Məhkəmə qərarları › İş №2-1(103)-4551/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4551/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4551/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi (çevirilməsi)” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), X3 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9858/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışdan görünür ki, ünvan 1 ünvanı xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.

2. Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal 2 ünvanında İddiaçı məxsus 2+ mansard mərtəbəli qeyri-yaşayış binasının müayinə işləri haqqında texniki rəy tərtib edilmişdir.

3. Texniki rəyin nəticə hissəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 ünvanında İddiaçı məxsus qeyri-yaşayış binası 2005- ci ildə inşa edilmiş, müayinə zamanı yükdaşıyan konstruksiyalarda çat, deformasiya və zədələrə rast gəlinmiş və qeyri-yaşayış binası təqdim edilmiş memarlıq planlaşdırma bölməsinə və konstruksiya cizgilərinə uyğun inşa edilmişdir.

4. xx.xx.2025-ci il tarixdə Cavabdeh nəzdində fəaliyyətdə olan mənzil məsələləri üzrə komissiya üzvləri tərəfindən akt tərtib edilmiş və aktda qeyd edilmişdir ki, mənzildə aparılmış yenidənqurma işləri, 1-ci mərtəbədə əlavə tikinti və 3- cü mərtəbənin inşa edilməsinə dair müvafiq icazə sənədləri təqdim edilməmiş, yenidənqurma işlərinin özbaşına aparıldığı nəzərə alınaraq tikilinin texniki vəziyyətinin X1 aidiyyəti qurumlarının mütəxəssisləri tərəfindən müayinə edilməsi tövsiyyə olunmuşdur.

5. 657/25 nömrəli 2025-ci il tarixli (gün, ay qeyd edilməmişdir) “Texniki müayinə işlərinin aparılması barədə” müqavilədə qeyd edilmişdir – fiziki şəxs İddiaçı bir tərəfdən (bundan sonra sifarişçi) və nizamnamə əsasında fəaliyyət göstərən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə” DLİ İnstitutu, direktoru X4 şəxsində, digər tərəfdən (bundan sonra icraçı) olmaqla aşağıdakı müqaviləni bağladılar; 2.1. “Sifarişçi” Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 küçəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış obyektinin Azərbaycan Respublikası Prezidentinin 2181 nömrəli xx.xx.2023-cü il tarixli fərmanına əsasən qeyri-yaşayış binasına dair mövcud vəziyyətə uyğun olaraq istismarına icazə almaq məqsədilə, həmin obyektdə layihəyə uyğunluğunun yoxlanılması və texniki müayinə işlərinin (bundan sonra-texniki müayinə işləri) aparılmasını “İcraçı”ya tapşırır və bu Müqavilənin 4.1-4.4-cü bəndlərində göstərilən texniki müayinə işlərinin dəyərini ödəməyə öz öhdəsinə götürür. 2.2. “İcraçı” bu müqavilənin 2.1-ci bəndində göstərilən obyektdə texniki müayinə işlərinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərinin tələblərinə uyğun olaraq aparılmasını və texniki rəyin (və ya texniki baxış aktının) verilməsini öz öhdəsinə götürür. Müqaviləyə “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 küçəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış obyektinin texniki müayinə işlərinin aparılmasına dair” təhvil təslim aktı əlavə edilmişdir.Təhvil-təslim aktında qeyd edilmişdir ki, elmi-texniki məhsul (kompleks müayinə işləri) müqavilənin və texniki tapşırığın şərtlərini ödəyir.

6. Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 küçəsində yerləşən, fiziki şəxs İddiaçı məxsus qeyri-yaşayış obyektinin texniki vəziyyəti haqqında” müayinə protokolunun nəticə hissəsində qeyd edilmişdir ki, qeyri-yaşayış obyekti tam təmirli və istismarda olduğundan texniki müayinə işləri məhdud şəkildə aparılmış, müayinə zamanı qeyri-yaşayış obyektinin baxış keçirilmiş yükdaşıyan dəmir-beton konstruksiyalarında zədə və deformasiyalara rast gəlinmədi və qeyri-yaşayış obyektinin mansard mərtəbəsi taxta konstruksiyadan quraşdırılmışdır, üzəri (dam örtüyü) metal vərəqələrlə örtülmüşdür.

7. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən ünvan 3 ünvanına dair xx.xx.2012-ci ildə texniki pasport tərtib edilmişdir.

8. "xxxx" MMC tərəfindən “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 küçəsində yerləşən mövcud 2 mərtəbəli, mansardlı tibb müəssisəsinin ətrafında aparılmış mühəndisi-geoloji tədqiqat işlərinin nəticələri dari texniki hesabat”ın tövsiyyə və nəticə hissəsində qeyd edilmişdir ki, 1. sahədə qazılmış quyularda qrunt sularına rast gəlinməmişdir,. 2. Qruntu su ekstraktının kimyəvi analizinin nəticəsinə görə aerasiya zonası qrunt nəmli və normal şəraitdə potlandsementdən hazırlanmış dəmirbeton konstruksiyalara qarşı tərkibində olan sulfat ionlarının miqdarına görə güclü aqressivlidir. Metal konstruksiyalara qarşı xlor ionlarının miqdarına görə isə orta aqressiv xarakterlidir. 3. Geoloji – litoloji kəsilişdə iştirak edən qruntlar fiziki-mexaniki xassələrinə görə, İV (tökmə qat) və İİ (yarımbərk gilcə) sinfə aiddir. 4. Ərazinin fon seysmikliyi 8 (səkkiz) baldır. 5. Layihələndirmə işlərinin İİ sinfə uyğun aparılması tövsiyyə edilir.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Bakı İnzibati Məhkəməsində Cavabdehnə qarşı “Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin mövcud vəziyyətdə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi (çevirilməsi)” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinın 2- 1(112)- 1176/2025 saylı iş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin mövcud vəziyyətdə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi (çevrilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, daha sonra iddia tələbi dəqiqləşdirilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı tam mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən evin mövcud vəziyyətdə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi (çevrilməsi) öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinın 2-1(112)- 1176/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Məhkəmənin həmin qərarında hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Bakı şəhəri Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı tam mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən evin mövcud vəziyyətdə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi (çevrilməsi) haqqında qərar verilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulmuşdur. Nəzərə alınmalıdır ki, bu növ qərar qəbul edilərkən hüquqi qiymətləndirilmənin aparılması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları əsasında həyata keçirilir. Məcəllənin İİİ fəslində yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, qaydası və imtina əsasları konkret olaraq göstərilmişdir. Həmin qərarın qəbul edilməsindən dərhal sonra qərar tərəflərin elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq, məhkəmə qərarının icrası təmin edilməmiş, bununla əlaqədar iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə aşağıdakı məzmunda müraciət edilmişdir: “Bildiyiniz kimi, məhkəmə prosesinin özü 1 ilə yaxın davam etmiş, sonda iddia qismən təmin edilmişdir. Məhkəmənin hazırki qərarında hüquqi mövqeyi həm də ondan ibarət olmuşdur ki, həmin qərardan şikayət verilə bilməz. Beləliklə, İddiaçı yenidən cavabdeh Bakı şəhəri Cavabdeh bürokratik əngəlləri ilə qarşı-qarşıya qalmışdır. Məhkəmənin hazırki qərarında olan “həmin qərardan şikayət verilə bilməz” mövqeyindən sui-istifadə edən cavabdeh Bakı şəhəri Cavabdeh yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsi (çevrilməsi) ilə heç bir hərəkət etmir. Nəticədə həmin qərarın heç bir faktiki əhəmiyyəti olmamışdır. Qeyd edilənləri nəzərə alıb, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1176/2025 saylı xx.xx.2025-ci il tarixli qərarının icrası ilə bağlı qanunamüvafiq tədbir görülməsi xahiş edilmişdir”. Lakin Bakı İnzibati Məhkəməsi tərəfindən də heç bir tədbir görülməmiş, hətta həmin müraciətə cavab da verilməmişdir. Yalnız iddiaçı tərəfindən Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına müraciət edildikdən sonra Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2025-ci il tarixli məktubu xx.xx.2025- ci il tarixdə elektron kabinetə əlavə edilmişdir. Həmin məktubda göstərilmişdir ki: “Sizin Cavabdehnə daxil olmuş Yasamal rayonu, Yeni Yasamal-2küçəsi, ev 4x ünvanda yerləşən vət. İddiaçı məxsus 1 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərarınıza tərəfimizdən baxılmışdır. Qərarın icrası ilə bağlı Cavabdeh nəzdində fəaliyyətdə olan mənzil məsələləri üzrə komissiyanın üzvləri ünvana baxış keçirilmiş və məlum olmuşdur ki, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və texniki pasporta əsasən ümumi sahəsi 202,9 kv.m olan mənzildə yenidənqurma və yenidən planlaşdırma işləri aparılmış, 2 mərtəbəli mənzilin 1-ci mərtəbəsində torpaq sahəsi zəbt edilərək əlavə tikinti işləri aparılmış və nəticədə mərtəbənin faktiki ümumi sahəsi 131,72 kv.m olmuşdur. 2-ci mərtəbədən 3-cü mərtəbəyə qalxmaq üçün pilləkən qəfəsi qurulmuş, əlavə olaraq ümumi sahəsi 102,53 kv.m olan 3- cü mərtəbə inşa edilmişdir. Mövcud vəziyyətində tərtib edilmiş layihəyə əsasən aparılmış yenidənqurma və yenidən planlaşdırma işlərindən sonra 3 mərtəbəli mənzilin faktiki ümumi sahəsi 341,25 kv.m olmuşdur. Baxış zamanı mənzildə aparılmış yenidənqurma işlərinə, 1-ci mərtəbədə əlavə tikinti və 3-cü mərtəbənin inşa edilməsinə dair müvafiq icazə sənədləri təqdim edilməmişdir. Yenidənqurma işlərinin özbaşına aparıldığını nəzərə alaraq komissiya tərəfindən tikilinin texniki vəziyyətinin Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının mütəxəssisləri tərəfindən müayinə edilməsi tövsiyə olunmuşdur. Mənzil qeyri-yaşayış sahəsinə keçirilərsə baş verə biləcək xoşagəlməz hallara dair (həmin sahənin çökməsi, uçması və vətəndaşların söküntü altında qalması) Rayon İcra Hakimiyyətinin məsuliyyət daşımasını nəzərə alaraq Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1176/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının icrası mümkün deyildir. Yuxarıda qeyd olunanların nəzərə alınmasını xahiş edirik”. Bundan sonra Bakı İnzibati Məhkəməsinın 2-1(112)-1176/2025 saylı 2xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin ərizəsi (vəsatəti) təmin edilməmiş, hakim, Cavabdeh Başçısınınxx.xx.2025-ci il tarixli imtina məktubunu inzibati akt kimi qəbul edilməklə, iddiaçıya həmin imtina üzrə yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Odur ki, iddiaçı tərəfindən həmin imtina üzrə yenidən məhkəməyə müraciət edilir. İddiaçı Cavabdeh Başçısının xx.xx.2025-ci il tarixli imtina məktubunda göstərilənləri qanunsuz və əsassız hesab edir. Əvvəla ona görə ki, qərarın icrası ilə bağlı Cavabdeh nəzdində fəaliyyətdə olan mənzil məsələləri üzrə komissiyanın üzvləri ünvana baxış keçirməmiş və ümumiyyətlə orada olmamışdır. İkincisi, ona görə ki, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və texniki pasporta əsasən evdə yenidənqurma və yenidən planlaşdırma işləri aparılmamış, torpaq sahəsi zəbt edilməmiş və əlavə tikinti işləri aparılmamış, yalnız əsaslı təmir işləri aparılmış, dam örtüyü yararsız vəziyyətə düşdüyündən yenidən qurulmuş, həmçinin bildirilir ki, aparılmış həmin yenidənqurma işlərinə görə qanunvericilikdə müvafiq icazə tələb edilməsi ilə bağlı müddəa yoxdur. Bununla belə, tikilinin texniki vəziyyətinin Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının mütəxəssisləri tərəfindən müayinə edilməsinə iddiaçı etiraz etmir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9858/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin mövcud vəziyyətdə yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsi (çevirilməsi) vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.

12. Cavabdeh Bakı şəhəri Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin yaşayış sahəsində lahiyə olmadan, müvafiq orqanlardan rəy alınmadan mənzilin içərisində texniki-təhlükəsizlik qaydalarına riayət olunmadan istinad divarlarının bir qismi sökülmüş, texniki vəziyyəti baxımından təhlükəli olan mənzil, həmin ərazidə yaşayanların hüquq və mənafelərinə zidd istifadə edilə bilməz. Yaşayış ərazisində qeyri-yaşayış obyektlərin istifadəsi zamanı orada yaşayan sakinlərin hüquqlarını pozmaqla həyata keçirilməsinə yol verilmir. Belə ki, Rayon İcra Hakimiyyətinin imtinasının və həmin imtinanın arqumentlərinin hüquqi bazaya söykənməsi, onun mövqeyinin qanuni olduğunu göstərir. Bundan əlavə, Rayon İcra Hakimiyyətinin qəbul etdiyi imtina qərarı hüquqi əsaslıdır və qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara uyğundur. Mübahisəli obyektə dair qanunvericiliyin tələblərinə uyğun olaraq bütün sənədlər təqdim edilmədiyindən və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin texniki rəyində obyekt tikinti normalarına uyğun olmadığından Rayon İcra Hakimiyyətinin imtinası əsaslıdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh nəzdində fəaliyyətdə olan mənzil məsələləri üzrə komissiya üzvləri, ümumiyyətlə, mənzildə, yəni həmin sahədə olmamışdır. Belə olan halda, xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktın nə vaxt və harada tərtib edilməsi müəmmalıdır. Eyni zamanda, iş materiallarından göründüyü kimi, tikilinin texniki vəziyyəti X1 aidiyyəti qurumlarının mütəxəssisləri tərəfindən müayinə edilmiş və müvafiq müsbət rəy verilmişdir.

c) Proses iştirakçılarının izahatları

15. Məhkəmədə iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin rədd edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9858/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının qüvvədə saxlanılması məhkəmədən xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabadeh məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kolleqiyası iclası cavabdehin nümayəndəsinin iştirakı olamadan keçirilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

18. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3.Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır.. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2- 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)

23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 17-19-cu bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

24. Belə ki, iddiaçı qanunvericilikdə müəyyən edilmiş qaydada, təqdim edilməsi tələb olunan sənədləri cavabdehə təqdim edərək, ünvan 1 ünvanın qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın verilməsini tələb edir.

25. Cavabdeh orqan isə sözügedən mənzildə texniki müayinə işlərinin tam şəkildə aparılmadığını, müayinə zamanı yükdaşıyan konstruksiyalarda çat, deformasiya və zədələrə rast gəlindiyini, eyni zamanda inşa edilərkən yaşayış evi qismində layihələndirildiyi və tikinti normalarına uyğun olmadığını bildirərək, imtina cavabı vermişdir.

26. Bakı şəhəri, Cavabdeh nəznində fəaliyyətdə olan mənzil məsələləri üzrə komissiayanın tərtib etdiyi xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, qeyd olunan ünvana yerli baxış zamanı yenidən planlaşdırma işlərinin aparılması müəyyən edilmiş və binanın texniki vəziyyətinin Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumlarının mütəxəssisləri tərəfindən müayinə edilməsi tövsiyyə olunur.

27. İş materiallarından göründüyü kimi mübahisəli yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur.

28. İşin apellyasiya baxışı zamanı Cavabdeh tərəfindən verilmiş 05 noyabr 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal 2 ünvanında İddiaçı məxsus 2+ mansard mərtəbəli qeyri-yaşayış binasının müayinə işləri haqqında texniki rəy tərtib edilmiş, texniki rəyin nəticə hissəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 ünvanında İddiaçı məxsus qeyri-yaşayış binası 2005-ci ildə inşa edilmiş, müayinə zamanı yükdaşıyan konstruksiyalarda çat, deformasiya və zədələrə rast gəlinmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh nəzdində fəaliyyətdə olan mənzil məsələləri üzrə komissiya üzvləri tərəfindən akt tərtib edilmiş və aktda qeyd edilmişdir ki, mənzildə aparılmış yenidənqurma işləri, 1-ci mərtəbədə əlavə tikinti və 3-cü mərtəbənin inşa edilməsinə dair müvafiq icazə sənədləri təqdim edilməmiş, yenidənqurma işlərinin özbaşına aparıldığı nəzərə alınaraq tikilinin texniki vəziyyətinin X1 aidiyyəti qurumlarının mütəxəssisləri tərəfindən müayinə edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 küçəsində yerləşən, fiziki şəxs İddiaçı məxsus qeyri-yaşayış obyektinin texniki vəziyyəti haqqında” müayinə protokolunun nəticə hissəsində qeyd edilmişdir ki, qeyr-iyaşayış obyekti tam təmirli və istismarda olduğundan texniki müayinə işləri məhdud şəkildə aparılmışdır. Texniki müayinə işləri tam şəkildə aparılmadığından, müayinə zamanı yükdaşıyan konstruksiyalarda çat, deformasiya və zədələrə rast gəlindiyindən eyni zamanda inşa edilərkən yaşayış evi qismində layihələndirildiyi və tikinti normalarına uyğun olmadığı üçün Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 ünvanında İddiaçı məxsus yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi mümkün deyildir.

29. Bakı şəhəri, Cavabdeh nəznində fəaliyyətdə olan mənzil məsələləri üzrə komissiayanın tərtib etdiyi xx.xx.2025-ci il tarixli aktda olan tövsiyyələrini nəzərə alan iddiaçı Azərbaycan Respublikası FHN Tikintidə X2 Agentliyi ilə xx.xx.2025-ci ildə müqavilə bağlamış və həmin müqaviləyə əsasən qeyd olunan təşkilat tərəfindən İddiaçı məxsus olan obyektin texniki vəziyyəti haqqında müayinə keçirilmiş və müayinənin nəticəsi olaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 ünvanında İddiaçı məxsus qeyriyaşayış binası 2005-ci ildə inşa edilmiş, müayinə zamanı yükdaşıyan konstruksiyalarda çat, deformasiya və zədələrə rast gəlinməmişdir qeyd edilmişdir.

30. Belə olduğu tədqirdə Cavabdeh tərəfindən verilmiş 05 noyabr 2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunan dəlillər əsassızdır.

31. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, analoji iddia tələbi ilə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə zəruri araşdırmanın aparılması məqsədi ilə iddianı qismən təmin edərək, İnzibati Prosessual Məcəllənin 73-cü maddəsinə əsasən qeyd olunan ünvanda yerləşən evin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında qərar verilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Lakin Yasamal RİH aparılan araşdırmanın nəticəsi olaraq iddiaçıya məxsus olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina edilmiş və bu imtinasının əsasını (ictimai təhlükəsizliyə, ekoloji balansın qorunmasına və ətraf mühitə ziyan vurmasını) sübuta yetirilməmiş və iddiaçının müraciətindən imtinası əsaslandırmamışdır.

32. Hesab olunur ki, Azərbaycan Respublikası FHN Tikintidə X2 Agentliyi tərəfindən verilən müsbət rəy iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini mümkün edir.

33. Odur ki, iddiaçı mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair təqdim edilmiş sənədlərin mötəbərliyi və ya qanunsuzluğu cavabdeh tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

35. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

36. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9858/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9858/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar