzərdə tutulmuşdur.
38. Belə ki, gömrük qanunvericiliyinin və digər normativ hüquqi aktların müddəalarına nəzər yetirdikdə müəyyən olunur ki, mallar və ya nəqliyyat vasitəsinin gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı edilən hərəkət onun gömrük rəsmiləşdirilməsi deməkdir.
39. İddiaçı tərəfindən gömrük ərazisinə gətirilən “MAZDA3” markalı, buraxılış ili 2008-ci il olan minik avtomobili hər hansı bir gömrük proseduru altında yerləşdirilməmiş, faktiki olaraq məhkəmə icraatında inzibati iş üzrə icraat davam etdiyi üçün və könüllü olaraq həmin nəqliyyat vasitəsinin gömrük ərazisindən aparılması ilə bağlı müraciət etmədiyi üçün məhkəmənin işlə bağlı yekun qərarı olana qədər hazırda nəqliyyat vasitəsi gömrük orqanına yaxın ərazidə yerləşən “dayanacaq”da” saxlanılmaqdadır.
40. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı tərəfindən gömrük ərazisinə gətirilən “MAZDA-3” markalı, buraxılış ili 2008-ci il olan minik avtomobilinin gömrük sərhədini keçən zaman zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olduğunun bütün təsdiqedici sənədlərlə sübut olunduğunu nəzərə almağınızı, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını sizdən xahiş edirik.”
41. Beləliklə, müəyyən olunur ki, İddiaçı tərəfindən bildirilən məlumat məhkəmə zamanı təsdiqini tapmamışdır, yəni gömrük ərazisinə gətirilən “MAZDA3” markalı, buraxılış ili 2008-ci il olan minik avtomobili hər hansı bir gömrük proseduru altında yerləşdirilməmişdir.
42. Bundan başqa iddiaçının məhkəmə Kollegiyasının iclasında təqdim etdiyi və tərcümə olunmuş “Nordic Anna” konteyner gəmisində baş vermiş yanğın nəticəsində 13 konteynerin limana çatdırılmasının gecikməsi ilə bağlı məlumat xrakterli xx.xx.2023-cü il tarixli məktub lazımı qydada təsdiq olunmuş sənəd kimi qəbul olunmamaqla yanaşı həmin məktubda məhz iddiaçının mübahisəli “MAZDA-3” markalı, buraxılış ili 2008-ci il olan minik avtomobilindən və həmin avtomobilin gəmiyə nə zaman yüklənməsindən də bəhs olunmamışdır.
43. Bundan başqa iddiaçının məhkəmə Kollegiyasının iclasında təqdim etdiyi və tərcümə olunmuş, lakin üzərində hər hansı imza və möhürü olmayan “Orijinal FACTURA” adlanan sənəd isə avtomobilin alışını təsdiq edən sənəd qismində qəbul edilə bilməz.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
45. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
47. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2993/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2993/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.