Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4573/2025 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X8 və X14 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, Iddiaçı X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı X3 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Icra Hakimiyyətinə qarşı (üçüncü şəxs qismində X2 inzibati məhkəmə icraatına cəlb edilməklə) “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ######## 2025ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı X3 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Icra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus, inşa etdiyi 10 metr eni, 10 metr uzunluğu olan tikintinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə X2 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 20.000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, icarə hüququ əsasında X2 istifadəsində olan 200 kv.m torpaq sahəsinin istifadə hüququ ## ### 2023-cü il tarixdə 100 il müddətinə onun istifadəsinə etibarnamə əsasında verilmişdir. O, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq 2023-cü ildən sonra bir neçə dəfə ərizə ilə cavabdehə müraciət edərək tikinti aparması barədə onları məlumatlandırmış və lazımı sənədlərinin surətlərini onlara göndərmişdir. Lakin heç bir cavab almamışdır. Qanunlara uyğun olaraq 10 metr eni 10 metr uzunluğu olan birmərtəbəli ev inşa etməyə başlamışdır. Sabunçu Rayon Icra Hakimiyyətinin başçısı Maştağa qəsəbəsi üzrə nümayəndəsinin müavini X5 tərəfindən ev dağıdılaraq ona xeyli miqdarda zərər vurulmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında qeyd edilmişdir ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.3-cü bəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək yerli icra hakimiyyətlərinin səlahiyyəti daxilindədir. Həmçinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrinin məhdudiyyətli istifadəsi - torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir. Həmin maddənin 4-cü bəndinə əsasən torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Maştağa Subtropik sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi icarə hüququ əsasında X2 adına dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla dövlətin mülkiyyətindədir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq- planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Göründüyü kimi Sabunçu Rayon Icra Hakimiyyəti tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq dövlətin maraqlarının təmin edilməsi məqsədilə Maştağa Subtropik sovxozu ərazisində yerləşən və iddiaçının istifadəsində olmaqla dövlət mülkiyyətində olan 0,02 ha torpaq sahəsində özbaşına aparılan tikinti işlərinin qarşısı alınmışdır. Həmçinin, iş üzrə iddia tələbi 10.000 (on min manat) olmasına baxmayaraq, qiymətləndirici tərəfindən dəymiş ziyan şişirdilərək 18.200 manat məbləğində göstərilmiş, qiymətləndirmədə nədən istifadə olunaraq belə nəticəyə gəlinməsi məlum deyil. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddianın qismən təmin edilməsi, X3 vurulmuş ziyanın əvəzi kimi 18.200 manat kompensasiyanın ödənilməsi öhdəliyinin Bakı şəhəri Sabunçu Rayon Icra Hakimiyyətinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının qanuni istifadəsində torpaq sahəsi olmamışdır. Tikinti işləri aparılan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla X2 adına istifadə hüququ dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsində əsaslı tikinti işləri aparıla bilməz. Vətəndaşın torpaq sahəsindən istifadəsi o halda qanuni sayılır ki, dövlət torpağı istərsə də Bələdiyyə torpağı dövlət qeydiyyatına alınmış olsun. Azərbaycan Respublikası Prezidentinin ## #### 2012-ci il tarixli, *** saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.3cü maddəsinə əsasən Sabunçu Rayon Icra Hakimiyyəti müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək sahəsində salahiyyətlidir. Qanunvericiliyin yuxarıda göstərilən müddəaları məhkəmə tərəfindən nəzərə alınmamış və zəruri araşdırılma aparılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştirakını təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 62-ci maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Işin halları ilə müəyyən edilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Maştağa Subtropik sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi icarə hüququ əsasında X2 adına dövlət qeydiyyatına alınmışdır. X2 ilə X3 arasında imzalanmış torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısı barədə ## ###### 2015-ci il tarixli müqaviləyə əsasən V.N.Quliyev Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi ilə bağlı icarə hüquqları X3 vermişdir. Hazırda iddiaçı X3 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Icra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək ona icarəyə verilmiş Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsində inşa edilmiş 10 metr eni 10 metr uzunluğu olan birmərtəbəli evin sökülməsi nəticəsində ona 20.000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Işə əlavə edilmiş sənədlərdən görünür ki: - Bakı şəhəri Sabunçu Rayon Icra Hakimiyyətinin ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X3 Sabunçu Rayon Icra Hakimiyyətinin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 1-1-5/2- C***-***/**** saylı, ##.##.2024-cü il tarixli məktubla müraciəti Sabunçu Rayon Icra Hakimiyyətinə daxil olmuşdur. Sözügedən müraciətə *-**/*-C-**-***/**** saylı, ##.##.2024-cü il tarixli məktubla cavab verilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, “Siz Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxoz ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində təyinatına uyğun olmayan qanunsuz tikinti işləri (fərdi yaşayış evi) həyata keçirməyə başlamısınız. Buna görə də Sabunçu Rayon Icra Hakimiyyəti başçısının Maştağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən tikinti işlərinin qarşısı alınmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 11-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyət və öhdəliklər nəzərə alınmaqla istifadə edilir. Həmin Məcəllənin 13-cü maddəsinin 3-cü bəndində qeyd edilir ki, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadəyə yalnız həmin torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə yol verilə bilər. Əlavə olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin # #### 2012-ci il tarixli, *** saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.3-cü bəndinə əsasən Sabunçu Rayon Icra Hakimiyyəti müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyala keçirmək və müvafiq tədbirlər görmək sahəsində səlahiyyətlidir.”; -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2024cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”na əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) və ya onun hissəsinin sökülməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aiddir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən yerli səviyyədə tikintiyə nəzarət yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilir”; -Bakı şəhəri Sabunçu Rayon Icra Hakimiyyətinin ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, qeyd edilən ünvanda özbaşına tikinti işləri aparıldığından müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 Agentliyinə müraciət olunmuşdur; -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 Agentliyinin ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, qeyd olunan ünvanla bağlı Agentliyə heç bir məlumat daxil olmamışdır və tərəflərindən hər hansı tədbir görülməmişdir. -Birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumat təqdim edilmişdir. Məlumatda qeyd edilmişdir ki, qərardadda qoyulmuş sualların müəyyən edilməsi tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. - “xxxx” (Konsaltinq xidmətləri) MMC-nin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qiymətləndirmə zamanı aparılan hesablamalarda mütəxəssis tərəfindən xüsusi olaraq illər üzrə əldə edilmiş əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, bu tipli əmlaka olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alınmış informasiyalardan istifadə olunmuşdur. Bütün göstərilənlər nəzərə alınaraq, apardıqları təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Abşeron rayonu, Maştağa subtropik sovxozu ünvanında yerləşən 0,02 ha torpaq sahəsində sökülmüş evin tikintisində istifadə olunmuş ##.##.2025-ci il tarixə tikinti materialları və işçi xidmət haqqının həcmi ümumi xərc: 18.200 (on səkkiz min iki yüz) manat təşkil edir. Qiymətləndirmə proseduru barədə ətraflı məlumat əlavə edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh dövlət maraqlarının təmin edilməsi məqsədilə həmin tikilinin söküldüyünü bildirir. Lakin özbaşına da olsa belə, nə imtina məktubunda, nə iddia ərizəsinə verdiyi etiraz məktubunda, nə də ki məhkəmə iclasında nümayəndəsinin izahatında cavabdeh qanunsuz tikilinin sökülməsi ilə bağlı səlahiyyətli olmasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi, özbaşına tikili müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Cavabdeh özbaşına tikilinin sökülməsində səlahiyyətli qurum deyildir. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən “xxxx” (Konsaltinq xidmətləri) MMC tərəfindən verilmiş rəyə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. - 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. - 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. - 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. - 1100-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 95.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.5-ci maddəsinə əsasən sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. 95.6-cı maddəsinə əsasən tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli ***-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ci il tarixli, 695 № li Fərmanının 4.10-cu maddəsinə əsasən həmin Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından görünür ki, iddiaçı ilə X2 arasında torpaq sahəsi ilə bağlı icarə hüququnun alqı-satqısı müqaviləsi imzalanmışdır. Göründüyü kimi, torpaq sahəsi iddiaçının qanuni istifadə və sahibliyində olmuşdur. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Hazırkı halda iddiaçı mülkiyyətçi olmasa da, torpaq sahəsində qanuni istifadə və sahiblik həyata keçirdiyi üçün Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqlarına malikdir. Qanunvericiliyin sadalanan normalarından görünür ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən məhkəmə qərarı olmadığı üçün Bakı şəhəri Sabunçu Rayon Icra Hakimiyyətinin hazırkı halda Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsində yerləşən tikinti ilə bağlı söküntü işlərinin həyata keçirilməsi ilə əlaqədar hər hansı səlahiyyəti olmamışdır. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlili odur ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsində tikinti işləri həyata keçirilə bilməz. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla X2 adına istifadə hüququ dövlət qeydiyyatına alınmışdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan əsaslara istinad edərək hesab edir ki, cavabdeh inzibati orqanın bu dəlili əsassızdır, inzibati orqan məhkəmə qərarı olmadan söküntü işlərini həyata keçirməklə qanunvericiliyin tələbini pozmuşdur. Söküntünün həyata keçirilməsi ilə bağlı iddiaçıya dəymiş ziyanın müəyyən edilməsi məqsədilə işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iş üzrə mütəxəssis rəyinin alınması ilə bağlı iş materialları Azərbaycan Qiymətləndiricilər Palatasına göndərilmışdır. “xxxx” firması tərəfindən verilmiş **-**/**-DƏ nömrəli, ## #### 2026-cı il tarixli rəydən görünür ki, bütün aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Maştağa subtropik sovxozu ərazisində yerləşən X3 məxsus fərdi ev olan yarımçıq tikilinin real bazar dəyəri 20870 manat məbləğində müəyyən edilmişdir. “xxxx” firması tərəfindən verilmiş **-**/**-DƏ nömrəli, ## #### 2026-cı il tarixli hesabatda qeyd edilir ki, xərclər metoduna əsasən uçurulmuş fərdi yaşayış evi və hasarın dəyəri 20870,0 manat təyin edilmişdir. Iş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi iddiaçı X3 tərəfindən icarə hüququ əsasında alqısatqı edilmişdir, iddiaçıya bununla bağlı yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “xxxx” firması tərəfindən verilmiş rəydən də görünür ki, iddiaçıya dəymiş ziyan 20870,0 manat məbləğində müəyyən edilmişdir. Işin hallarından da göründüyü kimi, iddiaçı 20.000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Inzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsi 18.200 manat kompensasiyanın ödənilməsi öhdəliyinin Bakı şəhəri Sabunçu Rayon Icra Hakimiyyətinə həvalə edilməsi qənaətinə gələrkən “xxxx” (Konsaltinq xidmətləri) MMC-nin rəyinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı apellyasiya şikayətlərində göstərilən dəlillər əsassızdır və qəbul edilməməlidir. IPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (IPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 75, 81 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Pərviz Hüseynov Günel Sevdimalıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-4573/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4573/2025
07.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver