Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4546/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Fərid İlham oğlu Mədətli və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Binəqədi qəsəbə Bələdiyyəsi üçüncü şəxs qismində göstərilməklə “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5840/2025 saylı 22 yanvar 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə (prosessual müddətin bərpası barədə ərizəyə) 19 noyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi qəsəbə Bələdiyyəsinin 2090 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə mülkiyyətinə verilmiş 3000 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5840/2025 saylı 22 yanvar 2025-ci il tarixli qərardadı ilə iddia mümkün hesab edilməmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5840/2025 saylı 22 yanvar 2025-ci il tarixli qərardadı 27 yanvar 2025-ci il tarixdə iddiaçıya məxsus olan elektron kabinetə yerləşdirilmişdir. Lakin apellyasiya şikayəti məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 9-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 9-1.3-cü maddəsinə əsasən İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 9-1.4-cü maddəsinə əsasən Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla bağlı apellyasiya şikayəti üzrə prosessual müddətin bərpa edilməsi barədə ərizəyə və apellyasiyanın mümkünlük məsələsinə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5840/2025 saylı 22 yanvar 2025-ci il tarixli qərardadı 27 yanvar 2025-ci il tarixdə iddiaçıya məxsus olan elektron kabinetə yerləşdirilmişdir. Lakin apellyasiya şikayəti məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Bununla bağlı prosessual müddətin bərpası barədə ərizə təqdim edilərək buraxılmış müddətin üzürlü hesab edilməsi xahiş edilmişdir. Ərizədə qeyd edilmişdir ki, məhkəmənin 2- (112)-5840/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçı qismində iştirak etsəkdə iddia təmin edilməmişdir. Bildirmək istəyir ki, iddia ərizəsi məhkəməyə təqdim olunandan qısa müddət sonra o xidməti işi ilə əlaqədar Azəbaycan Respublikasınən ərazi bütövlüyü bərpa olunmuş Qarabağ bölgəsinə təcili olaraq getmiş və orada uzun müddət qalmalı olmuşdur. Məhkəməyə lazimi məlumatları verməyə şərait və ya poçt xidmətləri olmadığından eyni zamanda qərardadda qeyd edildiyi kimi telefon mesajlarından xəbərsiz olduğundan heç bir əlaqə yarada bilməmişdir. Hesab etmişdir ki, məhkəmə bu məsələləri nəzərə alaraq təqdim etdiyi iddia ərizəsini geri götürülmüş kimi qiymətləndirə biləcək. Buna görə də ötürülmüş prosessual müddətin bərpa edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iş materiallarından aydın görünür ki, məhkəmə aktı iddiaçının elektron kabinetinə məhz xx.xx.2025-ci il tarixində yüklənmişdir. İnzibati prosessual qanunvericiliyə əsasən müddətin hesablanması təqdim edilmə anından başlanır. Şikayət verilməsi üçün sonuncu gün xx.xx.2025-ci il olmalıdır. İddiaçı tərəf isə apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə təqdim etmişdir. Beləliklə, iddiaçı tərəfin ərizədə qeyd etdiyi əsaslar üzürlü hesab edilmədiyindən ərizə təmin edilməməli, iddiaçının Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5840/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından verdiyi apellyasiya mümkün sayılmamalıdır. Həmçinin, Məhkəmə kollegiyası oxşar mövqe ilə bağlı diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 2362/2022 saylı qərardadında qeyd edilmişdir ki,
11. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 7 (a) bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından hazırkı işdə prosessual müddətin axımı 23.05.22-ci il yəni məhkəmə qərarının cavabdehin elektron kabinetinə yüklənməsi tarixindən hesablandıqda kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddət buraxılmış hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARAALDİ:
Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5840/2025 saylı 22 yanvar 2025-ci il tarixli qərardadından verdiyi apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fərid Mədətli Elvin Əliyev