Məhkəmə qərarları › İş №2-1(103)-4549/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4549/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4549/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X2 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1035/2018 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2025-ci il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı “50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini, xx.xx.2008-ci il tarixdən xx.xx.2015-ci il tarixinə qədər olan müddət üçün əmək pensiyasının məbləğinin və həmçinin xx.xx.2015-ci il tarixindən bu günə qədər ona ödənilən əmək pensiyası üzrə yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci və 27-ci maddələrinin 14.01,2008-ci il tarixində qüvvədə olan tələbləri əsasında yenidən hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin üzərinə qoyulması” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1 (82)- 1035/2018 nömrəli qərarının ləğv edilməsi və işin icraatının təzələnməsi barədə qərar qəbul edilməsini, ərizəçi DSMF-nin Nizami rayon şöbəsini əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini, xx.xx.2008-ci il tarixdən xx.xx.2015- ci il tarixinə qədər olan müddət üçün əmək pensiyasının məbləğinin və həmçinin xx.xx.2015- ci il tarixindən bu günə qədər ona ödənilən əmək pensiyası üzrə yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 10.2-ci və 27-ci maddələrinin 14.01 2008-ci il tarixində qüvvədə olan tələbləri əsasında yenidən hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin (bundan sonra-Şöbə) üzərinə qoyulmasını xahiş etmişdir. Vətəndaş iddiasında, xx.xx.1981-ci ildən “Xəzərdəniztəmirtikinti” Trestində, indiki adı “Azərdənizneftinşaat” Trestinin müxtəlif idarələrində, dənizdə - ağır iş şəraitində usta, mühəndis vəzifəsində işləyərək 01,08.1997-ci ilədək 20 ildən artıq ümumi və 10 aydan artıq 1 №-li Siyahı üzrə xüsusi iş stajını topladığını, xx.xx.1974-cü il tarixdən 01,08.1997-ci ilədək 1 №-li Siyahıda göstərilən X bölmənin “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsindəki 1100000b-23386 (quyuların qazılmasında (əsaslı təmirində) mürəkkəb işlər üzrə ustalar) və 1100000b- 22247 (bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə)) kodları ilə müəyyən olunmuş usta və mühəndis vəzifələrində çalışdığını bildirmişdir. Məhkəmə orqanı vətəndaşın iddiasını tam təmin etmişdir. Məhkəmə iclasında iddiaçı iştirak etmiş, cavabdeh şöbəni X3 təmsil etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1 (82)-1035/2018 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Şöbə tərəfindən birinci instansiyanın qərarından Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti təqdim edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (sədr-hakimHüseynov Sərvət Qeybəli oğlu, hakimlər-X4 və X5) xx.xx.2018ci il tarixli 2-1 (103)-1093/2018 №-li qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1 (82)- 1035/2018 №-li qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi əsaslandırma apararkən vətəndaşın işləmiş olduğu vəzifələrini 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarında 1 №-li Siyahı üzrə qeyd edilən 1100000b-22247 kodu ilə yanaşı 110OOOOb- 23362 (avadanlığın təmiri üzrə ustalar) və 1100000b-23886 (dərin qazma (struktur-axtarış) neft-qaz kəşfiyyatının (partiyaların) rəisləri) kodları üzrə vəzifələrə uyğun hesab etmişdir. Məhkəmə iclasında tərəflər iştirak etməmişdir. Şöbə tərəfindən kassasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən açılmış ********* nömrəli cinayət işi üzrə həbs edilmiş və sonuncu iş yeri olan Fondun keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsinin sabiq əməkdaşı X6 ofisindən və mənzilindən əməliyyat-axtarış tədbirləri zamanı kompüterlər və xeyli vətəndaşa aid sənədlər maddi sübut kimi götürülərək istintaq materiallarına əlavə edilmişdir. Həmin kompüterlərdə elektron fayldajsmayıl Qurbanovun adından 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış iddia ərizəsi aşkar olunmuşdur. Bu xüsusda vətəndaşla Vüsal Əliyev və digər şəxslər arasında sövdələşmənin olduğuna və pensiya təyinatına şübhələr yaranmışdır. İddiaçı pensiya işi və uçot vərəqinə tikilmiş sənədlərinin araşdırılması ilə ehtimal olunur ki, ona ötən dövrlərdən yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə (50 yaşının tamam olduğu gündən) əmək pensiyasının təyin edilərək yenidən hesablanması və ödənilməsi bu işdə maraqlı olmuş şəxslər tərəfindən əvvəlcədən planlaşdırılmış və sözügedən vətəndaşla qabaqcadan razılaşdırılmaqla sövdələşmə aparılmışdır. Pensiya işində olan sənədlərə əsasən məlum olmuşdur ki, 14.01,1958-ci il təvəllüdlü, Füzuli rayonunda doğulmuş, AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsi üzrə yaşayış yeri Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 133, mənzil 96 olan İddiaçı adından ünvan aidiyyəti üzrə xx.xx.2017-ci il tarixli yazılmış ərizə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün Fondun keçmiş Bakı şəhəri Nizami rayon şöbəsinə (bundan sonra - şöbə) müraciət edilmişdir. Həmin şöbənin Pensiya təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli 1517 №-li qərarı ilə xx.xx.2015-ci il tarixdən 57 yaşının tamam olduğu gündən Qanunun 9.1-ci maddəsinə istinad edilməklə vətəndaş tərəfindən təqdim edilmiş sənədlər əsas götürülərək xx.xx.2006-cı il tarixədək toplanmış 26 il 1 ay sosial sığorta stajına müvafiq hesablanmış 48.23 manat sığorta hissəsi, 100,0 manat baza hissəsi ümumilikdə 148,23 manat. xx.xx.2016-cı il tarixdən 150,16 manat, xx.xx.2016-cı il tarixdən 160,16 manat, xx.xx.2017-ci il tarixdən 176,78 manat məbləğində güzəştli şərtlərlə yaşa görə 064406 №-li əmək pensiyası təyin edilmiş və 2018- ci ilin yanvar ayından ödənişinə başlanılmış, ötən dövrlər üzrə hesablanmış cəmi 5.759,95 manat fərq məbləği cari ayın pensiya məbləğinin üzərinə əlavə edilməklə birdəfəlik ödənilmişdir. Təyin olunmuş pensiyanın məbləği 2017-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun avtomatlaşdırılmış qaydada indeksləşdirilməklə 186,85 manata çatdırılmış və sonuncu məbləğlə xx.xx.2018-ci il tarixədək şöbə tərəfindən ödənişi aparılmışdır. Uçot vərəqinə tikilmiş məhkəmə qərarlarının tarixə görə müəyyən edilmişdir ki, İddiaçı qanunvericiliyə uyğun təyin edilmiş pensiyasının ötən dövrlərdən yenidən hesablanmaqla yüksək məbləğə çatdırılması ilə bağlı işlərə pensiya təyinatı ilə yanaşı başlanılmış, vətəndaşın adından məhkəməyə müraciət edilməklə qısa müddətdə - cəmi 4 ay ərzində xeyrinə 2 instansiya məhkəməsinin qərarının alınmasına və ötən dövrlərdən daha yüksək miqdarda aylıq pensiya məbləğinin təyin edilərək ödənilməsinə nail olunmuşdur. Pensiya işinə tikilmiş “Neftqaztikinti” Trestinin xx.xx.2017-ci il tarixli arxiv arayışında, əmək kitabçasının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X11” Trestinin möhürü ilə təsdiq edilmiş surətində qeyd olunanlara əsasən İddiaçı əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: 1.xx.xx.1974-xx.xx.1975-ci il dövr ərzində Füzuli rayonu Horadiz Pambıq zavodunda fəhlə, xx.xx.1975-xx.xx.1976-cı il dövr ərzində Füzuli rayonu Horadiz MaşınMeliorasiya Stansiyasında maşinist, ekskavator maşinistinin köməkçisi, xx.xx.1981- xx.xx.1981-ci il dövr ərzində “Xəzərdəniztəmirtikinti" Trestinin 2 №-li İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsində usta, xx.xx.1981-xx.xx.1983-cü il dövr ərzində hərbi xidmət, xx.xx.1983xx.xx.2001-ci il dövr ərzində “Xəzərdəniztəmirtikinti” Trestinin 2 №-li İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsinin plan-istehsalat şöbəsində mühəndis (1983), usta (1983), iş icraçısı (1984-1986), baş mühəndis (1986-1988), idarə rəisi (1989-2001, 03.01,2000-ci il tarixindən idarənin adı “Azərdənizneftinşaat” Trestinin 5 saylı Təmir-Tikinti Quraşdırma İdarəsi adlandırılıb), xx.xx.2001-xx.xx.2006-cı il dövr ərzində “Azərdənizneftinşaat” Trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialının rəisi, xx.xx.2006-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərdənizneftinşaat” Trestinin müdiri, xx.xx.2007-ci il tarixdən hazıradək AR Dövlət Neft Şirkətinin “X11” Trestinin müdir müavini. Pensiya işinə tikilmiş hərbi biletin surətində qeyd olunanlara əsasən İddiaçı xx.xx.1981-xx.xx.1983-cü il dövr ərzində hərbi xidmətdə olmuşdur. Göründüyü kimi, İddiaçı 1981-ci ildən hazıradək sözügedən idarələrin aparatında yüksək vəzifələrdə çalışmışdır. Lakin ağır və zərərli hesab edilən işlərdə, o cümlədən usta və iş icraçısı kimi 1981 və 1983-1986-cı illərdə İddiaçı cəmi xüsusi (güzəşli) iş stajı 3 il 6 ay 2 gün təşkil etmişdir. Həmçinin, yuxarıda sadalanan iş stajlarına əsasən xx.xx.1997-ci il tarixədək İddiaçı ümumi iş stajı 17 il 3 ay 15 gün təşkil edir. Bununla belə, məhkəmə orqanları Qanunun şərtləri daxilində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı aparılması üçün tələb olunan ümumi və xususi iş stajlarının miqdarı barədə hər hansı hesablama və tədqiqat aparmadan xx.xx.1997-ci il tarixədək vətəndaşın 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi (zərərli) iş stajının olması qənaətinə gələrək işləmiş olduğu müəssisədən izahlı arayış almadan, istehsalat sahəsinin və zərərli şəraitin ağırlıq dərəcəsi, yerinə yetirilmiş işlər barədə zəruri araşdırılma aparmadan, əmək müqaviləsində nəzərdə tutulmuş və faktiki görülmüş işlər barədə ətraflı məlumatlar əldə etmədən İddiaçı vəzifəsini onun iddia ərizəsində və ya qərarlarında qeyd etdiyi 1 №- li Siyahı və həmin siyahının X “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı" bölməsindəki, yəni vətəndaşın işlədiyi istehsalata heç bir aidiyyəti olmayan qeyd olunmuş kodlara uyğun hesab etmişdir. Araşdırma nəticəsində İddiaçı əmək kitabçasında qeyd olunmuş və müvafiq idarələrdə işləmiş olduğu digər vəzifələrin 1 №-li Siyahıda ümumiyyətlə nəzərdə tutulmadığı müəyyən edilmişdir. Habelə, həmin vəzifələr 2 №-li və Güzəştli Siyahının digər bölmələrində də nəzərdə tutulmadığından onun 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Qeyd olunanlarla yanaşı, cavabdeh şöbə tərəfindən vətəndaşın iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən güzəştli arayışın alınması tələb edilməmişdir. Vətəndaşın əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti dövrü üzrə hazırda müvafiq idarələrin fəaliyyətdə olmasına və ya sənədlərinin arxivləşdirilməsinə baxmayaraq şöbə tərəfindən vətənd a şin iş stajlarının düzgünlüyünün yerində ilkin sənədlərlə qarşılıqlı yoxlanılması təmin edilməmiş və əlavə təsdiqedici sənədlər alınmamışdır. Həmçinin, İddiaçı pensiyasının hesablanması zamanı əsas götürülmüş əməkhaqlarının düzgünlüyünün ilkin sənədlərlə qarşılıqlı yoxlanılması həm şöbə, həm də məhkəmələr tərəfindən bu işdə maraqlı olan şəxslərə görə təmin olunmamış, yenidən hesablanma zamanı nəzərə alınmış 2004-2005-ci illərin əməkhaqlarına görə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə Fondun müvafiq qurumlarından zəruri arayışlar alınmamışdır. Bununla belə, pensiyanın yenidən hesablanması barədə məhkəmə qərarlarının rəsmiləşdirildiyi 2018-cı il tarixədək İddiaçı 10 il əvvəl, yəni 2008-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 50 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Məlumat üçün bildiririk ki, “Vətəndaşların pensiya təminatı haqqında’’ Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Həmin dəyişikliyə kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddənin “a” bəndində kişilər azı 20 il iş stajı olduqda, bu müdddətin azı 10 ilini həmin işlərdə (1 №-li Siyahı üzrə nəzərdə tutulmuş) çalışdıqları halda və 50 yaşına çatdıqda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qazanırdılar. Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin, Qanuna 01,07.2022-ci ildən edilmiş dəyişikliyə əsasən (xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu) axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 ıl çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qərarları istisna olunmaqla, həmçinin hüququ olmadığı halda şöbə tərəfindən vətəndaşa təyin edilmiş əmək pensiyasının qanunazidd olması nəzərə alınmaqla 14.01,1958-ci il təvəllüdlü İddiaçı Qanunun 7- ci maddəsinə əsasən 65 yaşından 14.01,2023-cü ıl tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası almaq hüququnun olduğu müəyyən edilmişdir. Lakin iddia tələbi məhkəmələrdə vətəndaşın xeyrinə təmin edildikdən sonra məhkəmə qərarları və digər sənədlər, o cümlədən ' Neftqaztıkıntı” Trestinin möhürü ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli SQCAR**********30020123X00146 №-li 2004-2005-ci illər üzrə arxiv (əməkhaqqı) arayışı əsas götürülməklə şöbənin Pensiya təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli sərəncamı ilə İddiaçı 50 yaşından 14.01,2008-ci il tarixdən təyin edilməklə pensiyası yenidən hesablanmışdır. Həmin tarixdən təyin edilmiş pensiyanın aylıq məbləği baza hissəsinin artımlarına uyğun artırılmaqla, müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə və ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun ındeksləşdınlrnəklə xx.xx.2008-ci ıl tarixdən 414,86 manat, 01,09.2008-cı ıl tarixdən 429,86 manat, 01.01,2009-cu il tarixdən 503,67 manat, 01.01,2010-cu il tarixdən 510,10 manat, xx.xx.2010-cu il tarixdən 520,10 manat, xx.xx.2011-ci il tarixdən 544,90 manat, xx.xx.2012- ci il tarixdən 581,23 manat, 01.01,2013-cü il tarixdən 586,69 manat, xx.xx.2013-cü il tarixdən 601,69 manat, 01.01,2014-cü il tarixdən 706,04 manat, 01.01,2015-ci il tarixdən 714,52 manat, xx.xx.2016-cı il tarixdən 739,10 manat, xx.xx.2016- cı il tarixdən 749,10 manat, xx.xx.2017-ci ıl tarixdən 828,35 manat, xx.xx.2018-ci il tarixdən 875,57 manat və xx.xx.2018-ci il tarixdən 1495,02 manat müəyyən edilmiş, 2018-ci ilin may ayından sonuncu qeyd edilən məbləğlə ödənişinə başlanılmışdır. Nazirliyin əvvəlki pensiya və hazırki PAS proqramlarında mövcud olan məlumatlardan müəyyən olunmuşdur ki, məhkəmə qərarları nəzərə alınmaqla İddiaçı ötən dövrlər üçün cəmi 72.144,86 manat fərq məbləği hesablanaraq ödənilmişdir. Həmin məbləğin 29900,0 manatı 20 ay ərzində 1495,0 manat olmaqla xx.xx.2018-01.01,2020-ci il dövr aralığında, qalan 42.244,86 manatı isə xx.xx.2019-cu il tarixində birdəfəlik aylıq pensiyanın üzərinə əlavə olunmaqla vətəndaşın plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmışdır. Eyni zamanda, xx.xx.2018-ci il tarixdən 1495,02 manata çatdırılmış İddiaçı pensiyanın aylıq məbləği ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindənmüəyyən edilən illik artım tempinə uyğun avtomatlaşdırılmış qaydada indeksləşdirilməklə xx.xx.2019-cu il tarixdən 1539,87 manata, 01.01,2020-ci il tarixdən 1795,49 manata, xx.xx.2021-ci il tarixdən 2000,17 manata, 01.01,2022-ci il tarixdən 2068,18 manata. xx.xx.2023-cü il tarixdən 2391,31 manata, 01,04.2023-cü il tarixdən 2543,28 manata, xx.xx.2024-cü il tarixdən 2828,12 manata və xx.xx.2024-cü il tarixdən 4302,69 manata çatdırılmış və sonuncu qeyd edilən məbləğlə hazırda ödənişi aparılır. Ödənişin başlanıldığı xx.xx.2018-ci il tarixdən 01,02.2025-ci il tarixədək İddiaçı plastik kart hesabına faktiki köçürülmüş cəmi vəsait 262.441,31 manat təşkil etmişdir. Ehtimal olunur ki, pensiya təyin edilməsindən, ötən dövrlərə görə hesablanmış fərq məbləğinin birdəfəlik pensiya plastik kartına köçürülməsindən vətəndaş məlumatlı olmuş, pensiya alınması üçün istifadə olunan pensiya plastik kartı müəyyən müddət ərzində İddiaçı özündə olmamış, həmin plastik kart hesabına köçürülmüş külli miqdarda pul vəsaiti bu işdə maraqlı olmuş şəxslər tərəfindən mənimsənilmişdir. Qeyd olunduğu kimi, məhkəmə qərarları istisna olunmaqla araşdırma nəticəsində qanunvericiliklə 14.01,1958-ci il təvəllüdlü İddiaçı 14.01,2023- cü il tarixdən 65 yaşından ümumi əsaslarla yaşa görə əmək pensiyası almaq hüququnun olduğu müəyyən edilmişdir. Əmək pensiyası hüququnun və məbləğinin müəyyən edilməsi üçün pensiya işinə tikilmiş sənədlərin surətlərində aşkarlanmış əmək fəaliyyətinin araşdırılması nəticəsində vətəndaşın faktiki ümumi sığorta stajı xx.xx.2006-cı il tarixədək 25 il 7 ay təşkil etdiyi məlum olmuş, Güzəştli siyahı üzrə tələb olunan xüsusi iş stajına (12 il 6 ay) malik olmamışdır. Qeyd olunmalıdır ki, vətəndaşın pensiyasının 2004-2005-ci illərin əməkhaqqına əsasən hesablanması qüvvədə olan qanunvericiliyə ziddir. Vətəndaşın mövcud sosial sığorta stajı, fərdi hesabında qeydə alınmış pensiya kapitalı, müvafiq dövrlər üzrə indeksləşdirmələr nəzərə alınmaqla yaşa görə əmək pensiyasının aylıq məbləği 14.01,2023-cü il tarixdən 1655,20 manat, xx.xx.2024-cü il tarixdən 1840,50 manat təşkil etməlidir. Qeyd olunan hesablamalar və dəqiqləşdirmələr nəzərə alınmaqla 14.01,2023-cü il tarixdən 01,02.2025ci il tarixədək olan dövr üzrə İddiaçı qanunvericiliklə cəmi ödənilməli pensiya məbləği 43094,78 manat təşkil etmişdir. Göründüyü kimi, 01,02.2025-ci ıl tarixi vəziyyətinə vətəndaşın pensiyasının aylıq məbləğinin 1840,50 manata qarşı 4302,69 (2462,19 manat artıq fərqlə) manatla təyin olunmasına və ödənilməsinə nail olunmuşdur. Beləliklə, 14.01,2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olmadığı halda məhkəmə qərarları əsas götürülməklə Fondun keçmiş Bakı şəhəri Nizami rayon şöbəsinin müvafiq sərəncamı ilə İddiaçı 50 yaşından həmin növə görə əmək pensiyası təyinatına nail olunması və 01,02.2025-ci il tarixədək ödənilməsi nəticəsində plastik kart hesabına köçürülmüş cəmi əsassız məbləğ 219.346,53 manat (262441,31 - 43094,78) müəyyən edilmişdir. Bildiririk ki, hazırkı iş üzrə ərizəçi olan Fondun Nizami rayon şöbəsinin əsl ərizəçi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1035/2018 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə mümkün sayılmamışdır. Ərizəçi apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin mümkün sayılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti ərizəyə uyğun əsaslandırmış və əlavə olaraq bildirilmişdir ki, xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olmadığı halda məhkəmə qərarları əsas götürülməklə Fondun keçmiş Bakı şəhəri Nizami rayon şöbəsinin müvafiq sərəncamı ilə İddiaçı 50 yaşından həmin növə görə əmək pensiyası təyinatına nail olunması və xx.xx.2025-ci il tarixədək ödənilməsi nəticəsində plastik kart hesabına köçürülmüş cəmi əsassız məbləğ 219.346,53 manat (262441,31 - 43094,78) müəyyən edilmişdir. Odur ki, hazırkı iş üzrə ərizəçi olan Fondun Nizami rayon şöbəsinin əsl ərizəçi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi zərurəti yaranmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə ərizəçinin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1035/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2008-ci il tarixdən 50 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2008-cu il tarixdən xx.xx.2015-cu il tarixinə qədər olan müddət üçün əmək pensiyasının məbləğinin və həmçinin xx.xx.2015-cu il tarixdən bu günə qədər ona ödənilən əmək pensiyamda yaranacaq məbləğ fərqinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 10.2-ci və 27-ci maddələrinin 14.01 2008-ci il tarixində qüvvədə olan tələbləri əsasında yenidən hesablanıb birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1093/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1035/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh tərəfindən kassasiya şikayəti verilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnziabti Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İPM-in 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1035/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir və xx.xx.2018-ci il tarixli icra haqqında xəbərdarlıq məktubu ilə qərar icra olunması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nizami rayon Şöbəsinə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nizami rayon Şöbəsinin xx.xx.2018-ci il tarixli 15/**********9 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixli 2-1(82)- 1035/18 saylı iş üzrə pensiya hüququnun yarandığı tarixdən icra edilərək əmək pensiyası təyin edilərək ödənilir. Odur ki, iddiaçıya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1035/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı qanuni qüvvəsini aldıqdan sonra DSMF Nizami rayon Şöbəsi tərəfindən qərar icra olunmuş, iddiaçıya pensiya hüququnun yarandığı tarixdən pensiya təyin edilərək ödənilmişdir. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində yeni açılmış hal kimi istinad etdiyi məlumatlar barəsində həmin qərarları əldə etdiyi və ya ən geci icra etməyə başladığı vaxtdan məlumatlı olsa da, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni 7 ildən çox müddət keçdikdən sonra xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin həmin qərardadının maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1035/2018 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1035/2018 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar