Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4541/2025 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X2 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona əlilliyin təyin edilməsi ilə bağlı qəbul etdiyi imtina barədə qərarının ləğv edilməsi və cavabdehin üzərinə ona ikinci qrup əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin imtina olunmasına dair ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi, ##.##.2025-ci il tarixli göndəriş əsasında ona orqanizm funskiyalarının pozulma faizinə əsasən mavafiq əlillik dərəcəsinin qoyulması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixdə ona “Beyin arteriyalarının tıxanma və ya daralması nəticəsində yaranan beyin infaktı, sağ orta beyin arteriya hövzəsində keçirilmiş beyin infaktı (##.##.2021) və sol orta beyin arteriya hövzəsində keçirilmiş təkrari beyin infaktından (##.##.2022) sonrakı vəziyyət” diaqnozu qoyulmaqla orqanizmin funksiyalarının 50% itirilməsi əsasında üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti ##.##.2024-cü ilədək müəyyən edilmişdir. 2024-2025-ci illərdə səhhətində olan ağırlaşmalarla əlaqədar təkrarən əlilliyin təyin olunması üçün tərəfindən cavabdehə müraciət olunmuş, lakin Tibbi-Sosial Ekspert Komissiyası sonuncu müayinəsinin nəticəsi olaraq əlillik dərəcəsinin verilməsindən imtina etmiş və səbəb olaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi” göstərilmişdir. Cavabdehin ekspert komissiyası məsələyə formal yanaşmış və qərəzli olaraq ədalətli rəyin verilməsindən yayınmışdır. Bakı Inzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) e-*-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Intiqam Xudaqulu oğluna əlillik təyin olunmasından imtina edilməsi barədə ##.##.2025-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı ##.##.2025-ci il tarixli göndəriş əsasında orqanizmin funskiyalarının pozulma faizinə əsasən mavafiq əlillik təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı barədə ##.##.2025-ci il tarixli imtina qərarı qəbul edilmişdir. Iddiaçı bu qərardan 30 gündən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etdiyindən iddianın mümkünsüz hesab olunması xahiş edilir. Bundan başqa, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamısdır. Ekspert rəyi ilə şəxsin əlil olması qənaətinə gəlinirdisə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı. Həmçinin yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Forma 88-də qeyd edilən xəstəliklərin ağırlaşması olmadığı halda iddia təmin edilmişdir. Bakı Inzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı Inzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Apellyasiya icraatı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehn ona əlilliyin təyin edilməsi ilə bağlı qəbul etdiyi imtina barədə qərarının ləğv edilməsi və cavabdehin üzərinə ##.##.2025-ci il tarixli göndəriş əsasında orqanizmin funksiyasının pozulmasının 35-60% göstərilməklə əlilliyin təyin olunması barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş Əlillik Altsistemindən çıxarışlardan görünür ki: - İddiaçı (təvəllüd ##.##.1962-ci il) ##.##.2022-ci il tarixdən (ilkin) iki il müddətinə 50% orqanizmin funskiyalarının pozulması faizi ilə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi: ümumi xəstəlik. Diaqnozun mətni: Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində yaranan beyin infarktı, sağ orta beyin arteriya hövzəsində keçirilmiş beyin infarktı (##.##.2021) və sol orta beyin arteriyası hövzəsində keçirilmiş təkrari beyin infarktından (##.##.2022) sonrakı vəziyyət. - ##.##.2025-ci ildə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Iş materiallarında olan Bakı şəhər Baş Səhiyyə Idarəsinin T********FNV nömrəli, ##.##.2025-ci il tarixli göndərişinə (Iddiaçı sonuncu dəfə həmin göndərişi əsasında ##.##.2025-ci il tarixdə əyani müayinə edilmiş və diqanozun əlillik təyinatına əsas verməməsi əsası ilə iddiaçıya imtina verilmişdir) əsasən iddiaçının: Əsas diaqnoz: I69.3 Beyin infarktının nəticələri, Hər iki beyin yarımkürəsində keçirilmiş (##.##.2021 və ##.##.2022) infarktların nəticəsi. Ağırlaşma: I67.8 Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, Beyinin xroniki işemiyası. Ağırlaşma: G82.4 Spastik tetraplegiya, Spastik tetrazparez. Ağırlaşma: R47.1 Dizartiya və anartriya, Dizartriya. Ağırlaşma: R26 Hərəkətin və yerişin pozulmaları, Hərəkət və yerişin pozulması. Yanaşı xəstəliklər: H35.1 Preretinopatiya, OU-Torlu qışanın angiopatiyası. Yanaşı xəstəliklər: H52.2 Astiqmatizm, OU-qarışıq astiqmartizm. Yanaşı xəstəliklər: I11.9 [Durğunluq] ürək çatışmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [yi], Ürəyin hipertenziv xəstəliyi III mərhələ. Yanaşı xəstəliklər: H52.4 Presbiopiya. OUpresbiopiya. Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi PHŞ tərəfindən verilmiş T***/**** saylı ##.##.2025ci il tarixli ekspert rəyində qeyd edilir: Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Bakı Baş Səhiyyə Idarəsi” PHŞ tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, T********FNV saylı göndərişində XBT 10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: I69.3-beyin infarktının nəticələri, hər iki beyin yarımkürəsində keçirilmiş (##.##.2021 və ##.##.2022) infarktların nəticəsi. Ağırlaşmalar: I67.8-beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, beyinin xroniki işemiyası, R26hərəkətin və yerişin pozulmaları, hərəkət və yerişin pozulması. Yanaşı xəstəliklər: H35.1preretinopatiya, OU-torlu qişanın angiopatiyası, G82.4-spastik tetraplegiya, spastik tetraparez, R.47.1-dizartriya və anartriya, dizartriya, H52.2-astiqmatizm, OU-qarışıq astiqmatizm, I11.9-[durğunluq], ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik[-yi], ürəyin hipertenziv xəstəliyi III mərhələ, presbiopiya, OUpresbiopiya” diaqnoz ona stasionarda müayinə və müalicələri əsasında təyin edilmişdir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi qaydası»: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında - 61- 80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Işin faktiki hallarından görünür ki, iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdən (ilkin) iki il müddətinə 50% orqanizmin funskiyalarının pozulması faizi ilə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi: ümumi xəstəlik. Diaqnozun mətni: Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində yaranan beyin infarktı, sağ orta beyin arteriya hövzəsində keçirilmiş beyin infarktı (##.##.2021) və sol orta beyin arteriyası hövzəsində keçirilmiş təkrari beyin infarktından (##.##.2022) sonrakı vəziyyət. Lakin iddiaçı sonuncu dəfə tibb müəssisəsinin göndərişi əsasında ##.##.2025-ci ildə müayinə olunmuş, diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan qərarın iddiaçıya hansı tarixdə rəsmi olaraq tam şəkildə təqdim olunmasını təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi barədə müraciətə cavabdeh orqan tərəfindən baxılmış və ##.##.2025-ci il tarixli məktuba əsasən əlillik təyin edilməsindən imtina edilməsi barədə məlumat verilmiş, həmin məktubun da iddiaçıya hansı tarixdə rəsmi olaraq təqdim olunmasını təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti:
2. Qan dövranı sisteminin xəstəlikləri. 2.1. Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər - I10-I15. Serebrovaskulyar xəstəliklər - I60-I69. 2.1.1. arterial hipertenziya İ-III dərəcə, hipertoniya xəstəliyi III mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə - 35-60; 1 il. 2.1.2. arterial hipertenziya İ-III dərəcə, hipertoniya xəstəliyi III mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə - 65-80; 2 il. 2.1.3. arterial hipertenziya İ-III dərəcə, hipertoniya xəstəliyi III mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə - 85-100; müddətsiz. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən əziyyət çəkməsi ##.##.2025-ci il tarixli tibbi göndərişlə təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. Göründüyü kimi, iddiaçıda əlilliyin müəyyən edilməsinə əsas olan diaqnozun hazırda da mövcud olması səhiyyə müəssisəsinin göndərişi ilə, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin ekspert rəyi ilə öz təsdiqini tapır. Iddiaçıda olan xəstəliyin qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, əlillik təyinatı zaman məhz yuxarıda qeyd edilən Qaydaların 2.1.1-ci bəndinə əsaslanmaqla orqanizmin funksiyalarının pozulmasının 35-60 faizi ilə əlillik müəyyən edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Iş üzrə materiallardan görünür ki, iddiaçı barəsində ##.##.2025-ci il tarixli müayinə nəticəsində əlillik təyinatının aparılmasından imtina edilmişdir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq iddiaçıya müvafiq əlillik dərəcəsi (orqanizmin funksiyalarının 35-60% pozulmasına uyğun olaraq) sonuncu imtina tarixindən - ##.##.2025-ci il tarixdən təyin edilməli, yəni orqanizmin funksiyalarının pozulmasının təyini tarixi ##.##.2025-ci il tarixli tibbi göndəriş əsasında iddiaçının müayinə olunduğu ##.##.2025-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməli, iddiaçı İddiaçı əlilliyin müəyyən olunmasından imtina barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli qərarı ləğv edilməli və iddiaçı İddiaçı qiymətləndirildiyi ##.##.2025-ci il tarixdən orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. «Inzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara a l d ı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilsin. Iddia təmin edilsin. Iddiaçı İddiaçı əlilliyin müəyyən olunmasından imtina barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin və iddiaçı İddiaçı qiymətləndirildiyi ##.##.2025-ci il tarixdən orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.