Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4540/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X6 və Ceyhun Bəşir oğlu Məmmədovdan ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5472/2025 saylı, 13 avqust 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Elektron məhkəmə sistemindən əldə edilmiş AA seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
2. İş materiallarına əlavə edilmiş AZFEN MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZF-2024/97-K nömrəli Güzəştli Arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən Azfen BM-in (hazırda Azfen MMC) layihələrində işləmişdir. Onun güzəştli şərtlərlə iş stajı aşağıdakı kimi qəbul edilməlidir:
3. -xx.xx.2003-xx.xx.2004-Fəhlə peşəsində 1 il 5 ay 1 gün(bir il, beş ay, bir gün) çalışmışdır-29-cu maddə “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında fəhlələr bəndi.
4. -xx.xx.2011-xx.xx.2013-Qaz ustası peşəsində 2 il 9 ay 22 gün(iki il, doqquz ay, iyirmi iki gün) çalışmışdır- 29-cu maddə “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında, b) mütəxəssislər bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndi, Qeyd: ustalar ilə qaz ustası eyni işləri icra edir.
5. -xx.xx.2013-xx.xx.2022-Usta vəzifəsində 8 il 8 ay 28 gün (səkkiz il, səkkiz ay, iyirmi səkkiz gün) çalışmışdır-29-cu maddə “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında, b) mütəxəssislər bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndi, Qeyd: ustalar ilə qaz ustası eyni işləri icra edir.
6. -xx.xx.2022-xx.xx.2023- Qaz ustası peşəsində 1 il 1 gün (bir il, bir gün) çalışmışdır29cu maddə “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında, b) mütəxəssislər bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndi, Qeyd: ustalar ilə qaz ustası eyni işləri icra edir. Cəmi: 13 il 11 ay 23 gün (on üç il, on bir ay, iyirmi üç gün).
7. İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş yuxarıda göstərilən müvafiq bəndlərinə uyğun olduğu üçün o, yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.”
8. İş materiallarına əlavə edilmiş ******* nömrəli Hərbi biletdən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 1982-ci ilin noyabr ayından 1984-cü ilin 30 noyabr tarixinədək hərbi xidmətdə olmuşdur.
9. İş materiallarına əlavə edilmiş AZFEN MMC-nin xx.xx.2024-cü il tarixli AZF2024/291-L nömrəli məktubunda göstərilmişdir ki, Vətəndaş İddiaçı xx.xx.2003-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək fəhlə, xx.xx.2011-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək (hal hazırda işləyir) Azfen MMC-nin layihələrində fəhlə, usta və qaz ustası (Usta və qaz ustası vəzifəsi tikintidə usta vəzifəsi ilə eynidir) vəzifəsində işləməkdədir. İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu 'maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında a) fəhlələr bəndinə və b) mütəxəssislər bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndlərinə uyğun olduğu üçün o, yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. Məlumat üçün bildirmək istərdik ki, Azfen MMC Azərbaycan Respublikasında Neft Qaz sahəsində mühəndislik, tikinti, quraşdırılma xidmətləri göstərən yerli cəmiyyətdir.
10. İş materiallarına əlavə edilmiş İT-İ seriyalı ******* nömrəli İddiaçı məxsus Əmək Kitabçasından görünür ki, İddiaçı təhsili orta-texniki, peşəsi avto çilingər olmuşdur. İş haqqında məlumatlara əsasən:
11. -xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək QPQU-61-də təhsil, Xəz emalatxnasında bir ay iş təcrübəsi, 11.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək Sovet ordusunda xidmət, -SSRİ Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyi “Qlavmorstalkonstruksiya” Bakı stasionar dərin dəniz özülləri üçün dayaq hissələri istehsalı zavodu 370083, Salyan magistralında xx.xx.1984-cü il tarixdə 7 saylı sexə 3-cü dərəcəli avadanlıqların təmiri üzrə çilingər qəbul olunmuşdur. -xx.xx.1987-ci il tarixdə 4-cü dərəcəli təmirçi çilingər adına layiq görülmüşdür. -xx.xx.1988-ci il tarixdə 3-cü dərəcəli təmirçi çilingər adına layiq görülmüşdür. -xx.xx.1989-cu il tarrixdə 24 saylı sexin 4-cü dərəcəli təmir çilingər adına layiq görülmüşdür. SSRİ Neft və Qaz Sənayesi Nazirliyi “Şelfproekstroy” layihə-sənayetikinti birliyi,Qeyri-standard avadanlıqların ehtiyat hissələrinin istehsalı zavodu 070083 Bakı şəhəri Salyan magistralı -xx.xx.1990-Az SSR Əmək Məcəlləsinin 35-ci maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilmişdir. Qeyri-standard avadanlıqların ehtiyat hissələrinin istehsalı zavoduna keçirilmişdir. -xx.xx.1990-keçirilmə ilə texnoloji avadanlıqların təmiri üzrə sahəyə 4-cü dərəcəli təmirçi çilingər qəbul edilmişdir. -xx.xx.1990-“Şelfproekstroy” Layihə-Sənaye-Tikinti Birliyi İstehsal-Texnoloji Komplektasiya İdarəsinə keçirilməkdə Az SSR Əmək Məcəlləsinin 35-ci maddəsinin 5ci bəndinə əsasən işdən azad edilmişdir. SSRİ Neft və Qaz Sənayesi Nazirliyi “Şelfproekstroy” Layihə-Sənaye-Tikinti Birliyi İstehsal-Texnoloji Komplektasiya İdarəsi 070083 Bakı şəhəri Salyan magistralı -xx.xx.1990-Köçürülmə qaydası ilə 4-cü dərəcəli təmirçi çilingər qəbul edilmişdir. -xx.xx.1990-Az SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən(öz təşəbbüsü ilə) işdən azad edilmişdir. -xx.xx.1991-26 saylı Bakı Komissarları adına rayonun Qida ticarəti 54 saylı Maq-nə 4-cü dərəcəli yükləyici kimi işə qəbul olunmuşdur. -xx.xx.1993-54 saylı Maq.tam təsərrüfat hesabatına keçirilmişdir. -xx.xx.1993-Az SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz təşəbbüsü ilə işdən azad edilmişdir. -xx.xx.1993-36 saylı st.Filialının yeməkxanasına 3-cü dərəcəli bufetçi kimi qəbul edilmişdir. -xx.xx.1995-Səbail rayon ictimai iaşə tresti ləğv edilib,Səbail rayonu ticarət və ictimai iaşə idarəsi yaradılıb. -xx.xx.1998-Azərbaycan Respublikasının ƏQM 38 maddəsinin İV bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. -xx.xx.2002-ci ildə X5 gözətçi peşəsinə qəbul edilmiş, xx.xx.2003-cü ildə 2-ci dərəcəli fəhlə peşəsinə keçirilmiş, xx.xx.2004-cü ildən operator peşəsinə keçriilmiş, xx.xx.2007-ci ildə işdən azad edilmiş, xx.xx.2007-ci ildə operator vəzifəsinə qəbul edilmiş, xx.xx.2011-ci ildə qaz üzrə usta vəzifəsinə keçirilmiş, xx.xx.2013-cü ildə işdən azad edilmiş, xx.xx.2013-cü ildə usta vəzifəsinə qəbul edilmiş xx.xx.2022-ci ildə qaz təsnifatı üzrə usta vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü ildə işdın azad edilmiş, xx.xx.2023-cü ildə 6-cı dərəə oksigen proan operatoru peşəsinə keçirilmişdir.
12. İş materiallarına əlavə edilmiş "xxxx" Birgə müəssisəsinin xx.xx.2023-cü il tarixli 599/İ nömrəli Əmrinin 6.3 maddəsindən görünür ki, Metal konstruksiya və boru emalatxanaları daxilində oksigen və propan xətlərinin ümumilikdə təhlükəsiz istismarına və texniki sazlığına konstruksiya və boru emalatxanalarının müdiri X2, sahə rəisi X4 və oksigen-propan operatoru İddiaçı təyin edilmişdir.
13. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-35579/2025 nömrəli məktubunda göstərilmişdir ki, sığortaedən X10 tərəfindən yanvar 2006- cı ildən dekabr 2024-cü il tarixədək məcburi dövlət sosial sığorta ödəmələri aparılmışdır.
14. Məhkəmə sorğusuna cavab olaraq AZFEN MMC-nin xx.xx.2025-ci il tarixli AZF2025/112 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixli, 2-1(112)- 5472/2025 saylı məktubunuza cavab olaraq bildiririk ki, vətəndaş İddiaçı xx.xx.2003xx.xx.2004, xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2022-ci il və xx.xx.2022xx.xx.2023-cu il tarixləri arasında Azfen BM-in (hal-hazırda Azfen MMCnin) layihələrində fəhlə, usta, qaz üzrə ustası peşəsində çalışmışdır və onun yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: verilmiş istehsalat tapşırığı üzrə yardımçı və köməkçi işləri, o cümlədən təmizlik briqadasındadırsa, təmizlik işləri müvafiq norma və prosedurlara və qüvvədə olan təhlüksizlik qaydalarına uyğun olaraq icra etmək,materialların yüklərin, kiçik ölçülü detal və konstruksiyaların, ləvazimatların, aidiyyatı üzrə su və qaz balonlarının, kiçik ölçülü qutu və yeşiklərin daşınması, yüklənməsi, boşaldılması və yerləşdirilməsi işlərinin yerinə yetirilməsi, zəruri olan hallarda anbardan briqadaya lazım olan müəyyən materialların və digər malların alınıb iş yerinə gətirilməsində iştirak etmək,yüklərin yüklənməsi, boşaldılması və nəql edilməsi, habələ daşman yüklərin bərkidilməsi norma və qaydalarını bilmək,polad və dəmir beton konstruksiyaların quraşdırılması zamanı quraşdırıcılara alət və montaj materiallarının çatdırılmasında kömək etmək,iş prosesindən əvvəl və sonra iş yerinin istehsalat tullantılarından təmizləmək, tullantıları müəyyən olunmuş yerlərə yerləşdirmək, maye halında olan oksigen və propanın nasoslar vasitəsi ilə müvafiq olaraq 11 tonluq oksigen və 14 tonluq propan çənlərə doldurulması prosesinə nəzarət etmək,çənlərdə saxlanan maye halında oksigen və propanın borularla sahəyə verilərkən buxarlandmcı vasitəsi ilə qaz halına çevirilməsi əməliyyatını təşkil etmək və dəqiq aparılmasına nəzarət etmək.qaz xətlərinin izolyasiyasını layihəyə və texniki tələblərə uyğun aparmaq,qaz sızmasının qarşısını almaq üçün izolyasiyadan əvvəl və sonra xəttin texniki vəziyyətini yoxlamaq, qaz sisteminin vaxtlı-vaxtında testdən keçirilməsinə, təmirinə, işləmə prosesinin müntəzəm olmasına nəzarət etmək, emalatxanalarda kəsmə işlərinin oksigen və propan qazları vasitəsi ilə dəqiq və təhlükəsiz həyata keçirilməsinə nəzarət etmək, qaz sisteminin işə salınması, dayandırılması və sahənin qazla təchiz olunmasına nəzarət etmək, emalatxanalarda kəsmə işlərinin oksigen və propan qazları vasitəsi ilə dəqiq və təhlükəsiz həyata keçirilməsinə nəzarət etmək, qaz sisteminin saz işləməsinin, çənlərə vaxtında qulluğun, filtrlərin təmizlənməsinin və mexanizmlərin bütün hissələrinin təmirinin təmin edilməsi, iş sahəsinin hazırlanmasına nəzarət etmək, sahədə tələb olunan müvafiq sənədləşmə və plan üzrə öhdəsinə düşən işlərin dəqiqliklə, yüksək keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək, işin icra paketlərinə görə material tələbi hazırlamaq və jurnalda qeydiyyatını aparmaq, tələb əsasında anbardan verilmiş avadanlıq, mexanizm, materialların uçotunu aparmaq və sahədə düzgün yerləşdirilməsinə nəzarət etmək; Tabeliyində olan işçilərə tapşırıqlar vermək, həmin tapşırıqların vaxtında icra edilməsini və işin gedişini nəzarətdə saxlamaq, material, avadanlıq, mexanizmlə birlikdə iş paketlərinin icrası üçün tabeçiliyində olan işçilərə göstəriş vermək və işin dəqiq, vaxtında, yüksək səviyyədə və təhlükəsiz aparılmasına birbaşa nəzarət etmək, mexanizimlər, nəqliyyat vasitələri, detal, alət, inventar və ləvazimatlar barədə sifarişlərin vaxtı vaxtında verilməsinə nəzarət etmək, işçilərin ləvazimatlardan, fərdi mühafizə vasitələrindən, xüsusi geyimdən düzgün istifadə etmələrinə və onlar tərəfindən işlədilən alət və ləvazimatların mal, material, avadanlıq, inventarların yararsız hala salınmasına, korlanmasına, xarab edilməsinə yol verilməməsinə nəzarət etmək, İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 21 iyun 1993-cu il tarixli, 320 saylı Qərarın 27-ci maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında 2290000а -fəhlələr bəndi və 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş tikinti quraşdırma işləri üzrə ustalar bəndinə uyğundur.
15. Məhkəmə sorğusuna cavab olaraq AZFEN MMC-nin xx.xx.2025-ci il tarixli AZF2025/097-L nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2025-cü il tarixli, 2-1(112)- 5472/2025 saylı məktubunuza cavab olaraq bildiririk ki, vətəndaş İddiaçı xx.xx.2003xx.xx.2004, xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2013- xx.xx.2022-ci il və xx.xx.2022xx.xx.2023-cu il tarixləri arasında Azfen BM-in (hal-hazırda Azfen MMC- nin) layihələrində fəhlə, usta, qaz üzrə ustası peşəsində çalışmışdır və onun yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: Verilmiş istehsalat tapşırığı üzrə yardımçı və köməkçi işləri, o cümlədən təmizlik briqadasındadırsa, təmizlik işləri müvafiq norma və prosedurlara və qüvvədə olan təhlüksizlik qaydalarına uyğun olaraq icra etmək, Materialların yüklərin, kiçik ölçülü detal və konstruksiyaların, ləvazimatların, aidiyyatı üzrə su və qaz balonlarının, kiçik ölçülü qutu və yeşiklərin daşınması, yüklənməsi, boşaldılması və yerləşdirilməsi işlərinin yerinə yetirilməsi, Zəruri olan hallarda anbardan briqadaya lazım olan müəyyən materialların və digər malların alınıb iş yerinə gətirilməsində iştirak etmək, Yüklərin yüklənməsi, boşaldılması və nəql edilməsi, habələ daşman yüklərin bərkidilməsi norma və qaydalarını bilmək, İş prosesindən əvvəl və sonra iş yerinin istehsalat tullantılarından təmizləmək, tullantıları müəyyən olunmuş yerlərə yerləşdirmək, İş sahəsinin hazırlanmasına nəzarət etmək, sahədə tələb olunan müvafiq sənədləşmə və plan üzrə öhdəsinə düşən işlərin dəqiqliklə, yüksək keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək, İşin icra paketlərinə görə material tələbi hazırlamaq və jurnalda qeydiyyatını aparmaq, Tələb əsasında anbardan verilmiş avadanlıq, mexanizm, materialların uçotunu aparmaq və sahədə düzgün yerləşdirilməsinə nəzarət etmək, Tabeliyində olan işçilərə tapşırıqlar vermək, həmin tapşırıqların vaxtında icra edilməsini və işin gedişini nəzarətdə saxlamaq, Material, avadanlıq, mexanizmlə birlikdə iş paketlərinin icrası üçün tabeçiliyində olan işçilərə göstəriş vermək və işin dəqiq, vaxtında, yüksək səviyyədə və təhlükəsiz aparılmasına birbaşa nəzarət etmək, Mexanizimlər, nəqliyyat vasitələri, detal, alət, inventar və ləvazimatlar barədə sifarişlərin vaxtı vaxtında verilməsinə nəzarət etmək, İşçilərin ləvazimatlardan, fərdi mühafizə vasitələrindən, xüsusi geyimdən düzgün istifadə etmələrinə və onlar tərəfindən işlədilən alət və ləvazimatların mal, material, avadanlıq, inventarların yararsız hala salınmasına, korlanmasına, xarab edilməsinə yol verilməməsinə nəzarət etmək, İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısrnın təsdiq edilməsi barədə 21 iyun 1993-cu il tarixli, 320 saylı Qərarın 27-ci maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında 2290000а -fəhlələr bəndi və 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29cu maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş tikinti quraşdırma işləri üzrə ustalar bəndinə uyğundur.
16. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-288568/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubda bildirilmişdir ki, , “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonraQanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 ii 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’ nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) mütəxəssislər (b) bəndində tikinti və quraşdırma işləri üzrə ustalar peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" MMC-nin sizə dair 19 noyabr 2024- cü il tarixli AZF- 2024/313-L nömrəli arayışında xx.xx.2003xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə fəhlə, xx.xx.2011xx.xx.2013-cü il, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər ərzində qaz ustası, xx.xx.2013- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə usta vəzifələrində işlədiyiniz qeyd olunub. Adıçəkilən müəsisədəki iş stajınıza aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib.Müvafiq sorğumuza cavab olaraq daxil olan 22 noyabr 2024-cü il tarixli 3-17-1/1-280448/2024 nömrəli məktubda usta və qaz ustası peşələrində işlədiyiniz müddətdə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən Siyahıda nəzərdə tutulan tikinti və quraşdırma işləri ilə məşğul olub-olmamağınız barədə hər hansı məlumat qeyd olunmayıb. Göstərilən səbəbdən də, sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 60 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1964-cü ildə anadan olmuşdur. xx.xx.1981-ci il tarixində 61 nömrəli Bakı şəhər orta texniki peşə məktəbinə daxil olmuş, xx.xx.1982-ci il tarixində avtomobil çilingəri peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. 1982-ci ilin noyabr ayından 1984-cü ilin noyabr ayının 30-dək hərbi xidmətdə olmuşdur. O, xx.xx.1984-cü ildə əmək fəaliyyətinə başlamış, aşağıda qeyd olunan müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir: o, xx.xx.1984-cü il tarixində SSRİ Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyi "Qlavmorstalkonstruksiya Bakı Stasionar deniz dərin özülleri üçün dayaq hissələri istehsalı zavodu, 370083 Salyan magistralı, 7 saylı sexa 3-cü dərəcəli avadanlıqların təmiri üzrə çilingər vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1987-ci ildə 4-cü dərəcəli təmirçi çilingər, xx.xx.1988-ci ilde 3cü dərəcəli təmirçi çilingər, xx.xx.1989-cu ildə 24 saylı sexin 4-cü dərəcəli təmirçi çilingəri adına layiq görülmüşdür. xx.xx.1990-cı il tarixində işdən azad olunmuşdur. xx.xx.1990-cı il tarixində Qeyri-standart avadanlıqların ehtiyat hisselerinin istehsalı zavodunda keçirilmə ilə texnoloji avadanlıqların təmiri üzrə sahəyə 4-cü dərəcəli təmirçi çilingər işine qebul edilmiş, "Şelfproekstroy" Layihe-Sanaye-Tikinti Birliyi İstehsal-Texnoloji Komplektasiya İdarəsinə keçirilməklə xx.xx.1990-cı il tarixində işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixində köçürülmə qaydası ilə 4-cü dərəcəli tamirçi çilingər işinə qəbul edilmiş, xx.xx.1990-cı il tarixində öz təşəbbüsümlə işdən azad edilmişdir. xx.xx.1991-ci il tarixində Qida ticarəti 54 saylı Maq-nə 4-cü dərəcəli yükləyici kimi işə qebul olunmuş, xx.xx.1993-cü ildə 54 saylı Maq-ne tam təsərrüfat hesabına keçirilmiş, xx.xx.1993-cü il tarixində öz təşəbbüsü ilə işdən azad edilmişdir. xx.xx.1993-cü il tarixinde 36 saylı st. Filialının yeməkxanasına 3-cü dərəcəli bufetçi işinə qəbul olunmuş, xx.xx.1998-ci il tarixində işdən azad olunmuşdur. xx.xx.2002-ci il tarixdə X9 X1 layihəsinə göstərici peşəsinə qəbul edilmiş, xx.xx.2003-cü il tarixində Azf-063 layihəsinə 2-ci dərəcəli fəhlə peşəsinə, xx.xx.2004-cü il tarixində operator peşəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixində işdən azad edilmişdir. xx.xx.2007-ci il tarixində Azf 073b layihəsinə operator peşəsinə qəbul edilmiş, xx.xx.2011-ci il tarixində qaz üzrə usta vəzifəsinə keçirilmiş. xx.xx.2013-cü il tarixində işdən azad edilmişəm. xx.xx.2013-cü il tarixində X10 Azf 086 layihəsinə usta vəzifəsi ilə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixində qaz təsərrüfatı üzrə usta vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixində işdən azad edilmişdir. xx.xx.2023-cü il tarixində X7 6-cı dərəcəli oksigen propan operatoru peşəsinə qəbul edilmiş və hal-hazırda da həmin vəzifədə çalışır. xx.xx.2024-cü il tarixidə 60 yaşı tamam olmuşdur. Həmin tarixdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
19. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Fondun Xususi şərtlərlə təyinat üzrə mərkəzı filialı iddiaçıya ünvanlanmış məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi, iddiaçının güzəştli iş stajının olmaması göstərilmişdir. Bundan narazı qalan İddiaçı Bakı İnzibatı Məhkəməsinə müraciət etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ və s. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandıniması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün sıyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir Bu halda, məhkəmə İddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eynılıyı) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin muəyyən edilməsindən deyil, şəxsın təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işın) eynılıyı isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı haida azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) mütəxəssislər bəndində (b) tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin 19 noyabr 2024-cü il tarixli AZF-2024/313-L nömrəli arayışında xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə fəhlə, xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər ərzində qaz ustası, xx.xx.2013-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq daxil olan 22 noyabr 2024-cü il tarixli 3-17- 1/1-280448/2024 nömrəli məktubda usta və qaz ustası peşələrində işlədiyi müddətdə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən Siyahıda nəzərdə tutulan tikinti və quraşdırma işləri ilə məşğul olub-olmaması barədə hər hansı məlumat qeyd olunmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkun hesab edilmir
20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5472/2025 saylı, 13 avqust 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
21. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan hərbi bilet və əmək kitabçasına əsasən iddiaçının xx.xx.1981- xx.xx.1982-ci il tarixinədək 10 ay 23 gün təhsil dövrü, 11.1982- xx.xx.1984-cü ilədək hərbi xidmət dövrü 02 il, xx.xx.2006-cı il tarixədək və xx.xx.2006-cı il tarixdən sonra məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövlər nəzərə alınmaqla ümumilikdə iş stajı xx.xx.1984xx.xx.1990, xx.xx.1990-xx.xx.1990, xx.xx.1991-xx.xx.1993, xx.xx.1993- xx.xx.1998, xx.xx.2002- xx.xx.2007, xx.xx.2007-xx.xx.2013, xx.xx.2013- xx.xx.2023-cü ildə işdın azad edilmiş, xx.xx.2023-60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixədək 39 il 11 ay 22 gün ümumi iş stajı toplamışdır.
22. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmiş, güzəştli iş stajının olmaması əsas gətirilmişdir.
23. Belə ki, cavabdeh iddiaçının "xxxx" MMC-də xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində fəhlə, xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər ərzində qaz ustası, xx.xx.2013-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə usta vəzifələrindəki iş stajının Siyahıda nəzərdə tutulan tikinti və quraşdırma işləri üzrə usta vəzifəsinə uyğun olmadığını əsas gətirərək həmin dövrü güzəştli iş stajəna hesablamamışdır.
24. İşin hallarından görünür ki, iddiaçının işləmiş olduğu "xxxx" MMC Neft Qaz sahəsində mühəndislik, tikinti, quraşdırılma xidmətləri göstərən müəssisə olmaqla, işəgötürən tərəfindən təqdim edilmiş peşə təlimatında sadalanan əmək funksiyaları, xüsusən polad və dəmir beton konstruksiyaların quraşdırılması zamanı quraşdırıcılara alət və montaj materiallarının çatdırılmasında kömək etmək, qaz xətlərinin izolyasiyasını layihəyə və texniki tələblərə uyğun aparmaq, qaz sızmasının qarşısını almaq üçün izolyasiyadan əvvəl və sonra xəttin texniki vəziyyətini yoxlamaq, qaz sisteminin vaxtlıvaxtında testdən keçirilməsinə, təmirinə, işləmə prosesinin müntəzəm olmasına nəzarət etmək, qaz sisteminin işə salınması, dayandırılması və sahənin qazla təchiz olunmasına nəzarət etmək kimi funksiyalar iddiaçının fəhlə, usta, qaz üzrə usta vəzifələrində yerinə yetirdiyi işlərin bilavasitə qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid olmaqla tikinti quraşdırma işləri üzrə ustalar peşəsinin funksional təyinatına uyğun olduğu qənaətinə gəlməyə əsas verir.
25. Göstərilənlərə məcmu halda qiymət verən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2003-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək, xx.xx.2011-ci il tarixindən 01.11..2013-cü il tarixədək, xx.xx.2013-xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2023-cü ilədək 13 il 11 ay 25 gün olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı olmuşdur.
26. İddiaçının əmək fəaliyyətinə dair sənədlər və təqdim edilmiş güzəştli iş arayışları onun zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir. Əksini sübut edən sənəd cavabdeh tərəfindən təqdim edilməmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
27. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5472/2025 saylı, 13 avqust 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
28. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) mütəxəssislər bəndində (b) tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin 19 noyabr 2024-cü il tarixli AZF-2024/313-L nömrəli arayışında xx.xx.2003- xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə fəhlə, xx.xx.2011-xx.xx.2013-cü il,xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər ərzində qaz ustası, xx.xx.2013-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq daxil olan 22 noyabr 2024-cü il tarixli 3-17-1/1-280448/2024 nömrəli məktubda usta və qaz ustası peşələrində işlədiyi müddətdə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən Siyahıda nəzərdə tutulan tikinti və quraşdırma işləri ilə məşğul olub-olmaması barədə hər hansı məlumat qeyd olunmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
d) Prosses iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
31. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
32. xx.xx.2022-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir.) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir
33. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddəsinin v bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: -4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....)
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
37. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
39. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin tələb olunan azı 60 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla, xx.xx.2024-cü il tarixdə 60 yaşını tamamlamışdır.
40. İşdən görünür ki, yuxarıda qeyd olunan hərbi bilet və əmək kitabçasına əsasən iddiaçının xx.xx.1981- xx.xx.1982-ci il tarixinədək 10 ay 23 gün təhsil dövrü, 11.1982xx.xx.1984-cü ilədək hərbi xidmət dövrü 02 il, xx.xx.2006-cı il tarixədək və xx.xx.2006cı il tarixdən sonra məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövlər nəzərə alınmaqla ümumilikdə iş stajı xx.xx.1984-xx.xx.1990, xx.xx.1990-xx.xx.1990, xx.xx.1991-xx.xx.1993, xx.xx.1993- xx.xx.1998, xx.xx.2002- xx.xx.2007, xx.xx.2007xx.xx.2013, xx.xx.2013- xx.xx.2023-cü ildə işdın azad edilmiş, xx.xx.2023-60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixədək 39 il 11 ay 22 gün ümumi iş stajı toplamışdır.
41. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmiş, güzəştli iş stajının olmaması əsas gətirilmişdir.
42. Belə ki, cavabdeh iddiaçının "xxxx" MMC-də xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində fəhlə, xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər ərzində qaz ustası, xx.xx.2013-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə usta vəzifələrindəki iş stajının Siyahıda nəzərdə tutulan tikinti və quraşdırma işləri üzrə usta vəzifəsinə uyğun olmadığını əsas gətirərək həmin dövrü güzəştli iş stajəna hesablamamışdır.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir.
44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısrnın təsdiq edilməsi barədə 21 iyun 1993-cu il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri 2290000a fəhlələr, 2290100b—23419 tikinti və quraşdırma işlərinin ustaları, eləcə də Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş b) rəhbərlər və mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar” vəzifəsi nəzərdə tutulmuşdur.
45. İş yerindən təqdim edilmiş güzəştli arayışlarda iddiaçının işlədiyi xx.xx.2003xx.xx.2004, xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2013- xx.xx.2022-ci il və xx.xx.2022xx.xx.2023-cu il tarixləri arasında "xxxx" BM-in layihələrində fəhlə, usta, qaz üzrə ustası peşələrinin (usta və qaz ustası vəzifəsi tikintidə usta vəzifəsi ilə eyni olduğu qeyd edilməklə Nazirlər Kabinetinin 21 iyun 1993-cu il tarixli, 320 saylı Qərar ilə təsdiq edilmiş siyahıda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında 2290000а -fəhlələr bəndi və 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu bəndi “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş tikinti quraşdırma işləri üzrə ustalar bəndinə uyğunlaşdırılmışdır.
46. İşin hallarından görünür ki, iddiaçının işləmiş olduğu "xxxx" MMC Neft Qaz sahəsində mühəndislik, tikinti, quraşdırılma xidmətləri göstərən müəssisə olmaqla, işəgötürən tərəfindən təqdim edilmiş peşə təlimatında sadalanan əmək funksiyaları, xüsusən polad və dəmir beton konstruksiyaların quraşdırılması zamanı quraşdırıcılara alət və montaj materiallarının çatdırılmasında kömək etmək, qaz xətlərinin izolyasiyasını layihəyə və texniki tələblərə uyğun aparmaq, qaz sızmasının qarşısını almaq üçün izolyasiyadan əvvəl və sonra xəttin texniki vəziyyətini yoxlamaq, qaz sisteminin vaxtlıvaxtında testdən keçirilməsinə, təmirinə, işləmə prosesinin müntəzəm olmasına nəzarət etmək, qaz sisteminin işə salınması, dayandırılması və sahənin qazla təchiz olunmasına nəzarət etmək kimi funksiyalar iddiaçının fəhlə, usta, qaz üzrə usta vəzifələrində yerinə yetirdiyi işlərin bilavasitə qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid olmaqla tikinti quraşdırma işləri üzrə ustalar peşəsinin funksional təyinatına uyğun olduğu qənaətinə gəlməyə əsas verir.
47. Göstərilənlərə məcmu halda qiymət verən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2003-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək, xx.xx.2011-ci il tarixindən 01.11..2013-cü il tarixədək, xx.xx.2013-xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2023-cü ilədək 13 il 11 ay 25 gün olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı olmuşdur.
48. İddiaçının əmək fəaliyyətinə dair sənədlər və təqdim edilmiş güzəştli iş arayışları onun zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir. Əksini sübut edən sənəd cavabdeh tərəfindən təqdim edilməmişdir.
49. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.
50. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası bir daha qeyd edir ki, iş yerindən təqdim edilmiş güzəştli arayışlarda iddiaçının işlədiyi xx.xx.2003xx.xx.2004, xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2013- xx.xx.2022-ci il və xx.xx.2022xx.xx.2023-cu il tarixləri arasında "xxxx" BM-in layihələrində fəhlə, usta, qaz üzrə ustası peşələrinin (usta və qaz ustası vəzifəsi tikintidə usta vəzifəsi ilə eyni olduğu qeyd edilməklə Nazirlər Kabinetinin 21 iyun 1993-cu il tarixli, 320 saylı Qərar ilə təsdiq edilmiş siyahıda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında 2290000а -fəhlələr bəndi və 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu bəndi “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş tikinti quraşdırma işləri üzrə ustalar bəndinə uyğunlaşdırılmışdır.
51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
52. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5472/2025 saylı, 13 avqust 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5472/2025 saylı, 13 avqust 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.