Məhkəmə qərarları › İş №2-1(103)-4561/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4561/2025

04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4561/2025 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentilyi” X7rşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X3 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentilyi” X7rşı “qərarın ləğv edilməsi və.s” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 2-1(112)-5994/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair məhkəməyə müraciət etmişdir.

2. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək cavabdehin Tibbi Sosial ekspert komissiyasının xx.xx.2024 cü il tarixli xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi, xx.xx.2024 cü il tarixli 3-17-4/3-3-9314/2024 nömrəli qərarının isə iddiaçıya aid hissəsində ləğv edilməsi və iddiaçıya təkrarən Əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, sağlamlıq vəziyyəti nəzərə alınmaqla əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, əlillik təyininə əsas verməmə barədə əlilliyin təyinindən imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır, ona əlillik təyinatı üçün əsaslar mövcuddur.

4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 4771 nömrəli Tibbi rəyində diaqnoz “Baş beyinin üzvi xəstəliyi (hərbi travma) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi ilə, təkrarlanan qıcolma tutmaları. təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 Saylı X1 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 9938/24 nömrəli çıxarışında diaqnoz “Başbeyinin üzvi xəstəliyi (hərbi travma) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi ilə. Təkrarlanan qıcolma tutmaları ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 2-1(112)-5994/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin 20 dekabr 2024- cü il tarixli diaqnozun təsdiqlənməməsi barədə qərarı İddiaçı aid hissədə və 12 sentyabr 2024-cü il tarixli diaqnozun öz təsdini tapmaması barədə qərarı ləğv edilmiş, İddiaçı Bakı 2 nömrəli X1 sonuncu 02 sentyabr 2024-cü il tarixli göndərişi əsasında əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

7. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirlməsinə dair ərizə təqdim edərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 20 dekabr 2024 cü il tarixli diaqnozun təsdiqlənməməsi barədə qərarının İddiaçı aid hissədə və 12 sentyabr 2024-cü il tarixli diaqnozun öz təsdini tapmaması barədə qərarın ləğv edilməsi, İddiaçı Bakı 2 nömrəli X1 sonuncu 02 sentyabr 2024-cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdən Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 65- 80 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmə barədə ərizə icraata qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

8. Apellyasiya şikayəti etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi O.Paşayev apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirlməsinə dair ərizə təqdim edərək, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 20 dekabr 2024 cü il tarixli diaqnozun təsdiqlənməməsi barədə qərarının İddiaçı aid hissədə və 12 sentyabr 2024-cü il tarixli diaqnozun öz təsdini tapmaması barədə qərarın ləğv edilməsi, İddiaçı Bakı 2 nömrəli X1 sonuncu 02 sentyabr 2024-cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdən Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 65-80 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsini xahiş etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

11. MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli qərarından görünür ki, iddiaçıda olan diaqnoz “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”.

12. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, iddiaçıda “Baş beynin üzvi xəstəliyi (hərbi travma) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəiflənməsi ilə, təkrarlanan qıcolma tutmaları” diaqnoz (F07.0 kod altında) müəyyən edilmişdir.

13. Elektron müayinə aktlarından görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri, alın payının əzilməsi. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromla, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 5-6 dəfə) Spastik paraplegiya. Sağ tərəfli dərin hemiparez. Xoşxassəli kəllədaxili hipertenziya, piramid çatmamazlığı ilə. Digər və dəqiqləşdirilməmiş koordinasıya pozğunluğu. Hərəki-koordinator funksiya pozğunluğu. Vegetativ sinir sisteminin somatoform disfunksiyası, qarışıq tipli. Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu. Alın nahiyəsinin çapıq toxumaları” diaqnozu əsasında 5 il müddətinə əlillik təyin olunmuşdur; Bakı 2 nömrəli X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli göndəriş əsasında müəyyən olunur ki, iddiaçıda: Əsas diaqnoz - “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş-beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişiklyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəiflənməsi ilə. Təkrarlanan qıcolma tutmaları ilə; Ağırlaşma - “Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan üzv mənşəli şəxsiyyət və davranış pozuntulası. Baş beynin xəstəliyi, travması, disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət pozğunluqları”; “Yüngül koqnitiv pozuntu. Yüngül koqnitiv pozğunluq”; “Kəllədaxili travma”; Yanaşı xəstəlik - “Generalizə olunmuş idiopatik epillepsiya və epilleptik sindromlar”

14. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

15. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçının əyani müayinəsi nəticəsində diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.

16. Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda Baş beynin üzvi xəstəliyi (hərbi travma) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi ilə, depressiv daxilolmalarla (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kod F07.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular - diaqnozunun müəyyən edilməsi, hazırda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsinə baxmayaraq hərbi xidmət zamanı almış olduğu xəsarətlərlə və onda yaranmış psixi pozuntularla əlaqədar iş qabiliyyətini itirməsi, əsəbi gərginliklər zamanı onda aqressivlik meydana gəlməsi, ev əşyalarını sındırması, yuxusuzluq, özünə qapanması, bəzi hallarda əsəbi gərginlik keçirdiyi zaman ətraflarında qıcolma hallarının yaranması, əhval- ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olduğunu, baş ağrılarından əziyyət çəkdiyini, yuxusunun qəbul etdiyi dərmanlarla olması, hazırki müayinə zamanı gün ərzində özünü əzgin, heysiz hiss etməsi, yaşamağa həvəs hissinin enməsi, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olması, yaddaşından zəjfləmə, yuxusunun qəbul etdiyi dərmanlarla olmasını bildirməsi, sorğu gedişatında əsəbi gərginliyinin aşkar artması, astenizasiya olunması və s.) sübut edir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

17. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

19. Əvvəla iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1.Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4.Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

23. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin: Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular – F06 üzvi mənşəli şəxsiyyət pozuntusu – F07.0 postensefalit sindromu – F07.1 postkontuzion sindrom – F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları – F07.8 Qiymətləndirmə 7.6.2.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) -35-60 faiz və 2 il 7.6.2.2 məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80 faiz və 2 il

24. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçıya əlillik təyinatının aparılıb aparılmaması ilə əlaqədardır.

25. Əlillik təyinatına dair imtina qərarlarından aydın olur ki, cavabdeh diaqnozun öz təsdiqini tapmamasına əsaslanaraq əliliyin təyinatından imtina etmişdir ki, məhkəmə hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır.

26. Belə ki, mötəbərliyi məhkəmə üçün şübhə doğurmayan ekpert rəyindən və iş materiallarına daxil olan digər sənədlərdən, eləcə də əlillik təyinatına əsas olmalı olan göndərişdən görünür ki, iddiaçıda F07.0 kodu ilə göstərilmiş “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş-beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişiklyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəiflənməsi ilə. Təkrarlanan qıcolma tutmaları ilə” mövcuddur və həmin xəstəlikdən əziyyət çəkir. Həmin xəstəlik yuxarıda adıçəkilən Meyarlara əlavədən görünür ki, əlillik təyinatına əsas olan xəstəlikdir.

27. Aydın məsələdir ki, həmin xəstəliyin təkcə özünün mövcudluğu ilə yanaşı, qiymətləndirilməsinə əsas verən digər hallar müəyyən edilməlidir ki, ekspert rəyində də xəstəliyin özü ilə yanaşı, eyni zamanda bu xəstəliyin iddiaçıda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsinə baxmayaraq hərbi xidmət zamanı almış olduğu xəsarətlərlə və onda yaranmış psixi pozuntularla əlaqədar iş qabiliyyətini itirməsi, əsəbi gərginliklər zamanı onda aqressivlik meydana gəlməsi, ev əşyalarını sındırması, yuxusuzluq, özünə qapanması, bəzi hallarda əsəbi gərginlik keçirdiyi zaman ətraflarında qıcolma hallarının yaranması, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olduğunu, baş ağrılarından əziyyət çəkdiyini, yuxusunun qəbul etdiyi dərmanlarla olması, hazırki müayinə zamanı gün ərzində özünü əzgin, heysiz hiss etməsi, yaşamağa həvəs hissinin enməsi, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olması, yaddaşından zəjfləmə, yuxusunun qəbul etdiyi dərmanlarla olmasını bildirməsi, sorğu gedişatında əsəbi gərginliyinin aşkar artması, astenizasiya olunmasının istisna edilmədiyi göstərilmişdir.

28. Göründüyü kimi şəxsiyyətin davamlı dəyişikliyi (şəxsiyyətin pozuntusu) iddiaçıda mövcuddur və həmin xəstəliklə yanaşı əlillik təyinatı üçün əsas olan iddiaçıda aqressivlik, özünə qapanma, əmək qabiliyyətinin itirməsi halı da istisna edilmir ki, məhkəmə hesab edir ki, cavabdehin imtinasının qanuni və əsaslı olmaması ekspert rəyi ilə sübut edilməkdədir.

29. Nəzərə alınmalıdır ki, qərarlardan görünür ki, qərarlar əlillik əlamətinin təyin edilməməsi yox, diaqnozun təsdiqini tapmaması ilə əlaqədardır ki, ekspert rəyindən də görünür ki, göndərişdə əsas diaqnoz kimi göstərilmiş F07.0 iddiaçıda öz təsdiqini tapmışdır ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübut edilə bilməmiş, diaqnozun öz təsdini tapması isə ekspert rəyi və iş materiallarına daxil olan digər sənədlərlə sübut edilmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı “İddiaçı Bakı 2 nömrəli X1 sonuncu 02 sentyabr 2024-cü il tarixli göndərişi əsasında əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin” hissəsində dəyişdirilməlidir və İddiaçı xx.xx.2024-cü il tarixdən “Hərbi xidmət dövrü ilə əlaqədar” orqanizmin funksiyalarının pozulma faizi 65-80 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2-1(112)-1495/2024 nömrəli qərarı “İddiaçı Bakı 2 nömrəli X1 sonuncu 02 sentyabr 2024-cü il tarixli göndərişi əsasında əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin” hissəsində dəyişdirilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən “Hərbi xidmət dövrü ilə əlaqədar” orqanizmin funksiyalarının pozulma faizi 65-80 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar