Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4564/2025 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X3 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş yaşa görə əmək pensiyası məbləğindən 2023-cü ilin sentyabr ayından azaldılmış məbləğin hesablanaraq ona geri qaytarılması, yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçının ərizəsinə əsasən iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli *-**-*/*-A-******/**** nömrəli “Ümumi əsaslarla əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğvi və pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Aygün Əhədova) *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli *-**-*/*-A-******/**** nömrəli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ona təyin olunmuş pensiyanın əmək kitabçasında və digər sənədlərdə qeyd olunmuş bütün dövrlərin nəzərə alınmaqla yenidən hesablanması üçün Mərkəzi Filiala müraciət etmişdir. Iddiaçının müraciətinə Mərkəzi Filialda baxılmışdır. Cavabdeh tərəfindən iddiaçıya əmək pensiyasının yenidən hesablanması barədə məktub göndərilmişdir. Iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinin ##.##.2008-ci il tarixində qüvvədə olmuş tələblərinə uyğun olaraq yaşa görə pensiya təyin edilmişdir. Belə ki, iddiaçının pensiya işində olan sənədlərin surətlərinə əsasən ##.##.2006-cı il tarixinədək onun 29 il 9 ay 22 gün sığorta stajı və ##.##.2006-cı il tarixindən ##.##.2008-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 542,06 manat pensiya kapitalı, pensiya təyin edilən tarixdən sonra 6 il və ya daha çox işlədiyi üçün ##.##.2008-ci il tarixindən ##.##.2018-ci il tarixinədək 6767,30 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq ##.##.2020-ci il tarixindən (##.##.2023-cü il tarixli müraciətindən 3 il əvvələ) 357,50 manat müəyyən edilmişdir. Iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək ##.##.2021-ci il tarixindən 398,25 manata, ##.##.2022-ci il tarixindən 411,79 manata çatdırılmışdır. Qanuna ##.##.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il ######ın #-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği ##.##.2023-cü il tarixindən 428,45 manat müəyyən edilib və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək 491,44 manata çatdırılıb. Həmin məbləğ ##.##.2025-ci il tarixə 8.1% indeksləşdirilərək 682,47 manata çatdırılmışdır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Iddiaçının müraciətinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, ##.##.2018-ci il tarixində Qanunun 37.3.1-ci maddəsinə əsasən (pensiya təyin olunduğu tarixdən sonra 6 il və daha çox işlədiyi üçün) əmək pensiyasının yenidən hesablanması zamanı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2008-ci il tarixindən ##.##.2018-ci il tarixinədək 6767,30 manat olduğu halda, 8540,64 manat nəzərə alınaraq hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla İddiaçı əmək pensiyasının məbləğində ##.##.2020-ci il tarixindən (onun ##.##.2023-cü il tarixli müraciətindən 3 il əvvələ) ##.##.2023-cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. Belə ki, Mərkəzi Filial tərəfindən iddiaçının əmək pensiyasına münasibətdə ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək 967,45 manat artıqödəmə müəyyən olunmuşdur. "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli qərarının 6.6-cı maddəsinin tələblərinə uyğun olaraq yanvar ayı üzrə hesablanmış 51,14 manat fərq məbləği və ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək hesablanan 182,40 manat keçmiş dövr məbləği artıqödəmə məbləği ilə əvəzləşdirilmiş, ##.##.2025-ci il tarixə artıqödəmə üzrə qalıq borc 733,91 manat təşkil etmişdir. Iddiaçıya cavabdeh tərəfindən ##.##.2025-ci tarixli *-**-*/*-A-*****/**** nömrəli məktub ünvanlanmış, sözügedən məktubda ona ödənilmiş qalıq 733,91 manat artıqödəmə məbləğinin geri qaytarılmalı olduğu bildirilmişdir. Belə ki, qeyd olunan faktlardan da məlum olduğu kimi cavabdeh tərəfindən inzibati icraat qaydalarının pozuntusuna yol verilməmişdir. Həmçinin iddiaçı ilkin olaraq ##.##.2023-cü il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən ##.##.2023-cü il tarixli *-**-*/*-A-******/**** nömrəli məktubla ona təyin olunmuş pensiya məbləğinin düzgün hesablanmaması və artıqödəmənin yaranması ilə bağlı məlumat verilmişdir. Bundan sonra iddiaçı ##.##.2023-cü il tarixdə eyni iddia tələbi üzrə məhkəməyə müraciət etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bundan sonra iddiaçı ##.##.2024-cü il tarixdə cavabdehə təkrar müraciət etməklə pensiyasının düzgün hesablanmasını tələb etmiş, müvafiq olaraq ##.##.2024-cü il tarixli *-**-*/*-A-****** nömrəli məktubla ona pensiyanın yenidən hesablanması ilə bağlı məlumat verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Eləcə də iddiaçı vaxtilə eyni iddia tələbi ilə məhkəməyə müraciət etdiyi halda yenidən ərizə verərək iddia ərizəsini geri götürmüşdür. Qeyd olunanlara əsasən iddiaçı qərarla tanış olmuş və onun qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində mübahisələndirilməsinə imkanı olduğu, hətta bu vasitədən vaxtında istifadə etməsinə baxmayaraq, öz istəyi ilə sözügedən hüquqi vasitələrin istifadəsindən imtina etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X2, Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh hazırda mübahisələndirilən ##.##.2023-cü il tarixli qərarın iddiaçıya rəsmi şəkildə tam təqdim edilməsini sübut edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilən qərardan iddiaçının daha əvvəl məlumatlı olduğu sübuta yetirilmədiyi üçün iddiaçının həmin inzibati aktdan məlumatlı olmadığı müəyyən edilir. Iddiaçı mübahisələndirilən qərarla hazırkı məhkəmə icraatında tanış olmuşdur. Beləliklə, iddiaçı məhkəmə icraatında məlumatlı olduğu mübahisələndirdiyi inzibati akta münasibətdə iddia müddətini ötürmüş hesab edilmir. Iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı İddiaçı ##.##.1958-ci il təvəllüdlüdür. Iddiaçıya ##.##.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçının pensiyasının 6 illik pensiya kapitalı əsasında növbəti yenidən hesablanması ##.##.2018-ci il tarixdə aparılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli *-**-*/*-A-******/**** nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarına əsasən İddiaçı ##.##.2023-cü il tarixli müraciəti əsasında pensiya işinə baxılan zaman məlum olmuşdur ki, ##.##.2018-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən 6 illik hesablama aparılarkən pensiya kapitalı 6767,30 olduğu halda 8540,64 hesablanmışdır, nəticədə pensiya artıq ödənilmişdir. Əlavə olaraq vətəndaşın 6 illik hesablanması ##.##.2018-ci il tarixində olduğu üçün növbəti hüquq ##.##.2024-cü il tarixində yaranacağı qeyd edilmişdir. “Əmək pensiyalaı haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablama nəticəsində hazırki əmək pensiyası məbləği (521,49 manat) azaldılaraq, yenidən hesablanmış əmək pensiyası məbləği 491,44 manat müəyyən edilmişdir. Cavabdehin mövqeyinə görə ##.##.2018-ci ildə 6 illik pensiya kapitalı əsasında yenidən hesablama zamanı DSMF rayon şöbəsi iddiaçının ##.##.2006-cı il tarixdən ##.##.2017-ci il tarixədək bütövlükdə ödənilmiş məcburi dövlət sığorta haqlarının 90%-i əsasında pensiya kapitalı hesablanaraq ödənilməsi əsassız olmuşdur. Belə ki, iddiaçıya 2006-2008-ci il tarixədək fərdi hesabında toplanmış kapital 2008-ci ildə pensiya təyin edilərkən nəzərə alınmalı və həmin vaxt kapital məcburi dövlət sığorta haqlarının 50% həcmində hesablanmalı olduğu, yalnız 2008-ci il tarixdən sonrakı dövr üzrə 90%-lə hesablanmalı olduğu halda, DSMF rayon şöbəsi 2018-ci il tarixdə yenidən hesablama zamanı 2006-2017-ci illər üzrə bütövlükdə götürərək ödənilmiş məcburi dövlət sığorta haqlarının 90%-lə hesablayaraq iddiaçıya ödəmişdir. Qeyd edilən bu hal 2023-cü ildə iddiaçının müraciəti əsasında yenidən hesablama zamanı aşkar olunmuş və nəticədə cavabdeh ##.##.2023-cü il tarixli mübahisələndirilən qərarla iddiaçının pensiyasını 2006- 2008-ci ili 50% və 2008-2017-ci il tarixlər arasındakı kapitalı 90%-lə hesablamış, həmin vaxt üçün pensiya məbləği 521,49 manatdan 491,44 manata azaldılmış, 967,45 manat isə artıq ödəmə müəyyən etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” # #### 2006-cı il tarixli *** nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Azərbaycan Respublikası Prezidentinin # ### 2017-ci il tarixli **** nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin # #### 2006-cı il tarixli *** nömrəli Fərmanının 2.9cu bəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin # ### 2017-ci il tarixli **** nömrəli Fərmanının 3.3-cü bəndinə əsasən 2017-ci il ####un #-dək təyin edilmiş əmək pensiyalarının həmin Qanunun 26.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şərti çevrilməsinin aparılması, 3.4cü bəndinə əsasən 2017-ci il # #### tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının həmin Qanunun 27.1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş qaydada artırılmasının təmin edilməsi, 3.5-ci bəndinə əsasən işləyən əmək pensiyaçılarına ödənilən əmək pensiyalarının məbləğinin həmin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş qaydada yenidən hesablanmasının təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 26.1. 2017-ci il ####un #-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il ####un #-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il ####un #-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il ####un #-i tarixinə azaldılmamaqla ödənilir. 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il ######ın #-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin # ###### tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il # ###### tarixindən 2017-ci il # #### tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il # #### tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. ## #### 2017-ci il tarixli ***-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27-ci maddənin adında “Qanunun qüvvəyə mindiyi günədək qazanılmış” sözləri “Qazanılmış” sözü ilə əvəz edilmişdir. ## #### 2017-ci il tarixli ***-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27.1ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il ######ın #-dək” sözləri ilə, ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir. Göründüyü kimi ##.##.2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə qədər ##.##.2006-cı il tarixdən ##.##.2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının 50%-i fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla pensiyanın kapitalının hesablanması aparılırdı. ##.##.2017-ci il tarixdən edilmiş dəyişikliyə əsasən isə pensiyanın hesablanması üçün fərdi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i nəzərə alınmaqla qeydə alınmış pensiya kapitalından pensiya məbləği hesablanır. Bu zaman Qanunun 26.1-ci maddəsinə əsasən 2017-ci il ####un #-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. ##.##.2017-ci ildən qüvvəyə minməklə əlavə edilmiş Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il # ###### tarixindən 2017-ci il # #### tarixinədək olan dövr üzrə pensiya kapitalı 80% artırılmaqla (yəni Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq 90%-ə çatdırılması üçün) 2017-ci il # #### tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır bir şərtlə ki, pensiya kapitalı ##.##.2006 -##.##.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış və eyni zamanda əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış, istifadə olunmamış olsun. Işin hallarından müəyyən olunur ki, iddiaçıya ilkin olaraq 2008-ci il tarixdə pensiya təyin edilərkən ##.##.2006-##.##.2008-ci il tarixədək əmək haqqından ayrılmış məcburi dövlət sosial sığorta haqları hesabına fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalı hesablanmamış və pensiya məbləğində nəzərə alınamamışdır. Başqa sözlə, iddiaçıya pensiya təyin edilərkən 2006-2008-ci illər üzrə yığdığı pensiya kapitalı istifadə olunmamışdır. 2018-ci il tarixdə yenidən hesablama zamanı iddiaçının ##.##.2006-cı il tarixdən dekabr 2017-ci il tarixədək toplanmış və istifadə olunmamış pensiya kapitalı barədə DSMF orqanında məlumat olmuş və bu zaman pensiya yenidən hesablanarkən ##.##.2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının 50% hissəsi nəzərə alınmaqla hesablanmış pensiya kapitalının 80 % artırılaraq 90%-ə çatdırılması, başqa sözlə həmin vaxtadək ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının istifadə olunmamış hissəsinin 90%-lə yenidən hesablanaraq pensiya kapitalına ödənilməsi yeni qanunvericiliyin tələbinə uyğun olmuşdur. Beləliklə, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən iddiaçı üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4564/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4564/2025
13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver