Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4550/2025 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı ünvan * saylı ünvanın qeyriyaşayış sahəsinə keçirilməsi barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı cavabdehin ##.##.2025-ci il tarixli imtina məktubunu qanunsuz hesab etməklə, onun iddiaçıya aid sərəncam və sənədlərində ünvan dəyişikliyi etməklə, N.Süleymanov küçəsi, ev 1, 2b ünvanlı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan * saylı ünvanın qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə məhkəmə icraatına qəbul edilmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh həmin rayonun N.Süleymanov küçəsindəki * saylı evin birinci mərtəbəsindəki ona məxsus və 1997-ci ildən iddiaçının istifadəsində olan hazırkı *B saylı mənzilin “yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsi barədə” ##.##.2025-ci il tarixli ərizəsinə ##.##.2025 tarixində imtina ilə cavab vermişdir. Faktiki vəziyyətində yuxarıda qeyd etdiyi mənzilinin qeyri-yaşayış sahəsinə keçirilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinin tələblərinə tam uyğundur, həmçinin cavabdehin qeyd etdiyi pilləkən 9 ildir tərəfindən istifadə olunur (* saylı Bakı Inzibati Məhkəməsi ##.##.2016 cı il tarixli, *-*(**)- ****/**** saylı Qərarı ilə Nərimanov Rayonu Icra Hakimiyyətini uyğun Sərəncam verməyə məcbur edib). Mənzilinin texniki vəziyyəti barədə cavabdehin ##.##.2017-ci il tarixli texniki rəyi də iddia ərizəsinə əlavə edilib. Cavabdehin məmurları vətəndaşa kömək etmir, əksinə onun yaşam imkanlarının qarşısında bürokratik maneələr qoyur. Mənzilin pilləkəni elektrik qaynağının köməyi ilə metaldan yığılıb, pilləkən meydançası dəmir-betondur, pilləkənin tutacağı var. Mənzilin giriş qapısının biri yer səthindən cəmi 2 metr hündürlükdə, digəri isə yer səthi ilə bərabərdir. Bundan basqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Huquqi Şəxsi tərəfindən ##.##.2025-ci il tarixli çıxarış verməklə mənzilinin ünvanını 2a-dan 2 b-ə dəyişmişdir. Cavabdehin əvvəlki (həm də bilərəkdən qüsurlu) Sərəncamlarında vaxtı ilə 2a ünvanlı olmuş mənzilin 2 otaqlı 30,5 kv.m. yaşayış sahəli hesab olunmaqla faktiki olaraq 2 mərtəbəlidir. Çıxarışa görə isə 2b ünvanlı mənzil 1 otaqlı olmaqla 1-ci mərtəbədə yerləşir. Mənzildə bütün kommunal şərait var, qeyri-yasayış sahəsinə, ofis və biznes fəaliyyəti üçün uyğundur, daimi qeydiyyatda heç kim yoxdur, küçəyə məhdudiyyətsiz çıxışları var. Iddiaçı göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə Bakı şəhəri Cavabdehə müraciət edərək, sözügedən ünvanda 2-ci mərtəbədə yerləşən *b nömrəli mənzilin təyinatının dəyişdirilməsinə dair müvafiq Sərəncam verilməsini xahiş etmiş, onun müraciətinə baxılaraq, ##.##.2025-ci il tarixli məktubla sahənin texniki imkanlarının məhdudluğu və 2-ci mərtəbədə yerləşməsi səbəbindən onun təyinatının dəyişdirilməsinin yolverilməz olması barədə məlumat verilmişdir. Əməkdaşlar tərəfindən sahəyə yerli baxış keçirilərək müəyyən edilmişdir ki. təyinatı dəyişdiriləcək sahə (23,0 kv.m.) 2-ci mərtəbədə yerləşir. 2-ci mərtəbəyə girişi təmin edən pilləkən marşı kustar üsulla fərqli metal profillərdən və taxta materillarından istifadə etməklə, tikinti norma və qaydalarına uyğun olmamaqla (pilləkən marşı ensiz olmaqla yanaşı, onun maillik bucağı 60%-dən çoxdur) təhlükə yaradır. 2-ci mərtəbədə təyinatı dəyişdiriləcək 15 kv m-lik yataq otağına isə giriş yalnız eni 0,80 kv.m. uzunluğu 10 metrə yaxın olan tunel (dəhliz) vasitəsilə mümkündür. Sözügedən mənzildə aparılmış yenidənqurma işləri Bakı şəhəri Cavabdeh ilə razılaşdırılmadan həyata keçirildiyinə, eyni zamanda Rayonu Icra Hakimiyyətinə təqdim olunmuş texniki pasportda əks olunmadığına görə özbaşına aparılmış hesab olunur. Bu səbəbdən yenidənqurma və yenidən planlaşdırma işləri nəticəsində mənzilin yükdaşıyan konstruktiv elementlərinin dayanaqlığının texniki və sanitar normalara uyğunluğu barədə müvafiq rəyin alınması zərurəti yaranmışdır. Göründüyü kimi, sərəncamın verilməsi tələbi cavabdeh tərəfindən yerinə yetirilməsi mümkünsüz hesab olunur, həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq, iddiaçıya mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq imtina verilmişdir. Cavabdeh göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbinin təmin edilməsi, ünvan * saylı ünvanda yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayətini etirazın məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahatında məhkəməyə bildirdi ki, ekspert rəyi ilə tanış olub, hətta öz münasibətini məhkəməyə göndərilmiş ərizə ilə bildirmişdir. Ekspert mənzilin ikinci mərtəbədə olduğunu qeyd edib, amma məhkəməyə Mənzil Kommunalın arayışını təqdim edir ki, orada mənzilin birinci mərtəbədə yerləşdiyi və altında zirzəminin olduğu qeyd olunmuşdur. Həmçinin ekspert qeyd edir ki, faktiki yaşayış var, lakin heç kim nə orada yaşayır, nə də ki qeydiyyatdadır. Mənzil tam təmirsizdir, hamamı yoxdur, istilik sistemi yoxdur, tualeti 1 kv.metrdir, otaqda nəfəslik adam boyundan yuxarıdadır, günəş işığı tavandan düşür, mənzilin texniki vəziyyəti, qurulusu da orada yasamağı mümkünsüz edir. Cavabdeh də bunu oz imtina, etiraz məktublarında və məhkəmədə etiraf edib. Ümumiyyətlə layihəsi yaşayış üçün deyildir. Rütubətlidir. Orada yaşamasalar da mütəmadi nəzarət edirə. Il yarımdır ki, məhkəmə prosesləri gedir, mülkiyyətindən biznes qurmaq üçün istifadə edə bilmir. *b nömrəli mənzili ona məxsus "X3" MMC-nin və oğlu Nihad Qulamzadənin rəhbəri olduğu inklyuziv "Əsa" teatrının rəsmi hüquqi ünvanı olmaqla istifadələrindədir. Oranı rayonlardan gələn aktyorların geyim otağı kimi təşkil etmək istəyirlər. Evə çoxsaylı şəxslər gəlib gedəcək ona görə rəsmiləşdirmək istəyirlər. Pilləkənin digər şəxslər üçün təhlükəli deyil. Normal pilləkəndir. Qaynaqla bərkidilmişdir. Özünün mühəccəri var. Mübahisəli sahə 2 metr hündürlükdədir, özü də bu 2 metr bir tərəfdən hündürdü, digər tərəfdən yerin altına batır. Mənzildən aşağıda zirzəmi var. Ərazidə maillik var. Bu saat çox yerlərdə birmərtəbəli evin hündürlüyü 2 metr olur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslıdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla, onun təmin edilməsi üçün təkcə cavabdehin imtinasının kifayət qədər əsaslandırılmaması deyil, həm də iddiaçının tələb etdiyi konkret inzibati aktın qəbulunu zəruri edən bütün maddi-hüquqi və faktiki şərtlərin mövcudluğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair iddialarda həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Inzibati Prosessual Məcəllənin 73.1-ci maddəsi də inzibati orqanın üzərinə konkret inzibati aktın qəbulu öhdəliyinin yalnız imtinanın qanuna zidd olduğu və bunun iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda qoyulmasını nəzərdə tutur. Inzibati aktın qəbul edilməsi üçün əlavə araşdırmanın aparılması zəruri olduqda və tələb olunan aktın qanuni şərtlərinin mövcudluğu müəyyən edilmədikdə, məhkəmə inzibati orqanın iradəsini əvəz edərək konkret müsbət inzibati aktın qəbulunu həvalə edə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yalnız həmin Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla yol verilir. Məcəllənin 20.2-ci maddəsində müstəqil girişin mümkün olmaması, sahənin mənzilin tərkib hissəsi kimi qalması, sahədən daimi yaşayış yeri kimi istifadə edilməsi və mülkiyyət hüququnun yüklü olması keçirilməni istisna edən hallar kimi müəyyən edilmişdir. Məcəllənin 20.3-cü maddəsi isə çoxmənzilli binada yerləşən mənzilə münasibətdə əlavə və müstəqil şərt müəyyən edir: mənzil birinci mərtəbədə yerləşməli, digər mərtəbədə yerləşdikdə isə onun bilavasitə altındakı sahələrin yaşayış sahəsi olmadığı təsdiq edilməlidir. Həmin Məcəllənin 22.1.2-ci maddəsinə görə 20-ci maddədə nəzərdə tutulmuş şərtlərə riayət edilməməsi sahənin keçirilməsindən imtina üçün birbaşa qanuni əsasdır. Yenidənqurma və ya yenidən planlaşdırma layihəsinin tikinti norma və qaydalarına uyğun olmaması da Məcəllənin 22.1.3-cü maddəsi ilə ayrıca imtina əsası kimi təsbit edilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və ziddiyyətsiz müəyyən etmədən iddianı təmin etmişdir. Məhkəmə qərarında mübahisəli mənzil bir tərəfdən 23,7 kv.m. ümumi sahəsi olan, bir otaqlı və birinci mərtəbədə yerləşən *B saylı mənzil kimi təsvir edilmiş, digər tərəfdən isə 2017-ci il tarixli texniki rəyə və 2019-cu il tarixli sərəncama əsaslanılaraq onun iki otaqlı, yaşayış sahəsi 30,55 kv.m., ümumi sahəsi 39,15 kv.m. olan mənzil olduğu qəbul edilmişdir. Halbuki ## ###### 2025-ci il tarixli texniki pasportda hazırkı mübahisənin predmeti olan *B saylı obyekt bir otaqlı, ümumi sahəsi 23,7 kv.m., yaşayış sahəsi 15,1 kv.m. olan mənzil kimi göstərilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi müxtəlif dövrlərdə tərtib edilmiş, sahəsi, otaqlarının sayı, ünvan göstəricisi və texniki vəziyyəti bir-birindən fərqlənən sənədləri eyni obyektin dəyişməz göstəriciləri kimi qiymətləndirmiş, bu fərqlərin səbəbini araşdırmamışdır. Iş üzrə məhz həmin ziddiyyətlərin aradan qaldırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2026-cı il tarixli, **/*** saylı rəyinin tədqiqat hissəsindən görünür ki, ekspert ## ##### 2026-cı il tarixdə obyektə yerində baxış keçirmiş, mübahisəli sahənin faktiki olaraq ikimərtəbəli tikilinin ikinci mərtəbəsində yerləşdiyini, sahəyə küçədən həmin mərtəbəyə qalxan pilləkən və qapı vasitəsilə daxil olunduğunu, sahənin döşəmə səviyyəsinin yer səviyyəsindən 2,2 metr hündürlükdə olduğunu, onun altındakı tikilinin hündürlüyünün də 2,2 metr təşkil etdiyini müəyyən etmişdir. Ekspert rəyinə əlavə edilmiş fotoşəkillərdə də sahəyə girişin tikilinin yuxarı səviyyəsinə qalxan ayrıca xarici pilləkənlə təmin olunduğu görünür. Bu faktiki göstəricilər cavabdehin mübahisəli sahənin ikinci mərtəbədə yerləşməsi barədə mövqeyini təsdiqləyir. Ekspertin birinci suala verdiyi cavaba görə, mübahisəli sahəyə gediş-gəliş digər yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə edilmədən mümkündür. Kollegiya bu nəticəni qəbul edir və qeyd edir ki, həmin hal Mənzil Məcəlləsinin 20.2-ci maddəsində nəzərdə tutulan müstəqil girişlə bağlı maneənin mövcud olmadığını göstərir. Lakin keçirilməni istisna edən şərtlər alternativ xarakter daşıdığından, müstəqil girişin mövcudluğu özlüyündə Məcəllənin 20.3-cü maddəsində müəyyən olunmuş mərtəbə və aşağıdakı sahənin təyinatına dair ayrıca şərtlərin də yerinə yetirildiyi mənasına gəlmir. Ekspert rəyinin ikinci sual üzrə nəticəsində mübahisəli sahənin faktiki olaraq yaşayış sahəsi kimi istifadə edildiyi müəyyən edilmişdir. Bu nəticə ekspertin obyektə yerində baxışı və sahənin faktiki vəziyyətinin bilavasitə tədqiqi əsasında verildiyindən, mübahisəli sahənin formal hüquqi statusunu deyil, real istifadə formasını əks etdirir. Mənzil Məcəlləsinin 20.2-ci maddəsinin tətbiqi baxımından sahədən konkret olaraq hansı şəxsin istifadə etdiyinin müəyyənləşdirilməsi həlledici əhəmiyyət daşımır, hüquqi əhəmiyyət kəsb edən hal həmin sahədən yaşayış məqsədilə istifadə olunmasıdır. Buna görə də ekspert rəyinin sözügedən hissəsi mübahisəli sahədən faktiki yaşayış yeri kimi istifadə edildiyini və bununla da Mənzil Məcəlləsinin 20.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini istisna edən halın mövcudluğunu təsdiq edən mötəbər və kifayət edən sübut kimi qiymətləndirilməlidir. Iddiaçı ekspert rəyinə etirazında texniki pasport və çıxarışda mənzilin birinci mərtəbədə göstərildiyini, onun altında özünə məxsus köməkçi sahənin yerləşdiyini, sahədən hüquqi şəxslər tərəfindən ofis və teatr fəaliyyəti üçün istifadə olunduğunu bildirmişdir. Lakin hüquqi şəxsin dövlət reyestrində və ya elektron informasiya resurslarında müəyyən ünvanın göstərilməsi həmin sahədən faktiki istifadə formasını və onun daimi yaşayış yeri kimi istifadə edilmədiyini özlüyündə təsdiq etmir. Eyni qaydada, yaşayış yeri üzrə heç kimin qeydiyyatda olmaması da faktiki yaşayışın olmadığını mütləq şəkildə sübuta yetirmir. Ən əsası, iddiaçı tərəfindən mübahisəli sahənin bilavasitə altında yerləşən hissənin hüquqi və faktiki baxımdan qeyri-yaşayış sahəsi olduğunu təsdiq edən ayrıca çıxarış, mərtəbəli plan, texniki pasport və ya başqa mötəbər sənəd təqdim edilməmişdir. Iddiaçının həmin hissəni özünə məxsus köməkçi sahə adlandırması bu sahənin Mənzil Məcəlləsinin 20.3-cü maddəsi baxımından yaşayış sahəsi olmadığını müəyyən etmək üçün kifayət etmir. Iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2016-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən N.Süleymanov küçəsi, ev 1, mənzil 2 ünvanında paylı mülkiyyətdə olan mənzildən iddiaçının payına düşən 1/2 hissə naturada ayrılmışdır. Həmin məhkəmə aktının predmeti paylı mülkiyyətdə olan yaşayış sahəsinin naturada bölünməsi olmuş, mübahisəli hissənin binanın hansı mərtəbəsində yerləşməsi, bilavasitə altındakı sahənin təyinatı və ya onun qeyri-yaşayış sahəsinə keçirilməsinin mümkünlüyü həll edilməmişdir. Buna görə də həmin qətnamə hazırkı işdə Mənzil Məcəlləsinin 20.2 və 20.3-cü maddələrində nəzərdə tutulan şərtlərin mövcudluğunu təsdiq edən preyudisial məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Əksinə, bu sənəd hazırkı obyektin əvvəllər vahid yaşayış mənzilinin naturada ayrılmış hissəsindən formalaşdığını və onun texniki-hüquqi tarixinin digər yaşayış sahələri ilə əlaqəli olduğunu göstərir. Eyni hüquqi qiymət * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ## ###### 2016-cı il tarixli, *-*(**)-****/**** saylı qərarına da aiddir. Həmin qərarla 2A ünvanlı yaşayış sahəsinin iki otaqlı, yaşayış sahəsi 30,55 kv.m olmaqla yenidən planlaşdırılmasının sənədləşdirilməsi və müvafiq inzibati aktın qəbulu cavabdehə həvalə edilmişdir. Həmin mübahisənin predmeti yaşayış sahəsinin mövcud vəziyyətdə yenidən planlaşdırılmasının rəsmiləşdirilməsi olmuş, onun yaşayış fondundan çıxarılaraq qeyri-yaşayış sahəsinə keçirilməsi məsələsinə baxılmamışdır. Həmin qərarın icrası ilə əlaqədar verilmiş ## #### 2019-cu il tarixli sərəncam və ## ##### 2017-ci il tarixli texniki rəy də o dövrdə iki otaqlı, ümumi sahəsi 39,15 kv.m olan 2A ünvanlı yaşayış sahəsinin yenidən planlaşdırılmasına aid olmuşdur. Bu sənədlər hazırda çıxarışda 2B ünvanı ilə, bir otaqlı və 23,7 kv.m. ümumi sahə ilə qeydiyyata alınmış obyektin indiki konstruktiv vəziyyətinin, pilləkəninin və qeyriyaşayış məqsədli istifadəyə yararlılığının qiymətləndirilməsi kimi qəbul edilə bilməz. Cavabdehin imtinasında ikinci mərtəbəyə qalxan pilləkənin kustar üsulla müxtəlif metal profillərdən və taxta materiallardan hazırlanması, ensiz və yüksək mailliyə malik olması, habelə əsas otağa girişin dar və uzun dəhliz vasitəsilə mümkünlüyü göstərilmişdir. Birinci instansiya məhkəməsi pilləkənin vəziyyətinin sahənin təyinatının dəyişdirilməsinə aid olmadığını və təhlükənin sonradan aradan qaldırıla biləcəyini göstərməklə cavabdehin imtinasını qeyri-proporsional hesab etmişdir. Lakin belə yanaşma Mənzil Məcəlləsinin imperativ tələbləri ilə uzlaşmır. Sahənin qeyri-yaşayış məqsədli istifadəsi üçün yenidənqurma, yenidən planlaşdırma və ya digər işlər tələb olunursa, Məcəllənin 21.6-21.9-cu maddələrinə uyğun olaraq həmin işlərin siyahısı və aparılmasına dair tələblər müəyyən edilməli, işlər tamamlandıqdan sonra onların nəticəsi qəbul komissiyasının aktı ilə təsdiqlənməlidir. Tikinti və təhlükəsizlik məsələləri həll olunmadan məhkəmənin birbaşa olaraq sahənin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə yekun sərəncamın verilməsini cavabdehə həvalə etməsi qanunla müəyyən edilmiş inzibati və texniki proseduru əvəz etmişdir. Məhkəmə həmçinin müraciət edilən layihənin ictimai təhlükəsizlik, sanitariyagigiyena və şəhərsalma normalarına tam uyğun olduğunu göstərmiş, lakin bu nəticənin hansı texniki sübuta əsaslandığını qərarda açıqlamamışdır. Iş üzrə birinci instansiyada həmin məsələlərə dair məhkəmə ekspertizası keçirilməmiş, yükdaşıyan konstruksiyaların dayanıqlığı, pilləkənin normativlərə uyğunluğu və mümkün qeyri-yaşayış istifadəsinin binanın digər hissələrinə təsiri barədə səlahiyyətli mütəxəssis rəyi alınmamışdır. Buna baxmayaraq, xüsusi bilik tələb edən həmin məsələlər məhkəmə tərəfindən sübutsuz olaraq iddiaçının xeyrinə həll edilmişdir. Birinci instansiya məhkəməsinin sahənin qeyri-yaşayış sahəsinə keçirilməsinin sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına və iqtisadi inkişafa töhfə verəcəyi barədə mülahizələri də mübahisənin həlli üçün hüquqi əhəmiyyət daşımır. Iş materiallarında iddiaçının konkret sahibkarlıq layihəsi, yaradılacaq iş yerləri və ya iqtisadi fəaliyyətinin cavabdehin imtinası nəticəsində məhdudlaşması barədə sübut yoxdur. Istənilən halda iqtisadi məqsədəuyğunluq Mənzil Məcəlləsinin 20-22-ci maddələrində müəyyən edilmiş tikinti, təhlükəsizlik, mərtəbə və sənədləşdirmə tələblərini əvəz edə bilməz. Beləliklə, iş materiallarından mübahisəli sahənin faktiki olaraq tikilinin ikinci mərtəbəsində yerləşdiyi müəyyən olunsa da, onun bilavasitə altındakı sahənin yaşayış sahəsi olmadığı mötəbər sübutlarla təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyətli olan faktiki halları tam və hərtərəfli araşdırmamış, müxtəlif obyektlərə və dövrlərə aid texniki göstəriciləri bir-birindən fərqləndirməmiş, Mənzil Məcəlləsinin 20.3-cü maddəsini faktiki hallara tətbiq etməmiş, xüsusi texniki bilik tələb edən məsələlər üzrə sübut olmadan nəticəyə gəlmiş və cavabdehin üzərinə qanuni şərtləri müəyyən edilməmiş konkret inzibati aktın qəbulu öhdəliyini qoymuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilməli, iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia ərizəsi rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat iddiaçı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE00000000000002088501) köçürülsün. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-4550/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4550/2025
01.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver