Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4552/2025 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və X10 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavadehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək nağdsız qaydada aldığı mənzilin ƏDV-nin qaytarılmasının təmin edilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ##.##.2024-cu il tarixdə, ##.##.2024-cü il tarixdə və sonuncu dəfə ##.##.2024-cü il tarixdə müraciət edərək MTKdan müqavilə əsasında aldığı mənzilin ƏDV-nin geri qaytarılması ilə bağlı ərizə ilə müraciət etmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri sənədlər təqdim edilmişdir. Sənədlər təqdim edilərkən xxxxda ödədiyi ödəniş məbləğinin 2021-2024-cü illər üçün olan qəbzləri də təqdim etmişdir. Bunların lazım olmadığını bütün lazım olan sənədlərin təqdim edildiyini və elektron sistemə yerləşdirildiyini Vergi xidmətində qeyd etdilər. İkinci dəfə müraciət edəndə də həmin xxxxda ödədiyi ödənişlərin məbləğinin 2021- 2024-cü illər üçün olan qəbzləri əlavə edilmədiyini bildirdirdilər. Üçüncü dəfə isə bankdan sənəd gətirməyini bildirdilər və iddiaçı da xxxxdan ödəniş tapşırığını təqdim etmişdir. Lakin ##.##.2024-cü il tarixdə müraciətlərinə cavab olaraq ##.##.2024-cü il tarixində ona ƏDV-nin geri qaytarılması ilə bağlı imtina cavabı verilmişdir. İmtinanın səbəbi iddiaçıya aydın olmamışdır. Eyni zamanda elektron qaydada ərizə təqdim edilərkən dəfələrlə vergi xidmətinin əməkdaşlarından bu haqda ƏDV-nin geri qaytaarılması ilə bağlı sənədlər təqdim edilərkən verdiyi suallar əməkdaşlar tərəfindən aydınlıq gətirilməmiş, izah edilməmiş və SMS gələcəyini bildirmişlər. İndiki zamanda sosial və iqtisadi vəziyyəti nəzərə alaraq mənzilə sahib olmaq sadə vətəndaş üçün cox çətin ağrılı bir problemdir. Onun heç vaxt mənzili olmayıb kirayələrdə və yataqxanada yaşamışdır. ƏDV-nin geri qaytarılması bağlı məsələ ilə ilk dəfədir ki, üzləşmişdir. Lakin dəqiq səbəbini hələdə aydınlaşdıra bilmir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, X1 nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı sonuncu dəfə ##.##.2024-cü il tarixində vergi orqanına müraciət etmişdir. İddiaçı tərəfindən elektron ərizəyə ##.##.2021-ci il tarixli müqavilə və ##.##.2024-cü il tarixli sonuncu ödəniş sənədləri əlavə edilmişdir. İddiaçının vergi orqanına təqdim etdiyi ##.##.2021-ci il tarixli X7 (№**) və ödəniş qəbzlərinə əsasən müəyyən etmək olur ki, alıcı X1 tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya nağdsız qaydada hissə-hissə ödənilmiş və sonuncu ödəniş ##.##.2024-cü il tarixdə həyata keçirilmişdir. Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması üçün fərmanla yaradılması nəzərdə tutulmuş elektron portal ##.##.2022-ci il tarixindən istifadəyə verilmiş və portalın istifadəyə verilməsi ilə bağlı məlumat ##.##.2022-ci il tarixində Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmişdir. İddiaçının əldə etdiyi yaşayış sahəsinə görə ödənişin ##.##.2024-cü il tarixində başa çatdırıldığı nəzərə alsaq, onun tərəfindən müraciət qanunvericiliklə müəyyən edilmiş müddət ötürüldükdən sonra, yəni ##.##.2024-cü il tarixindən etibarən hesablanan 90 günlük müddət axımı bitdikdən sonra ##.##.2024-cü il tarixində edilmişdir. Odur ki, müraciət edilməsi üçün qanunla nəzərdə tutulmuş 90 günlük müddət bitdikdən sonra şəxsin müraciət etməsi ƏDV-nin müvafiq hissəsinin geri qaytarılmasından imtina üçün əsas olmuşdur. ##.##.2020-ci il tarixindən qüvvəyə minən Vergi Məcəlləsinin 165.6cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDVnin 30 faizini təşkil edir. X1 tərəfindən vergi orqanına birinci dəfə ##.##.2024-cü il tarixində müraciət edilmiş, müvafiq müraciət ##.##.2024-cü il tarixli məktubla cavablandırılmış və müraciətə yaşayış sahəsinin dəyərinin nağdsız qaydada tam dəyərinin (ƏDV-siz) satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilməsi qaydasına (Qaydaların 5.1.2-ci bəndi) riayət olunmadığı, ƏDV-nin depozit hesabına ödənilməsinə dair sənədin təqdim edilməsi bildirilmişdir. ##.##.2024-cü il tarixində X1 tərəfindən təkrar müraciət edilmiş, lakin müvafiq yanlışlıqlar aradan qaldırılmamışdır. Yekun olaraq, ##.##.2020-ci il tarixindən ##.##.2022- ci il tarixinədək yaşayış sahəsi əldə etmiş alıcılar üçün 90 günlük müddət nəzərdə tutulduğu halda, ##.##.2021- ci il tarixində əldə edilmiş yaşayış sahəsi üçün həmin müddətin tətbiq olunmaması qənaətinə gəlinməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanının müddəalarına tamamilə ziddir. Əlavə olaraq qeyd etmək lazımdır ki, Fərmanda ƏDV-nin bir hissəsinin geri qaytarılması üçün yaradılması nəzərdə tutulan elektron portalın istifadəyə verilmə müddəti nəzərdə tutulmamışdır. Elektron portalın yaradılması ##.##.2022-ci il tarixində başa çatdığından və onun istifadəyə verilməsi barədə məlumat rəsmi qaydada ##.##.2022-ci il tarixində ictimaiyyətə çatdırıldığından 90 günlük müddət axımı ##.##.2022-ci il tarixindən etibarən başlanır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə yaşayış sahəsinə görə sonuncu ödənişin ##.##.2024-cü il tarixində başa çatmış və qanunvericiliklə müəyyən edilmiş müddətdə ##.##.2024-cü il tarixində müraciət edərək zəruri bütün sənədləri təqdim etmiş, Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində Vergi Xidmətinin əməkdaşları tərəfindən portala yerləşdirilmişdir. X2 Xidmətində qəbul edilərkən xxxxda ödədiyi ödəniş məbləğinin 2021-2024-cü illər üçün qəbzləri də təqdim edilmişdir. Bununla MTK-ya heç bir borcunun olmadığını ##.##.2021-ci il tarixli X7 (№ **) və ödəniş qəbzlərinə əsasən müəyyən etmək olur ki, onun tərəfindən yaşayış sahəsinin məbləği MTK-ya nağdsız qaydada hissə-hissə tam ödənilmişdir və heç bir borcu yoxdur. Bütün zəruri sənədlər təqdim edilmiş və sənədlərin seçilməsi və rəsmi portala yerləşdirilməsi Dövlət Vergi Xidməti əməkdaşları tərəfindən aparılmışdır. Ödəniş qəbzlərinin və MTK tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ** saylı müqaviləyə əsasən kooperativə borcunun olmadığı və tərəfindən ƏDV daxil tam vəsaitin ödənildiyi, arayışın və qəbzlərin lazım olmadığı xidmət əməkdaşları tərəfindən bildirilmişdir. Onun təkidi nəticəsində arayış portala daxil edilmişdir. Dövlət Vergi Xidmətinin müvafiq portalına yerləşdirilməsi ##.##.2024-cü il tarixində vergi xidmətinin əməkdaşları tərəfindən aparılmışdır. Lakin ƏDV-nin müəyyən olunmuş bir hissəsinin geri qaytarılması imtina edilmişdir. İmtinaya səbəbin isə portala yerləşdirilərkən ödəniş qəbzlərinin olmadığını Vergi Xidmətində ona bildirmişlər. Baxmayaraq ki, ödəniş qəbzləri tərəfindən aidiyyəti üzrə təqdim edilmiş, vergi xidmətinin əməkdaşları isə qəbzlərin lazım olmadığını bildirərək portala yerləşdirməmişlər. ##.##.2024-cü il tarixində yenidən vergi xidmətinə müraciət edərkən ona bildirmişlər ki, 2021-2024-cü illər üçün olan ödəniş qəbzləri portala yerləşdirilməyib. ##.##.2024-cü il tarixində yenidən bütün zəruri sənədlər xidmətə təqdim edilmiş və ödəniş qəbzləri də daxil olmaqla xidmətin portalına aidiyyəti əməkdaşlar tərəfindən yerləşdirilmişdir. Baxmayaraq ki, həmin qəbzlər qoşma kimi əvvəlki sənədə birləşdirilməli idi. Lakin əməkdaşlar qəbzləri yeni təqdim edilmiş sənəd kimi portala yerləşdirmişlər. Bu isə qanuna ziddir. Eyni zamanda elektron qaydada ərizə təqdim edilərkən dəfələrlə vergi xidmətinin əməkdaşlarına bütün zəruri sənədlərin qəbul etdiklərini soruşmuşdur. Verdiyi bir çox suallara vergi xidmətinin əməkdaşları tərəfindən natamam aydınlıq gətirilmiş, izah edilməmiş və sadəcə olaraq ona nömrəmsinə sms gələcəyini bildirmişlər. İkinci dəfə qəbzləri təqdim edərkən xidmətin əməkdaşları ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması ilə bağlı elektron portala sənədləri yerləşdirərkən əllərində mobil telefonla kimlərəsə zəng edərək hansı sənədlərin lazım olduğunu soruşur, tez-tez kompüter arxasından duraraq sənədlərlə başqa əməkdaşların yanına gedərək sənədlərin qəbulu və portala necə yerləşdirilməsi haqqında həmkarlarına müraciət edirdi. Sənədlərin qəbulu və portala yerləşdirilməsi zamanı onda əminlik yaranmışdır ki, bir çox əməkdaşlar lazımi tələb olunan zəruri sənədlərin dəqiq siyahısını bilmir və ya səthi məlumatlıdırlar. Eyni zamanda vəzifə funksiyalarının öhdəsindən gələ bilməyərək vətəndaşları get-gələ salırlar. Bu isə vaxt baxımından vətəndaşın uzun müddət sənədlərin qəbulu zamanı xidmət əməkdaşları tərəfindən düzgün yönləndirilməməsinə və süründürməçiliyə gətirib çıxarır, eyni müraciət hər dəfə yeni sənəd kimi portala yerləşdirilir. Yaşayış sahəsinə görə ödənişin ##.##.2024-cü il tarixində başa çatdığını nəzərə alaraq onun tərəfimdən edilmiş müraciət qanunvericiliklə müəyyən edilmiş müddətdə, yəni ##.##.2024-cü il tarixində də 90 günlük müddət axını bitməmişdir. Üzləşdiyi hal ilə bağlı araşdırma zamanı məlum olmuşdur ki, vergi xidmətinin əməkdaşları sənədlərin qəbulu zamanı baş vermiş halın xidməti vəzifələrinin düzgün icra edilməməsidir. Baş vermiş halın (hərəkət və ya hərəkətsizlik) nəticəsində süründürməçiliyə məruz qalaraq 1-ci və 2-ci dəfə zəruri sənədlərin təqdim edilməsinə baxmayaraq vergi xidmətinin əməkdaşları tərəfindən portala onların səhlənkarlığı nəticəsində tam yerləşdirilməmiş və sonda imtinaya səbəb olmuşdur. Elektron portala sənədlərin tamlığının dəqiqləşdirərək yerləşdirilməsi vergi xidmətinin əməkdaşları icra edir və məsuliyyət daşıyırlar. Müvafiq sənədlər portala yerləşdirilən zaman xidmət əməkdaşları qeyd edilən hallara yol verərək səhvlər etmişlər və proseduru natamam icra etmişlər (tələb olunan sənədlərin tam dəqiqliyinə diqqət yetirilməmişdir). Bu hal əməkdaşların vəzifə öhdəliklərini düzgün yerinə yetirməməsi nəticəsində qanunvericiliklə təyin edilmiş 90 gün müddətinin bitməsinə və vaxtın onun zərərinə işləməsi ilə nəticələnərək get-gələ səbəb olaraq davam etmişdir. Yenidən vergi xidmətində 3-cü dəfə bankdan əlavə sənəd gətirilməsini və həmin sənədin lazırn olduğunu bildirmişlər. O da ödəniş tapşırığı haqqında sənədi xidmət əməkdaşlarına təqdim edərkən onlar tərəfindən həmin sənədin əvvəlki müraciətinə əlavə ediləcəyini bildirmişlər. Lakin vergi xidmətinin əməkdaşları tərəfindən 3-cü dəfə yenidən sənədləri xidmətin elektron portalına əvvəlki sənədlərə əlavə edilmiş qoşma sənəd kimi deyil, yeni edilmiş müraciət kimi qəbul edilmiş və yeni sənəd kimi yerləşdirilmişdir. Əlavə ediləcək qoşma sənədinin hər dəfə yeni edilmiş müraciət kimi yerləşdirilməsi qanunvericiliyin tələblərinə ziddir. Buradan belə bir fikrə gəlmək olur ki, vergi xidmətinin əməkdaşları hər dəfə eyni sənədləri yeni müraciət edilmiş sənədlər kimi portala yerləşdirərək ƏDV-nin müəyyən edilmiş hissəsinin qaytarılması ilə bağlı süni maneələr yaradaraq ƏDV-nin qaytarılmasını əngəlləyirlər ki, qanunvericiliklə müəyyən olunmuş vaxt bitsin. Bu hal qanunvericilikdə vətəndaşın hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Vergi xidmətinin əməkdaşları sənədləri qəbul edərkən vətəndaş tərəfindən verilən sualların cavabları lazımınca izah edilmir və aydınlıq gətirilmir, dolayısı yol ilə yayınaraq sualları cavabsız qoymuşlar. Hər dəfə də mobil nömrəyə sms gələcəyini bildirmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı inzibati orqanın üzərinə əldə etdiyi mənzilə görə ona qaytarılacaq olan ƏDV-nin qaytarılmasının təmin edilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulmasını tələb edir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmayaraq onun hüquqi marağının mənzilə görə qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı olduğunu müəyyən edir. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 153.1-ci maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. - 154.1-ci maddəsinə əsasən ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. - 159.1-ci maddəsinə əsasən Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. - 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDVnin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın: - 1.1-ci bəndinə əsasən Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda göstərilmişdir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. - 1.2-ci bəndinə əsasən bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. - 1.3-cü bəndinə əsasən ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. - 1.4-cü bəndinə əsasən bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. - 2.0.2-ci bəndinə əsasən alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçıdır. - 2.0.3-cü bəndinə əsasən satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdir. - 2.0.4-cü bəndinə əsasən operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir. (bundan sonra – Dövlət Vergi Xidməti). - 2.0.6-cı bəndinə əsasən Müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklardır - 2.0.7-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir. - 2.0.8-ci bəndinə əsasən portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi. - 3.1-ci bəndinə əsasən operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir:
1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi; ... - 4.1-ci bəndinə əsasən satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. Elektron qaimə-fakturada aşağıdakı məlumatlar göstərilir: elektron qaiməfakturanın seriyası, nömrəsi və tarixi; satıcının tam adı, VÖEN-i və təsərrüfat subyektinin (obyektinin) ünvanı; alıcının soyadı, adı və atasının adı; alıcının şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verildiyi yer; alıcının vətəndaşı olduğu ölkənin adı (vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı ölkənin adı); obyektin tikintisinə icazə sənədinin rekvizitləri; tikinti obyektinin istismarına icazə sənədinin (olduğu halda) rekvizitləri; yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi barədə sənədin rekvizitləri; binanın təqdim edilmiş tərkib hissəsinin növü (yaşayış və qeyri-yaşayış sahəsi); tərkib hissəsi təqdim edilmiş binanın ünvanı; yaşayış və qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbə və mənzilin nömrəsi; binanın təqdim edilmiş tərkib hissəsinin yaşayış və qeyri-yaşayış sahələri olmasını göstərməklə, hər birinin sahəsi (kvadratmetrlə); təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin 1 (bir) kvadratmetrinin satış qiyməti, ƏDV-siz (manatla); binanın təqdim edilmiş tərkib hissəsinin dəyəri, ƏDV-siz (manatla); vergi tutulan əməliyyatlardan hesablanmış ƏDV (manatla); cəmi məbləğ (manatla); yekun; qaytarılacaq ƏDV-nin məbləği (manatla); satıcının səlahiyyətli şəxsinin imzası, adı, soyadı və vəzifəsi; alıcının imzası, adı və soyadı; satıcının bank hesabının nömrəsi. - 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDVnin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:
1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;
2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;
3. ödənişin təyinatı. - 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. - 5.4-cü bəndinə əsasən alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. - 5.5-ci bəndinə əsasən elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. - 5.6-cı bəndinə əsasən operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. - 5.7-ci bəndinə əsasən müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. - 5.8-ci bəndinə əsasən qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. - 6. Keçid müddəası - 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ######ın #-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. - 6.2-ci bəndinə əsasən bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.
Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
İşin faktiki hallarından görünür ki, iddiaçı “Neftçi” Mənzil-Tikinti Kooperativindən nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı sonuncu dəfə ##.##.2024-cü il tarixində cavabdehə elektron ərizə ilə müraciət etmiş, ərizəyə ##.##.2021-ci il tarixli müqavilə və ##.##.2024cü il tarixli sonuncu ödəniş sənədi əlavə etmişdir. İddiaçı əldə etdiyi yaşayış sahəsinə görə ödənişin ##.##.2024-cü il tarixində başa çatmasına baxmayaraq, cavabdehə ##.##.2024-cü ildə müraciət etməklə qanunla nəzərdə tutulmuş 90 günlük müddəti buraxmışdır. Cavabdeh müraciət üçün qanunla nəzərdə tutulmuş 90 günlük müddət bitdikdən sonra müraciət etməsi ƏDV-nin müvafiq hissəsinin qaytarılmasından imtina üçün əsas olduğu üçün, iddiaçının müraciətini təmin etməmişdir. İddiaçı tərəfindən Mənzil Tikinti Kooperativinə, aralarında bağlanmış pay qoyuluşu haqqında müqaviləyə əsasən hissə-hissə ödənişlər həyata keçirilmiş və sonuncu ödəniş ## #### 2024-cü ildə olunmuşdur. İşin mübahisəsiz halıdır ki, mənzilin dəyəri olan 108519.18 manat (SOCAR tərəfindən 23874.22 manat, Payçı tərəfindən 84644.96 manat) iddiaçı və SOCAR tərəfindən tam şəkildə ödənilmişdir. İddiaçı həmin ödənişlə bağlı ƏDV-nin geri qaytarılması üçün cavabdehə müraciət etsə də, cavabdeh iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə araşdırmaları zamanı cavabdehin gətirdiyi dəlillər iddiaçının etdiyi ödənişlərin Qaydalara uyğun olaraq həyata keçirilməməsi, ƏDV-nin geri qaytarılması üçün qanunla nəzərdə tutulmuş 90 günlük müddətin ötürülməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətini dəlillərini əsassız, cavabdehin imtinasını, etirazını əsaslı hesab edərək aşağıdakı iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirir: - “Neftçi” mənzil-tikinti kooperativinə pay qoyuluşu haqqında ** nömrəli ## ###### 2021-ci il tarixli müqavilədən görünür ki, bir tərəfdən bundan sonra Kooperativ adlandırılacaq “Neftçi” mənzil-tikinti kooperativi, kooperativin icraçı direktoru X4 şəxsində, digər tərəfdən bundan sonra “Payçı” adlandırılacaq X1 olmaqla aşağıdakı şərtlər daxilində bağlanıldı:1.3. Bu müqaviləyə görə “payçı” mənzilin ümumi dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə pay haqqı kimi Kooperativə ödəyir. Kooperativ pay haqqı müqabilində “Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindən Bayıl massivinə çəkilmiş avtomobil yolunun kənarında yaşayış binaları obyekti” ünvanında tikintisini həyata keçirdiyi, 1-girişli, 17 mərtəbəli, * nömrəli yaşayış binasının, 1-ci giriş, 5ci mərtəbəsində tikintinin oxları arası perimetri üzrə sahəsi 124.5 kv.m, ümumi sahəsi 111.3 kv.m, yaşayış sahəsi 61.3 kv.m təşkil edən 3 otaqlı, ** nömrəli mənzili təmir olunmuş vəziyyətdə “Payçı”ya verməyi öhdəsinə götürür. - “Neftçi” Mənzil-Tikinti Kooperativinin ** nömrəli, ## #### 2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, X1, onun ## ###### 2021-ci il tarixli, Neftçi Mənzil Tikinti Kooperativinə Pay qoyuluşu haqqında ** saylı müqaviləyə əsasən Kooperativə borcu yoxdur. Həmin müqaviləyə əsasən Neftçi MTK-nin Bank hesablarına 108519.18 manat (SOCAR tərəfindən 23874.22 manat, Payçı tərəfindən 84644.96 manat) ƏDV daxil vəsait ödənilmişdir. - İddiaçı tərəfindən məhkəməyə “xxxx” ASC-yə ödənilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı təqdim edilmişdir. Ödəniş tapşırığında ödəniş təyinatı Bibiheybət qəs., bina 5, mən. 22 üzrə X1 tərəfindən ödənilmiş 84644.96 manat məbləğin ƏDV-si 12911.94 manat kimi qeyd edilmişdir. - Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **************** nömrəli ## ###### 2024-cü il tarixli Qərarına əsasən X1 ##.##.2024-cü il tarixli ərizə üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Vergi Məcəlləsinin 2020-ci il ######ın #dən qüvvəyə minmiş 165.6-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDVnin 30 faizini təşkil edir. Göründüyü kimi, istinad edilən norma fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Bundan sonra, həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən, bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV, yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. Həmin Qaydanın 5.1.1 və 5.1.2-ci bəndlərinə əsasən isə Alıcı yaşayış və qeyriyaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini, eyni zamanda müvafiq sənədləri, o cümlədən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədini portala göndərir. Bununla yanaşı, Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ## ###### tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il ## ### tarixədək olan dövr ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qəbul edilməsinin yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir. Məhkəmə kollegiyası ilkin olaraq diqqətə çatdırır ki, ƏDV-nin geri qaytarılması üçün fiziki şəxslər alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə uyğun şəkildə ödənişləri həyata keçirməlidirlər. Yəni yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının “Neftçi” Mənzil-Tikinti Kooperativinin) bank hesabına, ƏDV məbləğini isə satıcının “Neftçi” Mənzil-Tikinti Kooperativinin) ƏDV depozit hesabına ödəməlidirlər. Həmçinin hazırkı inzibati işin faktiki hallarından və apellyasiya baxışı zamanı təqdim olunmuş inzibati icraat materiallarından müəyyən olunur ki, iddiaçı X1 tərəfindən yanlışlıqlara yol verilmiş, tələb olunan sənədlər təqdim edilməmiş, bir neçə dəfə cavabdehə müraciət edildikdən sonra, lakin 90 günlük müddət buraxılmaqla, müvafiq sənədlərlə birgə inzibati orqana müraciət edilmişdir. Belə ki, apellyasiya baxışı zamanı təqdim olunmuş inzibati icraat materiallarından görünür ki: - Milli Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması barədə müraciətin baxılmamış saxlanılması haqqında” **************** nömrəli ## #### 2024-cü il tarixli Qərarına əsasən iddiaçının ##.##.2024-cü il tarixli ƏDV-nin geri qaytarılması ilə bağlı müraciəti baxılmamış saxlanılmışdır. - Milli Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması barədə müraciətin baxılmamış saxlanılması haqqında” 241602********** nömrəli ## ###### 2024-cü il tarixli Qərarına əsasən ##.##.2024-cü il tarixli ƏDV-nin geri qaytarılması ilə bağlı təkrar müraciəti baxılmamış saxlanılmışdır. - Milli Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **************** nömrəli ## ###### 2024-cü il tarixli Qərarına əsasən X1 ##.##.2024-cü il tarixli ərizə üzrə ƏDVnin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddiaçı yaşayış sahəsinə dair müqaviləni ## ###### 2021-ci il tarixdə bağlamış, ödənişlər isə müxtəlif vaxtlarda hissəhissə ## #### 2024-cü il tarixədək davam etmişdir. Bu zaman oxşar işlər üzrə kassasiya instansiya məhkəməsinin qərarlarında qeyd edildiyi kimi iddiaçı tərəfindən Qaydanın qüvvəyə mindiyi tarixədək aparılan ödənişlərə münasibətdə ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmadığı halda, Qaydanın qüvvəyə mindiyi tarixdən sonra aparılan ödənişlərə münasibətdə Qaydanın 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə riayət edilməsi tələb olunur. Hazırkı iş üzrə də apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən iddiaçının məhz Qaydanın qüvvəyə mindiyi vaxtdan sonra ödədiyi ödənişləri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəyib-ödəməməsi araşdırılmışdır. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarlarında hüquqi mövqe ondan ibarət olmuşdur ki, Bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşübdüşmədiyi ilə bağlı məsələdir. Keçid normalarının təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi ## ### 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il ######ın #-dən 2022-ci il ###ın ##dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Bundan fərqli olaraq, yaşayış və qeyri-yaşayış sahələrini Qaydanın qüvvəyə mindiyi ## ### 2022-ci il tarixdən sonra müqavilə bağlamaqla əldə etmiş şəxslərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Yəni, həmin şəxslər alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədikləri halda, onların ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüquqları yaranır. Əlavə olaraq, Qaydanın qüvvəyə mindiyi ## ### 2022-ci il tarixədək yaşayış və qeyri-yaşayış sahələri əldə etmiş, lakin ödənişləri həm Qaydaların qəbul olunmasından əvvəl, həm də sonra həyata keçirən şəxslərə münasibətdə isə qeyd edilməlidir ki, həmin şəxslərdən Qaydanın qüvvəyə mindiyi tarixədək aparılan ödənişlərə münasibətdə ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmamalı, Qaydanın qüvvəyə mindiyi tarixdən sonra aparılan ödənişlərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə riayət edildiyi halda, başqa sözlə, alıcı qalan ödənişi (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödədiyi halda, onun ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüququ tanınmalıdır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Qaydanın qüvvəyə mindiyi ## ### 2022-ci il tarixdən sonra alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər. Hazırki mübahisə üzrə son ödəniş ##.##.2024-cü il tarixdə yəni portalın istifadəyə verildiyi vaxtdan (portalın istifadəyə verilməsi barədə mətbuatda rəsmi açıqlama ##.##.2022-ci il tarixdən https://www.taxes.gov.az/az/post/2200 saytında yerləşdirilmişdir) sonra aparıldığı lakin mövcud Qaydalara əsasən ödənişlərin edilmədiyi müəyyən edilmişdir. Bununla yanaşı isə ən əsası iddiaçı Qaydalarda tələb olunan 90 günlük müddət kriteriyasına da əməl etməmişdir. Məhkəmə araşdırmaları zamanı daha əvvəllər inzibati orqana müraciətlər etdiyi lakin hər dəfəsində ərizəsinə baxılmadığı ilə bağlı iddiaçının dəlillərinə cavab olaraq məhkəmə kollegiyası bir daha diqqətə çatdırır ki, iş materiallarına əlavə olunan inzibati icraat materiallarından da aydın görünür ki, inzibati orqan tərəfindən iddiaçının müraciətlərinə tələb olunan sənədlər əlavə edilmədiyindən ərizənin baxılmamış saxlanılması qanuni olmuş və hər dəfəsində iddiaçıya lazimi sənədlərin təqdim edilməsi təklifi verilmişdir. Belə olan halda nə qədər ki, müraciətə Qaydalarda sadalanan sənədlər əlavə edilməmişdir, inzibati orqanın prosedur hərəkətləri qanuni olmuş, artıq sonradan sənədlərin əlavə edilməsi ilə müraciət tarixi isə müddət ötürülməklə tələb olunan 90 günlük müddətdən sonraya təsadüf etmişdir. Belə olan halda, hazırkı iş üzrə iddiaçı tərəfindən Qayda qüvvəyə mindiyi və hətta portal işlək vəziyyətdə olduğu vaxtdan sonra (##.##.2022-ci ildən sonra) aparılan ödənişlər Qaydalara uyğun olmadığından, eyni zamanda müddət ötürülməklə müraciət edildiyindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli