Məhkəmə qərarları › İş №2-1(103)-4556/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4556/2025

04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4556/2025 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşı tamam olunduğu gündən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2-1(112)-2808/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşı tamam olunduğu gündən pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 2- 1(112)-2808/2025 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2003-cü il tarixdən halhazıradək Heydər Əliyev adına X10 (əvvəlki adı: “Azərneftyanacaq” X16 və Heydər Əliyev adına Bakı X16) çalışır. xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Zavodun 13 saylı sexinin quraşdırma və texnoloji aparatların təmiri sahəsində texnoloji qurğuların təmiri üzrə çilingər, xx.xx.2004-cü il tarixindən xx.xx.2009-cu il tarixinədək 13 saylı sexin texnoloji qurğuların təmiri və quraşdırılması sahəsinin 2-ci təmir sahəsində texnoloji qurğuların təmiri üzrə çilingər, xx.xx.2009-cu il tarixindən xx.xx.2009-cu il tarixinədək 13 saylı sexin kokstəmizləyənlər briqadasında kokstəmizləyən, xx.xx.2009-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək 13 saylı sexin təmizləyicilər briqadasında təmizləyici, xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək 13 saylı sahənin təmizləyicilər briqadasıda təmizləyici, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək 13 saylı sahənin texnoloji qurğularda çənlərin təmizlənməsi və antikorroziya üzrə xidmət sahəsində təmizləyici peşələrində çalışmışdır. xx.xx.2023-cü il tarixindən hal-hazıradək Zavodun 18 saylı sahəsində təmizləyici peşəsində çalışır. xx.xx.2024-cü il tarixli müraciətlə güzəştli şərtlərlə pensiya təminatı ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, həmin orqanın xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə- 145023/2024 saylı məktubu ilə iddiaçıya pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçının işlədiyi peşənin xüsusiyyətini əmək fəaliyyətini həyata keçirdiyi müəssisə daha dəqiq bildiyindən, arayışın dəqiqləşdirilmiş formada yenidən verilməsi üçün Heydər Əliyev adına X14 yenidən müraciət etmiş, zavod tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 14-2- 7/2-389/2024 saylı yeni arayışda “Heydər Əliyev adına X10 mövcud ştat cədvəlində olan kokstəmizləyən və təmizləyici peşələri (zavodun neft və neft məhsulları, reagentlər və digər məhsullar saxlanılan çənlərin və digər tutumların daxilində təmizləmə işlərini yerinə yetirənlər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarının 10.3. (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi ilə təsdiq olunmuş kokstəmizləyənlər və təmizləyicilər peşələri ilə eynilik təşkil edir” qeyd edilmişdir. Həmin arayışı əlavə edərək xx.xx.2024-cü il tarixli müraciətlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yenidən müraciət etmişdir.Mərkəzi Filial tərəfindən ona göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə- 200121/2024 saylı məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) kükürdlü neftlərin çəkilməsi, krekinqçiləşdirilməsi və onlardan neft məhsulları alınması, katalik riforminqin, şist və kömür qatranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılması; tərkibində kükürdlü hidrogen və oksidləşmiş karbon olan qazların komprimirləşdirilməsi və fraksiyalara ayrılması; sulfat turşusunun alkilirləşdirilməsi, benzinin etilləşdirilməsi; neft məhsulları və süni maye yanacağın turşulu, selektiv hidrotəmizlənməsi və parafinsizləşdirilməsi; suların fenolsuzlaşdırılması, parafinin, serezinin, merkaptanların, katalizatorların, neft məhsulları aşqarlarının, koksun, neft xammalından alınan sintetik məhsulların; bərk yanacağın yarımkokslaşdırılması; qazların kükürdlü birləşmələrdən, karbon oksidləşməsindən təmizlənməsi, bərk yanacağın və kükürdlü neft məhsullarının hidridləşdirilməsi, karbohidrogenlərin sintezi; hidridləşdirilmiş məhsulların emalı, bərk yanacağın kokslaşdırılması və qazlaşdırılması; qələvi tullantılarının yağsızlaşdırılması və turşusuzlaşdırılması; tərkibində kükürdlü hidrogen olan neftin və qaz kondensatının elektriklə duzsuzlaşdırılması və susuzlaşdırılması, sabitləşdirilməsi, hidrotəmizlənməsi, adi (qaz) kükürdün alınması istehsallarında məşğul olan yuxarıda sadalanan fəhlələr (10.3) nəzərdə tutulmuşdur. Mərkəzi Filialın əməkdaşları imtinanı əsaslandırmaq məqsədilə, 10.3-cü bölmədə qeyd edilən “kokstəmizləyənlər” və “təmizləyicilər” peşələrinin mövcudluğunu danmağa çalışsalar da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.3-cü bölməsində çalışdığı peşələrin hər ikisinin adı mövcuddur. Bu səbəbdən həmin peşələrdə çalışdığı dövr üçün güzəştli iş stajının olmaması barədə cavabdeh tərəfindən verilən imtina məktubu tamamilə əsassızdır. Belə ki, Heydər Əliyev adına X16 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 14- 2-7/2-389/2024 saylı “zərərli iş şəraiti haqqında arayış”da iddiaçının çalışdığı peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarının 10.3-cü bölməsinə əsasən zərərli hesab edildiyi qeyd edilmişdir. İddiaçı göstərilənlərə əsasən cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin müraciət Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə-200121/2024 saylı məktubla cavablandırılmış və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, beləliklə də xx.xx.2024-cü il tarixdə 60 yaşı tamam olmuşdur. İddiaçı təqdim edilmiş imtinanın hüquqi əsasını “Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsi təşkil etmişdir. Həmin maddənin xx.xx.2024-cü il tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır". İstinad olunan normaların müddəaları baxımından İddiaçı xx.xx.2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu: İddiaçının 60 yaşı tamam olmalıdır (yaş tələbi); iddiaçı iş stajının ən azı 12 il 6 ayını müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli iş stajı tələbi); İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu şərt təmin olunmadığı halda isə iddiaçı ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (pensiya kapitalı və ya ümumi iş stajı tələbi). İnzibati icraat materiallarından aydın olur ki, İddiaçı tələb edilən yaş həddinə çatsa da, güzəştli iş stajı ilə bağlı dispozisiya şərtləri ona münasibətdə mövcud olmamışdır. İddiaçının işlədiyi dövrlərin güzəştli iş stajı hesab edilməsi üçün bir sıra hallar nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 saylı Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Həmin Qaydaya 2 saylı Əlavədə isə şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair işəgötürənin arayışının forması göstərilmişdir. Buna əsasən, işəgötürənin arayışında aşağıdakı məlumatlar geyd olunmalıdır: Arayışı verən dövlət orqanının (qurumun), işlədiyi müəssisənin adı; Arayışın təqdim olunduğu şəxsin adı, soyadı və atasının adı; Şəxsin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) işlədiyi dövrlər və həmin vəzifənin adı; Şəxsin 3-cü bənddə qeyd edilmiş vəzifəyə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrələri, işə başladığı və işdən çıxdığı tarixlər; Şəxsin işlədiyi həmin vəzifə üzrə sosial sığorta (əmək) stajı (il, ay. günlə göstərilməklə); Şəxsin işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri; Şəxsin işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin hansı Qərarı ilə təsdiq edilmiş Siyahının hansı bəndinə (yarımbəndinə) və (və ya) hansı vəzifə koduna uyğun olması. İnzibati icraat materiallarından da məlum olur ki, iddiaçı E.X6 müraciət edərkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X9 iş stajı ilə bağlı güzəştli arayış təqdim etmişdir. Həmin arayışa əsasən iddiaçının bu müəssisədə 3 vəzifədə - texnoloji qurğuların təmiri üzrə çilingər, kokstəmizləyən və təmizləyici vəzifələrində işlədiyi qeyd olunmuşdur. Belə ki, İddiaçı: xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək texnoloji qurğuların təmiri üzrə çilingər; xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək kokstəmizləyən; xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən bugünədək təmizləyici vəzifələrində işləmişdir. Həmin arayışda qeyd edilən dövrlərdən iddiaçının yalnız xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2009cu il tarixədək texnoloji qurğuların təmiri üzrə çilingər peşəsində işlədiyi dövr cavabdeh inzibati orqan tərəfindən güzəştli iş stajına daxil edilmişdir. Beləliklə, iddiaçının güzəştli iş stajı 5 il 10 ay təşkil edir, bu da qanunla tələb edilən 12 il 6 aydan azdır. Mərkəzi Filial tərəfindən mübahisələndirilən dövrlər İddiaçı kokstəmizləyən və təmizləyici işlədiyi illərlə bağlıdır. Belə ki, güzəştli arayışa görə sözügedən dövrlərdəki iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş ‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” adlı 10-cu fəslinin “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” adlı 10.3-cü bölməsindəki kokstəmizləyənlər və təmizləyicilər vəzif əl ə ri nə uyğun olduğu qeyd edilmişdir. Bildirilir ki, əslində Siyahının 10.3-cü bölməsi “Kükürdlü neftlərin çəkilməsi, krekinqçiləşdirilməsi və onlardan neft məhsulları alınması; katalik riforminqin. şist və kömür qatranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılması' adlanır və müəssisənin istinad etdiyi bölmə ilə eynilik təşkil etmir. Belə ki, iddiaçının işlədiyi mübahisələndirilən vəzifələrin (kokstəmizləyən və təmizləyici) nəzərdə tutulduğu sahə müəssisənin fəaliyyət sahəsinə aid olmadığına görə müəssisə arayışda faktiki olaraq Siyahının “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı adlı 10.5-ci bölməsinin adını həmin Siyahının 10.3-cü bölməsindəki vəzifələrlə uyğunlaşdırmağa çalışmış, bu səbəbdən güzəştli arayışda istinad edilən bölmənin adını və kodunu səhv qeyd etmişdir. Başqa sözlə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X16 arayışda da qeyd etdiyi kimi neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsi (10.5-ci bölmə) üzrə fəaliyyət göstərir. Həmin sahə üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin Siyahısında (10.5.1-10.5.4-cü bəndlər) isə kokstəmizləyən və təmizləyici vəzifələri nəzərdə tutulmamışdır. Deməli, həmin müəssisədə kokstəmizləyən və təmizləyici vəzifələrində işləyən şəxslərin güzəştli stajı mövcud deyil. Əlavə məlumat üçün, kokstəmizləyən və təmizləyici vəzifələrində işləyənlər yalnız aşağıdakı sahələr üzrə fəaliyyət göstərən müəssisələrdə çalışdıqları halda güzəştli staja malik ola bilərlər: Kükürdlü neftlərin çəkilməsi, krekinqçiləşdirilməsi və onlardan neft məhsulları alınması; katalik riforminqin, şist və kömür qatranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılması; Tərkibində kükürdlü hidrogen və oksidləşmiş karbon olan qazların komprimirləşdirilməsi və fraksiyalara ayrılması; sulfat turşusunun alkilirləşdirilməsi. benzinin etilləşdirilməsi; neft məhsulları və süni maye yanacağın turşulu, selektiv hidrotəmizlənməsi və parafinsizləşdirilməsi; Suların fenolsuzlaşdırılması, parafinin, serezinin, merkaptanların, katalizatorların, neft məhsulları aşqarlarının, koksun, neft xammalından alınan sintetik məhsulların; bərk yanacağın yarımkokslaşdırılması; qazların kükürdlü birləşmələrdən. karbon oksidləşməsindən təmizlənməsi, bərk yanacağın və kükürdlü neft məhsullarının hidridləşdirilməsi; karbohidrogenlərin sintezi; hidridləşdirilmiş məhsulların emalı, bərk yanacağın kokslaşdırılması və qazlaşdırılması; Qələvi tullantılarının yağsızlaşdırılması və turşusuzlaşdırılması; tərkibində kükürdlü hidrogen olan neftin və qaz kondensatının elektriklə duzsuzlaşdırılması və susuzlaşdırılması, sabitləşdirilməsi, hidrotəmizlənməsi, adi (qaz) kükürdün alınması istehsalları. Məhkəmə hər bir halda iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Görülən işlər, əmək şəraitinin xüsusilə zərərli və ağır olması ilə bağlı heç bir şübhə doğurmamalıdır. Əks halda sadəcə vəzifənin adına əsaslanmaqla hər hansı iş dövrünün güzəştli staja daxil edilməsi müvafiq hüquq normasının qəbul edilmə məqsədinin nəzərə alınmaması ilə nəticələnə bilər. Qeyd edilən hal həm də bərabərsizliyə səbəb ola bilər. Bakı İnzibati Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2-1(112)-2808/2025 saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbi təmin edilərək, İddiaçı 60 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Birinci instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə əlavədə isə cavabdeh göstərmişdir ki, “ ... Azərbaycanda kükürdlü neftlərin çəkilməsi həyata keçirilmir. Məlumat üçün bildiririk ki, bütün neftlərin tərkibində kükürd mövcuddur, fərq yalnız kükürdün miqdarında özünü göstərir. Bu səbəbdən kükürdün miqdarına görə neftlər üç qrupa bölünür: 1. Az kükürdlü neft. Bu növ neftdə kükürdün miqdarı < 0,5% həcmindədir. Belə neft keyfiyyətli hesab olunur, emalı asandır və ekoloji baxımdan daha əlverişlidir. Təcrübədə “sweet crude” kimi də adlandırılır.

2. Kükürdlü neft. Bu növ neftdə kükürdün miqdarı 0,5 - 2,0% həcmindədir. Belə neftin emalı daha mürəkkəbdir və əlavə hidrotəmizləmə tələb edir. Təcrübədə “sour crude” kimi də adlandırılır. 3. Çox kükürdlü neft. Bu növ neftdə kükürdün miqdarı > 2,0% həcmindədir. Belə neftin emalı güclü texnoloji proseslər olmadan çətindir. Neftdə kükürd nə qədər çoxdursa, emalı da o qədər çətin və bahalı olur, avadanlıqlar üçün korroziya riski artır və yanma zamanı ekoloji zərər çoxalır. Buna görə də az kükürdlü neft daha qiymətli hesab olunur. Azərbaycanın dünya bazarında tanınmasının əsas səbəbi məhz az kükürdlü neftlərdir (Azəri-Çıraq-Günəsli (ACG) və BTC blend (Azeri Liqht)). Azərbaycan üçün əsas və tipik neftlər bu qrupa daxildir və əsas ixrac nefti hesab olunur. Odur ki, ölkə üzrə neft hasilatında üstünlük az kükürdlü neftə verilir. Deməli, müəssisə arayış verərkən özünün fəaliyyət göstərmədiyi “Kükürdlü neftlərin çəkilməsi, krekinqçiləşdirilməsi və onlardan neft məhsulları alınması; katalik riforminqin, şist və kömür qatranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılması” bölməsinə istinad edə bilməzdi. Azərbaycanda hazırda kükürdlü neftlərin çəkilməsi həyata keçirilməsə belə, gələcəkdə bu cür fəaliyyətin olması istisna edilmir. Oğur ki, sözügedən bölmədəki vəzifələr Siyahıdan çıxarılmamışdır. İşin hallarından məlum olduğu kimi, iddiaçı kokstəmizləyən və təmizləyici vəzifələrində işləmişdir. Koks neft emalından qalan bərk, karbonla zəngin maddədir. Tərkibindəki kükürdün miqdarından asılı olmayaraq bütün neftlərin emalı zamanı koks yaranır. Neft sahəsində koksun təmizlənməsi əsasən avadanlığın normal işləməsini təmin etmək və təhlükəsizliyini qorumaq üçün aparılır. Həmçinin, koksun təmizlənməsində məqsəd tərkibindəki kükürd, vanadium və digər metallik çirklərin çıxarılmasıdır. Bu çirklər, əgər koks yanacaq kimi istifadə olunacaqsa, çirklənməyə və qaz emissiyalarına səbəb olur. Təmizləmə prosesi bu çirkləri azaldır. Koks çirkli olduqda onun yanma prosesi qeyri-homogen olur: istilik az, tüstü isə çox çıxır. Təmizlənmiş koks daha stabil və yüksək temperaturda yanır, bu da enerji səmərəliliyini artırır. Neft emalı sahəsində işləyən kokstəmizləyənin vəzifələri iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi vəzifə təlimatında da qeyd olunduğu kimi, texnoloji qurğularda borulu sobaların borularını koksdan və çirkdən əllə və ya mexaniki vasitələrlə təmizləməkdir. Burada zərərli amillər daha çox koks tozu ilə bağlıdır. Kükürdlü neftlərin çəkilməsi, krekinqçiləşdirilməsi və onlardan neft məhsulları alınması sahəsində kokstəmizləyən isə daha çox hidrogen sulfid, kükürdlü qazlar və turşu buxarları olan mühitdə işləyir. Vəzifəsi kükürdlü çöküntülərin və qətranlı qalıqların çıxarılması ilə birbaşa bağlıdır. Hidrogen sulfid çox zəhərlidir, az miqdarda belə ölümcül ola bilər. Belə mühitdə ani zəhərlənmələr və həyati təhlükə daha yüksəkdir. Deməli, kükürdlü neftlərin çəkilməsi, krekinqçiləşdirilməsi və onlardan neft məhsulları alınması sahəsində kokstəmizləvən vəzifəsi neft emalı sahəsində işləyən kokstəmizləvəndən fərqlidir və daha təhlükəli sayılır, çünki hidrogen sulfid riski birbaşa həyat üçün təhlükə varadır. Biri daha çox toz və mexaniki, digəri isə zəhərli qaz və kimyəvi risk daşıyır. ... Siyahıda hər bir istehsalat sahəsinə aid zərərli sahələr konkret olaraq müəyyən edilmişdir. Hətta iddiaçı mübahisələndirilən vəzifələr üzrə zərərli iş şəraitində işləmiş və ona münasibətdə müəssisə tərəfindən güzəştlər tətbiq edilmiş olsa belə, onun işlədiyi peşə Siyahıdakı konkret vəzifəyə və sahəyə uyğun deyilsə, heç bir halda güzəştli staja hüquq verə bilməz”. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, əsas mübahisəli məsələ ondan ibatərdir ki, müəssisə qeyd edir ki, iddiaçının vəzifəsi Siyahının 10.3-cü bəndinə uyğun olaraq kokstəmizləyən və təmizləyici vəzifəsinə uyğundur. 10.3-cü bəndin adını isə neftin və qazın emalı kimi qeyd edir. Amma 10.3-cü bəndin adı neftin və qazın emalı deyil, kükürdün neftdən çəkilməsi kimi adlandırılır. Neftin və qazın emalı isə həmin siyahının 10.5-ci bəndidir. İddiaçı keçən prosesdə onunla eyni vəzifəni icra etmiş və pensiyaya çıxmış iki nəfərin ad və soyadları təqdim etmişdir. Həmin şəxslərdən biri Novruzov Firiddundur ki, ona 2009-cu ildə pensiya təyin edilmişdir. Onun da arayışında hazırkı hallar mövcud idi, belə ki, müəssisə onun da vəzifəsini 10.3-ə uyğun gəlməsinə istinad etmişdir. Lakin həmin şəxs maşınist kimi 12 il 6 aydan çox işlədiyinə görə artıq kokstəmizləyici vəzifəsnə dair arayışda olan qüsurun əhəmiyyəti yox idi. Lakin digər vətəndaş Bəyalı Əzimova gəldikdə, ona 2023-cü ilin may ayında pensiya təyin edilmişdir. Həmin vətəndaş təmizləyici və kokstəmizləyici işləmişdir. Vətəndaş 2023-cü ilin noyabr ayında vəfat etdiyindən pensiya işi arxivə təhvil verilərkən, əlavə araşdırılma nəticəsində müəyyən edildi ki, əslində təyinat düzgün olmamışdır. Çünki işlədiyi vəzifə üzrə bölmə-sahə uyğunsuzluğu mövcud olmuşdur. Lakin artıq vətəndaş vəfat etdiyindən həmin məsələ mübahisələndirilməmişdir. Heydər Əliyev adına X16 ölkədə neft emalını istehsal edən əsas müəssisələrdən biridir. Həmin müəssisə bir sira işçiləri üçün müvafiq formada arayış təqdim etmişdir, görünür ki, bu texniki bir səhv ola bilməzdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, görünür sonradan vəzifə kodlarında dəyişikliklər olunub. Əvəllər bu tip siyahıdan 1 Saylı və 2 Saylı iki dənə var idi. Hazırda 2007-ci ildən bütün vəzifələr bir siyahıda cəmləşdirilmişdir. Əvəllər dənizdə işləyənlər ayrılırdı, lakin bununla belə hansı şəraitdə işləməyindən asılı olaraq daha tez pensiya çıxmaq hüquqları mövcud idi. Hazırkı Siyahıda da həmin şəxslərin güzəştli şərtlərlə pensiya çıxmaq hüquqları əks olunub. Hazırkı Siyahıda nef emalı ilə bağlı sahə 10-cu bölmədə sadalanır. Həmin bölmədən görünür ki, siyahıda dəniz nefçiləri ayrı qeyd olunmayıb. İddiaçının vəzifəsi birbaşa neft emalı sahəsi ilə əlaqəli olduğundan iddia tələbi əsaslıdır və apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - ИT-İ ******* saylı əmək kitabçasından görünür ki, o, xx.xx.1982-ci ildən xx.xx.1984cü ilədək Sovet Ordusu sıralarında xidmət etmiş, xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilədək Azərbaycan Respublikası Rəssamlar X1 Kombinatında İYK Tərtibat sexinə mozaika ustası-icraçısı işində, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək Bakı Avia Aqreqat İstehsalat Birliyində yığıcıçilingər, xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək “Azərneftyanacaq” İB-nin T/h TTİ 3-cü dərəcəli üzləyici peşəsində xx.xx.2003-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək Zavodun 13 N-li sexinin quraşdırma və texnoloji aparatların təmiri sahəsində texnoloji qurğuların təmiri üzrə çilingər, xx.xx.2004-cü il tarixindən xx.xx.2009-cu il tarixinədək 13 saylı sexin texnoloji qurğuların təmiri və quraşdırılması sahəsinin 2-ci təmir sahəsində texnoloji qurğuların təmiri üzrə çilingər, xx.xx.2009-cu il tarixindən 13 saylı sexin kokstəmizləyənlər briqadasında kokstəmizləyən peşəsinə keçirilib, xx.xx.2009-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək 13 saylı sexin təmizləyicilər briqadasında təmizləyici, xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək 13 saylı sahənin təmizləyicilər briqadasıda təmizləyici, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək 13 saylı sahənin texnoloji qurğularda çənlərin təmizlənməsi və antikorroziya üzrə xidmət sahəsində təmizləyici peşəsinə keçirilib, hal-hazıradək işləyir. - Г 606874 saylı diplomdan görünür ki, İddiaçı 01 sentyabr 1979- cu ildə Bakı şəhəri 54 saylı orta texniki peşə məktəbinə daxil olmuş, 17 iyul 1982-ci ildə orta texniki peşə məktəbini tam kursunu bitirərək ümumi orta təhsil almışdır. - X8 24 oktyabr 1982-ci ildən 27 oktyabr 1984-cü ilədək hərbi xidmətdə olmuşdur. - SOCAR Heydər Əliyev adına X16 tərəfindən 17 iyul 2024-cü il tarixli, 14-2-7/2- 389/2024 saylı “Zərəli iş şəraiti haqqında” arayışına əsasən, İddiaçı xx.xx.2003-cü ildən hal-hazıradək zərərli peşələrdə işləmişdir: Heydər Əliyev adına X10 mövcud ştat cədvəlində olan kokstəmizləyən və təmizləyici peşələri (zavodun neft və neft məhsulları, reagentlər və digər məhsullar saxlanılan çənlərin və digər tutumların daxilində təmizləmə işlərinin yerinə yetirənlər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.3. (Neftin,qazın,qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi ilə təsdiq olunmuş kokstəmizləyənlər və təmizləyicilər peşələri ilə eynilik təşkil edir. - Heydər Əliyev adına X11 (SOCAR) DSMF-nun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının direktoru Abuzər Mütəllimova ünvanlanmış 14 may 2025-ci il tarixli 14-2- 7/2-489/2025 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı işlədiyi kokstəmizləyən və təmizləyici peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 10.3 bölməsi ilə (kükürdlü neftlərin çəkilməsi, krekinqçiləşdirilməsi və onlardan neft məhsullarının alınması, katalitik riforminqin, qətranların çəkilməsi) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısındadır. İddiaçı təmizləyici kimi aşağıdakı funksiyaları yerinə yetirmişdir: - Texnoloji qurğularda borulu sobaların borularını, returbentlərini koksdan və çirkdən təmizləmək; - Texnoloji qurğuların reaksiya kameralarını,rektifikasiya kalonlarını, buxarlandırıcıları, elektrik dehidratorlarını, çənləri, tutumları və digər avadanlıqları çirk, neft məhsulları qalıqları, çöküntü və şlamdan əllə və ya mexaniki vasitələrlə təmizləmək; - Aparatlardan çıxarılmış tullantıları müəyyən edilmiş yerə yığmaq və daşınması üçün maşınlara yükləmək; - Lazım gəldikdə texnoloji qurğuların təmiri üzrə çilingər işlərini icra etmək; - Təmizlik-abadlıq işlərini yerinə yetirmək; - İş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl etmək, görülən işləri keyfiyyətlə yerinə yetirmək və tullantıların idarəedilməsi proseduruna ( EİP 02/10 ) riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq. - İddiaçının İş Təsvirində (Job Descrıptıon) aşağıdakılar qeyd edilmişdir: -SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi. -Texnoloji qurğularda təmizləyici Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir. -Texnoloji qurğularda borulu sobaların borularını, returbentlərin koksdan və çirkdən təmizləmək. -Texnoloji qurğularda reaksiya kameralarını, reftifikasiya kalonlarını, buxarlandırıcıları, elektrik dehitratorlarını,çənləri, tutumları və digər avadanlıqları çirk, neft məhsulları qalıqları, çöküntü və şlamdan əllə və ya mexaniki vasitələrlə təmizləmək. - Təmizlədikdən sonra qazanların və boruların qızan səthlərinin üfürülməsi və yuyulması.Təmizlənmə əşyalarını hava, su və ya məhlul ilə təzyiq altında emal edilməsi. - Aparatlardan çıxarılmış tullantıları müəyyən edilmiş yerə yığmaq və daşınması üçün maşınlara yükləmək. -Lazım gəldikdə texnoloji qurğuların süzgəclərini, tutumlarını və digər avadanlıqların gildən, duzdan, reagentlərdən, katalizatorların boşaldılıb, təmizlənməsi və yüklənməsi. -Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək. -İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zəruriyyət yarandığı halda iş vaxtından əlavə və ehtiyac duyulduğu halda növbəli iş rejmində işləmək. -İş yerlərini təmiz saxlamaq, iş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl etməklə, görülən işləri keyfiyyətlə yerinə yetirmək və tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq. -İşlə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqların vaxtında və zavodun təhlükəsizlik qaydalarına uyğun şəkildə icra edilməsi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21-ci maddəsinə müvafiq olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"na əsasən: “ ... Bölmə 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı. ... 35. Ümumi peşələr ... rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr”. Beləliklə, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli stajının tamam olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verəcək həddə olması gərəkdir. Yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1964-cü il təvəllüdlü iddiaçının xx.xx.2024-cü il tarixində, yəni 60 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Mübahisəli hallara - apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı uzun müddət Heydər Əliyev adına X10 müxtəlif vəzifələrdə çalışmış, o cümlədən xx.xx.2009-cu ildən etibarən təmizləyici vəzifələrində işləməyə başlamışdır. Onun əmək fəaliyyətinin bu mərhələsi zavodun texnoloji qurğularının, çənlərin və digər istehsalat avadanlıqlarının daxili təmizlənməsi ilə bağlı olmuşdur. Məhkəmənin qərarında qeyd olunduğu kimi, zavod tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda həmin peşələrin zavodun texnoloji prosesləri ilə bağlı olduğu və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10.3-cü bölməsində nəzərdə tutulmuş kokstəmizləyən və təmizləyici peşələri ilə eynilik təşkil etdiyi göstərilmişdir. Cavabdeh isə öz növbəsində apellyasiya şikayətində (və apellyasiya şikayətinə əlavədə) belə bir mövqe irəli sürmüşdür ki, həmin Siyahının 10.3-cü bölməsi müəssisənin fəaliyyət sahəsinə uyğun gəlmir və buna görə də iddiaçının işlədiyi vəzifələr güzəştli staj yarada bilməz. Məhkəmə kollegiyası bu yanaşma ilə razılaşmır. Belə ki, güzəştli pensiya hüququ verən işlərin müəyyən edilməsi zamanı həlledici meyar müəssisənin fəaliyyət sahəsinin adının normativ siyahının başlığı ilə formal uyğunluğu deyil, işçinin faktiki yerinə yetirdiyi əmək funksiyalarının həmin siyahıda nəzərdə tutulmuş zərərli və ağır əmək şəraiti ilə uyğunluğudur. Bu prinsip həm hüquqi doktrinada, həm də məhkəmə təcrübəsində qəbul olunmuş yanaşmadır. İşçinin əmək funksiyası texnoloji qurğuların və istehsalat avadanlıqlarının daxili təmizlənməsi ilə bağlıdırsa və bu fəaliyyət zərərli maddələrlə təmas şəraitində həyata keçirilirsə, belə işin normativ siyahı ilə funksional eyniliyi mövcud hesab edilir. Apellyasiya şikayətində irəli sürülən əsas arqumentlərdən biri də ondan ibarətdir ki, müəssisə tərəfindən verilmiş arayışda Siyahının konkret bəndinə istinad düzgün göstərilməmişdir. Lakin bu arqument də hüquqi baxımdan həlledici hesab edilə bilməz. Belə ki, inzibati hüquqda sübutların qiymətləndirilməsi formal yanaşmaya deyil, işin həqiqi hallarının müəyyən edilməsinə əsaslanmalıdır. Əgər işçinin faktiki əmək funksiyaları zərərli istehsalat prosesləri ilə bağlıdırsa, arayışda texniki xarakterli istinadın hansı yarımbənd üzrə göstərilməsi həmin funksiyaların mahiyyətini dəyişmir. Bu baxımdan apellyasiya şikayətində göstərilən texniki uyğunsuzluq iddiaçının güzəştli iş stajının mövcudluğunu inkar etmək üçün kifayət qədər əsas sayıla bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavədə qeyd olunanlara əsasən xx.xx.2026-cı il tarixdə Azərbaycan Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X14 aşağıdakı məzmunda sorğu verilmişdir: “ ... Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “ ... iddiaçının işlədiyi mübahisələndirilən vəzifələrin (kokstəmizləyən və təmizləyici) nəzərdə tutulduğu sahə müəssisənin fəaliyyət sahəsinə aid olmadığına görə müəssisə arayışda faktiki olaraq Siyahının “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” adlı 10.5-ci bölməsinin adını həmin Siyahının 10.3-cü bölməsindəki vəzifələrlə uyğunlaşdırmağa çalışmış, bu səbəbdən güzəştli arayışda istinad edilən bölmənin adını və kodunu səhv qeyd etmişdir. Başqa sözlə, ARDNŞ-in Heydər Əliyev adına X16 arayışda da qeyd etdiyi kimi neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsi (10.5-ci bölmə) üzrə fəaliyyət göstərir. Həmin sahə üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin Siyahısında (10.5.1-10.5.4-cü bəndlər) isə kokstəmizləyən və təmizləyici vəzifələri nəzərdə tutulmamışdır. Deməli, həmin müəssisədə kokstəmizləyən və təmizləyici vəzifələrində işləyən şəxslərin güzəştli stajı mövcud deyil”. Odur ki, tərəfinizdən yuxarıda qeyd olunanlar nəzərə alınaraq xx.xx.1964-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) münasibətdə Zərərli iş şəraiti haqqında yenidən tərtib edilmiş arayışın sorğunu aldığınız tarixdən 5 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunur”. Sorğuya cavab olaraq apellyasiya instansiyası məhkəməsinə xx.xx.2026-cı il tarixdə işəgötürən tərəfindən təqdim edilmiş (və elektron sistemə cavabdehin də tanış olması və münasibət bildirməsi üçün əlavə edilmiş) arayışda aşağıdakılar göstərilmişdir: “ ... - 13 №-li sex, quraşdırma və texnoloji aparatların təmiri sahəsi , texnoloji qurğuların təmiri üzrə çilingər - xx.xx.2003-xx.xx.2004 – 1 il 13 gün - Texnoloji avadanlıqların və əsas istehsalatların kommunikasiyasının xidməti təmiri işlərini yerinə yetirir - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130301a- 18547, Xİİ bölmənin 3-cü yarımbölməsi. - 13 №-li sex, texnoloji qurğuların təmiri və quraşdırılm ası sahəsi 2-ci təmir sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər - xx.xx.2004-xx.xx.2009 - 4 il 8 ay 19 gün - Texnoloji avadanlıqların və əsas istehsalatların kommunikasiyasının xidməti təmiri işlərini yerinə yetirir - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130301a-18547, Xİİ bölmənin 3-cü yarımbölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi. - 13 №-li sex, kokstəmizləyən briqadası, kokstəmizləyən - xx.xx.2009-xx.xx.2009 - 0 il 3 ay 00 gün; 13 №-li sex, təmizləyicilər briqadası, təmizləyici - xx.xx.2009-xx.xx.2014 - 4 il 8 ay 29 gün; 13 N-li sahə, təmizləyicilər briqadası, təmizləyici - xx.xx.2014-xx.xx.2016 - 1 il 11 ay 14 gün - zavodun neft və neft məhsulları, reagentlər və digər məhsullar saxlanılan çənlərin və digər tutumların daxilində təmizləmə işlərini yerinə yetirirlər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 35-ci bəndi(ümumi peşələr); - 13 №-li sahə, texnoloji qurğularda çənlərin təmizlənməsi və antikorroziya üzrə xidmət sahəsi, təmizləyici - xx.xx.2016-xx.xx.2023 – 7 il 2 ay 4 gün; 18 №-li sahə, təmizləyici - xx.xx.2023-hal-hazıradək - zavodun neft və neft məhsulları, reagentlər və digər məhsullar saxlanılan çənlərin və digər tutumların daxilində təmizləmə işlərin yerinə yetirirlər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 35-ci bəndi(ümumi peşələr). Qeyd: Heydər Əliyev adına X10 mövcud ştat cədvəlində olan təmizləyici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəticilərin Siyahısı”nın 35-ci bəndində göstərilən rezervuarların, bakların, sisternlərin neft məhsullarından daxili təmizlənməsi ilə məşğul olan fəhlələr peşəsi ilə eynilik təşkil edir. Təmizləyicilərin əsas vəzifələrinə müvafiq olaraq aşağıdakı funksiyaların yerinə yetrilməsi həvalə olunur:

1. Texnoloji qurğularda borulu sobaların borularını, returbentlərini koksdan və çirkdən təmizləmək.

2. Texnoloji qurğuların reaksiya kameralarını, rektifikasiya kalonlarını, buxarlandırıcıları, elektrik dehidratorlarını, çənləri, tutumları və digər avadanlıqları çirk, neft məhsulları qalıqları, çöküntü və şlamdan əllə və ya mexaniki vasitələrlə təmizləmək.

3. Aparatlardan çıxarılmış tullantıları müəyyən edilmiş yerə yığmaq və daşınması üçün maşınlara yükləmək.

4. Lazım gəldikdə texnoloji qurğuların təmiri üzrə çilingər işlərini icra etmək.

5. Təmizlik-abadlıq işlərini yerinə yetirmək”. Zavodun təqdim etdiyi məlumatlardan göründüyü kimi, iddiaçı uzun müddət texnoloji qurğuların təmizlənməsi və bu qurğuların daxilində aparılan işlərdə iştirak etmişdir. Bu cür fəaliyyət zərərli və ağır əmək şəraitində yerinə yetirilən işlərin tipik nümunəsi hesab olunur. Yuxarıda istinad olunan arayışda iddiaçının işlədiyi vəzifələr və onların icra edildiyi dövrlər dəqiq göstərilmişdir ki, bu da onun güzəştli iş stajının mövcudluğunu təsdiq edən mühüm sübut kimi çıxış edir. Cavabdeh tərəf bir tərəfdən işəgötürənin təqdim etdiyi arayışların etibarlığını şübhə altına alır, digər tərəfdən isə həmin arayışlarda göstərilən məlumatların əksini sübut edən alternativ sübut təqdim etmir. İnzibati mühakimə icraatında sübutetmə yükü inzibati aktın qanuniliyini əsaslandıran inzibati orqanın üzərinə düşür. Əgər inzibati orqan iddiaçının təqdim etdiyi sənədlərin yanlış olduğunu iddia edirsə, bu iddianı konkret sübutlarla təsdiq etməlidir. Nəhayət, apellyasiya şikayətinin məzmunu göstərir ki, cavabdeh orqan əsasən normativ siyahının strukturuna və texniki terminologiyasına istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qəbul etmir. Lakin hüquqi qiymətləndirmə yalnız normativ mətnlərin formal təfsiri ilə məhdudlaşa bilməz. Əmək pensiyası hüququ ilə bağlı mübahisələrdə əsas məsələ şəxsin faktiki olaraq hansı əmək şəraitində işləməsinin müəyyən edilməsidir. Bu iş üzrə təqdim olunmuş sübutlar isə iddiaçının uzun müddət X11 texnoloji qurğularında təmizləmə işləri aparan briqadalarda çalışdığını göstərir ki, belə fəaliyyət növü öz xarakterinə görə zərərli istehsalat sahəsinə aid edilir. Əlavə olaraq qeyd olunamalıdır ki, xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçı məhkəməyə bildirmişdir ki, onun iş yoldaşlarına cavabdeh tərəfindən güzəştli pensiya təyin edilmişdir. Buna əsasən məhkəmə tərəfindən “Dövlət Sosial Müdafiə Fondu” X12 Xüsusi Şərtlərlə təyinatı üzrə Mərkəzi Filialına xx.xx.2026-cı il tarixdə aşağıdakı məzmunda sorğu verilmiş: “ ... Yaranmış zərurətlə əlaqədar, xx.xx.1962-ci il təvəllüdlü, Bakı şəhərində doğulmuş X4 (FİN: 2LF374M) və xx.xx.1962-ci il təvəllüdlü X2 (FİN: 18WKKPM) pensiya işlərinin surətlərinin sorğunu aldığınız tarixdən 5 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunur”. Sorğuya cavab olaraq apellyasiya instansiyası məhkəməsinə xx.xx.2026-cı il tarixdə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, X5 xx.xx.2023-cü il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 9.1-ci maddəsinə əsasən (“12 saylı qərar, 10.3 – elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru, təmizləyici”); X3 isə (mübahisəli dövrdə eyni müəssisədə təmizləyici işləməsi əmək kitabçasından müəyyən edilir) xx.xx.2019-cu il tarixdə güzəştli pensiya təyin edilmiş və həmin şəxsə münasibətdə işəgötürənin arayışında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, Qərar № 12 “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 10.5 Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir”. Göründüyü kimi, həmin şəxslər iddiaçı ilə eyni müəssisədə çalışmış şəxslərdir və onların əmək fəaliyyətinin xarakteri mahiyyət etibarilə iddiaçının əmək fəaliyyətindən fərqlənmir. Belə olan halda eyni əmək şəraitində və eyni vəzifədə çalışan şəxslərə münasibətdə fərqli hüquqi nəticələrin tətbiq edilməsi hüquqi bərabərlik və hüquqi müəyyənlik prinsipləri ilə uzlaşmır. İnzibati hüququn əsas prinsiplərindən biri olan bərabər rəftar prinsipi inzibati orqanların eyni faktiki və hüquqi vəziyyətdə olan şəxslərə münasibətdə fərqli qərarlar qəbul etməsini yolverilməz hesab edir. Əgər inzibati orqan eyni müəssisədə təmizləyici kimi işləyən digər şəxslərin fəaliyyətini güzəştli iş stajı kimi qəbul etmişdirsə, eyni əmək şəraitində çalışan iddiaçıya münasibətdə əks mövqenin tutulması əsaslandırılmadan mümkün deyil. Həmçinin təqdim olunmuş sənədlərdən görünür ki, inzibati orqan eyni peşə üzrə çalışan şəxslərə münasibətdə müxtəlif vaxtlarda müxtəlif bölmələrə istinad etməklə pensiya təyin etmişdir. Bir halda 10.3-cü bölmə, digər halda isə 10.5-ci bölmə tətbiq edilmişdir. Bu isə bir daha göstərir ki, əsas məsələ konkret bölmə nömrəsinin formal uyğunluğu deyil, həmin peşələrin zərərli istehsalat prosesləri ilə funksional bağlılığıdır. Bu baxımdan apellyasiya şikayətində bölmə başlıqlarının formal müqayisəsinə əsaslanan arqumentlər hüquqi baxımdan həlledici hesab edilə bilməz. Beləliklə, iş materiallarının məcmu təhlili göstərir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları düzgün qiymətləndirmiş və iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun mövcudluğu barədə əsaslı nəticəyə gəlmişdir. Cavabdeh inzibati orqanın apellyasiya şikayətində irəli sürdüyü arqumentlər isə əsasən formal xarakter daşıyır və mövcud sübutlarla təkzib olunur. Üstəlik, eyni müəssisədə və eyni vəzifədə çalışan digər şəxslərə güzəştli pensiya təyin edilməsi faktı cavabdehin mövqeyinin ardıcıl və hüquqi baxımdan əsaslandırılmış olmadığını göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2-1(112)-2808/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar