Məhkəmə qərarları › İş №2-1(103)-4568/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4568/2025

13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4568/2025 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının pozulmasının müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qüvvədə olan qanunvericilik aktlarının tələblərinə əsasən bütün sadalanan faktları və əsasları nəzərə alaraq Dövlət Tibbi-Sosial Ekspertiza Reabilitasiya Agentliyi X4 üzərinə 2021-ci ilin noyabr ayından etibarən onun barəsində ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan məhkəmənin müvafiq qərardadına əsasən iddia tələbi “qiymətləndirildiyi ##.##.2024-cü il tarixdən iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza Reabilitasiya Agentliyinə ##.##.2024-cü il tarixində əlilliyinin bərpa edilməsi ilə bağlı yenidən müraciət etmiş, lakin ##.##.2024-cü il tarixində imtina edilməsi barədə bildiriş göndərilmişdir. Diqqətə çatdırılmışdır ki, ##.##.1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 1-ci Qarabağ müharibəsində Zəngilan rayonunda gedən döyüşlər zamanı sağ yanağın dəlib keçən güllə yarası, üz sinirinin ağır travması, alt və üst çənə sahəsinin ağır zədələnməsi diaqnozu ilə bağlı Zəngilan rayon mərkəzi xəstəxanasında aylarla müalicə və müayinə olunmuşdur. Sonradan Azərbaycan Respublikası Müdafiə Nazirlyinin Mərkəzi Hərbi Həkim Komissiyasının *** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə, Səhiyyə Nazirliyinin **** saylı, ##.##.2011-ci il tarixli kliniki tibbi mərkəzin epikrizi, Zəngilan r-n Mərkəzi Xəstəxanasının ##.##.1993-cü il tarixli çıxarış epikrizi, Zəngilan rayon Məhkəməsinin *(***)-***/**** saylı qətnaməsi və digər təsdiq edilmiş sənəd və rəylərdə göstərilmişdir ki, həqiqətən bu zədə hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı baş vermişdir. Sonradan bu təsdiq edilmiş sənədlər əsasında xəstəliyi ilə bağlı ##.##.2011 -ci ildə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona ikinci dərəcə əlillik verilmişdir. 10 ildən artıq ikinci dərəcə əlilliyi olmuşdur. Lakin 2021-ci ilin #######ın ##-də əlillik dərəcə əsassız olaraq ləğv edilmişdir. Halbuki bu illər ərzində xəstəliyi ilə bağlı, ağrıları çox vaxtlar dözülməz olduğundan dəfələrə tibbi ekspert komissiyalarında, digər hospitallarda yoxlanış və ambulator qəbullardan keçmiş, müəyyən müddətlərdə ciddi müalicələr almış, (müvafiq sənədlər məhkəməyə təqdim olunur). Lakin səhhətində heç bir irəliləyiş olmamışdır. Bütün bunlara baxmayaraq hesab edir ki, ikinci dərəcə əlilliyinin dayandırılması tamamilə qanunsuzdur. Belə ki, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" nin 4.2-ci maddəsinin tələblərinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 il müddətə təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Hal-hazırda qüvvədə olan Əsasnamənin tələbindən göründüyü kimi 10 il keçdikdən sonra ikinci dərəcə əlillik müddətsiz hesab olunur. Qanunvericiliyin tələbinə görə 10 il müddət keçdikdən sonra ikinci dərəcə əlillik müddətsiz hesab olunduğundan yenidən forma 88 göndərilməsi və ya yenidən müayinələrə cəlb edilməyi qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq tibbi-ekspertizaların həyata keçirilməsini təmin etməmişdir. Həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X12-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilmişdir ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf göndərişdəki XBT kodlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” haqqında Əsasnamədə mövcud olmasına əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona ##.##.2022-ci il tarixli *** saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər hansı bir bəndini aid etmək mümkün olmadı. Buna baxmayaraq bu patologiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə- 35 faiz OFP müəyyən edilməmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq hüquqi marağına uyğun iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ##.##.2024-cü il tarixli göndəriş nəzərə alınmaqla ##.##.2024-cü ildən səbəbli əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, konstitusiya quruluşunun və müstəqilliyinin müdafiəsi ilə əlaqədar olmaqla orqanizmin funksiyalarının 65-80 faiz olmasını nəzərə almaqla ona müddətsiz əlillik təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edildi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati iş materiallarından görünür ki, əlillik müddətinin bitməsi ilə əlaqədar tibb müəssisəsinin ##.##.2024-cü il tarixdə imzalanmış göndərişi əsasında şəxsin sağlamlıq vəziyyəti qiymətləndirilmiş və ##.##.2024-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Həmin qərarda hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamışdır. Hazırkı iş üzrə cavabdeh tərəfindən belə bir aktın, həmçinin hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti barədə məlumatın iddiaçıya təqdim edilməsi aydın görünmür. İnzibati orqan da imtina qərarının iddiaçıya təqdim edilməsinə dair sübutlar təqdim etməmişdir. Bununla belə iddiaçının hazırkı iddia ərizəsi ##.##.2024-cü il tarixdə məhkəmə dəftərxanasına daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş imtina qərarının iddiaçıya təqdim edilməsinə və ya bu barədə yazılı məlumatın verilməsinə dair sübutların olmaması iddiaçı tərəfindən hazırkı iddia tələbinin irəli sürülməsinə dair müddətin ötürülməmiş hesab edilməsinə əsas verir. Həmçinin məhkəmə kollegiyası diqqətə çatdırır ki, “İnzibati İcraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iddia tələbinin irəli sürülməsinə dair müddət ötürülməmişdir. Birinci instansiya məhkəməsi iddianın mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X14-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası əvvəla iş materiallarındakı sənədlərə diqqət yetirir: Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2011-ci il tarixli *** nömrəli Qərarında qeyd edilmişdir ki, “Zəngilan RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1993-cü ildə aldığı və ##.##.1993-cü ildən ##.##.1993-cü ilə kimi Zəngilan rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ yanağın dəlib keçən güllə yaralanması, üz sinirinin çənə şaxəsinin zədələnməsi ilə” Zəngilan RHK-nın ##.##.2011-ci il tarixli *** nömrəli göndərişi ##.##.2011-ci il tarixli *** nömrəli arayışı Zəngilan rayonu mərkəzi xəstəxanasında verilmiş ##.##.1993-cü il tarixli çıxarış epikrizi, Zəngilan rayonu məhkəməsinin *(***)-***/**** saylı qətnaməsi MN MHHK-nın həkim mütəxəssis cərrahının rəyi təsdiq edilir. “Hərbi Travmadır. Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır.” TSEK-Müayinələri: - ##.##.2011-ci il tarixində “Ensefalopatiya, asteno nevrotik sindromla.Sağ yanağın dəlib keçən güllə yaralanması, üz sinirinin çənə ilə. Postravmatik sağ üz sinirinin neyropatiyası, çəynəmə funksiyasının pozulması ilə” diaqnozun mətni ilə 1 il müddətinə ilkin 2.2. ikinci dərəcə əlillik (2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən) təyin edilmişdir. - ##.##.2014-cü il tarixində “ensofalopatiya, yanağın dəlib keçən yaralanmasında sonrakı qalıq əlamətləri, aşağı ətrafların varikoz xəstəliyi ilə, aşağı ətrafların II dər venoz çatmamazlığı ilə. NSD ürək tipli. Xroniki prostatit. Sağ üz sinirinin postravmatik neyropatiyası. Kəskin asteno-nevrotik sindrom. Hipertonik angiopatiya” diaqnozun mətni ilə 1 il müddətinə təkrar 2.2. ikinci dərəcə əlillik (2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən) təyin edilmişdir. - ##.##.2015-cı il tarixində “başın səthi travmalarının nəticələri. Postkontuzion sindrom. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Üz sinirinin travması. Üzvi mənşəli emosional labil pozuntu. Xroniki posttravmatik baş ağrısı. Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU hipertonik angiopatiya. Konvergensiya çatmamazlığı. Baş beynin silkələnməsi” diaqnozun mətni ilə 1 il müddətinə təkrar 2.2. ikinci dərəcə əlillik (Digər: Postkontuzion sindrom. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Üz sinirinin travması) təyin edilmişdir. - ##.##.2016-cı il tarixində “başın səthi travmalarının nəticələri. Postkontuzion sindrom. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Üz sinirinin travması. Üzvi mənşəli emosional labil pozuntu. Xroniki posttravmatik baş ağrısı. Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU hipertonik angiopatiya. Konvergensiya çatmamazlığı. Baş beynin silkələnməsi” diaqnozun mətni ilə 5 il müddətinə təkrar 2.2. ikinci dərəcə əlillik (Digər: Postkontuzion sindrom. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Üz sinirinin travması) təyin edilmişdir. - ##.##.2021-ci il tarixində “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr.Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı qalıq əlamətləri. Sağ yanağın ağız bucağından quağa qədər dəlib keçən güllə yarası. Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, hər iki aşağı ətrafda böyük dərialtı venaların varikoz genşlənməsi” diaqnozun mətni ilə diaqnoz əlillik təyin etməməsi səbəbi ilə imtina edilmişdir. - ##.##.2022-ci il tarixində “hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, qapalı küllə-beyin travması, baş beyin silkələnməsinin davamlı qalıq əlamətləri. Sağ yanağın ağız bucağından qulağa qədər dəlib keçən güllə yarası” diaqnozun mətni ilə diaqnoz əlillik təyin etməməsi səbəbi ilə imtina edilmişdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və X14-Sosial Ekspert Komissiyasının ##.##.2022-ci il tarixli *********** nömrəli Qərarına əsasən: “Zəngilan rayon sakini ##.##.1974-cü il təvəllüdlü İddiaçı (FİN: *******) əlillik vəziyyəti tibb müəssisəsinin *******AAMSF nömrəli göndərişi əsasında ##.##.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2011-ci il tarixli *** nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ yanağın dəlib-keçən güllə yaralanması, üz sinirinin çənə şaxəsinin zədələnməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv müayinəsi zamanı əsəbilikdən, varikozlardan və çənə ağrılarından şikayətlənmişdir. Baxış zamanı zahirən səliqəli, verilən suallara ətraflı cavablar vermiş, nitqi aydın olmuşdur. Müavinə zamanı hər iki aşağı ətrafında trofiki pozğunluqlar, hiperpiqmentasiva izlənilməmiş, çənə oynağında çeynəmə funksiyası pozulmamışdır. Medikamentoz preparatlardan Amitriptillin qəbul etdiyini bildirmişdir. Anamnezində uzun müddətdir özünü xəstə hesab etdiyini, əvvəllər intihar fikirlərinin olduğunu bildirsə də, təqdim olunmuş xəstəlik tarixindən çıxarış yalnız 2022-ci il tarixinə aid olmuşdur. Psixi statusu həkim mütəxəssis (Günel Soylu) tərəfindən “Psixi produktiv simptomatika aşkarlanmır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ ##.##.2021-ci il tarixli **** nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi mənşəli emosional-labil pozuntu.Nevroloji xəstəliyinə görə ixtisaslaşmış nevroloji müayinə tövsiyə olunur" kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının ##.##.2022-##.##.2022-ci il tarxili ****/** nömrəli X10 diaqnoz “Postkontuzion sindrom. Üzvi mənşəli emosional-labil (astenik) pozuntu, özünəqəsd fikirləri ilə” kimi qeyd olunsa da, keçirilmiş kəllə-beyin travmasını təsdiqləyən heç bir müayinə nəticəsi təqdim olunmamışdır. Qeyd olunmuş özünəqəsd fikirləri əyani müayinə zamanı təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və saölamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” - ##.##.2024-cü il tarixində “hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ yanağının bucağından qulağa qədər dəlib keçən güllə yarası. Sağtərəfli üz sinirinin travmasından sonrakı vəziyyət. Alt və üst çənənin ikincili hissəvi adentiyası, ağzın açılmasının məhdudlaşması. Xroniki yevstaxit. Burun arakəsməsinin yerdəyişməsi. Ensefalopatiya. Ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertoniya xəstəliyi. Hər iki aşağı ətrafın varikoz xəstəliyi. Aşağı ətrafların digər dərin damarlarının tromboflebiti. Üzvi mənşəli emsional labil (astenik) pozuntu. Xroniki prostatit” diaqnoz əlillik təyin etməməsi səbəbi ilə imtina edilmişdir. - Bakı Baş Səhiyyə İdarəsi tərəfindən ##.##.2024-cü il tarixdə iddiaçı barəsində verilmiş göndərişdə əsas diaqnoz G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, travmadan sonrakı ensefalopatiya, ağırlaşmalar F06.6 Üzvi mənşəli emosional labil (astentik) pozğunluq, T90.3 Kəllə sinirlərinin travmalarının nəticələri, üz sinirinin sağtərəfli travmasından güllə yarasından s/v, M62.6 Əzələ deformasiyası, sağ çeynəmə əzələsinin çapıq deformasiyası, alt və çənədə II hissəvi adentiya, ağızın açılmasının məhdudlaşması, yanaşı xəstəliklər Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ yanağın ağız bucağından qulağa qədər dəlib keçən güllə yarası, H68.0 Eşitmə (yevstax) borusunun iltihabı, xroniki yevstaxit, J34.2 Burun arakəsməsinin yerdəyişməsi, I80.2 Aşağı ətrafların digər dərin damarlarının flebit və tromboflebiti, hər iki aşağı ətrafın varikoz xəstəliyi, N41.1 Xroniki prostatit, I11.9 (Durğunluq) ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, arterial hipertenziya, H52.4 Presbiopiya göstərilmişdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və X14-Sosial Ekspert Komissiyasının ##.##.2024cü il tarixli *-**-*/*-*-****/**** nömrəli Qərarına əsasən: “Bakı şəhər sakini ##.##.1974-cü il təvəllüdlü İddiaçı (FİN: *******) əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2021-ci il tarixli *******AAMSF nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2022-ci il tarixli *******AAPA* nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 22420342993). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2011-ci il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ yanağın dəlib-keçən güllə yaralanması, üz sinirinin çənə şaxəsinin zədələnməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş ##.##.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv müayinəsi zamanı əsəbilikdən, varikozlardan və çənə ağrılarından şikayətlənmişdir. Baxış zamanı zahirən səliqəli, verilən suallara ətraflı cavablar vermiş, nitqi aydın olmuşdur. Müavinə zamanı hər iki aşağı ətrafında trofiki pozğunluqlar, hiperpiqmentasiva izlənilməmiş, çənə oynağında çeynəmə funksiyası pozulmamışdır. Medikamentoz preparatlardan Amitriptillin qəbul etdiyini bildirmişdir. Anamnezində uzun müddətdir özünü xəstə hesab etdiyini, əvvəllər intihar fikirlərinin olduğunu bildirsə də, təqdim olunmuş xəstəlik tarixindən çıxarış yalnız 2022-ci il tarixinə aid olmuşdur. Psixi statusu həkim mütəxəssis (Günel Soylu) tərəfindən “Psixi produktiv simptomatika aşkarlanmır” kimi müəyyənləşdirilmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, başağrılarından, qulaqda səsdən, eşitmə zəifliyindən, aşağı ətraflarda hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik məlumatlarında 1993-cü ildə yaralandığını, medikamentoz preparatlardan “Clexane” inyeksiyasından və adlarını xatırlamadığı digər dərmanlardan istifadə etdiyini söyləmişdir. Müayinə zamanı sağ yanaq nahiyəsində çapıq izlənilmiş, dişlərinin bərpa olunması müşahidə edilmiş, alt çənə sümüyünün tamlığı palpator olaraq norma daxilində olmuş, aşağı ətraflarda piqmentasiya indurasiya əlamətləri izlənilməmişdir. Baxış zamanı ~5 m məsafədə əyləşmiş, eşitmə cihazından istifadə etmədiyi nəzərə çarpmışdır. Psixi statusu: ardıcıl, məntiqi təfəkkür və mühakimə qabiliyyətinin yüksəkliyi ilə qeyd etdiyi “özümü idarə edə bilmirəm" ifadəsi uyğunsuz olmuş, affektdə patologiya izlənilməmiş, hal-hazırda kənar şəxsin nəzarəti və qulluğuna ehtiyac yaradan kəskin və xroniki psixi psixi pozuntu izlənilməmişdir. Təqdim olunan şikayətlər bədənin müxtəlif nahiyələrində baş verən somatik ağrılardan olmuşdur. Psixi Sağlamlıq Mərkəzinin ##.##.2021-ci il tarixli **** nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi mənşəli emosional-labil pozuntu." kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Sumqayıt Psixiatriya Xəstəxanasının ##.##.2022-ci il tarxili **/*** nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli (keçirilmiş qapalı kəllə-bevin travması) emosional-labil pozuntu, özünəqəsd fikirləri ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının ##.##.2022-##.##.2022-ci il tarxili ****/** nömrəli Çıxarışında diaqnoz “Postkontuzion sindrom. Üzvi mənşəli emosional-labil (astenik) pozuntu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Tibb Universitetinin X11 ##.##.2022-ci il tarixli Bera test müayinəsinin nəticəsi “Sağ qulaqda 4-cü dərəcə, sol qulaqda 3-4-cü dərəcə neyrosensortip aqıreşitmə qeyd olunur” kimi müəyyənləşdirilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaqda III dərəcəli (70db), sol qulaqda normal eşitmə (25db)” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Beləliklə, hal-hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntu və psixoproduktiv simptomatika aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” İşin faktiki hallarından və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə - Diaqnoz: “Hərbi əməliyyatlar nəicəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ yanağın ağız bucağından qulağa qədər dəlib keçən güllə yarası. Sağtərəfli üz sinirinin travmasından sonrakı vəziyyət. Alt və üst çənənin ikincili hissəvi adentiyası, ağızın açılmasının məhdudlaşması. Xroniki yevstaxit. Burun arakəsməsinin yerdəyişməsi. Ensefalopatiya. Ürək çatmazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertoniya xəstəliyi. Hər iki aşağı ətrafın varikoz xəstəliyi. Aşağı ətrafların digər dərin damarlarının tromboflebiti. Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Xroniki prostatit.” qeyd olunmuşdur. İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında inzibati orqan tərəfindən baxılmış və diaqnoz kimi müəyyənləşdirilmiş xəstəliyi instrumental müayinə nəticələrində və onun obyektiv müayinəsi zamanı öz əksini tapmamışdır. Göründüyü kimi cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlilliyin təyininə əsas vermir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, şəxsin sağlamlıq vəziyyətinin müayinə edilərək onda əlilliyin təyin olunması üçün müvafiq xəstəliklərin mövcud olub-olmamasının müəyyən edilməsi cavabdehin səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən həmin orqanın qəbul etdiyi qərarın əsaslılığının yoxlanması yalnız ekspertiza təyin edilməklə həyata keçirilə bilər. Apellyasiya baxışı zamanı mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində ziddiyyətli məqamların aradan qaldırılması, həmçinin iddiaçının əlavə müalicəyə ehtiyacının olub-olmamasını, əlilliyin müəyyən edilməsinə əsas verən səbəblərin araşdırılması,əlillik təyinatı üçün əsas olan diaqnoz və ağırlaşmaların uyğunluğununun müəyyən edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X4 ##.##.2026-cı il tarixli T ***/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, 1974-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-2,4. Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən adına “Bakı Baş Səhiyyə İdarəsi” tərəfindən tərtib edilərək əlilliyin qiymətləndirilməsi üçün Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş ##.##.2024-cü il tarixli, G********TRV saylı göndərişdə XBT-10 kodu üzrə qeyd edilən “Əsas diaqnoz: G93.4-dəqiqləşdirilməmiş ensefalopatiya, travmadan sonrakı ensefalopatiya. Ağırlaşmalar: F06.6-üzvi mənşəli emosional labil (astenik) pozuntu, T90.3-kəllə sinirlərinin travmaların nəticələri, üz sinirinin sağtərəfli travmasından sonrakı vəziyyət, M62.6-əzələ deformasiyası, sağ çeynəmə əzələsinin çapıq deformasiyası, alt və üst çənədə II hissəvi adentiya, ağızın açılmasının məhdudlaşması. Yanaşı xəstəliklər: Y36.4-hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ yanağın ağız bucağından qulağa qədər dəlib-keçən güllə yarası, H68.0-eşitmə (Yevistax) borusunun iltihabı, xroniki Yevstaxit. J34.2-Burun arakəsməsinin yerdəyişməsi, İ80.2-aşağı ətrafların digər dərin damarlarının flebit və tromboflebiti, hər iki aşağı ətrafın varikoz xəstəliyi, N41.1xroniki prostatit, İl 1.9-(durğunluq) ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(yi), arterial hipertenziya, H52.4presbiopiya” diaqnoz ona stasionarda aparılmış funksional diaqnostik müayinələrinin nəticələri, anamnezi əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından klinik proqnozu və onların səmərəliliyi qənaətbəxş olmuş, əmək qabiliyyətinin itirilməsi isə tibbi-sosial ekspertləri tərəfindən 0% olduğu qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alınmaqla onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsini inkar etmək olmaz. - Vətəndaş İddiaçı ##.##.2026-cı il tarixdə “Respublika Klinik Xəstəxanası”nda Bera testi müayinəsindən keçərkən ona “Sağ tərəfli 4-cü dərəcəli xroniki neyrosensor tip ağıreşitmə, sol tərəfli 3-cü dərəcəli xroniki neyrosensor tip ağıreşitmə” diaqnozu qoyulmuşdur. 3,5-6. Qərardadın müvafiq bəndlərindəki suallar əlilliyin təyini və meyarlarla bağlı olduğundan onların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasf’nm 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

7. Vətəndaş İddiaçı düçar olduğu xəstəliklər tam reabilitasiya olunmurlar. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, iddiaçıya əlilliyin təyin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, əlilliyin müddətinin və dərəcəsinin (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi) müəyyən edilməsi ilə bağlı məhkəmə araşdırma aparmamışdır. Apellyasiya icratında iddiaçının hüquqi marağına uyğun olaraq araşdırma aparılmışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması, iddiaçıya təyin edilmiş diaqnozun Əlilliyin müəyyən olunması Meyarlarında qeyd edilən hansı qiymətləndirməyə uyğun olması və orqanizmin funksiyalarının neçə faiz pozulmasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xxxx X2 məktub ünvanlanaraq ekspert rəyini tərtib etmiş məhkəmə-tibb ekspertləri X7 və X6 məhkəmə iclasında iştirakının təmin edilməsi xahiş olunmuşdur. Apellyasiya baxışı zamanı videokonfrans (görüntülü zəng) vasitəsilə iclasa qoşulmuş məhkəmə-tibb eksperti Hafiz Kazımov ifadəsində qeyd etmişdir ki, şəxsi müayinə edərkən varikozu olduğundan hər iki ayağında baldır nahiyəsində corablar olmuşdur. Bera test müayinəsi zamanı Sağ qulaqda 4-cü dərəcə, sol qulaqda isə 3-cü dərəcə neyrosensortip ağıreşitmə olduğu müəyyən olunmuşdur. Şəxsin əsas diaqnozu dəqiqləşdirilməmiş ensefalopatiya, travmadan sonrakı ensefalopatiya xəstəliyidir. Bu xəstəliyin şəxsdə olan ağırlaşmaları isə həm üzvi mənşəli emosional labil pozğunluq, həm də kəllə sinirlərinin travmaları mövcuddur. Bu xəstəlik isə sağalan xəstəlik deyil. Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalması, ətrafdakılarla tez-tez problemlər yaranması, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması şəxsdə mövcud olan hallardır. Belə xəstəliyə malik olan şəxslər daimi dərman qəbul etməlidirlər, yoxsa belə şəxslərdə aqressiv davranışlar, intihara cəhd meylləri arta bilər. Şəxsdə olan güllə yarası həm üzvi mənşəli şəxsiyyət pozuntusunun, həm də qulağında olan ağıreşitmənin yaranmasına səbəb olmuşdur. Göründüyü kimi, yuxarıda qeyd edilmiş ekspert rəyində iddiaçının əsas diaqnoz olan “dəqiqləşdirilməmiş ensefalopatiya, travmadan sonrakı ensefalopatiya və onun ağırlaşması -üzvi mənşəli emosional labil (astenik) pozuntu (F06.6)” diaqnozu ilə yanaşı digər xəstəliklər də öz təsdiqini tapmışdır. İş üzrə ekspert rəyində iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan əziyyət çəkməsinin istisna edilmədiyi müəyyən edilir. Məhkəmə kollegiyası rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə kollegiyası ekspert rəyini məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, digər sübutlarla (Psixi Sağlamlıq Mərkəzinin, Sumqayıt Psixiatriya Xəstəxanasının, Respublika Psixiatriya Xəstəxanasının və s. tibbi sənədləri ilə) dəstəkləndiyindən iş üzrə mötəbər sübut qismində qiymətləndirir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, oxşar işlər üzrə məhkəmə praktikası ondan ibarətdir ki, məhkəmə araşdırmaları zamanı iddiaçıya əllillik təyin edilməsi öhdəliyi müəyyən edilərkən həmçinin orqanizmin funksiyalarının pozulması faizi və müddətinin müəyyən edilməsi istiqamətində də araşdırma aparılır. Əlbəttə ki, bu, yalnız iddiaçının hüquqi marağı həddində həyata keçirilir. Diqqətə çatdırılmalıdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şəxsin sağlamlıq vəziyyəti ilə bağlı faktiki halların müəyyənləşdirilməsində mülahizə sərbəstliyi (qiymətləndirmə azadlığı) vardır. Bununla da inzibati orqan işin faktiki vəziyyətinin qiymətləndirilməsini həyata keçirir, yəni qəbul ediləcək inzibati aktın səbəb ünsürünü müəyyən edir. Bu hal mövcud qanunvercilikdə inzibati orqanın qiymətləndirmə azadlığı kimi qəbul edilir. İnzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu hallarda İPM-in 73.3-cü maddəsinə əsasən məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilmir. Başqa sözlə, bu kimi hallarda daha çox İPM-in 73.2-ci maddəsində nəzərdə tutulmuş prosessual institutdan (məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən müvafiq inzibati aktın qəbul edilməsi öhdəlinin qoyulmasına dair) istifadə edilir. Bununla bağlı qeyd etmək lazımdır ki, İPM-in 73.3-cü maddəsində söhbət məhkəmənin “bir qayda olaraq” iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməməsindən gedir. Bu, o anlama gəlir ki, məhkəmə istisna hallarda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Başqa sözlə, inzibati orqanın diskresion səlahiyyətə və qiymətləndirmə azadlığına malik olduğu hallarda məhkəmə işin xüsusiyyətlərindən (hallarından) asılı olaraq yalnız bir hakimiyyət tədbirini yararlı, zəruri və mütənasib hesab edərsə, iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Bununla belə məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırda qüvvədə olan qanunvericilik normalarına əsasən xəstəliyin şəxsdə özü-özlüyündə mövcud olması əlillik təyinatının aparılması üçün kifayət etmir, mütləq şəxsdə ağırlaşmaların mövcudluğu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) təsdiq edilmiş və hazırda da qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na əsasən orqanizmin funksiyalarının pozulması 30 faizdən (ayrı-ayrı xəstəliklər üzrə müxtəlif faiz göstəricisi olmaqla) yuxarı olduqda əlillik təyinatının aparılması mümkün hesab edilir. Göründüyü kimi minimum 30 faiz orqanizm pozulması müəyyən edilməlidir ki, müvafiq xəstəliklər əlillik təyinatına əsas versin. Hazırkı mübahisə üzrə mövcud tibbi sənədlər, ekspert rəyindən və rəyi tərtib etmiş həkim mütəxəssisin izahatından aydın olur ki, şəxsdə sinir sistemi xəstəliyinin ağırlaşması -baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular XBT-10 kodu F06 mövcuddur. Sözügedən Meyarlara diqqət edilsə: 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular (F06) Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)- orqanizmin funksiyalarının pozulmasının 35-60 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. Meyarlardan da aydın olur ki, 7.6.2-ci bəndə qeyd edilən xəstəlik məhz 7.6.2.1 və 7.6.2.2-ci bəndlərdə göstərilən qiymətləndirmələr çərçivəsində əlilliyin təyininə əsas verir. Sırf qeyd edilən xəstəlik üzrə orqanizmin funksiyalarının ən azı 35 faiz pozuntusu müəyyən edilməlidir. Belə olan halda məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, qeyd edilən diaqnozla əlilliyin təyini üçün orqanizmin pozulma faizinin müəyyən edilməsi mütləqdir. İş materiallarına əlavə edilmiş tibb sənədlərindən, ekspert rəyinin motivləşdirici hissəsindən və eyni zamanda Forma 88 (tibbi göndərişin) status localis hissəsindən aydın olur ki, şəxsdə orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulması halı mövcuddur. Belə ki, ##.##.2024-cü il tarixli göndərişin status localis hissəsində göstərilmişdir ki, uzun müddətdir ki, xəstədir. Xəstəliyinin səbəbini ##.##.1993-cü ildə hərbi xidmət keçərkən döyüş zonasında aldığı travma ilə əlaqələndirir. Döyüş zonasında hərbi ximdət keçərkən yaralanmış ##.##.1993-##.##.1993-cü ilədək Zəngilan rayonu MK-da müalicə alıb. Dz:sağ yanağın dəlib keçən güllə yaralanması, üz sinirinin çənə şaxəsinin zədələnməsi ilə. Xəstəliyi ilə bağlı müxtəlif vaxtlarda müxtəlif xəstəxanalarda stas.amb.müal.almış. RKX-dan rəy almış (psixiatr) RPX-da stas.müal.almışdır. hazırda şikayətləri davam edir. Şikayətləri baş ağrıları, baş gicəlllənmə, yaddaş yuxu pozğunluğu, əsəbilik, hər iki şağaı ətrafda olan ağrılar, şişkinlik sağ üz nahiyəsində ağrı. Status nev:Bəbəklər D=S göz almalarının hərəkəti kənarlara məhdud. Burun –dodaq büküşləri asimmetrik. Sağ üz nahiyəsində aktiv hərəkət məhdudlaşıb. Dili orta xətt üzrə vətər, sümüküstlüyü refleksləri yuxarı və aşağı ətraflarda D böyükdür S romberq vəziyyətində kipriklərin titrəməsi müşahidə edilir. Emosional, vegetativ labil. Status lokalis: Sağ üz nahiyəsində çapıq toxuma müşahidə olunur. Çeynəmə funksiyası pozulub, ağzın açılması məhdudlaşıb. 2021-ci ilə qədər 2 dər.əlil olub. Son 1 il 6 ay ərzində stas.müay.olunmayıb. Ailə vəziyyətinə görə stas.müal.imtina edir. Xəstənin təkidi ilə sənədləri TSEK-ə göndərilir. Qeyd edilənlərdən əlavə iddiaçının müxtəlif vaxtlarda müayinə sənədlərindən də aydın olur ki, şəxs onda olan sinir sistemi xəstəlikləri üzrə ardıcıl olaraq 10 il müalicələrdə olmuş və ona eyni diaqnoz əsasında 2011-ci ildən 2021-ci ilədək əlillik təyinatı aparılmışdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli, ## ###### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş“Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci maddəsinə müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Hazırkı inzibati iş materiallarından göründüyü kimi iddiaçı eyni diaqnoz əsasında sinir sistemi xəstəliyi üzrə 2011-2021-ci illərdə əlilliyi olmuş, müayinə və müalicələrdə olmuş, bir neçə dəfə qiymətləndirmə aparılaraq ümumilikdə 10 il müddətində ona ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Belə olduğu təqdirdə qeyd edilən Qaydalardan da məlum olduğu kimi hazırkı halda iddiaçının orqanizmin funksiyalarının pozulmasının 61-80 faiz aralığında ardıcıl olaraq 10 il müddətində müəyyən olunduğundan iddiaçıya müddətsiz əlillik təyin edilməlidir. Həmçinin o da qeyd edilməlidir ki, əlilliyin qiymətləndirilməsi ilə əlaqədar yaranan məhkəmə mübahisələri üzrə xüsusi diqqət yetirilməli olan digər bir məsələ əlilliyin təyinat tarixinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla bağlı olaraq, ilk növbədə nəzərə alınmalıdır ki, qanunvericiliyin imperativ göstərişinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (“Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.3-cü maddəsi). Cavabdeh "Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini nəzərə alaraq qeyd edir ki, məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarı təşkil etdiyindən, iddiaçı barəsində sonuncu göndəriş üzrə (##.##.2024-cü il tarixli ##.##.2024-cü ildə imzalanmış) sonuncu imtina ##.##.2024-cü il tarixli olduğundan, əlilliyin təyinat tarixi sonuncu imtina tarixi nəzərə alınmaqla həyata keçirilməlidir. Bundan əlavə əlilliyin səbəbli əlaqəsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal mübahisəli deyildir. Belə ki, cavabdeh inzibati orqan şəxsdə olan xəstəliyin məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən *** nömrəli, ##.##.2011-ci il tarixli qərarında qeyd edilən xəstəliklə bağlı olmasını inkar etmir. Bundan əlavə əvvəlki əlillik dərəcəsinin təyini zamanı da iddiaçının diaqnozu sinir sistemi xəstəlikləri ilə bağlı olmuş və əlilliyinin səbəbi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğu qeyd edilmişdir. Həmçinin həm ekspert rəyindən, həm də iş materiallarına əlavə edilmiş tibb sənədlərindən aydın görünür ki, şəxsdə hazırda mövcud olan diaqnoz İ Qarabağ müharibəsi zamanı alınmış travmanın nəticəsidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilməli, iddia dəqiqləşdirilmiş formada təmin edilməklə iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə imzalanmış göndəriş əsasında ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, konstitusiya quruluşunun və müstəqilliyinin müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərar dəyişdirilsin. Dəqiqləşdirilmiş iddia tələbi təmin edilsin. İddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə imzalanmış göndəriş əsasında ##.##.2024cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, konstitusiya quruluşunun və müstəqilliyinin müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar